İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Etiqat » Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış

    Kitabın adı: Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış
    2011-09-03, 4:14 PM
    Ön söz
    Vilayəti-fəqih nəzəriyyəsini haqlı olaraq imam Mehdinin (əc) qeyb dövründə İslamın siyasi üsul-idarəsinin ən prinsipial və mühüm əsası saya bilərik. Bu nəzəriyyə 20 əsrin sonlarında cəmiyyətin idarə olunması baxımından dinin rolunu və səlahiyyətini əməli şəkildə sübuta yetirdi. İslam Respublikasının banisi həzrət imam Rahil (r) bu düşüncəyə əsaslanaraq İslam üsul-idarəsi yaratdı. Hansı ki, dünyanın imperialist super gücləri bu prosesə ciddi müxalifətdə idilər.
    Miladi 16 əsrin axırlarından başlayaraq qərbdə siyasi elmlər üzrə mütəxəssislər və tanınmış siyasətçilər dinin siyasətdən ayrı olduğunu və onun cəmiyyətin tələblərinə cavab vermədiyini bildirirdilər. Artıq bu münasibəti kilsə xadimləri də qəbul etmişdi. Belə bir məqamda müsəlman bir ruhani və müctehid dini prinsiplər əsasında üsul-idarə yaratmağa müvəffəq oldu. Dini dəyərlərin və hökmlərin, bir sözlə, dini düşüncənin cəmiyyətə hakim olması dostları və düşmənləri heyrətə gətirdi. İmam "hökumət bütün İslami hökmlərin əməli fəlsəfəsidir” şüarını vurğulamaqla, "yalnız İslam respublikası, nə bir kəlmə əskik, nə bir kəlmə artıq” prinsipini irəli sürməklə, respublika sözünün əvvəlinə "Demokratik” sözünün əlavə edilməsi təklifini rədd etməklə vilayəti-fəqih nəzəriyyəsi əsasında qurulmuş İslam respublikasının bütün üsul-idarələrdən üstün olduğunu elmi və əməli şəkildə sübuta yetirdi. Müxaliflərin iddialarının əksinə olaraq, bu üsul-idarənin cəmiyyəti dünyadakı bütün üsul-idarələrdən daha yaxşı idarə edə biləcəyi təsdiqləndi.
    Bu gün İslam inqilabının qələbəsindən, İslam və vilayəti-fəqih üsul-idarəsinin hakimiyyətə çatmasından iki onillikdən artıq bir müddət ötmüşdür. Millətimizin və məmləkətimizin barışmaz düşmənləri yetərincə anlamışlar ki, bu məmləkətin möhkəmliyi, istiqlalı, əzəmət və izzəti din və vilayəti-fəqihə bağlıdır. Onlar müxtəlif üsullar, çeşidli hiylələrlə ideoloji müharibələr aparır, xalqımızın və cəmiyyətimizin dini və etiqadi inanclarını zəiflətməyə səy göstərirlər. Onların atdığı addımlardan biri də vilayəti-fəqih prinsipinin süstləşdirilməsi istiqamətindədir. Təəssüf ki, yabanı düşüncəli bəzi insanlar bilərəkdən və ya bilməyərəkdən sözdə və əməldə həmin müxalif cərəyanı dəstəkləyirlər.
    Biz inanırıq ki, hazırkı vəziyyətdə vilayəti-fəqih İslam xeyməsinin (tikilisinin) əsas sütunudur. Onun qorunması və möhkəmləndirilməsi cəmiyyətdə İslamın və dini dəyərlərin rövnəqlənməsi amilidir. Bu səbəbdən də qərara gəldik ki, uyğun nəzəriyyəni elmi və məntiqi şəkildə əsaslandırmaqla cəmiyyətimizdəki ictimai düşüncəni, xüsusi ilə məmləkətimizin gənc nəslini həmin nəzəriyyənin prinsipləri ilə kəmiyyət və keyfiyyət baxımından tanış edək. Olsun ki, bu yolla öz dini və ilahi vəzifəmizi azca da olsa yerinə yetirmiş olaq. Bu yazıda səy göstərmişik ki, mövzuların elmi məzmununu qorumaqla elmi və mürəkkəb terminlərdən istifadə etməyək. Bu işdə məqsədimiz elmi mövzular və terminalogiya ilə səthi tanışlığı olan insanların da kitabdan istifadə edə bilməsidir. İmkan həddində sadə dillə danışmağa çalışmışıq. Mövzuların tərtibində mürəkkəb formalardan çəkinməyə çalışmışıq. Uyğun nəzəriyyənin bütün yönümlərini aydınlaşdırmaq məqsədimiz də olmayıb. Mühüm və təsirli saydığımız mövzulara yer vermişik. Oxucuları nəzərə alaraq müəyyən ixtisarlar da aparılıb. Sonda yada salmağımız zəruridir ki, bu məcmuə cənab Ayətullah Misbah Yəzdinin çıxışları, məqalələri, kitabları, sorğu-sual məclisləri əsasında tərtib olunmuşdur. Ustadın buyuruqları araşdırıldıqdan və tənzimləndikdən sonra yazıya alınmışdır. Vilayəti-fəqih nəzəriyyəsi İslamın siyasi nəzəriyyələrinin yalnız bir hissəsi olduğundan bu mövzu ilə ətraflı tanış olmaq istəyənlər cənab ustadın "Quranda hüquq və siyasət” və "İslamın siyasi nəzəriyyəsi” kitablarına müraciət edə bilərlər.
    Şəmsi 1378, isfənd ayı
    Məhəmməd Mehdi Nadiri

    Birinci fəsil
    Vilayəti-fəqih, mövzunun zəruriliyi və ehtimallar
    Vilayəti-fəqih mövzunun əhəmiyyəti və zərurəti
    Məmləkətimizdə artıq iki 10 illikdən uzun ömür sürmüş və minlərlə fədakar insanın qanı bahasına başa gəlmiş üsul-idarənin əsas səciyyəsi və imtiyazı onun İslami olmasıdır. Bu üsul-idarənin qurulmasında müxtəlif amillər və şərtlər təsirli olmuşdur. Amma bu işdə əsas mehvər İslama olan bağlılıqdır. Uyğun üsul-idarənin gələcəyi də insanların ona bağlılığından asılıdır. Hər hansı ictimai-siyasi üsul-idarə iki əsasla islami sayıla bilər: İslam qanunçuluğu və islami icraat. Əgər qanunlar və icraat islami prinsiplər və dəyərlər üzərində qurularsa, bu üsul-idarə islami adlana bilər. Uyğun səciyyə o zaman işlək olur ki, cəmiyyət və bu üsul-idarəni quranlar İslam prinsiplərinə və dəyərlərinə etiqadlı olsunlar. Əgər Allah eləməmiş, zaman ötdükcə dini əqidələr və dini düşüncələr yaddan çıxarılarsa və ya əsil xətdən uzaqlaşarsa, İslam üsul-idarəsinin sütunları süstləşər. İnsanların dini təməl dəyərləri yaddan çıxarması və yanlış yollara yönəlməsi İslam üsul-idarəsini sarsıdan amillərdəndir. Belə bir halda dini üsul-idarənin davam edəcəyinə heç bir zəmanət olmur. Əlbəttə ki, belə bir cəmiyyətdə İslam adı uzun müddət yaşaya bilər. Amma onun mahiyyəti unudulub gedər. Belə bir hal ilkin İslam dövründə yaşanmış təcrübədir. İslam peyğəmbəri (s) dünyasını dəyişdikdən sonra uzun çəkmədi ki, ilahi və islami üsul-idarə azğın hakimiyyətə, əməvilərin və abbasilərin padşahlığına çevrildi. Həmin vaxtlar İslamın yalnız adı qalmışdı. İslamın təməl prinsipləri pozulmuş, İslam dəyərləri yaddan çıxarılmışdı. Uyğun büdrəmələr hakimiyyətdə daha bariz şəkildə özünü göstərirdi. Həmin acı təcrübədən ibrət dərsi götürməliyik. İlkin İslam hökumətindən 14 əsr ötmüş Peyğəmbərin (s) ilahi inqilabından qaynaqlanan başqa bir inqilab baş verdi. Bu inqilab sayəsində İslam prinsipləri əsasında yeni bir üsul-idarə yarandı. Amma unutmamalıyıq ki, həzrət Peyğəmbərin (s) inqilabını və qurduğu İslam üsul-idarəsini təhlükələr hədələdiyi kimi hazırkı üsul-idarə də bəlalardan amanda deyil. Bəli, həmin vaxt əzəmətli ilahi inqilabdan çox keçməmiş cəmiyyətdə azğınlıqlar yarandı. Əgər tarixdən ibrət götürməsək bizim də inqilabımız təhlükələrdən amanda qalası deyil. Müsəlman xalq bu üsul-idarəni qorumaq üçün ciddi təlaşlar göstərməli, islami əqidə və dəyərlərə bağlı insanlar təhlükəli amillər qarşısında müqavimət göstərib, canlarından və mallarından keçməlidirlər. Yalnız bu yolla müqəddəs İslam üsul-idarəsini qorumaq mümkündür.
    Sual oluna bilər ki, azğınlıqlar, büdrəmələr, təhriflər haradan başlayır? Cavab olaraq deyə bilərik ki, ilk çaşqınlıqlar insanların dünya görüşündə özünü göstərir. Onlar İslam prinsipləri ilə düzgün tanış olmadıqda şeytənətə bulaşıq əllər işə düşür, İslam maarifi ilə bağlı yanlış təsəvvürlər yayır. Onlar İslam libasında şagirdlər və təbliğat vasitələri ilə tədricən ictimai düşüncəyə nüfuz edib onu çaşdırır. Bu səbəbdən də İslam inqilabına bağlı və onun taleyindən nigaran insanlar tam diqqətlə İslam prinsiplərini hifz etməli, ictimai rəyi çaşdıracaq tədbirlərin qarşısında dayanmalıdır.
    Bu bəlanın qarşısını almaq üçün bütün yabanı düşüncələrə mane olmaq lazım gəlmir. Çünki insan düşüncəsinə hasar çəkmək olmaz. Düşmən şübhələr təlqin edir, azdırıcı mövzular ortaya atır. O bu yolla insanların əqidəsini dəyişir. Bu qəbil bəlalarla ən düzgün mübarizə yolu insanları İslam prinsipləri ilə dərindən və dəqiq şəkildə tanış etməkdir. Bu halda azğın düşüncələr onların zehninə yol tapa bilmir. İnsanın dini agahlığı o qədər güclü ola bilər ki, şübhələr ona təsir göstərə bilməz. Bu istiqamətdə cəmiyyətə çatdırılası ən mühüm mövzulardan biri İslam üsul-idarəsinin qanunilik prinsipidir. Başqa sözlə, İslam hökumətinin yeganə qanuni üsul-idarə olduğunu düşüncələrə çatdırmaq kifayət edir.
    Biz İslam hökuməti qurmaq üçün inqilab etdik. Amma insanların bu hökumət barədə təsəvvürləri bir o qədər də dəqiq deyildi. Onların malik olduğu ümumi təsəvvür zalım rejimi devirmək üçün bəs etsə də, bu üsul-idarənin hifzi üçün yetərli deyil. Allah-taalanın yardımı ilə həmin düşüncə əsrlər boyu insanların qəlbində yaşamışdır. Amma bu bəs etmir Bu mövzunu daha da işıqlandırmaq, insanlarda İslam üsul-idarəsi ilə bağlı dəqiq təsəvvür yaratmaq lazımdır. Onlar İslam hökumətinin zəruriliyini dərk etməlidirlər ki, müxalif məktəblər və nəzəriyyələr qarşısında öz baxışlarını müdafiə edə bilsinlər. Bu dönümdə şüarlarla kifayətlənmək olmaz.
    Vilayəti-fəqih mövzusunun elmi məqamı
    İslam üsul-idarəsinə tərəfdarlıq və cəmiyyətin bu əsasla idarə olunması dedikdə İslam prinsipləri əsasında qurulmuş hökumət nəzərdə tutulur. Konstitutsiyamızda səy göstərilmişdir ki, İslam üsul-idarəsinin prinsipləri möhkəmləndirilsin və onlara istinad olunsun. Bu yönümdə ən mühüm prinsip vilayəti-fəqih prinsipidir. Məsələni bir az da işıqlandırmaq lazım gəlir. Belə ki, üsul-idarə və hökumətin islami olması mövzusu aydınlaşmalıdır.
    Müəyyən bir üsul-idarənin ideoloji əsaslara, xüsusi dəyərlərə malik olması ən azı iki yönümdə özünü göstərir. Bu yönümlərdən biri qanunçuluq, digəri icraatdır. Burada məhkəmə sistemini 3-cü yönüm kimi göstərmək olar. Amma bu yönüm icraat yönümü kimi prinsipial deyil. Məhkəmə sistemi adətən parlament və hökumətin tabeçiliyində olur. Hazırkı müqəddiməni nəzərə alaraq deyirik: Əvvəla, mövcud üsul-idarənin mötəbər saydığı qanunlar islami olsun, ikincisi, bu qanunları icra edəsi kəslər İslam prinsipləri və dəyərlərinə riayət etsinlər. Bu halda üsul-idarə islami üsul-idarə olur. Qeyd etməliyik ki, üsul-idarənin islami olması üçün hər iki şərt ödənməlidir. Əgər idarəçilikdə qeyri-islami qanunlar əsas götürülərsə və ya islami qanunlar islami meyarlarla icra olunmazsa, həmin üsul-idarəni tam islami saymaq olmaz. Beləcə, elmi baxımdan araşdırma üçün iki əsas prinsip ortaya çıxır. Bu prinsiplərdən biri qanunların islamiliyi, digəri icraçıların islam meyarları üzrə hərəkət etməsidir. İnsanlar hakimiyyətə hansı əsaslarla seçilməli, hansı İslami normalara cavab verməlidirlər? Yuxarıdakı iki mövzu İslamın siyasi fəlsəfəsinin mövzularındandır. Hazırkı kitabda ikinci mövzunu nəzərdən keçirmək fikrindəyik. Birinci mövzunu isə başqa bir vaxt araşdıracağıq. Araşdırmalarımızda iki məqsəd izləmişik: əvvəla, mövzular prinsipial şəkildə əsaslandırılmalı, ikincisi, hamının başa düşəcəyi tərzdə sadə şəkildə bəyan olunmalıdır. Nəzərdə tutulmayıb ki, hazırkı məcmuədən təkcə ixtisaslı insanlar bəhrələnə bilsin.
    Vilayəti-fəqih nəzəriyyəsinin aksiomları
    Vilayəti-fəqih mövzusu siyasi fəlsəfədə İslam baxımından bir nəzəriyyədir. İstənilən bir nəzəriyyənin ilkin prinsipləri və aksiomları olur. Bu aksiomlar həmin nəzəriyyəni mötəbər sayanlar tərəfindən qəbul edilir. Vilayəti-fəqih nəzəriyyəsini, onun digər siyasi fəlsəfi nəzəriyyələrdən üstünlüyünü sübuta yetirən əsaslardan danışmaq üçün böyük həcmli bir kitaba ehtiyac var. Biz öncədən bu barədə ətraflı danışmağı nəzərdə tutmamışıq. Amma həmin yönümdə bəzi mövzuları "Quranda hüquq və siyasət” kitabında açıqlamışıq. Hazırkı kitabda ehtiyac duyulan bəzi mövzuları xülasə şəkildə yada salırıq.
    1. Hökumət zərurəti
    Vilayəti-fəqih nəzəriyyəsi üçün qəbul edilən ilk prinsip və aksiom digər siyasi nəzəriyyələrdə də qəbul edilmişdir. Bu prinsip kökumətin zəruriliyi prinsipidir. Yalnız anarxistlər bu prinsipi inkar edirlər. Onların əqidəsincə, bəşəriyyət heç bir hökumət olmadan Əxlaq prinsipləri əsasında yaşaya bilər. Anarxistlər düşünürlər ki, Dövlət ən azı bu məqsəd yönümündə hərəkət etməlidir. Yəni o xalqı elə tərbiyə etməlidir ki, hakimiyyətə ehtiyac qalmasın. Amma digər fəlsəfi məktəblərdə bu aksiom qəbul edilmişdir və min illər boyu təcrübədə özünü təsdiqləmişdi. Təbii ki, cəmiyyətdə əxlaq normalarına əməl etməyənlər var. Belələrinə nəzarət edilməsə cəmiyyətdə hərc-mərclik yaranar. Təkcə anarxistlər tərəfindən qəbul edilməyən bu prinsip vilayəti-fəqih nəzəriyyəsində də mötəbər sayılır.
    2. Fərd və ya xüsusi bir qrupun hakimiyyətinin prinsipcə qeyri-qanuniliyi
    Hökumətə belə bir sadə tərif verə bilərik: "İctimai münasibətlərə nəzarət edən, onları xüsusi bir istiqamətdə yönəldən qurum.” Bu hakimiyyət həm sülh, həm də zor yolu ilə həyata keçə bilər. Yəni fərdlər hakimiyətin nəzərdə tutduğu xüsusi istiqamətə qarşı çıxarsa, onlara qarşı zor işlədilər. Bu tərif həm qanuni, həm də qeyri-qanuni hökumətlərə aiddir. Bəs hökumətin qanunilik şərti nədir? Fərd və ya qrupun öz-özlüyündə qanuniliyi varmı? Yoxsa hökumət kimsənin öz haqqı deyil və başqa biri tərəfindən etibar olunur? Bəzi fiolosofların və siyasi fəlsəfi məktəblərin nəzərincə, daha güclü, daha düşüncəli bir fərd və ya üstün bir irq başqalarına hakim ola bilər. Amma vilayəti-fəqih siyasi nəzəriyyəsində belə bir prinsip rədd edilir. Vilayəti-fəqih nəzəriyyəsi hakimiyyəti fərd və ya qrupun haqqı bilmir. Yəni kimsə anadan hakim doğulmur və hakimiyyət nəsil yolu ilə ötürülmür. Hakimiyyətin qanuniliyi üçün başqa şərtlər ödənməlidir. Bu baxımdan müəyyən fəlsəfi məktəblər, o cümlədən demokratiya tərəfdarları bizimlə həmrəydirlər. Onlar da hakimiyyətin irsən ötürüldüyünü qəbul etmirlər.
    Vilayəti-fəqih nəzəriyyəsi hakimiyyətin zəruriliyini qəbul etməklə anarxizmi, onun irsən ötürülmədiyini qəbul etməklə bu baxışa sahib olan məktəbləri rədd edir. Bəli, kimsə zatən, irsi yolla hakimiyyət haqqı qazanmır.
    3. Qanuniliyin yeganə zati qaynağı Allahdır.
    Yuxarıdakı iki şərti qəbul etdikdən sonra sual yaranır ki, hakim və hökuməti qanuniləşdirən nədir? Məhz bu yönümdə vilayəti-fəqih nəzəriyyəsi və İslamın siyasi fəlsəfəsi başqa məktəblərdən seçilir. Xüsusi ilə hal-hazırda dünyaya hakim məktəblərlə vilayəti-fəqih nəzəriyyəsi arasında əhəmiyyətli fərqlər var. Olsun ki, vilayəti-fəqihin hakimiyyətlə bağlı mövcud baxışlarını digər səmavi məktəblər də qəbul edir. Bəli, hakimiyyət haqqı, əmr etmək və qadağa qoymaq prinsipcə Allah-taalanın haqqıdır. Əlbəttə nəzərdə saxlamalıyıq ki, işləri yerinə yetirən insandır. Amma geniş mənada hakimiyyət haqqı Allaha məxsusdur və hakimi O təyin edir. Bütün varlıq aləmini, o cümlədən insanı yaradan Allah hər şeyin həqiqi maliki, hakimidir. Quranda buyurulur: "Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur.”("Bəqərə”, 284)
    Hazırda haqqında danışdığımız həqiqi mülkiyyətin ziddi etibari mülkiyyətdir. Etibari mülkiyyətə əsasən, bir şəxs bir qrupun razılığı əsasında mülk sahibi kimi tanınır. Bu razılıq ayrı-ayrı cəmiyyətlərdə fərqli ola bilər. Məsələn, müəyyən bir cəmiyyətdə qızıl yatağı tapmış insan malik, hakim seçilə bilər. Başqa bir cəmiyyətdə bütün əlvan metallar dövlətin mülkü sayıla bilər. Amma həqiqi mülkiyyətdə təkvini, təbii amillər rol oynayır. Belə bir mülkiyyətdə mülk hansısa razılıq əsasında malikin ixtiyarına verilmir və malik təkvini, təbii şəkildə mülk sahibidir. Bütün varlıq aləmi öz varlığında ona borcludur. Bəşəriyyət Allah tərəfindən yaradıldığı üçün onun mülkü sayılır. Heç bir insanın başqa insanlar üzərində mülkiyyət haqqı yoxdur. İnsan hətta özü öz mülkü deyil, və özünə hakimlik edə bilməz. Bu səbəbdən də insana ixtiyar verilmir ki, məsələn, bir gözünü çıxartsın və ya bir əlini kəssin. İnsan öz mülkü olmadığından intihar da edə bilməz. Belə bir aksiom bir sıra siyasi və ideoloji fəlsəfi məktəblərdə qəbul edilmişdir. İnsana verilən ən böyük haqq onun öz üzərində hakimiyyətidir. Əgər hakimiyyət üçün insanların canı və malı barədə hökm vermək zəruridirsə, İslam prinsiplərinə əsasən, belə bir ixtiyar insana yalnız Allah tərəfindən verilə bilər. Allahın mülkü üzərində kimsənin haqqı yoxdur. Allahın izni olmadan Onun bəndələrinə hökm verməyin qeyri-qanuniliyi İslam düşüncəsində əsas prinsiplərdəndir.
    İslam siyasi fəlsəfəsi məhz bu prinsip baxımından digər ideoloji məktəblərdən fərqlənir. Bu prinsip vilayəti-fəqih nəzəriyyəsini başqa nəzəriyyələrdən köklü şəkildə ayırmışdır. İslam düşüncə sahiblərinin, filosofların, varlıların, müharibədə qələbə qazananların, güclülərin, hətta demokratların hakimiyyətini qanuni saymır. Məsələn, demokratiyaya əsasən, hakimiyyət xalqa məxsusdur və hakim xalqın rəyi əsasında seçilir. Xalqın səsi şəxs və ya qrupun hakimiyyətini qanuniləşdirir. Amma vilayəti-fəqih nəzəriyyəsinə əsasən bu baxış da məqbul deyil. Əgər fərdlər və cəmiyyətlər Allahın mülküdürsə, nə xalqın hakim seçmək, nə də xalq tərəfindən hakim seçilmiş şəxsin hökumət qurmaq icazəsi var. Onların hər biri Allahın mülküdür və həqiqi malikin hökmlərinə tabedirlər. İnsanın insana hökm vermək və ya kimisə hakim seçmək haqqı yoxdur.
    Üçüncü aksioma haşiyə olaraq bütün müsəlmanlar tərəfindən qəbul olunmuş belə bir əlaqə nəzərdə tuta bilərik: Allah-taala öz zati haqqı olan hakimiyyəti İslam peyğəmbəri həzrət Məhəmməd ibn Abdullaha (s) vermiş, onun insanların malı və canı üzərində haqqını qanuniləşdirmişdir.
    Bir daha vurğulayırıq ki, vilayəti-fəqih və ya İslam kökuməti nəzəriyyəsi ilə demokratiya nəzəriyyəsi arasında bir çox fərqlər var. Bu mövzuda mərhum Ayətullah Mütəhhəri kimi həqiqi islamşünasların araşdırmaları mövcuddur. Biz heç vəchlə İslam hökuməti və ya vilayəti-fəqih nəzəriyyəsini demokratiyaya uyğunlaşdıra bilmərik. Belə bir işə çalışanlar ilkin İslam dövründə Peyğəmbərin (s) vəfatından sonra Allahın və Onun rəsulunun (s) hakimiyyət barədə buyuruqlarını bir kənara qoyanlar kimidir. Bu gün qərb mədəniyyətinin təsiri altına düşüb vilayəti-fəqih nəzəriyyəsini demokratiyaya uyğun təfsir edənlər ya İslamı düzgün tanımır, ya da qərəzlidirlər. İslam nəzərincə, hakimiyyət və hakim təyin etmək haqqı zatən və prinsipcə Allah-taalanın ixtiyarındadır. Yalnız Allah insanın hakimiyyətini təsdiqləyə bilər. Üçüncü aksiomla bağlı haşiyəyə əsasən, hakimiyyət haqqı ilk növbədə əziz İslam peyğəmbərinə (s) verilmişdir.
    4. Din siyasətdən ayrı deyil.
    Vilayəti-fəqih nəzəriyyəsinin mühüm aksiomlarından biri dinin siyasətdən ayrı olmamasıdır. Bəli, din siyasidir. İslam şəriəti təkcə fərdi yönümlərə nəzarət etmir, həm də ictimai-siyasi münasibətləri tənzimləyir, hakimiyyət məsələləri ilə məşğul olur. İslam hakimiyyət ixtiyarını bəşəriyyətə verməmişdir və insanlar öz ağılları əsasında bu sahədə razılığa gələ bilməzlər. Vilayəti-fəqih nəzəriyyəsinə əsasən İslamda həm siyasi kökmlər var, həm də hökumət və hakimin təyini üçün xüsusi bir nəzəriyyə mövcuddur. Əgər düşünsək ki, dinlə siyasət arasında heç bir rabitə yoxdur, dini işlər fəqihlərin, siyasət siyasətçilərin haqqıdır, vilayəti-fəqih nəzəriyyəsinə yer qalmaz. Əlbəttə ki, hazırkı kitabda məqsəd uyğun müddəaların sübutu deyil. Amma mövzunun əhəmiyyətini nəzərə alaraq 4-cü aksiomu, yəni dinin siyasətdən ayrı olmaması prinsipini ayrıca şəkildə nəzərdən keçirəcəyik.
    Category: Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış | Added by: Islam_Kitabxanasi
    Views: 752 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019