İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Vəhhabi suallarına cavablarımız

    Vəhhabi suallarına cavablarımız
    2011-12-21, 9:14 PM
    Sual 24: Nə üçün şiələr namaz vaxtı qarşılarından keçən adama mane olmadıqları halda, sünnilər bu işə sərt şəkildə əks-əməl göstərirlər?
    Cavab: Şiə fiqhinə görə, gəliş-gediş olan yerdə namaz qılan şəxs müstəhəbdir ki, qarşısına təsbeh kimi bir şey qoymaqla arakəsmə yaratsın. Namaz qılanın bundan başqa vəzifəsi yoxdur. Sünnə əhlinin bir hissəsi isə namaz qılanın qarşısından keçməyi haram bilir, bəzən isə bu namazı batil sayırlar.("Səhihe-Buxari”, namaz kitabı, fəsil 100-101) Hənəfilər və malikilər bildirirlər ki, qarşıdan keçənə mane olmaq lazımdır. Namaz qılanın qarşısından keçməyi şafeilər haram, hənbəlilər isə məkruh sayırlar və deyirlər ki, qarşıdan keçənə işarə ilə mane olmaq lazımdır.("Əl-fiqh ələl-məzahibil-ərbəə”, c. 1)
    Möminlərə tövsiyə olunur ki, sünnə əhlinin etiqadına hörmətlə yanaşıb, namaz halında onların qarşısından keçməsinlər. Əgər bir sünni müsəlman bu işə görə sizə etiraz edərsə, bu etirazı qərəzli saymayın. Qeyd etməliyik ki, Məscidül-həram və Məscidün-nəbidə böyük izdiham olduğundan sünnilər həmin yerlərdə namaz qılanın qarşısından keçməyi caiz sayırlar.("Töhfətul-ixvan”, Ben Baz, s. 88)
    Sual 25: Nə üçün şiələr Məscidün-nəbidə sünnilərə nisbətən Quran oxumağa daha az məşğul olurlar?
    Cavab: Etiraf etməliyik ki, şiələr onlara tövsiyə olunduğu qədər Quran oxumurlar. Ziyarət və digər işlərə Quran oxumaqdan daha çox vaxt ayırılır. Amma bu münasibətin digər səbəbləri də var:
    Kəbədə Quran qiraəti məclisi təşkil etmək üçün şiələrə mane olunur.
    Əksər şiələr qeyri-ərəb olduqlarından Quranın mənasını anlamır və yalnız savab xatirinə Quranı oxuyurlar. Onlar bildirirlər ki, Quran həmişə bizimlədir, amma Peyğəmbər (s) və Əhli-beytin ziyarətinə hər vaxt nail olmaq olmur.
    Mühüm səbəblərdən biri budur ki, çoxları Quran oxumağın, xüsusilə də onun nazil olduğu yerdə bu işə məşğul olmağın dəyərini anlamır, mənasız söhbətlərlə vaxt keçirirlər.
    YADDAŞ
    Qeyd etməliyik ki, Məscidül-həramdan sonra ən fəzilətli məscid Məscidün-nəbidir. Orada qılınan namaz başqa məscidlərdə qılınan on min namaza bərabərdir. Rəvayətlərdən məlum olur ki, namaz və ziyarət məqsədi ilə o müqəddəs məkanda olmaq xüsusi savaba malikdir.
    İmam Sadiq (ə) buyurur: " Məscidün-nəbidə gücünüz çatdığı qədər namaz qılın. Bu sizin üçün çox xeyirlidir. İnsanlar dünya işində zirəklik göstərənləri tərif edirlərsə, görün axirət işində zirəklik göstərənlərin tərifi nədir.”("Vəsailüş-şiə”, c. 10, s. 274, fəsil 11, hədis 2.)
    Bir şəxs nəql edir ki, imam Sadiq mənə belə buyurdu: "Peyğəmbər (s) məscidində nə qədər bacarırsansa çox namaz qıl. Bu şərif məkanə gəlmək hər vaxt mümkün olmur.”(Həmin mənbə, c. 10, s. 264, fəsil 4, hədis 6.)
    Sünnə əhlinin daha çox Quran oxuması həqiqətdir və bunun bəzi səbəbləri var:
    Sünnə əhlinin əksəri ərəb olduğundan Quranın mənasını anlayır. Bu səbəbdən də onlar Quran oxumaqdan daha çox ləzzət alırlar.
    Şiələrdə hər namazdan sonra məxsus dualar var. Sünnilərdə belə dualar olmadığından onlar daha çox Quran oxuyurlar.
    Sünnilər, xüsusi ilə də vəhhabilər ziyarətə bir o qədər də əhəmiyyət vermirlər. Vəhhabi böyüklərindən biri deyir: "Mən neçə illər ardıcıl peyğəmbər məscidinə getsəm də, bir dəfə olsun belə peyğəmbərə salam vermədim, onu ziyarət etmədim.”
    Belə görünür ki, başqa məzhəblərin Quran oxumağa daha çox imkanları olur.
    Sual 26: Nə üçün şiələr Peyğəmbəri (s) ziyarət edərkən sünnilər etiraz edib deyirlər ki, dua edəndə üzünüzü qəbrə yox, qibləyə tutun?
    Cavab: Şiə kitablarındakı rəvayətlərdə Peyğəmbər (s) Əhli-beyti (ə) buyurur: "Ziyarətçi öz ziyarətindən sonra üzünü qibləyə tutub, dua üçün əllərini qaldırsın və Allah-təaladan diləyini istəsin. Belə dua qəbul olmağa daha layiqdir.”("Vəsailüş-şiə”, fəsil 6, hədis 1.)
    Buna əsasən, möhtərəm ziyarətçilərin dua zamanı üzünü qibləyə tutması müstəhəbdir. Bu əmr təkcə Peyğəmbərin ziyarətinə yox, bütün məsumların (ə) ziyarətinə aiddir. Üzü qəbrə dayanıb Allaha dua edən şəxs şəri cəhətdən xilaf iş görmür, sadəcə, müstəhəb bir işi tərk etmiş olur.
    Sünnə əhli isə belə hesab edir ki, dua zamanı üzü qəbrə dayanan adam dua üçün əllərini qaldıra bilməz.(Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, s.1391) Ona görə də uyğun halda dua üçün əlini qaldırana mane olurlar. Onların nəzərincə bu iş xilafdır və nəhy əz münkər (qadağa) lazımdır.
    Ümid edirik ki, möhtərəm şiələr müstəhəbbi əmələ riayət edərək dua vaxtı üzü qibləyə dayanacaq və sünnilərin etirazına şərait yaratmayacaqlar.
    Sual 27: Nə üçün Bəqi qəbristanlığından bayırda şiələrin namaz qılması etiraza səbəb olur?
    Cavab: Sünni məzhəbi alimlərindən bəziləri qəbir kənarında namaz qılınmasını bidət sayır, onun şirkə apardığını bildirirlər.("Töhfətul-ixvan”, Ben Baz, s. 14 və 68.) Güman ki, onlar şiələrin Bəqi ətrafında qıldıqları namazı da qəbir kənarındakı namaz kimi qiymətləndirirlər. Hətta İbn Bazın fətvasına görə, qəbir olan məsciddə namaz qılmaq düzgün deyil.("Töhfətul-ixvan”, Ben Baz, s. 14 və 68) O deyir ki, qəbir kənarında namaz qılan adama mane olmaq lazımdır. Maraqlıdır ki, Məscidül-həram və Məscidün-nəbidə xeyli qəbir olduğu halda, nə üçün həmin yerlərdə namaz qılmaq haram edilməyib? Görən neçə illər Məscidün-nəbidə Peyğəmbərin (s) və başqa iki şəxsin qəbri kənarında namaz qılmış Aişə haqqında nə düşünürlər?
    Yaxşı olar ki, bütün deyilənləri nəzərə alaraq, əziz möminlər yersiz ittihamlara səbəb olmamaq üçün namazlarını Məscidün-nəbidə qılsınlar. Məscidün-nəbidə qılınan namaz kənarda qılınan on min namaza bərabərdir.
    İKİ YADDAŞ
    1.Sünnə əhli iddia edir ki, günün müəyyən saatlarında namaz qılmaq olmaz. Guya, sübh namazından günəş doğanadək və ikindi namazından gün batanadək namaz qılmaq nəhy (qadağan) olunub. Bəqi kənarında həmin vaxtlarda namaz qılanlar həm də bu cəhətdən ittiham edilə bilərlər. Əhli-beyt aşiqləri diqqətli olmalı, öz hərəkətləri ilə Əhli-beyti (ə) qınaq altda qoymamalıdırlar. Ümumiyyətlə, harada və nə vaxt namaz qılmaq barədə alimlərə müraciət etmək lazımdır.
    2.Bəzi şiələr Məscidün-nəbidə camaat namazını bitirən kimi öz sübh namazlarını qılmağa başlayırlar. Sübh namazından sonra gün doğanadək namaz qılınmasını caiz saymayan sünnə əhli bu işə pis baxır. Ona görə də ehtiyat üçün sübh namazını təzələmək istəyənlər bu işi camaat namazından qabaq görməlidirlər. Belə olsa bədgümançılıqlar da aradan qalxar. Əlbəttə ki, deyilənlər camaat namazı bitdikdən sonra məscidə daxil olanlara aid deyil.
    Sual 28: Nə üçün şiələr Əbu-Bəkrə qarşı biganə olduğu halda, sünnilər onu sevir, hətta xütbə oxuyarkən onu ağlayaraq yad edirlər?
    Cavab: Şiələrin Əbu-Bəkrə biganə münasibətini əsaslandırmaq üçün sünnilərin iki mötəbər kitabı olan "Səhihe Müslim” və "Səhihe Buxari”yə müraciət edirik:
    "Həzrət Peyğəmbər (s) buyurdu: Fatimə (s) mənim tənimin yarısıdır, onu qəzəbləndirən kəs məni qəzəbləndirmiş olur.”("Səhihe Buxari”, fəsil 12, s.626, hədis 3714.)
    Başqa bir hədisdə buyurulur: "Aişə deyir ki, Peyğəmbərin (s) vəfatından sonra Fatimə Əbu-Bəkrdən Peyğəmbərdən qalanları irs istədi. Əbu-Bəkr dedi ki, Peyğəmbər (s) "bizdən kimsə irs aparmaz və bizdən nə qalsa, sədəqədir”, buyurub. Əbu-Bəkrin sözləri Fatiməni qəzəbləndirdi və o Əbu-Bəkri tərk etdi, həyatı boyu onunla danışmadı. Fatimə Peyğəmbərdən (s) sonra altı ay yaşadı.("Fərzul-xums”, s. 512, hədis 3092 və 3093.)
    "Səhihe-Müslim”də nəql olunur ki, həzrət Peyğəmbər (s) minbərdən buyurdu: "Mənim qızım tənimin yarısıdır. Onu narahat edən məni narahat edir, Fatiməni incidən məni incidir.("Səhihe-Müslim”, s. 1056, hədis 2449.)
    Sual olunur ki, Fatimənin sözünü rədd etməkdən böyük əziyyət nədir? Fatimə öz iddiasının sübutu üçün şahid gətirməyə məcbur edilir, şahid gətirdikdə isə yenə də inkar olunur.("Səhihe-Buxari”, s. 626, hədis 3712.) Aişə bildirir ki, Əbu-Bəkrdən sonra Ömər Mədinədən Peyğəmbərə (s) çatacaq büdcəni Əli və Abbasın ixtiyarına verdi, amma Fədək və Xeybərdən çatası pay saxlanıldı.(Həmin mənbə, Fərzul-xums, s. 512, hədis 3093)
    Bəli, məlum olur ki, həzrət Fatimənin (s) tələbləri haqlı imiş. Bunu bilə bilə Əbu-Bəkr Fatiməyə az da olsa, ata mülkündən verməkdən imtina etmişdir. Tutaq ki, Peyğəmbərdən (s) qalan mülk müsəlmanlara çatır, məgər Fatiməyə (s) bir müsəlman kimi nəsə vermək olmazdımı?! Sünnilər isə birtərəfli mühakimə yürütdüklərindən Əbu-Bəkrin yalnız müsbət tərəflərini görür, hətta öz mötəbər kitablarını belə ciddi mütaliə etmirlər. Beləcə, Fatimənin məzlumiyyətinə ağlamalı olanlar ona zülm edənə ağlayırlar.
    MÜBAHİSƏ
    Bir gün bir sünni Əbu-Bəkrə etinasızlığımın səbəbini soruşdu. Dedim ki, biz sizə tərif olunan imanlı və mərhəmətli Əbu-Bəkrə yox, Fatiməyə əzab verib, onu qəzəbləndirmiş Əbu-Bəkrə biganəyik. Bəlkə də, Peyğəmbər (s) qızının dünyadan vaxtsız köçməsinin əsas səbəbkarı elə həmin şəxs olmuşdur. Siz də bizim kimi "sizdən yalnız Əhli-beytimə dostluq istəyirəm” ("Şura”, 23)ayəsini nəzərə alaraq eyni münasibətdə olmalısınız.
    Həmsöhbətim dedi: "Fatiməni incitmək caiz olmasa da, onu incidənə biganəlik düzgün deyil.”
    Ona "Fatiməni incidən məni incidir” hədisini və "Allahı və onun rəsulunu incidənlərə Allah dünya və axirətdə lənət edər” (Əhzab”, 57) ayəsini xatırlatdım. O, eşitdiklərindən əsəbiləşib, qulaqlarını tutdu və məndən uzaqlaşdı.
    Bəli, şiələri Əbu-Bəkrə mənfi münasibətə vadar edən məhz sünnə əhlinin mötəbər kitablarındakı bəzi əhvalatlardır. Ortada qərəzçilik və təəssüb yoxdur. Sünnə əhli bu həqiqəti dərk etmək üçün öz kitablarını ciddi araşdırmalıdır.
    Sual 29: Nə üçün şiələr qəbir ziyarətinə kişili-qadınlı getdiyi halda, sünnilər qadınla kişi arasında fərq qoyurlar?
    Cavab: Şiə fiqhinə görə qəbir ziyarəti həm kişi həm də qadın üçün müstəhəbdir və onlar arasında fərq qoyulmur. Amma səbirsizlik etməmək şərt sayılır. Çünki qəbir ziyarətində məqsəd ibrət götürmək, axirət barədə düşünmək və bağışlanma istəyidir. Bu məsələyə münasibətdə sünnilər arasında ixtilaf var. Hənbəli və şafeilər deyir: "Qəbir ziyarəti istər yaşlı, istərsə də gənc qadınlar üçün məkruhdur. Onların getməsi fəsada səbəb olsa, haramdır.” Hənəfi və malikilər isə belə deyir: "Evdən çıxması fəsad doğurmayan yaşlı qadınlar üçün ziyarət müstəhəbdir. Amma evdən çıxması fəsad doğuran gənc qadınlar üçün ziyarət haramdır.”(Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1)
    Bu ixtilafdan məlum olur ki, onların bu məsələ barədə yetərli dəlili yoxdur. Vəhhabilərin üz tutduğu müfti İbn Baz isə belə deyir: "Qadınlar üçün qəbir ziyarəti haramdır.”("Fətvalar məcmuəsi”, Ben Baz, c. 13, s. 324) İbn Baz bu fətvasında qeyri mötəbər bir rəvayəti dəlil göstərir: "Allahın Rəsulu (s) qəbir ziyarətinə gedən qadınlara lənət oxudu.”(Termizi, "Əl cənaiz”, h. 1056)
    Amma bu rəvayət bir neçə səbəbdən məqbul deyil:
    Dörd sünni məzhəbinin heç biri bu rəvayətə istinad və əməl etmir.
    "Səhihe-Buxari” və "Səhihe Müslim”də bu rəvayət nəql olunmur.
    həmin mənbələrdə Peyğəmbər (s) zamanı qadınların qəbir ziyarətinə getdiyini xəbər verən rəvayət nəql olunur. Bu rəvayətlərdən birində Aişə deyir: "Bir gecə Allahın rəsulu mənim yatdığımı güman edib evdən çıxdı. Mən onun ardınca gedib, Bəqi qəbiristanlığına döndüyünü və bir qədər durub dua etdiyini gördüm. Evdə ondan soruşdum ki, Bəqi əhlini mən necə ziyarət edim? O, mənə necə ziyarət etməyi (mətni) öyrətdi.("Səhihe Müslim”, əl cənaiz, fəsil 35, s. 412, hədis 974)
    Digər bir rəvayətdə nəql olunur: " Allahın Rəsulu (s) yoldan keçərkən qəbir kənarında bir qadının ağladığını gördü. Həzrət buyurdu ki, Allahdan qorx və səbirli ol. Qadın "çıx get, mənim düşdüyüm müsibətə sən düşməmisən” dedi. Peyğəmbəri tanımayan bu qadına onu tanıtdırdıqdan sonra Həzrətin evinə gedib üzr istədi. Həzrət buyurdu ki, səbir, dəyən zərərdən qabaqdır.”("Səhihe-Buxari”, əl canaiz, s. 205, hədis 1283.) Bu rəvayət "Səhihe-Muslim”də də nəql olunmuşdur. Rəvayətlərdən məlum olur ki, Peyğəmbərin (s) dövründə qadınlar qəbir ziyarətinə gedər və ağlayarmışlar. Həzrət (s) bu ziyarəti qadağan etməmiş, sadəcə, qadınları səbirli olmağa çağırmışdır. Sünnə əhlinin kitablarında belə bir rəvayət də nəql olunur ki, Fatimeye Zəhra (s) atasının vaxtında və ondan sonra Həmzəni və Ühüd şəhidlərinin qəbrini ziyarət edər, namaz qılar, dua oxuyar və ağlayarmış.("Əs-sunənul kubra, Əbddürrəzzaq, c. 3, s. 572 və c. 4, səh-131 və Müstədrəkül-hakim, c. 1, səh-533.)
    "Vəsailüş-şiə” kitabında nəql olunur: "Fatimeyi-Zəhra Peyğəmbərdən sonra həftədə iki dəfə Ühüd şəhidlərini ziyarət edərdi. Sünnə əhli nəql edir: "Həzrət Fatimə (s) Allahın rəsulunun dəfnindən sonra qəbirdən bir ovuc götürüb qoxuladı və hüzünlü bir şer oxudu.("Ət-tarixul-qəvim”, Muhəmməd Tahir əl-Kordi, c. 1, s. 196) Yenə nəql olunur ki, Aişə Məkkədə qardaşının qəbrini ziyarət edirdi.(Müstədrəkül-hakim”, c. 1, s. 376) Başqa bir rəvayətdə nəql olunur ki, Aişə həzrət Peyğəmbərin (s) və Əbu-Bəkrin dəfn olunduğu hücrədə namaz qılar, dua oxuyarmış. Ömər orada dəfn olunduqdan sonra Aişə qəbirlər ilə özü arasında divar tikdirdi. O, deyir: "Hücrədə Ömər dəfn olanadək həmişə üzümü açıq qoyar, yüngül geyinərdim. Elə ki, Ömər dəfn olundu, divar tikilənədək tam örtündüm.”("Ət-tarixul-qəvim”,c. 1, s. 193)
    Əhməd Hənbəl nəql edir ki, Aişə dedi: "Peyğəmbərin və atamın dəfn olunduğu hücrəyə girdikdə üzümü açar, düşünərdim ki, dəfn olunanlar ərim və atamdır. Amma Ömər orada dəfn olunduqdan sonra, and olsun Allaha, örtünməmiş o hücrəyə girmədim.”(həmin mənbə, s. 208)
    Sünnə əhlinin nəql etdiyi rəvayətlərdən aydın olur ki, Aişə mütəmadi olaraq qəbir ziyarətində olarmış. Aişə, Ömər naməhrəm olduğu üçün qəbirlərlə özü arasında divar çəkdirmişdir. Əlbəttə ki, Ömər diri ikən naməhrəm idi və Aişənin bu hərəkətinin heç bir şəri əsası yoxdur. Aişə bu işi ilə müqəddəs olduğunu göstərmək istəyir, hətta ölüdən də həya etdiyini bəyan edir. Maraqlıdır ki, Aişədən ölüdən nə üçün həya etdiyi soruşulmayıb. Soruşan olmayıb ki, qadın dəvəyə minib Bəsrəyədək kişilərlə birlikdə Peyğəmbərin xəlifəsi ilə döyüşə gedə bilərmi?!
    "Səhihe-Buxari”də nəql olunur: "İmam Həsənin oğlu Həsən dünyasını dəyişdi. Onun xanımı qəbri başında xeymə qurub bir il bu xeyməni sökmədi...”("Əl-cənaiz”, s. 212, hədis 329.)Rəvayətdən məlum olur ki, ilkin İslam dövrlərində Peyğəmbərin (s) yaxınlarından olan bir qadın il boyu qəbir ziyarətində olurdu və bunu haram bilən, qadağan edən yox idi. Tarix boyu qadınların kişilər kimi həzrət Peyğəmbərin (s) ziyarətində olması göz qabağındadır. Hal-hazırda Məscidün-nəbidə qadınların ziyarəti üçün xüsusi yer ayırılmışdır. Sünni və şiə qadınlar tərəddüdsüz olaraq məsumların qəbrini ziyarət edir, ziyarətnamələr oxuyurlar. Ühüd şəhidləri də beləcə ziyarət olunmaqdadır. Qadınların qəbir ziyarətinə getməsini caiz bilməyən, onlara mane olan, "Peyğəmbər (s) belə qadınları lənətləyib” deyən vəhhabilərdən soruşmaq lazımdır ki, Həzrət (s) nə üçün bu işdə qızına və xanımına mane olmurdu? Yoxsa bu qadınların müxalif olduğu güman edilir? Mümkündürmü ki, həzrət Peyğəmbər (s) onun, Bəqidə dəfn olunanların, Ühüd şəhidlərinin ziyarətinə gələn qadınları lənətləsin? Heç vaxt! Allah müsəlmanları dar düşüncəli, tarix qarşısında kor dayanmış adamların bəlasından qorusun!
    Sual 30: Şiələrlə sünnilər arasında ixtilaf nə vaxtdan başlamışdır?
    Cavab: Zahirən bu ixtilaf Allahın Rəsulu (s) ölüm yatağında yatdığı zamandan başlamışdır. Həmin vaxt Həzrətin yanında Ömər də daxil olmaqla bir dəstə adam toplaşmışdı.
    Sünnilərin mötəbər kitabı "Səhihe Buxari”də azca fərqlə yeddi dəfə nəql olunmuş bir rəvayət var. Rəvayətdə deyilir: "Peyğəmbər (s) xəstə halda ikən buyurdu: "Mənə qələm-kağız verin, bundan sonra azmamağınız üçün bəzi sözlər yazım.” Ömər ibn Xəttab dedi: "Xəstəlik peyğəmbərə qalib gəlmişdir. Allahın kitabı varsa bu kitab bizə kifayətdir.” Ömərin bu sözlərindən sonra orada olanlar arasında ixtilaf düşdü. Kimi kağız gətirilməsini istədi, kimi də Ömərin sözlərini təkrarladı. Peyğəmbər (s) buyurdu: "”Qalxın və uzaqlaşın, mənim yanımda didişməyiniz yaxşı iş deyil.” İbn Abbas bayıra çıxıb ağladı və dedi: "Bütün bəlalar buradan başladı ki, Peyğəmbəri (s) yazmağa qoymadılar...” Qeyd etdik ki, bu rəvayət yeddi dəfə nəql olunmuşdur: "Kitabətul-elm”(s. 25, h. 114), "Cəvizul-vəfd”(s. 504, h. 3053), "İxracul-yəhud”(s. 527, h. 3168), "Mərəzun-nəbi”(s. 754, h. 4431), "Mərəzun-nəbi”(s. 554, h.4432), "Əl-mərəz”(s. 1004, h.5669), "Kərahətul-ixtilaf”(s. 1266, h.7366)
    Nümunə olaraq bu rəvayətlərdən birini("Səhihe-Buxari”, kərahiyyətul-ixtilaf, s.1266, h.7366) olduğu kimi nəzərinizə çatdırırıq:
    İbn Abbas deyir: Allahın Rəsulu (s) ehtizar (canvermə) halında olarkən onun evində Ömər ibn Xəttab da daxil olmaqla bir qrup adam vardı. Həzrət (s) buyurdu: "Kağız gətirin, bundan sonra yolunuzu azmamağınız üçün sizə bir şey yazım.” Ömər dedi: "Dərd Peyğəmbərə (s) qalib gəlmişdir, sizin Quranınız var və bu bizə kifayət edər.” Evdə olanlar arasında ixtilaf düşdü, onlar didişməyə başladılar. Bəziləri "Peyğəmbərə yaxınlaşın, o, azmamağımız üçün bir şey yazsın” deyir, bəziləri isə Ömərin sözlərini təkrarlayırdılar. Səs-küyün artdığını görən Peyğəmbər (s) buyurdu: "Qalxın, məndən uzaqlaşın.” Həqiqətən də, peyğəmbərlə (s) ixtilafın qarşısını alacaq yazı arasında maneə yaradılan andan müsibətlər başladı.”
    Bu rəvayət sünnilərin ən mötəbər kitablarında nəql olunmuşdur. Kitablardan birinin müqəddiməsində yazılır: "Səhihe-Buxari” Qurandan sonra İslamın əsas kitabıdır.” Elə bu kitabda nəql olunmuş həmin rəvayət bir neçə inkarolunmaz həqiqəti sübuta yetirir:
    Həzrət Peyğəmbər (s) yatağı ətrafına toplaşanları, eləcə də bütün müsəlmanları azmaq təhlükəsi qarşısında görürdü.
    Məktub yazılmadığı üçün həzrətin (s) ətrafındakılar azğınlıqdan yaxa qurtara bilmədilər, çünki yalnız bu məktub azğınlığın qarşısını ala bilərdi
    Həmin gündən ixtilafın bünövrəsi qoyuldu;
    həmin gün ilk çəkişmə və düşmənçilik baş verdi;
    bu didişmələr Həzrəti (s) o qədər narahat etdi ki, orada olanları rədd etdi
    Bu macərayə şahid olan, yazılacaq məktubun əhəmiyyətini dərk edən, bu vəziyyətə ağlayan, bu hadisənin gələcəkdə İslam və müsəlmanlara problem yaradacağını anlayan İbn Abbas bildirir ki, bütün müsibətlər Peyğəmbərin (s) bu məktubu yazmasına maneçilikdən doğdu.
    Bəli, bütün ixtilaflar, çəkişmələr, savaşlar məhz Ömərin sözlərindən rişələndi.
    MÜBAHİSƏ
    Sünnə əhlindən bir nəfər kobud şəkildə mənə müraciətlə dedi: "Siz hamınız azğınlıq içindəsiniz və bunun müqəssiri alimləriniz, xüsusilə də "Üsule-Kafi”nin müəllifi Kuleyni, "Bihar”ın müəllifi Məclisidir.” Dedim müsəlmanları doğru yoldan azdıranlar Allahın mərhəmətindən uzaq olsun. Soruşdum ki, müsəlmanları zəlalətə salıb azdıranı tanımağa, ona lənət oxumağa hazırsanmı? Razılığını bildirdi.
    Dedim "Səhihe-Buxari”ni ən mötəbər kitab hesab edirsiniz. Qurandan sonra ən etibarlı saydığınız bu kitabda belə bir rəvayət yeddi şəkildə nəql olunub ki, Peyğəmbər (s) ölüm yatağında olarkən özündən sonra müsəlmanlara yol göstərmək üçün yazmağa kağız istədi. Oradakılardan biri bu işə mane olub dedi ki, peyğəmbərə xəstəlik qalib gəlib və bizə Quran bəs edər. Bu söz ixtilaf yaratdı və Peyğəmbərə (s) kağız verilmədi. Sən həmin bu şəxsi tanıyıb, ona lənət oxumağa hazırsanmı? Səncə, müsəlmanları azğınlığa salan bu şəxs olmadımı?
    Müsahibim susdu. Dedim ki, get "Səhihe-Buxari”ni oxu, gör bu şəxs Kuleyni və Məclisidir, yoxsa başqası.
    Həmsöhbətim dedi: "Peyğəmbər (s) bu adamlar getdikdən sonra kağız istəyə bilərdi, bəs nə üçün belə etmədi?
    Dedim: "Peyğəmbərə (s) xəstəlik qalib gəlib” deyən şəxs artıq şübhə toxumunu səpmişdi. Peyğəmbər (s) bu məktubu yazsaydı da bir çoxu onu etibarlı hesab etməyəcəkdi.
    Həmsöhbətim başını aşağı salıb, susdu.
    DİGƏR BİR MÜBAHİSƏ
    Başqa iki sünni ilə söhbət zamanı mən uyğun rəvayətə işarə edib dedim: siz sünnə əhli şiələri "rafizi”, yəni "dönük, azğın” adlandırırsınız. Amma böyüklərinizdən soruşmursunuz ki, azğınlıq və ixtilaf toxumunu kim səpip, Peyğəmbərə (s) son sözü yazmağa kim mane olub? Həmin şəxsi qınamaq əvəzində onu tərif edirsiniz və onun günahlarını şiələrin hesabına yazıb lənət oxuyursunuz.
    Dedilər ki, müsəlmanlar arasında ixtilaf toxumu səpənə lənət olsun. Dedim ki, "Səhihe-Buxari”nin "qəvlul-məriz” və "qumu ənni” fəsillərinə müraciət edin və görün ki, Peyğəmbər (s) ölüm yatağında olarkən onun yanında kimlər var idi, Peyğəmbərə (s) son söz yazmaqda kim mane oldu, İbn Abbas nə üçün ağladı?
    Nədən söhbət getdiyini anlayıb dedilər: "Hər nə olubsa da, müsəlmanlar Allahın kitabı və Peyğəmbər (s) sünnəsinə əməl etməlidirlər.”
    Dedim: Əvvəla biz şiələr inanırıq ki, Allahın kitabı və Əhli-beyt yolu ilə nəql olunmuş Peyğəmbər (s) sünnəsinə əməl olunmalıdır. Amma bu sözlər Ömərin "Allah kitabı bizə bəs edər” sözlərinə ziddir. Çünki o Peyğəmbərin (s) sözünə ehtiyac duymamışdır. İkincisi, əgər Ömərin dediyi kimi, Allahın kitabı bəs edirdisə, nə üçün ixtilaf yarandı? Nə üçün hətta səhabələr arasında fikir ayrılığı yarandı? Məgər Əli (ə) Peyğəmbərin (s) xəlifəsi, Təlhə, Zübeyr və Müaviyə səhabə deyildimi? Məgər Aişə Peyğəmbərin (s) xanımı deyildimi? Yoxsa Peyğəmbər (s) Quranı özü ilə aparmışdı? Əgər Quran kifayət edirsə, nə üçün Peyğəmbər (s) sünnəsinə üz tutur, özünüzü sünnə əhli sayırsınız?
    Dedilər: "Hər nə olubsa da, biz ilkin müsəlmanlar və "la ilahə illəllah, Muhəmmədun rəsulullah” deyənlər haqqında pis danışmamalıyıq.”
    Dedim: Əgər müsəlman haqqında pis danışmaq caiz deyilsə, nə üçün inamını sübut edən şiələr haqqında pis danışır, onları müşrik sayırsınız? Müsəlmanları iki yerə parçalayana nifrin olsun! Hələ İran şiələrini nə vaxtsa atəşpərəst olduqları üçün qınayanlar da var. Dedilər ki, bu sözlərə görə narahat olmayın, axı siz, doğrudanda, atəşpərəst olmusunuz.
    Dedim: Onda siz də nə vaxtsa bütpərəst olmusunuz. Məgər Quranda iranlıları atəşpərəstliyə görə məzəmmət edən ayə var? Amma siz ərəbləri bütpərəstliyə görə məzəmmət edən ayələr var: "Ərəblər "biz iman gətirdik”, dedilər. De ki, siz iman gətirmədiniz. "İslamı qəbul etdik”, deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır”(Hucurat”, 14); "Ərəblər küfr və nifaq baxımından daha pis, Allahın öz rəsuluna nazil etdiyi hökmü bilməməyə daha layiqdirlər” (Tövbə”, 98)
    Dedilər ki, təfsirə baxın, bu ayələr bədəvi ərəblərə aiddir.
    Dedim, bəs bu ayəyə nə deyirsiniz: "Ətrafınızdakı bədəvilər və Mədinə əhli arasında nifaqı özünə adət etmiş münafiqlər var...”("Tövbə”, 101)
    Çox narahat oldular və dedilər ki, bu ayələrin zahirinə baxıb nəticəyə gəlmək olmaz.
    Dedim: siz də şiələrin bəzi əməllərinə baxıb, onlar haqqında müşrik hökmü çıxarmamalısınız. Əgər şiələr imamların qəbri kənarında namaz qılırlarsa, araşdırma aparmadan onları ittiham etməməlisiniz. Nə üçün məktəblərinizdə uşaqlara və gənclərə şiəliyə zidd mövzular öyrədirsiniz. Onlar şiə gördükdə ona qəzəblə baxırlar.
    Hiss etdim ki, xəcalət çəkirlər. Dedilər ki, müsəlmana töhmət vurmaq caiz deyil, həm də ayələri anlamaq üçün təfsirə müraciət etmək lazımdır.
    Dedim: Qəbul edin ki, Quranın kafir və münafiq ünvanı ilə müraciət etdiyi adamlar ərəblərdir. Amma sizin mötəbər kitabınız "Səhihe Müslim”də belə bir rəvayət nəql olunub:
    "Cumuə” surəsi nazil olanda Allahın Rəsulu (s) bu ayəni oxudu: "Ərəblərdən başqa, hələ onlara qoşulmayanlara da Peyğəmbər (s) göndərmişdir.("Cumuə”, 3) Oradakılardan biri soruşdu ki, "ərəblərdən başqa” dedikdə kim nəzərdə tutulur? Həzrət (s) bir qədər susdu... Sonra əlini Salman Farsinin çiyninə qoyub buyurdu: "Əgər iman ulduzpərəstlərə ("surəyya”) çatsa, bu qismdən kişilər ona sahib olarlar”("Səhihe Müslim”, fəzailus-səhabə, s.1090, hədis 2546). Həmin kitabda Əbu Hüreyrənin nəql etdiyi başqa bir rəvayət də var. Xəbər verilir ki, Peyğəmbər (s) buyurdu: "Əgər din ulduzpərəstlərə ("surəyya”) çatsa, farslardan bir kişi ona sahib olar."(həmin mənbə, səh-1090, hədis 2547.) İndi deyin Ərəbistanda çap olunmuş kitabı gətirim, yoxsa qəbul edirsiniz? Dedilər ki, qəbul edirik doğrudur, amma iranlılar dində olmayan işlər görür, qəbir üstə günbəz tikir, şam yandırırlar.
    Dedim: Bu işlər şirk yox, şiə fiqhində müstəhəbdir. Həm də bu işləri təkcə şiələr yox, sünnə əhli olan Misir, Livan, İraq və başqa ölkələrin müsəlmanları da görürlər. Nə üçün gözünüz təkcə bizi görür? Dedilər ki, vəhhabilərin şiəlikdə bidət və haram saydığı işləri qabartmaq bizim yox, böyüklərimizin təfsiridir...
    Bu adamlarla sonra da qarşılaşdım. Allaha həmd olsun ki, xoş münasibət göstərdilər.
    Sual 31: Nə üçün şiələr "Ya Rəsuləllah”(s), və ya "ya Əli”(ə) deyərkən sünnə əhli etiraz edir və bildirir ki, dünyadan getmiş adamı çağırmaq şirkdir və təkcə "ya Allah” demək olar?
    Cavab: Bu etirazları doğuran İbn Teymiyyə və İbn Bazın "ölüləri çağırmaq şirk və küfrdür” kimi sözləridir.("Töhfətul-ixvan”, Ben Baz, Ben Baz, s. 18) Əvvəla müsəlmanlığın meyarı şəhadət kəlmələri deməkdir. Həmin kəlmələri deyən şəxsin canı və malı möhtərəmdir, həm də insan belə sözlər deməklə dindən çıxmaz.
    "Səhihe Buxari”də Ömər ibn Xəttabdan nəql olunur ki, Peyğəmbər (s) buyurdu: "Mən xalq "la ilahə illəllah” deyənədək onlarla vuruşmağa məmuram. Kim "la ilahə illəllah” desə malı və canı amandadır...”(Səhihe-Buxari”, istitabətul-murtəddin, s.1193, hədis 6924.) Bu rəvayət "Səhihe Müslim”də də nəql olunmuşdur.("Səhihe-Müslim”, kitabul-iman, s. 73, hədis 20-23.)
    "Səhihe-Buxari”də belə bir rəvayət də nəql olunmuşdur:
    "Allahın Rəsulu (s) Bədr döyüşündə öldürülmüş iyirmi dörd nəfərin cəsədini Bədr quyularından birinə atmağı əmr etdi. Üç gündən sonra səhabələri ilə buradan keçərkən quyuya yaxınlaşıb onları adbaad çağırdı və buyurdu: " Əgər Allaha və onun rəsuluna itaət etsəydiniz, şad olmazdınızmı? Həqiqətən də, biz Allahın vəd etdiyini tapdıq. Siz də Onun vəd etdiyini tapdınızmı?” Ömər Peyğəmbərdən soruşdu ki, cansız cəsədlərləmi danışır? Həzrət (s) buyurdu ki, and olsun o kəsə ki, Məhəmmədin canı onun əlindədir, dediyim sözləri onlar sizdən daha yaxşı eşidir.”(Səhihe-Buxari”, kitabul-məğazi, s. 671, hədis 3976.) Başqa bir rəvayətdə nəql olunur ki, Allahın Rəsulu (s) qəbir ziyarətində ölülərə xitabla buyururdu: "Salam olsun sizə, ey qəbir əhli...”(Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, s. 139, hədis 153.)
    Digər bir rəvayətdə nəql olunur ki, Ömərin oğlu Əbdullah Peyğəmbəri (s), Əbu Bəkri və Öməri ziyarət edərkən dedi: "Əssəlamu ələykə ya rəsulallah, əssəlamu ələykə ya Əbu Bəkr, əssəlamu ələykə ya əbəta”(həmin mənbə, s. 1395 və Məcmuu fətavi, Ben Baz, c. 9, səh-289.)
    Qeyd edək ki, dünyanın bütün müsəlmanları namazın təşəhhüdündə deyirlər: "Əssəlamu ələykə əyyuhənnəbiyy”, yəni "salam olsun sənə, ey Allahın rəsulu.”
    İbn Teymiyyə və İbn Bazın sözlərindən belə çıxır ki, hər gün namazda Peyğəmbərə (s) salam göndərən müsəlmanlar müşrik və kafirdirlər.
    KİÇİK BİR MÜBAHİSƏ
    Məscidün-nəbidə namazdan sonra üzümü Peyğəmbərin (s) məzarına tutub dedim: "Əssəlamu ələykə ya rəsuləllah”. Yanımda dayanan şəxs dedi: "Nə üçün bu qədər uzaqdan "ya rəsuləllah” deyirsən? Bu caiz deyil.”
    Dedim: Məgər "ya rəsuləllah” kəlməsi ilə "ya əyyuhənnəbiyy” kəlməsi arasında fərq var? Məgər sən hər namazında Peyğəmbərə (s) salam vermirsən?.. Müsahibim səhvini anlayıb, üzr istədi və uzaqlaşdı.
    Bəzən deyirlər ki, şiələr ibadət ünvanı ilə məsumları çağırırlar. Hansı ki, kimsə ibadət məqsədi ilə "ya rəsuləllah”, "ya Əli” demir.
    Qeyd edək ki, sünnə əhli, hətta İbn Teymiyyə və İbn Baz etiraf edirlər ki, ölülər ziyarətçilərin səsini eşidir və ruhları qaytarıldığından cavab da verirlər.(Məcmuu fətavi, Ben Baz, c. 13, səh-235. "Səlatul-mumin”, əl-Qəhtani, s.1391) Amma öz dediklərinə zidd çıxaraq ölüləri çağırmağı onlara ibadət kimi dəyərləndirir və bunu şirk sayırlar.("Töhfətul-ixvan”, Ben Baz, s. 12) Əslində isə kiminsə ölülərə ibadət etməsi, Peyğəmbəri (s) və Əlini (ə) xaliq sayması gülünc iddiadır.
    Məscidün-nəbinin kənarında vəhhabilərdən biri bir şiəyə deyirdi ki, siz Əlini Allah bilir və ehtiyaclarınızı ondan istəyirsiniz. Şiə belə cavab verdi: "Mən özünü Allah sayan Əlini (ə) qəbul etmirəm.”
    GENİŞ BİR MÜBAHİSƏ
    Onlardan biri mənə dedi: "Şiələr Peyğəmbərə (s) və Bəqidəki imamlara ibadət edirlər. Üzü qəbirlərə doğru dayanır, əllərini dua üçün açır və onlardan arzularını, xəstələrinə şəfa diləyirlər.”
    Dedim: "Şiələr dualarında deyirlər: "Çarəsiz qalıb Ona dua edən kəsin duasını qəbul edən, şəri sovuşduran, sizi yer üzünün varisi buyuran Allah daha yaxşı deyilmi?! Məgər Allahdan başqa tanrımı var?!("Nəml”, 62) Sən hansı əsasla şiələri qınayırsan?! Gəl Məşhəd şəhərinə və gör ki, minlərlə insan imam Rizanın (ə) qəbri arxada qaldığı halda, üzünü qibləyə tutub namaz qılır. Əlbəttə ki, məsumların ziyarətindən sonra dua zamanı üzü qibləyə tutmaq müstəhəbdir. Nə edək ki, bəziləri bu məsələyə diqqətsiz yanaşır. Amma üzü qəbrə dayanıb dua üçün əlləri qaldırmaq qəbir sahibinə ibadət sayılmamalıdır. Bu adamların hər biri Allaha yalvarır, ya da Peyğəmbər və imamları vasitəçi seçir ki, onlar Allaha vəsilə olsunlar. Heç bir şiə öz arzusunu Peyğəmbər (s) və imamlardan istəmir və anlayır ki, bütün işlər yalnız Allahın əlindədir.”
    Dedi: "Elə müşriklər də bütləri vasitəçi seçiblər. "Allahı qoyub bütləri dost tutanlar deyirlər ki, bizi Allaha yaxınlaşdırmaları üçün bütlərə ibadət edirik.”("Zumər”, 2) Şiələr də Allaha yaxınlaşmaq üçün imamları çağırırlar.”
    Dedim: "Misal gətirdiyin ayədə sualının cavabı var. Həmin ayədə deyilir ki, müşriklər bütlərə ibadət edirdilər. Bəli, bütpərəstlər bütlərə səcdə edir, onlara nəzir boyun alırdılar. Bir şiənin imama səcdə etdiyini görmüsənmi?! Bir şiə risaləsini gözdən keçirsəydin, belə sözlər danışmazdın. Bütün şiə risalələrində bildirilir ki, namaz yalnız "qürbətən iləllah”, yəni Allaha yaxınlaşmaq məqsədi ilə qılınmalıdır. Belə olmasa namaz, oruc, zəkat, həcc, bir sözlə bütün ibadətlər batildir.”
    Dedi: "Biz şiələrin zahirən əməllərinə baxır, danışdıqlarını eşidirik. Həm də bizə deyirlər ki, şiələr "ya Allah” əvəzinə "ya Əli” çağırır, Hüseyn və Əbülfəzldən kömək istəyirlər.”
    Dedim: "Əvvəla bir şəxsi çağırmaq ona ibadət etmək deyil. İbadət bir varlığı Allah sayaraq ona təzim etməkdir. Şiələr heç vaxt bu məqsədlə Allahdan qeyrisinə təzim etmirlər. Sən özün də buna şahid ola bilərsən. Şiələr cümə axşamı "Kumeyl”, ramazanda "İftitah” və "Əbu Həmzə”, qədr gecələrində "Cuşən-kəbir” dualarını oxuyurlar. Yüz bəndlik duanın hər bəndində "subhanəkə ya la ilahə illa əntə...”sözləri təkrarlanır.”
    Dedi: "Doğrudurmu ki, şiələr Peyğəmbərdən sonrakı üç xəlifəni lənətləyirlər?”
    Dedim: "Şiə rəvayətlərində mömini lənətləmək qadağan olunmuşdur. İmamlarımız buyururlar ki, lənət nahaq olduqda şəxsin özünə qayıdır.”
    Dedi: "Xeyr xəlifələrə lənət oxumaq şirk və küfrdən də pisdir. Onlar behişt əhlidirlər və onlara lənət oxuyanlar cəzalandırılacaqlar. Bu işin qarşısı alınmalıdır.”
    Dedim: "Əvvəla şiələr heç vaxt behişt əhlini lənətləməmiş və lənətləməzlər. İkincisi, de görüm Əli ibn Əbu Talib həmin xəlifələrdəndir, yoxsa yox? O, behişt əhli deyilmi?”
    Dedi: "Əlbəttə ki, o, behişt əhlidir və raşidi xəlifələrdəndir.”
    Dedim: "Bəs nə üçün Müaviyə onu düşmən tutur, onunla vuruşur, ona lənət oxumayanları cəzalandırırdı? Nə üçün Mədinə hakimi Mərvan Peyğəmbər (s) səhabələrinə əmr edirdi ki, Əliyə lənət oxusunlar?(Səhihe-Müslim”, səhabələrin fəziləti kitabı, s.1042, hədis 2404)Məgər Əliyə lənət oxumaq şirk və küfrdən pis deyilmi? Bundan əlavə, xəlifələrə lənət oxumağın şirk və küfrdən pis olması hansı ayədə bəyan olunub? Bəli, möminə behişt əhlinə lənət oxumaq haramdır. Bunu nəzərə alaraq, şiələr Əliyə lənət oxutduran Müaviyə və ali-Mərvana pis baxırlar.”
    Dedi: "Axı bu barədə rəvayət yoxdur.”
    Dedim: "Mötəbər kitabınız "Səhihe-Müslim”i yaxşı mütaliə et. Bəsrədə, Süffeyndə, Nəhrəvanda həzrət Əli ilə döyüşənlər, onu şəhid edənlər üçün Əliyə (ə) lənət oxumaq asan işdir.”
    Müsahibim bir qədər fikrə gedib, sonra dedi: "Mən bu məsələni hökmən araşdıraram. Bir kitabda oxumuşam ki, şiələr sarı bir keçini dövrəyə alıb, onu Aişə adlandıraraq gülürlər. Doğrudanmı belə edirsiniz?”
    Dedim: "Şiələrə qarşı böhtanlardan biri də budur. Şiəliyə qarşı yazılmış kitablarda mən də belə uydurma əhvalatlar oxumuşam. Əslində isə şiəlik ruhu bu səviyyədən çox-çox ucadır. Bəli, Aişənin ikili hərəkətləri şiələri narahat edir və suallar doğurur. Aişə Peyğəmbərin xanımı, "ümmül-möminin” olsa da öz hörmətini saxlamamışdır. Hər kəs özünə hörmət etməlidir ki, başqaları da ona hörmət etsin. Ömərin cəsədini naməhrəm hesab edib qəbirlə öz arasına divar çəkən Aişə günlərin bir günü dəvəyə minib, naməhrəm kişilərlə çiyin-çiyinə Peyğəmbərin (s) xəlifəsi ilə savaşa qalxır. Beləcə, Peyğəmbərin (s), həm də özünün hörmətini sındırır.”
    Dedi: "Bu söhbətlər tarixdə qalıb, yaxşı olar ki, bu barədə danışmayaq.”
    Təklif etdim ki, söhbətin ardını sabaha saxlayaq. O, razılaşdı və "hələ suallarım var”, dedi.
    Səhəri gün həmsöhbətimin tək gəlmədiyini gördüm. O bildirdi ki, yanındakı şəxs dostudur və onun da sualları var. Məscidin bir kənarına çəkilib söhbətə başladıq. Dedilər: "Nə üçün şiələr Kərbəla torpağından şəfa istəyir, hətta şəfa üçün xəstəyə bu torpaqdan yedirirlər? Məgər torpaqdan şəfa olarmı?”
    Dedim: "Allahın qüdrətinə şəkmi edirsiniz? Balı bir çox xəstəliklər üçün şəfa edən Allah üçün bu iş çətindirmi?(Nəhl, 69.) Həzrət Yusifin köynəyini onun atasının gözlərinə dərman edən Allah deyildimi?(Yusif”, 93-96) Bu həmin Allahdır ki, Onun hökmü ilə bir parça ət ölüyə toxunan kimi ölü dirilir və öz qatilini tanıtdırır.("Bəqərə”, 67) Musanın əsasına böyük güc verən Allah Kərbəla torpağını şəfalı etməyə qadirdir. Ərəb olduğunuz halda Qurana bu qədər diqqətsizliyiniz təəccüb doğurur.”
    Mən ayələri sadaladıqca onlar daha çox təəccüblənirdilər. Axır ki, deyilənləri qəbul etdilər və sonuncu suallarını verdilər:
    "Nəzir Allaha aid olduğu halda, nə üçün şiələr imamlarına nəzir edirlər?”
    Dedim: "Şiələr nəziri Allaha edir və onun savabını imamlara bağışlayırlar. Şiə fiqhində Allaha yaxınlıq məqsədi nəzirin niyyətində (siğəsində) qeyd olunur. Başqa şəkildə nəziri şiələr doğru saymır.”
    Sual 32: Nə üçün ziyarətə getdiyi, imamların hərəmində namaz qıldığı, nəzir verdiyi üçün şiələr şirkdə ittiham olunur, amma bu işləri onlardan da çox yerinə yetirən sünnilər ittiham olunmurlar?
    Cavab: Şiələri sünnilər yox, vəhhabilər ittiham edirlər. Eləcə də, vəhhabilər təkcə şiələri yox, onları qəbul etməyən sünniləri də ittiham edirlər. İbn Teymiyyə öz risaləsində bütün müsəlmanları ittiham edir, şiələrə isə xüsusi yer ayırır. Onların sözlərinin məğzi budur ki, şiələr qəbirlərə ibadət edir, qəbir əhli üçün namaz qılır, qəbir əhlindən öz xəstəliklərinə şəfa, düşmənləri üzərində qələbə istəyirlər. Vəhhabilər bütün bu əməlləri bidət və şirk hesab edirlər.("Töhfətul-ixvan”, Ben Baz, s. 10-18) Bəzən isə "şiələr Əbu-Bəkr və Ömərə lənət oxuyur” deyərək, ədavət saxlayırlar.
    BÖHTANLARIN KÖKÜ
    İttihamların kökünü tapmaq üçün Ərəbistanın tanınmış müftisi, vəhhabilərin böyüyü İbn Bazın qeydlərini nəzərdən keçirək:
    "Qəbir kənarında namaz qılıb, Quran oxumaq böyük şirkə səbəb olan bidətlərdəndir. Çünki Allahın Rəsulu (s) buyurmuşdur: "Allah yəhudi və məsihilərə lənət etsin, onlar öz peyğəmbərlərinin qəbirlərini məscidə çeviriblər.”("Töhfətul-ixvan”, Ben Baz, s. 10-18);
    "Peyğəmbər (s) müsəlmanlara xitabən buyurmuşdur: "Agah olun, sizdən əvvəlkilər öz peyğəmbərlərinin və salehlərinin qəbrini məscidə çevirdilər. Ehtiyatlı olun ki, qəbirləri məscid etməyəsiniz. Mən bu işi sizə qadağan edirəm.”("Töhfətul-ixvan”, Ben Baz, s. 10-18)
    İbn Baz bu iki rəvayəti nəql etdikdən sonra belə nəticə çıxarır:
    "Bu iki rəvayətdən məlum olur ki, qəbir kənarında namaz və Quran oxumaq, qəbirin üzərində bir şey tikmək şirk səbəbidir. Bu işləri yəhudi və məsihilər görürdü, indi isə onu bu ümmətin cahilləri davam etdirir. Onlar qəbir əhlinə ibadət edir, onlar üçün qurban kəsir, nəzir edirlər. Ölülərdən xəstələrinə şəfa, düşmənləri üzərində qələbə istəyirlər. Bu işlər Hüseynin (ə) qəbri kənarında yerinə yetirilir. Peyğəmbər (s) qəbir üzərində tikintini, qəbirlərin üzlüklənməsini, qəbir üzərində oturmağı, qəbir üzərində günbəz qaldırmağı, qəbirin üstünü yazmağı qadağan etmişdir. Bu işlər yəhudi və məsihilərin işlərinə oxşadığından, böyük şirkə səbəb olduğundan qadağandır.”(Töhfətul-ixvan”, Ben Baz, s. 13-15)
    Category: Vəhhabi suallarına cavablarımız | Added by: Islam_Kitabxanasi
    Views: 812 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024