İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhhabiləri belə gördüm

    Vəhhabiləri belə gördüm
    2012-04-11, 5:39 AM
    İTAƏT, YOXSA BƏNDƏLİK?
    Cümə axşamı günbatan çağı (bu vaxt qəbirləri ziyarət etmək müstəhəbdir, amma vəhhabilər "Bəqi” qəbiristanlığının qapısını qıfıllamışdılar) Peyğəmbərin əmisi Həzrət Həmzə və "Ühüd” döyüşünün sair şəhidlərinin qəbirlərini ziyarət etməyə getdim. Yolda bir kişi ilə tanış oldum və ondan məşğuliyyəti haqda soruşdum. Dedi:–Məsciddə imam-camaatam.
    O da məndən adımı soruşdu. Mən onunla söhbətə başlamaq istəyirdim. Ona görə də dedim:–Mənim adım Əbdül-Hüseyndir. (Bilirdim ki, vəhhabilər bu cür adları haram bilirlər.)
    Dedi:–Bu ad haram və şirkdir və...
    Sözünü kəsib dedim:–Nə eybi var ki?
    Dedi:–Bəndəlik yalnız böyük Allah müqabilində caizdir. Hüseyn özü Allahın bəndələrindən biridir.
    Dedim:–Düzdür, ibadət və bəndəlik yalnız Allaha məxsusdur və Allahdan qeyrisinə bəndəlik etmək olmaz. İmam Hüseyn (əleyhissalam) da Allah bəndələrindən biridir. Kim bu məsələni inkar edir ki?!
    Dedi:–Əbdül Hüseynin mənası Allah üçün yox, Hüseyn üçün bəndəlikdir.
    Dedim:–Yanılırsınız! "Əbd” kəlməsi burada heç də kiməsə pərəstiş, ibadət etmək mənasında deyil. Əksinə burada bu sözdən məqsəd onun müqabilində təvazökarlıq və itaətdir. Necə ki, övlad ata-anasına və ya şagird müəlliminə itaət edir.
    Ata-ana və ya müəllim qarşısında təvazökarlıq edib, itaət etmək küfr və şirk deyil!
    Buna görə də Əbdür-Rəsul, Əbdüz-Zəhra, Əbdül-Hüseyn və bu qəbildən olan adlar şirk və küfr deyil. Belə adlardan istifadə etməyin şəriət nöqteyi-nəzərindən heç bir maneəsi yoxdur. Çünki "əbd” burada təvazökarlıq və itaət mənasındadır. Əgər siz lüğət kitablarına baxsanız, görərsiniz ki, "əbd”in mənalarından biri müti və itaət edən deməkdir. Buna görə də hər kəs başqa bir kəsə iqtida edərək itaət etsə, onun əbdi olur yəni, onun müqabilində təvazökar olur. Necə ki, hədisdə gəlibdir ki, "Hər kəs başqasının sözünə qulaq assa, onun əbdi olmuşdur.”
    Biz Allah, Peyğəmbər və Əhli-Beytin ardıcılları olub onlara itaət edirik və onların qarşısındakı bu mənada bəndə olmaqla da iftixar edirik.
    Əslində, onlara itaət etmək elə Allaha itaət etmək deməkdir. Çünki, Allah-Taala buyurur:
    "Ey iman gətirənlər, Allaha, Onun Rəsuluna və (onların tərəfindən olan) hakimlərə itaət edin.” ("Nisa” surəsi,59) ) Bu ayədə "ulul-əmr” (hakimlər) sözündən məqsəd Əhli-Beyt (əleyhimussalam)-dır. Çünki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan müxtəlif hədislər bu məsələni sübut edir. Buna görə də belə adlardan istifadə etməyin nə əql, nə də şəriət nöqteyi-nəzərindən eybi yoxdur.
    Dedi:–Hansı dəlilə görə?
    Dedim:–Quranın dəlilinə görə.
    –Quranın dəlilinə görə?-deyə təəccüblə soruşdu.
    Dedim:–Bəli, Allah-Taala buyurur:
    "Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh qul və kənizlərinizi evləndirin.” ("Nur” surəsi, 32 )
    Bu ayədəki "ibadikum” kəlməsi "öz bəndələriniz” mənasında işlənmişdir və dəqiq surətdə "filankəsin bəndəsi” demək kimidir. Bu dəlil, İslama etiqadı olan hər bir kəsə kifayətdir.
    İkincisi, əgər belə kəlmələri işlətmək haram olsaydı, şəriət sahibi həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən nəhy olunardı. İfadələrin işlədilməsinin nəyh olunmaması onların caiz olmasına dəlildir.
    Buna görə də hər kəs "əbd” kəlməsinin Allahdan başqası üçün işlədilməsini haram bilsə, aşağıdakı ayə onun halına şamil olacaqdır:
    "Hər kəs Allahın nazil etdiyi şeylə hökm etməsə, kafirdir.” ("Maidə surəsi 44 )
    Vəhhabi kişi dedi:–Mən bunu qəbul edə bilmərəm!
    Dedim:–Sənin qəbul edib-etməməyin çox da mühüm deyil. Əsas məsələ budur ki, biləsən ki, belə ifadələr (adlar) şəriətdə caizdir və sizin belə ifadələrin haram olması barədəki sözünüz şəri əsası olmayan bir hökmdür. Əgər dəlili olsaydı, qeyd edərdiniz. Bu qədər dəlillərdən sonra belə ifadələri qəbul etməməyiniz bu ayənin məzmununu sizə şamil edir: "Kafirlərə fərq eləməz: Qorxutsan da, qorxutmasan da iman gətirməyəcəklər.”("Ə”raf”, surəsi, 145 )
    Bu ayəni oxuyandan sonra qəzəblənərək özünə bəraət qazandırmaq istədi.
    Ona dedim:–Ümidvaram ki, haqqın müqabilində təslim olasan, çünki:
    "Haqdan sonra zəlalətdən başqa bir şey varmı?!” ("Yunis” surəsi, 32 )
    Bu ayələri vəhhabi kişiyə oxuyandan sonra sözümü kəsib uzaqlaşdı. Bu halda dostlarımdan birinin mənə nəql etdiyi bir dastan yadıma düşdü:
    Ərəbistanın şərqində sakin olan Əbdüz-Zəhra adlı bir gənc tibb üzrə doktor rütbəsinə qədər öz şəhərində təhsil aldıqdan sonra ixtisaslaşmaq üçün Amerikaya getdi. Bir müddətdən sonra daxili xəstəliklər üzrə mütəxəssis kimi öz ölkəsinə qayıtdı. Xəstələri müayinə və müalicə etmək üçün tibbi müayinə mərkəzi açıb qapının üstünə şüşə lövhədə belə yazdı: "Doktor Əbdüz-Zəhra, daxili xəstəliklər üzrə mütəxəssis”.
    Vəhhabilər bu adı görəndə onun əleyhinə hücuma keçib şüşə lövhəni sındırdılar və içəridə olan bütün tibb avadanlıqlarını qarət etdilər, sonra isə həkimə dedilər: "Adını dəyişdirib Əbdu Rəbbiz-Zəhra qoy!” Həkim bu rəftardan çox narahat oldu və ölkədən mühacirət etməyi qərara aldı...
    ŞƏFAƏT
    Şəfaət dini termində bir hacətin (istəyin) və ya duanın qəbul olunması, xəstənin şəfa tapması və ümumiyyətlə, dünya və ya axirətə aid olan hər hansı bir hacətin qəbul olunması üçün adamın özü ilə Allah arasında bir kəsin vasitəçi olması deməkdir.
    Başqa sözlə, şəfaət peyğəmbərlər, imamlar və övliyaların vasitəsi ilə Allahla əlaqə yaramaqdır. Bu şəfaət ənbiya və övliya üçün (həm dünya, həm də axirətdə) isbat olunmuş bir məsələdir. Bunun dəlili də Quran ayələri və bu barədə çatan yüzlərlə rəvayətdir. Səhabə dövründən indiyə qədər müsəlmanların siyrəsi (yolu) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-i və məsum imamları (əleyhimussalam) öz hacətlərinin rəva olması üçün şəfaətçi gətirmələri olubdur. Rəvayətdə var ki, Bəni Abbas xəlifələrindən biri olan Mənsur Dəvaniqi malikilərin imamı Malik ibni Ənəsi Peyğəmbər məscidində görüb soruşur: "Üzümü qibləyə tutub dua edim, yoxsa Peyğəmbərə tərəf?” Malik ibni Ənəs cavab verir: "Üzünü niyə Peyğəmbərdən döndərəsən? Halbuki, o sənin, hətta həzrət Adəmin Allahla əlaqə yaratma vasitəsidir. Elə isə üzünü ona tərəf döndər və duan qəbul olsun deyə, onu vasitəçi və şəfaətçi qərar ver.”
    Allah-Taala buyurur:
    "Əgər münafiqlər özlərinə sitəm (zülm) etdikləri vaxt sənin yanına gəlib və (öz əməllərindən) Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv diləsəydi, əlbəttə, Allahın, tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.” ("Nisa” surəsi, 64 )
    Bu, müsəlmanların siyrəsi və ən”ənəsi idi. Amma vəhhabilərin bu barədə müsəlmanlarla ixtilafları vardır. Allahın halal buyurduqlarını haram, haram buyurduqlarını isə halal bilirlər. Quranın xilafına olaraq şəfaəti qəbul etmirlər, üstəlik hər kəs Peyğəmbəri, yaxud imamları şəfaətçi tutsa, onu müşrik, kafir və zındıq adlandırırlar. Onlar şəfaətin guya haram olması haqda dəlil kətirib deyirlər ki, şəfaət bir insanın başqası qarşısında bir növ bəndəçiliyidir. Onlar bilmirlər ki, (və ya özlərini bilməməzliyə vururlar) şəfaət heç də Peyğəmbər (s)-ə və imamlara (əleyhimussalam) sitayiş etmək mənasına deyil. Müsəlmanlar tək və misilsiz olan Allaha inanırlar. Onların etiqadları budur ki, Peyğəmbər, Əhli-Beyt və övliyaların Allah yanında böyük, uca məqamları, dərəcələri var. Ona görə də onları Allah ilə özləri arasında şəfaətçi, vasitəçi qərar verirlər. Görəsən, bu iş Peyğəmbərə və ya məsum imamlara sitayiş mənasınadırmı?! Bunun harası bu şəfaətçiləri Allah fərz etməkdir? Əgər bir nəfər "nə üçün insan vasitəçi olmadan Allah dərgahına üz gətirməsin?”-deyə soruşsa, cavabda deyilməlidir ki, vasitəçi olmadan əlaqə yaratmağın heç bir maneəsi yoxdur. Amma əgər şərafətli bir adamı şəfaətçi etsək, bu iş duanın qəbul olunmasına bir zəmanət olar. Çünki, insanın etdiyi günah və xətalar bais olubdur ki, Allah yanında olan məqam və dərəcəsi aradan getsin, ilahi əzaba, qəzəbə layiq olsun. Bu günahlar insanı Allahdan uzaqlaşdırır, bir pərdə kimi insanla Allah arasındakı rabitəni kəsir və duanın qəbul olunmamasına səbəb olur. Amma Peyğəmbər və məsum imamlar (əleyhimussalam) ismətli olduqlarınadan, günaha mürtəkib olmurlar. Buna əsasən, Allah yanında böyük məqama malikdirlər və əgər vasitə olsalar, onların şəfaətləri hökmən qəbul olunacaqdır.
    İnsan onları özü ilə Allah arasında şəfaətçi qərar verdikdə, həqiqətdə Allahdan istəyir ki, onların Allah yanında olan hörmətlərinə xatir ona rəhm edib, ondan razı olsun. Elə buna görə də Allah-Taala insanları Peyğəmbəri şəfaətçi gətirməyə, ona təvəssül etməyə çağırır. Bu mətləb həm Peyğəmbərin həyatı dövründə, həm də o mübarək vücudun vəfatından sonrakı dövrlərdə doğrudur. Yuxarıda qeyd olunan ayədə ("Nisa” surəsi, 64) əgər Peyğəmbərin şəfaəti olmadan Allaha üz gətirmək kafi olsaydı, onda nə üçün Allah-Taala:
    "Peyğəmbər onlar üçün bağışlanmaq istəsin”-deyə buyurur?
    Bu qeyd göstərir ki, Allaha üz gətirmək və Onunla əlaqə yaratmaq Allah yanında şərafətli, yüksək məqam sahibi olan bir şəxsin vasitəçiliyi ilə olarsa, daha layiqlidir. İstər bu vasitəçilər məsum imamlar olsun, istərsə də Peyğəmbər və ya Allahın sair saleh bəndələrindən biri.
    Qeyd etmək istəyirəm ki, bir müddət bundan əvvəl bir kitabda gördüm ki, vəhhabi muzdurlarından biri öz batil etiqadalarını müdafiə edərək belə yazıb: "təvəssül, şəfaət və qəbir üzərində məqbərə, bina düzəltmək nəhayətdə bəndəçiliyə və şirkə aparıb çıxarır və bu, zatən Allahdan qeyrisinə ibadət etmək sayılır.”
    Həqiqətdə bu muzdur yazıçı özü də bilmədən vəhhabilərin etiqadlarının düzgün olmadığını etiraf etmiş və onu islah etməyə çalışmışdır. Ona görə də deyir ki, təvəssül, şəfaət və qəbir üzərində məqbərə tikmək əslində başqa insanlara ibadət etmək deyil; amma axırda ibadət və pərəstişə gətirib çıxarır.
    Maraqlıdır ki, o, vəhhabilərin "bu iş öz-özlüyündə başqa insanlara ibadət etmək sayılır və şirkdir” deməklə buraxdıqları səhvi düzəltmək istəmiş, lakin başqa bir səhvə yol vermişdir. Başqa sözlə desək, bir batil işi ört-basdır etmək üçün başqa bir batil işə əl atmışdır.
    Bildiyimiz kimi, müsəlmanlar əziz Peyğəmbərə, Əhli-Beytə və ilahi, saleh övliyalara təvəssül etmiş, onları şəfaətçi və vasitəçi gətirmişlər. Və bu əməl də heç vaxt şirkə, Allahdan qeyrisinə sitayiş olunmasına gətirib çıxarmamışdır.
    Qurani Kərim insanları Peyğəmbəri həm onun həyatı dövründə, həm də vəfatından sonrakı dövrdə şəfaətçi gətirməyə dəvət edir. Bunun dəlili olan ayəni yuxarıda qeyd etdik. Üstəlik, tarixçilər yazırlar ki, səhabələr Peyğəmbəri həm həyatında, həm də vəfatından sonra şəfaətçi gətirərdilər. Quran hətta bir möminin başqa bir möminə şəfaət etməsini aşkar şəkildə bəyan etmişdir. Allah-Taala buyurur:
    "Hər kəs yaxşı bir işə vasitə olsa (şəfaət etsə), özü də ondan bəhrələnəcəkdir.” ("Nisa” surəsi, 85 )
    Bu ayədən aydın olur ki, nəinki peyğəmbərlərin və məsum imamların, hətta bir möminin öz din qardaşına şəfaət etməsi caizdir.
    Bu qədər dəlildən sonra, görəsən niyə vəhhabilər şəfaəti haram hesab edirlər?
    Cavabda deyilməlidir ki, vəhhabilər tərəfindən şəfaətin haram hesab edilməsinin dəlilləri, kitabın əvvəlində qeyd etdiyimiz kimi, Məhəmməd ibni Əbdül Vəhhabın nəzəriyyəsidir. O, ingilis casusu Mister Hemferlə olan görüşlərində bir sıra razılaşmalar əldə etmişdir. O cümlədən Peyğəmbərin əzəmətli şəxsiyyətini zəiflətmək, onun simasını çirkin cilvələndirmək, camaatı o həzrətdən uzaqlaşdırmaq və s. məqsədlərlə bu işə əl atmışlar. Bu çirkin planlar ingilis casusunun köməyi və Məhəmməd ibni Əbdül Vəhhabın vasitəsi ilə yerinə yetirilməli idi.
    Bəli, vəhhabilər tərəfindən şəfaətin haram olmasının dəlili, yalnız Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in hörmətini sındırmaqdır!
    Bu deyilənlər Peyğəmbər məscidində müşahidə etdiyim macəralar üçün bir müqəddimə idi. O məsciddə başçıları bir alim olan Misir hacıları və ziyarətçilərindən bir qrupu zərihin ətrafında dövrə vurmuş və ağlar halda deyirdilər: "Ya Rəsuləllah, şəfaət! Ya Rəsuləllah şəfaət!”
    Bu halda vəhhabi alimlərindən biri onları gördü. Rəsulullahı şəfaətçi gətirdiklərinə görə, qəzəbli halda onları dağıtdı və dedi:–Peyğəmbərlər və övliya şəfaət edə bilməzlər! Onları şəfaətçi gətirmək şirk və küfrdür!
    Misirli alim cavab verdi:–Quranda oxumamısan ki: "Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də (Allah yanında şəfaətçi olub) onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.”
    Vəhhabi kişi dedi:–Peyğəmbərlərin şəfaət etməyə haqları yoxdur!
    Misirli alim cavabında dedi:–Quranda həzrət Yəqubun övladlarının dastanını oxumamısan? Onlar atalarına dedilər:
    "Ey ata, bizim günahlarımız üçün bağışlanmaq (əfv) dilə; biz xəta etmişik.” (Həzrət Yəqub cavablarında) dedi: "Rəbbimdən tezliklə sizin üçün bağışlanmaq diləyəcəyəm. Həqiqətən O, bağışlayan və mehribandır.” ("Yusif” surəsi, 97 )
    Bu ayə, peyğəmbərlər tərəfindən şəfaətin bu dünyada caiz olmasına dəlalət etmirmi?
    Vəhhabi kişi qəzəblə qışqırdı:–Dedim ki, peyğəmbərlərin şəfaət haqqı yoxdur, bəsdir!
    Misirli kişi dedi:–Sənin hökm etdiyin şey Allahın nazil etdiyi hökm deyildir. Allah heç vaxt belə bir şey buyurmayıb...
    Nəhayət, bu məsələ misirli hacılarla o vəhhabi kişinin tutaqlaşmasına gətirib çıxartdı. Nəticdə hər iki tərəfdən çoxlu adam yaralandı.
    Category: Vəhhabiləri belə gördüm | Added by: Islam_Kitabxanasi
    Views: 780 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024