 İyirmi səkkizinci fəsil: Alimlərin hüzurunda təvazökarlıq Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam) buyurur: إذَا رَأيتَ عَالِماً فَکُن لَهُ خَادِماً «Alimi gördüyün zaman ona xidmətçi ol!»(«Ğurərul-hikəm», səh.217) Yenə buyurur: مَن وَقَّرَ عَالِماً فَقَد وَقَّرَ رَبَّه «Hər kəs bir alimə təzim etsə Allaha təzim etmiş olur.»(«Ğurərul-hikəm», səh.218) İncə nöqtələr: 1. Mövlayi-müttəqiyan həzrət Əliyyibni Əbitalib (əleyhissalam) əmr edir ki, alimlərə xidmətçi olaq. 2. Amma çox təəssüflə, bəzilərinin qürur və təkəbbürü o qədər çox olur ki, hətta alimlərin onlara xidmətçi olmalarını təvəqqe edirlər. 3. İlahi alimlərin qarşısında təvazökarlıq Allah qraşısında təvazökarlıq sayılır. 4. Bəziləri təhqirlə yanaşıb deyirlər ki, bunlar rəbbani alim deyillər. Onlara demək lazımdır ki, nə üçün alim olmamasına ehtimal verirsən, halbuki onun qarşı tərəfi də ehtimal olunur. İnsan həmişə hüsnü-zənn etməlidir ki, azğınlığa və həlakətə doğru sürüklənməsin. 5. İlahi alimlər bütün varlıq aləmində diqqət mərkəzindədirlər, çünki varlıq aləmini icad edən Allah onlara xüsusi diqqət yetirir. İyirmi doqquzuncu fəsil: Alimlərin məqam və mənziləti. Peyğəmbər-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: مَنِ استَقبَلَ العُلَماء َفَقَد استَقبَلَنِی وَ مَن زَارَ العُلماءَ فَقَد زَارَنِی وَمَن جَالَسَ العُلَماءَ فَقَد جَالَسَنِی فَکَانَّمَا جَالَسَ رَبِی «Hər kəs alimlərə üz gətirsə mənə üz gətirmişdir, hər kəs alimləri ziyarət etsə məni ziyarət etmişdir, hər kəs alimlərlə oturub-dursa mənimlə oturub durmuşdur və sanki öz Rəbbi ilə ünsiyətdə olmuşdur.»(«Kənzül-ümmal», 28883-cü hədis) İncə nöqtələr: 1. Alimlər mütəal Allahın cilvəgahıdır. 2. İlahi alimlərə üz gətirmək Peyğəmbərə üz gətirmək sayılır. 3. Alimləri ziyarət etmək Peyğəmbəri ziyarət etməkdir, onlarla oturub-durmaq Peyğəmbərlə oturub-durmaqdır. 4. Peyğəmbərlə bir dövrdə olub onunla oturub-durmadığından təəssüflənən insanlar nə üçün ilahi alimlərlə oturub-durmur və onunla həm söhbət olmur?! 5. Allahla görüş istəyən şəxslər Onun cilvəsi sayılan ilahi alimlərlə görüşməlidir. 6. Nə üçün bu ali görüşə diqqət yetirilmir? Nə üçün şəxslər sağlam əql və qəlbləri ilə bu kimi məsələlərə baş qoşmur və bu kimi mənəviyyatı əldə etmirlər? Bunlar xəsarətə uğrayan və yüksək insani məqamlardan məhrum olan şəxslərdir. Xoş olsun o şəxslərin halına ki, alimləri ziyarət etmiş olsunlar. İmam Hadi (əleyhissalam) buyurur: لَو لا مَن يَبقَی بَعد غَيبَةِ قَائِمِنَا (ع) مِن العُلَماءِ الدَّاعِينَ إليه والدّالِّين عَلَيه و الذَّابِين عَن دِينهِ بحجج اللّه و المُنقِذِينَ لِضُعَفاءِ عِبَادِ اللّه مِن شِباکِ إبلِيس وَ مَردَتِه و مِن فِخَاخِ النِّوَاصِبِ لَمَا بَقِیَ احدٌ إلاّ إرتَّدَ عَن دينِ اللّه وَلَکِنَّهُم الذينَ يُمَسِکُونَ أزِمّة قُلوبِ ضُعَفاءِ الشيعة کَمَا يُمَسِکُ صَاحِبُ السَفِينَةِ سُکّانَهَا اُولَئِکَ هُمُ الا فَضَلُونَ عِندَ اللّه عَزّ و جَل «Əgər bizim Qaimimizin (İmam Zaman (əleyhissalam), zühuruna qədər insanları dinə Allaha doğru dəvət edən, dəlil-bürhan əsasında islamın sərhədlərini müdafiə edən bir alim olmasa, Allahın zəif bəndələrini inadkar şeytanların tələsindən xilas edən, onları şiəliyə zidd olan nasibi tələlərindən xilas edən alimlərdən bir şəxs qalmasa camaatın hamısı Allah dinindən çıxaraq kafir olar (və Peyğəmbərin və Əhli-beytin yolundan əsər-əlamət qalmaz), lakin alimlər o kəslərdir ki, gəmiçi gəmidəki sərnişinləri saxladığı kimi onlar da şiə zəiflərinin qəlblərini möhkəm saxlayırlar. Bunlar Allah dərgahında ən fəzilətli insanlardır.»(«Biharul-ənvar», 2-ci cild, səh.6) İncə nöqtələr: 1. Bu rəvayətdə insanların düz yola hidayət olunmasında alimlərin böyük məqamları, vəzifələri bəyan olunmuşdur. 2. İmam (əleyhissalam)-ın qeybdə olduğu dövrdə alimlərin məqam və mənsəbləri bəyan olunmuşdur. 3. Böyük qeybət dövründə ilahi alimlər dinin və həqiqi islamın himayəçiləri kimi təqdim olunur və bu barədə heç bir müəmmaya yer qalmır. 4. Alimlər insanları haqqa dəvət edən, onlara düz yol göstərən, insanları cin və insdən olan şeytanların tələlərindən xilas edənlərdir. 5. Əgər ilahi alimlər olmasaydı böyük qeybət dövründə heç kəs islam dinində qalmazdı. 6. Bu hədis rəbbani və hidayətedici alimlərin bərəkətinə, onların xaliscəsinə etdiyi əməl və elmi zəhmətlər nəticəsində islamın qalmasını göstərir. 7. Bu rəvayət şiələrin arasında bəzi mədəni müstəzəfliyin mövcud olduğunu göstərir. 8. İmam (əleyhissalam) etiqadi və ideoloji cəhətdən müstəzəf halında olan insanlara, cin və insdən olan şeytanların mədəni hücumları barəsində xəbərdalıq verir və bu hücumlar qarşısında müdafiə olunmaq və ondan xilas olmaq yolunu ilahi alimlərin möhkəm proqramları hesab edir. Otuzuncu fəsil: Alimlərin məqamı Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: إنَّ اللّه و مَلائِکَتَهُ حَتَّی النّملَةَ فِی حُجرِها وَ حَتَّی الحُوتَ فِی البَحرِ يُصلّونَ عَلَی مُعَلِّمِ النَّاسِ الخَيرَ «Həqiqətən Allah, Onun mələkləri, hətta yuvasında olan qarışqa və dənizdə olan balıq belə, insanlara xeyir öyrədən şəxslərə salavat və rəhmət göndərir.»(«Kənzül-ümmal», 28736-cı hədis) İncə nöqtələr: 1. Allah zikr əhlidir və Onun zikri Peyğəmbərə, onun Əhli-beytinə, ilahi elm müəllimlərinə və alimlərinə rəhmət göndərməkdir. 2. İlahi alimlər Peyğəmbərlərlə bir cərgədədir: çünki başqa bir rəvayətdə buyurulur ki, إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا «Həqəqətən Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərir.» («Əhzab» surəsi, ayə:56) 3. Alimin, elmin və elm öyrətməyin dəyərini bütün varlıqlar, mələklər, hətta kiçikli-böyüklü dəniz və quru heyvanları başa düşürlər. Amma çox təəssüflər olsun ki, bəzi insanlar bu həqiqəti dərk etmirlər: » أَكْثَرُهُمْ لاَ يَعْقِلُونَ «Camaatın əksəriyyəti düşüncə əhli deyil.» («Maidə» surəsi, ayə:103) Başqa bir ayədə buyurulub: أَكْثَرُهُمْ لاَ يَشْكرون «Camaatın əksəriyyəti şükrü yerinə yetirmirlər.» («Yusif» surəsi, ayə:60) «Camaatın əksəriyyəti cahildir.»(«Ənam» surəsi, ayə:111) «Camaatın əksəriyyəti günah və fisq əhlidir.» («Tövbə» surəsi, ayə:8) وَ أَكْثَرُهُمُ الكافِرُون «Camaatın əksəriyyəti küfr və nankorluq əhlidir.» («Nəhl» surəsi, ayə:83) بَلْ اَكْثَرُهُمْ لاَ يَعْلَمُونَ الحَقَّ فَهُم مُعرِضُونَ «Camaatın əksəriyyəti haqqı bilmir və nəticədə ondan üz döndərirlər.» («Ənbiya» surəsi, ayə:24) وَ أَكْثَرُهُمْ كَاذِبُون «Camaatın əksəriyyəti yalançıdır.» («Şüəra» surəsi, ayə:223) أَكْثَرُهُمْ لاَ يَعْلَمُون «Camaatın əksəriyyəti elm əhli deyildir, yəni əksər hallarda həqiqət barədə cahildirlər.» («Loğman» surəsi, ayə:25) Buna görə də elm öyrənib-öyrətməyin dəyərini bilmir və bu məsələyə diqqət yetirmirlər. 4. Alimlər insanlara nicat verən fəzilətləri, yaxşılıqları və xeyirləri öyrədənlərdir. Otuz birinci fəsil: Düşmən müqabilində alimlərin varlığının təsiri Peyğəmbər-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: وَالَّذی نَفسُ مُحَمَّدٍ بِيَدِه لَعالمٌ واحدٌ أشَدُّ عَلی إبلِيس مِن ألفِ عابِد لاَنَّ العابِدَ لِنَفسِهِ و العالِمُ لِغَيرِهِ «Mühəmmədin canı əlində olan şəxsə (Allaha) and olsun, bir alim İblisə qarşı min abiddən güclüdür. Çünki abid özü üçün, alim isə başqaları üçün çalışır.»(«Kənzül-ümmal», 28908-ci hədis) İncə nöqtələr: 1. Cin və insdən olan şeytanlar müqabilində alimin varlığının dəyəri bütün insanlardan üstün və güclüdür. 2. Düşmənin etiqadı və mədəni hücumları qarşısında bir nəfər ilahi alimin varlığı alim olmayan bir ordudan güclüdür. 3. Alimin düşüncəsi həm özünə, həm də başqalarına nicat verəndir. 4. Bir şəxsin ibadəti hamıya təsir etmir, yalnız onun özündə xülasələnir, lakin elm və əməl baxımından alimlərin vücudu hamıya təsirlidir. 5. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in düşmənlərin dini ideoloji və etiqadi hücumları qarşısında ilahi alimlərin rolunu and içərək göstərməsindən onun əhəmiyyəti məlum olur. Otuz ikinci fəsil: Alimlər Peyğəmər (s) məqamına Ən yaxın şəxslərdir Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: أقرَبُ النّاسِ مِن دَرَجَةِ النُّبُوَةِ أهلُ العِلمِ «Camaat içərisində Peyğəmbərlik məqamına (dərəcəsinə) ən yaxın olan şəxs elm əhlidir.» («Kənzul-ummal», 28892-ci hədis) Buna görə də ilahi alimlər camaatın müxtəlif elmi, ədəbi və əməli, eləcə də məsuliyyət qəbul etmək və insanları hidayət etmək baxımından Peyğəmbərlik məqamına ən yaxın olan şəxslərdir. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) başqa bir hədisdə buyurur: طالِبُ العِلمِ رُکنُ الإسلاَم وَ يُعطِی أجرَهُ مَعَ النَّبيِّن «Elm tələb edən (axtaran) şəxs islamın rüknüdür və öz əcrini Peyğəmbərlərlə birlikdə alar.»(«Məhəccətul-beyza», 1-ci cild, səh.14) İncə nöqtələr: 1. Bu hədisdə «alimlərin dərəcəsinin Peyğəmbərlərə yaxın olması» dedikdə onların ilahi vəzifə və məqamları, dini məsuliyyətləridir, belə ki, alimlər Peyğəmbərlərin varisləridir, yəni onların risalət məsuliyyətlərini irs aparırlar. 2. İlahi alimin təbliğinin üstünlük olmaq cəhətindən dəyəri Peyğəmbərlərin təbliği ilə bir səviyyədə bəyan olunmuşdur və bu da Allah dərgahında alimlər tərəfindən dinin yayılma məsuliyyətini göstərir. 3. İnsanların alimlərin məsuliyyəti qarşısında göstərdikləri qüsurlu hallar, səhlənkarlıqlar və onların yol göstərməsindən bəhrələnməmək öz ardınca çoxlu çatışmamazlıqlar gətirər. Otuz üçüncü fəsil: Alimlərin qürbəti Cəhalətin hakim olduğu cəmiyyətdə elm, düşüncə və əql son dərəcədə qürbətdə olur. Geridə qalmış üçüncü dünya ölkələrində savadsızların sayı başqa avropa ölkələrindən qat-qat artıqdır. Misal üçün, avropa ölkələrində bir-iki faiz savadsız tapıldığı halda Əfqanıstanda yeddi faiz savadlı, doxsan üç faiz savadsız vardır. İranda da inqilabın əvvəllərində əlli faiz savadsız var idi. Şübhəsiz bu ölkələrdə kitab və kitabxana, elm və alim, əql və təfəkkür camaat tərəfindən tərk olunmuş bir şey hesab olunur. İmam Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam) buyurur: ألعُلَمَاءُ غُرَبَاءٌ لِکِثرَةِ الجُهَّال بَينَهُم «Alimlər, aralarında çox cahil olduğuna görə qəriblər sayılır.»(«Biharul-ənvar», 75-ci cild, səh.41.) İncə nöqtələr: 1. Cəmiyyətin cəhalətdən xilas olunması üçün alimlərlə, kitab və kitabxanalarla barışıq yaradıb onlarla ünsiyyətdə olmaq lazımdır. 2. Savadsızlıq səviyyəsini azaltmaq lazımdır ki, elm cəhalətin yerinə keçsin. 3. Ən böyük dərd bundan ibarətdir ki, cəmiyyətin zahiri savadı vardır, amma həqiqətən cəhalətdə yaşayır və kor-korana, təfəkkür və heç bir məqsəd olmadan başqalarının əməlini təqlid edirlər. Bunlar həqiqi cahildirlər. Onların da müqabilində mədrəsəyə getməyən, yazıb-oxumağı bilməyən, lakin etiqadi müstəqilliyə və mərifətə malik olan şəxslər əslində alimdir, başqaları isə cahildir. Tarixdə dəfələrlə də baş vermişdir ki, yüksək səviyyədə savada malik olan savadlılar dərs görməyən, yazıb-oxumaq bilməyən, amma həqiqi mərifət sahibi olanların təsiri altına düşmüşlər. |