İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Bilalın həyatı

    Bilalın həyatı
    2012-05-02, 6:29 PM
    BİLAL
    "Bilal” adı həm də iman, əqidə, məqsədə çatmaq yolunda mətanət mənalarını daşıyır. Bilalın xatırlanması səbrin, düşmən qarşısında müqavimətin, sabitqədəmliyin, Allah yolunda işgəncələrə dözümün xatırlanmasıdır.
    Bir sözlə, Bilal islami bərabərliyi, Kəbə və Məkkənin fəthini, təqvanın üstünlük ölçüsü olmasını, möminin insani dəyərini və bir çox digər məsələləri yada salan bir addır.
    Məkkənin fəthi zamanı İslam peyğəmbəri Həbəş Bilala əmr edir ki, Kəbə üzərinə qalxıb, uca səslə azan desin. Bu əməl həm müsəlmanların qibləgahında tövhid nidası, həm də müsəlmanların bərabərliyinin elanı və ağaların qəbilə, irq, sərvət, dil kimi ayrıseçkiliklərinin üzərindən xətt çəkilməsi idi.
    Təbii ki, Kəbə üzərindən Bilalın azan deməsi müşriklərə çox ağır gəlirdi. Dünənin təhqir olunmuş qara bir qulu bu gün İslam hərəkatının natiqi, Peyğəmbərin azançısı olmuş və İslamda xüsusi bir məqam qazanmışdı.
    Qurani-kərimdə bəzi müşriklərin bu məsələ ilə bağlı istehzalarına cavab verilir: "Ey iman gətirənlər biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə sizi dəstə-dəstə, müxtəlif qəbilələr şəklində qərar verdik. Allah yanında ən hörmətliniz ən təqvalınız, Allahdan daha çox qorxanınızdır. Həqiqətən, Allah alim və agahdır.”("Hucurat”, 13.)
    Bu ayə Bilalın şənində nazil olmuşdur. Ayə kafirlərin təsəvvüründəki yanlış ölçü və meyarları puça çıxararaq, Bilalın məqamını qat-qat yüksəldir. Dünən işgəncələr altında əzilən Bilal İslam sayəsində əziz və girami olmuşdur. Cəhalət dövrünün əzablarından keçmiş qul dinin pənahında möhtərəm sayılır. Bilal həzrət Peyğəmbərin (s) həyatı boyu onun azançısı oldu, öz həyatverici fəryadı ilə insanları namaza dəvət etdi. Bu səs Peyğəmbərin (s) həyatının son gününədək eşidildi. Amma həzrət Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra Bilal bir daha azan demədi. Çünki Bilalın Peyğəmbərdən (s) sonra müsəlmanlara rəhbər saydığı kəs onlarla birgə namaz qılmırdı. Həmin şəxsin haqqını, məqamını başqaları qəsb etdiyindən, Bilal onların azançısı olmaq istəmirdi. Ona görə də Bilal həzrət Peyğəmbərin vəfatından sonra Şama üz tutub, ömrünün sonunadək orada yaşadı. Müsəlman ümmət isə daim Bilalın azanı intizarında qaldı.
    Bu kitabçada Bilalın insana ruh verən şəxsiyyəti ilə tanış olacaqsınız. Olsun ki, bu tanışlıq daha bir ideal və nümunəyə yol açsın və İslam ağuşunda tərbiyə almış başqa bir şəxsdən də ilham alaq.
    Bilal din, iman və etimad yolunda əzəmətli dağ kimi dayanmış bir insan nümunəsidir! O, yardımçı və yaradıcı Allahdan savay kimsəyə səcdə etməmişdir! Bəli, Bilal iman və həyat nümunəsidir! Bilalın adı, vəfası, eşqi, fədakarlığı, səbri, himməti əbədi və diridir! Salam olsun bizdən o səbr qəhrəmanına!
    İSLAM ASTANASINDA
    Bilal əslən Afrika həbəşlərindən olan Rəbbahın oğlu idi. Bilalın Fil ilindən on il ötmüş dünyaya gəldiyi bildirilir. Fil ilinin tarixi başlanğıc kimi götürülməsi Əbrəhənin Kəbəyə fillərlə yürüşü hadisəsi ilə bağlıdır. Həzrət Peyğəmbər (s) də həmin il anadan olmuşdur. Bilalın ata-anası qul olmuşdur. Bilalın yeniyetmə və gənclik dövrü Qüreyş fəsadının tüğyan etdiyi illərə təsadüf edir. Qüreyşilər zülm, fitnə-fəsad əhli idilər. Onlar bəzən öz eyş-işrət məclislərini Allah evinin kənarında qurardılar.
    Bilalın fitri paklığı qul olmasına baxmayaraq, onu nəzərə çarpdırırdı. Ona ehtiram göstərir, böyük işlər tapşırırdılar. Bilal məhrumluq və təhqir nəzərincə başqa qullardan fərqlənməsə də, yaxşı xüsusiyyətlərinə görə seçilirdi. Onun qəlbində müşriklərə, zalım ağalara qarşı daim qəzəb alovlanırdı. İllər ötdükcə onun əyyaş, mənfəətpərəst, zalım quldarlara nifrəti şiddətlənirdi. O öz pak ruhunu ilahiləşdirmək üçün fürsət axtarır və şəhvət, qüdrət, zər-ziba bəndələrinin əsarətindən qurtulmağa çalışırdı.
    İslam günəşi Məkkədə parladığı və həzrət Məhəmməd (s) insanların qurtuluşu üçün peyğəmbərliyə seçildiyi vaxt Bilalın otuza yaxın yaşı vardı. O, Məkkəyə gedib-gəldiyindən həzrət Məhəmmədin (s) dəvəti haqqında eşitdi. Onun təşnə ruhu yeni xəbər, Peyğəmbər (s) haqqında daha dəqiq məlumat sorağında idi. Az-çox Quran ayələrindən də eşitmişdi.
    Bir gecə işlərini yerinə yetirdikdən sonra fürsət tapıb, özünü həzrət Peyğəmbərə (s) yetirdi və onun mübarək dilindən Quran ayələrini eşitdi. Bilalın gözləri sevinc yaşları ilə dolmuşdu. O uzun illərdən sonra öz axtardığını tapmışdı. Təvazökar şəkildə özünü Peyğəmbərin qədəmlərinə atdı və İslamı qəbul etdi. Bilal bilirdi ki, İslamı qəbul etməsi ona baha başa gələcək. Lakin həqiqətə olan sevgi, Peyğəmbərə və onun ayinlərinə məftunluq Bilalı istənilən bir işgəncənin qəbuluna hazırlamışdı.
    Ağalarının gözündən yayınıb, hər gecə məxfi şəkildə Peyğəmbərin (s) görüşünə gedər və ruhunu Peyğəmbərin (s) kəlamları zümzüməsində təravətləndirərdi. Peyğəmbərlə görüşlər yavaş-yavaş bəllənirdi. Bir gün Məscidül-həramda Kəbəni təvaf edirdi. Bütlərin yanına çatarkən onları nifrətlə süzdü və bir bütü təhqir etdi. Bu vaxt müşriklərdən biri məxfi şəkildə Bilalı izləyirdi. Həmin şəxs gördükləri haqqında Bilalın sahibi Üməyyə ibn Xələfə xəbər verdi.("Əyanüş-şiə”, c. 14, s. 106)
    Üməyyə, İslamın və Peyğəmbərin (s) qatı düşmənlərindən olan bu şəxs heç cür inana bilmirdi ki, onun qullarından biri müsəlman olub. O çox qəzəbləndi və dedi: "Ona bir divan tutaram ki, bir daha kimsə müsəlman olmaq fikrinə düşməz.”
    Bilal işgəncələrə dözməyə hazır idi. Üməyyənin onunla söhbətləri Bilalı qane etmədi və Bilal Peyğəmbərdən, Peyğəmbərin dinindən uzaqlaşmadı. Ona görə də Üməyyə Bilalla sərt rəftar etmək qərarına gəldi.
    ALLAH YOLUNDA İŞGƏNCƏ
    Məkkəni götürmüş təzə xəbərlər,
    Allahpərəst quldan danışır hamı.
    İşgəncə altında əzilir Bilal,
    Qızmar günəş altda qovrulur canı.
    * * *
    Göyərmiş əzalar yaralı, qanlı,
    Əqidə yolunda içilir zəhər,
    Qamçılar ilan tək çalır Bilalı.
    Gücsüz əzalarda qalmamış təpər.
    * * *
    Amma gecə karvan təki ötəsi,
    Sabahkı işığa qəlbdə ümid çox.
    Çox keçməz, Bilalın azan səsindən
    Xain bəbəklərə batar acı ox.
    * * *
    Gün ötür, Kəbədən ucalır azan,
    Müşrik könüllərdə qəzəb, titrəyiş.
    Bilalın təkbiri ruhlara dərman,
    Nəhayət, soraqda ilahi görüş.
    Başqalarının gözünün odunu almaq, onları qorxutmaq üçün şirk başçıları onlara itaət etməyənlərə cəmiyyətin gözü qarşısında işgəncə verərdilər. İşgəncə mərasimləri onlar üçün həm də bir əyləncə idi.
    İndi də şəhərdə verilmiş elan əsasında bir çoxları Üməyyənin qulu Bilalın cəzalandırılması səhnəsinin tamaşasına toplaşmışdılar. Həm Üməyyənin İslamla düşmənçiliyini, həm Bilalın İslam dininə vəsfəgəlməz bağlılığını bilən xalq bu qara qulun başına nə gələcəyini maraqla izləyirdilər.
    Üməyyənin gözlədiyinin əksinə olaraq, Bilala işgəncə verilməsi nəinki İslama meyli azaltmadı, əksinə müsəlmanların müqavimət və möhkəmliyini bir qədər də artırdı. Bilalın ağır işgəncələrə mətanətlə dözməsi bir çoxlarını İslama sövq etdi. Bilal müsəlmanlığını ilkin olaraq açıqlayan yeddi nəfərdən biri idi.
    Yasirin də ailəsi (Yasir, Süməyyə, oğlu Əmmar) öz dini yolunda ağır işgəncələrə məruz qalanlardan idi. Yasir və Süməyyə İslam yolunun ilk şəhidləri oldular. Onların möhkəm qəddi qırılsa da, şəhadətə yetişsələr də, iman və iradələri sarsılmadı.
    Bilal da bu zümrədən olduğu üçün ağır işgəncələrə düçar oldu. Üməyyənin göstərişi ilə onu xalqın gözü qarşısında əl-ayağı bağlı vəziyyətdə Hicazın yandırıcı günəşi altda qaynar qumun üzərinə uzadıb, sinəsinə böyük bir daş qoydular. Bu daş Bilalı isti quma sıxır, dərisini yandırıb, bədənini qovururdu.("Sireye ibn-Hişam”, c. 1, s. 381; "Əl-əsabə”, c. 1, s. 165.)
    Bilal öz qəlbini Allaha tapşırmışdı və səsini çıxarmadan dözürdü. Yalnız "əhəd, əhəd” pıçıldayırdı.
    İşgəncə altında eşidilən səs
    Yalnız "əhəd” idi − zəif, müqəddəs!
    Üməyyə tələb edirdi ki, Bilal Məhəmmədin (s) dinindən üz döndərsin, yoxsa onu bu haldaca öldürəsidir. Bilal Üməyyənin təklifinə belə cavab verdi: "Ey Üməyyə! Əvvəl dediyim kimi, Məhəmmədin (s) peyğəmbərliyinə imanım sadəcə bir həvəs deyil ki, gah ona bağlanım, gah da ondan uzaqlaşım. Məni əzablamı qorxudursan?! Əmin ol ki, ən ağır işgəncələrin altında da məndən Allah və Onun rəsuluna şəhadətdən başqa bir söz eşitməyəcəksən!”("Əyanüş-şiə”, c. 14, s. 106.)
    İşgəncələr davam edirdi. Qızdırılmış daşlar Bilalın bədəninə yapışdırılırdı. Bu daşlar onun dərisini yandırıb, parça-parça qoparırdı. Bu səhnəni seyr edənlərin çoxu dözməyib, üzünü yana çevirir, gözlərini yumurdular. Amma Əbu-Cəhl, Üməyyə və onlar kimi digər İslam düşmənləri Bilalın əzabəziyyətindən ləzzət alır, şadlanırdılar.
    Bilal öz iman qüvvəsi və dəmir iradəsi ilə misilsiz dözüm göstərirdi. Üməyyə elə düşünürdü ki, Bilal bir daha Peyğəmbərə (s) yaxın gedəsi deyil. Amma ona yaxınlaşdıqda zəif, üzülən bir səslə "əhəd, əhəd” pıçıldadığını eşitdi. Bilal Allahın birliyinə şəhadət verirdi. Üməyyə bu vəziyyəti görüb daha da qəzəbləndi və təkrar işgəncəyə başladı.
    Bilalın qəlbi təvəkkül və səbr dəryasına bağlanmışdı. O, Allahı zikr etməklə öz yaralarına məlhəm qoyur və öz heyrətamiz dözümü ilə inqilab yaradırdı. Bilalın səbr və dözümü, həqiqətən də, onun ağalarını dizə çökdürdü. Onlar böyük imkanlarına baxmayaraq, Bilalın qarşısında aciz qaldılar. Onu yaraları sağalanadək işgəncə məqsədi ilə azad etdilər.
    Üməyyə səhəri gün Bilala dedi: "Dünən səni çox incitmədim. Düşündüm ki, tutduğun yoldan geri dönəcəksən. Amma əqidəndən dönməsən, bu gün sənə bir işgəncə verəcəyəm ki, dünənki onun yanında heç olsun.” Bilal dedi: "Üməyyə, düşünmə ki, işgəncə və hədələrlə əqidəmi sındıra bilərsən. İslam yolunda ölmək mənim üçün çox şirindir.”
    Həmin günün səhəri xalq yenidən Bilalın işgəncələrini seyr etmək üçün meydana toplaşdı. Üməyyənin göstərişi ilə Bilalı gətirdilər. Ötən günkü yarları hələ də sağalmamışdı. Onun ayaqları bağlanmışdı. Əllərini də uzun bir iplə bağlayıb ipin ucunu bir neçə nəfərə verdilər. Onlar var qüvvələri ilə qaçaraq, Bilalı arxalarınca sürüməyə başladılar.("Əsədul-ğabə”, c. 1, s. 207.)Daş-kəsək üstü ilə sürünən Bilalın sağ qalmasına ümid yox idi. Bununla belə, o, müqəddəs tövhid şüarını, "əhəd-əhəd” kəlmələrini təkrarlayırdı.
    Bəzən də onun yaralı bədəninə dəmirdən hazırlanmış geyim geyindirir, günəşin qabağında saxlayırdılar. Amma bu işkəncələrin təkrarı onun əzmini qırmır, əksinə, imanını daha da artırır, möhkəmləndirirdi. Bilalın böyük səbr və dözümü ətrafdakılara təsir edir, dost da, düşmən də ona əhsən deyirdi. Hətta hamının hörmətlə yanaşdığı məsihi alim Bilalın dözümünü görüb dedi: "Bilalın dözümü və onun bir Allaha inamı məni heyran qoymuşdur. And olsun Allaha, əgər bu qul bu yolda şəhid olarsa, mən onun qəbrini ziyarətgah qərar verib, ziyarətindən bəhrələnəcəyəm.("Əsədul-ğabə”, c. 1, s. 207.)
    Bəziləri Bilalı sevdiklərindən ona məsləhət görürdülər ki, təqiyyə etsin, yəni əqidəsini gizlətsin. Amma Allaha və Onun rəsuluna eşq bu yolda işgəncələri də Bilala sevdirmişdi.
    Bir çox tanınmış şairlər Bilalın işgəncə səhnəsini nəzmə çəkmiş, öz əsərlərində onu yad etmişlər. Bu şerlərdən birində deyilir:
    Əlbət, eşq yolunun keşməkeşi var,
    Tikanlı, zəhərli, acı suallar!
    Nədən Məhəmmədə iman gətirdin?
    Ağanın dinindən çevrildi qəlbin.
    Qızmar günəş altda, tikanlar üstə
    Can əzabda, könül eşqə həvəsdə.
    Bilalı tövbəyə çəksə də ağa,
    Eşq tövbədən qabaq durur ayağa.
    Yaman çətin olmuş onun tövbəsi,
    Qırılır ağanın son iradəsi.
    Sevgi həvəsiylə candan keçilmiş,
    Döyüləcək qapı artıq seçilmiş.
    Damarlardan axan ilahi sevgi
    Bir belə əzabı duymadı sanki.
    "Tövbə, tövbə” deyir zalım sorğuçu,
    Haqqa qul olanın nə imiş suçu?!
    Eşq mənə qalibdir, mən ona məğlub,
    Artıq könül onun ləzzətin duyub,
    Küləklər qoynunda yarpaq kimiyəm,
    Gedəcəyim yeri hardan bilim mən?!
    Gah bulud üstəyəm, gah yağış altda,
    Eşq ardınca gözlər dönür saatda.
    Sel üstə şütüyən yarpaqdır aşiq,
    Son mənzili məşuq biləsi dəqiq.
    Qızmar daşlar altda yansa da bədən,
    Yenə məşuquna çatası hökmən.
    Yaralardan axan laləli qanlar,
    Gülşənə dönəsi nə vaxtsa naçar.
    Nə qədər başda var eşqin havası,
    Can daş altda, könül eşqdə yanası
    Çarmıxa çəkilir gün doğmamış can.
    Çılpaq əzaları qucaqlır tikan.
    Ağır işgəncədən əyilsə də qədd,
    Dil bir kəlmə söylər: "əhəd” ki, "əhəd”!
    BİLALIN AZADLIĞI
    Xalqla daim həmdərd olan həzrət Peyğəmbər (s) öz müsəlman tərəfdarlarının əzab-əziyyətinə hamıdan çox narahat olurdu. O, işgəncə altında olan müsəlmanlar haqqında daim düşünər, onlardan xəbər tutar və onları səbrə dəvət edərdi. Eləcə də həzrət (s) din yolunda fədakarlıq göstərib, çətinliyə düçar olanları behiştlə müjdələyərdi.
    Bilalın işgəncələri nəhayət həddə çatmışdı. Onun bədəni zəifləmiş, şəhadət ehtimalı çoxalmışdı. Həzrət Peyğəmbər (s) təklif etdi ki, Bilalı işgəncələrdən qurtarmaq üçün onu ağasından pulla alıb, Allah yolunda azad etmək lazımdır.
    Üməyyə ibn Xələf də Bilalın müqavimətindən cana doymuşdu. Artıq Bilaldan qul kimi istifadə etmək də mümkünsüz olmuşdu. Onu öldürmək isə Üməyyəni alçalda bilərdi. Ona görə də Üməyyə həzrət Peyğəmbərin (s) təklifi ilə razılaşdı. Beləcə, Bilalın adı qullar siyahısından silindi.("Əs-səhih”, c. 2, s 34.)
    Bilal sağaldıqdan sonra ciddi dini fəaliyyətlərə başladı və Allahın dini yolunda misilsiz fədakarlıqlar göstərdi. O ən çətin və təhlükəli anlarda öz həbibi həzrət Məhəmmədin (s) yanında olardı. Bilal "Şibe-Əbu-Talib” mühasirəsi dövründə də müsəlmanlarla oldu.
    Bilalın iman və səbri ona misilsiz əzəmət bəxş etmişdi. O, Mədinəyə hicrət dövrünədək öz şirin bəyanı ilə İslamı təbliğ edib, yayırdı.
    MƏDİNƏYƏ HİCRƏT
    Bilal, Peyğəmbərin (s) hicrətindən qabaq Mədinəyə, Yəsribə köçmüş müsəlmanlardan idi. Həzrət Məhəmmədə (s) qəlbən aşiq olan bu insan ondan ayrılığa dözə bilmir, şiddətli qızdırmalı olmasına baxmayaraq, günlərlə Məkkə yolunda oturub, günəş altında həzrət Peyğəmbərin (s) yolunu gözləyir. Nəhayət, intizar dövrü başa çatır, həzrət (s) Mədinəyə daxil olarkən onu görmədən İslamı qəbul edənlərlə birgə Bilal da böyük sevinclə Allah rəsulunu (s) qarşılayır.
    Peyğəmbərin Mədinəyə gəlişi ilə bir çox yeni işlərə, tədbirlərə, eləcə də, İslam əsasında yeni hökumətin təşkilinə başlanıldı. İslam Peyğəmbəri (s) Mədinəyə gəlişinin əvvəlində müsəlmanlarla birlikdə ibadət və yığıncaqlar üçün bir məscid tikdi. Müsəlmanlar arasında bağlılığı gücləndirmək üçün qardaşlıq əqdləri (siğələri) oxundu. Bilal da Übeydə ibn Haris ibn Əbdül-Mütəlliblə qardaş oldu. Übeydə fədakar müsəlmanlardan idi. O sonralar Bədr döyüşündə həzrət Peyğəmbər (s) və həzrət Əli (ə) ilə çiyin-çiyinə cihad etdi və yaralandı. Bir neçə gün sonra Bədr döyüşündən qayıdarkən yolda vəfat etdi.("Təbəqat”, c. 3.)
    İLK AZANÇI (MÜƏZZİN)
    Mədinəyə hicrətin ilk günlərində xalqı camaat namazından və zəruri yığıncaqlardan xəbərdar etmək üçün bir vasitəyə ehtiyac yaranmışdı. Ona görə də Allah-təala Öz peyğəmbərinə (s) azan verilməsi göstərişini nazil etdi. Peyğəmbər (s) Əliyə (ə) tapşırdı ki, Bilala azan öyrətsin.("Vəsailüş-şiə", c. 4, s. 612.) Beləcə Bilal İslamda ilk azançı, müəzzin olmaq iftixarını qazandı. Bilal qara həbəş və azad edilmiş qul olsa da, Peyğəmbərin (s) azançısı və Allah dininin rəsmi sözçüsü, xəbərçisi seçildi. Bu seçimin əsasını Bilalın təqvası, məsuliyyətli olması və Allahla yaxınlığı təşkil edirdi. Həmin vaxt Bilaldan daha gözəl səsi olanlar az deyildi. Amma Bilalın paklığı, imanı və xalisliyi onu belə bir məqama ucaltdı.
    Bilal daim həzrət Peyğəmbərin (s) yanında olardı. Bütün səfərlərdə, müharibələrdə onu müşayiət edər, namaz vaxtı azan verərdi. Bilalın təkbir nidası ucalan kimi bütün allahpərəstlər məscidə axışar, cəm halda peyğəmbərə (s) iqtida edərdilər.
    Bilal namaz üçün azan verdikdən sonra həzrət Peyğəmbərin (s) qapısına gəlib təkrarlayardı: "Həyyə ələs-səlat, Həyyə ələl-fəlah, ya rəsuləllah.” Peyğəmbəri gördükdən sonra namaz başlayanadək iqamə deyərdi.("Təbəqat”, c. 3, s. 234.)
    Bilal vaxtı dəqiq müəyyənləşdirməyi bacaran bir azançı idi. Peyğəmbər (s) buyurmuşdur: "Oruclarınızı Bilalın azanı ilə başlayıb, sona çatdırın, o, çox dəqiqdir.”("Biharül-ənvar”, c. 22, s. 264.) Həzrət Peyğəmbər (s) Bilala deyərdi: "Ey Bilal, azanınla könlümüzə sevinc bəxş et, azan de ki, namaza duraq.”
    Bilal gecə sübh azanından bir qədər qabaq məscidə gələr, divarın kənarında əyləşib, səmanı seyr edərdi. O, Allahın tədbirləri haqqında düşünər və azandan qabaq raz-niyaz edərdi. Həzrət Peyğəmbərin (s) Bilala azan haqqında dedikləri onun xalisliyini, qəlbinin imanla dolu olmasını göstərir.
    Həm ruhu kamildir, həm də nidası,
    Könüllər oxşayır onun sədası.
    Peyğəmbər buyurmuş: "Oxu, ey Bilal,
    Azanınla eylə qəlbləri xoşhal...”
    Oxu, ey bağların aşiq bülbülü,
    Gül bülbülü gözlər, bülbülsə gülü.
    Səsin çıxarası huşları başdan,
    Sənə əhsən deyir əhle-asiman
    BİLALIN AİLƏ QURMASI
    Bilal qardaşı ilə Yəmənə səfər zamanı evlənmək qərarına gəldi. O, elçilik zamanı özünü belə təqdim etdi: "Mən Bilalam, bu isə mənim qardaşımdır. Hər ikimiz həbəş qulları olmuşuq. Yolumuzu azmışdıq, Allah bizi hidayət etdi. Qul idik, Allah bizi azadlığa çıxardı. Qızlarınızı bizə versəniz, Allaha həmd olsun. Əgər verməsəniz, Allah böyükdür.”
    Qız adamları Bilala qəti cavab verməzdən öncə həzrət Peyğəmbərin (s) yanına gəldilər. Onlar əhvalatı danışıb, həzrətin (s) rəyini öyrənmək istədilər. Həzrət (s) üç dəfə Bilal deyərək buyurdu: "Ondan yaxşı kimi istəyirsiniz?! Bilal Behişt əhlindən olan insandır...” ("Əyanüş-şiə”, c.14, s. 101, 102.)
    Bilalın evlənmə üsulu və həzrət Peyğəmbərin (s) məsləhətləri islami evlənmə üçün olduqca gözəl nümunədir. Bu əhvalat izdivac zamanı islami meyarları çox aşkar şəkildə bəyan edir.
    BİLAL DÖYÜŞ MEYDANLARINDA
    Bilalın müxtəlif sahələrdə, eləcə də, cihad meydanlarında iştirakı onun İslamı hərtərəfli tanıyıb, dəqiq əməl etməsinin göstəricisidir. Bilalın işi təkcə namaz və azan deyildi. O, savaş qəhrəmanı, əsil hərb adamı idi. Bilal, demək olar ki, bütün döyüşlərdə iştirak etmişdir.("Təbəqat”, c. 3, s. 239.) İslamın qələbəsi və müşriklərin məğlubiyyəti ilə nəticələnən Bədr döyüşündə əsirlər arasında Üməyyə və oğlu da vardı. Bilal İslamın qədim düşməni olan Üməyyəni görüb, ənsari haraylayaraq dedi: "Bu Üməyyədir, küfrün rəisidir. And olsun Allaha, səni nicat tapmağa qoysam, özüm nicat tapmaram!”
    Üməyyəni tanıyan, onun Məkkədə müsəlmanlara verdiyi işgəncədən xəbərdar olan ənsar Bilalın səsini eşidib, onun köməyinə tələsdi. Beləcə Üməyyə və onun oğlunun həyatına son qoyuldu.("Əyanüş-şiə”, c. 14, s. 108.)
    Bəli, küfr və zülm başçısı Üməyyə qara qulun əli ilə gözlərini dünyaya qapadı.
    Bilal iştirak etdiyi digər müharibələrdə həzrət Peyğəmbərin (s) göstərişi ilə nəticələnmiş Ühüd döyüşündə Bilal orduya həzrət Peyğəmbərin (s) düşməni təqib etmək göstərişini elan etdi.("Təbəqat”, c. 2, s. 49.) Bəni-qərizə yəhudiləri ilə döyüşdə də savaş elanını Bilal öz öhdəsinə götürdü.(Həmin mənbə, s. 74.) Bilalın digər sahələrdə də fəaliyyətləri, xüsusi ilə insanları azan deməklə ibadətə səsləməsi onun pak və uca ruhundan danışırdı. Həzrət Peyğəmbər (s) Bilalı qəlbən sevməsinə baxmayaraq, ona səhvlərini də xatırladardı. Xeybər döyüşündə Bilal Həyy ibn Əxtəbin qızı Səfiyyəni əsir götürüb, onu yaxınlarının cəsədləri arasından keçirib gətirdiyi üçün qadın üzünü cırmış, başına torpaq tökmüşdü. Səfiyyənin üzücü iztirabını görən Peyğəmbər (s) Bilala buyurdu: "Qəlbinin mərhəmətini itirmisənmi ki, əsir qadını cəsədlərin arasından keçirib gətirirsən?!”("Əsirətəl-nəbəviyyə”, c. 2, s. 336.)
    Bu, Bilalın məzəmmət olunduğu yeganə hal idi. Uyğun hadisə əslində hamı üçün yetərli bir ibrət dərsi idi. Hətta müharibə meydanlarında əsirlərə qarşı insani davranış zəruridir.
    Category: Bilalın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 847 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024