İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Etiqat » Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış

    Kitabın adı: Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış
    2011-09-03, 5:43 AM
    Altıncı fəsil
    Fəqihlər məclisi (xibrə) və vilayəti-fəqih
    Vilayəti-fəqih üsuli-idarəsinin zəruriliyi sübuta yetirildikdən və vəliyyi-fəqihin öz səciyyələri baxımından məsum imama ən yaxın şəxs olduğu qeyd edildikdən sonra belə bir şəxsin hansı yolla seçilməsi müəyyənləşdirilməlidir. Fəqihlər arasından rəhbərliyə hansı fəqihin seçilməsi yolu aydınlaşdırılmalıdır. Bu mövzu nəzərdən keçirilərkən müəyyən nöqtələri də aydınlaşdırmaq lazım gəlir. Bu nöqtələrdən biri vilayəti-fəqih və fəqihlər məclisinin rabitəsdir.
    Fəqihlər məclisi
    Bu gün İslam üsuli-idarəsində əsas məsələlərdən biri vəliyyi-fəqihin xibrə (fəqihlər) məclisi tərəfindən təyin olunmasıdır. Bu məsələni elmi və nəzəri baxımdan araşdırmaq fikrindəyik. Müəyyənləşdirməliyik ki, vəliyyi-fəqihin fəqihlər məclisi tərəfindən seçilməsinin elmi əsası var, yoxsa yox? Vəliyyi-fəqihin seçilməsi istiqamətində bir neçə yol nəzərdən keçirilə bilər. Vəliyyi-fəqihin xalq tərəfindən seçilməsi, özündən əvvəlki vəliyyi-fəqih tərəfindən təyin olunması, fəqihlər məclisi tərəfindən müəyyənləşməsi nəzərdən keçiriləcək yollardandır. Bu istiqamətdə başqa yollar da ola bilər. Amma biz nisbətən məntiqi görünən bu üç yolu araşdıracağıq. Qeyd etdiyimiz üç yoldan birinci və ikinci yol daha çox müzakirə edilir. Bu yollardan hər birinin mötəbərliyinin müəyyənləşdirilməsi o biri yolların da dəyərləndirilməsinə kömək edir. Biz vilayəti-fəqih mövzusundan danışarkən xalqın rəyi barədə müəyyən izahatlar verdik.
    Öncə vəliyyi-fəqihin xalq tərəfindən və fəqihlər məclisi tərəfindən təyin olunmasını nəzərdən keçirək. Araşdırmaya kömək üçün bir misal göstərək:
    Fərz edin ki, ölkənin riyaziyyatçıları arasında ən üstününü seçməliyik. Bu istiqamətdə ən məntiqi yol nədir? Ən üstün riyaziyyatçını xalqın rəyi əsasında, digər peşə sahiblərinin mülahizələrinə istinad edərək seçə bilərikmi? Bu işdə evdar qadınların, əkinçilərin, tələbələrin, həkimlərin nə kimi rolu ola bilər? Ayrı-ayrı peşə sahibləri ən güclü riyaziyyatçını seçə bilərmi? Aydın məsələdir ki, ən üstün riyaziyyatçını xalqın rəyi əsasında seçmək məntiqsiz addımdır. Bu gün də dünyanın heç bir ölkəsində ən güclü riyaziyyatçı başqa peşə sahiblərinin rəyi ilə seçilmir.
    Aydın məsələdir ki, ən güclü riyaziyyatçını eyni sahə üzrə mütəxəssislər müəyyənləşdirə bilər. Hazırda belə bir seçim aparmaq üçün ölkənin hər bir təhsil ocağı öz güclü riyaziyyatçısını müəyyənləşdirir. İkinci mərhələdə seçilmiş riyaziyyatçılar arasından ən üstünü müəyyənləşdirilir. Son mərhələdə hər şəhərdən seçilmiş riyaziyyatçılar arasında peşə ilə bağlı müsabiqə aparılır. Peşakar riyaziyyatçılardan ibarət münsiflər heyəti ölkənin ən güclü riyaziyyatçısını müəyyənləşdirir. İndi özünüz deyin, ölkənin ən güclü riyaziyyatçısını bu sahədən xəbərsiz xalq müəyyənləşdirməlidir, yoxsa peşəkar münsiflər heyəti?
    Vəliyyi-fəqihin təyinatında da eyni məntiqlə hərəkət olunmalıdır. Fiqh dinlə bağlı bir sahədir. Vəliyyi-fəqih fəqih, təqvalı və müdiriyyət məharətli bir şəxs olmalıdır. Görən belə bir seçimi mütəxəssis olmayan xalqa etibar etmək olarmı? Yoxsa bu seçimdə fəqihlərin rəyi daha mötəbərdir? Nə üçün ən güclü rityaziyyatçını seçərkən mütəxəssislərə, ən layiqli fəqihi seçərkən bu sahədən xəbərsiz xalqa müraciət edilməlidir? Əlbəttə ki, vəliyyi-fəqih bu sahədə mütəxəssis olan fəqihlər tərəfindən seçilməlidir. Bu gün də İslam respublikasının konstitusiyasında bu prinsip əsas götürülmüşdür. Vəliyyi-fəqih, rəhbər fəqihlər məclisi tərəfindən seçilir. Fəqihlər məclisinin tərkibi uzun illər boyu bu sahədə çalışmış fəqihlərdən təşkil olunmuşdur.
    Amma xibrə məclisindəki fəqihlər iki yolla seçilə bilər: məclisdə iştirak edəcək fəqihi həm fəqihlər, həm də xalq seçə bilər. Xalq bu sahədə mütəxəssis olmasa da, fəqihlər çox olmadığından müəyyən araşdırmalarla rəy verilə bilər. Məsələn, şəhərin yaxşı kordioloqunu müəyyənləşdirmək üçün xəstələr arasında sorğu keçirmək olar.
    Demək, vəliyyi-fəqihin seçimində nəzərdən keçirdiyimiz iki yoldan mötəbəri xalqın rəyinə yox, mütəxəssislərin rəyinə əsaslanmaqdır.
    Üçüncü yol rəhbərin özündən əvvəlki rəhbər tərəfindən təyin olunmasıdır. Bu yol dəqiqlik baxımından daha mötəbər olsa da, ona münasibətdə iki irad nəzərə çarpır. Əvvəla, düşmənlər vəliyyi-fəqihin bu yollla seçilməsindən sui-istifadə edir, İslam hökumətini istibdad hökuməti kimi tanıtdıra bilərlər. Hətta iyirmi il ərzində iyirmi seçki keçirmiş İslam məmləkəti diktatorluqda itdiham edilir.
    İkinci irad budur ki, öncəki rəhbər özündən sonrakı rəhbər seçimində qohumluq və dostluq əlaqələri səbəbindən tərəfbazlığa görə itdiham edilə bilər. Necə ki İslam peyğəmbəri (s) həzrət Əlini (ə) kürəkəni olduğu üçün canişin təyin etdiyinə görə itdiham olunur. Demək, rəhbərin özündən sonra üçün rəhbər təyin etməsi düşmənə bəhanə verməmək səbəbindən qeyri-münasib sayılır. Beləcə, nəzərdən keçirdiyimiz üç yol arasından daha elmi və məntiqi görünəni rəhbərin fəqihlər məclisi tərəfindən seçilməsidir. Bu üç yol haqqında lazımı araşdırmalardan sonra nəzərdən keçirmədiyimiz yolları da dəyərləndirmək olar.
    İrad
    Aydın oldu ki, vəliyyi-fəqihin, rəhbərin təyinatında ən məntiqi və əsaslı yol fəqihlər məclisinin qərarıdır. Amma fəqihlər məclisi ilə vəliyyi-fəqihin rabitəsində bir nöqtə aydınlaşdırılmalıdır. Bir tərəfdən xibrə məclisi rəhbəri təyin edir, digər tərəfdən bu məclis rəhbərin rəyi ilə etibarlı sayılır. Belə ki, xibrə məclisinin nümayəndəsi nəzarət şurasının rəyi əsasında seçilir. Yalnız nəzarət şurasının təsdiqi ilə nümayəndə səlahiyyətli sayılır. Nümayəndə nə qədər çox səs qazansa da, nəzarət şurasının təsdiqi olmasa xibrə məclisinə seçilmir. Nəzarət şurasının üzvləri isə konstitusiyaya əsasən vəliyyi-fəqih tərəfindən seçilir. Nəzarət şurasının baxışı ona görə mötəbər sayılır ki, bu şura rəhbər tərəfindən seçilmişdir. Xibrə üzvü nəzarət şurası tərəfindən, nəzarət şurası rəhbər tərəfindən təyin olunursa, əslində xibrə məclisi rəhbərin imzası ilə təsdiqlənir. Eyni zamanda, rəhbərin təyinatı xibrə məclisinin vəzifəsidir. Demək, xibrə məclisi rəy verməsə vəliyyi-fəqihin hökmü etibarsızdır. Eyni zamanda vəliyyi-fəqih dolayısı ilə təsdiqləməsə xibrə məclisi etibarsızdır. Fəlsəfədə isbat olunmuşdur ki, belə bir dairəvi rabitə yanlışdır.
    Bu iradı cavablandırmazdan öncə onun demokratik üsuli-idarədən qaynaqlandığını nəzərə almaq lazımdır. Demokratik üsuli-idarədə parlament tərəfindən tənzimlənən qanun xalqın rəyi əsasında mötəbər sayılır. Əgər xalq parlament nümayəndələrinə səs verməsə, parlamentin çıxardığı qanunlar etibarsızdır. Demək, xalqın rəyi parlament tərəfindən tənzimlənmiş qanunlara mötəbərlik verir. Sual olunur ki, demokratik-üsuli-idarənin təşkilində məclis və dövlət olmayan bir vaxt seçki qanunları hansı əsasla hazırlanır? Məsələn, qanunların səsvermə hüququ var, yoxsa yox? Seçki nəticələrinin mötəbər sayılması üçün hansı həd nəzərdə tutulmuşdur? Namizədlər üçün hansı şərtlər mövcuddur? Bu sualların necə cavablandırılmasından seçkilərin taleyi asılıdır. Demokratik üsuli-idarə təsisində birinci olan qərb dövlətlərində ilk əvvəllər qadınların səsvermə hüququ yox idi. Seçkilər qadınların iştirakı olmadan keçirilirdi. Əgər həmin vaxt qadınlar seçkilərdə iştirak etsəydilər, onların səsi bu günkü tarixə təsir göstərərdi. Hal-hazırda da İsveçdə səsvermədə qadınlar üçün məhdudiyyətlər nəzərdə tutulur. Sual olunur ki, demokratik dövlət və parlament olmayan bir vaxtda demokratik üsuli-idarə qurularkən seçki qanunları hansı əsasla tənzimlənir? Əgər birinci dövlətin təşkilində qanunlar əsassız olarsa, bu hal bütün sonrakı dövlətlərin qanuniliyini şübhə altına alır. Çünki ikinci dövlət və parlament birinci dövlət və parlamentin qərarları əsasında təşkil olunur. Əgər birinci dövlət və parlament qanuni əsaslar üzərində qurulmamışsa, onun qərarları da mötəbər deyil. Beləcə, ikinci dövlət və parlamenti qanuni edən birinci dövlət və parlamentin qanuniliyidir. Bu iradı aradan qaldırmaq üçün bir çox siyasətbazlar birinci seçkilərin şərti qanunlar əsasında keçirilməsini qaçılmaz sayırlar. Məsələn bu qəbil qanunlar yazılır: Seçicinin ən azı 16 yaşı olmalıdır; qadınların seçim hüququ yoxdur; seçicinin təhsili şərt deyil; seçkinin qanuni sayılması üçün üçdə bir səs toplanması vacibdir;
    Birinci seçkilərdən sonra birinci dövlət və parlament təşkil olunur. Göründüyü kimi, birinci seçkilərin qanuni əsası yoxdur. İkinci seçkilərə qanunilik verən isə birinci dövlət və parlamentdir. Qanuni əsası olmayan dövlət və parlament hansı əsasla ikinci dövlət və parlamenti qanuni edə bilər?
    Aydın məsələdir ki, uyğun iradla bağlı verilən cavab qənaətbəxş deyil. Xalq tərəfindən səs qazanmamış seçki qanunları üzərində qurulmuş üsuli-idarəni demokratik saymaq olmaz. Bir daha qeyd edirik ki, birinci seçkilər birinci dövlət və parlamentə qanunilik verir. Həmin seçkilərin isə qanuni əsası yoxdur. Bütün demokratik üsuli-idarələr qeyd etdiyimiz qanunsuz bünövrə üzərində qurulmuşdur. Bütün demokratik üsuli-idarələr bu yetərsizliklə üzbəüzdür. Onların uyğun sualla bağlı heç bir məntiqi cavabı yoxdur. Hazırkı dövrün əksər siyasətçiləri bu iradı qəbul edirlər. Xalqın rəyi əsasında qurulası olan demokratik dövlət əslində xalqın xəbərsiz olduğu bir bünövrə üzərində bərpa olmuşdur.
    Xibrə məclisi ilə vəliyyi-fəqih arasındakı rabitələr də oxşar iradla hədələnir. Amma bu irad vilayəti-fəqih üsuli-idarəsinin qanunsuz hesab olunması üçün məntiqi deyil. Uyğun iradla xalqın rəyi əsasında qurulası üsuli-idarələrə qarşı çıxmaq olar.
    Söhbətimizin əvvəlində qeyd etdik ki, vilayəti-fəqih üsuli-idarəsini xalqın rəyi yox, Allahın iradəsi qanuniləşdirir. Allahın hökmü isə zatən etibarlıdır. Bütün prinsipləri qanuniləşdirən səbəb olmalıdır. Allahın qanunu isə belə bir səbəbə ehtiyaclı deyil. Varlıq aləmində iradəsini həyata keçirmək Allahın haqqıdır. Vilayəti-fəqih nizamının qanuniliyi aşağıdakı ardıcıllıqla gerçəkləşir: Allah-taala vəliyyi-fəqihə, vəliyyi-fəqih isə parlament və dövlətə ixtiyar verir.
    Müxaliflər deyirlər: "Vəliyyi-fəqihə ixtiyar verən xibrə məclisidir. Hansı ki, xibrə məclisi vəliyyi-fəqihin imzası ilə mötəbər sayılır. Nəzarət şurası rəhbər tərəfindən təsdiqlənir, öz növbəsində xibrə məclisini təsdiqləyir, sonda xibrə məclisi rəhbəri müəyyənləşdirir. Bu irada cavab olaraq bir daha bildiririk ki, vəliyyi-fəqihə ixtiyar verən xibrə məclisi yox, məsum imam və Allah-taalanın təyinatıdır. Xibrə məclisinin vəzifəsi rəhbəri təyin etmək yox, imam Mehdinin (əc) təyin etdiyi rəhbəri üzə çıxarmaqdır. Təqlid mərcəsi seçərkən mütəxəssislərə üz tuturuq. Mütəxəssis fəqihlər mərcəyə səlahiyyət vermir, sadəcə onu üzə çıxarır. Əgər müctəhid ələmdirsə (daha elmlidirsə) ona ictihad və ya ələmlik verən bizim araşdırmamız deyil. Yox əgər nəzərdə tutulan şəxs müctəhid və ələm deyilsə, bizim araşdırmamız onu bu məqama qaldıra bilməz. Mütəxəssis rəyinin rolu budur ki, onların şəhadəti pərdə arxasında olanı üzə çıxarır. Bizim mövzumuzda da xibrə əhli rəhbəri sadəcə müəyyən edir. Onlar imam Mehdinin (əc) hökmü ilə vəliyyi-fəqih sayılan şəxsi tanıtdırırlar.
    Yada salaq ki, İslam respublikasının banisi imam Rahil ilk nəzarət şurasını təyin etdi. Nəzarət şurası xibrə məclisini müəyyənləşdirdi. Xibrə məclisinin vəzivəfəsi növbəti rəhbəri təyin etmək idi. Demokratik quruluşa ünvanlanan iradı bu ardıcıllığa tətbiq etmək olmaz. Əgər İmam Rahil hər hansı vasitə ilə xibrə məclisi təyin etsəydi və həmin məclis imamı rəhbər olaraq təsdiqləsəydi, irad yerli olardı. Belə bir misal göstərək: Əgər yanan şamdan kibrit çöpü alışdırsaq və həmin çöplə başqa bir çöp yandırsaq, birinci şamın sonrakı şamdan yandığını iddia etmək olmaz. Amma əgər birinci şam kibrit çöpü ilə yandırılardısa və kibrit çöpü həmin şamdan yanmış olardısa bunu oxşar halla müqayisə etmək olardı.
    İmam Rahilin başlanğıcda xibrə məclisi ilə heç bir bağlılığı yox idi. Amma onun rəhbərliyinin davamında xibrənin şəhadəti təsirli idi. İmam Rahilin rəhbərliyinin birinci dövrü uyğun iradla itdiham oluna bilməz. Amma sonrakı dövr haqqında sual vermək olar. Çünki rəhbərliyin davamı xibrə məclisinin təsdiqi ilə gerçəkləşirdi. Hansı ki, xibrə məclisi imamın hökmü ilə etibarlı sayılmışdı.
    Bu irada cavab verərkən belə bir misal göstəririk: kibrit çöpü birinci şamla alışdıqdan sonra həmin şam sönür və kibrit onu yenidən yandırır. Bu hlda kibrit çöpünün odunu şamın ikinci oduna bağlı saya bilmərik. Şamın ikinci odu kibritin oduna bağlıdır.
    İmam Rahil nəzarət şurasını təyin etdi. Həmin şura məclis nümayəndələrini müəyyənləşdirdi. Xibrə məclisi isə imam Rahilin ilkin rəhbərliyini yox, rəhbərliyinin davamını təsdiqlədi. İmamın rəhbərliyinin birinci dövrü xibrə məclisi yox, imam Mehdi (əc) tərəfindən təsdiqlənmişdir.
    Bir daha aydınlaşdı ki, söhbətimizin əsas mövzusunu təşkil edən irad vilayəti-fəqih yox, demokratik üsuli-idarəyə aiddir. Müxaliflər öz nöqsanlarını vilayəti-fəqihə də aid etmək istəyirlər. Amma vilayəti-fəqihin Allahın iradəsi kimi bir başlanğıcı var. Hansı ki, demokratik quruluş xalqın rəyinə əsaslanmalı olduğu halda öz başlanğıcını qaranlıq bir mənbədən götürmüşdür.
    Xibrə və ixtisas növləri
    Xibrə məclisi və onun üzvlərinə ünvanlanmış iradlardan biri budur ki, bu məclisdə müxtəlif mütəxəssislər yoxdur. Cavab olaraq bildiririk ki, konstitutsiyanın özündə rəhbər üçün şərtlər müəyyənləşmişdir. Elm, təqva və müdiriyyət nəzərdə tutulmuş əsas şərtlərdir. Xibrə məclisinin üzvləri isə fiqh baxımından mütəxəssis olmalıdır. Amma həmin fəqihlərin müdiriyyət baxımından bir şəxsi dəyərləndirməsi əsassızdır. Xibrə məclisinə irad tutulur ki, nə üçün bu məclisdə digər səciyyələri dəyərləndirəcək mütəxəssislər yoxdur. Rəhbərin hərbi qüvvələrin ümumi komandanı, siyasi və iqtisadi hakim kimi səlahiyyətləri var. Rəhbərdə bu xüsusiyyətlərin olub-olmamasını müəyyənləşdirmək üçün hərbi mütəxəssislərə, siyasi siyasətçilərə və iqtisadçılara ehtiyac var. Yalnız bu mütəxəssislər müəyyənləşdirə bilər ki, rəhbərdə həmin keyfiyyətlər mövcuddur yoxsa yox.
    Hazırkı irad xülasə şəkildə bundan ibarətdir ki, fəqihlər yalnız fiqh sahəsində mütəxəssisdirlər, hansı ki, vəliyyi-fəqih fiqhdən kənar bir sıra səlahiyyətlərə malikdir. Vəliyyi-fəqihin həmin səlahiyyətlərə qadir olub-olmadığını müəyyənləşdirmək üçün mütəxəssislərə ehtiyac var.
    Bu irada cavab olaraq bildiririk ki, əvvəla, xibrə məclisinə üzvlük üçün şərt təkcə ictihad deyil. Bu nümayəndələr ictimai-siyasi fəaliyyətlər üçün zəruri olan səciyyələri yalnız həmin sahələrlə tanışlıqları əsasında dəyərləndirə bilərlər. Bu məsələ xibrə məclisinə nümayəndə seçimində əsas meyarlardandır.
    Xibrə məclisinə üzv seçimində ictimai-siyasi məsələlərlə tanışlıq fəqih üçün şərt sayılır. Fəqih ən azı orta həddə bu məsələlərlə tanış olmalıdır. Bu məclisdə fiqhdən xəbərsiz mütəxəssislərin iştirakı digər sahələrdən xəbərsiz fəqihlərin iştirakı kimi yetərsizdir. Xibrə məclisi ictimai-siyasi məsələlərdən xəbərdar fəqihlərdən təşkil olunmalıdır. Məclis üzvünün həm fiqh, həm də siyasətlə tanışlığı zəruridir.
    İkincisi, fəqih üçün elm, təqva və müdiriyyət şərt sayılsa da, bu şərtlər əhəmiyyət baxımından bir-birindən fərqlənir. Vilayəti-fəqih nizamında bünövrə İslamdır. Digər ölkələrdə müdiriyyət və siyasət bacarığı əsas sayıldığı kimi vilayəti-fəqihdə də bu şərtlərin ödənməsi mühümdür. Sadəcə, vilayəti-fəqih üsuli-idarəsində əsas prinsip İslam və onun dəyərlərinin yayılmasıdır. Bu səbəbdən də, bu nizamın birinci şəxsi həm elm, həm də əməl baxımından İslam ölçülərinə münasib olmalıdır. Ona görə şərt qoyulur ki, bu nizamın rəhbəri ədalətli fəqih olmalıdır. Biz şərtlər arasında fiqhi ədalətdən önəmli sayırıq. Fəqih İslamı dərindən bilən şəxsdir. İslam üsuli-idarəsinin başında belə bir şəxs dayanmasa dini hökumətin gerçəkləşməsi mümkün olmaz. Dünyəvi hakimiyyətlərin əsas məqsədi cəmiyyətin idarə olunmasıdır. Həmin müdiriyyətdə İslam prinsiplərinin qorunub-qorunmaması əhəmiyyət daşımır.
    Bu səbəbdən də vilayəti-fəqih üsuli-idarəsində rəhbər üçün ən önəmli şərt İslam və İslam hökmləri ilə tanışlıqdır. Bu xüsusiyyət həyati əhəmiyyət kəsb edir. Həmin xüsusiyyətə isə hamıdan öncə fəqihlər və müctəhidlər malikdir. Qeyd olunduğu kimi, təqva, ədalət, ictimai siyasi məsələlərlə tanışlıq həm xibrə məclisində, həm də vəliyyi-fəqihin seçimində rol oynayır.
    Amma rəhbərin hərbi, iqtisadi və digər sahələrlə tanışlığı dünyanın heç bir məmləkətində prinsip kimi qəbul olunmur. Bir şəxsin həm hərbi, həm iqtisadi, həm ictimai-siyasi sahədə mütəxəssis olması mümkün deyil. Dünya ölkələrində rəhbər seçimində daha çox müdiriyyət bacarığı və ictimai-siyasi məsələlərlə tanışlıq nəzərə alınır. Digər sahələrlə bağlı sual yarandıqda həmin sahələr üzrə müşavirlər rəhbəri məlumatlandırır. İslam üsuli-idarəsində də rəhbər üçün əsas şərt siyasi bacarıq və müdiriyyətdir. Əlbəttə ki, bu üsuli-idarə İslami olduğundan fəqihlik və İslamla tanışlıq önəmli şərtlərdəndir. Digər sahələrlə tanışlıq isə zəruri şərtlərdən deyil. Müxtəlif sahələr üzrə mütəxəssis olan müşavirlər rəhbərə öz vəzifəsinin icrasında yardım göstərir.
    Demək, istər xibrə məclisində, istərsə də rəhbər seçimində hərb və iqtisadiyyat kimi sahələrlə tanışlıq zəruri sayılmır. Həmin sahələrlə orta həddə tanışlıq bəs edir. Əgər xibrə üzvləri məmləkətdəki ictimai durumla və beynəlxalq vəziyyətlə orta həddə tanışsa, bu tanışlıq rəhbər seçimində bəs edir.
    Söhbətimizin sonunda başqa bir iradı da nəzərdən keçirməyimiz yaxşı olar. Bəziləri irad tuturlar ki, nə üçün İslam təfsir, kəlam, fəlsəfə kimi sahələrdən ibarət olduğu halda. Rəhbər seçimində yalnız fiqh İslami bilik kimi qəbul olunur. Əgər seçilmiş rəhbər İslam üsuli-idarəsinə başçılıq etməlidirsə, onun fiqhdən əlavə təfsir və fəlsəfə kimi sahələrlə də tanışlığı zəruridir. Ləyaqətli rəhbər seçmək üçün xibrə məclisində təkcə fəqihlər yox, həm də təfsirçilər və filosoflar iştirak etməlidir.
    Yuxarıdakı irada cavab olaraq bildiririk ki, İslam üsuli-idarəsində icra işləri əsasən fiqhlə bağlıdır. İslam təlimlərindəki bir sıra sahələr mənəviyyatla, ailə ilə, paklıqla, ibadətlə bağlıdır. Cəmiyyətə müdiriyyətdə isə İslamın ictimai-siyasi hökmləri ilə tanışlıq zəruridir. Fəqih məhz bu sahələrdə o birilərindən bilikli olmalıdır. Əlbəttə ki, İslamın digər sahələri də mühümdür. Fəqih və fəqahət sözlərində o biri sahələrlə tanışlıq da nəzərdə tutulur. 

    Etimadsızlıqlar paradoksu
    Bəzən belə bir sual ortaya çıxır ki, xibrə məclisi rəhbəri, rəhbər də öz növbəsində xibrə məclisini səlahiyyətlərindən məhrum etsə, çıxış yolu nədir? Belə bir hal yaransa, rəhbərin hökmü, yoxsa xibrə məclisinin qərarı önəmlidir? Qeyd etməliyik ki, konstitusiyaya əsasən xibrə məclisinin vəzifələrindən biri rəhbərin işinə nəzarət etmək, lazım gəldikdə onu işdən kənarlaşdırmaqdır. Belə bir addım o zaman atılır ki, Allah eləməmiş, rəhbər ədalət və təqva yolundan çıxsın. Rəhbərin xəstəliyi və fiziki imkanlarının məhdudlaşması da belə bir addım atılması üçün səbəb ola bilər. Başqa bir hal da yarana bilər. Vəliyyi-fəqih əmin olar ki, mövcud xibrə məclisi fəaliyyətini davam etdirmək gücündə deyil. Bu halda vəliyyi-fəqih öz səlahiyyətlərindən istifadə edib məclisi buraxa bilər. Hansı ki, heç bir qanunda belə bir hüquq müəyyənləşdirilməmişdir.
    Əgər yuxarıda sadalanan variantlardan biri baş verərsə, heç bir problem yaranmaz. Problem o zaman yaranar ki, hər iki hadisə eyni zamanda baş versin. Yəni vəliyyi-fəqih məclisi, məclis isə vəliyyi fəqihi səlahiyyətlərindən uzaqlaşdırsın. Burada paradoks (ziddiyyət) yaranır. Belə bir məqamda millət və məmləkətin vəzifəsi nədir?
    Qeyd etməliyik ki, belə bir hal bütün dövlətlərin qarşısında yarana bilər. Yaxın keçmişdə Rusiyada belə bir vəziyyət yarandı. Həmin vaxt duma ilə prezident arasında oxşar münaqişə yaranmışdı. Dünyanın digər ölkələrində də buna bənzər hallar baş verir. Xülasə şəkildə belə deyə bilərik ki, ilkin verilən hökm qanuni sayılır. Hər iki hökmün eyni bir anda verilməsi inandırıcı deyil və belə bir hal bütün dövlətlər qarşısında yarana bilər.
    Amma belə bir nöqtəni qeyd etməliyik ki, xibrə məclisinin işi hökm çıxarmaq yox, müəyyənləşdirməkdir. Xibrə məclisi rəhbəri təyin etmir, onu vəliyyi-fəqih olaraq təqdim edir. Xibrə məclisinin işi təyinat yox, elan etməkdir. Xibrə məclisi yalnız elan edə bilər ki, öncə vəzifələrini yerinə yetirə bilən vəliyyi-fəqih artıq bu qüdrətə malik deyil. Əslində vəliyyi-fəqih zəruri şərtləri itirdikdə qanuni sayılmır. Xibrə məclisinin rəyindən asılı olmayaraq, zəruri şərtlərdən hər hansı biri ödənmədiyi halda vəliyyi-fəqih məqamındakı şəxs həmin vəzifədən uzaqlaşdırılmış sayılır. Bu məsələ vilayəti-fəqih üsuli-idarəsinin imtiyazlarındandır. Rəhbər üçün zəruri sayılan şərtlərdən biri ödənmədikdə onun öz qanuniliyini itirməsi özünəməxsus səciyyədir. Amma dünyaya nümunə göstərilən Amerika birləşmiş ştatlarında prezident açıq-aşkar bir cinayətə yol verdikdə onu cərimə edirlər. Cəriməni ödəmiş prezident bütün rüsvayçılıqlara baxmayaraq öz fəaliyyətlərini davam etdirir. Belə bir quruluşla müqayisədə vilayəti-fəqih üsul-idarəsi daha möhkəm, daha məntiqidir.
    İmam Mehdi (əc) hökumətinin bütün yer üzünə hakim olacağı, Əhli-beyt (ə) dövlətinin məqama çatacağı gün ümidi ilə söhbətimizi başa çatdırırıq
    Əlhəmdulillahi-Rəbbil-Aləmin
    Category: Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış | Added by: Islam_Kitabxanasi
    Views: 712 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019