İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış

    Kitabın adı: Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış
    2011-09-03, 3:59 PM
    Dördüncü fəsil
    Vilayəti-fəqih nəzəriyyəsinin isbatı
    Vilayəti-fəqih nəzəriyyəsinin isbatına dəlillər göstərməzdən öncə yaxşı olar ki, bu nəzəriyyənin mahiyyətini açıqlayaq. Öncə nəzəriyyə ilə bağlı yanlış təsəvvürlər aradan qaldırılmalıdır.
    "Təkvini” (təbiətdən gələn) və "təşrii” (şəriətlə təyin olunan) vilayət, hakimiyyət
    Şübhəsiz ki, vilayəti-fəqih dedikdə təkvini vilayət nəzərdə tutmuruq. Təkvini vilayət, varlıq aləmindəki işlərə müdiriyyət əsasən Allaha aid olan işdir. Bəzən Allah belə bir vilayətin, hakimiyyətin kiçik nümunəsini öz bəndəsinə əta edir. Təkvini vilayətdən bəhrələnən şəxs varlıq aləmindəki hadisələrə qatıla bilir. Peyğəmbərlərin və övliyaların möcüzə və kəramətləri bu qəbildəndir. Şiələrin etiqadına görə, bəndələr arasında təkvini vilayətin ən güclü nümunəsi İslam peyğəmbəri (s) və məsum imamlara verilmişdir. Hər halda vilayəti-fəqih haqqında danışarkən təbiət yox, şəriətin verdiyi hakimiyyəti araşdıracağıq. Amma mümkündür ki, fəqihdə təkvini vilayət nümunəsi olan kəramətlər də olsun.
    Peyğəmbər (s), məsum imam və fəqihin cəmiyyətə müdiriyyətlə bağlı vəzifəsi təşrii vilayət sahəsinə aiddir. "Peyğəmbər (s) möminlərə onların özündən yaxındır” kimi ayələrdə, "mən kimin mövlasıyamsa Əli (ə) də onun mövlasıdır” kimi hədislərdə bu məsələyə işarə olunmuşdur. Təşrii vilayət dedikdə qanuni vilayət, hakimiyyət nəzərdə tutulur. Təşrii vilayət verilmiş şəxs qanun tənzimləmək, onları həyata keçirmək hüququ qazanır. Ətrafdakılar ona təslim olmalı, göstərişlərini yerinə yetirməlidir. Peyğəmbərin (s) möminlərə onalrın özlərindən yaxın olması dedikdə Peyğəmbər (s) əmrinə əməl etməyin zəruriliyi önə çəkilir. Bəli, Peyğəmbərin (s) göstərişi insanın öz istəyindən önəmlidir. Başqa sözlə, cəmiyyət ictimai məsələlərdə son söz deyəcək qüdrətə ehtiyaclıdır. Allah-taala qeyd olunmuş ayədə həmin qüdrət nöqtəsini tanıtdırır. Beləcə, vilayəti-fəqih dedikdə sadəcə məsləhət dəstəyi yox, qanunvericilik və icraçılıq hüquqları nəzərdə tutulur. Təşrii vilayətə etiqad budur ki, biz fəqihin hakimiyyətini qəbul edək, onun göstərişlərini başqalarının göstərişlərindən önəmli sayaq. Fəqihin belə bir hüquqa malik olduğu sübuta yetdikdə onun göstərişlərinə təslimçiliyin zərurəti də sübut olunur. Demək, Peyğəmbər (s) bir şəxsə onun istəyinə zidd göstəriş verərsə, həmin şəxs itaət etməlidir. Xüms və zəkat borcu olmayan bir şəxsə Peyğəmbər (s) hər hansı məbləği ödəməyi əmr edərsə, həmin məbləği ödəmək vacib olur. Mərhum imam Xomeyni (r) öz dərslərində bir məsələni tez-tez təkrarlayardı. Buyurardı ki, əgər İslam hakimi məndən əbamı istəsə, deyərəm baş üstə. Bəli, vəliyyi-fəqih əbanın verilməsini zəruri sayarsa, bu iş görülməlidir. Vilayəti-fəqihin mahiyyəti bundan ibarətdir. Son dövrlərədək bu prinsipə şübhə ilə yanaşanlar gözə dəymirdi. Cinsindən, yaşından, peşəsindən asılı olmayaraq hamı onu qəbul edirdi. Həmin baxışı təsdiqləyən hadisələrdən biri məhşur tənbəki hadisəsidir. Bir zaman mərhum Şirazi tənbəkini haram buyurdu. İnsanlar müctəhidin imam canişini olduğuna inandıqlarından bu əmrə itaət etdilər. Mərhum Şirazi buyurdu ki, tənbəki haramdır və ondan istifadə imama müxalifətdir. Həmin vaxt tənbəkidən istifadə edənlər qəlyanları sındırıb atdılar. Hətta Nasirəddin şahın zövcəsi şahın əlindən qəlyanı alıb çölə atdı. Hansı ki, həmin hökmə qədər tənbəki halal sayılırdı. Həmin vaxt hətta alimlər və müctəhidlər Mirzai Şirazinin hökmünə əməl edilməsini zəruri saydılar. Söhbətimizin davamında vilayəti-fəqih nəzəriyyəsinin dəlillərini zikr edəcəyik.
    Vilayəti-fəqih təqlid, yoxsa təhqiq mövzusudur?
    Vilayəti-fəqih mövzusu imamət mövzusunun ardınca gəldiyindən bəzən onu kəlam elminin mövzularından sayırlar. Kəlam elmində dinin üsulları, etiqad mövzuları araşdırılır. Allah, peyğəmbərlik və məad kəlamın əsas mövzularındandır. Kəlam elmində peyğəmbərlik sübuta yetirildikdən sonra sual yaranır ki, İslam peyğəmbərindən (s) sonra İslam cəmiyyətinə kim rəhbərlik etməlidir? Suala cavab araşdırılarkən imamət mövzusu diqqət mərkəzinə gəlir. Şiələr dəlillərə əsaslanaraq peyğəmbərdən sonra məsum imamların rəhbərliyini qəbul edirlər. Məsum imamların rəhbərliyi sübuta yetirildikdən sonra sual yaranır ki, bizim dövrümüz kimi imamlara əl çatmayan bir dövrdə rəhbərlik məsələsi necə həll olunur? Məhz bu məqamda vilayəti-fəqih mövzusu ortaya çıxır. Üsuli-dində, yəni etiqad məsələlərində təqlidə yol verilmədiyi aşkar bir həqiqətdir. Bəziləri elə təsəvvür etmişlər ki, vilayəti-fəqih üsul mövzusu olduğundan bu məsələdə təqlid etmək olmaz. Vilayəti-fəqihi qəbul edib-etməmək araşdırmalarla həll ediləsi məsələdir.
    Amma həqiqət budur ki, kəlam elmində araşdırılan istənilən bir məsələdə təqlidə yol verilmədiyi düzgün deyil. Bir sıra kəlami mövzularda təqlid vacibdir. Birinci qəbr gecəsi məsələsi deyilənlərə misal ola bilər. Birinci qəbr gecəsi dedikdə dəfn gecəsi nəzərdə tutulur. Sual yaranır ki, birinci gecənin hökmü icra etmək üçün gecənin düşməsini gözləmək lazımdırmı? Əgər dünyasını dəyişən şəxsin cəsədi yanıb külə dönmüşsə və ya itmişsə, onun üçün birinci qəbr gecəsi olmur? Belə bir şəxsin birinci qəbr gecəsindəki sorğu-sualı necə həyata keçir? Beləcə, birinci qəbr gecəsi ilə bağlı bir sıra suallar yaranır. Bu vaxtadək həmin suallar araşdırılmamışdır. Hətta bu mövzu ilə xüsusi məşğul olacaq ixtisas da müəyyənləşdirilməmişdir. Əgər ixtisas olsaydı, mütəxəssislər həmin mövzunu ayrıca araşdırar və mötəbər din alimlərinin rəyləri əsasında bir qənaətə gələrdilər. Vilayəti-fəqih mövzusu bir tərəfdən kəlam mövzusu olsa da, mahiyyət baxımından araşdırılmaya ehtiyaclıdır. Hamıda araşdırma gücü yoxdur. Demək, araşdırma gücü olmayan şəxs bu sahədə başqalarının rəyinə istinad etməlidir.
    Vilayəti-fəqih mövzusu üsul məsələsi olsa belə vəliyyi-fəqihin hökmünə riayət etmək, onun vəzifələrini tanımaq baxımından fiqhi bir məsələdir. Bu səbəbdən də fəqihlər öz kitablarında həmin mövzunu araşdırmışlar. Fiqhi məsələlərdə təqlid nəinki caizdir, hətta bəzən vacib sayılır.
    Hər halda belə bir nöqtəni nəzərə almaq lazımıdır ki, vilayəti-fəqih prinsipinin isbatı mütəxəssislərin işidir. Amma bu sahədə çoxlu suallar yarandığından biz sadə bir dillə dəlilləri bəyan etməli oluruq. Amma uyğun mövzu ilə ətraflı şəkildə tanış olmaq üçün xüsusi ədəbiyyatları araşdırmağa ehtiyac var.
    Vilayəti-fəqih nəzəriyyəsinin isbatı
    Vilayəti-fəqih nəzəriyyəsinin isbatı üçün göstərilən dəlillər iki qrupa bölünür: Əqli dəlillər və nəqli dəlillər. Yada salmağımız yerinə düşər ki, şiə alimləri şəri hökmün isbatı üçün dörd növ dəlilə istinad edirlər: kitab (Quran), məsumların sünnəsi (hədislər), icma (mütəxəssislərin rəyi), əql. Şiə alimlərinin nəzərincə şəri hökmün isbatı üçün ayə və rəvayətin olması zəruri deyil. İnsan əqli dəlillər vasitəsi ilə də hökmün isbatına nail ola bilər. Demək, vilayəti-fəqih nəzəriyyəsini də əqli dəlillərlə sübut etmək mümkündür. Biz həmin nəzəriyyənin sübutu üçün öncə iki əqli dəlil, sonra iki nəqli dəlil göstərəcəyik.
    Əqli dəlillər
    Birinci əqli dəlil müəyyən müqəddimələrdən təşkil olunmuşdur və həmin müqəddimələr aşağıdakılardır:
    1. Fərdi və ictimai mənafeləri qorumaq, hərc-mərcliyin qarşısını almaq, cəmiyyətdə asayiş yaratmaq üçün hökumətin mövcudluğu zəruridir.
    2. Ən idial hakimiyyət məsum imamın rəhbərliyi altında qurulmuş hakimiyyətdir.
    3. İdeal hakimiyyət qurmaq mümkün olmadıqda mahiyyətcə ona oxşar bir hökumət qurulmalıdır. Məsumların hökumətinə əl çatmadıqda, bu hökumətə ən yaxın üsul-idarədən faydalanmaq lazımdır.
    4. Mövcud hökumət məsumların hökumətinə üç baxımdan münasib olmalıdır: İslam hökmlərindən xəbərdarlıq, təqva, nəfs istəklərindən uzaq ruhi bənzərlik, müdiriyyət bacarığı, ictimai-siyasi qavrayış. Beynəlxalq məsələlərdən xəbərdarlıq, düşmən qarşısında şücaət, aktual və prioritet məsələlərin müəyyənləşdirilməsi bu qəbildəndir.
    Qeyd olunmuş müqəddimələr əsasında belə bir qənaətə gəlirik ki, imamın qeyb dövründə məsumlara müvafiq şərtlərə daha çox malik olan şəxs hakimiyyətə sahib durmalıdır. Bu şəxs cəmiyyəti kamilliyə doğru aparmalıdır. Əlbəttə ki, deyilən şərtləri yalnız zəruri səciyyələrə malik fəqih vasitəsi ilə ödəmək olar.
    Biz söhbətimizin əvvəlində də hakimiyyətin zəruriliyini vurğuladıq. Vilayəti-fəqih nəzəriyyəsini qəbul etmək üçün müqəddimələrdən biri ümumiyyətlə hakimiyyətin zəruri sayılmasıdır. Əksər mütəfəkkirlər və siyasətçilər bu müqəddiməni qəbul edirlər. Yalnız anarxistlər və marksistlər bu prinsipə qarşı çıxır. Həzrət Əli (ə) bu barədə buyurur: "İstər ədalətli və xeyirxah, istərsə də, zalım və günahkar hakimin mövcudluğu xalqın ehtiyacıdır.”("Nəhcül-Bəlağə" xütbə: 40)Həzrətin hazırkı buyuruğu cəmiyyətdə hakimiyyətin zəruriliyini göstərir.
    İkinci müqəddiməni də geniş şərh etməyə ehtiyac yoxdur. Məsum dedikdə Peyğəmbər (s) və onun 12 canişini nəzərdə tutulur. Biz şiələr bu zümrənin məsumluğuna inanırıq. Onlar nə səhvən, nə də bilərəkdən günaha, xətaya yol verməzlər. Onların danışıq və əməllərində nöqsan yoxdur. Məsumluq səciyyəsi insana hakimiyyət haqqı verən ən mühüm səciyyədir. Hakimlərin və məmurların şəxsi mənafe xatirinə cəmiyyətə zülm etdiyi göz qabağındadır. Yanlış bir qərar cəmiyyətdə fəsad yaradır. Amma məsum şəxs günaha yol vermir, düşüncə baxımından ixtilafdan uzaqdır. Kəlam elmində bildirilir ki, məsumluq səciyyəsinin elm və bəsirətdə kökləri var. Məsum belə bir elm və agahlığa malikdir. Məsum dedikdə kamil əql və elmi sayəsində bilərəkdən və ya səhvən günaha, xətaya yol verməyən insan nəzərdə tutulur. Ağıl təsdiq edir ki, belə bir fərdin hakimiyyəti ideal olasıdır. Cəmiyyətin faydasına işləyəcək hökumət yalnız bu hökumətdir. Hazırkı dəlilin 3-cü müqəddiməsi ən mühüm müqəddimədir. Onun şərhi üçün bir neçə misal göstərək:
    Təsəvvür edin ki, on nəfər cəmiyyət üçün çox faydalı və ləyaqətli şəxs suda boğulur. Biz bütün imkanlardan istifadə etməklə onlardan yalnız yeddisini xilas edə bilərik. Amma bu üç nəfərdən üçü hökmən batasıdır. Belə bir vəziyyətdə sağlam ağıl nə hökm edir? Mümkündürmü ki, sağlam ağıl üç nəfəri xilas etmək mümkün deyil deyə on nəfərin batması ilə razılaşsın? Hansı ki, vəzifə bu istiqamətdə addım atmaqdır. Bu on nəfərdən neçə nəfərin xilas ediləcəyi mühüm deyil. Sağlam ağıl hökm edir ki, on nəfəri xilas etmək mümkün deyilsə, boğulanlardan hər hansını xilas etmək zəruridir. Bəli, ağıl hökm edir ki, imkan həddində batan insanları xilas etmək lazımdır. Başqa bir hal nəzərdən keçirək. Tutaq ki, dənizdəki insana köpək balığı hücum edir. Biz ona kömək əli uzatsaq da, köpək balığı onun bədənini yaralayasıdır. Belə bir halda ağıl nə hökm edir? Hökm edirmi ki, onu sağ-salamat xilas etmək mümkün olmadığı üçün köməksiz qoymalıyıq? Yəqin ki, cavab aydındır.
    Yuxarıda nəzərinizə çatdırılan iki misalda ümumi bir qayda nəzərə çarpır. Bu qayda ağıl tərəfindən qəbul olunur. Üçüncü müqəddimə də bu qaydadan ibarətdir. Əgər ideal nəticə əldə etmək mümkün deyilsə, güc çatan bir nəticə üçün çalışmaq lazımdır. Hökumətin mövcudluğu zəruri bir ehtiyacdır. Onun ideal vəziyyəti məsumun iştirakı ilə təmin olunur. Amma məsumun olmadığı bir dövrdə ideala yaxın bir vəziyyət üçün çalışmalıyıq. İdeal hökumət qurmaq mümkün deyil deyə bu işi boşlamaq olmaz. Ağıl razılaşarmı ki, ideala çatmaq mümkün olmadığı üçün ideala yaxın bir şəraiti əldən buraxaq? Ağıl hökm edir ki, ideala çatmağın mümkün olmaması bəhanəsi ilə bu mövzunu bir kənara qoymaq olmaz. Eyni zamanda nöqsan baxımından bütün hakimiyyətləri də eyni bilmək olmaz. İstənilən bir halda, hakimiyyət məsələsində daha yaxşı göstərici üçün səy göstərmək lazımdır.
    Dördüncü və sonuncu müqəddimə ilə bağlı deyə bilərik ki, hökumətin ən yüksək həddə məqsədəuyğunluğunu təyin edən şərt hakimin İslam və İslam hökmləri ilə yetərli tanışlığıdır. Hakim həmin biliklər əsasında cəmiyyəti doğru yola yönəldə bilər. Bəsirət, əhatəli bilik, yetərli məharət hakim üçün zəruri şərtlərdəndir. Məsumun iştirakı olmayan dövrdə bütün bu xüsusiyyətlərə hamıdan çox fəqih malikdir. Yalnız fəqih İslam hökmlərini araşdırmaqla ən məsləhətli qərara gələ bilir. Əlbəttə ki, fəqihlik təklikdə bəs etmir. Hakimin təqvalı və müdiriyyət bacarığına malik olması zəruridir.
    Araşdırmalardan sonra gəldiyimiz məntiqi və qəti nəticə budur ki, məsumun iştirakı olmayan dövrdə zəruri şərtlərə malik fəqih sorağınca getməliyik. Belə bir şəraitdə yalnız fəqihin hakimiyyət haqqı var. Fəqih olan yerdə başqalarının hakimiyyəti qeyri-qanunidir.
    Vilayəti-fəqih nəzəriyyəsinin ikinci dəlili əqli dəlildir. Bu dəlilin də öz müqəddimələri var:
    1. Xalqın malı və canı üzərində hakimiyyət Allah-taalanın rübubiyyət şənindəndir. Yalnız Allahın izni ilə təyin edilmiş şəxs bu baxımdan qanuni sayılır.
    2. Xalqın malı və canı üzərində hakimiyyət haqqı Allah-taala tərəfindən həzrət Peyğəmbər (s) və məsum imamlara verilmişdir.
    3. Məsum rəhbərin iştirakı olmayan dövrdə ya İslam hökmləri səhnədən çıxmalıdır, ya da bu hökmlərin icrası üçün kimsə təyin edilməlidir.
    4. Məsumun olmadığı dövrdə İslam hökmlərinin səhnədən çıxması Allahın hikməti ilə bir araya sığmır. Ona görə də bu işə başqalarından daha məsləhətli şəxsin təyin edilməsi ağılın hökmüdür.
    5. Zəruri şərtlərə malik fəqih, yəni təqvalı və iş bacarığı olan alim bu işə başqalarından daha səlahiyyətlidir.
    Demək, Peyğəmbər (s) və məsum imamlar olmayan dövrdə zəruri şərtlərə malik fəqih hakimiyyət üçün icazəlidir.
    İndi isə müqəddimələri araşdıraq:
    Birinci müqəddiməni söhbətimizin bu məqamınadək bir neçə dəfə nəzərdən keçirmişik. Vilayəti-fəqih nəzəriyyəsinin ilkin ehtimalları və İslam hökumətində xalqın rolu mövzularından danışarkən bu nöqtələri araşdırmışıq. Son qənaətimiz bu olub ki, insan Allah tərəfindən yaradıldığından və onun bütün varlığı Allaha məxsus olduğundan, digər bir tərəfdən, başqalarının malına icazəsiz əl aparmaq zülm sayıldığından, İnsana hakimiyyət haqqı Allaha məxsusdur. Onu da qeyd etdik ki, Allah-taala bu haqqı ləyaqətli insanlara həvalə edə bilər.
    İkinci müqəddimədə xalqın İslam hökumətində iştirakı nəzərdən keçirildi. Qeyd etdik ki, müsəlmanların ümumi etiqadına əsasən, insanların malı və canı üzərində hakimiyyət Allah tərəfindən Peyğəmbərə (s) verilmiş haqdır. Şiələr bu əqidədirlər ki, Peyğəmbərdən (s) sonra həmin haqq onun 12 canişininə ötürülmüşdür.
    Üçüncü və dördüncü müqəddimələrdə belə bir sual cavablandırılır: Peyğəmbər (s) və məsum imamın olmadığı bir dövrdə nə etmək lazımdır? Yoxsa İslamda hakimiyyət və siyasi qüdrət üçün nəzərdə tutulmuş ictimai-siyasi hökmlər olduğu halda Allah onların tətbiqini dayandırmışdır? İmamın iştirakı olmayan dövrlə bağlı iki fərziyyə yürütmək olar: Allah ictimai hökmlərin icrasını nəzərdə tutur, ya da bu hökmlərin həyata keçirilməsindən daşınır. İndi bu iki ehtimalı araşdıraq.
    Əgər məsumun iştirakı olmayan dövrdə yalnız namaz və oruc kimi fərdi hökmlərin icrası nəzərdə tutulmuşdursa, bu münasibət Allahın hikmətinə ziddir və qeyri-mümkün sayılmalıdır. Prinsipcə, peyğəmbərlik mexanizminin və səmavi şəriətin təsisində qayə budur ki, insan əbəs yaradılmamışdır. Məqsəd insanı öz tutumunda kamilliyə çatdırmaqdır. Amma insan ağlı son kamilliyi özbaşına dərk etməkdə acizdir. Bu səbəbdən də Allah peyğəmbərlər göndərir, din şəklində göstərişlər verir, insana kamillik yolunu göstərir. Dində bəyan olunmuş bütün hökmlər insanın kamilliyə çatması üçündür. Demək, din əslində kamillik proqramıdır. Belə bir vəziyyətdə dini hökmlərin böyük bir hissəsinin dayandırıldığını düşünmək ümumi məqsədə xələl gətirir. İnsanın xoşbəxtliyini təmin edən onu tutumu həddində kamilliyə çatdıran dini hökmlər və göstərişlərdir. Bu əsasla dini təlimlərin bir hissəsini qəbul edib, digərlərindən üz çevirmək Quranda məzəmmət olunur: "Kitabın bəzisinə iman gətirir, bəzisini inkar edirsiniz? Sizlərdən belə edənin cəzası yalnız dünyada zəlalət, axirətdə ağır əzabdır.”("Bəqərə”, 85)
    Əgər insanın ictimai hökmləri insanın xoşbəxtlik və kamalına təsirsiz olsaydı, öncədən tənzimlənməzdi. Şübhəsiz ki, bu qəbil hökmlərin insanın xoşbəxtlik və kamilliyinə təsiri var. Aydın məsələdir ki, həmin hökmlərin dayandırılması insanın təkamül yoluna və Allahın hikmətinə ziddir.
    Birinci dəlilin ilk müqəddiməsində şərh etdiyimiz kimi, əqlin hökmünə əsasən, səmərənin əla həddinə çatmaq mümkün olmadıqda, bu həddə ən yaxın mərtəbə üçün çalışmaq lazımdır. Kamil həddə çatmaq mümkün deyil deyə fəaliyyəti saxlamaq düzgün deyil. Bu qaydaya əsasən deyə bilərik ki, İslamın ictimai hökmlərinin icrası məsumların hakimiyyəti vasitəsi ilə təmin olunur. Amma məsuma əl çatmadıqda iki yoldan birini seçmək lazım gəlir: Ya məsumun hökumətinə yaxın bir hakimiyyət qurmaq, ya da kamil hakimiyyət mümkün deyil deyib, işdən əl çəkmək. Üçüncü bir yol da var: ictimai hökmlərin icrasında mümkün mərtəbə ilə kifayətlənmək. Aydın məsələdir ki, bu üç seçim arasında birinci yol düzgün yoldur. O biri yollar nöqsanlıdır və hikmətlə bir araya sığmır.
    Bu bildirişlə üçüncü və dördüncü müqəddimə də isbata yetir. Ağılın hökmü ilə aydın olur ki, məsum şəxsə əl çatmadıqda ictimai hökmlərin icrası ən məsləhətli şəxsə verilməlidir. Qalan yollar Allah-taala tərəfindən bəyənilmir.
    Məsumun iştirakı olmayan cəmiyyətdə ictimai hökmlərin icrasını məsləhətli bir fərdə tapşırmaq məsələsi həll edildikdən sonra sual yaranır ki, bu məsləhətli şəxs kimdir? Onu başqalarından fərqləndirən xüsusiyyətlər nədir? Bu sualın cavabı birinci dəlilin dördüncü müqəddiməsinin şərhində məlum oldu. Qeyd etdik ki, məsumun hakimiyyətini kamil edən onun üç xüsusiyyətidir: paklıq, elm, ictimai şəraitin dərki. Bu üç sifət baxımından məsuma daha çox oxşayan şəxs daha məsləhətli sayılır. Əlbəttə ki, bu səciyyələr baxımından məsuma daha çox oxşayan təqvalı, dövrünü tanıyan, fəqihdir.
    Bu müqəddimələrin isbatından sonra nəticə çıxarırıq ki, zəruri şərtlərə malik fəqih imamın iştirakı olmayan dövrdə ictimai hökmlərin icrası üçün ən məsləhətli şəxsdir. Belə bir şəxsə Allah və məsumlar tərəfindən haqq verilmişdir.
    Nəqli dəlil
    Qeyd etdik ki, vilayəti-fəqih nəzəriyyəsinin isbatı üçün həm əqli, həm də nəqli dəlillər mövcuddur. Nəqli dəlillər dedikdə bu mövzuda nəql olunmuş rəvayətlər nəzərdə tutulur. Həmin rəvayətlərə əsasən xalq hakimiyyət ehtiyaclarının ödənməsi üçün fəqihə müraciət etməlidir. Xüsusi ilə məhkəmə sistemində fəqihin iştirakı zəruridir. Fəqihlər rəvayətlərdə Peyğəmbər (s) əmanətçiləri, onların xəlifələri və varisləri kimi təqdim olunurlar. Bu rəvayətlərin mötəbərliyi ilə bağlı mübahisələr çoxdur. Hazırkı söhbətimizdə həmin mövzunu araşdırmaq imkanımız yoxdur. Ətraflı məlumat almaq üçün xüsusi kitab və risalələrə müraciət etmək lazımdır. Hazırkı mövzuda istinad ediləsi rəvayətlər arasında Ömər ibn Hənzələ, Əbu Xədicədən nəql olunmuş rəvayətlər, İshaq ibn Yaquba verilən cavab mötəbər sənədlərə malikdir. Bu rəvayətlərə əsaslanaraq fəqihlərin imam canişini olması prinsipini qəbul edə bilərik. Qeyb dövründə hakimin xalq tərəfindən qəbul olunması ilə bağlı heç bir dəlil yoxdur. Belə bir müddəa Allahın rübubiyyət şəninə münasib deyil. Şiə fəqihləri bu müddəanı hətta ehtimal olaraq qəbul etmirlər.
    Hər halda qeyd olunmuş rəvayətlər fəqhin belə bir haqqa malik olduğunu yetərincə sübuta yetirir. Əgər bu rəvayətlərin sənədinə şübhə edən olsa, öncə göstərdiyimiz əqli dəlillər öz gücündə qalır.
    Müqəddimə şərhdən sonra vilayəti-fəqih üsul-idarəsinin əqli dəlillərini zikr edək:
    1. Fəqihlər arasında Şeyx Səduqun "əkmalud-din” kitabında verdiyi bir sənəd məşhurdur. Bu sənəd imam Mehdinin (əc) İshaq ibn Yaquba cavabından ibarətdir. Həmin məktubda İshaq ibn Yaqub bir sıra mövzularda, o cümlədən, qeyb dövründə baş verəcək hadisələrlə bağlı imama suallar ünvanlayır. İmam Mehdi (əc) cavab olaraq buyurur: "Baş verəcək hadisələrdə bizim rəvayətçilərimizə müraciət edin. Çünki onlar sizin üçün mənim höccətim, mən onlar üçün Allahın höccətiyəm.”(İkmalud-din”, c. s. 483)
    Bu rəvayət "Həvadisul-vaqiə” adlanır. Biz rəvayətə verilmiş adın mənasını anlasaq vilayəti-fəqih nəzəriyyəsinin sübutları aydın olar.
    Məktubun mətnində işlədilmiş "Həvadisul-vaqiə” ifadəsinin şəri məsələlərə işarə olunması şübhəli görünür. Əvvəla, bu qəbil məsələlərin aydınlaşdırılması üçün din alimlərinə, Peyğəmbər (s) və imam buyuruqları ilə tanış insanlara müraciət etmək lazımdır. Şəriət məsələsini öyrənmək üçün imama müraciət etmək zəruri deyil. İmamların dövründə də şəri məsələləri cavablandırmaq səlahiyyəti imamlar tərəfindən Yunis ibn Əbdürrəhman, Zəkəriyya ibn Adəm kimi bilikli insanlara həvalə olunmuşdur. İmamın kiçik qeyb dövründə həmin vəzifəni dörd naib icra etmişdir. Bir sözlə, şəri məsələlərə görə məsuma yox, alimə müraciət olunması yeni bir məsələ deyil. İkincisi, əgər İshaq ibn Yaqub "Həvadisul-vaqiə” deyərkən şəri məsələləri nəzərdə tutsaydı, halal-haram və ya şəri vəzifə ifadələrini işlədərdi. "Həvadisul-vaqiə” ifadəsinin şəri məsələlərə işarə olması ilə bağlı heç bir dəlil yoxdur. Üçüncüsü, bir sözü mənalandırarkən onun lüğət mənasını nəzərə almaq lazımdır. "Həvadisul-vaqiə” ifadəsində şəri məsələlər mənası anlaşılmır. Bu ifadə geniş əhatəyə malik bir ifadədir və onu işlədərkən şübhəsiz ki, ictimai problemlər və hadisələr nəzərdə tutulmuşdur. Bəli, İshaq ibn Yaqub imam Mehdidən (əc) qeyb dövründəki ictimai məsələlər və vəzifələr haqqında soruşur. İmam Mehdi (əc) ona cavab olaraq buyurur ki, bu barədə bizim hədislərimizi nəql edənlərə müraciət edin. Məlum olur ki, hədis raviləri dedikdə kim nəzərdə tutulur.
    Bir şəxs iddia edə bilər ki, hədis ravisi dedikdə üsuli-kafi və ya vəsailuş-şiə kimi rəvayət kitabları nəzərdə tutulmuşdur. Amma azca diqqət yetirdikdə məlum olur ki, bu yanlış təsəvvürdür. Bizim dövrümüzdə Peyğəmbər (s) və məsumların dilindən hədis nəql etmək istəyənlər həmin hədisin həqiqətən nəzərdə tutulan şəxs tərəfindən buyurulduğunu sübuta yetirməlidir. Əks təqdirdə onun məsumun dilindən nə isə demək haqqı yoxdur. Hədisin mötəbərliyi sübuta yetməsə, bu şəxs Peyğəmbər (s) və məsumlara iftira yaxmış olur. Belə bir iftira böyük günahdır. Beləcə, Peyğəmbər (s) və ya imamdan hədis nəql etmək istəyən şəxs mötəbər şəri dəlil göstərməlidir. Hədisi bu şəkildə nəql etmək üçün ixtisas lazımdır. Belə bir ixtisas isə müasir elm sahələrində verilmir. Yalnız fiqh elmi öyrənmiş fəqih həmin ixtisasa malikdir. Demək, hədis raviləri dedikdə fəqihlər və din alimləri nəzərdə tutulmuşdur.
    "Həvadisul-vaqiə” və "ruvati hədis” ifadələrinin şərhindən görünür ki, imam öz məktubunda fəqihlərə və din alimlərinə müraciət edilməsini göstəriş verir. O buyurur ki, ictimai problemlərlə rastlaşdıqda fəqihlərə müraciət olunsun və fəqihlər imamın insanlara höccətidir. Bu cümlənin qeyb dövründə vilayəti-fəqih məfhumunu da əhatə etməsi aydın görünür.
    2. Vilayəti-fəqihin isbatı üçün istinad ediləcək digər bir hədis ömər ibn Hənzələdən nəql olunmuşdur. Bu hədisdə imam Sadiq (ə) dini vəzifələrin öyrənilməsi, ixtilafların həlli üçün mərcə alimə müraciət edilməsini göstəriş verir. İmam buyurur: "Sizlərdən hər hansınız bizim hədislərin ravisi olsa, bizim buyurduğumuz halal-haramı bilsə, hökmlərimizi tanısa, onu hakim kimi qəbul edin. Həqiqətən, mən onu sizə hakim təyin edirəm. Onun verdiyi hökmü qəbul etməyənlər Allahın hökmünü yüngül saymış, bizi rədd etmişdir. Bizi rədd edən Allahı rədd etmiş olur. Allahı rədd etmək isə şirkdir.”("Üsuli-kafi”, c. 1, s. 67; "Vəsailuş-şiə”, c. 18, s. 98)
    Şübhəsiz ki, bu hədisdəki ifadələr dini hökmlərdə və məsələlərdə fəqih və müctəhid olmayan şəxsə tətbiq edilə bilməz. Heç şübhəsiz, imam fəqihləri və din alimlərini nəzərdə tutmuşdur. İmam onları xalqa hakim kimi tanıtdırır və fəqihin hökmünü öz hökmü kimi təqdim edir. Məsum imamın hökmünə əməl etmək vacibdir. Demək, fəqihin də hökmünə əməl etmək zəruri olur. İmamın buyurduğu kimi, fəqihin hökmünü qəbul etməmək məsum imamın hakimiyyətini qəbul etməmək kimidir. Məsumun hökmünü rədd etmək böyük günahdır və bağışlanmır. Çünki məsum imamın hökmünü qəbul etməmək Allahın təşrii hakimiyyətini qəbul etməmək kimidir. Rəvayətdə bu günah Allaha qarşı şirk həddində tanınır. Qurani-kərim şirk barədə buyurur: "Həqiqətən, şirk çox böyük zülümdür;”("Loğman”, 13)"Həqiqətən, Allah Ona şərik qoşanı bağışlamaz, bundan aşağı günahı istədiyi şəxsə bağışlayar.”("Nisa”, 48)
    Bu şərif rəvayətə əsasən fəqihin hakimiyyətinə itaətsizlik, onun hökmünü qəbul etməmək zülümdür. Bu günah Allah tərəfindən bağışlanmayan günahlardandır.
    Bu rəvayətin dəlillərinə tutulan irad bundan ibarətdir ki, imama sual ünvanlayan şəxs şiələrin rastlaşdığı hüquqi problemlərin həll yolu ilə maraqlanmışdır. Sual bundan ibarət olub ki, qəsbkar abbasilərin hakimiyyəti dövründə onların məhkəmə orqanlarına müraciət edək, yoxsa başqa vəzifəmiz var? İmam da öz növbəsində bu sualı qeyd olunduğu kimi cavablandırmışdır. Əslində Ömər ibn Hənzələnin sualı hökumətin bir bölməsi ilə bağlıdır. Vilayəti-fəqih isə əhatəli bir hakimiyyətdir. İrad tutanlar iddia edirlər ki, bu rəvayəti qəbul etsək belə, bu rəvayət mühakimə hüdudlarını aşmır.
    Həmin irada cavab olaraq deyə bilərik ki, ravi xüsusi bir mövzuda sual vermişsə də, sualın xüsusiyyəti cavabı məhdudlaşdırmır. Xüsusi bir mövzuda verilmiş sualın cavabı külli ola bilər. Məsələn, namazla bağlı rəvayətlər çoxdur. Ravi soruşur ki, bir kişi namaz qıldığı vaxt filan şəklə rastlaşsa nə etməlidir? Bu halda imamın verdiyi cavab kişilərlə yanaşı qadınlara da aid olur. Bəli, xüsusi bir halla verilmiş sualın cavabı ümumi ola bilər. Digər bir tərəfdən, Ömər ibn Hənzələyə cavabda nəzərdə tutulmuş şəxsin insanlara hakim təyin edildiyi bildirilir. "Hakim” sözü hakimiyyətin bütün sektorlarını əhatə edə bilər.
    Hər halda, nümunəsini nəzərinizə çatdırdığımız əqli və nəqli dəlillərdə yalnız zəruri şərtlərə malik fəqih nəzərdə tutulmuşdur. Fəqih hakimiyyəti Allah-taala və məsum imam tərəfindən müəyyənləşmiş hakimiyyətdir. Hakimiyyətin başında fəqih dayanmamışsa, o necəliyindən asılı olmayaraq qəsbkar sayılır və belə bir hakimiyyətə kömək göstərmək haramdır. Qeyb dövründə zəruri şərtlərə malik fəqihin hakimiyyəti üçün şərait yaransa və hökumət təşkil edilsə, onun hökmlərinə itaət etmək vacibdir. Çünki imam fəqihi öz tərəfindən höccət sayır. Fəqihin hökmünü qəbul etməyən şəxs Allahın hökmünü yüngül saymış olur. Məsələn, Əmirəl-möminin (ə) öz hakimiyyəti dövründə müxtəlif şəxsləri məntəqələrdə hakim təyin edirdi. Bu şəxslərə itaət etmək vacib idi. Yerli hakimlərə itaətsizlik Əmirəl-mömininə (ə) qarşı müxalifət sayılırdı. İmamın məntəqələrə göndərdiyi hakimlərdən biri Malik Əştər idi. Malik Misirə nümayəndə göndərilmişdi. Kimsə deyə bilməzdi ki, Malik məsum deyil və mən ona tabe olmuram. Şübhəsiz ki, bu qəbil dəlillər batildir. Əmirəl-möminin (ə) tərəfindən təyin olunmuş malik Əştərin hökmlərinə qeyd-şərtsiz tabe olmaq lazım idi. Bəli, hazırkı dövrdə fəqih Allah və imam Mehdi (əc) tərəfindən təyin olunmuş nümayəndədir. İmam vurğulayır ki, bu şəxslə müxalifət şərən caiz deyil.
    Category: Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış | Added by: Islam_Kitabxanasi
    Views: 1039 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024