İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)

    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)
    2012-02-05, 12:28 PM
    Əli(ə.s)-nin məsləhəti.
    Adını çəkdiyimiz on iki nəfər şəxs Əli(ə.s)-nin hüzuruna gəlib ərz etdi:
    __ Ey möminlərin əmiri, həqiqətən, sən müsəlmanların rəhbəri olmağa ən layiqli şəxssən, çünki biz Rəsuli-əkrəm(s)-dən eşitmişik:
    «Əli haqq ilə, haqq isə Əli ilədir. Hansı yerdə haqq varsa, Əli də oradadır».
    Biz məscidə gedib Əbu Bəkri həzrəti-Mühəmməd(s)-in minbərindən aşağı düşürmək qərarına gəlmişik. Bu barədə sizinlə məsləhətləşib fikrinizi bilmək istəyirik, hər nə buyursanız, ona da əməl edək.
    Əli(ə.s) buyurdu:
    __ Əgər belə etsəniz, onlarla sizin aranızda çaxnaşma düşər. Siz isə sürmə və duz kimi azsınız. Müsəlmanlar yığışıb Peyğəmbərlərinin sözündən çıxmış və Allahı təkzib etmişlər. Mən bu baradə öz əhli-beytimlə məşvərət etdim. Onlar da susmağı məsləhət bildilər. Çünki müxaliflərin Allaha və Peyğəmbərin Əhli-beytinə olan kin və düşmənçiliyindən xəbərdar idilər. Onlar cahiliyyət dövrünün kin-küdurətini yaşadanlardır ki, o zamanın intiqamını bu gün almaq istəyirlər. Əbu Bəkrin yanına gedin. Peyğəmbərdən mənim barəmdə eşitdiyinizi ona deyin. Onu şübhədən çıxarın ki, qoy öz inadından əl çəksin. Allahın Rəsulunun əmrindən çıxdığına, onunla müxalifət etdiyinə görə Allah qarşısında çəkəcək cəzasını ona başa salıb xatırladın.
    Həmin on iki nəfər cümə günü məscidə gəlib (Peyğəmbər(s)-in vəfatının dördüncü günü idi) minbərinin ətrafında əyləşdilər.
    Əbu Bəkr minbərə çıxan zaman onlardan hər biri (dəlil gətirməklə) Əli(ə.s)-nin hüququnu müdafiə edib, onun fəzilətləri barədə həzrəti-Mühəmməd(s)-in buyurduqlarını ona xatırlatdılar.(«Rövzətül-kafi» səh. 33)
    Sözə ilk başlayan Xalid ibn Səid oldu. Sonra qalan mühacirlər, axırda isə ənsarlar öz sözlərini növbə ilə dedilər.
    Nəql olunur ki, onlar sözlərini bitirdikdən sonra Əbu Bəkr minbərin üstündə çarəsiz qalıb onların əleyhinə bundan başqa ağıllı bir söz deyə bilmədi:
    __ Sizin əmiriniz olmağa mənim ləyaqətim yoxdur. Mən sizlərdən üstün deyiləm. Mənə etdiyiniz beyəti pozun.
    Ömər ibn Xəttab çığırdı:
    __ Ey ləyaqətsiz, minbərdən aşağı düş. Qüreyşin gətirdiyi sübutlara cavab verə bilmirsənsə, niyə belə bir vəzifədə əyləşmisən!? Allaha and olsun, qərara gəlmişəm ki, səni bu vəzifədən götürüb yerinə Hüzeyfənin azad etdiyi qulamı Salimi qoyum.
    Əbu Bəkr minbərdən aşağı düşdü, Ömərin əlindən tutub onu öz evinə apardı. Üç gün evdə qalıb Peyğəmbər(s) məscidinə gəlmədilər. Dördüncü gün çəkişmə oldu. Dörd gün idi ki, Əbu Bəkr və Ömər evdən çölə çıxmamışdı. Xalid ibn Vəlid min nəfərlə Əbu Bəkrin evinə gəlib belə dedi:
    __ Niyə evdə oturmusunuz? Allaha and olsun, Bəni-Haşim (sizin yoxluğunuzdan istifadə edib) xilafətə göz dikmişdir.
    Bir tərəfdən də Hüzeyfənin azad etdiyi qulam Salim, eləcə də Məaz başlarına yığdıqları tərəfdarları ilə oraya gələrək dörd min nəfərdən ibarət bir qoşun yaradıb, qılınclarını siyirərək Ömər ibn Xəttabı qabağa salıb, Əbu Bəkri məscidə gətirdilər. Ömər sözə başlayıb belə dedi:
    __ Ey Əli(ə.s)-nin səhabələri, Allaha and olsun, əgər sizlərdən biri dünənki (yəni dörd gün bundan qabaqkı ) sözü dilinə gətirsə, başını bədənindən ayıracağıq.
    Xalid ibn Səid ayağa qalxıb Ömərə xitabən söylədi:
    __ Ey Səhhak Həbəşiyyənin oğlu, tərəfdaşlarının çoxluğu və qılınclarınızla bizi hədələyirsən? Allaha and olsun, sayımız gözə az çarpsa da, qılınclarımız sizinkindən daha itidir, lakin Allahın höccəti bizimlə olduğundan biz çoxluq təşkil edirik. Allaha and olsun, əgər imamımızın (Əli(ə.s)) itaəti qarşımı almasaydı, onun əmrini gözləmədən qılınc çəkib öz haqqımı almaq və vəzifəmi tamamlamaq üçün Allah yolunda sizinlə cihad edərdim.
    Həzrəti-Əli(ə.s) Xalid ibn Səidə buyurdu:
    __ Allah-təala sənin mövqeyini və müdafiə əzmini gördü, sənin səyinin mükafatını qəbul etdi, əyləş.
    Xalid oturdu. Bu zaman Salman ayağa qalxıb dedi:
    __ Allah böyükdür, Allah böyükdür. Əgər yalan danışıramsa, hər ikisi kar olsun, iki qulağımla Peyğəmbər(s)-dən eşitmişəm: «Bir zaman gələr ki, qardaşım və əmim oğlu öz səhabəsindən bir neçə nəfərlə məsciddə oturar, bu zaman cəhənnəm itlərindən bir dəstə onu və əshabını öldürməyə gələr». İndi mənim heç şübhəm yoxdur ki, Peyğəmbər(s)-in buyurduğu həmin cəhənnəm itləri elə sizsiniz.
    Ömər bu sözü eşidən kimi bərk acıqlandı, ayağa qalxıb Salmana hücum etdi. Əmirəl-möminin Əli(ə.s) cəld qalxıb Ömərin yaxasından yapışdı və onu saxladı. Daha sonra Həzrət onu yerə yıxıb buyurdu:
    __ Ey Səhhak Həbəşiyyənin oğlu, əgər Allahın hökmü və Rəsulullah ilə bağladığım əhd olmasaydı, indi sənə başa salardım ki, bizlərdən hansımız qüvvətli və qalib, hansımız məğlubuq!
    Sonra Əli (ə.s) üzünü öz əshabına çevirib buyurdu:
    __ Qalxın, gedin. Allah sizə rəhm eləsin. Allaha and olsun ki, bundan sonra məscidə daxil olmayacağam. Qardaşlarım Musa və Harun kimi. Bəni-İsrail Musaya demişdi:
    «Sən və rəbbin gedin onlarla vuruşun, biz burada oturmuşuq».
    Allaha and olsun, Rəsuli-Əkrəm(s)-in qəbrini ziyarət və Allahın hökmünü icra etməkdən başqa vaxt mən məscidə daxil olmayacağam, çünki Peyğəmbər(s)-in qoyduğu qanunu təxirə salıb xalqı heyrət içində və sərgərdan buraxmaq olmaz.
    Əmirəl-möminin Əli(ə.s)-nin nitqi.
    Böyük Mühəddis Şeyx Kuleyni (vəfatı 328-ci il hicri qəməri, təxminən 916-cı il miladi) Əbu Heysəm ibn Teyhana əsaslanaraq belə yazır:
    «Bir gün əmirəl-möminin Əli(ə.s) Mədinədə (məsciddə) camaat üçün Allaha dua və səna etdikdən sonra belə bir söhbətə başladı:
    -Dəni yetişdirən və insanı yaradan Allaha and olsun, əgər siz elm və kamalı mədənindən çıxarsaydınız, suyu saf və duru olan vaxt içsəydiniz, yaxşılığı öz yerindən götürsəydiniz, yolun aydın tərəfini tutub haqqın yolu ilə getsəydiniz, nicat yolları sizə aydın olub İslam ayini sizin üçün parlayardı. O zaman Allah nemətlərindən bütövlükdə faydalanaraq ailələrinizdən heç biri yoxsulluq və çətinliklə yaşamazdı. Hətta ərazimizdə məskunlaşan kafirlər də əmin-əmanlıq içərisində yaşayardılar, lakin siz zalımların yolunu tutdunuz. Bu işıqlıqda dünya sizin üçün qaranlıqlaşdı. Elm və kamal qapıları üzünüzə bağlandı. Özünüzə qapılıb dininizdə ixtilaf saldınız. Elminiz olmadan Allah dinində fitva verdiniz. Siz yolunu azmışların yolunu gedərək pak yolu itirdiniz. Haqq rəhbərlərini boşlayıb saya almadınız. Sübh açılanda öz mənafeyinizə uyğun hökm verərsiniz. Qarşınıza bir məsələ çıxanda zikr əhlindən (Əhli-beyt(ə.s)) soruşarsınız. Biz sizə fitva verəndən sonra deyərsiniz: «Elm elə budur». (Bu cür bizim elmdə və kamalda üstünlüyümüzü dilinizlə deyərsiniz.) Lakin belə deməyinizin sizə heç bir təsiri yoxdur. Əməl meydanında onlara itaət edəndə isə, əksinə, onlara müxalif hərəkət edib bu əmrləri qulaqardına vurursunuz. Arxayın olun. Tezliklə əkdiyinizi biçib əməllərinizin mükafatını alacaqsınız.
    Dəni yetişdirən və insanı yaradan Allaha and olsun ki, mənim sizin sahib və rəhbəriniz olduğumu çox gözəl bilirsiniz. Mən həmin şəxsəm ki, sizə mənə itaət etmək tapşırılıbdır. Onun elminin nurunda sizin nicat yolunu tapmağınız üçün alim mənəm. Sizin Rəbbinizin, eləcə də Peyğəmbərinizin seçdiyi şəxs, xeyrinizi bilən mənəm. Az müddətdən sonra sizlərə vəd olunan şey (Allah əzabı) qabaqkı ümmətlərə göndərildiyi kimi sizə də göndəriləcək. Tezliklə Allah sizdən imamınızın kim olduğunu soruşacaq. Siz öz imamlarınız ilə məhşur olaraq Allah dərgahına üz gətirəcəksiniz. Allaha and olsun, əgər mənim Talutun(Müaviyənin həzrəti-Əli(ə.s)- nitəhqir etməsinə baxmayaraq, İmam Əli(ə.s) heç vaxt geri çəkilməmiş, son nəfəsinə qədər bu çürük, mənfur rejimi devirmək üçün mübarizə aparmış, həmişə xalqı haqq tərəfə çəkmişdir. )yoldaşları qədər və ya Bədr döyüşünün müsəlman cəngavərləri miqdarında (313 nəfər idilər) döyüşçüm olsaydı, onlar da sizin düşməniniz olsaydı, onlarla birlikdə haqq gələnə qədər sizi qılınclayardım, çünki bu qılınclamaq küfr və nifaq yolunu bağlamaq üçün yaxşı, dostluq və güzəştlə keçinməkdən tutarlıdır. İlahi, bizim aramızda haqq ilə hökm elə. Sən ən yaxşı hakimsən».
    Əbu Heysəm (ravi) yazır ki, sonra Əli(ə.s) məsciddən çıxıb bir qədər yol getdi. Yolda otuz qoyundan ibarət bir sürü görüb buyurdu: «Allaha and olsun, əgər bu qoyunların sayı qədər Allahı və Rəsulunu istəyən şəxslərdən ibarət döyüşçülərim olsaydı, mütləq bu milçək yeyən uşaqları hökmranlıqlarından ayırardım». («Rövzətül-kafi», səh.32)
    Dost dar gündə tanınar.
    Əbu Heysəm yazır ki, Əli(ə.s) həmin günü başa vuranda üç yüz altmış nəfər kişi ölənə qədər onu mühafizə etmək üçün o Cənaba beyət etdi.
    Əli(ə.s) onların beyətinin həqiqiliyini yoxlamaq üçün tapşırdı ki, gedin, sabah başı qırxılmış halda «Əhcarüz zeyt»-ə (Mədinə küçələrindən biri) mənim yanıma gəlin.
    Onlar getdilər. Əli(ə.s) özü də başını qırxıb səhərisi həmin küçəyə getdi. Orada oturub üç yüz altmış nəfər kişini gözləməyə başladı, lakin onlardan cəmi beş nəfər başı qırxıq halda oraya yığışdı. İmam Əli(ə.s) əllərini göyə qaldırıb ərz etdi: «İlahi, sən gizlətdiyimiz və aşkarda saxladığımızdan agahsan. Yerdə və göydə heç bir şey səndən gizli deyil. Məni müsəlman öldür. Məni saleh əməlli insanlara qovuşdur. Bilin və agah olun, and olsun Kəbəyə, onun Sahibinə, (nüsxəyə uyğun) and olsun Müzdəlifəyə (Ərəfata) və Minada cəmərəni (xırda daş) atmaq üçün hacıları oraya yetirən iti gedən dəvələrə, əgər Peyğəmbər(s)-in vəsiyyəti və əhdi olmasaydı, müxalifləri fəlakət xəndəyinə atıb ölüm şimşəklərini onların üzərinə yağdırardım. Onlar tezliklə sözümün mənasını başa düşəcəklər».(Müaviyənin bu əsassız ittihamınabaxmayaraq, Əli(ə.s) –nin elə bir mühitdə həmin hərəkəti onun nə qədər möhkəm iradəyə malik olduğunu bir daha sübut edir. Beləliklə, nəinki O, mühitdən qorxmadı, hətta imkanı qədər etiraz edib xalqı əməli surətdə ona arxa çevirərək mənfur rejimi devirmək üçün mübarizəyə dəvət edirdi. )
    Mühacir və mədinəlilərdən Əli(ə.s)-nin dəstək istəməsi və Müaviyənin tənəsi.
    Tanınmış İslam tariçisi İbn Əbil Hədid yazır ki, Fatimə(s.ə) mədinəlilərin evinə gedib onları Əli(ə.s)-ni himayə etməyə çağırırdı. Müaviyənin bu barədə həzrəti-Əli(ə.s)-yə ünvanladığı məşhur müraciəti budur:
    «Adamların Əbu Bəkrə beyət edən günü gecə öz həyat yoldaşını dəvəyə mindirib Həsən və Hüseynin əlindən tutub Bədr əhli və ilk müsəlman olanların yanına gedib onları öz tərəfinə dəvət etməyin mənim heç yadımdan çıxmır. Zövcən və uşaqlarınla birgə sənin haqqının qaytarılması üçün onlardan kömək istədin. Xalqa dedin ki, gəlin Rəsulullahın yavərinə beyət edin, ancaq dörd-beş nəfərdən başqa heç kim sənin sözünü qəbul etmədi. Canıma and olsun, əgər sən haqq olsaydın, onlar sənin sözünü qəbul edərdilər.(«Tarixi-Təbəri» III c, səh. 295, «Tarixi-ibn Əsir» III c, səh.149, «Üsdül-Ğabə» IV c, səh. 295, «Tarixi-ibn Əsa» V c, səh. 105, («Əlğədir» VII c, səh. 158-166.) )Lakin sənin etdiyin iddia batil idi. Bilmədən dilinə bir söz gətirdin. Bacarmadığın və yetişə bilməyəcəyin bir şeyə (xilafətə) əl atdın. Səni xilafəti ələ keçirməyə təhrik edəndə Əbu Süfyana dediyin sözü sən yaddan çıxarsan da, mən unutmamışam. Dedin ki, əgər qırx nəfər möhkəm döyüşçüm olsa (tərəfdarım olsa), hökmən mən bunlarla döyüşərdim. Demək, müsəlmanların Allahı sənin tərəfində deyildir.»(«Şərhi Nəhcül-bəlağə» ibn Əbil Hədid I c, səh. 179 )
    Malik ibn Nüveyrənin etirazı.
    «İltihabu-niranil-ihzan» kitabının xülasəsində mühəqqiqlərdən bəzisi (Mühəqqiqi-Feyz) belə bir mətləbi qeyd etmişlər. Biz ancaq onun xülasəsini veririk:
    «Əbu Bəkrin beyəti sona yetən zaman Malik ibn Nüveyrə (Mədinədən bir qədər aralı öz tayfasından ayrı yaşayan Peyğəmbər(s)-in vəfalı səhabələrindəndir) həzrəti-Mühəmməd(s)-dən sonra kimin xəlifə olacağını yaxından öyrənmək məqsədi ilə Mədinəyə gəldi.
    O gün cümə günü idi. Malik məscidə daxil olduqda Əbu Bəkrin Peyğəmbər(s) minbərində oturub xütbə oxuduğunu gördü. O, bu mənzərəni müşahidə edən zaman dedi:
    __ Bu, Təym tayfasındandır?
    Dedilər:
    __ Bəli.
    Malik soruşdu:
    __Rəsuli-əkrəm(s)-in bizə ona itaət və dostluq etməyi tapşırdığı şəxs __ Vəsiyyi-Rəsulullah hanı? (yəni Əli(ə.s))
    Müğeyrə ibn Şöbə dedi:
    __ Sən yox idin. Biz buradaydıq. Bir hadisədən sonra başqa bir hadisə baş verir (əvvəl Əli(ə.s)-nin xilafəti məsələsi var idi, indi başqasının.)
    Malik dedi:
    «Allaha and olsun, heç bir hadisə baş verməmişdir. Ancaq siz Allaha və Rəsuluna xəyanət edibsiniz».
    Sonra O, Əbu Bəkrin yanına gəlib soruşdu:
    __Ey Əbu Bəkr niyə Vəsiyyi-Rəsulullah (Əli(ə.s)) otura-otura minbərə sən çıxmısan?
    Əbu Bəkr sərt cavab verdi:
    __ Öz dabanına idrar edən (sidikləyən) bu ərəbi məsciddən qovun.
    Ömər, Xalid və Qunfuz hər üçü qalxıb onu döyüb təhqir edərək məsciddən zorla çölə çıxartdılar.
    Malik miniyinə minib bu şeri oxuya-oxuya Mədinədən öz yaşadığı yerə yola düşdü:
    «Biz Peyğəmbər(s) aramızda olana qədər ona itaət edirdik. Bəs ey müsəlmanlar, müsəlmanlarla Əbu Bəkr arasındakı bu münasibət hansı qanuna əsasəndir?! (mən hansı dəlilə əsasən ona beyət etməliyəm?) Əbu Bəkr öləndən sonra Ömər onun yerinə keçəcəkdir. Bu, çox sarsıdıcıdır. Ömər Əbu Bəkri müdafiə edir, onun eyiblərini örtür. Elə bil böyük bir cəmiyyətlə cihad edir və ya bir qəbrin kənarında əzadarlıq edir. Lakin əgər vəsiyyi-Peyğəmbər qiyam etsə, biz ona dəstək verəcəyik».
    (Bəzi kitablarda şerin axırıncı misrası belə verilir: «Əgər qüreyşlilərdən bizim aramızda coşqun xalq kütləsi hərəkətə gəlib haqqı tələb etsə, biz onlara arxa olarıq».)
    Malikin Xalid ibn Vəlidin əli ilə öldürülməsi.
    Elə ki Əbu Bəkrin beyəti rəsmiləşib sona yetdi, o, xalqın rəhbəri təyin olundu. Bu zaman Əbu Bəkr Xalid ibn Vəlidi çağırıb ona dedi: «Sən şahidsən ki, Malik ibn Nüveyrə nə dedi?! Camaatın qarşısında necə mənə etiraz edib bizim əleyhimizə şerlər oxudu?! İndi diqqətli ol, biz onun məkr və hiyləsindən kənarda qalmalıyıq. Çox guman ki, hakimiyyətə zərər yetirəcək. Sən onu da, tərəfdarlarını da öldürüb, ailələrini əsir etməlisən. Çünki mürtəd olub zəkat vermirlər. Sənə qoşun verib onların üzərinə göndərirəm».
    Xalid öz qoşunu ilə Malik ibn Nüveyrənin yaşadığı Bitah şəhərinə hərəkət etdi. Malik onun üstünə qoşun gəldiyini eşitdikdə qılıncını götürüb atın yəhərini bağlayaraq müdafiə olunmağa hazırlaşdı. Malik ərəb cəngavərlərindən sayılırdı. Onu yüz döyüşçüyə bərabər bilirdilər. Xalid Malikin nəyə qadir olduğunu bilirdi, ona görə də açıq döyüşdən çəkinib hiyləyə əl atdı. Malikə söz verdi ki, sən amanda olacaqsan. Malik onun sözünə inanmadı. Xalid xeyli and içib dedi ki, heç bir hiylə yoxdur. Malik onun andlarına inandı. Hətta Xalidi qoşunla birgə qonaq saxladı. Gecə yarıdan keçəndə Xalid silahdaşlarından bir neçə nəfərlə namərdcəsinə Malikin evinə soxulub onu öldürdü. Elə həmin gecə Xalid Malikin zövcəsi Ümmü Təmimi zorladı. Daha sonra Malikin başını kəsib qazana qoydu. Həmin qazanda da o gecə qurbanlıq dəvə ətindən toy şənliyi üçün xörək bişirirdilər.
    Təəccüblü burasıdır ki, Xalid Malikin kəsilmiş başı içində bişmiş xörəkdən yeməyi öz qoşununa əmr etmiş, sonra Malikin tərfdarlarının qadınlarını dindən çıxmış, mürtəd kimi ittiham edərək əsir aparmışdı.
    Malikin müsibəti haqda Əli(ə.s)-nin mərsiyəsi.
    Malikin faciəli surətdə qətlə yetirilməsi və onun qadınlarının əsir alınması xəbəri Əli(ə.s)-yə yetişəndə çox narahat olub buyurdu: «Hamımız Allah tərəfindən gəlmişik və Allaha tərəf də qayıdacağıq».
    Sonra isə onun üçün bu şeri oxudu:
    «Bir az səbir elə ki, hər bir çətinlikdən sonra asanlıq gəlir. Hər bir iş üçün vaxt və ölçü var. Qadir Allah bizim əhvalımızdan xəbərdardır. Allahın təqdiri bizim tədbirimizdən üstündür».
    Müəllif yazır: «Malikin Xalid tərəfindən öldürülməsi macərası sünni və şiə raviləri tərəfindən qeyd olunmuşdur».(Nasix, mənsux, təvil, möhkəm və mütəşabih-müxtəlif «Quran» və ayə formullarıdır. )
    Əbu Bəkr və Ömərin Malikin Xalid tərəfindən öldürülməsinə münasibəti.
    Əbu Qutadə Xalidin qoşunundan idi. Xaliddən bu hiylə və cinayəti görəndə çox narahat olmuşdu. Ata minib özünü tez Mədinəyə yetirdi. Əbu Bəkrin yanına gəlib bütün hadisəni olduğu kimi onun üçün danışdı. Bundan sonra Xalidin sərkərdə olduğu orduda xidmət etmədiyinə and içdi.(Qunfuz Ömərin əmisi oğlu və Ədiy qəbiləsindəndir. )Əbu Bəkr dedi: «Xalid hiyləgərliklə ərəbin mal və sərvətini qarət etmiş və mənim qanunumu pozmuşdur».
    Ömər ibn Xəttab məsələdən xəbərdar olanda Əbu Bəkrlə çox söz-söhbətdən sonra dedi: «Xaliddən qisas alınmalıdır».
    Xalid əynində üzünə dəmir çəkilmiş pambıq köynək, kamanında iki ox Mədinəyə qayıdaraq elə bu görkəmdə (qalibiyyət və sərkərdəlik rəmzi idi) Mədinə məscidinə daxil oldu. Ömər onu görəndə oxları onun başı üstündən götürüb sındırdı və dedi:
    __ Ey öz canının düşməni, müsəlmana təcavüz edib onu öldürürsən, sonra da həyat yoldaşını zorlayırsan?! Allaha and olsun, səni daşqalaq edərik.
    Xalid heç bir şey deməyib sakit dayanmışdı. Belə güman edirdi ki, Əbu Bəkrin də fikri belədir. Əbu Bəkrin evinə gedib xüsusi bir hiyləgərliklə ondan üzrxahlıq istədi. Əbu Bəkr onun hiylə dolu üzrünü qəbul edib, qisasına göz yumdu.
    Xalid Əbu Bəkrin evindən çölə çıxdı. Ömər onu məscidin qapısında gözləyirdi. Xalid Ömərə dedi:
    __Yanıma gəl, ey Ümmü-Tülmənin oğlu.
    Ömər Xalidin bu sözündən başa düşdü ki, Əbu Bəkrin yanından razı çıxıbdır. Ömər Xalidə heç bir söz deməyib evinə getdi.
    Əllamə məclisi yazır: «Ömərin Xalidi danlaması şəriət hökmlərini və İslam qanunlarını icra etmək məqsədi güdmürdü, əksinə, onun narahatlığı cahiliyyət dövründə Xalid ilə əhd-peyman bağladıqlarına görə idi. Elə buna görə də Xalidin Səd ibn Übadəni (ənsarların başçısı) öldürməsi xəbərini eşidəndə Xalidi əfv etdi.
    Bəzi tarixçilərin İmamlardan nəql etdiklərinə görə, Ömərin xilafəti zamanı bir gün Ömər Mədinədən kənarda Xalid ilə görüşüb, ona demişdi:
    __Malik ibn Nüveyrənin sən öldürmüsən.
    Xalid:
    __ Bəli, aramızda olan ədavətə görə onu öldürdüm.
    Ömər bu sözdən xoşhallanıb Xalidi sinəsinə sıxıb: «Sən Allahın və Rəsulullahın qılıncısan», __ dedi.
    Category: Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) | Added by: Islam_Kitabxanasi
    Views: 654 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024