İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhhabi suallarına cavablarımız

    Vəhhabi suallarına cavablarımız
    2011-12-21, 9:12 PM
    NƏ ÜÇÜN BU SÖZLƏRİ BÖHTAN SAYIRIQ?
    Vəhhabilərin dəlillərini nəzərdən keçirdikdən və onların əsasən şiələri nəzərdə tutduğu məlum olduqdan sonra bildiririk:
    Onların dəlil göstərdikləri rəvayətlərin düzgün olub-olmadığını araşdırmırıq. Tutaq ki, həmin rəvayətlər doğrudur. Şiəlikdə istər vacib, istərsə də müstəhəb, istər məscid, istərsə də imamların (ə) hərəmində qılınan namazlarda "həmd”dən qabaq müstəhəbdir ki, belə deyilsin:
    "Vəccəhtu vəchiyə lilləzi fətərəssəmavati vəl-ərz, alimul-ğəybi vəş-şəhadəti, hənifən muslimən və ma ənə minəl-muşrikinə, innə səlati və nusiki və məhyayə və məmati lillahi rəbbil-aləmin, la şərikə ləhu və bizalikə umirtu və ənə minəl-muslimin”("Urvətul-vusqa”, məsələ 12.)
    Tərcümə: "Mən xalis imanla o Allaha üz tutmuşam ki, göylərin və yerin yaradanıdır, gizlini və aşkarı biləndir, vücudum şirkdən pakdır, müsəlmanam və mən müşriklərin cahil əqidələrindən uzağam; namazım, itaətim, həyatım və ölümüm aləmlərin rəbbi Allah üçündür. Onun şəriki yoxdur, mənə ixlası əmr edib, mən onun əmrinə təsliməm.”
    Bu ifadələr, bu əqidə vəhhabilərin iftiralarına gözəl cavabdır. Digər ittihamları da cavablandırmaq lazım gəlir:
    a)Qəbirlərin kənarında namaz qılmağı qəbir əhlinə ibadət sayırlar. Başlıca olaraq, imamların hərəmində, Bəqi qəbiristanlığında şiələrin namaz qılmasını nəzərdə tuturlar.
    Əvvəla, şiələr istənilən bir yerdə hər hansı namazı qılarkən belə niyyət edirlər: "Namaz qılıram, qürbətən iləllah (Allaha yaxınlıq məqsədi ilə)”. Kimsə düşünmür ki, qıldığı namaz onu qəbir sahibinə yaxınlaşdıracaq. Ziyarət namazında da niyyət "qürbətən iləllah” olur. Sadəcə, həmin namazın savabı qəbir sahibinə hədiyyə olunur.
    İkincisi, əgər qəbir kənarında namaz qılmaq şirkdirsə, nə üçün ilkin İslamdan başlayaraq, Məscidül-həramda – Peyğəmbərin qəbri olan bir yerdə namaz qılınır? Nə üçün Peyğəmbərin (s), Əbu-Bəkrin, Ömərin qəbirləri yerləşən Məscidün-nəbidə dünya müsəlmanları ibadət edirlər? Aişə neçə illər qəbir kənarında yaşayıb, ibadət etmişdir. Maraqlıdır ki, hansı dəlillə bir qəbir o birindən fərqləndirilir? Məgər qəbir qəbir deyilmi?!
    MƏSCİDÜL-HƏRAMDA DƏFN OLUNANLAR
    Sünnə əhlinin verdiyi məlumatlara əsasən Məscidül-həramda aşağıda adı sadalananlar dəfn olunmuşlar:
    1.Həzrət İsmail, anası Hacər, ərdə olmamış qızları("Tarixul-qəvim”, Məhəmməd Tahir əl-Kordi, c. 2, s. 580);
    2.Həzrət Nuh, Hud, Saleh, Şüeyb(Həmin mənbə, səh-579.); (onların qəbri Hacərlə zəmzəm arasındadır)
    3.Rükn və məqamdan zəmzəmədək 99 peyğəmbərin qəbri(Həmin mənbə).
    b) Digər bir ittiham qəbir kənarında Quran oxunmasıdır. Vəhhabilər bu işi şirk sayırlar. Əslində İbn Bazın istinad etdiyi rəvayətlərdə Quran oxunması barədə söz yoxdur. Bununla belə, ittihamçılardan soruşulmalıdır ki, Məscidül-həramda Quran oxuyanlar müşrikdirlərmi? Məgər Aişə Peyğəmbərin (s) qəbri kənarında Quran oxumurdumu?!
    Vəhhabilərin başçılarından olan İbn Teymiyyə deyir:
    "Məzhəb böyüklərinin ümumi fikri belədir ki, hər bir meyyit dirinin namaz, oruc, Quran qiraəti və sədəqəsindən bəhrələnir.”(Səlatul-mumin”, əl-Qəhtani, s.1379)
    Vəhhabilərin digər bir başçısı İbn Qəyyim deyir: "Müsəlmanlar ölülər üçün bağışlanma istəsələr, sədəqə versələr, həcci yerinə yetirsələr, oruc tutsalar, namaz, Quran və zikr oxusalar, savabı ölülərə çatar.”(Səlatul-mumin”, əl-Qəhtani, c. 2, s.1379)
    İbn Baz digər bir kitabında yazır: "Sədəqənin, həcc və ümrənin, meyitin borcunun ödənməsinin, dua və tövbənin savabı meyitə çatar. Amma Quran və namazın, həm də təvafın meyit üçün olmaması daha yaxşıdır.”(Məcmuu fətavi, Ben Baz, c. 13, səh-259. "Səlatul-mumin”, əl-Qəhtani, s. 1382)
    Başqa bir mənbədə("Əl-fiqh ələl məzahibil-ərbəə”, c.1, s. 471) deyilir: "Yaxşı olar ki, qəbir ziyarətçisi dua edib yalvarsın, ölülərdən ibrət götürsün və meyit üçün Quran oxusun. Ziyarətçinin Quran oxuması meyit üçün faydalıdır.”
    Maraqlıdır ki, bütün sünnə əhli, vəhhabilər, İbn Bazın özü, adətən, Quran oxunmasını ölü üçün faydalı olmasını bildiyi halda, "Tuhfətul-ixvan” kitabında bu iş şirk sayılır. Özü də böyük şirk! Bu hökmün hansı əsasla verildiyi məlum deyil.
    v) Digər bir ittiham şiələrin qəbir əhli üçün nəzir etməsidir (məsələn, imam Hüseyn (ə) üçün edilən nəzir). Belə bir nəziri vəhhabilər şirk sayırlar. Amma şiə fəqihlərindən birinin kitabına müraciət olunsaydı, belə ittihamlara cürət edilməzdi. Şiə fəqihlərinin risalələrində bu barədə deyilir: "Nəzir odur ki, insan Allaha görə hər hansı xeyir bir iş görmək və ya görülməməsi daha yaxşı olan bir işi tərk etmək qərarına gəlsin.”(Məsələ 2640, "Tovzihil-məsail”) Bəli, şiə fiqhinə görə, nəzirin əsil mahiyyəti onun "Allah üçün” olmasıdır. Bu niyyət olmasa, nəzirdən danışmağa dəyməz. Amma iş başa çatdıqdan sonra nəzir olunmuş işin savabını istənilən bir şəxsə hədiyyə etmək olar. Məsələn, nəzir üçün belə bir düstur yarayar: "Allah üçün qurban kəsib, ətini fəqirlərə paylamağı və savabını imam Hüseynə (ə) hədiyyə etməyi öhdəmə götürürəm.”
    Şiələr imama və ya ziyarətgaha nəzir edərkən məqsədləri Allah üçün xeyir bir iş görüb, bu işin savabını hədiyyə etmək olur. Belə nəzirləri şirk hesab edən vəhhabilərin nəzərinə bir Quran ayəsini çatdırmaq lazım gəlir: "Bilmədiyin işin ardınca getmə. Çünki qulaq, göz, qəlb, bunların hər biri sorğuya çəkiləcək.”("İsra”, 36) Ümid edirik ki, bu adamlar öz iftiralarından əl çəkib, inşaəllah, tövbə edəcəklər.
    d)Vəhhabilər qəbir üzərində tikintini haram, şirk sayırlar. Bildirirlər ki, qəbir üzərində hər hansı tikili büt kimidir və bütün adını dəyişməklə bütpərəstlik aradan qalxmaz. Onların fikrincə, məbədə, hərəmə ibadət bütə ibadətdən daha pisdir və bütün tikintilər, günbəzlər sökülməlidir.("Kəşful-irtiyab”, s. 286) Bu əqidədə olanlar 1922-ci ildə Hicazda İslam böyüklərinin qəbirlərini, Bəqidə imamların qəbirlərini xaraba qoydular.
    İbn Baz deyir: "Qəbir üzərində bina, tikinti, günbəz şirk səbəblərindəndir...”("Töhfətul-ixvan”, Ben Baz, s. 15) Əgər İbn Bazın sözlərini qəbul etsək, onda hücrədə dəfn olunmuş Peyğəmbəri (s) ziyarət edən bütün müsəlmanları, eləcə də vəhhabiləri müşrik və kafir saymalıyıq. Belə çıxır ki, bütün müsəlman dünyası Peyğəmbərə (s) münasibətdə ifrata varmışdır. Əgər qəbir üzərində tikinti aparmaq şirkdirsə və bu tikililər bütdürsə, onda Peyğəmbərin (s) qəbri ilə digər qəbirlər arasında fərq qoymamalıyıq. Əgər günbəz qoymaq şirkdirsə, nə üçün Peyğəmbərin (s) qəbri üzərindəki günbəz vəhhabiləri narahat etmir?
    Aişə uzun illər Peyğəmbərin (s) qəbri kənarında yaşayıb, namaz qıldı, Quran oxudu. Elə o vaxtdan da qəbirin üzərində hücrə vardır. Bu hücrə dəfələrlə təmir olunmuş, nəhayət, onun üzərində günbəz tikilmişdir.(Kəşful-irtiyab”, Seyyid Möhsin Əmin, s. 400)
    Əgər vəhhabilərin dedikləri düz olsaydı, Beytül-müqəddəs ətrafındakı peyğəmbər qəbirləri – həzrət Davud (ə), İbrahim (ə), İshaq (ə), Yəqub (ə), Yusuf (ə) – ın İslamdan əvvəl tikilmiş qəbirləri büt sayılardı. Bu qəbirlər Ömərin xilafəti zamanı İslam fəthində də saxlanılmışdır.("Kəşful-irtiyab”, Seyyid Möhsin Əmin s. 384) Bəs nə üçün Ömər ibn Xəttab bu qəbirlərin dağıdılması üçün göstəriş verməmişdir? Yoxsa İslam fəthi bütpərəstliyi qorumuşdur?
    Hicri 11 əsrdə Abbasi xəlifəsi Harun Ərrəşid həzrət Əlinin (ə) qəbri üzərində qübbə tikdirmişdir. Məmun öz atasının qəbri üzərində hücrə tikmiş və imam Riza (ə) da həmin qübbədə dəfn olunmuşdur. Məsum imamların (ə), eləcə də sünnə əhli böyüklərinin qəbirləri üzərində tikilmiş məqbərələr tarixdə özünə yer almışdır. Vəhhabilərin sözlərinə görə, bütün müsəlmanlar İslam Peyğəmbərindən (s) sonra müşrik və bütpərəst olmuş, Allaha ibadət əvəzində bütlərə ibadət etmişlər. Bəli, vəhhabilərin istinad etdiyi rəvayətlərin sənədi (mənbəsi) araşdırılmalıdır. Necə ola bilər ki, Peyğəmbərin (s) səhabələri və xəlifələri dinə zidd hərəkət etmiş olsunlar? İndi vəhhabilərin istinad etdiyi rəvayətlərə zidd rəvayətlər nəql etməklə mühakimə yürütməyi sizin ixtiyarınıza buraxırıq.
    Ən mötəbər sünni mənbəsi olan "Səhihe Buxari”də nəql olunur:
    "Həzrət Peyğəmbərin (s) qızı vəfat etmişdi. Həzrət (s) onun qəbri kənarında oturub, göz yaşları axıdırdı.”("Səhihe-Buxari”, əlcənaiz, s.205, hədis 1285.)
    "Əlinin oğlu Həsənin oğlu Həsən dünyasını dəyişdiyi vaxt onun xanımı qəbir üzərində xeymə qurdu və bu xeymə bir il orada qaldı...”(Səhihe-Buxari”, əlcənaiz, s..212, hədis 1329.)
    Yuxarıda nəql olunan iki rəvayətdən məlum olur ki, qəbir kənarında əyləşmək şirk deyil. Eləcə də qadınların qəbir ziyarətinə getməsinin eybi yoxdur. Qəbir üzərində qübbə düzəltmək nə şirkdir, nə də bütpərəstlik. Əgər bu iş şirk olsaydı, xəlifələr və səhabələr etiraz edərdilər.
    Allahın övliyalarının qəbri üzərində bina, məscid tikilməsinin kökləri Quranda nəzərə çarpır. Allah-təala "Əshabe-Kəhf” əhvalatı haqqında buyurur: "Əshabe-Kəhf haqqında mübahisədə qalib gələnlər dedilər: Onların məzarı üzərində bir məscid tikəcəyik.”("Kəhf”, 21)Ayənin təfsirində deyilir: "Bir dəstə "Kəhf səhabələrinin qəbri üzərində bina tikin”, dedi. Möminlər isə "biz onların qəbri üzərində məscid tikəcəyik”, dedilər.”("Təfsire Xazin”) Bu mövzunu uzatmağa ehtiyac görünmür. Məlum oldu ki, Bəqidəki imamların (ə), Ühüd şəhidlərinin, Əbu-Talib qəbiristanlığındakıların qəbirləri hansı adla xaraba qoyulub.
    MƏSCİDÜL-HƏRAM VƏ MƏSCİDÜN-NƏBİDƏ NAMAZ
    Möminlər bəzi məsələlərə diqqət yetirsələr, münasib olar. "Urvətil-vüsqa”da deyilir:
    "Namazı məsciddə qılmaq müstəhəbdir. Məscidül-həram daha fəzilətlidir. Orada qılınan namaz milyon namaza bərabərdir. Ondan sonra Məscidün-nəbi gəlir. Orada qılınan namaz on min namaza bərabərdir; sonra isə Kufə məscidi gəlir. Orada qılınan namaz isə 1000 namaza bərabərdir;
    İmamların hərəmində namaz qılmaq müstəhəbdir. Bu hərəmləri Allah uca və abad istəmişdir ki, orada Allahın adı zikr olunsun. Olsun ki, hərəmlər məsciddən əfzəldir. Nəql olunur ki, həzrət Əlinin (ə) kənarında qılınan namaz iyirmi min namaza bərabərdir...”("Urvətul-vusqa”, məsələ 4-5.)
    İki rəvayətdə İmam Sadiqdən (ə) Fatimənin (s) evində qılınan namaz haqqında soruşulur. Həzrət (ə) buyurur:
    "Fatimənin (s) evində qılınan namaz rövzədəki namazdan üstündür.”("Vəsailüş-şiə”, c.3, səh-547, fəsil 59, hədis 1-2.) Rəvayətlərdən məlum olur ki, imam Sadiq (ə) dövründə həzrət Fatimənin (s) evində namaz qılınırmış. Amma həzrət Peyğəmbərin (s) qəbri hasarlandığından orada namaz qılmaq mümkün deyil.
    BİR ŞÜBHƏYƏ CAVAB
    Rəvayətlərə görə, Əlinin (ə) kənarında qılınan namaz Məscidün-nəbidə qılınan namazdan üstündür. Bu o demək deyil ki, Əlinin (ə) kənarında qılınan namaz Peyğəmbərin (s) kənarında qılınan namazdan üstündür. (Qeyd olundu ki, Məscidün-nəbidə Peyğəmbərin (s) qəbri hasarlandığından o həzrətin (s) kənarında namaz qılmaq mümkünsüzdür). Həzrət Zəhranın (s) evində qılınan namaz məsciddəki namazdan üstün olduğu kimi, Əlinin (ə) kənarında qılınan namaz da Peyğəmbər məscidindəki namazdan fəzilətlidir.
    "Urvətil-vusqa”
    "Əlfiqh ələl-məzahibul-xəmsə”, s. 35
    həmin mənbə, s. 35
    "Səlatul-mumin”, c. 1, s.41
    "Vəsailüş-şiə”, dəstəmaz fəsli
    "Səhihe-Buxari”, h. "Urvətil-vusqa”
    185
    "Misbahul-munir”
    "Töhfətul-ixvan”, s. 174
    "Fəzlul-Mədinə”, s. 43
    "Kitabul-əzan”, s. 54
    "Ət-tarixul-qəvim”,c. 1, s. 196
    "Əl sunənil kubra, c. 3, s. 572
    "Müstədrəkəl-hakim”, c. 1, s. 376
    "Kəşful-irtiyab”, s. 286
    Sual 33: Nə üçün şiələri bidətdə ittiham edən vəhhabilər özlərini bu sahədə təmiz hesab edirlər? Məgər onlar dində bidət etməmişlərmi?
    Cavab: Demək lazımdır ki:
    Orda ki iş əyan ola,
    Nə ehtiyac bəyan ola?
    Vəhhabilər başdan-ayağa bidətdir və agah insanlar ötəri bir baxışla onların saysız-hesabsız bidətlərini görürlər. Bu bidətlərdən bəzilərini nəzərdən keçiririk.
    Category: Vəhhabi suallarına cavablarımız | Added by: Islam_Kitabxanasi
    Views: 646 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024