İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Vəhhabiləri belə gördüm

    Vəhhabiləri belə gördüm
    2012-04-11, 5:39 AM
    VƏHHABİLƏRLƏ MÜBAHİSƏ
    Bu fəsildə Mədineyi-Münəvvərədə vəhhabilərlə apardığım mübahisə və münaqişələrə qısa şəkildə toxunulacaq ki, əziz oxucular onların dini mövqeləri ilə daha artıq tanış olsunlar. Çünki camaatın əksəriyyəti, xüsusilə də cavanlar vəhhabilərin əsassız etiqadları, alçaq fikirləri, zəif nöqtələri və batil nəzəriyyələri ilə tanış deyildirlər.
    Hər şeydən əvvəl əziz oxucu bilməlidir ki, vəhhabilər imkan daxilində mübahisə və münaqişədən çəkinir, onlarla mübahisə etmək qərarına gələn hər bir kəsdən uzaqlaşırlar. Səbəbi də gün kimi ayındır: onların əsassız və puç xəyallar üzərində qurulmuş nəzəriyyələri hörümçək yuvası kimidir.
    Buna görə də onlar, əvvəla mübahisədən qaçırlar. Çünki, öz əsassız fikirlərinin ifşa olunmasından qorxurlar. İkincisi, öz rəy və əqidə üsullarını zorakılıqla icra edirlər. Bu da qeyri-məntiqi və səhv fikirləri olan hər hansı bir məktəbin təbiətidir. Sovet dövlətinə, kafir bəs partiyasına və işğalçı sionist hökumətinə baxın; bütün kommunist və diktator rejimlərinə baxın; onların hamısı zor gücünə irəli gedirlər. Əgər camaat onların fikir və əqidələrini qəbul etməsə və onların göstərişlərindən boyun qaçırsa, əzab-əziyyət, işgəncə və hətta edamla qarşılaşacaqdır. Buna görə də belə ölkələrdə zindanların sayı başqa ölkələrlə müqayisədə həddindən artıqdır, məhbusların sayı da başqa ölkələrin məhbuslarına nisbətən çoxdur və günbəgün artmaqdadır.
    Həmin məsələni Səudiyyə Ərəbistanında nəzərdən keçirək. Vəhhabilər şallaq və zor gücünə hakimiyyət edirlər və onların ideologiyaları batil və puç əqidə üzərində qurulduğuna görə, mübahisədən boyun qaçırırlar. (Amma məcburiyyət qarşısında qaldıqları hal istisna olunur. Necə ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidində o vəhhabi kişi mənimlə mübahisə etməyə məcbur olmuşdu.)
    İslam dini azad mübahisələrin, həqiqətin tapılması naminə olan mübahisələrin tərəfdarıdır. Bu barədə Quran buyurur:
    "Müxtəlif sözləri dinləyib onlardan ən yaxşısının ardınca gedən bəndələrimə müjdə ver.” ("Zümər” surəsi, 17 )
    Buna görə biz burada bir neçə bəhsə qısa şəkildə işarə edəcəyik. Bunlar elə bəhslərdir ki, vəhhabilər məcburiyyət qarşısında qalıb təslim olmuşlar və yükün altından qaça bilməmişlər. Bunları yazmaqda məqsədimiz budur ki, əziz oxucu vəhhabilərin qəbul etmədiyi və tənqid atəşinə tutduğu İslami məsələlərə nisbətən daha artıq agahlıq əldə etsin. Əlavə məlumat almaq istəyənlər Məhəmməd Əmin Amilinin "Kəşfül-irtiyab fi ətbai-Məhəmməd ibni Əbdül Vəhhab” kitabına müraciət edə bilərlər. Müəllif bu kitabın axırında vəhhabilərin fasid, çirkin və münhərif əməllərinin üstündən pərdəni götürmüş, kitabın axırında Ali-Səud qəsrlərinin içərisini göstərən fotoları çap etmişdir. Bu təsvirlər Ali-Səud sülaləsində fəsad, fəhşa və münkəratın necə geniş yayıldığını aşkar şəkildə bəyan edir.
    QƏBRƏ NAMAZ QILMAQ
    "Bəqi”yə, ziyarət məqsədi ilə getdiyim günlərin birində acınacaqlı bir mənzərəni müşahidə etdim. Bir mənzərə ki, heç vaxt unutmaram! Bir mənzərə ki, qəlbimi həmişəlik yaralamışdı. Nə gördüm? Bir nəfər ziyarətçi bir guşədə namaz qılmağa məşğul idi ki, nagəhan özünü üzdəniraq "əmr-be məruf və nəhy-əz münkər” adlandıran qrpun adamlarından biri ona tərəf yaxınlaşdı və rüku halında ikən, onu arxadan itələdi. Namaz qılan şəxsin yıxıldığını görüb qayıtdı. Ziyarətçi dönüb baxdıqda gördü ki, namazın batil olmasına bais olan həmin şəxs "əmr-be məruf və nəhy-əz münkər” qrupunun adamlarındandır. Ona nə desin?! Axı o, bir daşürəkli və diktator hökumətin məmurudur! O, əsəbiliyə və kin-küdurətə giriftardır!
    Namaz qılan kişi bir söz demədi, çünki daha artıq təhqir olunmaqdan qorxurdu.
    Amma mənim qeyrətim cuşa gəldi və qərara aldım ki, bu vəhhabi kişini belə cinayət və ədəbsiz, kobud işinə görə danlayam. Ona tərəf gedib salam verdim. Salamın cavabını ikrah hissi ilə, gözləri qəzəb və kindən hədəqəsindən çıxmış bir halda verdi. Ona dedim:–Eşitməmisən ki, Allah-Taala Quranda buyurur:
    "(Ey Peyğəmbər,) o kəsi gördünmü ki, namaza məşğul olan Allah bəndəsini məsxərə edib ona mane olurdu?” Niyə bu kişinin namazını batil edirsən? Halbuki, o, vəhyin nazil olma məhəllində öz Allahı ilə münacat edib Ona ibadət edir.
    Dedi:–Haramdır, haram! Qəbrə namaz qılmaq haramdır! Başa düşmürsənmi?!
    Dedim:–Kim deyir ki, haramdır?
    Dedi:–Sus! Həcdə mübahisə və cədələ icazə verilmir.
    Dedim:–İndi ki biz həcdə yox, Mədinədəyik. Bu ayə (mübahisəni qadağan edən ayə-müt.) həccə məxsusdur. Üstəlik Quran bizi təfəkkürə çağırır. Sənsə deyirsən ki, susum və sual etməyim?!
    İnadkarlıq və kinin son həddində mənə dedi:–Sakit olmasan, zindana göndərərəm!
    ...İslama yabançı olan bu ruhiyyə və rəftardan çox narahat oldum. Bu ruhiyyə əksər hallarda yəhudilərin fələstinli və sair şəxslər əleyhinə gördükləri tədbirlərə oxşayır. Bunlara baxmayaraq əsəblərimi ələ alıb Allah kəlamını yadıma saldım:
    "Allah bəndələrinə (ibadür-rəhmana) cahil və nadanlar xitab etdikdə (Allah bəndələri) salam deyərlər.”(Furqan” surəsi, 63 )
    Gülümsəyib ona dedim:–Ay qardaş, əgər müsəlmanların məzarlarında namaz qılmaq haramdırsa, bəs nəyə görə səhabə dövründən indiyə kimi milyonlarla müsəlman Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbrində namaz qılıb onun dövrəsinə yığılırlar? Bəs niyə müsəlmanlar həzrət İsmailin məqamında və Məscidül-həramda İslamın əvvəlindən indiyə kimi namaz qılırlar və bilirlər ki, həzrət İsmail, anası Hacər və peyğəmbərlərdən 70 nəfəri orada dəfn olunublar. Nəyə görə müsəlmanlar Dəməşqdəki Came məscidində həzrət Yəhya ibni Zəkəriyyanın qəbri kənarında namaz qılırlar? Müsəlmanlar Nəcəfdə İmam Əli, Kərbəlada İmam Hüseyn, Kazimeyn və Samirra şəhərlərində olan digər imamların (əleyhimussalam) qəbirlərinə niyə namaz qılırlar?
    Əgər qəbrə namaz qılmaq haramdırsa, bəs nəyə görə bunu səhabə və tabeinin heç birindən eşitməmişik ki, həzrət Peyğəmbərin və həzrət İsmailin qəbrinə namaz qılmağı nəhy etsinlər? Əksinə, səhabə və tabeinin özləri bu işi görmüşlər. Görəsən, bunların hamısı qəbrin yanında namaz qılmağın caiz olmasına dəlil deyildirmi?
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və adları çəkilən sair şəxslərin qəbirlərinin yanında namaz qılmaq caiz olduğu kimi, eləcə müqəddəs "Bəqi” qəbiristanlığında da namaz qılmaq caizdir, çünki bu məkanların bir-birləri ilə təfavütləri yoxdur...
    Söhbət bu yerə çatanda, o vəhhabi məmuru heç bir cavab vermədən, söhbəti yarımçıq kəsib uzaqlaşdı.
    Məni gülmək tutdu... Sifəti qəzəbli və pərt olmuşdu. Hələ bir az uzaqlaşmışdı ki, ona dedim:–Heç olmasa xudahafizləşib mübahisəni bitir. Adam da söhbəti kəsib, xudahafizləşmədən və hətta bir kəlmə söz demədən gedərmi?
    Cavab vermədi və öz yoluna davam etdi.
    ƏHLİ-BEYT MƏZHƏBİNİN HƏQQANİYYƏTİ
    Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-i və onun əziz qızı Fatimə (əleyha salam)-ı ziyarət etdikdən sonra, Peyğəmbərin şərif hərəmindən çıxıb hərəmin ətrafındkı xiyabanlarda gəzib-dolaşmağa başladım. Öz-özümə fikirləşirdim ki, bu yerlərdə Allah Peyğəmbəri gəzmişdir. Bu Bəni Haşim məhəlləsidir... Bura isə Əhli-Beytin, Allah-Taalanın hər cür napaklıq və pisliklərdən uzaq saxladığı şəxslərin evləridir.
    Həmin anda İmam Hüseyn (əleyhissalam)-ın Kərbəla yolunda kufəli bir kişiyə xitabən buyurduğu bu gözəl sözü yadıma düşdü:
    "Qardaş, Allaha and olsun, əgər sən bizimlə Mədinədə görüşsəydin, mənzilimizdə Cəbrəilin izlərini və cəddimə vəhyin nazil olması əlamətlərini sənə göstərərdim.”
    Həmin halda, İslamın ilk çağları haqqında dərindən fikirləşdiyim vaxt gözüm bir kitabxanaya sataşdı ki, vəhhabi alimlərindən bir qrupu oraya yığışmışdı... Uzun saqqalları, gödək şalvarları vardı. Bunlar Səudiyyə hökuməti tərəfindən camaatı aldadıb, azdırmaq məqsədi ilə göstəriş almışdılar. Əgər satışda olarsa, özümə lazım ola biləcək kitabları almaq üçün kitabxanaya daxil oldum. Oradakılardan biri məndən öz adımı, ölkəmi və məzhəbimi soruşdu.
    Dedim:–Mən Əhli-Beyt yolunu gedənlərdənəm, sənin məzhəbin nədir?
    Bir söz deməyib susdu, elə bil mənimlə danışığa başlamasına peşman olmuşdu. Yenidən ona dedim:–Sənin məzhəbin nədir?
    Dedi:–Hənbəli. Mən Əhməd ibni Hənbəlin yolunu gedirəm. Biz sizin məzhəbi qəbul etmirik.
    Dedim:–Amma mənim etiqadıma görə mənim məzhəbim düzdür. Bu məzhəbin ardınca getmək cənnətə getməyə və cəhənnəm odundan xilas ollmağa aparıb çıxarır.
    Dedi:–Sözü hansı dəlilə əsasən deyirsən?
    Dedim:–Səbr elə, qoy bu məsələni sənə izah edim.
    Bil ki, Allah və Onun Rəsulu zəmanət veriblər ki, hər kəs Əhli-Beytin tabeçiliyində olsa, nicat tapacaq. Allah-Taala Əhli-Beyt haqqında buyurub:
    "Həqiqətən Allahın istəyi bu olmuşdur ki, hər cür napaklıq və əyriliyi yalnız siz Əhli beytdən uzaqlaşdırsın və sizi pak və mütəhhər etsin.” ("Əhzab surəsi, 33 )Bu ayə aşkar şəkildə Əhli-Beytin günah və xətadan pak (məsum) olub hər hansı azğınlıqdan amanda olmalarına dəlalət edir. Elə buna görə də onların məzhəb və yollarının ardınca getmək düzgün və məntiqi bir işdir və o yolda batilə yol yoxdur.
    Bu ayə Əhli-Beytin ismətinə (paklığına) və yollarının haqq olmasına dəlalət edən digər çoxlu ayələrdən biridir. Amma Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən bu barədə nəql olunan hədislər də çoxdur. O cümlədən:
    "Mənim Əhli-Beytim Nuhun gəmisi kimidir: Hər kəs o gəmiyə minsə nicat tapar; və hər kəs ona minməkdən boyun qaçırtsa, qərq olacaq və yolunu azacaq.”
    Bu hədis dəlalət edir ki, hər kəs Əhli-Beytin ardınca getsə və din əhkamlarını onlardan öyrənsə, cəhənnəm odundan nicat tapıb canını qurtarar; və hər kəs Əhli-Beytdən ayrılsa və din əhkamlarını onlardan öyrənməsə, nicat tapmayacaqdır.
    Bu hədis müsəlmanlar arasında ən məşhur hədislərdəndir. Çoxlu hədisçilər məzhəbi ixtilafda olmalarına baxmayaraq, bu hədisi rəvayət etmişlər. Aşağıda bu hədisin qeyd olunduğu sənədləri zikr edirik:
    1-Hakim: "Müstədrəküs-Səhiheyn”, 2-ci cild, səh.243 və 5-ci cild, səh.150.
    2-Müttəqi Hindi: "Kənzül-Ümmal”, 6-cı cild, səh.216.
    3-Əbu-Nəim: "Hilyətul-övliya”, 4-cü cild, səh.306.
    4-Xətib Bağdadi: "Tarixül-Bağdad”, 12-ci cild, səh.19.
    5-İbni-Həcər: "Əs-Səvaiqül-Muhriqə”, səh.75 və onlarla başqa kitablar.
    Başqa hədislər də məzmunca bu hədisə oxşardır. Onlardan biri Xarəzminin "Əl-mənaqib” kitabında Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql etdiyi aşağıdakı hədisdir:
    "Hər kəs həyatının mənim həyatım və ölümünün mənim ölümüm kimi olmasını və Rəbbimin mənə vəd etdiyi cənnətə daxil olmaq istəsə, gərək Əliyyibni Əbi Talibin, onun övladlarının, pak Əhli-Beytinin vilayətini qəbul etsin. Onlar məndən sonra qaranlıqlarda hidayət rəhbərləri və nurlu çıraqlardır, heç vaxt sizi hidayət yolundan çıxarıb zəlalət yoluna salmazlar.”
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) yenə də buyurur:
    "Həqiqətən Allah Əli barəsində mənə çoxlu sifariş və tövsiyə edib sonra buyurdu: "Əli hidayət bayrağı, imanın nur saçan yeri, Mənim dostlarımın imamı və Mənə itaət edən hər bir kəsin nurudur.”
    Söz bura çatanda o vəhhabi aliminə dedim:–Dediyim bu məsələlər Əhli-Beyt məzhəbinin haqq olmasına kifayət deyilmi?
    O sükuta daldı və bir şey demədi.
    Biz söhbət etdiyimiz müddətdə yanımızda bir kişi oturmuşdu və maraqla söhbətlərimizə qulaq asırdı. Sonra bildim ki, yəmənlidir. O, vəhhabi aliminin sükut etdiyini gördükdə, söhbətə girişib mənə dedi:–Lütfən söhbəti davam etdirin. İndiyə kimi belə sözləri heç kimdən eşitməmişdim...
    Vəhhabi kişi yəmənlinin bizim söhbətlərimizə qulaq asmasını bildikdə çox narahat oldu və o tərəf bu tərəfə vurnuxmağa başladı. Elə bil ki, söhbəti kəsməyə bir bəhanə axtarırdı. Mən isə dayanmadan dedim:–Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurub:
    "Əli haqq ilədir və haqq Əli ilə.”
    Və yenə buyurmuşdur:
    "And olsun o Kəsə ki, canım Onun əlindədir, Əli və onun şiələri (davamçıları) Qiyamət günü nicat tapanlardır.”
    Bu iki rəvayət tam aşkar şəkildə dəlalət edir ki, İmam Əli (əleyhissalam)-ın şiələri və ardıcılları nicat əhlidirlər və Əli (əleyhissalam)-ı boşlayıb İslam əhkamını Əhli-Beytdən öyrənməyənlər nicat tapmayacaqlar. Buna görə də Əhli-Beyt (əleyhimussalam)-ın ardınca gedib onların Allah və Peyğəmbər məzhəbi olan məzhəblərini seçmişəm və bu yolun haqq olmasına yəqinim vardır.
    Bu yolun aqibəti də nicat, səadət və behişt olacaqdır. Peyğəmbəri Əkrəm də bu yolu nicat axtaranlara zəmanət veribdir. Aydındır ki,
    "Peyğəmbər "həvayi-nəfs üzündən söz demir.” ("Nəcm” surəsi, 3 ) Böyük olan Allah Nuhu və onun yoldaşlarını həlakət və qərq olmaqdan nicat verdiyi kimi, Əhli-Beyt və onun ardınca gedənlərə də cəhənnəm odundan və əzabdan nicat verəcəkdir.
    İndi soruşacağım sual budur ki, Peyğəmbər, Əhli-Beytin ardınca getməyənlərin nicat tapacağına zəmanət veribmi?
    Cavab verdi ki, yox.
    Soruşdum ki, sizin məzhəbin düzgün olmasının dəlili nədir? Kim zəmanət verib ki, axirətdə siz nicat tapacaqsınız? Siz, Allah və Onun Rəsulu tərəfindən itaət olunması haqda göstəriş verilməyən bir şəxsə təqlid edib, onun ardınca gedirsiniz. Hətta qeyri-rəsmi şəkildə (Allah və Peyğəmbər) bizi onlara (sizin təqlid etdiklərinizə) itaət etməkdən çəkindirir. Çünki onlar Əhli-Beytdən və onların ardınca gedənlərdən deyildirlər.
    Vəhhabi kişi bir az susdu, mən də fikrə dalmış yəmənli kişini sərbəst buraxdım. Görünürdü ki, o, vicdanına müraciət edərək bizim mübahisəmizdə eşitdiyi məsələlər barəsində daha dərindən düşünməyə başlamışdı. Bir neçə dəqiqəliyə kitabxananın bir guşəsində oturub, oradakı kitabları nəzərimdən keçirir, fikirləşirdim ki, sükut o cür şəraitdə yəmənli kişinin ayılması üçün ən yaxşı bir işdir. Vəhhabi kişi bu fürsətdən istifadə edib narahat halda oradakıların heç biri ilə xudahafizləşmədən çölə çıxdı.
    Bir anlıq sükutdan sonra yəmənli kişi fikirdən ayrılıb başını qaldırdı. Ona dedim:–İstəyirsənmi bu barədə söhbət edək?
    Dedi:–Allaha and olsun istəyirəm. Mən sizinlə görüşməzdən qabaq Peyğəmbər məscidində idim. Allaha and verdim ki, Öz Peyğəmbərinə xatir mənim xeyrimə və məsləhətimə olan şeyləri mənə nəsib eləsin. İndi ki, fürsət ələ düşüb və sizinlə görüşmüşəm, elə bilirəm ki, duam qəbul olub, bəlkə sizin vasitənizlə mən düz yola hidayət olunam. Bu elə bir yoldur ki, əvvəllər ondan qafil olmuşam.
    Dedim:–Buyurun, kitabxanadan çölə çıxaq və azad bir guşədə söhbət edək.
    Razılaşdı, kitabxanadan çölə çıxıb Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidinə getdik və xəlvət bir yerdə əyləşdik. Ona dedim:–Zənnimcə, məntiqi bir adamsınız və qarşılıqlı anlaşma ruhiyyəniz var. Həqiqətən Allah-Taala sənə belə bir nemət vermişdir. Vəhhabilərin ümumiyyətlə məntiq və qarşılıqlı anlaşma ruhları yoxdur, əksər hallarda insanla zorakılıqla rəftar edirlər...
    İslam məhəbbət və anlaşma dinidir. İcazə verin sizdən soruşum ki, haralısınız?
    Dedi:–Mən yəmənliyəm.
    Dedim:–İşiniz-gücünüz nədir? Nə işlə məşğul olursunuz?
    Dedi:–Məscidin imam-camaatıyam və bir neçə tələbəyə "Səhihi-Müslüm” və "Səhihi-Buxari”dən dərs deyirəm.
    Soruşdum:–”Səhihi-Müslüm”də Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən bir neçə rəvayət nəql ediblər.
    Dedi:–Hansı rəvayət?
    Dedim:–Həzrət buyurub:
    "Mən sizin aranızda iki böyük şeyi əmanət qoyuram: Allahın kitabı və itrətim, Əhli-Beytim. Məndən sonra nə qədər ki, bu iki şeydən yapışıb onları boşlamayıbsınız, heç vaxt zəlalətə, azğınlığa düşməyəcəksiniz. Bu iki şey Qiyamətdə "Kövsər” hovuzunun kənarında mənə gəlib çatana qədər bir-birindən ayrılmayacaqlar.”
    Cavab verdi ki bəli, bu hədis "Səhihi-Müslüm”də mövcuddur. Əlbəttə, başqa kitablarda da vardır.
    Dedim:–İndiyə kimi bu hədis haqqında fikirləşmisənmi?
    Bir az fikirləşib dedi:–Qəribədir, bu vaxta qədər mən bu hədis haqda fikirləşməmişəm.
    Dedim:–Bu hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) aşkar şəkildə bəyan edib ki, iki şeyi sizin aranızda qoyuram: Qurani Kərimi və özünün pak və məsum itrətini, Əhli-Beytini.
    Peyğəmbər bu iki qiymətli əmanəti İslam dininin əhkamının mənşəyi və mənbəyi qərar vermiş və izah etmişdir ki, bu iki şey bir-biri ilə sıx bağlıdır; onlardan təkcə birinə kifayət etmək olmaz. Quran bizi Əhli-Beytdən və Əhli-Beyt bizi Qurandan ehtiyacsız etmir. Quran icmal (yığcam) şəkildə bəyan olunmuşdur. Əhli-Beyt isə həqiqətdə Quran təfsirçiləridir ki, onu geniş şəkildə bəyan edirlər.
    Quran Allahın samit (danışmayan), imamlar isə natiq (danışan) kitabıdır.
    İndi soruşacağım sual budur ki, sizin (məzhəb) rəhbərləriniz Əhli-Beytdəndirmi?
    Cavab verdi:–Doğrusu, yox. Onlar Peyğəmbər Əhli-Beytindən deyildirlər.
    Dedim:–Peyğəmbər "Mən sizin aranızda iki şeyi əmanət qoyuram: Quran və sizin məzhəb rəhbərləriniz” deyibdirmi?
    Dedi:–Xeyr.
    Dedim:–Belə olan halda din əhkamlarını onlardan öyrənməyimiz caizdirmi?
    Dedi:–Onlar alim və ziyalı şəxslərdir!
    Dedim:–Alimlər və ziyalılar çoxdur. O qədər alimlər var ki! Özü də sizin məzhəb rəhbərlərinizdən çox-çox bilikli və kamallıdırlar. Niyə məzhəblərin sayını siz deyən qədər edək? Niyə dörd məzhəb yerinə yüz, yaxud min məzhəbimiz olmasın?
    Dedi:–Məzhəblərimizin bu qədər olmasının xas bir dəlili yoxdur. Bəs çıxış yolu nədir?
    Dedim:–Çarəsi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in İslam maarifini (təlimlərini) Əhli-Beytdən əxz etməyin vacib olması haqda buyurduğu sözlərdir.
    Dedi:–Dediyin hədisi mən başqa kitablarda da görmüşəm, amma ordakı hədislərdə "itrət” kəlməsi yerinə "sünnət” kəlməsi gətirilmişdir.
    Dedim:–Bəli, Əhli-Beyt düşmənləri bu hədisdə şiə məzhəbi, yəni Əhli-Beyt məzhəbinin haqq olmasına dair aydın bir dəlil olduğunu başa düşəndə, bu hədisi dəyişdirib təhrif etməyə əl atdılar. Məqsədləri də bu idi ki, bu hiylə ilə camaatı düzgün İslam xətti olan Əhli-Beyt yolundan uzaqlaşdırsınlar. Elə buna görə də söhbətin əvvəlində dedim ki, "itrət” ifadəsi ilə deyilən hədis "Səhihi-Müslüm”də gəlmişdir.
    Dedi:–Bəli.
    Dedim:–”Səhihi-Müslüm” qədim sihahdan (yəni, düzgün hesab olunan) və sizin üçün mötəbər sayılan kitabdır.
    Dedi:–Bəli, elədir.
    Dedim:–Buna əsasən, gərək mötəbər olmayan hədislərə etimad etməyəsən.
    Soruşdu:–Siz şiələr din əhkamını kimdən öyrənirsiniz?
    Dedim:–Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in pak itrətindən. Allah-Taala onları hər növ günah və aludəliklərdən uzaq saxlamışdır. Bizim məzhəbimizə "Cə”fəri məzhəbi” də deyirlər. Çünki, biz din əhkamlarını imam Cə”fər Sadiq (əleyhissalam) və digər imamlardan (əleyhimussalam) öyrənirik.
    Dedi:–Bəs səhabələrin məzhəbi nə olmuşdur?
    Dedim:–Əhsən! Çox yaxşı bir sualdır və gərək cavab verilsin. Məgər Əbu Hənifə məzhəbi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından təqribən 150 il sonra vücuda gəlməyibmi?
    Dedi:–Bəli, düzdür.
    Dedim:–Bəs belə olan surətdə Əbu Hənifədən əvvəl yaşayan müsəlmanların məzhəbləri nə idi? Onların hamısının azmış olduğunu söyləyə bilərikmi? Əgər belədirsə, görəsən onların taleləri necədir? Yerləri behiştdədir, yoxsa cəhənnəmdə əzab içindədirlər? Mən heç də güman eləmirəm ki, onların azğınlıqda olduqlarını deyəsən.
    Dedi:–Heç vaxt!
    Dedim:–Düzdür, çünki bizim şəkkimiz yoxdur ki, Əbu Hənifədən qabaq müsəlmanlar arasında səhabədən bir qrupu, o cümlədən Əbuzər Qəffari, Salman Farsi, Əmmar ibni Yasir, Xüzeymət ibni Sabit kimi şəxslər var idi ki, şəksiz-şübhəsiz haqq yolda olmuşlar və onların yeri də əbədi behiştdir.
    Dedi:–Elədir ki, var.
    Dedim:–Səhabənin məzhəbi nə idi?
    Dedi:–Onlar Quran və sünnət əsasında əməl edirdilər.
    Dedim:–Düzdür, amma bil ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in sünnətini Əhli-Beytdən öyrənmək lazımdır. Bu məsələ tamamilə məntiqidir. Çünki Əhli-Beyt Peyğəmbər sünnətini hamıdan yaxşı bilirdilər. Bundan əlavə Peyğəmbərin özü Əhli-Beytə itaət edib, onların ardınca getməyi əmr etmişdir.
    Aydındır ki, hal-hazırda Peyğəmbər sünnətini əlimizə gəlib çatan və etimad oluna bilən rəvayətlərdən öyrənmək olar.
    Əhli-Beyt tabeçiləri də öz əhkamlarını onlardan bizə yetişən mötəbər hədislərdən ələ gətirir, onların köməyi ilə Peyğəmbər sünnətinə vaqif olub, əməl edirlər. Buna əsasən, şiə məzhəbi həqiqətdə İslamı öz mənbəyindən ələ gətirməkdir. O, elə bir sərçeşmədir ki, böyük Peyğəmbərin elm dolu dəryasından başlanğıc götürür.
    Dedi:–Mən elə indidən Əhli-Beyti dost tuturam və buna da kifayət etmirəm. İstəyirəm ki, öz din əhkamlarımı onlardan öyrənəm.
    Category: Vəhhabiləri belə gördüm | Added by: Islam_Kitabxanasi
    Views: 757 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024