İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhhabiləri belə gördüm

    Vəhhabiləri belə gördüm
    2012-04-11, 5:45 AM
    YOLUN ƏVVƏLİNDƏKİ MÜŞKÜLLƏR
    Allah Evinə səfər etmək niyyətində olan hər bir kəs Ali-Səud dövləti vasitəsi ilə icad olunan üzücü çətinlik və müşküllərlə qarşılaşır. Halbuki, kommunist və kafir ölkələrinə səfər etməyin bu qədər çətinliyi yoxdur. Amma Səud hakimləri öz yanlış siyasətləri ilə belə çətinliklər yaradır və adını da "hacılara ilk yardım və kömək” qoyur. Hacılar da vacib müqəddimati işləri yerinə yetirmək üçün bütün müşkül və çətinliklərə dözməyə məcbur olurlar.
    Burada onların vasitəsi ilə icad olunan müşküllərin bəzisini qeyd edirik:
    1-TƏYYARƏ BİLETİNİN QİYMƏTİNİN BAHALAŞDIRILMASI
    İlk növbədə insanın nəzər-diqqətini özünə cəlb edən şey budur ki, səfər (təyyarə) biletinin qiyməti adi günlərə nisbətən həcc günlərində daha çox artırılır. Məsələn, adi günlərdə biletin qiyməti 45 dinardır, amma həcc günlərində 90 dinara çatır. Görəsən bu cür ayrı-seçkilik bir növ cinayət deyilmi? Görəsən, belə günlərdə (həcc günlərində) hacılara yardım haqqında fikirləşmək lazım deyilmi? Yaxşı yadımdadır, Ali-Səud dövləti camaatı Qatar dövlətində keçirilən dördüncü tur idman yarışlarına (tamaşaçı kimi) kütləvi şəkildə təşviq edirdi. Hətta yol pulunu (gedib-qayıtmaq) ucuzlaşdırıb 5 dinar etmişdi. øHansı ki, adi günlərdə həmin qiymət 56 dinar idi.π Və hökumət öhdəsinə almışdı ki, (idman yarışlarında) təyyarə şirkətlərinə dəyən ziyanı ödəsin.
    Bu, Ali-Səud dövlətinin dini əqidə, Allah və Peyğəmbərlə heç bir əlaqəsi olmayan idman oyunları qarşısındakı, yuxarıda deyilənlər isə dinə zidd olan bu dövlətin hacılar və həcc mərasimi qarşısında göstərdiyi üzdəniraq "əliaçıqlığıdır”.
    Görəsən bütün rahatlıq vasitələrini və mümkün olan yardımı hacıların ixtiyarında qoymaq lazım deyildirmi? Belə bir dəlil gətirilə bilər ki: "Həccin xərcləri ağırdır, dövlət də o xərcləri təmin etmək üçün biletin qiymətini qaldırmağa məcburdur.” Cavab bu olar ki: Bəs nə üçün Səud dövləti neftdən gələn gəlirin bir qismini həcc xərcləri üçün sərf etmir?
    Soruşmaq lazım deyildirmi ki, neftdən gələn milyardlarla dollar harada məsrəf olunur? Və ehtiyatlar necə, hansı yolda və nəyə məsrəf olunur? Bütün bu sərvətlər əslində qeyri-İslami hərəkatların yaradılmasına, azğın, yoldan azmış partiyaların qüvvətləndirilməsinə, muzdur hökumətlərin möhkəmləndirilməsinə, kütləvi qırğın silahlarının alınmasına və nəticədə ərbablarının ciblərini doldurmağa, fəsad və fahişə mərkəzlərində və s. yerlərdə əyyaşlıq və eyş-işrətə sərf olunur. Təəccüblü burasıdır ki, qəsbkar Səudiyyə dövləti bütün bu deyilən səhələrdə lazımi xərci təmin edə bildiyi halda, həcc mövsümündə hacıların xərclərini təmin etmək məqsədi ilə səfər biletlərinin qiymətini qaldırır.
    2) VİZANIN DÜZƏLDİLMƏSİ ÜÇÜN 12 DİNAR
    Səudilər viza düzəltmədə Fars körfəzi məntəqəsində yaşayan hər bir adamdan 12 dinar məbləğində pul alırlar. Görəsən bu qəsbkar dövlətin pula olan ehtiyacı bir belə çoxdur ki, binəva hacılardan bu qədər pulu zorla alır?! Görəsən, Şəriət qanunları bir möhür vurmaqdan ötrü 12 dinar alınmasına icazə verirmi? Görəsən belə bir malın yeyilməsi Allahın nəhy etdiyi qeyri-şəri gəlir və batil mallar sırasında deyildirmi? Həqiqətdə, Səudi qəsbkarlarının Allah evinin hacılarından aldıqları "cərimə hesab olunmurmu?
    Qeyd olunmalıdır ki, adi günlərdə viza üçün 2 dinar pul alınır, amma həcc mövsümündə bu məbləğ 12 dinara çatır.
    3) HACILARIN SƏRGƏRDAN OLUNMASI
    Kaş ki, müşküllər elə bu deyilənlərlə qurtaraydı! Amma iş bununla qurtarmır. Səudilər öz rəftar və əməlləri ilə hacıları get-gələ salıb sərgərdan edirlər. Mən bir hacı kimi, dəfələrlə əlimdə pasport ola-ola təyyarə meydanından səfirliyə və əksinə olan yollarda get-gələ düşmüşəm. Onlar hacıları yalan vədələrlə ələ salıb gülür, nalayiq sözlərlə təhqir edirdilər. Onların səfirliyinə daxil olan vaxt səfirlik işçilərini kreslo üzərində oturmuş və otaqların fəzasını dolduran haram musiqiyə qulaq asan halda görürdük. Özü də İslamın nümayəndəliyini, Quranın müdafiəçisi, dinin himayəçisi iddiasını edən bir dövlətin səfirliyi!
    Bundan daha acınacaqlı bir hadisəni qeyd etmək istəyirəm. Bir müddət bundan əvvəl Ali-Səud dövlət radiosuna qulaq asanda bir veriliş diqqətimi cəlb etdi: Hökumət axundlarından biri İslamda ğinanın (haram musiqinin) haram olması barədə söhbət edirdi. Onun çıxışı qurtarandan sonra, heç bir şey olmamış kimi, radio estrada musiqisinə başladı.
    Aydın olur ki, Səud qəsbkarları üzlərinə İslam pərdəsi çəkmiş, qanunları və radioları isə əsil İslamın möhtəvasından xəbərsizdirlər.
    4) HƏCCİN AĞIR VERGİSİ
    Hacılar, viza düzəltmək üçün etdikləri çoxlu səy, çəkdikləri əziyyətdən sonra yeni bir böyük mane ilə rastlaşırlar. O da 1219 riyal Səudi pulu (=100 Küveyt dinarı və ya 130 İraq dinarı) ödəməkdir. Bu məbləğ təyyarə limanına buraxılış vərəqəsi almaq üçün alınır.
    Təbiidir ki, bu məbləğdə pulun ödənilməsi hacılarda nifrət hissi oyadır, onları etiraz səslərini ucaltmağa məcbur edir. Şair deyir:
    Əgər nalə edən mən, qulaq asan sən olsan,
    Bir yerə çatmayan şey yalnız fəryaddır.
    Mən məs”uliyyətli işçilərin birindən soruşdum:–Bu qədər pulun alınmasının səbəbi nədir?
    Dedi:–Buna görədir ki, dövlət hacıların məskən, çadır, yemək və s. kimi xərclərini öhdəsinə almışdır!
    Dedim:–Axı mənim həcc səfərimin xərclərinin hamısını həcc karvanlarından biri öhdəsinə almışdır!
    Dedi:–Bizim vəzifəmiz yalnız bu məbləği almaqdır və bu bizə verilən göstərişdir.
    Dedim:–Məgər sən özün demədinmi ki, bu məbləğ həcc xərcləri üçün alınır?
    Dedi:–Bəli!
    Dedim:–Bəs bizim karvanımız başqa karvanlar kimi mənzil, yemək və bu kimi səfər xərclərini necə almışdır?
    Məni qane edə biləcək bir cavab tapmadıqda üz-gözünü turşudub qışqırdı:–Sus! İstəmirsiniz həccə gəlməyin!
    Bəli... Səudiyyə dövləti qulluqçularının Allah Evinin hacıları ilə etdikləri rəftar bax bu cürdür!
    Aydındır ki, onlar dəlil və məntiq qarşısında məhkum olunduqda, zorakılığa, kobudluğa əl atırlar. İndi daha artıq məlumat üün hörmətli oxucuların diqqətini məndən alınan məbləğlərə cəlb edirəm:
    Biletin bahalaşdığı üçün 46 dinar
    Viza üçün 12 dinar;
    Həcc vergisi üçün 100 dinar;
    Cəmisi 158 dinar.
    Bu məbləğin hesabı təyyarə limanında, Məkkə-Mədinə yolundakı yoxlanış məntəqələrində bizdən alınan məbləğdən ayrıdır.
    (Bu kitabda qeyd olunan rəqəmlər, keçmişə adiddir, indi daha da artmışdır.)
    Allah-Taala buyurur: "Öz mallarınızı batil və boş yerə sərf etməyin.”("Bəqərə surəsi, 188 ) Bu ayədən aydın şəkildə məlum olur ki, Allah-Taala bizə nahaq mal götürməyi qadağan etmişdir. Amma vəhhabilər bu və yüzlərlə başqa ayənin xilafına olaraq əməl edir. Bununla da istismarçılara satıldıqlarını isbat edirlər.
    UÇUŞLARDA TƏXİR VƏ NƏZMSİZLİK
    Riyazdan uçuş namünasib bir vaxta–gecə saat 3-ə təyin edilmişdi. Hacılar dəstə-dəstə təyyarə meydanına gəlib təyyarəni gözləyirdilər ki, onları təyin olunmuş vaxtda Mədinəyə, yaxud Cəddəyə aparsın. Amma təyyarə meydana sübh saat 5-də oturdu və biz üç saat yarım təxirlə yola düşdük. Əlbəttə, başqa hacılardan da eşidirdik ki, onların da uçuşu təxirə salınıb və həccin bütün uçuşları təyin olunmuş vaxtdan bir neçə saat sonra olmuşdur. Bu da Səud hakimlərinin nəzmsizlik və inzibatsızlığı qəsdən törətdiklərinə bir sübutdur. Bəlkə də buna inana bilməyəsiniz ki, doslarımdan bəziləri iki gecə-gündüz təyyarənin gəlişini gözləyirdilər!
    Şübhəsiz ki, belə nizamsızlıq müstəmləkəçi əllərin (camaat arasında nifrət və soyuq münasibət yaratmaq üçün) mövcud olduğunu göstərir.
    Bu barədə indoneziyalı dostlarımdan biri nəql edirdi ki, İndoneziya dövləti bu ölkənini hacıları ilə çox sərt rəftar edir. Hacılar min bir zəhmətə qatlaşdıqdan sonra buraxılış vərəqəsi düzəldib müəyyən olunmuş vaxtda, məsələn, axşam saat 7-də ailəsi və qohum-əqrəbası ilə birlikdə aeroporta gəlirlər, amma saatlarla təyyarənin aeroporta gəlməsi üçün intizarda qalırlar. Bu intizar o biri günün sübhünə qədər davam edir, nəticədə yorğunluq onların canlarını üzür. Elə bu vaxt onlar mikrofondan bir nəfərin səsini eşidirlər: "Uçuş günortadan sonra saat 4-ə keçirilmişdir.”
    Hacılar vədə verilmiş vaxtda aeroporta qayıtdıqa, yenə də saatlarla təyyarəni gözləməli olurlar. Birdən eşidirlər ki, təyyarədə texniki nasazlıq var və mühəndislər təyyarəni təmir etməyə məşğuldurlar. Buna görə də uçuşun vaxtı gecə saat 11-ə keçirilmişdir!!
    Belə-belə oyunlar yalnız həcc mövsümündə ardıcıl surətdə təkrar olunur. Amma Amerikaya və ya Avropaya uçmaq istəyənlər üçün uçuş vaxtının hətta bir dəqiqəsi belə dəqiq bir plan üzrə izlənilir.
    TƏYYARƏDƏ GÜNAH
    Təyyarəyə mindikdə hər tərəfdən haram musiqi səsi eşidilirdi. Biz ibadət səfərində olduğumuzdan və Allah Evinə tərəf hərəkət etdiyimizdən, fasid müğənni qadınların ehtiras yaradan səslərinin təyyarədə yayılmasından çox təəccüblənirdik.
    Buna görə xidmətçilərdən birinə dedim:–Lütfən, bu səsləri kəsin; bu səslər Allahın qəzəbləndiyi və şeytanın sevdiyi səslərdir.
    Mənə dedi:–Səudiyyə dövləti göstəriş verib ki, bütün uçuşlarda musiqi qoyulsun.
    Dedim:–Həcc səfərində də?
    Dedi: Bəli!
    Bir neçə dəqiqə keçməmiş xarici qonaqlara xidmət göstərən bir neçə qadın sinələri və başları açıq halda zahir oldu və ehtiraslı təbəssümlərlə qonaqlara xörək və su verməyə başladılar. Ürəkdən qəmli bir ah çəkib öz əlləri ilə zillət və xarlıq yolunu seçən müsəlmanların vəziyyətinə təəssüflənərək Quranın bu ayəsini fikrimdə canlandırırdım:
    "Özünüzdə süstlüyə və qəm-qüssəyə yol verməyin. Halbuki, siz üstünsünüz–əgər möminsinizsə.”("Ali-İmaran” surəsi, 139 )
    CƏDDƏ AEROPORTUNDAKI ZƏLİLLİK VƏ XARLIQ
    Cəddə aeroportunda müşahidə etdiyim hadisələr hacıların zillət və xarlığa salınmasından, onlara qarşı edilən diqqətsizlik və səhlənkarlıqdan söz açırdı.
    Təyyarəmiz Cəddə aeroportunda endiyi vaxt, sərnişinlər eləcə oturub pilləkən qoyulmasını və buraxılış salonuna getməyi gözləyirdilər.
    Təyyarə ilə etdiyim səfərlərdə həmişə görmüşdüm ki, təyyarə yerə enən kimi dərhal pilləkən qoyulur. Amma həcc səfərində aeroport işçiləri bizi uzun müddət təyyarədə saxladıqdan sonra pilləkən qoydular. Hacılar belə təsəvvür edirdilər ki, rəsmi şəxslər onları qarşılayacaqlar. Çünki, onlar əvvəla, Allah Evinin qonaqları idilər. İkincisi, onlardan 158 dinar məbləğində pul almışdılar. Amma mən səudilər və onların yaramaz, sərt münasibətləri haqqında bəzi şeylər eşitdiyim üçün, onların tərəfindən hörmət gözləmirdim. Əlbəttə, mənim bu intizarım yersiz deyildi, elə belə də oldu. Təyyarədən endikdən sonra hacıları (aralarında qadın, uşaq, xəstə və yaşlı adamlar var idi) əsirlər kimi qızmar günün altında uzun bir sıraya düzüb saxladılar. Bir müddət sonra nəhayət, bizi kiçik bir salona apardılar. Orada bir neçə əyri, sınıq-salxaq stul və salonun bir küncündə tualetin üfunətli və ürəkbulandıran iyi xoşagəlməz bir mənzərə yaratmışdı.
    45 dəqiqə orada qaldıq. İstinin şiddətindən bədənimizdən tər axırdı. Uşaqlar susuzluqdan ora-bura qaçırdılar, amma su tapmaq qeyri-mümkün idi. Salonun küncündəki su krantında da su yox idi. Hacılar salon işçilərindən gecikmənin səbəbləri barədə soruşduqda, qışqırıq və təhqirlə üzbəüz olurdular. Təqribən bir saatdan sonra bir kameradan başqa kameraya aprılan dustaqlar kimi bizi başqa bir salona apardılar. Orada cəllad kimi dayanmış vəhhabi məmurlarından bir neçəsi hacıların çamadanlarını vəhşicəsinə yoxlamağa, ələk-vələk etməyə başladılar.
    Şübhəsiz, bəzi qeyri-müsəlman ölkələrində xarici qonaqlara ehtiram əlaməti olaraq, qonaqların zillət və xarlıq hissi keçirməmələri üçün onların çamadanlarını yoxlamırlar ki, həmin ölkədən gözəl təəssürat və xoş xatirələrlə qayıtsınlar. Amma görəsən, vəhhabilər Allah Evi qonaqlarının çamadanlarını nəyə görə yoxlayırdılar?! Görəsən, spirtli içkilər, seks şəkilləri, yaxud qumar və musiqi alətləri axtarırdılarmı? Əgər deyilən əşyaları axtarırdılarsa, bu əşyalar elə onların öz ölkələrində, hətta hakimlərin (dövlət işçilərinin) saraylarında istədiyin qədər vardır. Bəs nə axtarırlar? Doğrusu budur ki, onlar dinə aid olan şeyləri, o cümlədən Quran, dua, ziyarət və həccin qayda-qanunları yazılan kitabları axtarırdılar. Əgər tapılmış Quran Ərəbistanda çap olunmamışdırsa, dərhal yandırırlar.
    Həmçinin zəvvarlardan həccin əməlləri barədə olan bir kitab tapsalar zorla alıb cırırlar. Çamadan yoxlama və təftiş salonundan çıxan vaxt qapının astanasında bir vəhhabi gördüm: Cəllad kimi dayanıb buraxılış vərəqələrini yoxlayırdı. Fars körfəzi ölkələrinin pasportu olan şəxslərin çıxmasına icazə verir, yerdə qalanların isə pasportunu alıb xüsusi bir kabinetə təhvil verir və 4 saatdan sona şəxsin özünə qaytarırdılar. Biz elə fikirləşirdik ki, pasportlarımız deyilən kabinetdə hazırdır. Buna görə də 4 saatdan sonra ora müraciət etdik. Deyildi ki, pasportlar hələ kabinetə çatmayıb! Görəsən, bu səhlənkarlıq doğrudan da o kabinetlə aeroportun arasında olan yolun uzaq olmasına görə idi? Halbuki, bu məsafə bir neçə metrdən artıq deyildi. Nəhayət 24 saatlıq çarpışma və get-gəldən sonra öz pasportlarımızı Səudiyyə məmurlarının caynaqlarından ala bildik. Amma görəsən müşküllər burada sona çatırdımı? Əsla yox!
    Cəddədən Mədineyi-Münəvvərəyə tərəf hərəkət etdik. Bu iki şəhərin arasındakı məsafə 7 saatlıq bir yoldur. Yol boyu çoxlu yoxlama məntəqələri vardı. Postların hər birində yarım saat avara qalırdıq. Yolun uzaqlığı, uzunmüddətli yubanmalar və havanın qızmar istisini də nəzərə alsaq, Allah Evi ziyarətçiləri bu acınacaqlı vəziyyətə necə dözə bilərdilər? Cəddə, Mədinə və Məkkə arasında yolların darısqal və basırıq olması ilə əlaqədar yol hadisələrini hələ demirik.
    Hacılar öz-özlərindən soruşurdular ki, nə üçün bu şəhərlər arasında ikitərəfli və bir-birindən ayrı olan yol salmırlar? Nə üçün Allah verən nemət və sərvətləri Allah qonaqları və Onun bəndələrinin rifahına sərf etmirlər? Amma özləri üçün göydələn binalar tikirlər!
    Axşam Mədineyi-münəvvərəyə çatdıq. Sevinc və şadlıqdan özümüzə sığmırdıq. Sevinirdik ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in şəhərinə sağ-salamat gəlib çatdıq. Sonrakı gün sübh tezdən dəstəmaz alıb Peyğəmbərin qəbrini ziyarət etmək üçün yola düşdük.
    HƏCC ƏMƏLLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNDƏKİ ÇƏTİNLİKLƏR
    1) Musiqi səsi (qina)
    Peyğəmbər məscidinə gedən küçədə gəzirdik. Birdən musiqi lentləri satılan bir mağaza diqqətimi özünə cəlb etdi. Həmin mağazanın qapısından asılmış fonda cürbəcür qina səslənirdi. Bu mağaza Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbrinə ən yaxın olan Əbuzər küçəsində idi. Mən bu mənzərəni gördükdə narahatlıq və qəzəbdən özümü saxlaya bilmədim. Dükançının yanına getdim, salam verib mülayim səslə dedim:–Ay qardaş, bütün müsəlmanların və məzhəblərin nəzərində qinaya qulaq asmaq haramdır. Üstəlik, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbrinə yaxın olduğunuza görə sizin günahınız daha çoxdur. Buna görə xahiş edirəm Peyğəmbərin qəbrinə ehtiram olaraq musiqi səsini kəsin və onun yerinə Quran kasseti, yaxud hacıların "Allahummə ləbbeyk” səsini qoyun.
    Bir vəhhabi olan dükançı qəzəblə cavab verdi:–Rədd ol! Sənə dəxli yoxdur!
    Dedim:–Mən öz vəzifəm olan əmr-be-məruf və nəhy-əz münkərə əməl edib, Allah hökmünü sənə aydınlaşdırıram. İndi isə özün bilərsən!
    Onu boşladım. Amma Peyğəmbər qəbrinin yanında və açıq-aşkar surətdə günaha yol verilməsindən narahat olub təəssüfləndim. Əgər belə günahlar qərb ölkələrində baş versəydi, heç də təəccüblü bir şey olmazdı. Çünki küfr ölkəsində, fitnə-fəsadın baş alıb getdiyi bir yerdə bu təbii bir işdir. Amma müsəlman ölkəsində, Mədineyi-münəvvərədə nəyə görə belə olmalıdır?
    Bu günahların əksəriyyəti kafir və kinli müstəmləkəçiləri xoşhal etmək üçün vətənə, dinə və millətə xəyanət edən nadan hakimlərin boynundadır...
    Dodaqaltı "Əssəlamu əleykə ya Rəsuləllah, əssəlamu əleykə ya Həbibəllah” deyə zümzümə edərək Peyğəmbər məscidinə daxil oldum. Ziyarət kitablarında olan qaydada ziyarət əməlini yerinə yetirdim. Vəhhabilərin nəzəriyyələrinin əksinə olaraq Peyğəmbərin mənim sözlərimi eşitməsinə, məni dərk etməsinə və salamımın cavabını verməsinə imanım var idi. Təkcə Allah bilir ki, Həzrətin qəbrinin kənarında durduğum o nurani anlar necə səfalı idi! Qələmin uşaqlıqdan arzusunda olduğum o anların vəsfini yazmaq qüdrəti yoxdur. O hal mənim ən xoşbəxt anlarımdan idi. O an mənim Əhli-Beyt (əleyhimussalam)-a olan iman və məhəbbətimin coşduğu anlar idi.
    Category: Vəhhabiləri belə gördüm | Added by: Islam_Kitabxanasi
    Views: 978 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024