İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)

    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)
    2012-02-05, 12:23 PM
    Məsudinin qeydlərində beyət əhvalatı.
    Məşhur tarixçi və alim Məsudi (Əli ibn Hüseyn vəfatı: 956-cı il, hicri qəməri, təxminən 1562-ci il miladi) «İsbatül-vəsiyyə» kitabında yazır: «Əmirəl-möminin Əli(ə.s) Peyğəmbər(s)-in vəfatından sonra 35 yaşında ikən Allahın əmri ilə rəhbəriyyəti idarə etmək üçün ayağa qalxdı. Möminlər ona itaət etdilər. Münafiqlər isə ona itaət etməyib xilafəti idarə etmək üçün bir nəfər seçərək Allah və Rəsulu tərəfindən təyin olunmuş şəxsə qarşı çıxıb ona müxalif oldular».
    Bəzi mənbələrdə qeyd olunubdur ki, Abbas (Peyğəmbərin əmisi) Peyğəmbər(s) vəfat etdikdən sonra əmirəlmöminin Əli(ə.s)-nin hüzuruna gələrək ona dedi:
    __ Əlini uzat ki, sənə beyət edim.
    Əmirəl-möminin(ə.s) buyurdu:
    __ Məgər bu vəzifəyə göz dikənmi var? Bizdən başqa kimin bu məqama səlahiyyəti çatır ki?
    Bu zaman müsəlmanlardan bir dəstəsi Zübeyr və Əbu Süfyan («Səxr ibn Hərb») beyət etmək üçün Əli(ə.s)-nin evinə gəldi, lakin Əli(ə.s) bundan imtina etdi. (yəqin ki, Peyğəmbər(s)-in dəfninə görə)ı
    Bu vaxt mühacir və ənsarlar arasında ixtilaf düşdü. Mədinə müsəlmanları dedilər: «Bir nəfər başçı sizdən seçilsin və bir nəfər də bizdən». Lakin mühacirlərdən (Məkkə və ətraf müsəlmanlar) bir dəstəsi dedi ki, Peyğəmbər(s)-dən eşitmişik: «Xilafət Qureyş nəslinindir».
    Mühacirlər Səd ibn Übadəni (ənsarların başçısı) əzişdirib əldən salandan sonra, nəhayət, ənsarlar mühacirlərə təslim oldular.
    Ömər ibn Xəttab əlini vuraraq ona beyət etdi. Sonra onun ardınca Mədinəyə təzə gəlmiş ərəblər və müəllifəti-qulubihimdən (Məkkənin fəthindən sonra qəlblərinə təlif edilmə nəticəsində təzəcə İslamı qəbul etmiş müsəlmanlar, yəni qəlbləri satın alınmışlardan) bir qismi Əbu Bəkrə beyət etdilər. Bu xəbər Əli(ə.s)-yə həzrəti-Mühəmməd(s)-in pak cənazəsini qüsl edib, kəfənləyib, dəfn edəndən sonra yetişdi.
    Həzrəti-Əli(ə.s) orada olan Bəni-Haşim qəbiləsilə və səhabədən Əbuzər, Salman, Miqdad, Əmmar, Hüzeyfə və Əbiyy ibn Kəb kimi şəxslərdən ibarət qırx nəfərlik bir dəstə ilə Rəsulullah(s)-ın cənazəsinə namaz qıldılar.
    Həzrəti-Əli(ə.s) ayağa qalxıb oradakılar üçün nitq söylədi. Nitqdə həmd və sənadan sonra buyurdu: «Əgər imamət Qureyşə verilirsə, mən Qureyşin ən layiqlisiyəm. Yox əgər Qureyşə verilmirsə, ənsarlar öz iddialarında qalsınlar».
    Əli(ə.s)-nin beş Peyğəmbərə şəbahəti.
    (Yuxarıdakı ayə («Qəsəs», 20) məxfi surətdə Musa(ə.s)-ya iman gətirmiş Ali – Firon sarayında olan bir şəxsə aiddir. O gizlin olaraq Musa(ə.s)-ya Firon tərəfdarlarının onu bldürmək istədiklərini bildirdi. Əsma binti Ümeysin (Əbu Bəkrin zövcəsi) kənizi də bu ayəni oxumaqla Əsmanın pərdə arxasından eşitdiyi sui-qəsddən Əli(ə.s)-ni xəbərdar etdi. )
    Sonra Əli(ə.s) evinə qayıdaraq onlardan ayrıldı. Həzrət öz dostlarına belə buyurmuşdu: «Mən beş sahədə beş Peyğəmbərə iqtida etmişəm. (Yəni mənim işim onların əməllərinə oxşayır)»
    1.Həzrəti-Nuh(ə.s)-dan Allaha ərz etdiyi sözü:
    «İlahi, bu zalım tayfa məni məğlub etdi, onlardan mənim intiqamımı al». («Qəmər»,10)
    2.Həzrəti-İbrahim(ə.s)-dən müşriklərə buyurduğu sözü:
    «Sizdən və Allahdan qeyrisinə dəvət etdiyiniz şeydən uzaqlaşıram». («Məryəm», 48)
    3.Həzrəti-Lut(ə.s)-dan inadkar tayfasına buyurduğu sözü:
    «Kaş sizin qarşınızda dayanmağa qüdrətim olaydı və ya bir köməyim, arxam olaydı». («Hud», 80)
    4.Həzrəti-Musa(ə.s)-dan Fironun tərəfdarlarına dediyi sözü:
    «Sizlərdən qorxduğum anda uzaqlaşdım».
    5.Harundan (Musanın qardaşı) Musa(ə.s)-ya dediyi sözü:
    «Camaat məni zəiflədib az qala, öldürsün». («Əraf», 150)
    Sonra Həzrəti-Əli(ə.s) «Quran»ı yığıb tənzimləməklə məşğul oldu. Onu parçaya büküb üstünə də möhür vuraraq xalqa xitab etdi: «Bu kitab Peyğəmbər(s)-ə necə nazil olubsa, eləcə də o Həzrətin buyurduğu kimi tərtib edilmişdir».
    Oradakılardan bəzisi dedi:
    __ «Quran»ı qoy qalsın, özün isə get.
    Bu zaman Həzrət buyurdu:
    __ Rəsuli-əkrəm(s) məgər sizə buyurmamışdır ki, mən özümdən sonra sizin aranızda iki qiymətli şey yadigar qoyuram: birincisi, Allahın kitabı; ikincisi isə mənim Əhli-beytimdir. Bu iki şey mənə Kövsər hovuzunda yetişənə qədər bir-birindən ayrılmazlar. Əgər Peyğəmbər(s)-in sözünü qəbul edirsinizsə, «Quran»ın hökmləri əsasında sizin aranızda hökm edim.
    Camaat dedi:
    __ Bizim sənə və tərtib etdiyin «Quran»a ehtiyacımız yoxdur. «Quran»ı da götür get və ondan ayrı düşmə.
    Həzrəti-Əli(ə.s) onlardan üz döndərib evinə getdi. Onu sevənlər də evdə oturub bayıra çıxmadılar, çünki bu dünyadan dördəlli yapışanlar Allahın Rəsulu ilə bağladıqları əhdi pozmuş, hələ bu azmış kimi Pyğəmbər(s)-in Əhli-beytinə qarşı zor işlədərək güclə evinə soxulmuş, qapını odlamış, Rəsullullah(s)-ın gözünün nuru, yadigarı, özünün dediyi kimi, hər iki dünya qadınlarının xanımı olan həzrəti-Fatimə(s.ə)-yə əl qaldırmışlar ki, bunun da nəticəsində, o müqəddəs Xanımın bətnindəki körpə dünyaya gəlməmiş məhv olmuşdu. Onlar həzrəti-Əli(ə.s)-ni güclə evdən çıxarıb Əbu Bəkrin yanına aparıb: «Beyət et!» __ dedilər.
    O beyət etmədi. Dedilər: «Əgər beyət etməsən, səni öldürərik». Buyurdu: «Mən Allahın bəndəsi və Rəsuli-əkrəm(s)-in qardaşıyam, əgər məni öldürsəniz, günah işlətmiş olarsınız».
    Onlar həzrəti-Əli(ə.s)-nin bükülmüş yumruğunu açmaq istədilər. O isə əlini yumdu. Bu mənfurlar o Cənabın yumruğunu aça bilməyib eləcə əli yumulu halda Əbu Bəkrin əlini onun əlinə sürtdülər.
    İki təkanverici möcüzə.
    Məsudi sözünün ardını belə davam etdirir: «Bir neçə gündən sonra Əli(ə.s) həmin iki nəfərdən biri (Əbu Bəkr) ilə görüşərək ona Allahı xatırlatdı. Bir az moizə edəndən sonra buyurdu:
    __ İstəyirsənmi, səni Rəsulullahla görüşdürüm, sənə əmr və nəhy etsin? (yəni yaxşı işlərə sövq edib pis işlərdən çəkindirsin.)
    Dedi:
    __ Bəli
    Həzrəti-Əli Əbu Bəkr ilə birlikdə Quba məscidinə getdi. Peyğəmbər(s) ona buyurdu: «Ey şəxs (Əbu Bəkr), mənimlə bağladığın əhdə görə, xilafət Əli(ə.s)-nin öhdəsində olmalıdır. Xəlifə əmirəl-möminin Əli (ə.s)-dir».
    O, Əli(ə.s) ilə birlikdə məsciddən qayıdıb belə qərara gəldi ki, xilafəti Əli(ə.s)-yə təhvil versin. Lakin dostu Ömər Əbu Bəkri bu işdən çəkindirib dedi:
    __ Bu, açıq-aşkar bir sehr olub, Bəni-Haşimin məşhur cadularındandır. Məgər unutmusanmı, biz səninlə birgə İbn Əbi Kəbəşinin yanında olanda iki ağaca əmr etmişdi ki, birləşsinlər. O ağacların arxasında ehtiyacını ödəyəndən sonra o ağaclara bir-birindən ayrılmalarını əmr etdi. Həmən onlar bir-birindən ayrılaraq əvvəlki vəziyyətinə qayıtdılar?
    Əbu Bəkr cavab verdi:
    __ Sən mənə bu əhvalatı xatırladanda mənim yadıma başqa bir əhvalat düşdü. Mən və o (Peyğəmbər) Sur mağarasında gizlənəndə əlini üzümə çəkdi. Sonra ayağı ilə işarə edib mənə dənizi göstərdi. Dənizdə Cəfəri–Təyyar və yoldaşlarını gəmi ilə üzən gördüm.
    Əbu Bəkr dostu Ömərin sözündən təsirlənib xilafəti Əli(ə.s)-yə təhvil vermək fikrindən döndü. Onlar Əli(ə.s)-ni öldürmək qərarına gəldilər. Bir-birilə məsləhətləşib Xalid ibn Vəlidi bu işi icra etmək üçün təyin etdilər. Əsma binti Ümeys məsələdən agah olub əmirəl-möminin Əli(ə.s)-yə xəbər göndərdi. Əsmanın kənizi Əli(ə.s)-nin evinə gəlib qapıda dayanaraq bu ayəni ucadan oxudu:
    «Bunlar səni öldürmək üçün məşvərət edirlər. Tezliklə şəhərdən çıx. Mən sənin xeyrini istəyənlərdənəm».(Fədək Mədinənin 140 kilometrliyində yerləşən bol məhsullu, çeşməli-sulu və başdan-başa xurma ağacları ilə zəngin olan, Xeybər yaxınlığındakı bir kənddir. Hicrətin yeddinci ilində (təxminən 587-ci il miladi) müsəlmanlar Xeybər qalasını fəth etdikdən sonra Fədək yəhudilərin hicazda yeganə dayaq nöqtəsi idi. Yəhudilər ürəklərinə düşən qorxunun təsirindən Fədəyi döyüşsüz Peyğəmbərə təslim etdilər. Bundan sonra Fədək həzrəti-Mühəmməd(s)-in şəxsi mülkü hesab olunurdu, belə ki, «İsra» surəsinin 26-cı ayəsi nazil oldu: «Yaxınlarının haqqını ödə.» - mötəbər şiə və sünni mənbələrinə əsasən Peyğəmbər(s) Fədəyi Fatimə(s.ə)-yə bağışladı. («Mizanül-etimal» IIc,səh.288, «Kənzül-ümmal» IIc, səh.158, «Məcməül-bəyan» və dürrül-mənsur kitabı «İsra» surəsinin 26-cı ayəsinin ardı.) )
    Bu zaman Xalid qılıncı paltrınının altında gizlətmişdi. Belə sözləşdilər ki, məsciddə imam camaat (namazda) axırıncı salamı verəndən sonra Xalid qalxıb Əli(ə.s)-ni öldürsün.
    Xalidin namazda qurcalanmasından camaat elə başa düşdü ki, guya o, namazını səhv qılmışdır. Bu zaman imam camaat (Əbu Bəkr) axırıncı salamdan qabaq dedi:
    __ Ey Xalid, sənə verdiyim tapşırığı geri götürürəm. Heç nə eləmə!
    Fədəyin qəsb olunması.
    Əllamə Əbu Mənsur Təbərsi (vəfatı h.q. 588, Miladi təxminən 1184-cü il) «Ehticac» adlı kitabında və Əli ibn İbrahim isə İmam Sadiq(ə.s)-in söylədiklərinə əsaslanaraq həzrəti-Əli(ə.s)-nin belə buyurduğunu qeyd edirlər:
    «Elə ki Əbu Bəkrin beyəti sona yetdi və onun xilafəti ənsar və mühacirlər üçün müəyyənləşdirildi, Əbu Bəkr öz məmurlarını Fədəyə(Təbərsi «Ehticac» Ic, səh.120-123) sarı göndərdi ki, Fatimə(ə.s)-nin nümayəndəsini oradan qovsunlar. Bu əmr icra olundu». İndi Fədək barəsindəki aşağıdakı yazılara diqqət yetirin.
    Fatimə(s.ə)-nin etirazı və şahidlərin şəhadəti.
    Fatimə(s.ə) Əbu Bəkrin əmrindən xəbərdar olduqda onun yanına gəlib buyurdu:
    __ Niyə atam Rəsulullah(s)-ın mənə bağışladığı irsi əlimdən alıb nümayəndəmi Fədəkdən qovmusan? Axı Peyğəmbər(s) onu mənə Allahın hökmü ilə bağışlamışdı.
    Əbu Bəkr dedi:
    __ Söylədiklərin üçün şahid gətir ki, həqiqətən də, Peyğəmbər(s) Fədəyi sənə bağışlamışdır.
    Fatimə(s.ə) gedib Ümmü__Əyməni (Peyğəmbər(s)-in hörmət bəslədiyi xanımlardan biridir) şahid kimi Əbu Bəkrin yanına gətirdi.
    Ümmü__ Əymən Əbu Bəkrə dedi:
    __ Peyğəmbər(s)-in mənim şənimə söylədiklərini sənə sübut etməsəm, şahidlik etmərəm. Səni Allaha and verirəm, məgər bilmirsənmi həzrəti-Mühəmməd (s) buyurubdur:
    «Ümmü Əymən behişt xanımlarındandır».
    Əbu Bəkr:
    __ Bəli bilirəm ki, Peyğəmbər(s) belə buyurmuşdur.
    Ümmü Əymən:
    __ Şəhadət verirəm ki, Allah Peyğəmbər(s)-ə bu ayəni- «Yaxınlarının haqqını ödə» nazil edəndən sonra Fədəyi Fatimə(s.ə)-yə bağışlamışdı».
    Sonra Əli(ə.s) də gəlib eynilə onun dediklərini təsdiqləyərək şəhadət verdi. Beləliklə, Əbu Bəkrə sübut olundu ki, Fədək Fatimə(s.ə)-nin şəxsi mülküdür. Buna görə də Fədəyin Fatimə(s.ə)-yə qaytarılması barədə bir məktub (sənəd) yazıb Fatimə(s.ə)-yə verdi.
    Ömər ibn Xəttab bu məsələdən xəbərdar olan zaman Əbu Bəkrin yanına gəlib soruşdu:
    __ Bu məktub nə üçündür?
    Əbu Bəkr dedi:
    __ Fatimə(s.ə) iddia etdi ki, Fədək mənim şəxsi mülkümdür, bu sözün doğruluğu üçün Ümmü__ Əymən və Əli(ə.s)-ni şahid kimi bura gətirdi. Mən də buna görə Fədəyin Fatimə(s.ə)-yə qaytarılması barədə sənəd yazıb imzaladım.
    Ömər Fatimə(s.ə)-nin yanına gəlib məktubu əlindən alaraq cırıq-cırıq edib dedi:
    __ Fədək (Döyüşsüz kafirlərin əlindən alınmış sərvət) bütün müsəlmanların malı hesab olunur. Ovs ibn Hədsan, Ayişə və Həfsə şəhadət verirlər ki, Rəsuli- əkrəm(s) buyurmuşdur:
    «Biz Peyğəmbərlər (özümüzdən sonra) irs qoymuruq (övladlarımız bizdən irs aparmır), bizdən sonra nə (mal) qalsa, (ümumi) sədəqədir».
    Şahidlərə gəldikdə isə Əli(ə.s) Fatimə(s.ə)-nin əridir, öz mənafeyinə görə şəhadət vermişdir, yəni onun sözü qəbul deyildir. Amma Ümmü- Əymən əməli–saleh xanımdır, əgər başqa bir şəxs onunla birgə şahid dursa, bu işə bir də diqqət yetirərik.
    Fatimə(s.ə) kədərli halda Əbu Bəkr və Ömərin yanından uzaqlaşdı.
    Əli(ə.s)-nin Əbu Bəkrlə söhbəti.
    Səhəri gün həzrəti-Əli(ə.s) məscidə Əbu Bəkrin yanına gəldi. Ənsar və mühacirlər Əbu Bəkrin ətrafında dövrə vurub oturmuşdular. Əli(ə.s) ona buyurdu:
    __ Niyə Fatimə(s.ə)-yə atasından qalan irsi əlindən almısan? Halbuki Peyğəmbər(s) sağlığında ikən onu Fatimə(s.ə)-yə bağışlamışdı.
    Əbu Bəkr dedi:
    __ Xeyr, belə deyildir.
    Əli(ə.s):
    __ Əgər bir müsəlman ixtiyarında olub onun hesab olunan mülkü mən iddia edib desəm ki, bu mülk mənimdir, kimdən iki adil şahid tələb edilməlidir?
    Əbu Bəkr:
    __ Əlbəttə, səndən (iddiaçıdan) iki adil şahid tələb edilməlidir.
    Əli(ə.s) buyurdu:
    __ Bəs niyə sən Fatimədən sahibi ola-ola ixtiyarında olan mülk üçün iki adil şahid istəyirsən? Halbuki Fədək Peyğəmbər(s)-in zamanında və ondan sonra da Fatimə(s.ə)-nin şəxsi mülkü hesab olunurdu. Sən müsəlmanlardan ixtiyarlarında olan mülk barədə başqasının mülkünün mənim mülküm olduğunu iddia etdiyimə görə məndən iki adil şahid tələb etdiyin məhkəmə qanunlarına əsasən iki adil şahid tələb etmirsən.
    Əbu Bəkr:
    __ Bu dəlilin qarşısında bizim danışmağa qüdrətimiz yoxdur. Əgər ədalətli şahidlər gətirsəniz, qəbul edərik, yoxsa Fədək müsəlmanlrın ümumi malıdır. Sənin və Fatimə(s.ə)-nin onu mənimsəməyə heç bir hüququnuz yoxdur.
    Əli(ə.s) Əbu Bəkrə xitab edib buyurdu:
    __ «Quran»ı oxumusanmı?
    Əbu Bəkr dedi:
    __ Bəli.
    Əli(ə.s) buyurdu:
    __ De görüm, bu ayə («Əhzab», 33) kimin şəninə nazil olubdur?
    «Allah istəyir ki, günah və çirkinliyi siz Əhli-beytdən uzaqlaşdıraraq sizi pak etsin».
    Bu ayə bizim haqqımızda nazil olub, yoxsa başqasının?
    Əbu Bəkr:
    __ Bəli, sizin şəninizə nazil olub.
    Əli(ə.s) buyurdu:
    __ Əgər bir neçə nəfər gəlib şəhadət versə ki, Fatimə(s.ə) (ələyzu billah) nalayiq iş görübdür, sən onunla necə rəftar edərsən?
    Əbu Bəkr dedi:
    __ Başqa qadınları cəzalandırdığım kimi, ilahi hədləri onun üçün də icra edərəm.
    Əli(ə.s) buyurdu:
    __ Bu zaman kafir sayılarsan.
    Əbu Bəkr soruşdu:
    __ Niyə?
    Əli(ə.s) ona buyurdu:
    __ Çünki Fatimə(s.ə)-nin paklığı barədə Allah-təalanın şəhadətiniı (yuxarıdakı ayəyə əsasən) rədd edib camaatın şəhadətini qəbul edirsən, beləliklə də Allahın və Rəsuli Əkrəm(s)-in hökmünü rədd etmiş olursan. Sən Rəsuli-Əkrəm(s)-in Allahın əmrilə Fədəyi Fatimə(s.ə)-yə bağışladığını və Fatimə(s.ə)-nin hələ Rəsuli-Əkrəm(s)-in sağlığında ikən onu öz ixtiyarına keçirdiyini rədd edirsən, amma (Peyğəmbər(s)-in irs qoymadığına şəhadət verən Ovs ibn Hədsan kimi) ayaq üstündə idrar edən bir ərəbin şəhadətini qəbul edib, buna əsasən Fədəyi bütün müsəlmanların malı adlandırıb onu Fatimə(s.ə)-dən aldın. Halbuki Rəsuli-Əkrəm(s) buyurmuşdur: «İddia edən (müddəi) şahid gətirməli, iddianı inkar edən isə and içməlidir». Sən isə həzrəti-Mühəmməd(s)-in qayda-qanununu dəyişdirin. Şahidi inkar edəndən istədin, iddia edəndən(müddəidən) yox.
    Bu zaman camaat acıqlı nəzərlərlə bir-birinə baxıb səs-küy qaldırdı. Bəziləri isə belə dedi:
    __ Allaha and olsun, Əli(ə.s) düz deyir.
    Əli(ə.s) dönüb öz evinə getdi. Fatimə(s.ə) məscidə gəlib Peyğəmbər(s)-in qəbrinə dövrə vuraraq bu şeri oxudu: «Ey ata, səndən sonra elə fitnələr qalxdı ki, əgər sən sağ olsaydın, bu qədər çox ixtilaf düşməzdi».(Xalid ibn Vəlid ibn Müceyrə Məxzumi hicrətin 5, ya 7-ci (miladi təxminən) illərində Əmr Asla birlikdə Mədinəyə gəlib İslamı qəbul etmişdi. O, ağzı yava və qorxmaz bir adam idi. Məkkənin fəthində İslam ordusunun sərkərdələrindən sayılırdı. Törətdiyi cinayətlərdən qabaqda xatırlatdığımız kimi, Malik ibn Nüveyrəni Peyğəmbər(s)-dən sonra qətlə yetirməsini misal çəkmək olar. Əbu Bəkr onu Şamın hakimi təyin etmişdi. Ömərin xilafəti dövründə o vəzifədən azad edildi. Nəhayət, elə o zamanda da «Himməs» adlanan məntəqədə dünyadan köçdü. («Üsdül-qayə» IVc.) mütərcim. )
    Əli(ə.s)-nin qətli planı.
    Əllamə Təbərsi «Ehticac» kitabında yuxarıdakı əhvalatı qeyd etdikdən sonra sözünə davam edib İmam Sadiq(ə.s)-dən eşitdiyi bu rəvayəti belə təsvir edir:
    «Əbu Bəkr Əli(ə.s)-nin sübutundan sonra məsciddən evə qayıtdı. Ömər ibn Xəttaba xəbər göndərib onu yanına çağırtdırdı. Ömər Əbu Bəkrin yanına gəldi. Onların arasında belə bir söhbət baş verdi:
    Əbu Bəkr:
    __ Əli(ə.s) ilə bu günkü söhbətimizin necə sona yetdiyini gördünmü? Əgər səhərisi günü onunla belə davransaq, şübhəsiz, bütün işlərimiz laxlayıb hakimiyyətimizin əsası süstləşəcəkdir. Bu barədə fikrin nədir?
    Ömər:
    __Mənim təklifim belədir ki, onun qətlə yetirilməsi üçün hökm verək.
    Əbu Bəkr:
    __ Necə, kimin vasitəsilə?
    Ömər:
    __ Xalid ibn Vəlid(Burada «Hədəsin ondan hadis olmağı dəstəmazı pozan hallardan biri nəzərdə tutulmuşdur». )bu işi yerinə yetirməyə münasib bir adamdır.
    Onlar Xalidi çağırtdırıb ona dedilər:
    __ İstəyirik, sənə böyük bir iş tapşıraq.
    Xalid:
    __ Hər nə istəyirsinizsə, tapşırın, Əli(ə.s)-ni qətlə yetirmək olmuş olsa belə, yenə də hazıram.
    Əbu Bəkrlə Ömərə dedi:
    __ Elə bizim də təklifimiz budur.
    Xalid:
    __ ııNecə desəniz, elə də yerinə yetirərəm. Onu necə öldürüm?»
    Əbu Bəkr:
    __ Məscidə gedib, camaat namazında Əli(ə.s)-nin yanında əyləş. Mən (imam camaat olduğundan) axırıncı salamı deyən kimi qalxıb qılıncla boynunu vurarsan.
    Xalid:
    __ Çox gözəl. Siz deyən kimi edəcəyəm.
    Əbu Bəkrin həyat yoldaşı Ümeysin qızı Əsma (Əhli-beyt(ə.s)-in tərəfdarlarından idi) bu sözləri eşitcək öz kənizinə dedi:
    __ Əli (ə.s) və Fatimə(ə.s)-nin yanına gedib mənim salamımı onlara yetirərsən. Əliyə(ə.s) de ki, «Bunlar səni öldürmək üçün bir-birilə məşvərət edirlər. Tezliklə şəhəri tərk et. Mən sənin xeyrini istəyənlərdənəm».(«Qəsəs» 20)
    Cavabında isə Əmirəl-möminin(ə.s) kənizə belə buyurdu:
    «Allah-təala onların özləri və məqsədləri arasında maneəçilik törədər». (Yəni onlar planlarını yerinə yetirə bilməyəcəklər.)
    Sonra Əli (ə.s) evdən çıxıb camaat namazında iştirak etmək üçün məscidə gələrək səfdə əyləşdi. Xalid ibn Vəlid də belində qılınc gəlib Əli(ə.s)-nin yanında oturdu. Namaz başlandı. Əbu Bəkr namazın təşəhhüdünü deyəndə peşman olub qərarından döndü. Əli(ə.s)-nin şücaət və dilavərliyinə bələd oldüğündan qorxdu ki, qarmaqarışıqlıq düşər. Odur ki, həyəcanlı halda çaşbaş qalıb bilmədi ki, namazın salamını versin, ya yox? (Camaat da elə başa düşdü ki, yəqin namazda nəsə səhvə yol vermişdir.) Birdən Xalidi fikrinə gətirib dedi: «Sənə verdiyim tapşırığı geri götürürəm». Sonra isə ardınca dedi: «Əssəlamu ələykum və rəhmətullahi və bərəkətuhu».
    Bu zaman Əmirəl-möminin(ə.s) Xaliddən soruşdu:
    __ O sənə nə tapşırmışdı ki?
    Xalid dedi:
    __ O, mənə səni öldürməyi tapşırmışdı?
    Əli(ə.s)soruşdu:
    __ Sən bu əmri yerinə yetirərdinmi?
    Xalid:
    __ Allaha and olsun, əgər namazın salamından qabaq məni bu işdən çəkindirməsəydi, səni öldürərdim.
    Əli(ə.s) Xalidi möhkəm itələyib yerə yıxdı. Camaat tökülüşüb Xalidi Əli(ə.s)-nin əlindən almaq istədikdə Ömər dedi:
    __ And olsun Kəbənin sahibinə, Əli Xalidi öldürəcək.
    Məsciddəkilər Əli(ə.s)-yə yalvarıb dedi:
    __ Səni and veririk bu qəbrin sahibinə (Peyğəmbər(s)-ə), Xalidi burax.
    Həzrəti- Əli(ə.s) bu sözdən sonra onu buraxdı.
    Əbuzər Qəffarinin söylədiyinə görə, həzrəti-Əli(ə.s) Xalidin boğazını iki barmağı ilə tutub elə sıxmışdı ki, Xalid boğuq səslə bağırmışdı. Camaat qorxusundan yaxına gələ bilmirdi. Hərə öz fikrində idi. Xalid libasını bulaşdırmışdı. Ayaqlarını bir-birinə vurub heç bir söz deyə bilmirdi.
    Əbu Bəkr Ömərə dedi:
    __ Budur, səninlə etdiyim məşvərətin nəticəsi alt-üst oldu. Elə bil, bugünkü hadisəni mən görürdüm, Allaha şükr edirəm ki, bizə toxunmadı.
    Hər kim Xalidi Əli(ə.s)-nin qüvvətli əllərindən qurtarmaq üçün yaxın gəlirdisə, Onun (ə.s) qəzəbli baxışlarından dəhşətə gəlib geri çəkilirdi. Əbu Bəkr Öməri Abbası (Peyğəmbər(s)-in əmisi) çağırmağa göndərdi. Abbas gəlib Əli(ə.s)-yə and verib dedi:
    __ Səni and verirəm bu qəbrin sahibinin haqqına (həzrəti-Mühəmməd(s)-in qəbrinə işarə edərək), öz övladlarına və onların anasının haqqına, Xalidi burax.
    Məhz bu andan sonra Əli(ə.s) Xalidi buraxdı.
    Abbas Əli(ə.s)-nin alnından öpdü.
    Başqa bir rəvayətdə deyilir ki, Əli(ə.s) sonra Ömərin yaxasından tutub dedi:
    __ Ey Həbəşiyyə Səhhakın oğlu, əgər Allahın hökmü və Peyğəmbər(s)-in əhdi olmasaydı, hansımızın zəif və güclü olduğunu sənə göstərərdim.
    Camaat araya girib Öməri Əli(ə.s)-nin əlindən aldı. Bu vaxt Abbas Əbu Bəkrin yanına gəlib dedi:
    __ Allaha and olsun, əgər Əli(ə.s)-ni öldürsəydiniz, Bəni-Təym (yəni tayfanızdan) tayfasından bir nəfər belə sağ qalmayacaqdı.
    İbn Əbil Hədidin ustadının onun suallarına cavabı.
    Əllamə Məclisi «Biharül-Ənvar» adlı kitabında məşhur sünni alimi İbn Əbil Hədidə əsaslanaraq belə qeyd edir:
    «Ustadım Əbu Cəfər Nəqibdən soruşdum:
    __ Mən Əli(ə.s)-nin bu işinə təəccüb edirəm ki, Rəsuli-əkrəm(s)-dən sonra (təxminən 23 il) bu uzun müddətdə düşmənin hiyləsindən necə yayınıb sağ qaldı? Necə oldu ki, düşmənləri Əli(ə.s)-ni öldürə bilmədilər?
    Ustadım buyurdu:
    __ Əgər Əli(ə.s) səbirli və təmkinli olub təvazökarlıqla kənara çəkilməsəydi, onu öldürərdilər, ancaq O, başını ibadətə, namaza və «Quran» oxumağa qatıb özünü əvvəlki qaydaları icra etməkdən saxlamışdı. Qılıncı unudub fürsət gözləyirdi, səbir edirdi. Həzrəti-Əli(ə.s) səhralara səyahətə çıxır, dağları gəzib seyr edirdi. O da başqaları kimi xəlifələrə itaət etmək yolunu tutmuşdu. Buna görə də düşmənlər ondan əl çəkib Əli(s.ə)-ni unutmuşdular.
    Xəlifələrdən iznsiz heç kimin onu öldürməyə cürəti çatmadı. Əmr sahibləri də Əli(ə.s)-nin qətli üçün bəhanə tapmayıb çarəsiz qalaraq ondan əl çəkmişdilər, yoxsa onu öldürərdilər. Başqa bir tərəfdən də əcəl özü möhkəm zəncir və yenilməz bir qaladır. Əcəli çatmamış heç kəs ölməz.
    Xalidin tapşırığı barədə ustadımdan sual edib soruşdum ki, Əbu Bəkrin Əli(ə.s)-ni öldürmək üçün Xalidi təyin etməsi doğrudurmu?
    Əbu Cəfər Nəqib belə cavab verdi:
    __ Əhli-beyt tərəfdarlarından bir neçəsi bunu təsdiq etmişlər. Hətta belə söyləyirlər ki, bir nəfər Əbu Hənifənin şagirdi Zəfər ibn Hezezlin yanına gəlib soruşmuşdu:
    __ Necə ola bilər ki, Əbu Hənifə namaz qılan şəxsin salamdan qabaq namazdan ayrıla bilməsi, məsələn, namazın salamından qabaq bir söz deyə və ya bir iş görə bilməsi barədə hökm verir? Bu mümkündürmü?(Məktubun hissələri «Nəhcül-bəlağə»də 5-ci xütbədə gəlmişdir. )
    Zəfər dedi:
    __ Caizdir, çünki Əbu Bəkr təşəhhüddən sonra, salamdan qabaq söz demişdi.
    O soruşdu:
    __ Əbu Bəkr salamdan qabaq nə demişdi ki?
    Zəfər cavab verdi:
    __ Sənin kimi bir şəxsə belə bir sual vermək yaraşmaz.
    O, israr edib yenidən bu sualı verdi. Nəhayət, Zəfər yanındakılara dedi:
    __ Bu kişini qovun. Güman edirəm ki, bu, Əbül Xəttabın səhabələrindəndir.
    İbn Əbil Hədid yazır:
    Ustadımdan soruşdum:
    __ Bəs bu barədə siz nə deyə bilərsiniz? Məgər Əbu Bəkr Xalidə tapşırıq vermişdi?
    Nəqib dedi:
    __ Mən inanıram. Lakin bu hədisi imamiyyə (Əhli-beyt tərəfdarları) firqəsi rəvayət etmişdir.
    Əli(ə.s)-nin Əbu Bəkrə yazdığı məktub.
    Bu barədə Təbərsi «Ehticac» adlı kitabında (Ic,səh.127) belə yazır:
    «Əbu Bəkrin Fədəyi həzrəti-Fatimə(ə.s)-dən alıb onun xidmətçilərini Fədəkdən qovmaq xəbəri Əli(ə.s)-yə yetişəndə Əbu Bəkrə aşağıdakı məktubu göndərdi. Məktubun məzmunu belədir:(Təbərsinin «Ehticac» kitabının tərcüməsi. Ic,səh.272-277 )
    Qarmaqarışıqlıq və fitnə dalğalarını nicat gəmilərinin sipərləri ilə yarın. Şöhrətpərəstlik taclarını və hiyləgər şəxslərin sayını onları məhdudlaşdırmaqla unudun. Feyz və nur mənbəyindən kəsb edib təkcə ona tərəf nəzər salın. Pak şəxslərin mirasını özlərinə qaytarın. Cəhalət və qəflət mühitindən çölə çıxın. Sanki sizlərin gözübağlı dəyirmanı fırladan dəvələr kimi çaşbaş qalıb, sərgərdan yeriməyinizi öz gözlərimizlə müşahidə edirik.
    Allaha and olsun, əgər əlimdə icazəm olsaydı, başlarınızı yetişmiş məhsulu biçən tək iti və dəmir oraqlarla bədəninizdən ayırardım. Sizin igidlərinizin beyin kasasını elə sındırardım ki, gözləriniz bərələ qalıb dəhşətə gələrdiniz. Mən düşmən qoşunlarını pərən-pərən salıb darmadağın edən şəxsəm. Sizin də qüvvənizi dağıdardım. Mən döyüş meydanlarında döyüşəndə siz evlərinizdən çölə çıxmır, qorxurdunuz. Mən dünənə kimi Peyğəmbər(s)-in yavəri idim. Sizin hamınız mənim əməllərim və rəftarımdan xəbərdar olub məqamımı təsdiq etdiniz. Atamın canına and olsun, siz nübüvvət və xilafətin bizim ailədə birləşməsindən razı deyildiniz. Bədr və Ühüd döyüşlərindəki kinlərinizi hələ də unutmamısınız.
    Allaha and olsun, əgər sizə qüdrətli Allah tərəfindən müqəddəratınız barəsində nə yazıldığını desəm, iztirabın şiddətindən fəqərələrinizin sümükləri dəyirman pərgarının dişləri kimi bədəninizdən tökülər.
    Əgər danışsam, deyəcəksiz ki, həsəd aparıram, paxıllıq edirəm. Yox, əgər sakit qalsam, deyəcəksiz ki, Əli ibn Əbutalib ölümdən qorxur. Əsla! Əsla! Mənim Haqqa qovuşmaq arzum südəmər körpənin ana döşünə olan istəyindən daha artıqdır.
    Ölüm şərbətini düşmənlərə dadızdıran, döyüşlərdə ölümlə üz-üzə gələn, azca da olsun, ölümdən qorxmayan, çəkinməyən mən idim. Qaranlıq gecələrdə düşmən bayraqlarını qırıb atan, Peyğəmbər(s)-in mübarək xatirindən qəmi, tutqunluğu aparan mən idim.
    Əgər mənə icazə verilsəydi, Allahın sizin barənizdə nazil etdiyini və mənim xəbərdar olduğumu deyərdim. O vaxt siz dərin quyu kəndirləri kimi lərzəyə gəlib başıalovlu heyrət içində, sərgərdan çöllərə üz tutardınız.
    Lakin mən bütün bunlara laqeyd qalıb əliboş, dünyavi ləzzətlərdən əl çəkmiş pak ürək və təmiz qəlblə Allaha yetişmək üçün sadə və asan həyat tərzini özümə seçdim. Bilin ki, sizin dünyanızın həqiqəti havaya qalxıb adamların başı üstə sərilib qalınlaşan, sonra da pərən-pərən olub itən buluda bənzəyir.
    Tezliklə gözləriniz açılacaq və öz pis əməllərinizin nəticəsini görəcəksiniz. Əkdiyiniz acı toxumları öldürücü zəhər kimi biçəcəksiniz. Bilin ki, Allah ən yaxşı hakimdir. Onun əziz Rəsulu sizin ən böyük düşməniniz olacaqdır. Qiyamət günü isə mühakimə olunan gününüzdür. Allah sizi öz rəhmətindən uzaq edib əzaba qərq etsin.
    Hidayət yolunun yolçularına salam olsun!»
    Əbu Bəkrin Əli(ə.s)-nin məktubuna etdiyi etiraz.
    Əbu Bəkr Əli(ə.s)-nin məktubunu oxuduqda çox narahat olub dəhşətə gəldi və dedi: «Əcəba! Doğrusu, Əli(ə.s) mənə qarşı nə qədər cürət və cəsarət etmişdir». Bu zaman baş vermiş hadisəni ənsar və mühacirlərə xatırladıb onlara xitabən dedi:
    «Ey mühacir və ənsarlar! Məgər mən Fədək barədə sizinlə məşvərət etmədimmi? Siz demədizmi, peyğəmbərlər özündən sonra miras qoymurlar? Fədəyin pərakəndə ordunun təchiz olunması, sərhədlərin möhkəmləndirilməsi və müsəlmanların ümumi mənafeyi uğrunda sərf olunması təklifini siz vermədinizmi?
    Əlbəttə, mən də sizin rəyinizi qəbul edib təsdiqlədim, ancaq Əli ibn Əbutalib(ə.s) bu fikrə qarşı çıxıb parlaq qığılcım və şimşək gurultusu kimi məni hədələyir. O, mənim hakimiyyətimə qarşıdır, halbuki mən dəfələrlə istehfa vermək istəmişəm, siz qəbul etməmisiniz.
    Mən elə lap əvvəldən Əli(ə.s) ilə üz-üzə dayanmağı istəməmiş, onunla döyüşməkdən qaçmış və elə indi də qaçıram».
    Ömərin Əbu Bəkrə qarşı etirazı.
    Ömər ibn Xəttab bu sözdən bərk əsəbləşib Əbu Bəkrə dedi:
    __ Bundan başqa bir söz deyə bilməzdin? Sən elə bir adamın övladısan ki, döyüşlərdə süstlük göstərib, kasadlıq günlərində də malını hamıdan gizlədərdi. Sübhanəllah! Nə qədər zəif və qorxaqsan?! Nə qədər kiçik qəlbin vardır?! Mən saf suyu və zülalı sənin ixtiyarına qoydum. Lakin sən ondan faydalana bilmədin. Sən bu saf suyu içərək susuzluğunu yatırıb sirab olmağı bacarmırsan. Mən boyun qaçıranların boynunu sənin qarşında əydim, ziyalı, siyasətçi və təcrübəli şəxsləri sənin ətrafına topladım. Əgər mənim səy və zəhmətim olmasaydı, heç vaxt belə bir müvəffəqiyyət əldə edə bilməyəcəkdin. Şübhəsiz, Əbu Talib oğlu Əli(ə.s) sənin sümüklərini əzmişdi.
    Allaha şükr et ki, belə bir əhəmiyyətli nemət (rəhbərlik rütbəsi) mənim vasitəmlə sənin əlinə keçmişdir. Əlbəttə, hər kim Peyğəmbər(s) minbərində onun yerinə oturursa, həmişə Allaha şükr etməlidir. Bu Əbu Talib oğlu Əli möhkəm bir daş kimidir ki, sınmayınca ondan fəvvarə çıxmaz. O, qorxulu ilan kimidir, əfsunsuz və hiyləsiz ram olmur. Acı ağac kimi nə qədər onu bal ilə qarışdırsalar belə, yenə şirin meyvə verməz. Əli(ə.s), Qureyşin şücaətli oğullarını (müşrikləri) öldürdü, dikbaşları əzdi. Onun şimşək kimi çaxmağından vahimələnmə. Mən sənə zərər yetirməmiş işini bitirərəm və yolunun üstündə dayanaram.
    Bu zaman Əbu Bəkr Ömərə dedi:
    __ Gəl, bu boş-boş danışıqlarını kənra qoy. Allaha and olsun, Əli(ə.s) əgər istəsə, sağ əlinə ehtiyac duymadan sol əli ilə bizi məhv edər. Bizim müvəffəqiyyətimizə səbəb bunlardır: birincisi, O təkdir və köməyi yoxdur; ikincisi, Əli(ə) istəyir ki, həzrəti-Mühəmməd(s)-in vəsiyyətinə uyğun əməl etsin. O, bizimlə Peyğəmbər(s)-in vəsiyyətinin xilafına rəftar etmir; üçüncüsü, ərəb qəbilələrindən hər birinin yaxınlarının onun əli ilə öldürülməsinə görə Əli ilə düşmənçilikləri vardır. Əgər bu amillər olmasaydı, xilafət qəti surətdə onun əlinə keçəcək və bizim səyimizin heç bir nəticəsi olmayacaqdır.
    Xəttabın oğlu! Yaxşı fikir ver, Əbutalib oğlu Əli məktubda yazdığı kimi dünyapərəst deyildir. Bizim ölümdən qorxub qaçdığımız kimi, o da dünya həyatından qaçır. Belə bir adamın ölümdən nə qorxusu? (Axıra kimi.(Bu xütbə İbn Əbil Hədid «Şərhi-Nəhcül-bəlağə» IVc, «Bəğatunnisa» səh.12, Təbərsi «Ehticac» Ic, səh.131-dən 149-a qeyd olunmuşdur. Onun tərcüməsi burada qısa şəkildə verilmişdir. ))
    Həzrəti-Zəhra(s.ə)-nın xütbəsindən bir parça.
    Təbərsi «Ehticac» kitabında Abdulla ibn Həsənə əsaslanaraq yazır:
    «Əbu Bəkr Fədəyi qəsb edəndə həzrəti-Zəhra(s.ə) bundan xəbər tutub başına çadra örtərək xidmətçiləri, Bəni-Haşim qadınlarından bir neçə nəfərlə məscidə gəlib Əbu Bəkrin və müsəlmanların qarşısında xütbə oxudu. (Bu xütbə məzmun cəhətdən çox ətraflı, sağlam məntiqə əsaslanmış və kəsərlidir.).(Mənus, yəni alışmış, isinişilmiş. )
    Həzrəti-Zəhra(s.ə) uzun paltar geymişdi. Yerişi sanki atası Peyğəmbər(s)-in yerişini xatırladırdı. Məscidə daxil olanda Əbu Bəkr mühacir və ənsarlardan bir dəstəsi ilə oturmuşdu. Pərdə çəkdilər, o Xanım keçib pərdənin arasında əyləşdi.
    Həzrəti-Zəhra(s.ə) bu vaxt yanıqlı bir ah çəkdi, belə ki məsciddəkilər təsirlənib ağladılar. Məclis əzadarlıq və matəm məclisinə çevrildi. Hamı bərk kədərləndi. Fatimə (s.ə) bir az sükut edib camaat sakitləşəndən sonra öz sözünə başladı.
    Həzrəti-Zəhra sözünə belə başladı:
    __ Allaha sitayiş edib onun maddi və mənəvi nemətlərinə şükr edirəm ki, onun nemətləri bütün dünyanı əhatə etmişdir, belə ki biz onları saymaq və təsəvvür etmək iqtidarında deyilik. Onun sonsuz nemətlərinə şükr etməliyik. Yalnız bunun sayəsində uca Allahın bizə bəxş etdiyi nemətlər bol və davamlı ola bilər. Allahın bol-bol nemətləri isə onun həmd və sitayəşinə səbəb olur.
    Şəhadət verirəm ki, O, yeganə və misilsizdir. Əlbəttə, bu şəhadətin mənbəyi ixlasdır. Tovhid və ixlas isə insanın daxilində olan fitri məsələlərdir. Tovhidin mərtəbələrinin əlamətləri təfəkkür və iman nuru altında zahirə çıxır. Bizim düşüncəmiz Allahın pak zatını dərk etməkdə aciz, nitqimiz isə vəsf etməkdə naqisdir. Hər görən göz onu dərk edə bilməz.
    O, bütün mövcudatı əvvəli və maddəsi olmadan yaradandır. Mövcudatı əvvəlkinə bənzəmədən xəlq etmişdir. Öz iradə və qüdrəti ilə özü üçün fayda və mənfəət nəzərdə tutmadan varlıq mərhələlərini təsvir və tənzimləyən Allahın məqsədi öz qüdrət, hikmət, lütf və məhəbbətini bizlərə anladıb bildirməkdən başqa bir şey deyildir. O, insanları yaratdı və onları itaət, ibadət və gözəl mükafata dəvət etdi. Onları üsyankarlıqdan, itaətsizlikdən, əzab və qəzəbindən çəkindirdi.
    Şəhadət verirəm ki, atam Mühəmməd ibn Abdulla(s) Allahın qulu və rəsuludur. Allah-təala besətdən qabaq qeyb aləmində onu seçmişdir, çünki adamların məqamı əzəl gündən qeyb aləmində məlum və müəyyən olmuşdur. Böyük Allah bütün işlərin aqibət və gedişatından xəbərdardır. Onun elmi zamanın asayiş və fəsadını, eləcə də baş verən hadisələri əhatə edir.
    Böyük Allah öz Rəsulunu seçdi ki, Onun əmr və hökmləri insanlar arasında aydınlaşıb, cəhalət və azğınlıqdan elm, mərifət və səadət yoluna hidayət olsunlar. O Həzrət(s) peyğəmbərliyə seçiləndə bütün insanlar hələ o zaman pərakəndə halda bir-birindən uzaq, bütpərəst, böyük Allahdan qafil və azğın idilər. Allah-təala o Cənab(s)-ın vasitəsilə insanları cəhalət və qəflətdən ayıltdı. Allahın Rəsulu(s) səbir və yenilməzliklə insanların hidayət və nicatı üçün çalışmışdır. Onları düz yola, haqq dinə dəvət edərək nur və feyz dərgahına hidayət etmişdir. Sonra isə ilahi dini, haqq yolu və bəşərin vəzifələrini aydınlaşdırmışdır. Nəhayət, Böyük Yaradan həzrəti-Mühəmməd(s)-i öz dərgahına apardı. O, dünya zəhmətləri və əziyyətlərindən qurtulub Allahın rəhmət dəryasına yaxın mələkləri ilə həmsöhbət və mənus(Bu mətləb «Zümər» surəsinin 47-ci ayəsindən əxz edilmişdir. ) oldu. Allahın salam və salavatı olsun ona!
    Category: Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) | Added by: Islam_Kitabxanasi
    Views: 749 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024