İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Etiqat » Vəhhabiləri belə gördüm

    Vəhhabiləri belə gördüm
    2012-04-10, 6:36 AM
    FATMEYİ-ZƏHRA ŞƏHİD OLUBDURMU?
    "Bəqi” qəbiristanlığına daxil oludum, Fatimeyi Zəhra (əleyha salam)-ın qəbri olmasına ehtimal verdiyim bir qəbrin yanında durub, səmimi qəlb və ürək yanğısı ilə məsum imamlardan gəlib çatan ziyarətnamələrdən birini oxumağa başladım. Deyilməlidir ki, Fatimə (əleyha salam)-ın qəbri bu günə kimi naməlum qalıb və onun barəsində bir neçə ehtimal vardır:
    1-Ola bilsin ki, "Bəqi”dədir;
    2-Ola bilsin ki, Peyğəmbərin qəbri ilə minbəri arasındadır;
    3-Ola bilsin ki, "Beytül-Əhzan”dadır.
    4-Mümkündür ki, başqa yerdə olsun.
    Bilmək lazımdır ki, həzrət Zəhra (əleyha salam)-ın qəbrinin yerinin dəqiq surətdə məlum olmamasının səbəbləri barəsində çoxlu sual meydana çıxır. O cümlədən, görəsən bu məsələ təsadüfi bir məsələdir, yoxsa bir hədəfi və hikməti vardır?
    Şübhəsiz, o xanımın qəbrinin yerinin naməlum qalması heç cür təsadüfi ola bilməz; əksinə, müəyyən bir hədəf üçün gizli qalmışdır. Səbəbi də budur: Həzrət Fatimə (əleyha salam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra (hakimiyyət məsələsində) yaranmış vəziyyətdən narahat olmuşdu. O, Peyğəmbərdən nəql olunan onlarla rəvayət əsasında xilafətin Əli (əleyhissalam)-a məxsus olduğunu bilirdi. Buna görə də atasının vəfatından sonra onun başına çox müsibətlər gətirdilər. Buna görə də o xanım vəsiyyət etdi ki, onu gecə dəfn etsinlər və dəfn mərasimində iştirak etmək üçün müxaliflərə xəbər verməsinlər, qəbrin yerini də məxfi saxlasınlar.
    Həqiqətdə həzrət Fatimə istəmirdi ki, müxaliflər dəfn mərasimindən sui-istifadə edib, öz hakimiyyətlərinə bir bəhanə gətirsinlər. Başqa sözlə, Fatimeyi Zəhra (əleyha salam) həyatı boyu mübarizə və qiyam mənşəyi olduğu kimi, istəyirdi ki, ölümü də hakimlərə qarşı bir növ etiraz əlaməti kimi cilvələnsin. Elə həmin səbəbə görə Əli (əleyhissalam)-a vəsiyyət etmişdi ki, onu gecə dəfn etsin və başqalarını dəfn mərasiminə dəvət etməsin. İmam da onun vəsiyyətinə əməl edib, qəbrini gizli saxladı. Buna görə də bu qəbrin yeri indiyə kimi naməlum qalmışdır. Əlbəttə, vəhhabilər iddia edirlər ki, o həzrətin qəbri "Bəqi”dədir. Bu barədə əlavə məlumat almaq üçün Fatimə (əleyhissalam)-ın həyatı ilə əlaqədar kitablara, o cümlədən İbahim Əmininin "Fatmeyi-Zəhra” kitabına müraciət edə bilərsiniz.
    Nə isə, Fatimə (əleyhissalam)-ın qəbrini ziyarət etməklə məşğul idim ki, üzündə əzəmət və vüqar əlaməti olan yaşlı bir kişi (sonradan məlum oldu ki, Sudan alimlərindəndir və vəhhabilərin zəhərli təbliğatları ona təsir etmişdir) mənə yaxınlaşıb kobud səslə dedi:–Fatimeyi Zəhra haradadır? Daha bu xurafat nəyə lazımdır?! O, min ildən çoxdur ki, ölmüşdür, sən isə indi onu çağırırsan?! Dəli olmusanmı?!
    Belə bir kobud rəftardan çox narahat oldum, amma bilirdim ki, o şeyxin günahı yoxdur, həqiqətdə vəhhabilərin zəhərli təbliğatları onu da aldatmışdır.
    Cavabında ona salam verib, Allahın buyurduğu
    "Yaxşı sözlərə üz gətirin” ("Həcc” surəsi, 24 ) kəlamını zikr elədim. O kişi sakitləşdi, xəcalətli halda salamın cavabını alıb dedi:–Bağışlayın, mənim bəyan tərzim səhv oldu. Mən gördüm ki, elə bir şey deyirsiniz ki, caiz deyil, buna görə də kobud cavab verdim.
    Dedim:–Mühüm deyil... İndiyə kimi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in həyat tarixini oxumusanmı?
    Dedi:–Bəli, belə bir iftixara nail olmuşam.
    Dedim:–Afərin! Bilirsənmi ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) "Bədr” döyüşündə öldürülən kafirlərin cəsədlərini bir quyuya tökməyi əmr etmişdi?
    Dedi:–Bəli, məlum olur ki, siz təhsilli və fazil bir şəxssiniz.
    Dedim:–Bilirsənmi ki, həzrət o quyunun kənarında durub ölülərə xitabən nə demişdi?
    Şeyx əlini ağarmış saqqalına çəkib fikrə daldı. Elə bil ki, zehnində olanları yadına salmaq istəyirdi. Bir qədər sükutdan sonra dedi:–Bəli, həzrət bu barədə bir şey deyib, amma nə dediyi dəqiq yadımda deyil.
    Dedim:-Mən bilirəm... Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) kafirlərin cəsədləri quyuya atıldıqdan sonra onlara xitabən dedi:
    "Rəsulullah üçün necə də pis qonşular idiniz! Onu öz ev-eşiyindən didərgin salıb, əleyhinə qalxdınız, onunla döyüşə çıxdınız, həqiqətən Rəbbimin mənə verdiyi vədənin haqq olduğuna yəqin etdim.” Ömər dedi: "Bir söz eşitməyən cəsədlərlə necə danışırsan?” Peyğəmbər buyurdu: "Ey Xəttabın oğlu, Allaha and olsun, sən heç də onlardan yaxşı eştmirsən!” Ey şeyx, diqqət elədinmi?
    Dedi:–Bəli. Sizin gözəl hafizəniz var. Çünki Peyğəmbərin sözlərini eynilə, olduğu kimi nəql edirsiniz.
    Dedim:–Bu, ölülərin bizim sözlərimizi eşitmələrinə bir dəlil deyilmi?
    Dedi:–Bəli.
    Dedim:–Kafir ölüləri belə olanda, onda Peyğəmbərin gözünün işığı olan Fatimeyi-Zəhra barəsində nə deyirsən? Mümkün deyilmi ki, ona salam verən, yaxud ziyarət edən bir şəxsin səsini eşitsin?
    Dedi:–İnan ki, indiyə qədər belə sözlər eşitməmişdim.
    Sonra məni bağrına basıb üzümdən öpdü və dedi:–Qardaşım, bilmədiyim bir məsələni çox asanlıqla mənə başa saldın.
    Dedim:–Həzrət Fatimə (əleyha salam)-ın qəbrini ziyarət etməyin düzgün bir məsələ olmasına başqa bir dəlil də vardır.
    Həyəcanla soruşdu:–Hansı dəlil?
    Dedim:–Allah-Taala buyurur:
    "Allah yolunda öldürülənlərə "ölü” deməyin. Onlar diridirlər, lakin siz dərk etmirsiniz.” ("Bəqərə surəsi, 154 )
    ("Ali-İmran” surəsinin 169-cu ayəsi də həmin mənanı təkidləndirir. Bundan əlavə, onda həqiqi həyatın xüsusiyyətləri bəyan olunmuşdur.)
    Heyrətlə dedi:–Bu ayənin Fatimeyi-Zəhraya nə dəxli var? Ayə şəhidlər barəsindədir!
    Dedim:–Bəli, Fatimeyi-Zəhra (əleyha salam) vilayət və imamət yolunun ilk şəhididir.
    Əlimdən tutub son dərəcə təəccüblə dedi:–Məgər Fatimeyi-Zəhra şəhid olubdurmu? Mən bunu ömrüm boyu eşitməmişəm!
    Dedim:–Bəli... indiyə kimi eşitmədiklərin eşitdiklərindən qat-qat çoxdur. Çünki qəsbkar dövlətlər və onların hiyləgərlik siyasətləri bu həqiqətin yayılmasına mane olmuşdur. Sizin əlinizdə olan tarix naqis və təhrif olunmuş bir tarixdir. İslamın bir çox hadisə və məsələləri sizin üçün tanınmaz və naməlum qalmışdır.
    Dedi:–Nə danışırsan?!
    Dedim:–Əgər bu həqiqətlərdən agah olmaq istəyirsənsə, tələsmə, sənin üçün aydınlaşdıraram.
    Dedi:–Allaha and olsun, mən həqiqəti axtarıram!
    Dedim:–Onda bil ki, Fatimeyi-Zəhra (əleyha salam) şəhid olmuşdur.
    Dedi:–Kim cür”ət edib onu öldürmüşdür? Məgər o, Peyğəmbərin qızı deyildirmi?!
    Dedim:–Bəli, o, Allah Rəsulunun qızı idi və Peyğəmbərin yanında böyük və ali məqam sahibi idi. Buna baxmayaraq, onu öldürdülər.
    Söz bura çatanda gözləri yaşla doldu, ağlaya-ağlaya dedi:–Onu nə üçün öldürdülər? Sən Allah, mənə de, axı niyə?
    Dedim:–Fatimeyi-Zəhra (əleyha salam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra Həzrət Əli (əleyhissalam)-ın canişin və xilafətinə təkid edir və onun vilayətini müdafiə edirdi. O, bu barədə camaatı ayıltmağı özünə bir vəzifə hesab edirdi. O, Həzrət Əli (əleyhissalam) ilə birlikdə ənsarın evlərinə gedib "Qədir-Xum” hadisəsini və Əli (əleyhissalam)-ın Peyğəmbərin canişini kimi təqdim olunduğu digər əhvalatları onlara xatırladırdı. Bu səbəbə görə onun qarşısında çoxlu çətinliklər və təzyiqlər yaratdılar, "Fədək”-i ondan aldılar. Həzrət Zəhra (əleyha salam)-ın (Peyğəmbərin vəfatından sonra) gördüyü ən böyük müsibət, İslam ümmətində icad olunan bu böyük əyinti (əyrilik) idi.
    O, Peyğəmbərin sadə yaşayış tərzinin necə yaddan çıxarıldığını yaxşıca görürdü. Elə bil görmüşdü ki, əgər bu işlər belə davam edərsə, gələcəkdə İslamı müdafiə etmək bir günah sayılacaq, əbuzərlər sürgün olunacaq, dünya malına hərislik, ayrı-seçkilik, cahiliyyət adət-ən”ənələri yenidən canlanacaq, əbu süfyanlar yenidən diriləcək, müaviyələr hakim olacaq. Əli (əleyhissalam), Əbuzər, Əmmar, Salman, Bilal və s. hakimiyyətdən uzaqlaşdırılıb yezidlər və müaviyələr hakim olacaq.
    Onun məqsədi bu əyriliklərin kökünü kəsmək idi. Elə onun Əli (əleyhissalam)-ı müdafiə etməsi də bu niyyətlə idi. Buna görə də İslamı müdafiə etmək üçün yorulmaz mübarizələrini başlamışdı.
    Mübarizə əzab-əziyyətsiz mümkün deyil, buna görə də bu yolda o həzrət üçün çoxlu müsibətlər və giriftarçılıqlar icad etdilər. Bu müsibətlər də axırda onun şəhid olmasına gətirib çıxartdı...
    Beləliklə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra Fatimə (əleyha salam)-ın başına gətirilən müsibətlərin bir qismini o şeyx üçün aydınlaşdırdım. O, bu sözlərdən çox kədərləndi və yanaqlarından göz yaşı axmağa başladı. Sonra dedi:–And olsun Allaha, səndən eşitdiklərim mənim üçün çox gözlənilməz idi.
    Dedim:–Bəli, sən və bu həqiqəti eşidən hər kəs üçün gözlənilməzdir.
    Dedi:–And olsun Allaha, inan ki, söhbətimiz əsnasında sənin tarixi hadisələrə agah olduğuna yəqin etməsəydim, şəksiz sözlərini rədd edəcəkdim.
    Gülümsəyib dedim:–Aram ol, həqiqəti bilmək istəyirsən?
    Dedi:–Bəli, istəyirəm!
    Dedim:–Onda kor-koranə, yersiz təəssübdən əl çək və həvayi-nəfsə tabe olma!
    Dedi:–Söylədiklərinin düz olmasını haradan bilim?
    Dedim:–Dediklərimin hamısı müxtəlif mənbələrdə və kitablarda mövcuddur.
    Dedi:–Bunları hansı kitabdan nəql edirsən?
    Dedim:–Kitab çoxdur... Amma indi onlara əlim çatmaz.
    Dedi:–Mədineyi-münəvvərədə çoxlu kitabxana və kitab dükanları var. Lazım olan kitabları tapa bilərik.
    Dedim:–Əlbəttə, bir şərtlə!
    Dedi:–Hansı şərt?
    Dedim:–Həqiqət sənin üçün aydınlaşandan sonra onu qəbul edib müxalifət də etməyəsən.
    Dedi:–Eybi yoxdur, söz verirəm ki, bu şərtə əməl edəm.
    Dedim:–Allahı bu dediklərinə şahid tutursanmı?
    Dedi:–Bəli.
    Bu vaxt "Bəqi”dən xaric olduq. Allahdan istəyirdim ki, lazım olan kitabı tapmaqda mənə kömək etsin. Gəzə-gəzə gəlib bir kitab dükanına yetişdik.
    Tez o dükana girdim və üçüncü hicri əsrinin alimlərindən və böyük sünnü tarixçilərindən olan İbni Qüteybə Dinəvərinin "Əl-imamətü vəs-siyasət” kitabını soruşdum. Xoşbəxtlikdən orada həmin kitab var idi. Sevincək halda onu aldım və birinci cildinin 19-cu səhifəsindəki yazıları şeyxə göstərdim: "Əbu-Bəkr bey”ətdən boyun qaçırıb Əlinin (kərrəməllah vəchəh) evində toplaşanlardan bey”ət almaq üçün Öməri göndərdi. Ömər Əlinin evinə gəldi və oradakıları bey”ətə dəvət etdi, amma onlar evdən çıxmadılar...”
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in rehlətindən sonra baş verən hadisələri o kitabdan şeyx üçün oxudum, sonra kitabı ona verdim ki, qalanını da özü oxusun. Ona dedim:–Gərək biləsən ki, bu kitabın müəllifi bu faciənin yalnız kiçik bir qismini bəyan etmiş, öz qərəzli fikrinə görə bu acı həqiqətin incəliklərinin hamısını yazmamışdır.
    Dedi:–Hansı incəlikləri?
    Dedim:–Onları burada (küçədə) açıb şərh etməyə fürsət yoxdur. Amma bil ki, Həzrət Zəhra (əleyha salam) bu müsibət və hadisələrin təsiri nəticəsində yatağa düşüb 18 yaşında ikən dünya ilə vidalaşdı! Beləliklə də Fatimeyi Zəhra (əleyha salam) imamət yolunun ilk şəhidi sayılır.
    Şeyx o həzrətin başına gətirilən müsibətləri eşidəndə qüssələnib narahat oldu. Hiss olunurdu ki, onda qəlbən bir dəyişiklik yaranmış və öz nadürüst fikirlərində şəkkə düşmüşdür.
    Ona dedim:–Ey şeyx, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra baş vermiş acı hadisələr doğrudan da qəmli hadisələrdir və hər bir müsəlmanın qəlbini ağrıdır.
    İslama yenicə üz gətirən müsəlmanların bəziləri İslam təlimlərini lazımınca öyrənə bilmədilər. Çünki fürsət axtaranların əllərinə yaxşı şərait düşmüşdü. Belə ki, "Ühüd”, "Bədr”, "Xəndək” və s. müharibələrində İslama qarşı çıxan və ağır məğlubiyyətlərdən sonra çarəsizlikdən İslama təslim olan ə”yan-əşraflar yarım əsrdən sonra yenidən böyük İslam imperatorluğuna hakim oldular.
    Onlar hətta Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in övladlarını Kərbəlada nahaq yerə öldürdülər, arvad-uşaqlarını əsir etdilər... Hər bir şəhərdə və ya kənddə Əli (əleyhissalam)-ın dostlarını tutub qaranlıq zindanlarda şəhadətə yetirirdilər. Özü də bu işlərin hamısını "İslam” adı ilə görürdülər!
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra qarşıya çıxan məsələlər Əhli-Beyt (əleyhimussalam)-ın öz qanuni haqlarından məhrum olmalarına səbəb oldu. Bu cəhətdən müsəlmanlara ağır xəsarətlər dəydi.
    Ey şeyx, indi ki, haqq sənin üçün aydınlaşdı, məbada onu atıb batili tutasan! Həvayi-nəfsin ardınca getmə! Və əvvəldəki şərtimizi unutma!
    Bu barədə Allah-Taala buyurur:
    "Möminlər o kəslərdir ki, öz əmanətlərinə və əhd-peymanlarına riayət edərlər.” ("Möminun” surəsi, 9. )
    Beləliklə, onu öz müqəddəratını təyin etməkdə azad buraxdım. Nəhayət, Allah-Taala onu hidayət etdi, gözü haqq nuru ilə işıqlandı və həqiqətin, Allah-Taalanın paklığa çıxartdığı imamların ardınca getdi. Bu, dəlil-sübut ilə mübahisəyə girişən, məntiqi sözü qəbul edən və onun əsasında əməl edən hər bir düşüncəli insanın xüsusiyyətidir.
    Bu üslub İslamın istifadə etdiyi və onunla haqqa dəvət etdiyi bir üslubdur.
    İslam dəlil, sübut və məntiqi dindir... İnsanları onunla Haqqa dəvət etmiş, təfəkkür etməyə çağırmış və onları hər cür təəssübdən çəkindirmişdir. Qurani-Kərimdə bu insaniyyət üslubu aşkar şəkildə görünür:
    "Asimanların və yerin yaradılışında, gecə-gündüzün dolanmasında əql sahibləri üçün (ilahi) nişanələr vardır.” ("Ali imran” surəsi, 190. )
    Bu ayədə qeyd olunan "əql sahibləri” o kəslərdir ki, dəlil və sübut (yəni asimanların və yerin yaradılışında və gecə-gündüzün gəlib-getməsində təfəkkür etmək) yolu ilə Allaha iman gətirirlər.
    Müşrik və inadkarların barəsində isə buyurur:
    "Axirəti inkar etdilər, hansı ki, özlərinin ona yəqinləri var idi”. ("Nəml” surəsi, 14 )
    Bu ayə göstərir ki, təəssübkeşlər və inadkarlar həvayi-nəfsin (nəfsani istəklərin) ardınca gedərək dəlil, əql və vicdan ilə müxalifət edirlər.
    Buna görə də, ey qardaş, gərək İslamın dəvət etdiyi üsluba tabe olub çəkindirdiyi şeylərdən uzaq olasan.
    VƏHHABİLƏRİN ƏLİ İLƏ İSLAMİ ƏSƏRLƏRİN DAĞIDILMASI
    Hal-hazırda dünyanın hər yerində keçmiş nəsillərdən irs qalmış tarixi abidə və əsərlərlə fəxr edilir, onları qoruyub-saxlamağa həddindən artıq səy göstərilir və onları təmir edib düzəltmək üçün külli miqdarda pul sərf edilir.
    Dünya ölkələri arasında belə bir qanun var ki, xaricdən gələn müxtəlif hey”ətlərə və qonaqlara öz tarixi abidələrini göstərsinlər. Amma qəsbkar vəhhabi dövləti İslamın tarixi əsər və abidələrini bir-birinin ardınca və tamamilə məhv edir ki, gələcəkdə onlardan heç bir əsər-əlamət qalmasın. Bu, vəhhabilərin İslama və bütün müsəlmanlara qarşı törətdikləri böyük bir cinayətdir. Çünki bu tarixi abidələr heç kimin şəxsi əmlakı deyil və bütün müsəlmanlara məxsusdur; tarix boyu müsəlmanların iftixarı sayılmış, indi də sayılmaqdadır. "İslam dövləti” iddiasını irəli sürən ölkələr də vəhhabilərin bu kinli hərəkətləri qarşısında tam sükut edərək məs”uliyyətsiz bir mövqe seçmiş və onlara qarşı heç bir reaksiya göstərməmişlər.
    Əlbəttə, onların belə bir mövqe seçmələri heç də təəccüblü deyil. Çünki bu hökumətlərin vəhhabilərlə müştərək bir xüsusiyyətləri vardır: onlar Amerika, İngiltərə, Rusiya və ya bu kimi istismarçı dövlətlərin əlaltılarıdır.
    İndi görək, İslam iddiaçısı olan dövlətlərin bu üç dövlətdən asılı olmalarında şəkk yeri vardırmı?
    Şübhəsiz, hamı bilir ki, bu dövlətlərin başçıları əcnəbilərin əlaltılarıdır və onların (əcnəbilərin) səfirlikləri tərəfindən verilən göstərişlərə uyğun olaraq əməl edirlər.
    Bunları nəzərə alaraq bu dövlətlərin vəhhabilərin cinayətlərinə qarşı bir reaksiya göstərəcəklərini gözləmək olarmı?
    Vəhhabilərin məhv etdikləri bu tarixi əsərlər iki dəstəyə bölünür: birinci dəstədən vəhhabilərin səylərinin əksinə olaraq müəyyən əsər-əlamət qalmışdır. İkinci dəstədən isə heç bir əsər-əlamət qalmamışdır.
    Birinci dəstəyə aşağıdakılar daxildir:
    Mədineyi-münəvvərədəki "Bəqi” qəbiristanlığı; o, 1342-ci hicri qəməri ilində vəhhabilərin təcavüzünə məruz qalmış, oradakı tarixi abidələr, o cümlədən İmamların və digər ilahi övliyaların qəbirlərinin zərihləri, minarə və günbəzləri məhv edilmişdir.
    Məkkeyi-Mükərrəmədə olan "Qüreyş” qəbiristanlığı ("Cənnətül-müəlla”); bu qəbiristanlıqda İslami şəxsiyyətlərdən bir qrupu dəfn edilmişdir ki, İslamın inkişaf edib yayılmasında əllərindən gələni əsirgəməmişlər. Onların bəzilərinin adlarını qeyd edirik:
    1. Peyğəmbərin babası Əbdül-Müttəlib ibni Haşim. Bu böyük şəxsiyyətin Peyğəmbərə etdiyi xidmətlər hamıya bəllidir.
    2. İslam qəhrəmanı Əli (əleyhissalam)-ın atası Əbu-Talib. O, İslam Peyğəmbərinin zəhmətkeşi və hamisi idi, bütün qüvvəsini İslamı və İslam Peyğəmbərini müdafiə etməyə və müşriklərlə mübarizəyə sərf etdi. Hətta Peyğəmbər onun barəsində buyurmuşdu: "Dinin möhkəmlənməsi yalnız Əlinin qılıncı, Xədicənin sərvəti və Əbu Talibin himayəsi sayəsində mümkün oldu.”
    Amma vəhhabilər bu böyük şəxsiyyəti azğınlıq və küfrlə müttəhim edirlər, özü də bu iddiaya heç bir dəlilləri yoxdur. Belə bir ittiham yalnız Əbu Talibə və onun oğlu Əli (əleyhissalam)-a qarşı olan kin və düşmənçilikdən irəli gəlir. Hansı ki, Əbu Talib özünün Allaha və Peyğəmbərə olan imanını müxtəlif münasibətlərlə təşkil olunan məclislərdə aşkar etmişdir. O cümlədən bir şerdə deyir:
    "Mən yəqin etdim ki, həqiqətən Mühəmmədin dini aləmdəki dinlərin ən yaxşısıdır.”
    İndi görək Əbu Talibə qarşı küfr nisbəti vermək olarmı?
    Bu böyük şəxsiyyəti küfr və inhiraf ilə müttəhim edənlər bilməlidirlər ki, Qiyamət günü Allah qarşısında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in, Əli (əleyhissalam)-ın və Əbu Talibin düşmənlərindən sayılacaq, xar və zəlil olacaqlar.
    (Əlavə məlumat almaq üçün Əbdüllah Xüneyzinin yazdığı "Qüreyş mömini Əbu Talib” kitabına müraciət edə bilərsiniz.)
    3. Peyğəmbərin həyat yoldaşı Xədicə binti Xüvəylid. O, bütün sərvətini İslamın inkişafı və təbliği yolunda bəxş etmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onun barəsində buyurur: "Dinin möhkəmlənməsi yalnız Əlinin qılıncı, Xədicənin sərvəti və Əbu Talibin himayəsi sayəsində mümkün olmuşdur.”
    4. Peyğəmbərin oğlu Əbdüllah.
    5. Peyğəmbərin oğlu Qasim.
    Keçmiş dövrlərdə bu qəbirlərin hamısının məqbərəsi, günbəzi var idi və müsəlmanlar onları ziyarət edərdilər. Amma vəhhabilər Hicaza hakim olduqdan sonra, bu məqbərələrin bütün qiymətli çilçıraqlarını, cəvahiratını qarət edib, sonra onu torpaq komasına döndərmişlər.
    Bu deyilənlər birinci dəstəyə aid olan məhv edilmiş tarixi abidələr idi. Amma tamamilə məhv edilən və heç bir əsər-əlaməti qalmayan tarixi abidələr aşağıdakılardır:
    1. Peyğəmbərin əziz atası Əbdüllah ibni Əbdül Müttəlibin qəbri (Mədineyi-Münəvvərədə).
    Vəhhabilər o qəbri məhv edib sonra oradan piyada və maşın yolları salmışlar.
    Bu əməllə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in atasına qarşı böyük bir hörmətsizlik və əhanət (təhqir) rəva görmüşlər. Görəsən, bu qəbri olduğu kimi saxlasaydılar, onlara nə ziyanı olacaqdı?
    Şübhəsiz, bu işlərin hamısı Məhəmməd ibni Əbdül-Vəhhab ilə ingilis casusu Hemferin razılaşmaları əsasında baş vermişdir.
    Onlar qərara almışdılar ki, Peyğəmbərin heysiyyətinə və etibarına ləkə yaxmaq üçün heç nəyi əsirgəməsinlər. Vəhhabilər bununla da kifayətlənməyib həyasızcasına Peyğəmbərin əziz atasını küfr və yoldan azmaqla müttəhim edirlər. Amma Əhli-Beyt (əleyhimussalam)-dan gəlib çatan hədislərdə Əbdül Müttəlibin, Əbu Talibin və Əbdüllahın imanlı olması təkid olunmuşdur.
    2. Xeybər qapısı. Xeybər, Mədinə şəhərinin 95 kilometrliyində yerləşən bir məntəqənin adıdır. Qədimdə bu məntəqədə çoxlu möhkəm qalalar var idi. O qalalarda yəhudilər yaşayırdılar.
    Yəhudilər müsəlmanların qorxusundan Xeybər qapısını böyük böyük qala qapısı etmişdilər. Bu qapı çox böyük və ağır bir daş parçasından ibarət idi ki, açıb-bağlamağa qırx dörd nəfər lazım olurdu. Amma İslam qoşununun qəhrəman sərkərdəsi həzrət Əli (əleyhissalam) Xeybər müharibəsində o qapını təklikdə yerindən çıxardıb qırağa atdı. Hətta mötəzilə (sünnü firqələrindən biridir) alimi İbni Əbil Hədid, Əli (əleyhissalam)-ın bu fəzilətinə işarə edərək deyir:
    "Ey qırx dörd nəfərin hərəkət etdirməkdən aciz qaldığı qapını yerindən çıxaran!”
    Bu qapı Xeybər qalasında yaşayan yəhudilərin həyatı üçün şah damar hesab edilirdi. İmam Əli (əleyhissalam)-ın qala qapısını çıxardıb ora hücum etdiyi və yəhudilərin sərkərdəsi olan Mərhəbi öldürdüyü vaxt yəhudilərin ən böyük ümidləri qırıldı.
    Maraqlıdır ki, İordaniya tərəfindən Hicaza tərəf gələn hacılar Xeybər məntəqəsindən keçəndə bir küncə tullanmış o böyük qapını görür və Əli (əleyhissalam)-ın o qapını çıxartmaqda və yəhudiləri məğlub etməkdə göstərdiyi qəhrəmanlıqlardan, rəşadətlərdən heyrətlənirdilər. Ali-Səud sülaləsi hakimiyyətə gələndən sonra bir neçə səbəbə görə o daşı öz gözlərində bir tikan kimi görürdülər. Bu səbəblər aşağıdakılardır:
    a) O qapının müşahidə olunması Əli (əleyhissalam)-ın əzəmətini xatirələrdə canlandırırdı. Ali Səud isə o həzrətə qarşı kin və düşmənçilik bəsləyirdi. Elə buna görə də bu qapının mövcud olmasına dözə bilməzdilər.
    v) İngilis casusu Hemfer Məhəmməd ibni Əbdül Vəhhab ilə İslamı zəiflətmək və məhv etmək üçün sövdələşmişdi. Bu qapı isə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in rəhbərliyi ilə müsəlmanların böyük qələbələrindən aşkar bir nümunə idi. Buna əsasən, bu məsələnin yanından sakit sovuşa bilməzdilər.
    Saydığımız bu və bəzi başqa dəlillərə görə vəhhabilər bu böyük tarixi əsəri gizlətmiş, ondan heç bir əsər-əlamət saxlamamışlar. Bu barədə İordaniya-Mədinə magistralında sürücü işləyən bir nəfər mənə dedi ki, qəsbkar Ali Səud dövləti kran vasitəsi ilə bu daş qapını götürüb naməlum bir yerə aparmışdır.
    Beləliklə, aydın olur ki, vəhhabilərin cinayətləri həddindən artıq çoxdur İslama və müsəlmanlara qarşı törətdikləri cinayətlərin isə sayı-hesabı yoxdur. Gizli törətdikləri cinayətlər aşkarda törətdiklərindən daha çoxdur.
    İnşallah gələcəkdə istismarçıların əlaltısı olan bu dövlətin devrilməsi və möminlərin hakimiyyətə gəlməsi ilə məxfi qalmış cinayətlərin üstü açılacaqdır.
    3. Qədir-Xum (Xum diyarı) İslam tarixində böyük bir hadisədən xəbər verir. Peyğəmbəri Əkrəm "Həccətül-vida”-dan qayıdan zaman Məkə ilə Mədinə arasında yerləşən bu məntəqədə düşərgə salmış, Əli (əleyhissalam)-ın əlini yuxarı qaldıraraq, onu özündən sonra canişinliyə təyin etmişdir. Sonra bu cümləni üç dəfə təkrar etmişdir:
    "Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. İlahi, onu dost tutan (sevən) hər kəsi dost tut, onunla düşmənçilik edən hər kəsi Sən də düşmən tut; ona kömək edən hər kəsə kömək et və onu xar edən hər kəsi xar et!”
    Sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) müsəlmanlara əmr etdi ki, Əli (əleyhissalam) ilə beyət etsinlər və ona salam göndərsinlər.
    Uzun illər boyu bu diyar müsəlmanlar üçün məşhur və tanınmış bir yer idi; oradan keçən hər bir insan bu böyük İslami hadisə haqqında xoş xatirələri yada salırdı.
    Amma vəhhabilər hakimiyyətə gələndən sonra oradan keçən yolu dəyişdirdilər və o diyarın bütün İslami abidələrini məhv etdilər ki, heç kəs bu hadisənin baş vermə yerindən xəbərdar olmasın.
    MƏSCİDÜL-HƏRAMA QARŞI HÖRMƏTSİZLİK
    Allah-Taala Məscidül-həramı insanlar üçün əmin-amanlıq yeri seçmişdir. Orada heç kim başqasına–hətta günahkar olsa belə–toxuna bilməz.
    Bu barədə Qurani-Kərim buyurur:
    "Hər kəs oraya (Məscidül-hərama) daxil olsa, amanda olar.” ("Ali-İmran” surəsi, 97.)
    İslam fəqihlərinin hamısı bu fikirdədirlər ki, "hədd”("Hədd” bir cinayət, yaxud günaha qarşı təyin edilən müəyyən bir cəza tədbiridir. )vurulması vacib olan günahlara (zina, ləvat, şərab və s. kimi) mürtəkib olub Məscidül-hərama sığınan şəxslərə hakim, Məscidül-həramda hədd vurdura bilməz. (Çünki Allah-Taala oranı əmin-amanlıq məkanı qərar vermişdir.) Amma başqa yolla (məsələn, ac saxlamaqla) sıxışdıraraq, təzyiq göstərərək məsciddən çıxmaq məcburiyyətində qoymaq olar. Əlbəttə, qeyd etmək lazımdır ki, bir şəxs Məscidül-həramın daxilində günaha mürtəkib olsa, daha amanda qalmayacaq. Çünki bu, məscidə qarşı ehtiramsızlıq olur və ona hökmən hədd vurmaq lazımdır.
    Bəli, Allahın və Quranın hökmü budur. Amma vəhhabilər bu hökmü bilə-bilə onu ayaqları altına salır və hətta Məscidül-həramın daxilində də hacılara qarşı hörmətsizlik edirlər. Hacılara qarşı edilən hörmətsizliklər çoxdur. Məsələn, qəsbkar Ali-Səud dövləti hər il həcc mövsümündə bir qrup vəhhabini Həcərül-Əsvədin yanında (Həcərül-Əsvəd yerdən bir metr ucalıqdadır) qoyur ki, hacıları vurub dağıtsınlar. Bu qrup Kə”bə qapısının astanasında oturub bir əllə onun üzərinə çəkilmiş pərdənin bir küncündən tutur, o biri əllərində isə qalın sim və ya şallaq hacıların baş-gözlərinə (onları Həcərül-Əsvəddən uzaqlaşdırmaq üçün) vururlar. Bu mənzərəni müşahidə edən hər kəs başa düşür ki, onların əlləri hacıları vurmaq və dağıtmaq üçün dayanmadan qalxıb-enir. Onlar böyüyə-kiçiyə, qocaya-cavana heç də rəhm etmirlər. Bu əməlin səbəbini soruşduqda deyirlər ki, məqsədimiz nizam-intizam yaratmaqdır ki, hamı Həcərül-Əsvədi öpə bilsin.
    Amma aydındır ki, yalan deyirlər. Çünki: əvvəla, onların iddia etdikləri rəftar və əməl tərzləri nizam-intizam yaratmaq üzündən deyil, başqa müsəlmanlara qarşı olan kinənin şiddətindən xəbər verir. Dəlili də budur ki, onlar zərbələri tam daşürəklilik və şiddətlə hacıların başlarına endirirlər. İkincisi, Həcərül-Əsvədi öpmək belə bir cahilanə və kor-koranə üsullardan istifadə etmədən də mümkündür. Məsələn, mehribanlıqla hacılara deyə bilərlər ki, Həcərül-Əsvədi öpəndən sonra başqalarına da yol açsınlar. Necə ki, biz belə bir insani rəftarı İranın müqəddəs ziyarətgahlarında görmüşük. Məzhəbi bayram və ya vəfatlarda bu ziyarətgahlarda camaatın izdihamının Həcərül-Əsvədin yanında olan izdihamdan heç də az olmamasına baxmayaraq, İrandakı insani rəftar üsulları daha yaxşı və müsbət nəticələr verir.
    Amma vəhhabilər müsəlmanlara qarşı bəslədikləri sırf kin və düşmənçlik üzündən belə bir üslubu seçmişlər. Öz gözlərimlə Həcərül-Əsvədin ziyarətindən qayıdan bir kişinin başından qan axdığını (vəhhabilərin zərbələri nəticəsində) gördüm.
    Onlar belə bir vəhşi hərəkətləri növbə ilə yerinə yetirirlər. Məsələn, onların bir qrupu çoxlu fəaliyyətdən, dava-dalaşdan və nəticədə yorulduqdan sonra yerini başqa bir qrupa verir.
    Məscidül-Həramda əmin-amanlığın olmaması və hörmətsizliyin çox olmasının aşkar nümunələrindən biri də budur ki, Səudiyyə dövləti vəhhabilərdən qeyrisinin Məscidül-Həramda nitq söyləməsini qadağan etmişdir!
    Category: Vəhhabiləri belə gördüm | Added by: Islam_Kitabxanasi
    Views: 717 | Downloads: 0 | Rating: 3.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019