İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)

    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)
    2012-02-05, 12:25 PM
    Feyz Kaşaninin yazılarında Əli(ə.s)-nin beyət etməsi.
    İslam dünyasının məşhur filosoflarından sayılan Feyz Kaşani «Elmül-yəqin» kitabında həzrəti-Əli(ə.s)-nin evinə hücum olunması barədə «İntibahi Niranül-əhzan» kitabına əsaslanaraq belə qeyd edir:
    «Ömər azad olunmuş qullardan və münafiqlərdən bir neçəsini yığaraq Əli(ə.s)-nin evinə yollandı. Onlar qapını bağlı görüb ucadan səsləndilər:
    __ Əli, çölə çıx! Peyğəmbər(s)-in canişini səni öz hüzuruna tələb edir.
    Həzrəti-Əli(ə.s) qapını açmadı. Onlar evi yandırmaq üçün qapının ağzına odun qaladılar. Ömər yenə qışqırıb dedi:
    __ Allaha and olsun, əgər qapını açmasa, evə od vuracağam.
    Fatimə(s.ə) onların evi yandıracağını başa düşüb qapını açdı. Onlar Fatimə(s.ə)-yə örtünmək üçün imkan vermədən qapını itələdilər. O Xanım(s.ə) naməhrəmlərin gözü qarşısında qalmamaq üçün qapının arxasına keçdi. Ömər qapını itələdi. Fatimə(s.ə) qapı ilə divar arasında qalıb bərk sıxıldı. Bu zaman Ömər və yoldaşları evə soxuldudar. Həzrəti-Əli(ə.s) yerdə oturmuşdu. Onlar Əli(ə.s)-ni dövrəyə alıb yaxasından və qollarından tutaraq zorla məscidə tərəf apardılar.
    Fatimə(s.ə) özünü yetirib onlarla Əli(ə.s)-nin arasında dayanaraq buyurdu:
    __ Allaha and olsun, qoymaram, əmim oğlunu zülmlə məscidə tərəf aparasanız. Vay olsun sizə, nə tez Allaha və Rəsuluna xəyanət edib Əhli-beytinə zülm etdiniz. Halbuki Peyğəmbər(s) bizə itaət etməyi və bizimlə dost olmağı sizə tapşıraraq tövsiyə etmişdi ki, bütün işlərinizdə bizdən yapışasınız. Allah da Müqəddəs kitablarda buyurdu:
    «Ey Peyğəmbər, xalqa de ki, Əhli-Beytimə məhəbbət göstərməkdən başqa sizdən Peyğəmbərliyimə görə heç nə istəmirəm.» («Şura» surəsi, 23)
    Ravi yazır: «Fatimə(s.ə)-nin bu sözü insanların çoxunun dağılışmasına səbəb olmuşdu.
    Ömər bir nəfərlə orada qalıb əmisi oğluna belə göstəriş verdi: «Əgər Fatimə(s.ə) müqavimət göstərsə, ona öz gücünü göstərməkdən çəkinmə».
    Qunfuz qırmancla Fatimə(s.ə)-nin böyrünə və kürəyinə elə vurmuşdu ki, qırmancın izləri bədənində qalmışdı. Həmin bu zərbələr də Peyğəmbər(s)-in «Möhsün» adlandırdığı Fatimə(s.ə)-nin bətnindəki uşağın siqt olmasına səbəb olmuşdu. Onlar əmirəl-möminin Əli(ə.s)-ni çəkə-çəkə məscidə tərəf Əbu Bəkrin qarşısına gətirdilər. Həmin anda Fatimə(s.ə) hövlank məscidə, daxil olaraq Əli(ə.s)-ni onların əlindən almaq istədi. Lakin bacarmadı. Oradan atasının qəbri üstünə gedib ürək yanğısı, ah-nalə ilə ağlayaraq belə buyurdu: «Atacan, canım kədər və qüssə içində bədənimdə məhbus olubdur. Kaş bu qüssə və kədərlə birgə bədənimdən çıxaydı.
    Atacan, əfsuslar olsun sənin ayrılığına, əfsuslar olsun nəvələrin Həsən və Hüseyn(ə.s)-in atası, sənin Həbibin, əmirəl-möminin Əli(ə.s)- nin ayrılığına ki, onu uşaqlıqda tərbiyə etdin. Böyüyəndə onu qardaşın kimi çağırdın. O, sənin ən yaxın dostun və ən sevimli səhabən idi. O, hamıdan əvvəl islamı qəbul edib sənə tərəf gəldi, ey məxluqatın Əşrəfi!
    İndi onu dəvəni aparan təki əsir aparırlar».
    Sonra ürəkyandırıcı nalə çəkib dedi: «Mühəmməd, ey dost, ey Əbəlqasim, ey Əhməd. Əfsuslar olsun, dostların azlığına. Əfsuslar olsun bu müsibətli, qəmli, acı ruzigara.»
    Fatimə(s.ə) bu sözləri deyib huşunu itirərək yerə yıxıldı. Camaat onun bu vəziyyətindən təsirlənib ucadan nalə çəkərək ağladı. Peyğəmbər (s) məscidini başdan-başa matəm bürümüşdü.
    Sonra Əli(ə.s)-ni Əbu Bəkrin qarşısında dayandıraraq ona dedilər: «Əlini uzadıb beyət et!» Həzrəti-Əli(ə.s) byurdu: «Allaha and olsun, beyət etmərəm, çünki mənim beyətim sizin boynunuzdadır. (Siz mənimlə Qədir-Xumda beyət etdiniz. Ona vəfadarlıq edin.)»
    Əbu Bəkrin Əli(ə.s)-nin əlinə əıııl verməsi.
    Ədiyy ibn Hatəm (Peyğəmbər(s) və Əli(ə.s)-nin dostlarındandır) deyir: «Əli(ə.s) üçün ürəyim elə yandı ki, heç kim üçün elə yanmamışdı və yanmayacaq. Əli(ə.s)-nin yaxasından və qollarından tutub məscidə tərəf çəkə-çəkə apararaq deyirdilər:
    __ Əbu Bəkrə beyət et!
    O buyurdu:
    __ Əgər beyət etməsəm, nə olar?
    Cavab verdilər ki, boynunu vurarıq. Əli(ə.s) üzünü göyə tutub dedi: «İlahi, şahid ol ki, bunlar məni öldürməyə gəliblər, halbuki mən Allahın bəndəsi və Peyğəmbər(s)-in qardaşıyam».
    Onlar yenə Əli(ə.s)-yə dedilər:
    __ Beyət etmək üçün əlini uzat.
    O Cənab itaət etmədi. Onlar güclə onun əlini tutub çəkdilər. Həzrəti-Əli(ə.s) barmaqlarını yumdu. Yanındakılar nə qədər etdilərsə, onun yumruğunu aça bilmədilər. Nəhayət, Əbu Bəkrin əlini qabağa çəkib Əli(ə.s)-nin yumulmuş əlinə (yumruğuna) sürtdülər. O halda isə həzrəti-Əli(ə.s) üzünü Peyğəmbər(s)-in qəbrinə tutaraq deyirdi:
    «Ey anam oğlu, camaat məni zəiflədib, az qaldı ki, öldürsün.» (Bu, eynilə İbn Əbil Hədidin «Şərhi Nəhcül-bəlağə»sində XVIII c, səh.416, Xoyinin «Şərhi Nəhcül-bəlağə»sində 190-cı hikmətdə işlənmişdir. )(«Əraf» surəsi, 150.)
    Ravi yazır:
    Əli(ə.s) üzünü Əbu Bəkrə tutub bu şeri dedi:
    «Əgər sən şura yolu ilə xalqın rəhbəri olmusansa, bu necə şuradır ki, onun (mənim kimi) məşvərətçiləri orada olmamışlar. Yox, əgər qohumluğu dəlil gətirirsənsə, başqaları Peyğəmbər(s)-ə səndən daha yaxındır».(Müaviyə Əbu Bəkrin xilafəti zamanı qardaşı Yəzid ibn Əbi Süfyandan sonra Şamın hakimi olmuşdu. Ömər və Osmanın xilafəti zamanında da Şam hakimi olaraq qaldı. («Təhtiməttül-müntəha» s.-30) Ömərin Müaviyəyə yazdığı məktub elə onun öz xilafəti dövrünə təsadüf edir. )
    O Həzrət təkrar-təkrar buyururdu: «Əcəba, xilafət səhabəlik və qohumluqlamı sabit olur?»(Bu məktubu Əllamə Məclisi «Biharül-ənvar» kitabının VIII cildində 222-ci səhifədə öz geniş təfsilatı ilə qeyd edib yazır ki, həmin məktub «Dəlailül-imamə» kitabının II cildindən götürülmüşdür. İmam Hüseyn(ə.s)-in şəhadətindən sonra Abdulla ibn Ömər Mədinə camaatından bir neçə nəfərlə Şama gəlib Ye-zidə etiraz edərək Kərbəla faciəsi barədə onun bu alçaq hərəkətini pislədilər. Yəzid Abdullaya dedi: «İstəyirsən, atanın məktubunu sənə göstərim... Sonra çıxarıb Abdullaya verdi.»(Yuxarıdakı məktub onun xülasəsidir). )
    Evin yandırılması hadisəsi Ömərin öz dilindən.
    Ömər ibn Xəttab Müaviyəyə(Mötəzimlərin tanınmış natiqi, islamın böyük alimi Nəzzam adı ilə məşhurlaşmış İbrahim ibn Səyyar Bəsri (vəfatı 835-845 h.ç., təxm. 1443-cü il miladi.) ) məktubunda (beyət və qapının yandırılması barədə) belə yazmışdı: «Qabaqcadan öz adamlarımızla Əli(ə.s)-nin evinə getdim. Fizzə (həzrəti-Fatimə(s.ə)-nin kənizi) çölə çıxdı. Ona dedim:
    __ Əli(ə.s)-yə de ki, çölə çıxıb Əbu Bəkrə beyət etsin. Çünki bütün müsəlmanlar ona beyət etmişlər.
    Fizzə:
    __ Əmirəl-möminin Əli(ə.s) «Quran»ı tərtib etməklə məşğuldur.
    Dedim ki, bu sözləri bir yana qoy, Əli(ə.s)-yə de ki, çölə çıxsın, yoxsa evə daxil olub onu zorla apararıq. Bu zaman Fatimə(s.ə) çölə çıxıb qapının qarşısında dayanıb dedi:
    __ Ey yolunu azmış yalançılar, nə deyirsiniz, bizdən nə istəyirsiniz?
    Dedim:
    __ Niyə əmin oğlu cavab verməyə səni göndərib, amma özü pərdə arxasında oturub gizlənib?!
    Fatimə(s.ə):
    __ Ey Ömər, sənin bu tüğyanın və meydan oxumağın məni evdən çıxararaq höccəti sənə və sənin kimi hər bir yolunu azmışa tamam etdi.
    Dedim:
    __ Boş-boş sözləri bir kənara qoy. Əli(ə.s)-yə de ki, çölə çıxsın.
    Dedi:
    __ Yəni dostluq və kəramət sənə layiq deyil. Məni şeytan qoşunu iləmi qorxudursan, ey Ömər? Bil ki, hizbi-şeytan zəif və qüvvətsizdir.
    Dedim:
    __Ya Əli(ə.s) evdən çölə çıxmalı, ya da məscidə gedib beyət etməlidir, yoxsa evə adamları qarışıq od vuracağam.
    Sonra Qunfuzun qırmancı ilə Fatimə(s.ə)-ni vurdum. Xalid ibn Vəlidə tapşırdım: «Adamlarına de, odun yığsınlar».
    Daha sonra Fatimə(s.ə)-ni hədələdim:
    __ Evi yandıraram.
    Fatimə(s.ə): «Ey Allahın düşməni, ey Peyğəmbər(s)-in düşməni, ey Ə|mirəl-mömininin düşməni!» __ deyib əllərini irəli uzatdı ki, mən içəri keçməyim. Mən onu vurub qapını möhkəm itələdim. Qırmancı qapını buraxmaq üçün əllərinə o ki var çəkdim. Ağrının şiddətindən nalə çəkib ağladı. Naləsi elə ürəkyandırıcı idi ki, az qala ürəyim yumşalıb oradan qayıdacaqdım, lakin yadıma Əli(ə.s)-nin Qureyş böyüklərinin (müşriklərinin) qanını tökməsi düşdü. Ürəyimdə ona qarşı bəslədiyim kin, düşmənçilik yenidən baş qaldırdı. Qapını təpiklə möhkəm vurdum. Fatimə(s.ə) qapını açılmasın deyə möhkəm sıxmışdı. Lakin mən qapıya təpiklə vuranda Fatimə(s.ə)-nin naləsini eşitdim. Elə bildim, Mədinə lərzəyə gəlib alt-üst oldu. Fatimə(s.ə) o halda ikən deyirdi: «Ay atacan, ya Rəsululah, sənin sevimli qızınla belə rəftar edirlər. Ah, ey Fizzə gəl məni götür. Allaha and olsun, bətnimdə olan körpəm öldürüldü!»
    Mən başa düşdüm ki, Fatimə(s.ə) hamiləliyin şiddətli ağrısından divara(qapının arxasına) söykənmişdir. Qapını möhkəm itələdim. Qapı açıldı. Evə daxil olanda Fatimə(s.ə) o halətdə mənimlə üz-üzə dayandı. Lakin bərk qəzəbləndiyimdən elə bil, gözümün qarşısına pərdə çəkilmişdi. Niqabın üstündən ona elə sillə vurdum ki, yerə yıxıldı.(Öz dinini və məsləkini, etiqadını başqalarından gizlətmə.)
    Fatimə(s.ə)-nin dilindən
    «İrşadül-qülub» kitabında belə qeyd edilmişdir:
    Fatimə(s.ə)-nin dilindən: «Bizim evi yandırmaq üçün qapımıza xeyli odun yığdılar. Mən qapının arxasında dayanıb o zalım tayfanı Allaha və Peyğəmbər(s)-ə and verirdim ki, bizdən əl çəksinlər. Ömər və Əbu Bəkrin azad olmuş qulu Qunfuzun vurduğu qırmancın izləri qollarımda qolbaq kimi qaraldı. Bu zaman qapıya təpik vurub qapını mənə tərəf itələdi. Hamilə halında üzü üstə yerə düşdüm. Alovun dilləri şölələnib üzümü yandırdı. O, əli ilə məni vururdu. Bu zaman qulağımdakı sırğam qırılıb yerə düşdü. Günahsız Möhsinim siqt olub öldürüldü».
    Merac gecəsində Zəhra(s.ə)-nın məzlumiyyəti barədə Peyğəmbər(s)-ə verilən xəbər.
    Allah-təalanın Peyğəmbər(s)-ə merac gecəsində verdiyi xəbərlərdən biri də budur: «Ya Əhməd, qızın Fatiməyə zülm edərlər. Onu hüququndan məhrum edib, onun üçün təyin etdiyin haqqı qəsb edərlər. İcazəsiz evinə daxil olub onu narahat edərlər. Heç kim onu müdafiə etməz. Ona vurulan zərbələr nəticəsində bətnindəki körpə siqt olunub öldürülər».
    Peyğəmbər(s) buyurdu:
    «Biz Allah tərəfindən gəlmişik və Allaha tərəf də qayıdacağıq. İlahi, mən bunu (sənin yolunda olduğundan) qəbul edərək sənin fərmanına təslim oluram və sənin dərgahından səbir və dözüm istəyirəm».
    Fatimə(s.ə)-ni incidən şəxslərin əzabı.
    Qiyamət günü mühakimə edilib haqqında hökm veriləcək ilk şəxs Əli(ə.s)-nin övladı Möhsin(ə.s)-in qatilləri olacaqdır. Onun qatilləri və Qunfuz barədə hökm olunacaq. Onları məhşər ayağına çəkib yanar qırmanclarla vuracaqlar. Əgər o qırmanclardan biri bütün dəryalara düşsə, dəryalar qaynayar. Əgər o qırmancı dünyanın bütün dağlarına vursalar, dağlar yanıb kül olar.
    Müfəzzəl ibn Ömər İmam Sadiq(ə.s)-dən belə nəql edir ki, qiyamət günü həzrəti-Xədicə(s.ə) və Əli(ə.s)-nin anası Fatimə binti Əsəd(s.ə) Möhsini götürüb nalə çəkərək ağlayarlar. Anası Fatimə(s.ə) («Quran»ın bu ayələrini) oxuyar:
    «Bu, sizə vədə verilən gündür». («Ənbiya», 104)
    «Həmin gündür ki, hər bir şəxs xeyr əməlinin bəhrəsini görər və pis əməllərindən uzaq düşməyi istəyər.» («Ali-İmran», 30)
    Bu vaxt İmam Sadiq(ə.s) elə ağladı ki, göz yaşları mübarək saqqalını islatdı. Sonra byurdu: «Aydın olmasın o göz ki, bu müsibəti eşidəndə ağlamaya».
    Qiyamətdə Əli(ə.s)-nin xəzinəsi
    Peyğəmbər(s) Əli(ə.s)-yə buyurmuşdu:
    «Sən behiştdə xəzinə sahibisən, sən behiştin iki budağının sahibisən.» («behiştin iki budağı» deməkdə məqsədi behiştin bəzəyi olan Həsən və Hüseyn(ə.s)-dir)
    Şeyx Səduq yazır: «Bəzi tarixçilərdən eşitmişəm ki, «xəzinə» dedikdə burada Fatimə(s.ə)-nin qapı və divar arasında qalıb əzilməsi nəticəsində siqt olan övladı Möhsin nəzərdə tutulmuşdur. Həmin ustad dəlil olaraq bu faktı qeyd etmişdi ki, insanın siqt olunmuş uşağı ciddi və qəzəbli halda behişt qapısında dayanıb içəri keçməz. Ona deyirlər: «Behiştə daxil ol!» O cavab verər ki, atam və anam məndən qabaq behiştə daxil olmamış mən behiştə daxil olmaram».
    Sünni alimi Nəzzamın yazdıqları.
    Seyyid Mövlana Mirhamid Hüseyn Hindi «Əbəqatül-ənvar» kitabında sünni alimlərindən olan Sənahəddin Səfədinin yazdığı «Ənvari bil-vəfiyyat» kitabında Əbu Ömər və Cahizin ustadı olan Nəzzamın(İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə» VI c, səh.48.)həyatından bəhs edən belə bir hadisəni qeyd edir: «Peyğəmbər(s) açıq-aydın buyurmuşdu ki, imamət məqamı Əli(ə.s)-yə məxsusdur. O, Əli(ə.s)-ni bu məqama təyin etmişdi. Səhabənin hamısı bundan xəbərdar idi, lakin Ömər bunu Əbu Bəkrin xatirinə hamıdan gizli saxlamışdı». Nəzzam sözünü davam edərək yazır: «Ömər Əbu Bəkrin beyət mərasimi günü Fatimə(s.ə)-nin böyrünə zərbə ilə vurdu. Onun təsirindən də Fatimə(s.ə)-nin bətnində olan (Peyğəmbər(s)-in qabaqcadan adını qoyduğu) körpəsi siqt oldu».
    Hübarın öldürülməsi barədə Peyğəmbər(s)-in hökmü.
    Məşhur sünni alimi İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə» kitabında yazır: «Hübar ibn Əsvəd adlı bir şəxs dəvəyə minmiş Peyğəmbər(s)-in qızı Zeynəbi nizə ilə qorxutmuşdu. Bu da Zeynəbin bətnində olan uşağın siqt olmasına bais olmuşdu. Məkkəni fəth edəndə (hicrətin altıncı ilində) Peyğəmbər Hübar ibn Əsvədin qanını halal bildi (yəni öldürülməsinə hökm vermişdi.)»
    İbn Əbil Hədid sözünün davamında yazır: «Mən bu hadisəni ustadım Əbu Cəfər Nəqibə söylədim. O, belə dedi:
    __ Əgər Peyğəmbər(s) Zeynəbi qorxudub bətnindəki «uşağın siqt olmasına səbəb olan Hübar ibn Əsvədə ölüm hökmü veribsə, yəqin ki, sağ olsaydı, Fatimə(s.ə)-ni vurub, bətnindəki uşağının siqt olmasına bais olan şəxs üçün də ölüm hökmü fərmanını verərdi».
    Mən soruşdum:
    __ İcazə verirsənmi, bu faktı sənə istinad edib yazım? Yazım ki, Fatimə(s.ə) qorxudulub və bətnindəki Möhsini siqt olub.
    Əbu Cəfər Nəqib dedi:
    __ Nə bu rəvayətin səhihliyini və nə də batil olmağını mən tərəfdən bir kəsə söyləmə. Əlimdə olan bəzi hədislərə görə mənim bu barədə heç bir nəzərim yoxdur.
    Müəllif yazır: Seyyid Cüzun öz şerində çox gözəl demişdir: (Şerin məzmunu) «O iki nəfər qəzəb qurtumlarını Peyğəmbər(s)-in vəfatından sonra ardıcıl olaraq Fatimə(s.ə)-yə içirtdilər. Bu qurtumlar nə qədər bulanıq və əzablı idi. Onlar Fatimə(s.ə)-ni hiddətə gətirdilər. Lakin həqiqətdə Allahı__ yerin, göyün Allahını qəzəbləndirdilər. Fatimə(s.ə) kimin qızı idi? Kimin zövcəsi, kimin anası idi? (bütün bunlara baxmayaraq yenə də onun ehtiramına, məqamına riayət etmədilər.)
    Vay olsun o şəxsə ki, ona zulm etməyi özünə həqiqət və ya bir təriqət (sünnət) bildi».
    Həzrəti Fatimə(s.ə)-nin müsibətindən İmamların(ə.s) təsirlənməsi və kədərlənməsi.
    1.İmam Cavad(ə.s)-ın kədəri.
    Təbərinin «Dəlailül-imamə» kitabında Zəkəriyya ibn Adəmin söylədiyi hadisə təsvir edilmişdir: «Mən İmam Riza(ə.s)-nın hüzurunda idim. Bu zaman oğlu həzrəti-Cavad(ə.s)-ı Onun hüzuruna gətirdilər. O vaxt hələ onun dörd yaşı yox idi. İçəri daxil olanda əlini yerə vurub başını göyə qaldıraraq uzun müddət fikrə getdi.
    İmam Riza(ə.s) oğluna buyurdu:
    __ Qurbanın olum, niyə fikrə getdin?
    İmam Cavad(ə.s) cavab verdi:
    __Anam Fatimə(s.ə)-yə edilən müsibətlərə görə xəyala daldım. Allaha and olsun, o iki şəxsi qəbirdən çıxarıb yandırar, sonra isə küllərini dənizlərə səpərdim.
    Həzrəti-Riza(ə.s) oğlunu yanına çağırıb iki gözünün ortasından öpərək buyurdu:
    __ Atam-anam sənə fəda olsun, sən bu məqama (imamətə) layiqsən.
    2.İmam Baqir və İmam Sadiq(ə.s)-in kədəri.
    Belə söyləyirlər ki, İmam Baqir(ə.s) qızdırma xəstəliyinə tutulanda bədəninə soyuq su çiləyər, sonra isə uca səslə buyurarmış: «Fatimətu bintu Mühəmmədin!» «Ay Mühəmməd(s)-in qızı Fatimə(s.ə)!»
    Əllamə Məclisi bu ibarəni belə şərh edir: «İmam Baqir(ə.s) Fatimə(s.ə)-nin müqəddəs adını çəkməklə şəfa tapmaq istəmişdir».
    Müəllif yazır: «Mən belə ehtimal edirəm ki, qızdırma onun lətif bədəninə təsir etdiyi kimi, məzlum anasının müsibətlərinə kədərlənməyini gizlətməsi də onun kövrək qəlbinə təsir göstərmişdir. Qızdırmanın hərarətini su vasitəsilə azaltdığı kimi, anası Fatimə(s.ə)-ni xatırlamaqla öz kədərinin şiddətini azaldırdı. İnsan ürəkağrıdıcı ahı ilə, dərindən köks ötürməklə öz kədərini azaldır. Çünki, həzrəti-Zəhra(s.ə)-nın müsibətlərinin təsiri övladları__ pak İmam(ə.s)-ların ürəyində qılınc və bıçaq yarasından daha ağır, yanıqdan daha dəhşətlidir. Onlar elə bir şəraitdə idilər ki, həmişə təqiyyə(Din aliımlərinin rütbələrindən biri. ) edir, anaları həzrəti-Zəhra(s.ə)-nın müsibətlərini aşkar etməyə ixtiyar və qüdrətləri çatmırdı. Buna görə də nə vaxt həzrəti-Zəhra(s.ə)-nın adı onların yanında çəkilirdisə, qəlbləri hüznlə dolurdu. Hər bir diqqətli şəxs bu kədər və qüssəni onların mübarək çöhrələrindən sezib hiss edə bilərdi.
    Digər bir hədisdə belə nəql olunmuşdur: İmam Sadiq(ə.s) Sukinidən (səhabədən biri) təzə anadan olmuş qızının adını nə qoyacağını soruşanda Sukuni: «Fatimə», __ deyə söyləmişdi. Bu zaman İmam Sadiq(ə.s) dərindən ah çəkib əlini alnına qoyaraq qəmli-qəmli oturmuşdu.
    Ötən səhifələrdə xatırlatdıq ki, Abbas Ömərin başqalarının pulunu kəsdiyi kimi, Qunfuzun pulundan niyə görə kəsməməsini Əli(ə.s)-dən soruşanda Əli(ə.s) ətrafına baxıb gözlərindən yaş axıdaraq buyurmuşdu: «Bu, Qunfuzun Fatimə(s.ə)-yə vurduğu qamçıya görə mükafatıdır. Fatimə(s.ə) vəfat edənə qədər o qamçının izləri onun qollarında qolbaq kimi qaralmışdı».
    3.Bəşşar Mükarinin əhvalatı.
    Bir çox mötəbər mənbələr, həmçinin Əllamə Məclisi Mikarinin söylədiklərini belə təsvir edirlər:
    Bir gün Kufədə İmam Sadiq(ə.s)-in hüzuruna getmişdim. Gördüm ki, İmam onun üçün gətirilmiş Təbərzad xurmasından yeyir. Məni görüb buyurdu:
    __ Yaxın gəl, qonaq ol.
    Söylədim:
    __ Nuş olsun. Yolda gələndə bir hadisə ilə rastlaşdım. Mənə yaman təsir etdi. Qəhərdən boğazım tutuldu.
    __ Boynumda olan haqqıma and verirəm səni, yaxın otur, sən də ye.
    Yaxına gəlib mən də xurmadan yedim. Sonra İmam(ə.s) mənə buyurdu:
    __ İndi de görüm, nə hadisə baş veribdir?
    __ Yolda gələndə gördüm ki, hökumət məmurlarından biri bir qadını döyə-döyə zindana aparır. Həmin qadın uca səslə deyirdi: «Allaha və Rəsuluna pənah aparıram. Allahdan və Rəsulundan başqa heç kimə pənah aparmıram».
    İmam Sadiq(ə.s) soruşdu:
    __ O qadını niyə döyürdülər?
    __ Camaatdan eşitdim ki, deyirdilər, guya o qadının ayağı büdrəyib yerə yıxılanda belə deyib: «Ya Fatimə, Allah sənə zülm edənləri öz rəhmətindən uzaqlaşdırsın». Hökumət adamları bu sözü eşidən kimi onu tutub döyə-döyə zindana apardılar.
    İmam Sadiq(ə.s) bu sözü eşitcək əlini xurmadan çəkib ağladı. Göz yaşları dəsmal və mübarək saqqalını islatdı. Sonra buyurdu:
    __ Ay Bəşşar, qalx birlikdə Səhle məscidinə gedək. O xanımın azad olması üçün Allaha dua edib onun salamatlığını istəyək.
    Doğrusu, əgər İmam Sadiq(ə.s) Fatimə(s.ə)-ni sevən bir xanım barədə belə xoşagəlməz hadisə eşidib narahat olursa, görəsən, bəs anası Fatimə(s.ə)-nin müsibətlərini ona danışsan, nə edər? Zalımın o Xanımın mübarək üzünə şillə vurmasına necə baxar?
    Kərbəla hadisəsi ilə müqayisə.
    Ötən bəhslərdən aydın olduğu kimi, əmirəl-möminin Əli(ə.s)-nin müsibəti, günahsızlığı, səbir və dözümü ilə müqayisədə demək olar ki, İmam Hüseyn(ə.s)-nin çəkdiyi dərd və ağrılar ondan kiçik görünür. Məsələn, Təbərinin «Nəfəsül-məhmum» kitabından nümunə gətiririk:
    Şimr ibn Zil Cövşən Kərbəlada hücuma keçib nizəsini imam Hüseyn(ə.s)-in xeyməsinə vuraraq ucadan qışqırdı:
    __ Bu xeyməni içindəki adamlarla birlikdə yandırmaq üçün mənə od verin.
    Xanımlar səs-küylə xeymədən çölə çıxdılar. İmam Hüseyn(ə.s) Şimrə xitab edərək ucadan buyurdu:
    __ Mənim evimi yaxınlarımla birgə yandırmaqmı istəyirsən? Allah səni cəhənnəm atəşində yandırsın.
    Əbu Müxtəf (Kərbəla hədisəsini qələmə alanlardan biri) yazır:
    Süleyman ibn Raşid Həmid ibn Müslimin dilindən belə söyləyir:
    Şimrə dedim:
    __ Belə iş tutmaq məsləhət deyil. İki günah sahibi olmaqmı istəyirsən? Birincisi, Allahın əzabına düçar olarsan; ikincisi isə, qadınlara və uşaqlara əl qaldırırsan. Məgər sənin rəhbərin kişiləri öldürməklə razılaşmır?
    Şimr soruşdu:
    __ Sən kimsən?
    __ Kim olduğumu sənə söyləmərəm.
    Qorxdum ki, əgər özümü ona tanıtsam, sultana (İbn Ziyad) xəbər verməklə mənə zərər yetirər.
    Bu zaman Şimrə məndən çox itaət edən Şəbəs ibn Rəbi adlı bir şəxs irəli gəlib Şimrə dedi:
    __ Şimr, heç sənin sözündən çirkin söz eşitməmişəm. Məgər qadın və uşaqları öldürməyəmi göndərilibsən?
    Həmid ibn Müslüm yazır: «Mən şahid dayanıram ki, Şimr bu sözləri eşitcək həya edib qadın və uşaqları yandırmaq fikrindən döndü».
    İndi deyirəm, Şimr bu qədər ağılsızlıq və həyasızlığı ilə yanaşı, Şəbəs ibn Rəbbinin sözündən təsirlənərək həya edib xeyməni yandırmaq fikrindən döndü, lakin Əli(ə.s)-nin evinə hücum edən şəxs evi içindəki adamlarla birgə yandırmaqla hədələyərək deyir: «And olsun Allaha ki, canım onun əlindədir. Hökmən gərək beyət etmək üçün evdən çıxasız, yoxsa evə sizlə birgə od vuracağam».(Bu ziyarətnamə ümumi ziyarət kimi «Məfatilül-cinan» kitabının 636-cı səhifəsində qeyd olunmuşdur. )
    Bəziləri ona etiraz edib dedilər ki, Peyğəmbər(s)-in qızı Fatimə(s.ə), Peyğəmbər(s)-in nəvələri, o Cənabın izləri var bu evdə. Sən nə edəcəksən?
    Beləliklə, mən şahid dayanıram ki, o, bu sözlərdən əsla həya etməyib öz qərarından dönmədi. Əksinə, necə ki demişdi, elə də etdi. O zaman bir nəfər tapılmadı ki, Əli(ə.s)-yə kömək göstərib evini qorusun. Təkcə bir hədisdə qeyd olunur ki, Zübeyr ibn Əvam Əli(ə.s)-nin zorla çəkilə-çəkilə məscidə aparıldığını gördükdə əlini qılınca atıb ucadan dedi: «Ey Əbdül Mütəllib övladları, siz sağ ola-ola məgər görmürsünüzmü, Əli(ə.s) ilə necə rəftar edirlər?»
    Zübeyr ibn Əvam Ömərə qarşı acıqlanıb qılınc çəkərək onu vurmaq istədi, lakin Ömər cəld qılıncı onun əlindən alıb daşa vurub parçaladı.
    Əli(ə.s)-nin məzlumiyyəti.
    Böyük hədisçi siqətül-islam(Samira Bəni-İsrail tayfasının sehrkarlarından idi. Həzrəti-Musa(ə.s)-nın dövründə Bəni-İsraillilərdən bir dəstəsi yolunu azdı. Dedilər, Samira Musanın yolunu gedənlərdən idi. Musa(ə.s) Tur dağına gedəndə qızıldan buzov düzəldib onu səsləndirib hərəkətə gətirdi və Bəni-İsrail tayfasını ona pərəstiş etməyə dəvət etdi. Onlardan bir neçəsi ona iman gətirdilər. Elə ki Musa(ə.s) qayıtdı, ) Kuleyni Sədirə əsaslanaraq belə yazır:
    İmam Baqir(ə.s)-in hüzurunda idim. Orada Peyğəmbər(s)-in vəfatından sonra baş verən hadisələrdən və həzrəti-Əli(ə.s)-nin çətinliklərlə üzləşməsindən söz düşdükdə, oturanlardan biri İmam Baqir(ə.s)-dən soruşdu:
    __ Allah sənin işini avand etsin, bəs Bəni-Haşimin şövkəti-şanı, qüdrəti nə oldu?
    İmam Baqir(ə.s) buyurdu:
    __ Bən-Haşimdən bir kəs qalmamışdı. Bəni-Haşimin şövkəti Cəfəri-Təyyar və Həmzə şəhadətə yetişəndən sonra iki nəfər zəif, gücsüz və təzəcə islamı qəbul etmiş kişi __ Abbas (Peyğəmbər(s)-in əmisi) və Əqil (Əli(ə.s)-nin qardaşı) qalmışdı ki, onlar da Məkkənin fəthində azad olmuşlardan idilər.
    «Bilin və agah olun, Allaha and olsun! Əgər Həmzə və Cəfər sağ olsaydılar, o iki nəfər (Əbu Bəkr və Ömər) elə məqama yetişə bilməzdilər. Əgər onlar sağ qalsaydılar, o iki nəfər canlarını salamat qurtara bilməzdilər».
    Elə məhz bu təkliyinə və məzlumluğuna görə də Əli(ə.s) minbərdə xütbə oxuyanda həmişə axırıncı sözü bu olardı: «Peyğəmbər(s) vəfat edən gündən mən həmişə məzlum olmuşam».
    Müseyb ibn Nəcbə yazır: «Bir gün həzrəti-Əli(ə.s) xütbə oxuyarkən bir nəfər ucadan səsləndi: «Ey vay! Sənə zülm olundu». Həzrəti-Əli(ə.s) ona buyurdu:
    __ Yaxın gəl!
    O şəxs yaxına gələndə Əli(ə.s) ona buyurdu:
    __ Səhranın qum dənələrinin sayı və heyvanların tükü qədər mənə zülm olunmuşdur.
    Digər hədisə əsasən bir gün bir ərəb isə o Cənab(ə.s)-ın yanından ötəndə demişdi:
    __ Ey məzlum Əmirəl-möminin.
    O zaman Həzrət ona buyurmuşdu:
    __ Əzizim, mənə o qədər zülm olunubdur ki, onun miqdarı səhranın qumları və heyvanların tükü qədərdir.
    Əbuzər Qəffari isə Əli(ə.s)-yə: «Məzlumların və zəiflərin şeyxi!» __ deyərək müraciət edərdi.
    Böyük mühəddis Kuleyni belə bir faktı qeyd etmişdir:
    İmam Hadi(ə.s) buyurmuşdur: «Əli(ə.s)-nin qəbrini ziyarət edəndə o Həzrəti bu sözlərlə ziyarət edin: «Salam olsun sənə, ey Allahın valisi, sən məzlum və haqqı qəsb olunanda səbir edən ilk şəxssən. Ölənə qədər Allahın rizayətini istədin. Şəhadət verirəm ki, sən şəhid olaraq Allaha qovuşdun. Allah sənin qatilini müxtəlif növ əzablarla cəzalandırsın. Hər dəfə onun əzabını təzələsin».(buzovu məhv edib camaatı haqqa çağırdı. )
    Müəllif yazır: «Bu sözlər dərdlə dolu sinədən qalxan, alovlanan bir ahdır, ürəkyaxan müsibətlərin cüzi hissəsidir ki, qayaları suya döndərər».
    Həzrəti-Zəhra(s.ə)-nın müsibətlərini əks etdirən şerlər.
    Biz bu hissəni şeyx Saleh Hillininin yazdığı şeri ilə bitiririk:
    «Peyğəmbər(s)-in cənazəsi hələ yataqda ikən, kəfənə tutulmamış Ali-Mühəmməd(s)-ə zülm etdilər. O zaman Fatimə(s.ə)-yə dedilər: «Peyğəmbər(s)-in qızı, kölgəsində oturub ah-nalə etməsin deyə, ərak ağacını kökündən kəsdilər. Onlar odun yığıb elə bir evi yandırmaq istədilər ki, o evin üzvləri olmasaydı, İslam dini məhv olardı. Onlar Fatimə(ə.s)-nin evinə hücum edib, ona əl qaldıraraq bətnindəki körpəsini siqt etdilər. Bu mənfurlar öz rəhbərlərini qılıncla əsir edib çəkə-çəkə aparırdılar. Peyğəmbər(s) qızı da onun arxasınca ah-nalə edirdi:
    «Əmim oğlunu buraxın. Yoxsa saçımı açıb Allah dərgahına öz dərdlərimlə şikayət edərəm. Allah dərgahında Saleh(s) peyğəmbərin dəvəsi və o dəvənin balası məndən üstün deyildir. (Saleh(s) peyğəmbərin dəvəsini öldürənlər kimi siz də Allah əzabına düçar olacaqsınız.)»Bu zaman Fatimə(s.ə) ağlar gözlə, dərdli qəlblə Peyğəmbər(s)-in qəbrinə yaxınlaşdı. O vaxt müsibət toxumu qəlbində cücərdiyindən fəryad edib dedi: «Ah bir kömək edənim yoxdur ki, düşmənin şərini özümdən uzaqlaşdırım, ey ata! İndi camaat Samira(Şəbahət, yəni oxşarlıq. )və inəyinə itaət edib Harundan (Əli(ə.s) burada Musa(ə.s)-nın qardaşı Harun(ə.s)-a bənzədilmişdir) üz döndərdilər. Atacan, hansı müsibətlərdən şikayət edim? Ömrümün axırına qədər bədənimdə izləri qalan qamçı zərbələrindənmi? Sənin fəraqından ötrümü ağlayım, ya həyat yoldaşımın haqqının tapdanmasınamı? Yoxsa qabırğamın sınmasından, ya bətnimdəki körpənin siqt olmasından şikayət edim? Atamın mənə etdiyi bəxşişlərinin və irsinin qarət olunmasındanmı, ya mənim məqamımı (atamın tövsiyələrindən sonra) tanıya-tanıya, bilə-bilə, qəsdən haqqımı inkar etmələrindənmi şikayət edim?
    Atacan, onlar sənin iki yetimin Həsən və Hüseyn(ə.s)-i məzlum etdilər. Mən onlardan haqqımı tələb etdikdə onlar mənim haqqımı qəsb etdilər».
    Category: Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) | Added by: Islam_Kitabxanasi
    Views: 870 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024