İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)

    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)
    2012-02-05, 12:31 PM
    Üçüncü hissə
    Peyğəmbər(s)-in vəfatından sonra Səqifə əhvalatı.
    Səqifə əhvalatını Şeyx Tusi «Təlxisüş-şafi», İbn Əbil Hədid (sünnilərin məhşur alimlərindəndir) «Şərhi-nəhcül-bəlağə», Əhməd ibn Əbdüləziz Cövhəri isə özünün «Əssəqifə» kitabında ətraflı şəkildə qələmə almışlar.
    Onun xülasəsi belədir:
    1.Mədinə müsəlmanlarının toplanışı
    Rəsuli-əkrəm(s) vəfat edən kimi ənsar (Mədinə müsəlmanları) Bəni-Saidə səqifəsində (üstü örtülü yığışma mərkəzi) toplandı. Səd ibn Ubadəni (Xəzrəc tayfasının başçısı) Peyğəmbər(s)-in xəlifəsi və müsəlmanların rəhbəri təyin etməkdən ötrü evindən səslədilər. Xəstə olduğundan onu elə yatağındaca oraya gətirdilər. Səd ibn Übadə nitq söyləyib xalqı onu rəhbər seçməyə çağırdı.
    Oradakıların hamısı (ənsarlardan) onun dəvətini qəbul etdikdən sonra öz aralarında söhbətə başladılar ki, əgər mühacirlər (Məkkə müsəlmanları): «Rəsuli-əkrəm(s)-lə biz birgə hicrət etmişik və elə Peyğəmbər(s)-in ilk səhabələri də biz olmuşuq, bundan əlavə o Həzrətin qohumları bizik, bəs belə olan surətdə nə üçün Rəsuli-əkrəm(s)-in vəfatından sonra xilafət və hökumət işlərində bizimlə çəkişirsiz?»-deyə soruşsalar, o zaman nə cavab verəcəyik deyə düşündülər.
    Onlardan bir qrupu dedi ki, biz belə etiraz edərik: «Bir başçı siz seçin və bir başçı da biz seçək. Bu təklifdən başqa heç bir təklifi qəbul etmərik.» Səd ibn Ubadə Mədinə müsəlmanlarının bu söhbətini və tərəddüdünü eşidəndə dedi: «Bu, süstlüyün başlanğıcı və beyətə qarşı olan ilk müxalifətçilikdir». (İbn Əbil Hədid «Şərhi-Nəhcül-bəlağə» VI c, səh. 6)
    2.Ömər və Əbu Bəkrin iztirabı və Əbu Bəkrin nitq söyləməsi
    Ömər ibn Xəttab bu məsələni eşitdikdə Əbu Bəkr üçün xəbər göndərdi ki, tez evdən çıxıb yanıma gəl. Əbu Bəkr isə cavabında: «Hələ işim var. Sonra gələrəm»,-dedi.
    Ömər ikinci dəfə Əbu Bəkrə xəbər göndərdi ki, elə bir hadisə üz vermişdir ki, sən gərək orada olasan, hökmən gəl.
    Əbu Bəkr qalxıb Ömərin yanına getdi. Ömər onu görən kimi dedi:
    __ Məgər bilmirsən ki, mədinəlilər Bəni-Saidə səqifəsində yığışıb istəyir ki, xilafəti Səd ibn Ubadəyə tapşırsın? Onların arasında ən yaxşı və sayılan şəxslərin təklifi bu idi ki, bir nəfər biz, bir nəfər də siz tərəfdən seçilməlidir.
    Əbu Bəkr qorxuya düşdü. Ömərlə birlikdə tələsik səqifəyə gəldilər. Əbu Übeydeyi Cərrah da onlarla birgə idi. Səqifəyə daxil olanda orada çoxlu adam gördülər. Ömər deyir:
    __ Mənim fikrimdə olan söyləyəcəyim sözlərin hamısını Əbu Bəkr öz nitqində söyləyəcək.
    O, Allaha həmd və şükr edəndən sonra yenidən sözünə başladı:
    «Böyuk Allah Mühəmməd(s)-i xalqa peyğəmbərlik, risalət və hidayət etmək üçün seçmişdi. Onu öz ümmətinə şahid etdi ki, ümməti yeganə olan Allaha sitayiş edib hər növ şirkdən uzaqlaşsın. Bir halda ki, adamlar özləri üçün cürbəcür allahlar seçib onlara pərəstiş edirdilər. Belə başa düşürdülər ki, bu məbudlar öz pərəstişkarlarını şəfaət edib onlara mənfəət yetirəcək, amma həqiqətdə isə onlar daşdan və ağacdan yonulmuşdular».
    Sonra o, sözünə davam edərək bu ayəni oxudu:
    «Allahdan başqa elə şeylərə pərəstiş edirlər ki, nə onlara ziyanı, nə də onlara bir xeyri var». («Yunis», 18).
    Öz ata-babalarının dinini tərk edib atmaq ərəblərə ağır gəldiyindən Allah-təala Peyğəmbər(s)-i təsdiq edib ona iman gətirmək imtiyazını Həzrət(s)-in qəbiləsindən olan ilk mühacirlərə nəsib etdi. Onlar fədakarlıqla onu himayə edərək çətin bir şəraitdə müşriklərin əzab və əziyyətinə səbirlə qatlaşdılar. Mühacirlər Yer üzündə Allaha və Peyğəmbər(s)-ə iman gətirib ona pərəstiş edən ilk şəxslər olmuşlar. Mühacirlər Peyğəmbər(s)-in dostlarından və xanədanından olanlardır. Peyğəmbər(s)-dən sonra rəhbərlik etməyə ən layiqli adamlar da məhz onlardır. Hər kim bu barədə onlara müxalif çıxsa, zülmkardır. Siz, ey mədinəlilər, onların dindəki üstünlük və islamdakı qabaqcıllığını inkar edən deyilsiniz. Allah-təala sizi dinin və Peyğəmbər(s)-in köməkçiləri kimi qəbul edib Rəsuli-əkrəm(s)-in mühacirətini sizə tərəf yönəltdi. Peyğəmbərin zövcələrindən və səhabələrindən çoxu sizlərdəndir. Əvvəlki mühacirlərdən sonra heç kim bizim yanımızda sizin qədər əziz ola bilməz. Rəhbər bizdən, vəzir isə sizdən seçilsin. Biz sizinlə məşvərət etməkdən boyun qaçırmarıq».
    3.Başqa bir əshabın söhbəti
    Əbu Bəkrin nitqindən sonra Mədinə müsəlmanlarından Hübab ibn Munzir ibn Cumuh ayağa qalxıb dedi:
    __ Ey Mədinə müsəlmanları, öz qərarınızda möhkəm dayanın, çünki xalq sizin sayənizdə başını dolandırır. Heç kimin sizinlə müxalifətçilik etməyə haqqı yoxdur. Sizin icazəniz olmadan bir nəfər də rəhbəriyyətə sahib çıxa bilməz. İzzət və əzəmət sahibi, eləcə də çoxluq təşkil edən, güclü və möhtərəm olanlar sizlərsiniz. Xalq sizin qərarınızla ayaqlaşır. Buna görə də bir-birinə qarşı etiraz etməyin ki, bütün işləriniz korlanar. Əgər onlar (mühacirlər) dediyim sözləri qəbul etməsələr, onda bizim qərarımız budur ki, bir nəfər sizdən, bir nəfər də bizdən rəhbər seçilsin.
    Bu zaman Ömər ibn Xəttab qalxıb dedi:
    __ Heyhat! Heç vaxt iki qılınc bir qında yerləşməz. Mühacirlər razı olmazlar ki, siz mədinəlilər onların rəhbəri olasınız. Ona görə ki, Peyğəmbər(s) sizin qəbilənizdən deyildir, ancaq ərəblər həzrəti-Mühəmməd(s)-in mənsub olduğu qəbilənin rəhbərliyinə etiraz etməz. Peyğəmbər(s)-ə məxsus olan rəhbərlik məqamını ələ keçirmək üçün bizimlə döyüşən kimdir? Bir halda ki, biz Rəsuli-əkrəm(s)-in dostlarından və onun qohumlarındanıq.
    Bu vaxt Hübab ibn Münzir yenə ayağa qalxıb cavab verdi:
    -Ey mədinəlilər, öz sözünüzün üstündə möhkəm durun. Bu şəxsin (Ömər) və əshabının sözünü qəbul etməyin ki, sizi fikrinizdən döndərməsinlər. Əgər müxalif olsalar, onları öz şəhərimizdən qovun. Çünki xilafətə siz layiqsiz. Onları Mədinədən çıxartmaq sizin qılıncınızdan asılıdır. Xalq bu işdə sizinlə əlbir və sizə arxadır. Mən bu yolda möhkəm və yıxılmaz bir sütun kimi dayanmış, dəvələrin yatağında öz çirkin bədənlərini qaşımaq üçün basdırılmış dirək kimi (xilafət işlərini qaydaya salmaq üçün) müqavimət göstərərəm. Mən heç kimdən qorxmayan şir ürəkli bir adamam. Allaha and olsun! Əgər istəsəniz, mən onun (Ömərin) qollarını arxasına çataram.
    Ömər ibn Xəttab dedi:
    __ Onda Allah səni öldürsün.
    Hübab cavab verdi:
    __ Allah səni öldürər.(İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə»VI c, səh. 8,10.).
    Bu zaman Əbu Übeydeyi Cərrah məclisdəkiləri sülhə çağırdı:
    __ Ey Mədinə müsəlmanları! Siz Peyğəmbər(s)-ə (Mədinədə) kömək edən ilk şəxslər olmuşsunuz. Barı indi İslam hökumətini bir-birinə vurmaqda birinci olmayın.
    Noman ibn Bəşirin atası Bəşir ibn Səd irəli çıxıb: «Ey mədinəlilər! Bilin ki, Mühəmməd(s) Qüreyş qəbiləsindəndir. Onun qohum-əqrabası o Həzrət(s)-ə daha yaxındır. Məni xilafət məsələsində onlarla müxalif bilməyin», __ deyə söylədi.
    4.Əbu Bəkrin qərarı və ona beyət
    Bu vaxt Əbu Bəkr ayağa durub təkrar etdi:
    __Bu, Ömər və Əbu Übeydiyyədir. Onlardan birinə __ hansına istəyirsiniz, beyət edin.
    Ömərlə Əbu Übeydə dedilər:
    __ Allaha and olsun ki, xilafətə gəlmək üçün səndən qabağa keçmərik. Sən mühacirlərin ən yaxşısı, dinin ən gözəl qanunu olan namazın bərqərar olunmasında Peyğəmbər(s)-in canişinisən. İndi əlini uzat ki, biz sənə beyət edək.
    Əbu Bəkr Ömərə və Əbu Übeydeyə beyət etmək üçün əlini uzatdıqda Bəşir ibn Səd: «Əbu Bəkrə beyət etməsəniz, Xəzrəc tayfası onunla əlbir olacaq»,__ deyə onları qabaqladı.
    Bu vaxt adamlar hər tərəfdən gəlib Əbu Bəkrə beyət edirdilər. Bu arada öz yatağındaca xəstə-xəstə bura gətirilmiş Səd ibn Übadə az qaldı ki, ora yığışanların ayaqları altında qalıb tapdansın. O, ucadan qışqırdı:
    __ Məni öldürdünüz.
    Ömər dedi:
    __ Sədi öldürün. Allah öldürsün onu.(Bu mətləb İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə» I c, səh. 174-də qeyd olunmuşdur. )
    5.Sədin Ömərə münasibətinin soyuması və ona beyətdən imtina etməsi
    Bu zaman Sədin oğlu (Qeys ibn Səd) sıçrayıb Ömərin saqqalından tutaraq hədələdi:
    __ Ey döyüşlərdən qorxub qaçan, camaat içində gizlənib özünü şir kimi aparan Səhhakın oğlu. Allaha and olsun! Əgər Sədin başından bir tük belə əksik olsa, səni elə günə salarıq ki, üzünün sümüyü görsənər.
    Əbu Bəkr Ömərə:
    __ Sakit ol, güzəşt elə, çünki güzəştə getmək yaxşı və bəyənilmişdir.
    Səd ibn Übadə Ömərə dedi:
    __ Ey Səhhakın (Ömərin nənəsi olan Həbəşistanlı kəniz) oğlu! Allaha and olsun! Əgər xəstə olmasaydım, ayağa qalxmağa taqətim olsaydı, səni və Əbu Bəkri Mədinənin küçələrində süründürərdim. O vaxt olsaydı, nənəmin qorxusundan Mədinədən qaçardınız. Sizin hər ikinizi elə tayfaya qatardım ki, nəinki başqaları sizə tabe olmazdı, əksinə, özünüz onların qarşısında zəlil və müti olardınız. Ey xəzrəclilər, məni bu çuxurdan qaldırın.
    Onlar Sədi yatağından qaldırıb evə apardılar. Sonra Əbu Bəkr Səd üçün xəbər göndərdi ki, xalq mənə beyət etdi, sən də beyət et.
    Səd dedi:
    __ Allaha and olsun! Oxum qurtarmayana və nizəmlə sizi al qana boyamayana qədər sizə beyət etmərəm. Nə qədər ki əlimdə qılınc var, sizinlə döyüşəcəyəm. Allaha and olsun! Cinnü-ins yığışsa, mən sənə beyət etməyəcəyəm.
    Sədin sözünü Əbu Bəkrə yetirdilər. Ömər dedi:
    __Heç bir çarə yoxdur, o beyət etməlidir.
    Bəşir ibn Səd Ömərə belə məsləhət verdi:
    __ Ömər, Səd ölənə qədər də beyət etməyəcəyək. Əgər o öldürülsə, Ovs və Xəzrəc tayfalarının hər ikisi onunla bir öləcəklər. Onu öz ixtiyarında qoyun. Sədin evdə oturmağı sizin işinizə xələl yetirməz.
    Ömər və onun həmfikirləri Bəşirin sözünü qəbul edib, Sədi öz başına buraxdılar.
    Səd ibn Übadə onların namazında iştirak etmir, ziddiyyətli məsələlərdə qəzavət etmək üçün onların yanına getmirdi. Əgər arxası olsaydı, onlarla döyüşərdi. O, Əbu Bəkrin xilafəti dövründə beləcə dövran keçirirdi. Əbu Bəkrdən sonra Ömər ibn Xəttab xilafət başına gələndə də Səd bu minvalla öz yolunu (beyət) etməmək) davam etdirirdi. Ömərlə üzləşməmək üçün Şama tərəf gedərək bir müddət sonra Ömərin xilafəti zamanında Həvəran ölkəsində onların heç birinə beyət etmədən dünyadan köçmüşdü. Gecə vaxtı Sədi oxla vurub öldürmüşdülər. Şəhərdə onun cin tayfası tərəfindən öldürülməsi şayiəsi yayılmışdı.(Bu fakt İbn Əbil Hədid «Şərhi Həhcül-bəlağə» II c, səh. 7, 826-da və «Qamusur-rical» IV c, səh. 328-də öz əksini tapmışdır. Əlbəttə, bu mövzu Əli(ə.s)-nin Peyğəmbər(s) tərəfindən seçilmə səbəblərindən biridir. Başqa səbəblərdə elm, təqva, Əli(ə.s) -nin parlaq keçmişi və s.kimi xüsusiyyətlər bu seçimdə öz rolunu oynamışdı. )
    6. Sədin cinlər tərəfindən öldürülməsinin saxta dastanı.
    Məşhur tarixçi Bilazəri yazır ki, Ömər ibn Xəttab Xalid ibn Vəlidlə Məhəmməd ibn Müslimeyi Ənsariyə Səd ibn Übadəni öldürmələri barədə göstəriş vermişdi. Nəticədə, onların hər biri Sədə bir neçə ox ataraq onu öldürmüşdülər. Sonra xalq arasında belə şayiə yaydılar ki, guya Sədi cinlər öldürüb və adamların dilinə bu şeri saldılar (ki, cinlər deyir): «Xəzrəc tayfasının rəisi Səd ibn Übadəni biz öldürdük. Ona iki ox atdıq, oxlar xətaya uğramayıb onun ürəyinə batdı».
    7. Səqifə əhvalatı barəsində İbn Əbil Hədidin söylədiyi başqa bir rəvayət
    İbn Əbil Hədid də məşhur mənbələrə istinad edərək belə yazır: «Elə ki Peyğəmbər(s) dünyadan köçdü, mədinəlilər ibn Übadənin ətrafına yığışdı. Əbu Bəkr, Ömər və Əbu Übeydə də onların yanına getdilər. Ənsardan olan Hübab ibn Münzir dedi: «Gəlin bir nəfər bizdən və bir nəfər də sizdən seçilsin. Allaha and olsun, biz xilafət barəsində sizə paxıllıq etmirik. Yalnız bundan qorxuruq ki, sizdən sonra atalarını, oğullarını və qardaşlarını öldürdüyümüz şəxslər bizə hakim kəsilib hökmranlıq edələr (Bəni- Üməyyə kimi)».
    İbn Əbil Hədid yazır:
    «Bu rəvayəti Əbu Cəfər Yəhya ibn Məhəmməd Ələvi üçün danışanda dedi: «Mən Hübab ibn Münzirin fərasət və uzaqgörənliyini təsdiqləyirəm. Elə onun söylədiyi və qorxduğu şey də oldu. O vaxt Yəzid ibn Müaviyə Hicrətin 63-cü ilinin zilhiccə ayında (təxminən 643-cü il miladi) Mədinədə baş verən qanlı «Hərrəh» hadisəsində Bədr döyüşündə öldürülmüş müşriklərin qanını Mədinə müsəlmanlarından aldı. (Bu hadisə İbn Müaviyənin vasitəsilə baş vermişdi. Mədinə müsəlmanlarından 10 000 nəfərdən çoxu kütləvi surətdə qırılmışdı. Hübab ibn Münzir də hakimiyyət başına belələrinin gəlməyindən qorxurdu.
    Rəsuli-əkrəm(s) də müşriklərin qanını tökmüşdü və bilirdi ki, əgər qızı və qızının övladları zülmkar hakimlərin hökmranlığı altına keçsəydilər, dəhşətli xətərə məruz qalacaqdılar, buna görə də həmişə hakimiyyəti özündən sonra əmisi oğluna (Əli(ə.s)-yə) vəsiyyət edirdi ki, Əhli-beyti bu xətərlə üzləşməsin.(«Ənkəbut» surəsi, 1,2,3,4,-cü ayələr. Peykər- bədəın, cüssə. ) Əgər xilafətə Peyğəmbər(s)-in itrəti keçsəydi, Əli(ə.s) və Əhli-beyti həmişə amanda qalacaqdı, lakin qəza və qədər, zalım hakimlərin tamahı ona müsaidə etmədi. Hər şey elə alt-üst oldu ki, həzrəti-Mühəmməd(s)-in övladlarının aqibətinin necə olduğundan özün də xəbərdarsan».
    Category: Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) | Added by: Islam_Kitabxanasi
    Views: 732 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024