İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhhabiləri belə gördüm

    Vəhhabiləri belə gördüm
    2012-04-11, 5:42 AM
    ZƏRİHİ(Zərih-qəbrin dörd tərəfinə çəkilən dəmir şəbəkəyə deyilir.) ÖPMƏYİN QİMƏTİ
    Ziyarətnaməni oxuyub qurtardıqdan sonra qəbrin zərihinə üz tutdum. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə olan eşq-məhəbbətim xatirinə qərara aldım ki, zərihi öpəm. Amma qəfildən zərihin yanında dayanmış bir qrup vəhhabi ilə qarşılaşdım. Bu cəlladlar üzləri ziyarətçilərə və arxası Peyğəmbərin qəbrinə tərəf (!) dayanmışdılar və hər birini əlində uzun bir şallaq var idi. O şallaqla qəbri öpmək istəyən hər bir kəsi vurur vəsöyürdülər.
    Onlar Peyğəmbərin qəbrini öpmək istəyən hər bir ziyarətçini "it”, "zındıq” və "müşrik” kimi sözərlə təhqir edərək zərihdən uzaqlaşdırırdılar. Bu söyüş kəlmələri onlar üçün adi hal olmuşdu və hacılar bunları tez-tez eşidirdilər. Onlardan birinə dedim:–Nə üçün Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) qəbrinin ziyarətçilərini belə çirkin sözlərlə çağırırsınız? Məgər müsəlman deyillərmi?
    Qəzəblə "Xeyr, onlar müsəlman deyil!”-deyə cavab verdi.
    Belə bir acınacaqlı mənzərəni görəndə dayanıb öz-özümə dedim: "Görəsən, canımı dişimə tutub Peyğəmbərin qəbrinin zərihini öpüm, yoxsa canım salamat qalsın deyə, bu işdən əl çəkim?” Gördüm ki, eşq-məhəbbət məni məcbur edir ki, zərihi öpəm, hətta baha başa gəlsə belə. Öz-özümə dedim ki, biz öz övladlarımızı məhəbbətdən öprürük. Quranı da bundan ötrü öpürük ki, onun vərəqləri üzərində Allahın mübarək kəlamları yazılıbdır. Alimlərin əlini elm və bilik məqamlarının əzəmətinə görə öpürük. Ata-anamızın əlini onlara hörmət göstərmək üçün öpürük. Amma məxluqatın əşrəfi və kainatın ağası olan Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in zərihini nə üçün öpməyək!?
    Zərihə tərəf yollandım. Vəhhabilərdən biri şallağı qaldırıb mənim zərihə çatmağımı gözləyirdi. Ona əhəmiyyət vermədən özümü zərihin üstünə atıb öpməyə başladım. Həmin halda şallaqla mənim baş-gözümə vururdular, amma mən özümü zərihə yapışdırıb eşq-məhəbbətin şiddətindən onu öpür, iyləyir və göz yaşı axıdırdım. Peyğəmbərə xitabən dedim: "Ey Allahın Peyğəmbəri, sən şahid ol ki, sənin hərəmində mənə necə kötək vurur, mənə qarşı necə hörmətsizlik edirlər. Sən şahidsən ki, sənin hüzurunda mənə rəva görülən bu münasibətlər və təhqirlər səni sevdiyimə görə və zərihi öpdüyümə görədir.”
    Məni rəhmsizcəsinə vuran vəhhabilərdən biri qışqırdı:–Ey it, ey zındıq (dinsiz) .... öpmə, haramdır!
    Üzümü ona tutub uca fəryadla dedim:–Mənim Peyğəmbərin zərihini öpməyim haramdır, amma sənin məni vəhşicəsinə döyməyin haram deyil?...
    Bundan sonra Peyğəmbərlə dərdləşib, zərihi öpüb ləms etdim və ayrıldım. Yalnız bundan sonra hiss etdim ki, başımdan və çiynimdən qan axır!
    Dedim: "Allaha şükür ki, Peyğəmbər qəbrinin zərihini öpməyin qiyməti bu oldu. Mən bununla iftixar edirəm. İnşallah, məzlumun qüvvəli və əziz, zalımın isə zəif və zəlil olacağı bir gündə onlardan intiqam alacağam!”
    Burada belə bir sual qarşıya çıxır ki, ziyarətçiləri və hacıları nə üçün vururlar?! Əgər qəbir öpmək vəhhabilərin nəzərində haramdırsa, bəs nəyə görə bu qeyri-adi fətvanı başqa məzhəb ardıcıllarına qarşı tətbiq edirlər!? Bu məsələni əsaslandırmaq üçün gətiriləcək bir dəlil vardırmı? Məgər Allah-Taala: "Camaatı hikmət, dəlil və gözəl nəsihətlərlə Allah tərəfinə dəvət et” buyurmayıb? Vəhhabilərin bu hərəkətləri gözəl nəsihətdirmi? Camaat çox asanlıqla Dəməşqdə həzrət Zeynəbin, Nəcəfdə həzrət Əmirəl-möminin Əli (əleyhissalam)-ın, Kərbəlada İmam Hüseyn (əleyhissalam)-ın, Dəməşqdə Həzrət Yəhya ibni Zəkəriyyanın, Məğribdə isə Həzrəti İdrisin qəbrini ziyarət edirlər. Nə üçün vəhhabilər Allah tərəfindən bəşəriyyəti yola düz yola hidayət etmək üçün göndərdiyi və bəşər üçün rəhmət mənbəyi olan əzəmətli Peyğəmbərə ehtiram etmirlər? Nə üçün onun müqəddəsliyini sındırırlar?
    Məhəmməd ibni Əbdül Vəhhabın dediklərini vəhhabilər təkrar edirlər. Çünki vəhhabilərin Məhəmməd ibni Əbdül Vəhhaba olan etiqadları Allaha və Onun Peyğəmbərinə olan etiqadlarından qat-qat çoxdur.
    Məsələn, Məhəmməd ibni Əbdül Vəhhab deyir: "Mənim əsam (çəliyim) Peyğəmbərin cəsədindən üstündür. Çünki mənim əsamdan fayda hasil olur, amma Peyğəmbərin cəsədinin heç bir faydası yoxdur.”("Kəşfül-irtiyab” kitabına bax.)
    Əlbəttə, aydındır ki, ibni Əbdül Vəhhab bunu deməmişdən öncə müsəlman idisə də, bu sözü ilə mürtəd olmuş, Quran və Peyğəmbərə qarşı çıxmışdır. Hər halda, başımdan qanın axıb yerə tökülməsi ilə məscidin murdar olacağından qorxub dərhal oradan xaric oldum, (başımı bağlamaq üçün) dövlətlərdən birinin tibb nümayəndəliyinə getdim. Başımı yuyub bağlatdırdıqdan sonra qayıdıb iki rəkət ziyarət namazı qılmaq və savabını Peyğəmbərə hədiyyə etmək üçün bir küncdə durdum. Elə bu halda qiyafəsindən vəhhabi alimlərinə oxşayan uzun saqqallı və gödək şalvarlı bir kişi mənə tərəf gəldi. Guya mənim döyülməyimə və yaralanmağıma narahat olurmuş kimi dedi:–Ay qardaş, Peyğəmbərin qəbrinin zərihini niyə öpürsən? Bu ki, şüursuz bir dəmir parçasıdır! Niyə onu öpürsən?
    Ona dedim:–Əyləşin, bu mövzu barəsində söhbət edək. Əgər haqq səninlə olsa, sən deyəni qəbul edərəm və sənin əqidənə əsasən əməl edərəm. Yox əgər haqq mənimlə olsa, haqqın qarşısında boyun əy və mənim əqidəmi qəbul edib gözümün önündə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in zərihindən öp!
    Dedi:–Eybi yoxdur... (və oturdu)
    Mən dedim:–Bil ki, Allah bizim bu məsciddəki söhbətlərimizə şahiddir, boş-boşuna mübahisələri və inadkarlığı kənara qoy. Çünki, bəhsdə məntiqi münasibət və qarşılıqlı anlaşma hakim olmalıdır.
    Razılaşdı. Ona dedim:–”Həcərül-Əsvəd”i öpmək barəsində fikrin nədir?
    Dedi:–Eybi yoxdur, hətta onu öpmək müstəhəbdir.
    Dedim:–Niyə?
    Dedi:–Çünki, o, Allah Evinin bir küncündə yerləşən daşdır. Allah Evinə mənsub olduğuna görə əzəmət və müqəddəslik kəsb etmişdir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) onu öpmüşdür, ona görə də onu öpmək caizdir.
    Dedim:–Deməli onu öpmək buna görə caizdir ki, Allah ona şərafət bəxş etmişdir. Hansı ki, daşdan başqa bir şey deyildir.
    Dedi:–Bəli.
    Dedim:–Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbri üstündə olan bu zərih də dəmirdir və bir tikə dəmir olduğunu nəzərə alsaq dəyəri yoxdur. Amma bu dəmir parçaları Allah Rəsulunun qəbri üstündə olduğuna görə özünə xas bir şərafət, dəyər və müqəddəslik tapmışdır. Kə”bənin pərdəsi də eynilə bu zərih kimidir. Allah Evində asıldığına görə dəyər və müqəddəslik tapmışdır. Elə buna görə də bu pərdə hər il Allah Evi ziyarətçiləri və böyük şəxsiyyətlərin arasında təbərrük kimi bölünür. Habelə Kə”bə Evini süpürmək üçün istifadə olunan süpürgə də hər il təbərrük kimi ziyarətçilərin arasında paylanır.
    İndiyə kimi eşitməmişəm ki, vəhhabilərdən hər hansı biri bu işə etiraz edə, yaxud onun haram olduğunu iddia edə və yaxud deyə ki, bu dağılmış süpürgələrin qonaqlar arasında paylanmasının heç bir qiyməti və dəyəri yoxdur. İndiyə kimi eşitməmişəm ki, Allah Evi qonaqlarından hər hansı biri bu süpürgələri qiymətsiz bir şey hesab etsin. Əksinə, Allah Evinin bütün qonaqları o süpürgələri çox böyük rəğbət və eşqlə öz ölkələrinə aparıb qiymətli bir hədiyyə kimi yadigar saxlayır və təbərrük kimi istifadə edirlər. Özləri də bilirlər ki, bu süpürgələrin qiyməti elə bazarda satılan süpürgələr qədərdir. Amma bu süpürgələrin qiymətli və müqəddəs olmasının səbəbi, Kə”bə süpürgəsi olmalarıdır.
    Bildiyimiz (və çatan rəvayətlərin də bu məsələni qüvvətləndirdiyi) kimi, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Kə”bədən çox-çox üstündür, hətta onun mübarək vücudunu heç bir şeylə müqayisə etmək olmaz. Buna görə də Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbrinə qoyulan dəmirlər özünə mənəvi bir dəyər, xas bir müqəddəslik tapmışdır. Onu öpmək də elə həmin qəbrin üstündə olmasına görədir.
    Ona dedim:–Başqa bir sualım da vardır: Quranı və ya onun vərəqlərini öpmək caizdirmi?
    Dedi:–Bəli.
    Dedim:–Nəyə görə? Məgər onun cildi kağız və ya dəridən düzəlməyibmi?
    Dedi:–Bəli, amma Quranın cildi onun möhtəvasındakılara görə özünə müqəddəslik tapmışdır.
    Dedim:–Doğrudur, Quranın cildi və vərəqləri Allah kəlamı və ayələri olduğu üçün müqəddəsdir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbri üstünə qoyulan bu zərih dimirdən düzəldilib, o əzimüş-şə”n həzrətin vücudu hesabına mənəvi dəyər tapmış və ehtirama, müqəddəsliyə layiq olmuşdur.
    Başqa bir sualım da vardır: de görüm sən öz uşaqlarını öpürsənmi? Çox üzr istəyirəm, həyat yoldaşını öpürsənmi?
    Gülümsəyib dedi:–Bəli.
    Dedim:–Amma vəhhabilərin məntiqinə görə sən müşriksən və gərək arvad-uşağını öpməyəsən!
    Dedi:–Yox! Mən müşrik deyiləm. Mən məhəbbətin şiddətindən onları öpürəm. Bu da sevgi və məhəbbətin təbii in”ikasından başqa bir şey deyildir.
    Dedim:–Afərin! Biz də elə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə qarşı olan iman və məhəbbətin şiddətindən onun zərihini öpürük.
    Əgər Peyğəmbər bizim aramızda olsaydı, mübarək üzünü, ələrini, hətta ayaqlarını da öpərdik. Amma indi bizim içimizdə yoxdur, buna görə də ona olan eşq-məhəbbətdən onun zərihini öpür, bu işlə öz mənəvi ehtiyaclarımızı təmin edirik.
    O, mənim sözlərimin məntiqi və ağlabatan olduğunu və möhkəm dəlillərlə rədd edə bilməyəcəyini gördükdə, daha mənim sözlərimi eşitmək istəmədi və ətrafdakılardan özündə bir qorxu hiss elədi. (Qeyd edim ki, bu mübahisənin davam etdiyi müddətdə məscid namaz qılanlar və ziyarətçilərlə dolu idi. Bizim söhbətlərimiz onlardan bəzilərinin diqqətini özünə cəlb etmişdi. Ona görə də oturub söhbətə qulaq asırdılar. Yavaş-yavaş onların sayı artmağa başladı. Elə bu da vəhhabi aliminin narahat olmasına səbəb olmuşdu.)
    O vəhhabi söhbəti kəsib məclisi yarımçıq qoymaq istəyirdi, mənsə çalışırdım ki, ona höccətimi tamam edəm, bəhanə yollarını bağlayam. Əlbəttə, arzu edirdim ki, Allah onu düz yola hidayət etsin, amma nəhayət mənə aydın oldu ki, bütün səylərim mənasızdır.
    Dedim:–Tarix kitablarında oxumuş olarsan ki, Peyğəmbərin qızı Fatimeyi Zəhra atasının qəbri üstünə gələndə qəbrin torpağından bir ovuc götürüb iyləyər və buyurardı: "Hər kəs Əhməd (səlləllahu əleyhi və alihi və səlləm)-in türbətini iyləsə, heç vaxt başqa ətirləri iyləməz. Mənim başıma gələn bəla və müsibətlər gündüzün başına gəlsəydi, gecə olardı.”
    Dedi:–Bəli, bu mətləbi İbni Covzinin "Əl-vəfa” kitabında və başqa kitablarda oxumuşam.
    Dedim:–Dünya qadınlarının xanımı, elm, iman və nübüvvət evində böyümüş olan Fatimeyi Zəhra (əleyha salam) bu işi ilə günaha mürtəkib olmuşdu və ya səhv etmişdi? Nə sən, nə də başqa müsəlman deyə bilməz ki, o səhv edibdir. Çünki, Allah və Onun Peyğəmbəri Fatimənin səhv, xəta qarşısında ismətini (günahsızlığını) aşkar şəkildə bəyan etmişlər.
    Vəhhabi kişi sözümü kəsib təəccüblə dedi:–Allah və Onun Rəsulu Fatimənin ismətini bəyan edib?
    Dedim:–Bəli, Allah-Taala buyurub ki:
    "Allahın iradəsi bu olmuşdur ki, hər növ napaklığı, çirkinliyi və aludəliyi yalnız siz Əhli-Beytdən uzaq edib sizi pak-pakizə qərar versin.” ("Əhzab” surəsi, 33. )
    Bütün təfsirçilər yekdilliklə qəbul edirlər ki, bu ayə Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimussəlam) barəsində nazil olmuş və onların günah, xəta və səhv qarşısında ismətli olmalarını kamil surətdə bəyan etmişdir. Çünki "rics”dən məqsəd günah və səhvdir. (Bu barədə Məsum imamlardan (əleyhimussalam) çoxlu rəvayət gəlib çatmışdır). Bundan əlavə, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Fatimeyi Zəhranın ismətini aşkar şəkildə qüvvətləndirmiş və buyurmuşdur:–Allah-Taala Fatimənin sevinməsi ilə sevinər və qəzəblənməsi ilə qəzəblənər”.
    Bu hədis təfsirçilərin və tarixçilərin arasında çox məşhurdur, belə deyilmi?
    O vəhhabi kişi bizim söhbətimizə qulaq asanların üzlərinə baxan bir halda susdu. Ona dedim:–Səni and verirəm Allaha, bu hədis hədisçilərin arasında məşhur deyilmi?
    Dedi:–Bəli.
    Dedim:-Söhbətlərimizin məcmusundan belə bir nəticə çıxır ki, Peyğəmbərin, imamların və digər övliyaullahların zərihini öpmək caizdir.
    Bundan əlavə, deyilən dəlillərə əsasən, səhabə dövründən indiyə kimi müsəlmanların əməlləri Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in zərihini öpməyin caiz olmasına dəlalət edir. Çünki onlar özlərini o böyük şəxsiyyətin qəbrinə atıb qucaqlayar, öz əllərini və üzlərini onun qəbrinə sürtər və qəbrin toz-torpağı ilə özlərinə təbərrük edərdilər.
    Mötəbər sünnü kitabı olan "Müstədrəküs-səhiheyn” kitabında qeyd olunub ki: "Günlərin birində Mərvan ibni Həkəm(Mərvanın atası əvəllər Peyğəmbərin dalınca düşüb meymunluq edərək camaatı güldürür, həzrəti məsxərəyə qoyurdu. Peyğəmbər ona "qurbağa oğlu qurbağa” (ərəbcə "vəzəğ ibni vəzəğ”) ləqəbi qoymuşdu. Peyğəmbər də o məl”unu sürgün etmişdi. )Peyğəmbər məscidinə gəldi. Gördü ki, bir kişi üzünü Peyğəmbərin qəbrinə qoyub. Mərvan əsəbiləşdi və onun boynundan tutub dedi:–Bilirsən nə edirsən?
    Kişi (Peyğəmbər əshabından olan Əbu Əyyub Ənsari idi) başını qaldırıb Mərvana dedi:–Bəli, bilirəm! Mən daş ziyarət eləməyə yox, Allah Rəsulunu ziyarət etməyə gəlmişəm.”("Müstədərəküs-səhiheyn” 4-cü cild, s.515 )
    Bu rəvayətdən aşağıdakılar isbat olunur:
    1. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbrini təbərrük etmək səhabə üçün təbii bir iş idi.
    2. Pak insanların qəbirlərinə təvəssül və təbərrük etməyi qadağan etmək Bəni-Üməyyənin qoyduğu bidətlərdəndir (qondarama bir şeydir).
    Ona görə də Peyğəmbərin ona və onun kafir övladlarına lə”nət etdiyi bir şəxs (Həkəm) Əbu-Əyyub Ənsari kimi böyük bir səhabəyə Peyğəmbər qəbrinə təvəssül və təbərrük etməyi qadağan etmişdi.
    Bu məsələ çox da təəccüblü bir şey deyildir, çünki ümumiyyətlə Bəni-Üməyyə, xüsusilə də Mərvan ibni Həkəm Peyğəmbər və Əhli-Beyt (əleyhimussalam)-a qarşı kin-küdurət bəsləyirdilər. Elə buna görə də bu tayfanın müsəlmanlara Peyğəmbər qəbrini təbərrük etməyi qadağan etmələri təbii bir işdir. Əbu-Əyyub Ənsari Mərvanın sözünü rədd edib deyir: "Mən daş ziyarət eləməyə yox, Peyğəmbəri ziyarət eləməyə gəlmişəm” yəni təvəssül və təbərrükdən məqsəd, Peyğəmbərin özüdür. İstər onun diriliyində, istərsə də ruhu bu dünyada olmayan vaxt ona təvəssül etmək olar. Əgər belə olmasaydı, daş və torpağın adi halda heç bir dəyəri olmlzdı. Amma Peyğəmbər qəbrinin düzəldilməsində işlədilən daş-torpaq o həzrətə görə qiymətli, dəyərli olmuşdur. Elə buna gördə də Əbu-Əyyub Ənsari üzünü Peyğəmbərin qəbrinə sürtür.
    Ona dedim:–Yadımdadır, "Vəfaül-vəfa” kitabında oxumuşam ki, Əbdüllah ibni Əhməd ibni Hənbəl atasından (Hənbəlilərin imamından) soruşur: "Bir kişi Peyğəmbərin minbərini ləms edir, onu təbərrük edir, həmçinin Peyğəmbərin qəbrini ilahi savaba görə öpür. Bunun bir iradı yoxdurmu?” Əhməd ibni Hənbəl deyir: "Yox, eybi yoxdur.”
    Söhbət bu yerə çatanda gördüm ki, o vəhhabi kişi həddindən artıq ağır dəqiqələr keçirir. Bir tərəfdən o qədər ziyarətçinin qarşısında məni qane edə biləcək bir cavab tapa bilmir, digər tərəfdən də istəyirdi ki, bu söhbəti kəsib davam etdirməsin. Amma münasib fürsət tapa bilmirdi. Narahatlığı və nigarançılığı elə bir həddə çatmışdı ki, mübahisə davam etsəydi, dözməzdi və qaçardı. Axırda ona dedim:–Bu qədər mübahisə və danışıqdan sonra inkara yer qalırmı? Peyğəmbərin zərihini öpməkdə bir maneə görürsənmi? Allaha and olsun, əgər həqiqi müsəlman olsan, gərək haqqın qarşısında təslim olasan. İndi gərək günəş kimi parlayan haqq sözü–əgər İslama imanın varsa–qəbul edib batil əqidə üzərində inadkarlıq etməyəsən. Mən bir din qardaşın kimi sənə nəsihət edirəm ki, düz yolun ardınca gedərək vəhhabi-əməvi (Bəni-Üməyyəyə məxsus) fikirləri başından çıxardasan. Bu batil əqidə səni cəhənnəmin dibinə aparıb çıxarar...
    Gözlənilmədən o vəhhabi kişi sözümü kəsib söyüş söyə-söyə yola düşdü. Mən də Allah kəlamını öz-özümə zümzümə edirdim: "Kafirlər üçün fərqi yoxdur: onları ilahi əzabdan qorxutsan da, qorxutmasan da iman gətirməyəcəklər.”("Bəqərə surəsi, 6 )
    Aydın oldu ki, onlar haqq sözü qəbul etməkdən boyun qaçırırlar. Onların bu xüsusiyyəti əsas etibarı ilə sözdə və bəhsdədir. Çıxış yolu tapa bilmədikdə və həmçinin dəlil və məntiq yolu ilə varid ola bilmədikdə təhqir etməyə, söyüş söyməyə başlayırlar. Aydındır ki, bu da məntiqsiz və dəlili olmayan azmış, münhərif şəxslərin yollarıdır.
    YARIMÇIQ SALAVAT
    Kitabın bu hissəsində bəzi müsəlmanların arasında geniş yayılmış bir məsələni oxuculara çatdırmağı məqsədəuyğun gördük. Çox təəssüflər olsun ki, bu məsələ adət şəklinə düşmüşdür. Belə ki, Peyğəmbərin adını dilə gətirdikdə və ya yazdıqda təkcə onun özünə salavat göndərirlər. (Yəni salavatdakı "və alihi” kəlməsini demirlər.) Özü də Peyğəmbərin özünə təklikdə salavat göndərməyi nəhy etməsini bilirlər. Bu barədə mühəddislərin rəvayət etdikləri hədislər həddən artıqdır. O cümlədən, Peyğəmbər buyurmuşdur:
    "Mənə naqis (yarımçıq) salavat göndərməyin”. Soruşdular ki, ya Rəsuləllah, naqis salavat nədir? Buyurdu: "Naqis salavat budur ki, mənə salavat göndərəsiniz, amma övladlarıma göndərməyəsiniz.”
    Göründüyü kimi, bu hədis Peyğəmbərə təklikdə salavat göndərməyi nəhy edib, bizə əmr edir ki, Həzrətin özünə və övladlarına–hər ikisinə bir yerdə salavat göndərək.
    O cümlədən, bu barədə olan hədislərdən biri Kəb ibni Əczənin nəql etdiyi hədisdir. O, Peyğəmbərdən soruşdu: "Ya Rəsuləllah, sənə salam verməyi öyrəndik, bəs salavatı necə göndərək?” Peyğəmbər buyurdu: "Salavat göndərən vaxt belə deyin:
    "Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmmədin kəma səlləytə əla İbrahimə və Ali-İbrahimə, innəkə Həmidun Məcid.”
    Bu hədis necə salavat göndərməyi bizə öyrədir. Həmçinin onun məfhumundan başa düşülür ki, salavat göndərərkən Peyğəmbərə və onun övladlarına birlikdə salavat göndərmək lazımdır.
    Amma bu kimi mötəbər rəvayətlərin mövcud olması ilə bərabər, elm və mərifət iddiası edənlərin çoxu salavat göndərəndə hələ də Əhli-Beyt (əleyhimussalam)-ın adını zikr etməməkdə israr edirlər! Görəsən, bu bir düşmənçilik və inadkarlıq, yaxud cəhalət və nadanlıqdan irəli gəlmirmi? Yaxud da (bu iş) Peyğəmbərin Əhli-Beyti ilə düşmənçilik və kindən irəli gəlmirmi? Yaxud şiələrin Peyğəmbərə və onun övladlarına salavat göndərməyi zəruri bildikləri üçün deyilmi? (Hansı ki, salavat şiələrin şüarları hesab olunur.)
    Buna görə də onlar bir belə rəvayətlərin mövcud olmasına baxmayaraq şiələrlə müxalifətlərinə görə Peyğəmbər Əhli-Beytinə salavat göndərməkdən imtina edirlər. Görəsən, bu bidət deyilmi? Görəsən, Ali-Peyğəmbərə salavat göndərməmək nəss (aydın dəlillər) qarşısında ictihad (özündən fikir söyləmək) deyilmi?
    "BƏQİ” QƏBİRİSTANLIĞI
    Günortadan sonra dəstəmaz alıb ətir vurduqdan sonra, "Bəqi” qəbiristanlığına yola düşdüm. "Bəqi” Mədinə şəhərində yerləşən müqəddəs bir qəbiristanlıqdır. Orada dörd imamın: İmam Həsən, İmam Zeynül-Abidin, İmam Mühəmməd Baqir və İmam Cə”fər Sadiq (əleyhimussalam)-ın, həmçinin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in oğlu İbrahimin, İmam Sadiq (əleyhissalam)-ın oğlu İsmail və Peyğəmbərin qızlarının, xanımlarının və bibilərinin; habelə, həzrət Əli (əleyhissalam)-ın ailəsindən Ümmül-Bəninin, Peyğəmbərin dayəsi Həlimənin və səhabələrdən və şəhidlərdən çoxunun qəbri, o cümlədən Osman-ibni Məzunun qəbri oradadır. "Bəqi” qəbiristanlığı təkcə müqəddəs bir məkan yox, həm də Behiştin bir parçası və cənnət bağlarından biridir. Çünki, orada Allah dostlarının pak cəsədləri, Rəsuli Əkrəmin övladlarının müqəddəs bədənləri dəfn olunmuşdur.
    Əvvəllər bu qəbirlərin günbəzləri, hərəmi və böyük həyəti var idi və müsəlmanların həm gözündə, həm də qəlbində əzəmətə malik idi. Camaat bir İslam sünnəti kimi bu qəbirləri ziyarət etməyə gəlirdilər. Amma Allah övliyalarına və İslamın böyük şəxsiyyətlərinə qarşı kin və ədavət bəsləyən vəhhabilər bu qəbirlərin ziyarətini qadağan etmişlər.
    Onlar qəbirləri ziyarət etməyin əcr və savabının fəziləti, həmçinin bu işin müstəhəb olması haqda Quran ayələri və Peyğəmbərdən gəlib çatan onlarla səhih hədisin əksinə olaraq, müsəlmanlara qəbir əhlinin ziyarətini qadağan edirlər.
    Peyğəmbər "Bəqi” qəbiristanlığını, "Ühüd” döyüşü şəhidlərini ziyarət edib səhabələrə buyurmuşdu:
    "Əhli-qüburu (qəbir əhlini) ziyarət edin, çünki bu iş, axirət gününü sizin yadınıza salır.” (İbni-Macə, "Səhih” kitabı, səh.245 )
    Hər iki dünya qadınlarının seyyidəsi Fatimeyi Zəhra da hər cümə günü, bəzən də üç gündən bir həzrət Həmzənin və "Ühüd” şəhidlərinin qəbirlərini ziyarət edərdi.
    Ümumiyyətlə qəbirləri ziyarət etmək Şəriətdə müstəhəbdir və bu barədə şəkk yoxdur. Amma vəhhabilər özlərinin qeyri-adi nəzəriyyələri əsasında Allahın halallarını haram, haramlarını da halal etmişlər və buna əməl etməkdə israr edirlər. Hətta yeri gəldikdə bu yolda təzyiq və zorakılıqdan da istifadə edirlər.
    Elə bu səbəbə görə də vəhhabilər Ərəbistan yarımadasında hökuməti ələ keçirdikdən sonra bütün səylərini Məhəmməd ibni Əbdül Vəhhabın etiqad və fikirlərini dirçəltmək yolunda sərf etmiş və bu yolda heç nəyi əsirgəməmişlər.
    1342-ci hicri qəməri (=1922) ilində xain vəhhabilərin qanlı əlləri "Bəqi” qəbiristanlığına tərəf uzandı. Onlar bu qəbiristanlıqdakı şərif qəbirləri müstəmləkəçilərin köməyi ilə dağıdıb, məqbərələri yerlə yeksan etdilər. Qiymətli mərmər döşənmiş qəbiristanlığı torpaq komasına döndərdilər. Bununla sakitləşməyib zərihlərin qiymətli cəvahirlərinin hamısını qarət edib Səud ailəsinin mülkünə qatdılar. Daha böyük müsibət budur ki, vəhhabilər özlərinin bu cinayətlərinə məzhəb maskası taxıb deyirlər: "Qəbrin üstündə bina (məqbərə) düzəltmək haramdır.” (Gələcəkdə qəbir üzərində məqbərə düzəltməyin caiz və müstəhəb olmasını şərh edəcəyik.)
    Vəhhabilər özlərinin bu bidətlərini əsaslandırmaq, doğrultmaq üçün heç bir dəlilləri yoxdur. Yalnız batil yolda olan Ali-Səud sarayına üz gətirmiş bəzi üzdəniraq alimlər bəndələri xoşhal etmək üçün ilahi qəzəbi qəbul edərək bu bidətləri təsdiq etmişlər. Səud dövləti də bu saray alimlərinə külli miqdarda pul xərcləyir ki, lazım olanda öz əməllərinə haqq donu geyindirmək üçün onların fətvalarından istifadə etsin.
    Hər vaxt Səud dövləti bir hökm çıxartsa və bir qrup adam o hökmə qarşı etiraz etsə, saray alimləri onların kafir və mürtəd olmasına dair fətva verir. Hər vaxt hökumət Amerikanın hər hansı bir planını icra etmək istəsə, yenə də bu alimlər o işi himayə etmək barəsində fətva verib, ona şəriət donu geyindirirlər.
    Çox təəssüflər olsun ki, bu vəziyyət təkcə Ərəbistan alimlərinə həsr olunur. Misrin alimləri üçün də bu vəziyyət təkrar olunur: Şeyxül-Əzhər fətva verib Ənvər Sadatın İsrail ilə bağladığı sülh müqaviləsini təsdiq edir və o sülhə din maskası geyindirir. (Halbuki, İsrail müsəlmanlara və İslama dərin kin bəsləyir, fələstinli arvad-uşaqları kütləvi şəkildə qətlə yetirir.)
    Aydındır ki, "Əl-əzhər” cəmiyyəti istiqlal və əsilliyini əldən vermiş, kafirlərin və müstəmləkəçilərin planlarını icra edən alətə dönmüşdür. Özünü yalandan "Böyük rəhbər” adlandıran Şeyxül-Əzhər Misir prezidentinin hökmü ilə vəzifəyə seçilir və ya vəzifədən kənar edilir. Bu Misir alimlərinin, əvvəldə dediklərimiz isə Hicaz alimlərinin vəziyyətidir!
    Amma Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu barədə buyurub:
    "Əgər görsəniz ki, alimlər padşah saraylarına gedirlər, həm o alimlər, həm də o padşahlar pis (əməl sahibi)dirlər. Amma əgər görsəniz ki, padşahlar alimlərin hüzuruna gəlirlər, onda həm padşahlar, həm də o alimlər yaxşı əməl sahibləridir.”
    Əlbəttə, aydındır ki, Misrin və Hicazın bütün alimləri münhərif və yoldan azmış deyildirlər. Əksinə, onların arasında elələrini tapmaq olar ki, fasid hökumətləri tənqid edir, onlarla müxalifət edir və hətta o hakimlərlə mübarizəyə də qalxırlar.
    Qeyd etdik ki, vəhhabilərin qeyri-məntiqi və qeyri-adi nəzəriyyələri təkcə özlərinə məxsusdur və müsəlmanlar bu bidətlərdən uzaqdır. Həmçinin onlar öz əməl və əqidələri ilə müsəlmanların arasına təfriqə və ixtilaf salmış, onların arasında kin və ədavət toxumu səpmişlər. Bu qeydlərdən sonra əsil mətləbə qayıdırıq:
    "Bəqi” qəbiristanlığına daxil olanda qeyri-münasib, vicdan əzabı doğruran və acınacaqlı bir mənzərə ilə qarşılaşdım: Əvvəla, qəbiristanlığın qapılarının hamısı sınıq-salxaq, çürümüş dəmirlərdən ibarət idi. Əlbəttə, qeyd etmək lazımdır ki, bu qəbiristanlıq vəhhabilər tərəfindən dağıdılmamışdan əvvəl onun qapıları qiymətli cəvahiratla zinətləndirilmişdi. Amma vəhhabilər bu cəvahiratı talan edib qənimət kimi aparmış, onların yerinə dəmir qapılar qoyumuşdular.
    İkincisi, "Bəqi”nin yerinə və keçidlərinə əvvəllər qiymətli mərmər və xalça döşənmişdi. Amma vəhhabilər bunları da talan etmiş, bu tarixi və müqəddəs qəbiristanlığı başdan-başa toz-torpaq basmış və yararsız torpaq sahəsinə çevrmişlər. Ona görə də ziyarətçilər "Bəqi”ni ziyarət edəndən sonra paltarlarını və üst-başlarını toz basır. Hətta toz o qədər çoxdur ki, ciyərlərinə də dolur. Amma Mədinə hakiminin qəsri ən qiymətli daşlarla, ən gözəl və ən nəfis xalçalarla döşənmişdir.
    İslam düşmənlərinin qəbirləri mərmər daşlarla döşənmiş, soyuq havada qızdırıcı, isti havada soyuducu ilə təchiz olunmuşdur. Amma görəsən nə üçün vəhhabilər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in Əhli-Beyti və səhabələrinə qarşı bu qədər hörmətsizlik edirlər.?
    Üçüncüsü, "Bəqi” qəbiristanlığında kölgələnəcək də yoxdur, buna görə də ziyarətçilər günəşin yandırıcı şüaları altında və bədənlərindən tər axan bir halda dayanmağa məcbur olurlar. Belə bir isti havada toz-torpaq vəziyyəti daha da ağırlaşdırır.
    Ziyarətçilər hey soruşurlar ki, nəyə görə kölgəlik üçün bir şey düzəltmirlər? Və nəyə görə müqəddəs qəbiristanlığın ziyarətçilərinə bu qədər hörmətsizlik edirlər?
    İndiyə kimi müsəlmanların çoxu öz şəxsi malından bu qəbiristanlığı təmir etmək üçün pul köçürmüşlər. Amma vəhhabilər bu işdən boyun qaçırmış və övliyaullahın hörmətsizliyinə dair öz israrlarını davam etdirirlər.
    Dördüncüsü, bu qəbiristanda hər qəbrin yanında bir polis dayanmış, özlərini də "əmr be-məruf və nəhy əz münkər” qrupu adlandırırlar. Onların ziyarətçiləri təhqir etmək, döymək və söyməkdən başqa bir işləri yoxdur. Hər vaxt ziyarətçilər ziyarət vaxtı "Əssəlamu əleykə Yəbnə Rəsulillah” desələr və bu cümləni vəhhabilərdən biri eşitsə, bədəvi ərəb ləhcəsiylə deyər: "Peğəmbərin övladı öldü”!
    Amma Allah-Taala Quranda buyurur ki:
    "Allah yolunda öldürülənlərə (şəhidlərə) ölü deməyin; əksinə, onlar diridir, lakin siz (onların həyatının həqiqətini) dərk etmirsiniz.” ("Bəqərə surəsi, 154)
    Amma vəhhabilərin Quranla nə işi?!
    Beşincisi, "Bəqi” qəbiristanlığının bir neçə qapısı var, amma vəhhabilər birindən başqa onların hamısını bağlayırlar. Bu da camaatın çoxluğundan ziyarətçilərin oraya girib-çıxanda əziyyətə düşmələrinə səbəb olur. Çünki bir qapı minlərlə ziyarətçi və hacının girib-çıxmasına kifayət etmir.
    Altıncısı, "Bəqi” qəbiristanlığını iki saat sübh vaxtı və 1-2 saat da axşam üstü açırlar. Belə ki, hətta əgər sübhdən axşama kimi açıq qoysalar belə, müxtəlif ölkələrdən gələn ziyarətçilərlə dolu olacaqdır. Amma həmişə açıq omadığı və vaxtın da az olduğu üçün hacıların çoxu bu ziyarətə nail ola bilmirlər. Aydındır ki, bir gündə üç-dörd saat vaxt bir milyondan çox olan ziyarətçiyə kifayət etmir.
    Vəhhabilər həmin cinayətləri azacıq təfavütlə Peyğəmbər məscidində də icra edir və məscidin qapısını işa namazından sonra bağlayırlar. Bu da əksər hacıları əzab-əziyyətə və zəhmətə salır, onların həmin məsciddə olmaq kimi bir fəzilətdən və savabdan məhrum olmalarına səbəb olur. Hacılar və ziyarətçilərdən çoxları istəyir ki, gecələr o məsciddə qalıb ibadətlə, Quran tilavəti ilə məşğul olsunlar. Vəhhabilərdən biri bu barədə deyirdi: "Məscidin qapısının işa namazından sonra bağlanmasının səbəbi budur ki, məscidi silib-süpürürlər.” Halbuki, elə bu kimi təmizlik işlərini hacılar orada ola-ola da görmək olar. Çünki, məscidi bir neçə yerə bölüb, silmək istədikləri yerdə olan camaatı məscidin başqa yerinə köçürüb və orada təmizlik işlərini yerinə yetirə bilərlər. Həmin qayda ilə məscidin başqa yerlərini də silib-süpürə bilərlər.
    Hər halda bu iş vəhhabilərin camaatı övliyaların qəbrindən uzaqlaşdırmaq, onları həmin müqəddəs məkanlarda ibadət və namazdan məhrum etmək üçün icra etdikləri bir plandır. Qeyd etmək lazımdır ki, əksər İslam dövlətlərində müqəddəs məkanların ziyarət vaxtlarının məhdudlaşdırılması məsələsi kimi bir şey mövcud deyildir. İranda İmam Riza (əleyhissalam)-ın hərəminin qapıları bəzi istisna hallardan başqa həmişə açıqdır.
    Yeddincisi, "Bəqi” qəbiristanlığında ziyarətçilər üçün təyin olunmuş vaxt qurtarmazdan əvvəl özlərini "əmr-be-məruf və nəhy-əz-münkər” qrupu adlandıran şəxslər ziyarətçiləri pis sözlərlə təhqir edib döyürlər. Niyə? Onları "Bəqi”dən çıxartmaq üçün! Özləri də ziyarət vaxtının qurtarmasını hacılara əvvəlcədən elan etmədən onları incidib əziyyətə salırlar. Elə buna görə də vəhhabilər tərəfindən söyülüb-döyülən ziyarətçilərin çoxu heyrətə düşür və onlara rəva görülən bu cür rəftarın səbəbini bilmirlər. Ərəb dilini bilməyən əksər ziyarətçilərin müşkülləri daha da artıqdır. Vəhhabilərin ziyarətçilərlə rəftarlarının təsviri mənim üçün dəfələrlə təkrar oldu və mən bu cinayətkarların ziyarətçiləri bu qəbirdən o birisinə tam vəhşilik, kobudluq və daşürəkliliklə qovmalarını dəfələrlə müşahidə etdim. Həmçinin ziyarətçilərə icazə vermirdilər ki, bu işlərin səbəblərini soruşsunlar. Əgər onlardan bəziləri bu qeyri-insani rəftarların səbəblərini soruşsaydı, çomaqla qarşılaşırdı.
    Səkkizinci, "Bəqi”nin sahəsi çox böyükdür. Lakin orada bir dənə də olsun çıraq qoymayıblar. Buna görə də günün batması ilə qaranlıq "Bəqi”nin başdan-başına elə çökür ki, insan öz ayağının altını belə görə bilmir. Amma bazar və s. kimi yerlərdə lazım olan miqdardan qat-qat çox lampa vurmuşlar. Niyə? Görəsən, bazar və digər yerlər "Bəqi”dən fəzilətlidirmi? Yaxşı olardı ki, vəhhabilər məsihi kilsələrinə və ya yəhudi məbədlərinə də baş vurub heç olmasa, müqəddəs yerlərə hörmət göstərməyi onlardan öyrənəydilər...
    Müqəddəs şeylərə ehtiram qoymaq təkcə müsəlmanlara məxsus deyil. Bütün dinlərin tabeçiləri öz müqəddəslərinə ehtiram və əzəmət gözü ilə baxırlar. Bu məsələ yalnız Allahpərəstlərə məxsus deyil, əksinə, bütün millətlər, hətta Allaha etiqadı olmayanlar belə, öz müqəddəslərinə hörmət edirlər.
    Vəhhabilərin öz əməlləri üçün heç bir dəlilləri (nə camaat arasında, nə də şəriətdə) yoxdur və qəbir üzərində məqbərə tikməyin düzgün olmaması haqda öz etiqad və fikirlərinin əksinə olaraq Qurani-Kərim və mötəbər hədislər bu işi–qəbir üzərində məqbərə tikməyi caiz bilir.
    Qurani-Kərim "Əshabi-Kəhf” dastanını bəyan edərkən buyrur: "Və Biz yenə də camaatı "Kəhf” səhabələrinin halından agah etdik ki, Allahın vədəsinin haqq olduğunu bilələr. Əlbəttə Qiyamət saatı şəksiz gələcəkdir. Aralarında (onların işində) ixtilaf olan camaat bütün bunlardan sonra dedilər: "Gərək onların qəbirlərinin üstündə bina və hasar tikək. Allah onların əhvalına daha agahdır.” Və onların hallarından düzgün xəbər tutanlar dedilər: "Əlbəttə, gərək onlar üçün bir məscid tikək.”
    Təfsirçilər bu ayə barəsində deyirlər: "İman əhlindən bir qrupu Əshabi-Kəhfin hərəkətsiz bədənləri ilə rastlaşdıqda və onların Allah yanında böyük şə”n və mənzilətə (məqama) malik olduqlarını bildikdə qərara aldılar ki, onların qəbri üstündə ibadət və namaz üçün bir məscid tiksinlər. Aydındır ki, o məsciddə ibadət eləmək, o cəsədlərə pərəstiş etmək deyil. Əksinə ibadət, İlahi övliyaların qəbri üstündə olmasına baxmayaraq, yalnız Allaha məxsusdur.
    Bu ayə qəbirlərin üstündə bina tikməyin caiz olmasını və o məkanlardan məscid, ibadət və namaz yeri kimi istifadə edilə bilməsini aşkar şəkildə bəyan edir.
    Bundan əlavə, Allah-Taala buyurur:
    "Hər kəs ilahi şəairi (nişanələri, mərasimləri) böyük, əzəmətli saysa, (xoş halına,) bu sifət təqvalı qəlblərin sifətindəndir.” ("Həcc” surəsi, 32 )
    Şəkk yoxdur ki, ilahi övliyaların qəbri üstündə bina tikmək və onu böyük, əzəmətli saymaq ilahi şəairə təzim etməyin ən bariz və aşkar nümunələrindən biridir. Çünki, İlahi şəair insanın diqqətini Allaha cəlb edən və onun vasitəsi ilə Allahın yadını ürəklərdə dirildən hər bir şeyə şamildir. Həmin dəlilə görə Allahla (hər hansı yolla) rabitə yaradan hər şey ilahi şəairdir. Deməli Allah övliyalarının qəbirlərinə təzim edib hörmət göstərmək əslində Allah qarşısında təzim və ikram etmək; bunun müqabilində də Allah övliyalarının qəbirlərini dağıtmaq onlara qarşı hörmətsizlik sayılır (və bu da şəriətdə qadağan olunmuşdur).
    Hədisi-qüdsidə Allah-Taala buyurur:
    "Hər kəs Mənim dostuma hörmətsizlik etsə, Məni mübarizəyə çağırıb.”
    Əlbəttə, bunu da unutmayaq ki, vəhhabilər öz məsləkləri ilə düz gəlməyən hər bir ayəni rədd edir və öz batil fikirləri ilə müvafiq olan hər zəif hədisə istinad edirlər. Buna görə də görürük ki, onlar qəbir üzərində bina (məqbərə) tikilməsini qadağan edən zəif və rəvayət edənləri naməlum olan hədisləri dəlil gətirirlər. Əgər bu hədislərin sənədlərinə diqqət yetirilsə aydın olar ki, onlar təkcə münafiqlərin yox, həm də yalançı və saxtakar rəvayətçilərin hədisləridir.
    Bu rəvayətçilərdən Əbu Hüreyrəni, Səmrət ibni Cündəbi,(Əbu Hüreyrə Peyğəmbərin qatı düşmənlərindən olan yəhudi alimi və sonradan islama zərbə endirmək üçün zahirdə iman gətirən Kə”bi Əhbarın şagirdi idi və öz ərbabı kimi, bir an da olsun, iman gətirməmişdi. Zahirdə isə, İkinci xəlifə Ömərin zamanında iman gətirmişdi. O, "hədis dəllalı” adı ilə məşhur idi. Misal üçün, bir nəfər Əkkədən Məkkəyə soğan gətirmişdi. Soğan satışa getmirdi. Naçar qalıb soğanlar xarab olmasın deyə, Əbu Hürəeyrə ilə sövdələşdi. Əbu Hüreyrə ona dedi ki, sabah günorta namazında məscidə gələrsən. Vədə verdiyi vaxt minbərə çıxıb dedi: Əyyühənnas! Həbibim Peyğəmbərdən eşitdim ki, buyururdu: "Hər kəs Əkkə soğanını Məkkədə yesə, cənnət ona vacib olar.” bu söz ağzından çıxan kimi camaat sel kimi axışıb soğanları öz qiymətindən baha qiymətə aldılar. Səmrət ibni Cündəb Peyğəmbəri Əkrəmlə müxalif olan mənfur adamlardan biri idi. Ənsardan olan bir səhabənin bağında Səmrətin bir dənə xurma ağacı var idi. O, öz ağacına baş çəkmək üçün icazəsiz ənsardan olan kişinin bağına daxil olur ona əziyyət verirdir. O da bu barədə Həzrət Peyğəmbərə şikayət etdi. Peyğənbər Səmrətə buyurdu: Bağa girəndə icazə al! O, Peyğəmbərlə razılaşmadı. Həzrət buyurdu: Neçəyə razısansa, o qiymətə də sat. Yenə də razı olmadı. Peyğəmbər buyurdu: Bu ağacın müqabilində cənnətdə sənə bir xurma bağı verəmyə zamin oluram. O məl”un yenə də razılaşmadı. Peyğəmbər əmr etdi ki, o xurmanı kökündən çıxardıb atsınlar. ) Əbu Übeyd Cərrahı və s.-ni göstərmək olar ki, onlar hədis quraşdırmaqda və yalançılıqda şöhrət qazanmışlar.
    Yuxarıda səkkiz bənddə qeyd olunanlar yalnız vəhhabilərin "Bəqi” qəbiristanlığında, onun ziyarətçilərinə qarşı etdikləri hörmətsizlik və cinayətlərinin kiçik bir nümunəsi idi. Allahdan istəyirik ki, qəsbkar vəhhabi hökumətini məhv etsin və Ərəbistan yarımadasında hakimiyyət münhərif partiyalara və ya şübhəli təşkilatlara bağlı olmayan və İslamın xilaskar təlimləri əsasında hökumət edən ləyaqətli möminlərin əlinə düşsün. Hicaz sakinləri, həmçinin digər müsəlmanlar bu sitəmkarların məhv olması ilə rahat nəfəs alsın, heç bir təhqir və hörmətsizlik olmadan ibadi-siyasi "Həcci-İbrahim” mərasimini yerinə yetirib öz dini vəzifələrinə əməl etsinlər.
    Category: Vəhhabiləri belə gördüm | Added by: Islam_Kitabxanasi
    Views: 1228 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024