İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)

    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)
    2012-02-05, 12:29 PM
    Əbu Bəkrin Fatimə(s.ə) ilə söhbəti
    Bir gün Ömər Əbu Bəkrə dedi ki, gedək Fatimə(s.ə)-nin yanına. Biz onu incitmişik.
    Ömər Əbu Bəkrlə birgə Fatimə(s.ə)-nin evinə gəldi. İçəri daxil olmağa icazə istədikdə həzrəti- Zəhra(s.ə) onlara icazə vermədi. Onlar Əli(ə.s)-nin hüzuruna gəlib onunla bu barədə danışaraq Əmirəl-möminin(ə.s)-i bu işdə vasitə etdilər. İmam Əli(ə.s) Fatimə(s.ə)-dən icazə aldı. Əbu Bəkrlə Ömər Fatimə(s.ə)-nin hüzuruna gəldikdə həzrəti-Zəhra(s.ə) üzünü onlardan yan çevirdi. Ona salam verdilər, lakin Zəhra(s.ə) onların salamlarını almadı.
    Əbu Bəkr dedi:
    __ Ey Rəsuli-əkrəm(s)-in məhbubu. Allaha and olsun, Peyğəmbər(s)-in qohumları öz qohumlarımdan mənə daha əzizdir. Mən səni qızım Ayişədən də çox istəyirəm. Çox istərdim ki, həzrəti-Mühəmməd(s)-in yerinə mən öləydim, ondan sonra sağ qalmayaydım. Sən mənə elə baxırsan ki, guya mən fəzilətlərini bilə-bilə sənin hüququnu tapdayıb Atan(s)- dan qalan mirasını əlindən alıram?! Mən atan Rəsulullah(s)-dan belə eşitmişəm:
    «Biz peyğəmbərlər özümüzdən sonra miras qoymuruq. Bizdən sonra qalan sədəqədir».
    Fatimə(s.ə) buyurdu:
    __ Əgər mən sizə atamdan bir söz desəm, ona əməl edərsizmi?
    Ömərlə Əbu Bəkr dedilər:
    __ Bəli, əməl edərik.
    Fatimə(s.ə) buyurdu:
    __ Sizi Allaha and verirəm! Məgər eşitməmisinizmi ki, Peyğəmbər (s) buyurub:
    «Fatimənin sevinci mənim sevincim, onun qəzəbi mənim qəzəbimdir. Kim qızım Fatiməni sevindirsə, məni sevindirib, kim Fatiməni qəzəbləndirsə, məni qəzəbləndiribdir».
    Dedilər:
    __ Bəli, bu sözü Rəsulullahdan da eşitmişik.
    Fatimə(s.ə) buyurdu:
    __ Allah və mələkləri şahiddir ki, siz məni qəzəbləndirdiniz, sevindirmədiz. Mən Peyğəmbər ilə görüşəndə sizdən o Həzrətə şikayət edəcəyəm.
    Əbu Bəkr dedi:
    __ Mən Allahın və sənin qəzəbindən Allaha pənah aparıram.
    Sonra Əbu Bəkr elə şiddətlə ağladı ki, az qala, ruhu bədənindən çıxsın. Fatimə(s.ə) ona buyurdu:
    __ Allaha and olsun, qıldığım hər namazdan sonra sənə qarğış edirəm.
    Əbu Bəkr ağlar halda Fatimə(s.ə)-nin evindən çölə çıxdıqda insanlar onun ətrafına toplaşdılar. Əbu Bəkir onlara dedi:
    __ Sizin hər biriniz gecələr öz xanımınızın yanında dincəlir, bir-birinizlə qolboyun olub şad-xürrəm yaşayırsınız. Lakin məni bu çarpışmanın arasında tək qoydunuz. Mənim sizin beyətinizə ehtiyacım yoxdur. Mənə etdiyiniz beyəti pozun!
    Ətrafdakılar dedilər:
    __ Ey Peyğəmbər(s)-in canişini, xilafət sənsiz düzəlmir, çünki sən hökumət işlərində bizdən daha təcrübəlisən, əgər sən hakimiyyətdən əl çəksən, Allahın dini məhv olar.
    Əbu Bəkr dedi:
    __ Allaha and olsun, əgər dinin süst olmaq qorxusu olmasaydı, Fatimə(s.ə)-nin bu sözünü eşidəndən sonra öhdəmdə bir müsəlmanın beyəti olsaydı belə, mən bir gecə də yatmazdım.
    İbn Qüteybə yazır: «Əli(ə.s) Fatimə(s.ə) vəfat edənə qədər Əbu Bəkrə beyət etmədi. Fatimə(s.ə) Atasının vəfatından sonra 75 gündən artıq yaşamadı». (Bu, İbn Qüteybənin yazısının sonudur).
    2.İbn Əbdürrəbbi Əndulusinin yazdıqları.
    Böyük sünni alimlərindən olan İbn Əbdürrəbbi Əndulusi adı ilə tanınmış Əhməd ibn Məhəmməd Qərtəbi Mərvani Maliki qiymətli kitablardan sayılan «Ələqdül-fərid» adlı kitabının ikinci cildində «Beyət» əhvalatı barədə ətraflı məlumat vermişdir.
    O yazının xülasəsi belədir ki, Əbu Bəkrə beyət etməkdə müxalif olan şəxslər__ Əli(ə.s), Abbas və Zübeyr Fatimə(s.ə)-nin evində idilər. Əbu Bəkr Öməri onların dalınca göndərdi ki, beyət etməyənri Fatimə(s.ə)-nin evindən çölə çıxarsın. O, Ömərə belə tapşırdı: «Əgər beyətdən imtina etsələr, onlara güc tətbiq etməkdən çəkinmə».
    Ömər evə od vurmaq istədikdə Fatimə(s.ə) onunla üzbəüz dayanıb buyurdu:
    __ Ey Xəttabın oğlu, bizim evi yandırmağa gəlmisən?
    Ömər dedi:
    __ Bəli! Siz də başqaları kimi beyət edin.
    Əli(ə.s) evdən çıxıb Əbu Bəkrin yanına getdi və beyət etdi.
    Görkəmli tarixçi Məsudinin yazdıqları.
    Məsudi adı ilə tanınmış məşhur tarixçi Əli ibn Hüseyn «Mürrəvicüz-zəhəb» kitabında Abdulla ibn Zübeyrin qiyamı barədə belə yazır ki, Abdulla ibn Zübeyr Məkkədə olan bütün Haşimi övladlarını Əbi Talib tayfasında bir yerə toplamaq qərarına gəlir. Zübeyr ora külli miqdarda odun yığdırır. Əgər o odunlar od tutub yansa idi, Bəni-Haşimin hamısı yanar, onlardan biri də salamat qalmazdı. Məhəmməd Hənəfiyyə də (Əli (ə.s)-ın oğlu) onların arasında idi. O, sonra nəql edir ki, Əbu Abdulla Cədəli dörd min nəfərlə Kufədən Muxtar tərəfindən Məkkəyə göndərilib Bəni-Haşimi bu fəlakətdən qurtardı.
    Məsudi yazır: «Nofəli öz kitabında Ayişənin qulluğa təyin etdiyi şəxslərdən biri olan Həmmad ibn Səlmədən eşitdiyi qəziyyəni belə təsvir edir:
    Abdulla ibn Zübeyrin qardaşı Ürvə ibn Zübeyr qardaşına edilən bu məzəmməti eşidəndə qardaşı tərəfdən üzrxahlıq edib deyirdi: «Abdullanın odun yığmaqda məqsədi Bəni-Haşimi qorxutmaqla beyətə razı etmək idi, belə ki Ömər ibn Xəttab əvvəllər Bəni-Haşimi bu yolla beyətə təhrik etmişdi. Ömər Onları yandırmaq üçün odun yığdı, çünki Haşim övladları beyət etməkdən boyun qaçırırdılar».
    Sonra Nofəli yazır ki, bu şərhi bir kitaba sığmayan bir məsələdir. Biz Əhli-beyt(ə.s)-in fəzilət və həyatı barədə bəhs edən «Hədaiqul-Əzhan» adlı kitabda bu barədə ətraflı şərh vermişik.
    Böyük alimlərdən bir neçəsinin qeydləri.
    Böyük şiə alimi mərhum Ələmul-Hüda Seyyid Mürtəza (vəfatı: 436-cı il hicri qəməri, təxminən 1027-ci il miladi) «Əşşafi» adlı kitabında Fatimə(s.ə)-nin evinin yandırılması barədə qaziul-quzatın fikrinin əksinə olaraq yazır: «Əhli-sünnə aləmində ittiham olunmayan şiə təriqətindən başqa digər təriqətlər də evin yandırılması əhvalatını nəql etmişlər. Bu barədə söylənilən rəvayətlərin dəlilsiz rədd edilməsinin heç bir əsası yoxdur».
    Hadisələri olduğu kimi, obyektiv, doğru-dürüst, qərəzsiz təsvir edən, əhli-sünnə aləmində mötəbər sayılan məşhur tarixçi Bilazəri Mədainiyə əsaslanaraq yazır:
    «Əbu Bəkr bir nəfər göndərdi ki, həzrəti-Əli(ə.s)-ni beyət etməyə təhrik etsin, lakin o Cənab beyət etmədi.
    Ömər əlində alov Əli(ə.s)-nin evinə tərəf gəldi. Fatimə(s.ə)-ni bir kənarda dayanmış gördü. Fatimə(s.ə) ona xitabən buyurdu:
    __ Ey Xəttab oğlu, belə görürəm ki, bizim evi yandırmağa gəlmisən, deyilmi?
    Ömər:
    __ Bəli, bu, Atanın Allah dərgahından gətirdiyi şeydən güclüdür.
    Bu zaman Əli(ə.s) evdən çıxıb Əbu Bəkrə beyət etdi».
    Şiə tarixçiləri (raviləri) bu hadisəni çox mötəbər, qərəzsiz mənbələrə əsasən qeyd etmişlərlər. Maraqlı burasıdır ki, əhli-təsənnünün böyük raviləri də bu faktı olduğu kimi təsvir etmişlər.
    İbrahim Səd Səqəfi İmam Sadiq(ə.s)-in hadisə barəsindəki şərhini vermişdir: «Allaha and olsun ki, Əli(ə.s) alovun tüstüsünün evə daxil olduğunu görəndən sonra beyət etdi».
    Böyük alim Seyyid ibn Tavus (vəfatı 664-cü il hicri-qəməri, təxminən 1262-ci il miladi) Əbu Bəkrin həyatı, Üsamənin ordusunda onun qanunu pozması və Səqifədə xilafəti qəsb etməsi barədə yazdığı «Kəşfül-məhəccə» adlı kitabda oğluna belə deyir: «Törətdikləri ilə kifayətlənməyib Öməri atan Əli(ə.s) və anan Fatimə(ə.s)-nin üstünə göndərdi. Bu zaman Abbas və Bəni-Haşimdən bir neçə nəfər Əli(ə.s) və Fatimə(s.ə)-nin yanında idilər. Onlar cəddin Peyğəmbər(s)-in vəfatı ilə əlaqədar matəm saxlayırdılar. Ömər əmr verdi ki, əgər evdəkilər beyət etmək üçün çölə çıxmasalar, evi yandırsınlar.»
    Bu faktı «Ələqdül-fərid» adlı kitabın müəllifi həmin kitabın dördüncü cildində, əhli-təsənnündən də bir neçə ravi öz yazılarında işıqlandırmışdır. Mənim bildiyimə görə də, Ömərdən qabaq və sonra nə Peyğəmbər, nə övliyalar, hətta zalımlıq və rəhmsizləkdə ad qazanmış şahlardan heç biri belə bir zülmü (evi içindəki adamlarla birgə yandırmağı) etməmişlər. Hətta kafir hökmdarlar da beyət etməyənləri özlərinə tabe etdirmək üçün belə vəhşiliyə əl atmamışlar.
    Harda görünüb ki, peyğəmbər, yaxud bir rəhbər insanları zəlalətdən qurtarıb onlara dünya və axirət səadətinə yetişməkdə yol göstərə, Allah-təala onun nübüvvəti vasitəsilə zalımların əsarəti altında əzilən şəhərləri azad edə, sonra həmin peyğəmbər, yaxud rəhbər dünyadan köçə, heç insafmıdır, onun etdiklərinin müqabilində Rəsulullah(s)-ın hər iki dünya qadınlarının xanımı adlandırıb özündən sonra yeganə yadigar qoyub getdiyi qızını iki azyaşlı övladı ilə bərabər yandırmaqla hədələyib incitsinlər?
    Maraqlı bir hadisə.
    Əllamə Təbərsi «Ehticac» adlı kitabında Əhməd ibn Hişamla Übadə ibn Samitin (Peyğəmbər(s)-in alicənab səhabələrindən) dialoqunu vermişdir. Onu burada qeyd etmək yerinə düşərdi:
    Bir gün Əhməd ibn Hişam Übadə ibn Samitin yanına gəlib soruşdu:
    __Müsəlmanlar Əbu Bəkr xəlifə olmamışdan öncə də onu digərlərindən üstün bilirdilərmi?
    Übadə cavab verdi:
    __ Biz hər hansı bir mövzu barədə sükut edəndə siz də sükut edin, araşdırıb yoxlama aparmayın. Allaha and olsun, necə ki həzrəti-Mühəmməd(s) Əbu Cəhllə müqayisədə peyğəmbərliyə layiq idi, eləcə də Əli(ə.s) Əbu Bəkr ilə müqaisədə xilafətə layiq idi.
    Biz bir gün Rəsuli-əkrəm(s)-in hüzurunda idik. Əli (ə.s), Əbu Bəkr və Ömər də Rəsulullah(s)-ın evinə gəldilər. Əvvəl Əbu Bəkr evə daxil oldu. Sonra Ömər, axırda isə Əli(ə.s).
    Sanki (mübarək vücudundan uzaq) Peyğəmbər(s)-in üstünə kül ələndi. Birdən-birə halı dəyişdi, sonra Əli(ə.s)-yə buyurdu:
    __ Allah-təala səni bunlara əmir edə-edə, onlar səni qabaqlamaq istəyirlərmi?
    Əbu Bəkr:
    __ Ey Allahın Rəsulu(s), yaddan çıxartdım.
    Ömər:
    __ Bilmədim, səhv etdim.
    Peyğəmbər(s) onlara buyurdu:
    __ Nə unutdunuz, nə də səhv etdiniz. Sanki sizin rəhbəriyyət məqamını onun əlindən alıb hakimiyyəti ələ keçirmək üçün onunla vuruşmağınızı öz gözlərimlə görürəm. Allahın və Peyğəmbərinin düşmənləri bu işdə sizə kömək edirlər. Elə bil görürəm ki, Əhli-Beytimə zülm olunur və ucqar yerlərə səpələnirlər. Bu mətləb Allahın elmindədir.
    Sonra Peyğəmbər(s) elə ağladı ki, göz yaşları axmağa başladı. Bu vaxt Əli(ə.s)-yə buyurdu:
    __ Ey Əli, səbir elə, Allahdan əmr gələnə qələr səbir elə, döz. Allahdan başqa qüdrət və qüvvət sahibi yoxdur. Yalnız bu surətdə sənin üçün Tanrı dərgahında o qədər əcr vardır ki, iki katib mələk belə onu hesablaya bilmir. Elə ki xilafət əlinə keçdi, müxaliflər Allah və Peyğəmbər fərmanına boyun əyənə qədər qılınc sənindir, çünki sən haqlısan. Səninlə birgə qiyam edənlər də haqlıdır. Habelə sənin övladların da səndən sonra qiyamətə qədər haqq sahibidirlər.
    Şiqşiqiyyə xütbəsini əks etdirən güzgü.
    Şeyx Səduq öz yazısında İbn Abbasın söylədiklərini belə işıqlandırır:
    «Əmirəl-möminin Əli(ə.s)-nin hüzurunda (xilafət zamanı) xilafət əhvalatından (Peyğəmbər(s)-dən sonra ta o vaxta qədər) söz düşdükdə O, hadisəni belə şərh etdi: (Biz onu «Nəhcül-bəlağə»dən sitat gətiririk.)
    «Allaha and olsun, Əbu Bəkr xilafət qumaşını geydi, halbuki çox gözəl bilirdi ki, mən İslam hökumətini idarə etməkdə dəyirman daşlarının mehvəri kimiyəm (onsuz dəyirman fırlanmır). O, yaxşı bilirdi ki, elm və kamal çeşmələri dağ vücudumun ətəklərindən qaynayır. Uca göylərdə qanad çalan quşların mənim düşüncələrimə belə yetişməyə qüdrəti yoxdur. Lakin mən tək əllə haqqımı geri almaq üçün qiyam etmək və ya qocaları solduran, cavanları qocaldan, imanlı şəxsləri ömrünün axırınadək incidən alçaq bir mühitdə səbir etmək fikrində ola-ola, xilafət kəmərini belimdən açıb kənara çəkildim. Səbir və təmkinin əql və müdrikliyə yaxın olduğunu gördüm. Buna görə səbir və təmkin yolunu tutdum. Ancaq bu halımda da gözümə çöp düşmüş, boğazıma sümük ilişmiş şəxsə bənzəyirdim. Mirasımı gözümün qarşısında qarət edirdilər. O vaxta qədər ki, birincisi (Əbu Bəkr) dünyadan köçdü, xilafəti ikinciyə (Ömər ibn Xəttaba) tapşırdı. (Burada İmam Əli(ə.s) şair Əşanın beytini misal gətirir: «Dünən və bu gün arasında çox fərq vardır. Bu gün dəvəyə minib çətinliyə düçar olmuşam, lakin əvvəllər Cabirin qardaşı Həyyam ilə çox rahatlıqda idim».(Həqiqətən, ustadın bu sözü yerində işlənmişdir. Çünki «Şiqşiqiyyə» xütbəsini təhlil etməklə, görünür, bütün məsələlər qısa şəkildə bəyan olunmuş və sübut üçün kifayət etmişdir. ))
    Görəsən, nə üçün o, (Əbu Bəkr) sağlığında mənə görə müsəlmanlar ilə beyətini pozmaq istəyə-istəyə özü ölüm yatağında hakimiyyəti başqasına verdi. Bu ikisi xilafəti öz aralarında dəvənin iki döşü kimi bölüşdürdülər. Onu günlərini eyş-işrətdə keçirən insanın ixtiyarına verdi ki, hökumət başçısı elə bir şəxs oldu ki, dəvə kimi itaətdən boyun qaçırırdı. Əgər sahibi onun yüyənini əlində möhkəm saxlasaydı, dartınmaqdan burnu yarılar, əgər başını buraxsaydı, fəlakət uçurumunda məhv olardı. Allaha and olsun, müsəlmanlar onun (Ömər) zamanında səhv yola düşüb haqdan uzaqlaşdılar. O da dünyadan köçənə qədər mən yenə səbir və təmkin yolunu tutdum. Ömər ömrünün son günlərində xilafət məsələsini şuraya tapşırdı. Məni də bu şuranın üzvlərindən biri güman edirdi. Doğrusu, Allah bizləri bu şuranın şərindən qorusun. Nə vaxt məni onlarla bir sırada müqayisə ediblər ki, indi də onlarla bir sırada təyin edirlər. Lakin yenə də səbir edib onların şurasında iştirak etdim.(Əhməd ibn Məhəmməd Hənbəli, Təbəri kimi sünni alimlərindən bəziləri də on iki nəfərin etiraz etmə əhvalatını qeyd etmişlər.(«Tarixi-Təbəri») )Onlardan bəzisi (Səd ibn Vəqqas) kin bəsələdiyindən məndən üz döndərdi. Digəri (Əbdürrəhman Osmanın anabir bacısının əri idi. Osmanla qohumluğuna görə) qohumluğu üstün tutdu. Qalan ikisi (Təhlə və Zübeyr) də xoşagəlməz cəhətlərinə görə başqa yolla getdilər. Nəticədə, üçüncüsü (Osman) qalib gəldi. Xilafəti ələ keçirdi. Yekəqarın və qarınqulu Osmanın dəvə kimi beytül-malı yeyib dağıtmaqdan başqa əlindən bir iş gəlmirdi. Atasının qohumları onunla əlbir oldular. Onlar bahar fəslində otlaqlara hücum edib acgözlüklə otlayan ac dəvələr kimi Allah malını udmaq üçün qollarını çırmaladılar. Nəhayət, hakimiyyətin möhkəmlənməsi üçün gördüyü işlər boşa getdi. Nalayiq əməlləri onun bütün işlərini puç etdi».
    Əli(ə.s)-nin xilafəti dövrünə bir baxış.
    İmam Əli(ə.s) «Şiqşiqiyyə» xütbəsinin ardınca buyurur: «Osmandan sonra hər tərəfdən dəstə-dəstə adamlar mənə tərəf axışdılar. Məni elə əhatəyə aldılar ki, az qala, iki gözümün nuru, Peyğəmbər(s)-in yadigarı Həsən(ə.s)-lə Hüseyn(ə.s) ayaq altda qalıb əzilsinlər. Əbam iki tərəfdən paralandı. İnsanlar canavar qorxusundan çobana pənah aparan qoyunlar kimi məni araya almışdılar, lakin qalxıb xilafətə gələndən sonra bəziləri (başda Təlhə və Zübeyr olmaqla) mənə etdikləri beyəti pozdular. Bir dəstəsi də (xəvaric və mariqin) mənə itaət etməyib dindən çıxdılar. Digərləri də (Qasitin, Müaviyə və tərəfdarları) vəzifə üçün haqdan üz çevirdilər. Elə bil Allah-təalanın «Qəsəs» surəsinin 83-cü ayəsini heç eşitməyiblər:
    «Axirət dünyası o kəslər üçündür ki, yer üzündə fəsad və tüğyan edən olmasınlar. Aqibət təqvalılarındır». Bəli, yaxşı eşidib yaxşı da əzbərləmiş, başa düşmüşdülər. Lakin dünyanın bər-bəzəyi onların gözünü qamaşdırıb, cəvahiratı isə aldatmışdır».
    «Agah olun, toxumu çərtib insanı yaradan Allaha and olsun, əgər xala ətrafıma yığışıb köməyimə gəlməsəydi və zalımların harınlığı, məzlumların aclığı ilə mübarizə aparmağı Allah-təala hər bir cəmiyyətin alim və ziyalılarının öhdəsinə qoymasaydı, mən xilafət dəvəsinin yüyənini buraxıb ondan əl çəkər, sonunu başlanğıc camı ilə sirab edərdim. O zaman yaxşı başa düşərdiniz ki, sizin dünyanız mənim nəzərimdə dişi keçinin burnundan axan sudan belə qiymətsizdir».
    Bu zaman bir nəfər iraqlı ayağa durub imam Əli(ə.s)-yə bir məktub verdi. (Bəziləri deyir ki, o məktubda suallar yazılmışdı və cavab istəyirdi.) O Həzrət məktubu axıra qədər nəzərdən keçirdikdən sonra ibn Abbas ona ərz etdi:
    __ Yaxşı olardı ki, sözünüzə davam edəydiniz.
    Lakin Əli(ə.s) ona belə cavab verdi:
    __ Heyhat, ey Abbasın oğlu, bu, bir dəvənin nərəsi idi. Çölə çıxdı, sonra da yerinə qayıtdı (alov dilləri kimi zəbanə çəkib sonra yenə yatdı).
    Bu sözlərlə İmam ürəyindəkiləri açıqlayırdı.
    İbn Abbas deyir: «Allaha and olsun, mən heç bir söhbətə bunun qədər təəssüflənməmişəm ki, İmam istədiyi yerə qədər sözünü davam etdirə bilmədi».
    İbn Əbil Hədidin ustadının maraqlı söhbəti.
    Məşhur sünni alimi İbn Əbil Hədid yazır ki, İbn Abbasın yuxarıdakı sözü işlətməkdən məqsədi ustadımın (Şəbib Vasiti oğlu Əbülxeyir Müsəddiq) 603-cü il hicri qəməridə, təxminən miladi 1199-cu il tarixində mənə dediyi sözdür: «Mən bu xütbəni İbn Xitab adı ilə tanınmış ustadım Əbu Məhəmməd Abdulla ibn Əhmədə oxudum. İbn Abbasın sözünə yetişəndə ustadım mənə dedi: «Əgər mən olsaydım, İbn Abbasa deyərdim ki, məgər Əli(ə.s)-nin demədiyi söz qaldımı ki, sən kədərlənirsən?» (O, bir xütbə ilə onları ifşa etmişdir.)»
    «Allaha and olsun, əvvəlinci xəlifədən ta axırıncıya kimi heç bir şey qoymadı qalsın, hamısını dedi».(Bu mükalimə «Nasixüt-təvarixi xüləfa» kitabında öz əksini tapmışdır. səh.32,40.  )
    Əli(ə.s)-nin ibn Abbas ilə dərdləşməsi.
    Əllamə Məclisi (r.ə) «Biharül-Ənvar» kitabında «Kəşfül-yəqin»dən belə bir parça verir:
    İbn Abbas (Əli(ə.s)-nin əmisi oğlu) dedi:
    __ Mən Əli(ə.s)-nin bir şeyi xatırladıqda, yaxud həyəcanlı bir xəbər eşitdikdə hərəkətlərinə, üzünün ifadəsinə həmişə fikir verirdim. Bir gün onun Şamdakı silahdaşlarından biri o Həzrətə aşağıdakı məzmunda məktub göndərmişdi: «Ömər As, Ütbə ibn Əbi Süfyan, Vəlid ibn Üqbə və Mərvan Müaviyənin ətrafına yığışmış, Əli(ə.s)-dən söz salıb onu tənqid etmişlər. Söz yaymışlar ki, Əli(ə.s) Peyğəmbər(s)-in səhabələrini öldürməklə axırlarına çıxacaq. Onlar öz əməllərini sənin haqqında söyləmişlər».
    Bu məktub həzrəti-Əli(s)-yə yetişən kimi orduya əmr verdi ki, Nüxəylə ordugahına gedib özü onlara yetişənə qədər orada gözləsinlər (Oradan da Müaviyəyə qarşı Siffeyn döyüşünə getsinlər). Ancaq onun tərəfdaşları da süstlük göstərərək Kufəyə qaçıb Əli(ə.s)-ni tək qoydular.
    Bu hadisə əmirəl-möminin Əli(ə.s)-ni çox narahat etmişdi. Xəbər hər yerə yayıldı. Mən eşidən kimi gecəykən Əli(ə.s)-nin evinə getdim. O Həzrətin qulluqçusu Qənbərlə görüşüb dedim:
    __ Əmirəl-mömininin vəziyyəti necədir?
    Qənbər dedi:
    __ Əmirəlmöminin yatıbdır.
    Bu zaman Əli(ə.s) içəridən Qənbərin sözünü eşidib buyurdu:
    __Kimdir?
    Qənbər:
    __ Ey möminlərin əmiri, İbn Abbasdır.
    (Bəzi mənbələrdə İbn Abbas özü dedi: «Mənəm»)
    İmam icazə verdi. İçəri daxil olanda gördüm, o Həzrət yatağının bir tərəfində əyləşərək özünü yorğana bürüyübdür. Gözə çox narahat dəyirdi. Soruşdum:
    __Bu gecə nə isə halın yaxşı deyildir, ey möminlərin əmiri(niyə yatmırsan?).
    O buyurdu:
    -Ey Abbasın oğlu! Göz yuxudadır, lakin qəlb oyaqdır. Qəlb başqa bədən əzalarının hökmdarıdır. Ürək narahat olanda yuxu da qaçır. Gecənin əvvəlindən indiyə qədər gördüyün kimi fikrə getmişəm. Keçən günləri xatırlayıram. Gör necə müsəlmanlar əhdlərinə xilaf çıxdılar! Onlar sözlərinin üstündə durmadılar. Rəsuli-əkrəm(s) sağlığında öz əshabına əmr etdi ki, mənə möminlərin əmiri kimi salam versinlər (Bu hadisə Qədir-Xumda baş vermişdi). O Həzrətin vəfatından sonra çalışmışam ki, bu etimadı doğruldum. Mən Rəsuli-əkrəm(s)-dən sonra ümmətin ən yaxşısı və onlara hamıdan yaxın olan şəxsəm. Lakin dünyaya dörd əllə bağlılıq, vəzifəpərəstlik üzündən insanlar məndən üz döndərib, itaətdən boyun qaçırırlar. (Müəllif İmam Əli(ə.s)-nin bu zaman təcavüzkarlardan şikayətləndiyini qeyd edir.)
    Sonra İmam(ə.s) sözünü belə davam etdirdi:
    __ Ey Abbasın oğlu, indi iş bura yetişib ki, Ciyəryeyən Hindənin oğlu Müaviyə, Əmr As, Ütbən, Vəlid, Mərvan və onların silahdaşlarını mənimlə bir sırada qələmə verirlər. Buna görə mən nə vaxta qədər tərəddüd içində yaşayım. Nə vaxta qədər Peyğəmbər xilafəti və vərasəti dünyada özünü xalqın rəhbəri hesab edən belə çirkin şəxslərin əlində olacaq. Xalq da onlara itaət edir. Bu hökmdarlar Allah dostları haqqında nalayiq sözlər danışırlar. Yalançılıq və keçmişdən ürəklərində gizlədikləri kinləri ilə öz düşmənçiliklərini davam etdirirlər. Peyğəmbər(s) sirlərinin mühafizəçiləri olan şəxslər yaxşı bilirlər ki, mənim bütün düşmənlərim mənə qarşı çıxmaqla şeytana itaət etmişlər. Onlar öz nəfslərinə qul olub axirətlərini puç etdilər. Təkcə ehtiyacsız Allahdır. Haqq yola hidayət edən də yalnız Odur.
    Ey Abbasın oğlu! Vay olsun o şəxsə ki, mənə zülm edib hüququmu tapdalayaraq bu böyük məqamı əlimdən aldı. Mən uşaq olan zaman hələ namaz mənə vacib olmamış Rəsulullah(s) ilə namaz qılanda onlar harada idilər. Halbuki bu mənfurlar o vaxtı bütlərə sitayiş edir, Allah qanunundan boyun qaçırır, küfrdən üz döndərməyin vaxtı yaxınlaşanda isə könülsüz İslamı qəbul etdilər. Lakin onların batini küfr və nifaqla yoğrulmuşdu. Allah nurunu söndürmək üçün Peyğəmbər(s)-in ölümünü gözləyirdilər. O Həzrətin vəzifəsinin sona yetməsi üçün dəqiqələri sayırdılar. Onların hərislik və kini o yerə çatmışdı ki, hətta Rəsuli-əkrəm(s)-i belə (Məkkədə) öldürmək istəyirdilər. Mərkəzi yığıncaqları olan «Darunnuduh»da həzrəti-Mühəmməd(s)-i qətlə yetirmək üçün məşvərət keçirtdilər. Allah-təala bu barədə («Ali İmran» surəsinin 53-cü ayəsində) buyurur:
    «Düşmənlər islamın məhv olması üçün tədbir gördülər. Allah-təala da buna qarşı tədbir gördü. Allah-təala tədbir görənlərin ən yaxşısıdır». Həmçinin buyurur:
    «Onlar istəyirlər ki, öz ağızları ilə Allah nurunu söndürsünlər. Lakin Allah-təala istəyir ki, öz nurunu kamil etsin. Hərçənd kafirlər istəməsələr də».
    Ey Abbasın oğlu, Peyğəmbər(s) sağlığında onları Allahın vəhyinə (nazil etdiyinə) dəvət edib tapşırdı ki, mənimlə dostluq etsinlər, amma
    şeytan onları yollarından azdırdı. Necə ki şeytan babamız həzrəti-Adəm(ə.s) ilə düşmənçilik edib, həsəd apardı, Allah vəlisinə etdiyi həmin bu həsəd də onu Allah dərgahından qovdurub əbədi olaraq Allahın lənətinə düçar etdi. Qüreyşin mənə olan paxıllığından Allahın köməkliyi ilə mənə heç bir ziyan yetməyəcəkdir.
    Ey Abbasın oğlu, bu şəxslərdən hər biri istədi ki, hakim və hökmdar olsun, dünya onlara və qohumlarına üz çevirsin. Onların nəfs və dünya ləzzətlərinə bağlılıqları, xalqın bu dünyapərəstlərin arxasınca getməsi onları məcbur etdi ki, mənim ilahi hüququmu qəsb etsinlər. Əgər Siqli-Əsğəri (Peyğəmbər(s)-in Əhli-beyti, itrəti) kənara atmaq, elm ağacını kəsmək və dünyanın çiçəyi, Allahın möhkəm ipi, əmin qalası və Peyğəmbər övladını məhv etmək qorxusu olmasaydı, mənim üçün Tanrıya qovuşmaq susuz üçün su, yuxusuz üçün yuxu qədər əhəmiyyətli idi, baxmayaraq ki sinəm dərd-qəmlə və zehnim vəsvəsələrlə dolmuşdu, səbir etdim.
    «Səbir gözəldir. Allah-təaladan söylədiyinizin müqabilində kömək istəyirəm». («Yusif», 18)
    «Keçmişdə Peyğəmbərlər öldürülür, Allah övliyalarına zülm olunur. Tezliklə kafirlər biləcəklər ki, yaxşı aqibət və axirət evi kimindir». («Rəd», 42)
    Bu zaman azan səsi eşidildi. Müəzzin «Əssəlat» deyib azana başladı.
    Həzrəti-Əli(ə.s) buyurdu: «Ey Abbasın oğlu, mənim və özün üçün istiğfar etməyi unutma. Allah bizə kifayətdir. O, ən gözəl mühafiəçidir. Allahdan başqa heç bir qüvvət və qüdrət yoxdur».
    İbn Abbas deyir: «Gecənin qurtarmasından və Əmirəl-möminin Əli(ə.s)-nin sözünü yarımçıq qoymasından çox qəmgin oldum».
    On iki nəfərin Əbu Bəkrə olan etirazı.
    (Talut saleh və qüvvətli bir gənc idi. Calut ilə döyüşmək üçün Şimuil Peyğəmbər tərəfindən döyüşə göndərildi. O bəni İsrail tayfasından az bir dəstə ilə Calut ilə döyüşüb qalib oldu. Bu hadisə «Bəqərə» surəsinin 246-252-ci ayələrində gəlmişdir. Həmin xütbədə Talutun adı çəkildiyinə görə «Talutiyyə xütbəsi» də adlanır. )
    Şiə alimlərindən bir çoxu öz kitablarında yazırlar ki, Əbu Bəkr rəsmi surətdə xəlifə seçilən zaman on iki nəfər ona qarşı etiraz səsini ucaltmışdı. Onlardan altısı mühacirlərdən idi. Xalid ibn Səid ibn As (Bəni Üməyyədən), Salman Farsi, Əbuzər Qəffari, Miqdad, Əmmar Yasir və Bəridə İsləmi. Qalan altısı isə mədinəlilərdən idi: Əbulheysəm ibn Təyhan, Səhi ibn Hüneyf, Osman ibn Hüneyf, Xəzimə ibn Sabit, Üməyy ibn Kəb və Əbu Əyyub Ənsari.
    Əbu Bəkr məsciddə minbərə çıxanda həmin on iki nəfər bir-birilə məşvərət edirdi. Onlardan bəzisi: «Allaha and olsun, məscidə gedib Əbu Bəkri Peyğəmbər(s)-in minbərindən aşağı düşürmək lazımdır»,__ digəri isə belə dedi: «Əgər belə etsəniz, öz əlinizlə özünüzü təhlükəyə atmış olarsınız. Bir halda ki, Allah Quranda buyurur:
    «Öz əlinizlə özünüzü təhlükəyə atmayın».» («Bəqərə», 195)
    Yaxşısı budur ki, Əli(ə.s)-nin hüzuruna gedib bu barədə onunla məsləhətləşək.
    Category: Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) | Added by: Islam_Kitabxanasi
    Views: 775 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024