İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış

    Kitabın adı: Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış
    2011-09-03, 3:56 PM
    Beşinci fəsil
    Fəqihin mütləq vilayət, hakimiyyəti
    Ötən fəsildə vilayəti-fəqihin nəzərdən keçirdiyimiz sübutu onun zəruriliyini göstərir. Məsum imamın cəmiyyətə rəhbərlik səlahiyyətləri fəqihə də aiddir. Vəliyyi-fəqih üçün bu baxımdan heç bir məhdudiyyət yoxdur. Yalnız hansısa dəlillərlə məsum imamın müəyyən səlahiyyətləri vəliyyi-fəqih üçün nəzərdə tutulmamışdır. Məsələn, şiə fəqihlərinin yekdil rəyinə əsasən (ibtidai) cihad elan etmək məsum imamın hüququdur. Cihad səlahiyyətinə istisna etsək Peyğəmbər (s) və məsum imamın əksər səlahiyyətlərini fəqih də yerinə yetirir. Bu qəbil səlahiyyətlər fəqihin mütləq vilayəti adlanır. İslam respublikasının banisi imam Rahil buyururdu: "Vilayəti-fəqih elə Allah rəsulunun vilayətidir.”
    Vilayəti-fəqihə qarşı ittihamlardan biri və ya onun mütləq sayılması ilə bağlı irad bundan ibarətdir ki, fəqihin mütləq vilayəti elə diktator rejimdir. Yəni fəqih hakimiyyətə çatdıqdan sonra öz istəklərini yerinə yetirir. O istədiyini vəzifədən uzaqlaşdırır, istədiyinə vəzifə verir. Bir sözlə, fəqih mütləq ixtiyar sahibdir və kimsə qarşısında məsuliyyət daşımır. Ümumiyyətlə, qeyd edilir ki, hakimiyyət iki növdür: xalqın rəyi əsasında qurulan liberal hakimiyyət və fərdin baxışları əsasında qurulmuş istibdad hökumət. Əgər vilayəti-fəqih liberal üsuli-idarə deyilsə, demək, diktatura rejimidir.
    Yuxarıdakı irada cavab olaraq deməliyik ki, ümumiyyətlə hökuməti liberal və istibdad olmaqla iki növə bölmək yanlış fikirdir. Bizim nəzərimizcə, üçüncü bir hakimiyyət növü də var. Bu hakimiyyəti nə xalqın istəyi, nə də şəxsin istəyi əsasdır. Qanunverici və icraedici, eləcə də məhkəmə orqanlarında Allahın istəyi əsas götürülən bir hökumət də var. Vilayəti-fəqih üsuli-idarəsi bu üçüncü qismə aiddir. Vilayəti fəqih üsuli-idarəsini istibdad rejimi sayanlar bilməlidirlər ki, fəqih mütləq hakim deyil, o ürəyindən keçəni həyata keçirmir. Fəqih onların düşündüyünün əksinə olaraq məsuliyyət daşıyır. Əlbəttə ki, bəziləri bütün bu həqiqətləri bilərəkdən təhrif edirlər. Hər halda uyğun şübhələri cavablandırmaq lazım gəlir.
    Fəqihin mütləq vilayəti ifadəsində "mütləq” sözü özünəməxsus məfhuma malikdir. Həmin sözlə bağlı müəyyən nöqtələri işıqlandırmaq lazım gəlir.
    Bu nöqtələrdən biri budur ki, fəqihin hakimiyyəti qəsbkar rejimdəki kimi məhdud və vilayəti-fəqihdəki kimi mütləq ola bilər. Zalım rejimin hakim olduğu dövrdə fəqih hakimiyyətin təzyiqləri səbəbindən ictimai məsələlərə yetərincə müdaxilə edə bilmir. İnsanlar yalnız məxvi şəkildə ictimai məsələlərlə bağlı fəqihin fikrini öyrənir. Onlar izdivac, talaq, vəqf və bu kimi başqa məsələlərdə fəqihə üz tuturlar. Belə bir şəraitdə fəqihin hakimiyyəti məhdud olur. O Allah və məsumlar tərəfindən verilmiş səlahiyyətləri mütləq şəkildə yerinə yetirmək imkanında olmur. İslam respublikası qurulduğu zaman imam Rahil fəqihin tam hakimiyyəti üçün şərait hazırladı. Bir fəqih olaraq hakimiyyət başında dayanan imam səlahiyyəti çatan bütün məsələlərə müdaxilə edir, hökm verirdi. İslam hakimiyyətində fəqih öz səlahiyyətlərini mütləq şəkildə həyata keçirə bilir. O şəriət sahibi tərəfindən müəyyənləşdirilmiş vəzifələrini tam icra etməyə müvəffəq olur. Demək, fəqihin mütləq vilayəti dedikdə onun öz səlahiyyətlərinin məhdud şəkildə yox, mütləq şəkildə yerinə yetirməsi nəzərdə tutulur. Şübhəsiz ki, bu mənada mütləqiyyətin diktatura və istibdadla heç bir rabitəsi yoxdur.
    İkinci nöqtə budur ki, fəqih hakimiyyət başına gəldikdə müdiriyyət üçün lazım olan bütün ixtiyarlara malik olur. Bu baxımdan o məsum imamdan fərqlənmir. Hakimiyyət üçün lazım olan səlahiyyətlərdən imamın tam istifadə etməsi və fəqihin səlahiyyətlərinin məhdud olması düzgün deyil. Hakimiyyət üçün zəruri səlahiyyətin olmaması müdiriyyətdə nöqsan yaradır. Hakim bütün səlahiyyətlərə malik olmasa öz vəzifəsinə əməl edə bilməz. Demək, ağıl baxımından vəliyyi-fəqihlə məsum imam arasında fərq yoxdur. Hüquq və ixtiyar baxımından fəqih üçün yaradılacaq istənilən bir məhdudiyyət cəmiyyətin ehtiyac duyduğu işlərin görülməməsi deməkdir. Bəli, fəqih də eynən məsum imam kimi mütləq hüquq və səlahiyyətlərə malikdir. Göründüyü kimi, belə bir mütləqliyin də istibdadla heç bir rabitəsi yoxdur. Bu prinsip ağıl tərəfindən təsdiqlənir və istənilən bir hakimiyyətdə qəbul olunmuşdur.
    Vilayəti-fəqihlə bağlı belə bir sual yaranır ki, vəliyyi-fəqihin hakimiyyət əhatəsi zərurət və çıxılmaz vəziyyət zamanı işləkdir, yoxsa istənilən bir vaxt? Bu nöqtəni işıqlandırmaq üçün Bir misal göstərək: Tutaq ki, yolların azlığı və ya darlığı səbəbindən şəhərdə tıxac yaranmışdır. Maşınlar və insanlar saatlarla yolda dayanır. Bir sözlə, küçələrin mövcud vəziyyəti cəmiyyətin ehtiyaclarına cavab vermir. Mütəxəssislər belə hesab edirlər ki, bu problemi aradan qaldırmaq üçün bir neçə geniş yola ehtiyac var. Şəhərin havası o qədər çirklənmişdir ki, mütəxəssislər və səhiyyə işçiləri xalqa və hakimiyyətə bu barədə xəbərdarlıq edir. Onlar bu problemin aradan qaldırılması üçün yaşıl örtüyün artırılmasını, parklar salınmasını təklif edirlər. Bu kimi hallarda vəliyyi-fəqih öz səlahiyyətlərindən istifadə edərək həmin yolların və parkların salınması üçün göstəriş verə bilər. Hətta nəzərdə tutulan yollar və parklar kiminsə şəxsi mülkünə düşərsə, onların qiymətini ödəməklə layihələr həyata keçirilər. Vəliyyi-fəqih öz göstərişləri ilə cəmiyyətin ehtiyaclarını təmin etmiş olur.
    Başqa bir hal fərz edək. Şəhərin gözəlləşdirilməsi üçün yolları genişləndirmək və park salmaq lazımdır. Amma yol genişləndirilməsə də tıxac yoxdur, park salınmasa da hava safdır. Yolların genişləndirilməsi və park salınması üçün kimlərinsə şəxsi mülkü ilə bağlı göstəriş lazım gəldikdə vəliyyi-fəqih bu istiqamətdə hökm çıxara bilərmi? Əgər mülk sahibləri razı deyilsə bu iş görülə bilərmi?
    Birinci fərziyyədə layihənin həyata keçirilməsi zəruri idi. İkinci fərziyyədə isə bu zərurət yoxdur. Fəqihin mütləq vilayəti təkcə zəruri hallar üçün nəzərdə tutulmayıb. Amma vilayəti-fəqih hökuməti düşüncəli və məntiqli addımlar atır. İstənilən bir halda, yəni zərurət olsa da, olmasa da vəliyyi-fəqih hökm vermək səlahiyyətinə malikdir. Şübhəsiz ki, bu qəbil baxışların diktaturaya heç bir aidiyyatı yoxdur.
    Verdiyimiz şərhlərdən aydın olur ki, vilayəti-fəqih öz şəxsi zövqü əsasında hökm vermir. Hakimiyyət başında dayanmış fəqihin yalnız öz istəkləri əsasında göstəriş verməsi yanlış fikirdir. Vəliyyi-fəqih İslam hökmlərini yerinə yetirir. Vilayəti-fəqih nəzəriyyəsini qanuni edən onun dini hökmləri icra etməsidir. Çıxarılan qərarların, vəzifəli ilə bağlı göstərişlərin, bütün fəaliyyətlərin qayəsi İslam hökmlərinin yerinə yetirilməsi və cəmiyyətin ehtiyaclarının təmin olunmasıdır. Bəli, vilayəti-fəqih Allahın razılığı əsasında fəaliyyət göstərir. Əgər fəqih bu çərçivədən çıxsa, təbii şəkildə öz səlahiyyətlərini itirir. Allahın razılığından uzaq fəaliyyət göstərən fəqihin qərarları öz qanuniliyini itirmişdir.
    Belə bir qənaətə gəlirik ki, vilayəti-fəqih əslində qanunun vilayəti, qanunun hakimiyyətidir. Çünki fəqih yalnız İslam qanunları çərçivəsində hərəkət edir. Peyğəmbər (s) və imamlar da eyni şəkildə addım atmışdır. Demək, vilayəti-fəqih əvəzinə "qanun hökuməti” təbirini işlədə bilərik. Bir şərtlə ki, qanun dedikdə İslam qanunları nəzərdə tutulsun. Biz dördüncü fəsildə qeyd etdik ki, vəliyyi-fəqihin xüsusiyyətlərindən biri onun ədalətli olmasıdır. Ədalətli şəxs odur ki, öz fəaliyyətlərində, əmr və qadağalarında öz rəyinə yox, Allahın əmrinə əsaslansın. Fəqihin öz istəklərini xalqa zorla qəbul etdirməsi kökündən yanlış fikirdir. Ədalətli fəqih dini hökmlər əsasında, Allahın razılığına uyğun addım atır. Əlbəttə ki, İslam və ruhani sinfinin düşmənləri bu nəzəriyyəyə bir sıra iftiralar yaxmışlar. Məsələn, deyirlər ki, fəqihin mütləq vilayəti onun bütün səlahiyyətlərə malik olmasıdır. Guya fəqih hətta tövhid əqidəsini inkar edə bilər. Guya onun namazı ləğv etmək səlahiyyəti var. Əlbəttə ki, bütün bunlar vilayəti-fəqih nəzəriyyəsinə münasibətdə iftira və böhtandır. Fəqih İslam qanunlarının keşiyində dayanan birinci şəxsdir. Necə ola bilər ki, İslam tövhidsiz, nübüvvətsiz, namaz və orucsuz olsun?! Bütün bunlar aradan götürüldükdən sonra fəqih nəyi qorumalıdır?!
    Bu qəbil şübhə və dolaşıqlıqları yaradan səbəblərdən biri "mühüm, yoxsa daha mühüm” prinsipindən sui-istifadə edilməsidir. Fəqih mühüm bir işi daha mühüm bir işə qurban verə bilər. Məsələn, Həcc səfəri İslam cəmiyyətinə zərərli olduqda fəqih hökm verə bilər ki, həmin il Həcc ziyarəti dayandırılsın. Cəmiyyətdə bir qrup insan Həccə getməyə vəzifəli olduğu halda fəqihin hökmünü yerinə yetirmək zəruridir. Başqa bir misal. Düşmən sübh azanı vaxtı hücuma hazırlaşırsa, fəqih namazı təxirə salıb cəbhədəkiləri döyüş hazırlığında saxlaya bilər. Bu qəbil hallarda nəinki fəqih, hətta fəqih tərəfindən təyin olunmuş komandan göstəriş vermək səlahiyyətinə malikdir. Amma bütün bunlar Həcc, namaz və orucun dindən çıxarılması deyil. Fəqih deyə bilməz ki, Həcc və namaz birdəfəlik ləğv olunur. Bu qəbil göstərişlərin arxasında öncə qeyd etdiyimiz "mühüm, yoxsa daha mühüm” prinsipi dayanır. Bu prinsip bütün şiə fəqihləri tərəfindən qəbul edilir. Bu barədə fiqhi kitablarda məşhur bir misal var. Əgər bir körpənin qonşunun hovuzunda boğulduğunu görsəniz, qonşu evdə olmasa belə körpəni xilas etmək üçün həmin həyətə daxil ola bilərsiniz. Əslində fiqhi baxımdan qonşunun mülkünə icazəsiz daxil olmaq haramdır. Amma nəzərdə tutulan halda bu mülkə daxil olmaq zəruridir. Heç bir ağıllı insan körpənin göz qabağında həlakı ilə razılaşa bilməz. Hətta ev sahibi həyətə daxil olmaq icazəsi verməsə, onun sözünə etina edilməməli və körpə xilas olunmalıdır. Bu hadisə ilə bağlı iki məsələ var. Birinci məsələ budur ki, qonşunun mülkünə icazəsiz daxil olmaq haramdır. İkinci məsələ budur ki, müsəlmanın həyatını xilas etmək vacibdir. Təbii ki, insan hər iki məsələyə əməl edə bilməz. Bu kimi hallarda mühüm iş daha mühüm işdən seçilməlidir. Daha mühüm iş yerinə yetirilməli, mühüm iş tərk olunmalıdır. Fiqhdə bu mövzu "mühüm, yoxsa daha mühüm” prinsipi adlanır. Bu prinsipin əqli dəlilləri var. Bu prinsip Həcc və namaz mövzularında da tətbiq oluna bilər. Cəmiyyətin faydası üçün Həcc və namazı təxirə salmaq lazımdırsa, bu iş görülməlidir.
    Verilən izahatlardan aydın oldu ki, fəqihin mütləq vilayətinin düzgün mənası nədir. Bu vilayət istibdad, diktatura ilə heç bir müştərək səciyyəyə malik deyil. Vilayəti-fəqihin istibdad olması böhtan və yalandır.
    Vilayəti-fəqih və konstitusiya
    Vilayəti-fəqih mövzusunda araşdırılan məsələlərdən biri bu hakimiyyətin konstitusiya ilə əlaqəsidir. Bu məsələ fəqih hakimiyyətinin mütləqliyini bir qədər də aydınlaşdırır. Bu mövzu vilayəti-fəqih bəhsində açıqlanmalı idi. Amma həmin mövzu ilə bağlı şübhələr çox olduğundan onu ayrıca araşdırmağı münasib bildik. Hazırkı mövzu ilə bağlı suallar müxtəlif formalarda ünvanlana bilər. Amma bütün sualların əsas mövzusu eynidir. Daha çox rastlaşdığımız sualları nəzərdən keçirək:
    Vilayəti-fəqih konstitusiya çərçivəsində fəaliyyət göstərir, yoxsa bu çərçivəni aşır?
    Vilayəti-fəqih konstitusiyanın fövqündədirmi?
    Konstitusiya vilayəti-fəqihə hakimdir, yoxsa vilayəti-fəqih konstitusiyaya?
    Fəqih konstitusiya və onun üçün müəyyənləşdirilmiş səlahiyyətləri aşa bilərmi?
    Vilayəti-fəqih konstitusiyaya əsaslanır, yoxsa konstitusiya vilayəti-fəqihə?
    Konstitusiya vəliyyi-fəqih üçün nəzərdə tutulmuş səlahiyyətlər qətidir, yoxsa bir nümunədir?
    Öncə qeyd etdiyimiz kimi bütün bu suallar mahiyyətcə eynidir. Vilayəti-fəqihin konstitusiya ilə rabitəsi aydınlaşdıqda bütün bu suallar da aydınlaşır. Aşağıdakı şərhlərdən hazırkı sualların cavabı aydınlaşır. Nəzərdə saxlamalıyıq ki, digər bəhslərdə olduğu kimi bu bəhsdə də mövzular elmi dəlillərlə əsaslandırılmışdır. Amma nisbətən sadə təbirlərdən istifadə olunmuş, mövzunun hamı tərəfindən anlaşılması əsas götürülmüşdür. Araşdırmada mürəkkəb və akademik ifadələrdən pəhriz olunmuşdur.
    Öncə nəzərdə saxlamalıyıq ki, vilayəti-fəqihin qanundan üstün olduğunu, fəqihin çərçivəsiz hərəkət etdiyini düşünmək kökündən yanlışdır. Öncə qeyd etmişdik ki, vəliyyi-fəqih İslam hökmləri çərçivəsində hərəkət edir. Vilayət hakimiyyətinin təşkili İslam hökmlərinin icrası deməkdir. Fəqih bilərəkdən bircə dəfə İslam hökmlərinin ziddinə hərəkət etsə, rəhbərlik məqamından uzaqlaşır. İslamda qanunun fövqündə dayanan fəqih yoxdur.
    Amma öncə qeyd edildiyi kimi qanunlar, o cümlədən konstitusiya İslam çərçivəsində olmalıdır. Hazırkı sualı cavablandırmaq üçün söhbətə konstitusiyanın qanunilik meyarlarından başlamlı oluruq. Açıqlanmalıdır ki, nə üçün hansısa qanunlara əməl etməyimiz zəruridir? Qanun adlandırılan istənilən bir məhdudiyyətə əməl etmək zəruridirmi?
    Buraya qədərki söhbətlərimizdə aydın oldu ki, qanunun etibarlılığı onun Allah və din qanunları olmasındadır. Əgər qanun Allah və dindən qaynaqlanarsa, etibarlı olar. Digər hallarda qanun etibarsızdır və ona əməl etmək vacib deyil. Qanuna bütün məmləkətin, hətta yer üzünün insanları səs versə belə həmin qanun ilahi qanun kimi mötəbər olmaz. Bu qəbil qanunlara əməl edilməsini vacib saymırıq. Qeyd etdiyimiz qayda öz məmləkətimizin də qanunlarına aiddir. Bütün qanunlar, o cümlədən konstitusiya qanunları ilahi hökmlərə uyğunsa, etibarlıdır. Əks-təqdirdə bu qanunlar mötəbər sayılmır. Qeyri-ilahi üsuli-idarələrdə əsas götürülən qanunlar da bu qəbildəndir. Biz bu qəbil bütün qanunları etibarsız sayırıq. Demək, qanun öz-özlüyündə mötəbər deyil. Bütün bəşəriyyət bir qanuna səs versə belə həmin qanun etibarlı sayılmaz. Əlbəttə ki, qanuna səs vermiş şəxslər əxlaq baxımından ona riayət etməlidir. Amma səs verməyənlərin bu qanun qarşısında heç bir məsuliyyəti yoxdur. İnsanların rəyi əsasında müəyyənləşdirilmiş qanunun heç bir şəri və hüquqi mötəbərliyi yoxdur. Əlbəttə ki, dediklərimiz söhbətin xülasəsidir. Bu mövzunu geniş şəkildə hüquq fəlsəfəsi və siyasi fəlsəfədə araşdırırlar. Onu geniş şəkildə araşdırmaq söhbətimizin çərçivəsindən kənardır. Deyilənlərdən aydın olur ki, İslam respublikasının hazırkı qanunları xalqın rəyi yox, ilahi hökmlərə əsaslandığı üçün mötəbərdir. Qanun ona görə mötəbər sayılır ki, fəqih tərəfindən imzalanmışdır. Vəliyyi-fəqih kimdir? Vəliyyi-fəqih imam Mehdi (əc) tərəfindən müəyyənləşdirilmiş məqamdır. Əlbəttə ki, fəqih həm də Allah tərəfindən təsdiqlənir. İmam Mehdinin (əc) buyurduğu kimi, vəliyyi-fəqihin hökmünü rədd etmək məsum imamın hökmünü rədd etməkdir. Eləcə də, məsum imamın hökmünü rədd etmək, Allahın hökmünü rədd etmək sayılır. Vəliyyi-fəqihin imazlamadığı qanun etibarsızdır. Qanunun milli baxımdan mötəbər sayılmasının səbəbi onun vəliyyi-fəqih tərəfindən təsdiqlənməsidir. Bu qanunilik vəliyyi-fəqihin təsdiqindən qaynaqlanır. Öncə də qeyd etdik ki, vəliyyi-fəqih xalqın rəyi yox, Allahın və imam Mehdinin (əc) təsdiqi sayəsində qanunilik əldə edir. Çünki varlıq aləminin və insanın yeganə həqiqi sahibi Allah-taaladır. Bilavasitə və ya dolayısı ilə atılan addım Allahın razılığına əsaslanmalıdır.
    Vəliyyi-fəqih yalnız Allahın və imam Mehdinin (əc) izni ilə addım atır. Onun fəaliyyətində konstitusiya məhdudiyyət yarada bilməz. Çünki konstitusiya özü vəliyyi-fəqihin təsdiqi ilə etibar qazanır.
    Deyilənlərdən aydın olur ki, vəliyyi-fəqih Allah qanununun yox, konstitusiyanın fövqündədir. Qanun fəqihə yox, fəqih qanuna hakimdir. Konstitusiyada fəqih üçün sadalanmış səlahiyyətlər qəti yox, nümunə üçündür. Konstitusiyada vəliyyi-fəqihin ən fəal səlahiyyətləri qeyd olunmuşdur. Bu səlahiyyətlər adi şəraitlərdə istifadə olunan səlahiyyətlərdir. Rəhbərin bu səlahiyyətlərdən bütünlüklə istifadə etməsi zəruri deyil. Amma cəmiyyətdə kritik vəziyyət yaransa, vəliyyi-fəqih öz hakimiyyətindən istifadə edərək qərarlar çıxarır. Zəruri hallarda çıxarılan qanunların konstitusiyada nəzərdə tutulması zəruri deyil. Fəqih vilayətinin mütləqliyi konstitusiyanın özündə də təsbit edilmişdir. Konstitusiyada qeyd olunur ki, burada fəqih üçün sadalanmış səlahiyyətlər nümunə xarakteri daşıyır. Çünki konstitusiyada bu hakimiyyətin mütləq olduğu vurğulanır. Konstitusiyada aydın şəkildə bildirilir ki, bu qanunlar vəliyyi-fəqihin səlahiyyətlərini məhdudlaşdırmır. Vəliyyi-fəqih kritik hallarda öz mütləq hakimiyyətindən istifadə edib addım ata bilər.
    İmam Rahilin fəaliyyətlərində də qeyd edilən həqiqətlər müşahidə olunur. Vilayəti-fəqihin səlahiyyət çərçivəsi konstitusiya ilə məhdudlaşmır. Məsələn, qanunların tənzimlənməsinə nəzarət edən məsləhət şurasının təşkili konstitusiyada nəzərdə tutulmamışdı. Bu iş vəliyyi-fəqihin səlahiyyətlərindən sayılmırdı. Amma imam Rahil mütləq vilayətinə əsaslanaraq bu işi gördü. Heç bir qanunda nəzərdə tutulmamış ictimai-siyasi və elmi şuraların təşkili vəliyyi-fəqihin səlahiyyətləri çərçivəsindədir. Vəliyyi-fəqih qanunda nəzərdə tutulmasa belə ruhanilər məhkəməsi kimi orqanlar təşkil edə bilər. Konstitusiyada göstərilir ki, rəhbər xalqın prezident seçkiləri ilə bağlı rəyini imzalayır. İmam Rahil xalqın seçdiyi prezidentlə bağlı "onu təyin edirəm” hökmünü qeyd edir. Əslində bu qeyd də konstitusiyada nəzərdə tutulmur. Konstitusiyada yazılmır ki, prezidenti rəhbər təyin edir. İmam Rahil bütün fəaliyyətlərində fəqihin mütləq vilayət səlahiyyətlərinə əsaslanırdı. Belə ki, fəqih İslam çərçivəsində cəmiyyətin məsləhətini nəzərə alaraq qərar çıxara bilər. Belə bir nöqtəni də nəzərdən qaçırmamalıyıq ki, heç bir ayə və rəvayətdə konstitusiyanın vilayəti-fəqihin səlahiyyətlərini məhdudlaşdırdığı bəyan olunmur. Bu müddəaya əqli dəlil də yoxdur.
    Mərceiyyət və vilayəti-fəqih
    Vilayəti-fəqih nəzəriyyəsi ilə bağlı suallardan biri budur ki, vilayəti-fəqih siyasi üsul-idarəsində təqlid mərcelərinin yeri nədir? Təqlid mərcələri ilə yanaşı vəliyyi-fəqihin olması ziddiyyətli deyilmi? Vilayəti-fəqih nəzəriyyəsinin qəbulu vahid mərceiyyətin inkarı deyilmi? Mərcə vəliyyi-fəqih olan cəmiyyətdə insanlar digər təqlid mərcələrinə təqlid edə bilərlərmi? Vəliyyi-fəqihlə təqlid mərcəsinin baxışlarında ixtilaf olduqda müqəllidlərin (təqlid edənlərin) vəzifəsi nədir? Həm təqlid mərcəsinin, həm də vəliyyi-fəqihin hökmünə eyni zamanda itaət etmək olarmı? Bu qəbildən olan suallar da mahiyyətcə eynidir. Bu mahiyyət mərceiyyətlə vilayəti-fəqih rabitələrinin müəyyənləşməsidir. İki məqam arasında münasibətlər müəyyənləşdikdə bütün suallar öz cavabını tapır.
    Mərceiyyətlə vilayəti-fəqih arasında rabitələrin müəyyənləşdirilməsi üçün təqlid mərcələrinin və vəliyyi-fəqihin səlahiyyətləri aydınlaşdırılmalıdır. Bu iki məqam, hökmlə fitva arasında fərqlər müəyyənləşdikdə suallar öz cavabını alır.
    Təqlid məsələsinin mahiyyətini açıqlayarkən deməliyik ki, insanlar dini məsələlərdə mərcə alimlərə təqlid etməyə vəzifəlidirlər. Qeyri-mütəxəssisin mütəxəssisə müraciət etməsi tam məntiqi bir işdir. Bəşər həyatının müxtəlif sahələrindən bu prinsipə əməl olunur. Bir şəxsin ictimai həyatın bütün sahələrini əhatə etmək gücündə olmadığını nəzərə alsaq, hər sahənin öz mütəxəssisinə müraciət edilməsi təbii görünür. Məsələn, ev tikmək istəyən şəxs layihə üçün mühəndisə müraciət edir. Tikintidə qaynaq işlərini bir mütəxəssis, digər işləri başqa mütəxəssislər yerinə yetirir. Su, qaz və telefon xətlərinin çəkilməsi üçün ayrı-ayrı mütəxəssislərdən istifadə olunur. Başqa bir misal. Bir şəxs xəstələndikdə həkimə müraciət edir. İnsanın xəstəlikdən yaxa qurtarması üçün onun həkimə, mütəxəssisə müraciət etməsi tam məntiqidir. Məsələn, həkim xəstəyə gündə üç növbə dərman qəbul etməyi tapşırır. Hansısa şərbətdən gündə iki qaşıq içmək, hansısa iynələrdən gündə bir dəfə vurdurmaq tapşırılır. Xəstə soruşmur ki, nə üçün bu dərmanı və gündə filan dəfə qəbul etməlidir? İnsan bu qəbildən ehtiyaclarla gün uzunu dəfələrlə rastlaşır. Dünyamızda problemi aradan qaldırmaq üçün "qeyri-mütəxəssisin mütəxəssisə müraciəti” prinsipi hamı tərəfindən qəbul olunmuş prinsipdir. Bu prinsip bəşər həyatında yeni bir şey deyil. Bəşəriyyət min illərdir ki, öz ehtiyaclarını aradan qaldırmaq üçün mütəxəssislərdən istifadə edir. Dini məsələlər də bu qəbildəndir. Dini vəzifəsini öyrənmək istəyən şəxs bu sahədə mütəxəssis olmadığından mütəxəssisə müraciət edir. Din sahəsində mərcə alimlər mütəxəssis sayılır. Onların tövsiyələri gündəlik dini fəaliyyətlərdə meyardır. Demək, ictihad dedikdə dini məsələlər üzrə ixtisas nəzərdə tutulur. Qeyri-mütəxəssisin mütəxəssisə müraciəti təqlid sayılır. Müctəhidin əməlləri və göstərişi mötəbərdir. Təqlidin mahiyyəti mütəxəssis olmayan şəxsin dini məsələlərdə müctəhidə müraciətindən ibarətdir.
    Amma vilayəti-fəqih təqliddən fərqli bir məsələdir. Vilayəti-fəqih dini hökmlər yox, cəmiyyətin idarəçiliyi ilə bağlı ictimai-siyasi fəaliyyətlərlə məşğuldur. Əqli və nəqli dəlillərə əsasən belə bir qənaətə gəlirik ki, cəmiyyət mötəbər bir şəxsin müdiriyyətinə ehtiyaclıdır. Bu şəxs ictimai məsələlərdə son sözü deməlidir. Şübhəsiz ki, ictimai məsələlərlə bağlı hərə öz baxışını ortaya qoya bilməz. Bu sahədə hökm və qanunlara ehtiyac var. Əks təqdirdə cəmiyyətdə hərc-mərclik yaranar. İctimai məsələ fərdi məsələdən fərqli şəkildə həll olunur. Yol hərəkəti nizamlanarkən biri qırmızı, digəri yaşıl, başqa biri sarı işığı qadağan işarəsi kimi qəbul edə bilməz. Bu işdə yekdil rəyə ehtiyac var. Bütün ictimai məsələlər bu prizmadan həll olunmalıdır. Vəliyyi-fəqih və onun tabeçiliyində olan təşkilatların işi dünyada mövcud hakimiyyətlərin işidir. Mövcud hakimiyyətlərin fəaliyyətləri bir mütəxəssis fəaliyyəti deyil. Onlar qanunlar nizamlamaqla cəmiyyəti idarə etməyə çalışırlar. Demək, vəliyyi-fəqihin qəbulu ixtiyari bir məsələ deyil. Məsələn, xəstə həkimə müraciət etdikdə həkimin yazdığı nüsxəyə əməl edib-etməməkdə azaddır. Kimsə dərmanları qəbul etmədiyi üçün onu məsuliyyətə cəlb etmir. Vilayəti-fəqih isə fərdi yox, ictimai bir məsələdir və onun tələblərinə əməl etmək zəruridir.
    Yuxarıda deyilənlərdən vəliyyi-fəqih və müctəhidin fəaliyyət istiqamətləri müəyyənləşir. Fitva vermək müctəhidin işidir. Təqlid mərcəsi bir mütəxəssis olaraq namaz və oruc kimi ibadətlərlə bağlı fitva verir. Fitva dedikdə təqlid mərcəsinin dini məsələ ilə bağlı baxışı nəzərdə tutulur. Təqlid mərcəsinin fitvası bütün digər mütəxəssislərin göstərişi kimi tövsiyə xarakterlidir. Müctəhid yalnız istəyənlər üçün məsələni aydınlaşdırır. Həmin fitvaya əməl edib-etməmək fərdin işidir. Hər bir şəxs müctəhiddən öz dini vəzifəsini soruşur və verilən tövsiyəni yerinə yetirib-yetirməməkdə azaddır. Vəliyyi-fəqihə münasibətdə isə vəzifəmiz başqadır. Əgər vəliyyi-fəqihdən hökm istənilirsə, bu hökmə əməl etmək vacibdir. Hökm dedikdə vəliyyi-fəqihin şəri hakim olaraq ictimai-siyasi məsələlərlə bağlı verdiyi göstəriş nəzərdə tutulur.
    Başqa sözlə, təqlid mərcəsi ümumi prinsiplər əsasında, vəliyyi-fəqih isə mövcud şəraitə uyğun hökm verir. Məsələn, şərab ümumi bir ünvandır. Onun müxtəlif növləri var. Təqlid mərcəsi fitva verir ki, şərab içmək haramdır. Bu fitva rəngindən, adından, qablaşdırılmasından asılı olmayaraq bütün kefləndirici mayelərə aiddir. Bəli, fəqihin işi şərabı tanıtdırmaq deyil. Fəqih yalnız bunu deyə bilər ki, şərab haramdır, limonad halal. Şərabı limonaddan fərqləndirmək müqəllidin işidir. Məsələn, fəqih fitva verir ki, düşmən sərhədləri pozduqda kişilərin iştirakı bəs edirsə, qadınlar iştirak etməməlidir. Amma kişilərin iştirakı kifayət etmirsə qadınların da iştirakı vacibdir. Təqlid mərcəsinin işi ümumi hökm verməkdir. Amma mövcud savaşda şəraitin necəliyini müqəllid özü müəyyənləşdirir. Təqlid edən şəxs özü aydınlaşdırmalıdır ki, bu savaşda kişilərin iştirakı kifayət edir, yoxsa yox. Vəliyyi-fəqihin hökmləri isə daha əhatəli çərçivəyə malikdir. Vəliyyi-fəqih göstəriş verir və onun necə yerinə yetirilməsinə nəzarət edir. Kimsə deyə bilməz ki, vəliyyi-fəqihin hökmünü yerinə yetirib-yetirməmək mənim öz işimdir. Məsələn, vəliyyi-fəqih hökm verir ki, hazırda qadınların cəbhədə iştirak etməsi vacibdir. Bu halda qadınların iştirakı şərən vacib olur. Bəzən bu hökm hökumət kökmü adlanır. Bu halda da fitva və hökm arasında fərq aydın olur. Adətən, gündəlik danışıqda müctəhidin fitvasına hökm deyilir. Məsələn, namazın hökmü belədir deyirik. Amma nəzərdən qaçırmamalıyıq ki, bu qəbil hallarda hökm sözü başqa məna bildirir. Vəliyyi-fəqihin hökmü ilə namazın hökmü fərqli həqiqətlərdir.
    Deyilənlərdən aydın oldu ki, müctəhidə müraciət mütəxəssisə müraciət sayıldığından insan müctəhidi özü seçə bilər. Başqa sahələrdə yaxşı mütəxəssis axtaran insan təqlid sahəsində də daha üstün bildiyi müctəhidə üz tuta bilər. Demək, cəmiyyətdə bir neçə müctəhidin olması təbii bir işdir. Amma ictimai məsələlərdə bu sayağı təqlid mümkün deyil. Məsələn, yol hərəkəti qaydaları ayrı-ayrı insanların səliqəsinə uyğun müəyyənləşdirilə bilməz. Düşüncə sahibi olan hər bir insan anlayır ki, ictimai məsələlərdə çoxsaylı mütəxəssis ola bilməz. Elə yol hərəkəti qaydalarının özünə münasibətdə bir neçə mütəxəssisin olması və hər sürücünün bir mütəxəssisə müraciət etməsi mümkünsüzdür. Bu halda cəmiyyətdə hərc-mərclik yaranar, asayiş pozular. Bu səbəbdən də ictimai məsələlərdə və cəmiyyətlə bağlı problemlərin həllində ilahi ünvan müəyyənləşdirilməlidir. Vilayəti-fəqih nəzəriyyəsində bu vahid ünvan vəliyyi-fəqihdir. Hətta başqa fəqihlər də ictimai problemlərlə bağlı ona tabe olmalıdır. Fəqihlər özləri də yazır və bəyan edirlər ki, əgər şəri hakim hökm versə heç bir fəqih bu hökmün qarşısını ala bilməz. Tarix boyu baş vermiş bir çox hadisələr, o cümlədən mərhum Mirza Şirazinin tənbəki əhvalatı deyilənlərə bir nümunədir. Mərhum Şirazi tənbəkidən istifadəni haram və imam Mehdiyə (əc) müxalifət elan etdiyi vaxt bütün təqlid mərcələri ona tabe oldular. Çünki fəqihin bu bəyanatı sadəcə bir fitva yox, vilayət hökmü idi.
    Təqlid mərcəsi və vəliyyi fəqihin işi ilə bağlı qeyd etdik ki, təqlid mərcəsi ümumi, vəliyyi-fəqih isə xüsusi, konkret ünvanlı göstərişlər verir. Təqlid mərcəsi və vəliyyi fəqih arasındakı digər bir fərq bundan ibarətdir ki, təqlid mərcəsindən mütəxəssisin rəyi öyrənilir və belə bir müraciət qeyri-mütəxəssisin mütəxəssisə müraciət növüdür. Vəliyyi-fəqihdən isə hökm istənilir. Yəni müctəhidin işi fitva vermək, vəliyyi-fəqihin işi hökm çıxarmaqdır. Digər bir fərq bundan ibarət idi ki, təqlid mərcəsi birdən çox ola bilər. Amma şəri hakim ünvanı ilə tanınan fəqih bir nəfər olmalıdır ki, cəmiyyətdə asayiş pozulmasın.
    Başqa bir sual yaranır: bir şəxs həm təqlid mərcəsi,həm də vəliyyi-fəqih ola bilərmi? Qeyd etməliyik ki, vəliyyi-fəqih mənsəbinə qalxmış şəxsin təqlid mərcəsi olması zəruri deyil. Vəliyyi-fəqih üçün zəruri şərt İslam hökmləri ilə tanışlıq və ictihaddır. Əlbəttə ki, vəliyyi-fəqih vilayət məqamına qalxmamışdan da təqlid mərcəsi ola bilər. Bütün cəmiyyətin təqlid etdiyi mərcə də vəliyyi-fəqih məqamına qalxa bilər. İslam respublikasının banisi imam Rahil həm təqlid mərcəsi, həm də vəliyyi-fəqih idi. Ayətullah Gülpayiqani, Ayətullah Ərakinin dövründə olduğu kimi mərceiyyət və vilayət məqamları bir şəxsdə cəmləşməyə də bilər. Bu halda cəmiyyət şəri hökmlərlə bağlı bir şəxsə, ictimai hökmlərlə bağlı başqa birinə üz tutur.
    Fəqih yoxsa daha fəqihin vilayəti?
    Məceiyyət və vilayəti fəqihlə bağlı digər bir sual budur ki, haqqında danışdığımız hakimiyyət fəqih, yoxsa daha fəqih şəxsin hakimiyyətidir? Bu sualın cavabı öncəki söhbətlərdə xülasə şəkildə aydınlaşdırıldı. Amma onun əhəmiyyətini nəzərə alaraq bu barədə bir qədər əhatəli məlumat veririk. İstənilən bir elm sahəsində alimlər və mütəxəssislər eyni səviyyədə olmur. Bir alim o birindən bilik və məharət baxımından fərqlənir. Məsələn, bir şəhərin kordioloqları arasında öz məharəti ilə tanınanlar olur. Bu insanlar eyni bir ixtisasa sahib olsalar da, səhiyyə nazirliyində mütəxəssis kimi qeydiyyata düşsələr də, onların elm və məharəti bir-birindən fərqlənir. Fəqihlər və müctəhidlər də belədir. Onların hər biri ictihad dərəcəsinə çatsa da, öz ixtisasında müəyyən səviyyəyə malik olur. Fəqihlər bu baxımdan "ələm” və "qeyri-ələm” adı ilə seçilir. Əksər fəqih və müctəhidlərin fikri budur ki, insanın ələm, yəni daha elmli müctəhidə təqlid etməsi vacibdir. Qeyri-ələmə təqlid etməyə icazə verilmir.
    Belə bir sualı cavablandırmalı oluruq ki, vəliyyi-fəqih fəqihlik baxımından başqa fəqihlərdən üstün olmalıdır, yoxsa onun başqalarından üstünlüyü zəruri deyil? Vilayəti-fəqih nəzəriyyəsinin isbatı barədə danışarkən qeyd etdik ki, vəliyyi-fəqih fəqihlik yanaşı başqa iki xüsusiyyətə malik olmalıdır. Bu xüsusiyyətlərdən biri təqva, digəri cəmiyyətə müdiriyyət məharətidir. Müdiriyyət xüsusiyyətinin özünün də müxtəlif qolları var. Demək, vəliyyi-fəqih üçün fəqihlik yeganə şərt deyil. Vəliyyi-fəqihi tanımaq üçün bütün zəruri xüsusiyyətlər nəzərə alınmalıdır. Hər xüsusiyyət dəyərləndirildikdən sonra ümumi qərar çıxarılır. Məsələn, bir şəxs universitetə rektor təyin olunarkən, bir neçə baxımdan tədqiq olunur. Bundan ötrü doktorluq, tədris müddəti, müdiriyyət təcrübəsi, elmi heyətin münasibəti nəzərə alınır. Rektor seçilərkən sadalanmış xüsusiyyətlərə malik şəxslər arasında müxtəlif baxımlardan üstünlük müşahidə edilir. Namizədlərdən birinin elmi səviyyəsi, digərinin müdiriyyət təcrübəsi, başqalarından üstün olur. Elə namizəd də olur ki, elmi və müdiriyyət səviyyəsi üstün olduğu halda ünsiyyət yaratmaq qabiliyyəti zəif dəyərləndirilir. Düzgün seçim aparmaq üçün bütün xüsusiyyətlər ayrıca dəyərləndirilir və orta nəticə çıxarılır. Kimin orta nəticəsi o birilərindən üstün olarsa, həmin şəxs rektor seçilir.
    Vəliyyi-fəqih təyinatında da problem belə həll olunur. Vəliyyi fəqih hər şeydən öncə üstün orta qiymət almalıdır. Namizədlərdən birinin elmi, birinin təqvası, üçüncünün müdiriyyət qabiliyyəti o birilərindən yüksək ola bilər. İlk növbədə hər üç xüsusiyyətdə başqalarından üstün olan şəxs seçilir. Vəliyyi-fəqih məqamına seçim üçün hər üç xüsusiyyətə zəruri həddə malik olmaq şərtdir. Nəticədə, fəqih, yoxsa daha fəqih şəxsin vilayəti ilə bağlı araşdırmanı üç istiqamətə bölə bilərik:
    1. İctihad baxımından hamıdan üstün olan şəxsdə təqva və müdiriyyət xüsusiyyətləri zəifdir. Öncə qeyd etdiyimiz kimi, seçimin birinci mərhələsində belə bir şəxs məqbul sayılmır.
    2. Bir şəxsin fəqihlik, təqva və müdiriyyət baxımından səviyyəsi o birilərindən üstündür. Bu şəxsə münasibətdə onun orta qiymət baxımından başqalarından üstün olub-olmaması araşdırılmalıdır.
    3. Namizədlər təqva və müdiriyyət baxımından eynidir. Amma bir namizəd o birilərindən daha elmlidir. Belə bir şəraitdə elm baxımından o birilərindən üstün olana imtiyaz verilir.
    Söhbətimizin davamında vəliyyi-fəqih və rəhbərin digər elm sahələrində mütəxəssisliyinin rolunu araşdırsaq yerinə düşər. Vilayəti-fəqihin sübutlarını araşdırarkən qeyd etdik ki, vilayət məqamına seçilən fəqihdə fəqihlik, təqva və müdiriyyət kimi xüsusiyyətlər olmalıdır. Sual oluna bilər ki, fəqih seçimində nə üçün hərbi və iqtisadi biliklər nəzərə alınmır? Rəhbərlik məqamında əyləşmiş şəxsin bu sahələrdə biliyinin zəif olması onun müdiriyyətinə təsirli deyilmi? Nəzərdə tutulmamış sahələrdə də mütəxəssis olan şəxsi mötəbər saymalı deyilikmi?
    Vilayəti-fəqih üçün zəruri sayılan üç şərtdə məqsəd budur ki, rəhbər İslam hökmləri və qanunlarının icraçısıdır. Şübhəsiz ki, vilayəti-fəqih məqamına seçilmək istəyən şəxs İslam qanunlarını dərindən bilməli, təqvalı olmalı (əməl məqamında şəxsi mənafeini yox, cəmiyyətin məsləhətini əsas götürməli), ictimai problemlərin mahiyyətinə vara bilməlidir. Bu üç xüsusiyyətdən biri olmadıqda cəmiyyət üçün böyük təhlükələr yaranır. Amma rəhbərin digər sahələrdə, məsələn, hərbi sahə və iqtisadiyyatda mütəxəssis olmaması bir o qədər də təhlükəli deyil. Rəhbər bu sahələrlə bağlı qərar çıxararkən ixtisas sahibi olan müşavirlərindən istifadə edir. Əlbəttə ki, bu prinsip təkcə vilayəti-fəqihə aid deyil. Yer üzündə mövcud olan bütün üsuli-idarələrdə rəhbər müşavirlərin köməyindən faydalanır. Elə bir rəhbər tapmaq mümkün deyil ki, bütün sahələrdə mütəxəssis olsun. Yalnız məsumlar belə olmuşdur. Digər rəhbərlərin müşavirlər vasitəsi ilə addım atması adi bir haldır. Vilayəti-fəqih üsuli-idarəsində, İslam cümhuriyyətində də bu prinsip əsasında hərəkət edilir. Rəhbər ayrı-ayrı sahələrlə bağlı qərar çıxararkən mütəxəssislərlə məsləhətləşir və son qərar verir. Vəliyyi-fəqihə bu sahədə yardım göstərən əsas qüvvələrdən biri məsləhət şurasıdır.
    Category: Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış | Added by: Islam_Kitabxanasi
    Views: 1089 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024