İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Tarix » Bilalın həyatı

    Bilalın həyatı
    2012-05-02, 6:27 PM
    PEYĞƏMBƏRİN (S) XƏZİNƏDARI
    Müsəlmanların beytül-malını, büdcəsini öhdəyə götürmək və xətaya yol verməmək, ondan sui-istifadə etməmək insanın maddi cəhətdən təqvasının, vəfadarlıq və allahpərəstliyinin dəlilidir. Bilal Mədinədə həm də peyğəmbərin xəzinədarı idi.("Üsədul-ğabə”, c. 1, s. 206. ) Peyğəmbərin (s) ixtiyarına verilən malların xümsü, döyüş qənimətləri və digər pullar Bilala tapşırılırdı. Həzrət (s) ona müraciət edən fəqir və ehtiyaclıları Bilala tapşırırdı ki, onlar üçün yemək və geyim tədarük etsin.
    Bilal heç vaxt möhtacları rədd etmirdi. Hətta xəzinədə pul olmadıqda başqalarından borc olıb, fəqirləri yola salırdı. Bilal heç vaxt bir fəqirə "yox” deməmişdi.("Əl-vəfa biəhvalil-mustəfa”, c. 2, s. 477.)
    Bilal Peyğəmbərin göstərişinə əməl edərək, heç vaxt sərvət toplamırdı. İmkan düşdükcə xalqın ehtiyaclarını aradan qaldırırdı. Bir dəfə peyğəmbər Bilalın yanına gəldiyi vaxt orada bir xurma kisəsi görür və soruşur: "Bu nədir?” Bilal cavab verir: "Bunu sizin üçün və sizin qonaqlarınız üçün saxlamışam.” Həzrət (s) buyurur: "Qorxmursanmı ki, bunlar alov şölələrinə çevrilə? Onları Allah yolunda infaq et və qorxma. Allah-təala az bir şeyə bərəkət verib artırar və böyük mükafat verər.”("Həyatus-səhabə”, c. 2, s. 133.)
    Peyğəmbərin (s) evi üçün bazarlıq Bilala tapşırıldığından o tez-tez həzrətin evinə gedib-gələrdi. Bilalın Peyğəmbərin qızı həzrət Zəhraya (s) (Fatimə (s)) xüsusi ehtiramı vardı. Bir dəfə Peyğəmbər (s) və namaza toplaşmış müsəlmanlar Bilalın azanı intizarında olduqları vaxt Bilal yubanır. Bilal məscidə daxil olduqda həzrət (s) ondan yubanmasının səbəbini soruşur. Bilal cavab verir: "Fatimənin (s) evinə getmişdim. O, buğda üyüdür, Həsən isə ağlayırdı. Dedim ki, ey Peyğəmbər qızı, icazə ver, ya buğdanı üyüdüm, ya da Həsəni saxlayım. Zəhra (s) buyurdu ki, övladımı saxlamaq üçün mən daha münasibəm. O, Həsəni götürdü, mən isə buğda üyütməyə məşğul oldum. Bu səbəbdən də yubandım.” Həzrət Peyğəmbər (s) buyurdu: "Sən onunla mehribanlıq etdin, Allah da sənə mehriban olsun.”("Biharül-ənvar”, c. 43, s. 76.)
    MƏKKƏNİN FƏTHİ
    Müsəlmanlar Peyğəmbərin (s) göstərişi ilə Məkkənin, bu tövhid mərkəzinin şirk və bütpərəstlikdən təmizlənməsi üçün səfərbər olurdular. Minlərlə silahlı müsəlman Mədinədən Məkkəyədək olan yolu bir neçə gündə qət etdilər. Onların qibləsi həmin bu şəhərdə idi. Bu şəhərdə müşriklər onlara hansı işgəncəni verməmişdilər! Bu şəhər İslamın ilkin dövrləri ilə bağlı xatirələrlə zəngin idi. İşgəncələr, müqavimətlər, çətinliklər!
    Mühacirlər məkkəli olduqlarından vətəni görməyə daha iştiyaqlı idilər. Onlar hicrət etdikləri vaxt son dərəcə zəif idilərsə, bu gün böyük əzəmətlə Məkkəyə dönmək əzmindəydilər.
    Bu karvana yolda qoşulanlar da çox oldu. Nəhayət, müsəlmanlar Peyğəmbərin rəhbərliyi altda qalib halda Məkkəyə daxil oldular. Məkkə heç bir qan axıdılmadan təslim edildi. Müsəlmanlar təsadüf hallarda müqavimətlə rastlaşdılar. Bu, İslam qüvvələri üçün çox böyük bir qələbə idi.
    Müsəlmanlar Kəbə ətrafında toplandılar. Bilal həzrət Peyğəmbərin (s) göstərişi ilə Kəbənin açarlarını Osman ibn Təlhədən aldı və Kəbənin qapısı açıldı. Peyğəmbər (s) və Əli (ə) Kəbəyə daxil olub, bütləri birbəbir aşırmağa başladılar. Bütlərin bu vəziyyətə düşdüyünü görən müşriklər heyrətlənib, qorxuya düşdülər. Onlar bütlərin acizliyini seyr edirdilər... La ilahə illəllah... Əllahu əkbər...
    Böyük fəth şüarı Məkkəni ağuşuna aldı. Allahın qüdrəti bütün qüdrətləri üstələdi. Allahın rəsulu (s) Bilala buyurdu: "Kəbəyə qalx və azan de.” Bilal bir anda Kəbənin üstünə qalxdı.(Həmin mənbə, c. 3, s.232.) Müşriklər Bilalın cürətindən heyrətə gəlmişdilər. Bilalın könül oxşayan "Əllahu əkbər” fəryadı göyə ucaldıqca nigarançılıqlara son qoyulurdu. "Allah” adı və İslam azanı məkkəlilər üçün yeni bir şey idi. Bu ilahi çağırışın cazibəsi onları sehrləmişdi. Bilal, bu qara qul Peyğəmbər və ümmət tərəfindən bir nümayəndə olaraq, Kəbənin üstündən boylanırdı. "Əllahu əkbər, əşhədu ənnə muhəmmədər-rəsulillah”
    PEYĞƏMBƏRİN (S) VƏFATI ASTANASINDA
    Məkkə fəth olundu və müsəlmanlar Mədinəyə qayıtdılar. Peyğəmbər (s) həyatının son ilində yüz mindən artıq müsəlmanla Allah evinin ziyarətinə getdi. "Vida həcci” adlanan bu həcdən qayıdarkən Peyğəmbərə əmr olundu ki, xəlifəlik, imamlıq məsələsini bəyan etsin və həzrət Əlinin (ə) canişinliyini xalqa çatdırsın.
    Sözsüz ki, xilafət və canişinlik məsələsi təzə bir məsələ deyildi. Həzrət (s) öz peyğəmbərliyinin ilk illərindən başlayaraq müxtəlif münasibətlərlə ümmətə öz canişini Həzrət Əli (ə) haqqında məlumat vermişdi. Amma bu dəfə Allahın təkidli fərmanı aşkar şəkildə bəyan olunmalı idi.(Bax: "Maidə”, 67.)
    Bilalın sədası həmin vadidə hamının diqqətini özünə cəlb etdi. Məlum oldu ki, Peyğəmbər (s) öz ümmətinə hansısa mühüm bir xəbəri çatdırmaq istəyir. Bilal peyğəmbərin göstərişi ilə nida etdi və hamı toplandı. "Qədire-Xum” adlanan vadidə saysız-hesabsız, müxtəlif ölkələrdən gəlmiş müsəlmanlar Peyğəmbərin (s) elanı intizarındadılar. Həzrət (s) onların intizarına son qoyaraq, Əlini (ə) öz xəlifəsi və canişini kimi xalqa təqdim etdi.
    Həcc səfərindən qayıtdıqdan sonra Peyğəmbər (s) Mədinədə xəstələndi və yatağa düşdü. Onun vəziyyəti gündən-günə ağırlaşırdı. Eyni zamanda Bilalın azanı və Peyğəmbərin (s) camaat namazında iştirakı Mədinəni isidir, məscidə səfa verirdi.
    Bilal, adətən, azan dedikdən sonra həzrət Peyğəmbərin (s) hüzuruna tələsir və onunla birlikdə namaza gələrdi. Həzrətin (s) xəstəlik dövründə də bu qayda davam edirdi.
    Bir gün Bilal adəti üzrə azan verdikdən sonra həzrətin (s) mənzilinə tələsdi. Amma məlum oldu ki, Peyğəmbərin (s) vəziyyəti ağırdır və o, namazda iştirak edə bilməyəcək. Bu vaxt Əbu Bəkr peyğəmbərdən xəbərsiz məscidə gedib, Peyğəmbərin (s) yerində imam durdu. Bu məsələdən xəbərdar olan Peyğəmbər (s) vəziyyətinin ağırlığına baxmayaraq, yataqdan qalxıb, məscidə gəldi. Həzrət (s) Əbu-Bəkri kənarlaşdırıb, namaza durdu. Sünnə əhlinin bəzi alimləri Əbu-Bəkrin belə bir hərəkət etmədiyini bildirsələr də, əksər alimlər uzun tədqiqatlardan sonra belə bir nəticəyə gəlmişlər ki, belə bir hadisə baş vermişdir.
    PEYĞƏMBƏR (S) MÜƏZZİNİ PEYĞƏMBƏRDƏN SONRA
    İmam Sadiq (ə) buyurmuşdur: "Allah Bilala rəhmət etsin, o Əhli-beyt (ə) dostu və saleh bir bəndə idi. Peyğəmbərdən sonra Bilal kimsə üçün azan demədi.(Səfinətül-bihar, c. 1, s. 104.)
    Bilal o zaman azan verirdi ki, müsəlmanların rəhbəri həzrət Peyğəmbər (s) idi və xalq camaat namazında ona iqtida edirdi. Bilal Peyğəmbər məqamının paklığı keşiyində durdu, peyğəmbərin azançısı olmaq iftixarını dünyatələblərin siyasi hakimiyyətində çirkləndirmədi.
    Bəli, bu səbəbdən də Peyğəmbərin (s) vəfatından sonra Bilal bir daha azan demədi. Ümmət Bilalın könül oxşayan tövhid avazının intizarında qaldı.
    Ey Məhəmməd, səndən sonra gözümüz
    İntizarda qaldı gecə və gündüz.
    Bilal o vəfalı, fədakar əskər
    Bir daha demədi "əllahu əkbər”.
    Səndən sonra hamı qüssəli, qəmli,
    Aşiq ümmətinin gözləri nəmli.
    Həzrət Peyğəmbərin (s) vəfatından sonra bir gün həzrət Zəhra (s) atasının azançısının səsini eşitmək istədi. Bundan xəbər tutan Bilal məscidin damına çıxıb azan dedi: "Əllahu əkbər, əllahu əkbər”.. Bilalın səsini eşidən camaat həzrət Peyğəmbərin dövrünü xatırladı. Onlar o şirin dövrü yada salaraq ağladılar. Atasını xatırlayan həzrət Fatimə (s) də ağlamağa başladı.: "Əşhədu ənnə Muhəmmədər-rəsulullah...” Azanın bu sözləri Mədinəni qəm-qüssəyə batırdı. Hələ ki, Mədinədə bu sayaq ah-nalə eşidilməmişdi.
    Atasının əziz xatirəsindən həyəcanlanan Zəhra bihuş olub yerə yıxıldı. Bilala dedilər: "Bilal sus, Peyğəmbərin qızı dünyasını dəyişdi.” Zəhraya görə narahat olan Bilal azanı yarımçıq saxladı və məscidin damından düşüb ona yaxınlaşdı. Həzrət Zəhra (s) özünə gəlib buyurur: "Azanı tamamla.” Bilal dedi: "Ey Peyğəmbər qızı, məni üzürlü bil. Sənin həlak olmağından qorxuram.”("Biharül-ənvar”, c. 43, s. 157.)
    BİLALIN SÜRGÜNÜ
    Peyğəmbərin vəfatından sonra Bilalın azan deməməsi növbəti xilafəti rəsmi şəkildə tanımaması kimi qəbul olundu. Bilal mövcud hakimiyyəti öz azanı ilə təsdiq etmək istəmədi. O, əhd etmişdi ki, yalnız Peyğəmbər üçün və əgər canişin olarsa həzrət Əli (ə) üçün azan deyəcək.
    Bilalın azan deməkdən imtina etməsi xəlifəyə baha başa gəldi. Beləcə, Bilal Şam şəhərinə sürgün olundu və ömrünün sonunadək orada qaldı.("Əyanüş-şiə”, c. 14, s. 103.)Bilal Şamda olduğu dövrdə bir dəfə həzrət Peyğəmbəri (s) yuxuda gördü. Peyğəmbər (s) Bilala buyurdu: "Bilal! Mənə münasibətdə necə də cəfa edirsən! Nə üçün mənim ziyarətimə gəlmirsən?” Bilal yuxudan oyanıb, çox qəmgin oldu. Qərara gəldi ki, həzrət Peyğəmbərin ziyarətinə getsin. Mədinəyə yola düşdü. Şəhərə daxil olan kimi Peyğəmbərin (s) qəbrinə üz tutdu. Ağlar halda həzrətin (s) məzarına sarıldı. İmam Həsən (ə) və imam Hüseyn Bilalın gəlməsini eşidib, xoşhal oldular, onun görüşünə gəldilər. Bilal həzrət Peyğəmbərin bu iki yadigarını görüb, onları ağuşuna aldı və öpdü. Peyğəmbərin bu iki körpəni qucağına alması səhnəsini xatırladı. Bilal Peyğəmbərdən sonra onun Əhli-beytinin (ə) necə tənha qaldığına şahid oldu. Əhli-beyt (ə) ümmətin biganəliyi ilə qarşılaşmışdı.
    Bilal Mədinədə bir neçə gün qaldı. Peyğəmbərin qəbrini ziyarət etdikdən sonra Əhli-beyt (ə) ilə görüşə getdi və təkrar öz sürgün yerinə, Şama qayıtdı.
    PEYĞƏMBƏR BUYURUQLARININ RƏVAYƏTÇİSİ BİLAL
    Bilal uzun illər həzrət Peyğəmbərin (s) yanında olduğundan onun bir çox buyuruqlarını yadda saxlamışdı. O, həzrətin (s) sözləri və əməlləri ilə yaxından tanış idi. Bilalın həzrət Peyğəmbərin (s) dilindən nəql etdiyi buyuruqlar mötəbər sənəd və istinad ediləsi mənbə hesab olunur. Bilal Şamda olduğu dövrdə Peyğəmbərdən hədislər və xatirələr nəql etməklə, müsəlmanların təlim-tərbiyəsi ilə məşğul olurdu. Onun sözləri xalq üçün bir dəlil idi.
    Mərhum Əllamə Məclisi nəql etmişdir ki, bir şəxs öz ticarət səfərində Bilalla tanış olur. Əbdüllah ibn Əli adlı bu şəxs deyir: Bəsrədən Misirə mal aparırdım. Bir gün Misirdə uca qamətli, ağsaçlı bir kişi ilə rastlaşdım. Onun əynində ağ və qara iki hissə parça vardı. Soruşdum ki, bu kimdir? Dedilər ki, Bilal, həzrət Peyğəmbərin (s) azançısı. Lövhə götürüb, Peyğəmbərin buyuruqlarını yazmaq üçün onun yanına getdim. Salam verib, gəlişimin məqsədini açıqladım: "Sənə Allahın rəhməti olsun, Peyğəmbərdən eşitdiklərindən mənə nəql et.” Bilal soruşdu ki, məni tanıyırsanmı? Onu tanıdığımı bildirdim. Bilal həzrət Peyğəmbərin (s) adını eşidib ağladı, mən də ona qoşuldum. Camaat başımıza toplandı və hamı ağladı. Bilal məndən hansı şəhərdən gəldiyimi soruşdu. İraq əhli olduğumu bildirdim. Dedi: Bəh, bəh, afərin − bir qədər susub sözünə davam etdi − ey iraqlı qardaş yaz:
    "Rəhman və Rəhim Allahın adı ilə!
    Azançılar möminlərin etimad etdiyi şəxslərdir. Möminlər namaz və oruclarını, cisim və canlarını azançıya etibar etmişlər. Onlar əta ediləndən savay bir şey istəməzlər. Bir şey haqqında şəfaət edərlərsə, qəbul olunar.”
    Dedim: Allah sənə rəhmət buyursun, yenə də de.
    Dedi: "Yaz, Allahın adı ilə! Peyğəmbərdən (s) belə bir buyuruğunu eşitdim: "Hər kəs qırx il Allah və Onun mükafatı üçün azan desə, Allah qiyamət günü ona qırx pak siddiqin əməl mükafatını əta edərək qaldırar.”
    Dedim: Yenə de.
    Dedi: "Allahın adı ilə! Peyğəmbərdən (s) eşitdim ki, hər kəs iyirmi il azan desə, Allah qiyamətdə onu səmanın nuru kimi parlaq halda gətirər.”
    Haqq eşqinin nuru damsa qəlbinə,
    Günəş də həsrətlə boylanar sənə.
    Dedim: Allah sənə rəhmət etsin, yenə de.
    Dedi: "Peyğəmbər (s) buyurdu: "Hər kəs on il azan desə, Allah onu öz dərgahında İbrahim dərəcəsində məşhur edər.”
    Dedim: Yenə də desənə.
    Dedi: "Peyğəmbər (s) buyurdu: "Hər kəs bir il azan desə, Allah onu qiyamətdə Ühüd dağı qədərincə günahı olsa da, bağışlanmış halda gətirər.”
    Dedim: Yenə de.
    Dedi: "Dediyimi yadda saxla, ona əməl et və Allaha ümidvar ol. Peyğəmbər (s) buyurdu: " Hər kəs Allah yolunda, imanla ilahi mükafat üçün, Allaha yaxınlıq məqsədi ilə bir namazın azanını desə, Allah onun ötən günahlarını bağışlayar, gələcək xətalardan qoruyar, behiştdə şəhidlərlə qonşu edər.”
    Dedim: Eşitdiklərinin ən yaxşısını de.
    Dedi: "Vay olsun sənə, ey cavan! Könlümün telini qırdın! − Sonra ağladı. Mən də ağladım, qəlbim yandı. O davam etdi − yaz, Allahın adı ilə. Peyğəmbər (s) buyurdu: "Allah qiyamət günü hamını bir yerə toplayacağı vaxt mələkləri bayraqlar və nur nişanələrlə azançılara doğru göndərəcək. Azançılar qiymətli daşlarla bəzədilmiş atlara süvar olub, azan deyərlər.”
    Bilalı yenidən ağlamaq tutdu. Mən də ona qoşuldum. Sakitləşdikdən sonra ağlamağının səbəbini soruşdum. Dedi:
    "Həbibim Məhəmməddən (s) azan, azançının savabı, onun behiştdəki yeri haqqında eşitdiyim sözləri yadıma saldın. Sonra mənə baxıb dedi: "Əgər azançı ola bilsən, ölənədək bu işi davam etdirə bilsən, bu vəsflə dünyadan gedə bilsən, işə başla...”("Biharül-ənvar”, c. 81, s. 123.)
    BİLALIN VƏFATI VƏ ƏBƏDİ HƏYATIN BAŞLANĞICI
    Hilal tək nazilib, soluxdu Bilal,
    Nurlu çöhrəsinə ölüm saldı xal.
    Bilal Şama hicrət etdikdən sonra hər il Mədinəyə gəlib, Peyğəmbərin qəbrini, onun qızı Zəhranı (s) ziyarət edər, Peyğəmbər Əhli-beyti (ə) ilə görüşərdi.
    Hicri 19-cu ildə Bilal taun xəstəliyindən dünyasını dəyişdi. O, 63 il yaşadı. Bilal Dəməşq yaxınlığındakı "Babus-səğir” adlı yerdə bəzi səhabələrlə yanaşı dəfn olundu.("Əyanüş-şiə”, c. 14, s. 100.)
    Hazırda onun məzarı üzərində qübbə tikilmişdir və bu yer mərifət əhlinin ziyarətgahıdır. Şam müsafirləri öz ehtiramlarını bildirmək üçün Bilalın qəbrini ziyarət edirlər.
    Allah pak yaşamış, vəzifəsinə əməl etmiş, ölüm gününədək Allahın dini yolunda möhkəm dayanmış bu böyük insana rəhmət etsin!
    Bu gün onun adından ilham alırıq. Allah yolunda qədəm götürən iman və təqva istəkli insanlar üçün Bilalın həyatı gözəl bir nümunədir.
    Bütün yer üzündə "Əllahu əkbər” sədasının ucalacağı, həzrət Mehdinin (ə) ədalət bayrağı altında Allah dininin dünyaya hakim olacağı gün ümidi ilə! Belə bir gün uzaqda deyil!
    Category: Bilalın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 921 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024