İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Vəhhabi suallarına cavablarımız

    Vəhhabi suallarına cavablarımız
    2011-12-21, 9:09 PM
    VƏHHABİLƏR NƏYİ BİDƏT HESAB EDİRLƏR?
    Ərəbistan müftisi və hicaz vəhhabilərinin rəhbəri İbn Baz bidətə belə tərif verir:
    "Keçmişdə oxşarı olmayan hər bir yenilik bidətdir.”("Fətavi muhimmə”, Ben Baz, №11, səh. 31)
    Elə bu tərifə əsaslanaraq vəhhabilərin və digərlərinin bidətlərini iki qrupa ayıra bilərik: Onların öz fiqhinə əsasən bidət sayılan işlər və şiə fiqhinə əsasən bidət sayılan işlər.
    VƏHHABİLƏR ÖZ FİQHİNƏ ƏSASƏN YOL VERDİKLƏRİ BİDƏTLƏR
    Onların nəzərincə, Peyğəmbər (s) və səhabələrdən sonra baş vermiş yeniliklər bidət və haramdır, şirk və küfr səbəbidir. İbn Baz öz mövqeyinin sübutu üçün Peyğəmbərdən (s) bir rəvayət də sitat gətirir. Elə həmin rəvayətə əsasən də vəhhabilərin bidətlərinə nəzər salaq:
    1.Müsəlmanları müşrik və kafir saymaq;
    Peyğəmbər (s) və onun səhabələrinin dövründə belə bir münasibət yox idi. Hansı ki, fikir ayrılığı da olurdu, səhabələr mübahisə də edirdilər, savaş vəziyyəti də yaranırdı, hətta müsəlmanlar xəlifə saydıqları Osmanı öldürüb, yəhudi qəbiristanlığında basdırmışdılar. Bütün bunlara baxmayaraq, kimsə kimsəni kafir saymırdı. Vəhhabilər isə öz fiqhinə əməl edən, onlarla eyni fikirdə olmayanları şirk, küfr və dindən çıxmaqda ittiham edirlər. Onların bu işinin Qurana zidd olması ayələrdən aşkar görünür: "Müsəlmanlığını bildirənə kafir deməyin.”(Nisa surəsi, ayə 94) Bəli, vəhhabilərin aşkar bidətlərindən biri müsəlmanları kiçik işlərə görə şirk və küfrdə ittiham etmələridir. Onlar şərif ayə və öz nəql etdikləri rəvayətlərin ziddinə hərəkət edirlər.
    2.Bəqi, Ühüd və Əbu Talib qəbiristanlıqlarına göstərilən münasibət;
    Onlar qəbiristanlıqları hasara salır, gecələr və günün müəyyən saatları onların qapısını bağlamaqla qəbir ziyarətinə mane olur, qəbiristanlarda tablolar asıb, qeyri-münasib sözlər yazır, qəbirlər üzərində nəzarətçilər qoyurlar. Bütün bunlar bidətdir. Peyğəmbər (s) və onun səhabələri dövründə sadalanan işlərin heç biri mövcud olmamışdır. Mötəbər sünni mənbəyində nəql olunur: "Rəsulullah (s) gecə yarı, Ayişə yatdığı vaxt Bəqiyə qəbir əhlinin ziyarətinə gedirdi.”(Səhih Buxari”, əlcənaiz, səh. 214, hədis 1340.) Başqa bir rəvayət: "Bəzən ölülər gecə dəfn olunar və Rəsulullah (s) növbəti gün onların qəbrinə namaz qılardı.”(Səhih Müslüm”, əlcənaiz, səh. 412, hədis 974.)
    Ən çirkin bidətlərdən biri budur ki, Ühüd şəhidlərinin qəbirlərini hasarlayıb, möhtərəm zəvvarların qəbiristana daxil olmasına mane olurlar. Ziyarət vaxtı səs gücləndiricilər ətrafda sakitliyi pozur, ziyarətçilərin hissləri təhqir olunur. Məgər müsəlman ziyarətçilərlə belə rəftar etmək bidət deyilmi?! Ziyarətçilərə bir belə maneə yaradanları Peyğəmbər (s) ardıcılı saymaq olarmı?
    3.Məscidül-həram və Məscidün-nəbidə cənazə namazı qılmaq;
    Cənazələri adı çəkilən məscidlərə daxil edib, meyit namazı qılan vəhhabilər belə bir rəvayət nəql edirlər:
    Ayişə göstəriş verir ki, Səd ibn Əbu Vəqqasın cənazəsi məsciddən aparılsın və özü də ona namaz qılır. Müsəlmanların etirazı ilə qarşılaşan Ayişə deyir: "Peyğəmbərin (s) məsciddə Süheylə namaz qılmasını müsəlmanlar nə tez unutdu!”("Səhih Müslüm”, əlcənaiz, səh. 412, fəsil 34, hədis 973.) "Səhih Müslim”dən daha mötəbər sayılan "Səhih Buxari”də bu məsələ açıqlanmır. "Əl-fiqh ələl-məzahibul-ərbəə” kitabının 1-ci cildində deyilir: "Məsciddə meyit namazı caizdirmi? – Məsciddə meyit namazı məkruhdur, hətta məscidin kənarında da – bu hənəfilərin və malikilərin mövqeyidir. Bildirilir ki, meyitə namaz qılınmamış onu məscidə daxil etmək məkruhdur. Hənbəlilər bu işi mübah, şafeilər isə müstəhəb sayırlar.” Başqa bir sünni kitabında mənbə göstərilmədən nəql olunur ki, Əbu Bəkr və Ömərin cənazə namazları məsciddə qılındı. (Səlatul-mumin”, əl-Qəhtani, c.2, səh. 1277)İbn Baz deyir: "Məsciddə cənazə namazı caizdir. Bu namazı bayram namazı qılınan yerdə qılmaq əfzəldir.”(Məcmuətül-fətavi”, Ben Baz, c. 13, səh. 164)
    İndi özünüz qərara gəlin, məsciddə cənazə namazı qılınmasında təkcə bir rəvayətə istinad olunur və bu rəvayətdən də məlum olur ki, uyğun iş Peyğəmbər (s) dövründə adi sayılmışdır. Əgər bu rəvayəti düzgün saysaq, yalnız bir dəfə Peyğəmbər (s) məsciddə cənazə namazı qılmışdır. Sonra isə yenə də bircə dəfə Ayişə məsciddə meyit namazını yerinə yetirmişdi. Səhabələr dövründə belə bir namaz yalnız Ayişənin qıldığı namazdır və həmin namaz da etirazla qarşılanmışdır.
    Mötəbər vəhhabi mənbələrindən məlum olur ki, onlar meyit namazında Quran və Peyğəmbər sünnəsinə zidd beş bidətə yol verirlər:
    1.Dəlil göstərilən rəvayətdə Peyğəmbər (s) və Ayişənin Məscidün-nəbidə cənazə namazı qıldığı bildirilir. Bu rəvayətə əsasən Məscidül-həramda cənazə namazı qılınmasını caiz saymaq olmaz. Meyiti Məscidül-hərama daxil edib, meyit namazı qılmaq vəhhabilərin öz məntiqinə görə bidətdir.
    2.Rəvayətdə həm Peyğəmbər (s), həm də Ayişənin cəmi bir dəfə bu işi gördüyü bildirilir. Rəvayətdən bu nəticə çıxmır ki, gündə məsciddə meyit namazı qılınmalıdır.
    3.Rəvayətdə meyit namazının camaat namazından sonra qılındığı bildirilmir. Hansı əsasla bu namaz camaat namazından sonra qılınır?
    4.Namazın təqibatı və nafilə namazları daha çox tapşırıldığı halda, meyit namazlarının hesabına müsəlmanlar bu işə imkan tapmırlar.
    5.Meyit namazında azançı "əssəlatu ələl-əmvat” deyə Peyğəmbərin (s) kənarında haray salır. Hansı ki, vəhhabilər başqalarını həmin yerdə səsini çıxarmağa qoymurlar.
    Cənazəni imkan daxilində tez dəfn etmək tapşırıldığı halda, sübh namazından sonra ölmüş adam dəfnə hazır olsa da, onu günortaya saxlayırlar ki, günorta namazından sonra meyit namazı qılıb, dəfn etsinlər. Bu iş əsil bidətdir. İndi özünüz görün ki, bu adamlar öz fiqhləri baxımından nə qədər bidətə yol verirlər.
    VƏHHABİLƏRİN MƏSCİDLƏ BAĞLI BİDƏTLƏRİ
    Vəhhabilərin məscidlərlə, xüsusi ilə də Məscidül-həram və Məscidün-nəbi ilə bağlı bidətlərinə nəzər salaq:
    1.Çox uca və çoxsaylı minarələrin tikilməsi;
    2.Çoxsaylı günbəzlərin tikintisi, xüsusi ilə Məscidün-nəbinin 21-ci qapısı üzərindəki 7 oxşar günbəz;
    3.Qapı və divarların, tavanın müxtəlif naxışlarla zinətləndirilməsi;
    4.Məscidin qapı və divarlarının yazılması;
    5.Gecənin bir hissəsi Məscidün-nəbinin qapılarını bağlamaqla namaz qılanlara maneçilik;
    6.Məscidün-nəbidə çoxsaylı kitabxanalar;
    7.Məscidül-həram və Məscidün-nəbidə süfrə açılması (xüsusi ilə ramazan ayında)
    8.Ölülərin məscidə daxil edilməsi və məsciddə cənazə namazı qılınması;
    9.Qadınlara qəbir ziyarətini haram bildikləri halda, gündə iki növbə onların Məscidün-nəbiyə buraxılması;
    10.Məscidlərin süni və rəngarəng xalılarla döşənməsi, hansı ki, bu, diqqəti dünyaya yönəldir;
    11.Çoxlu qəbirlər olan Məscidül-Həramda və Məscidün-nəbidə namaz qılınması Müfti ibn Bazın fətvalarına ziddir. (Tohfətul-ixvan”, səh. 68)
    Əgər dəqiq araşdırsaq, məscidlə bağlı daha çox bidət üzə çıxar. Sadaladıqlarımız vəhhabilərin öz fiqhinə əsasən bidət sayılır. İndi onların öz kitablarından bəzi rəvayətləri nəzərinizə çatdırırıq:
    İbn Abbas nəql edir ki, Peyğəmbər (s) buyurdu: "Məscidlərin çox ucaldılmasını və genişləndirilməsini əmr etmirəm.” (Səlatül-mumin”, əl-Qəhtani, səh. 498)
    İbn Abbas müsəlmanların gələcəyindən xəbər verərək deyir: "Yəhudilər və məsihilər kimi məscidləri bəzəyib, qızıla tutacaqsınız.”(Həmin mənbə) Ömər ibn Xəttab da məscidlərin zinətləndirilməsini pisləmişdir.(Səhih Buxari, Kitabus-səlati, səh. 77, hədis 445.)
    Belə bir rəvayət də var: "Peyğəmbər (s) zamanı Məscidün-nəbinin divarı çiy kərpicdən, sütunları xurma ağacından, tavanı isə xurma budaqlarından idi. Əbu Bəkrin vaxtında da belə idi. Ömər ibn Xəttab əvvəlki şəkildə məscidi təzələdi. Amma Osman məscidi genişləndirib, divarları və sütunları rəngli daşlarla hördürdü, tavanı isə Hindistandan gətirilmiş xüsusi ağaclarla örtdü.”(Həmin mənbə.)
    İbn Baz deyir: "İnsanlar evlərini gözəl tikdiyi bir vaxt qədim binalardan uzaq gəzir, belə məscidlərdə yığıncaq və namazdan çəkinirlər. Belə vaxtlarda xalqı məscidə rəğbətləndirmək üçün onu rəngli daşlardan tikmək olar, necə ki, Osman belə etdi.”("Səlatül-mumin”, əl-Qəhtani, səh. 500.)
    Bu rəvayətlərin mötəbərliyini araşdırmadan vəhhabilərdən və İbn Bazdan soruşduq ki, nə üçün öz mötəbər kitablarına, Ömər və İbn Abbasın, həzrət Peyğəmbərin (s) qadağalarına əhəmiyyət vermirlər? Necə olur ki, başqalarını şirkdə və küfrdə ittiham edərkən dəlil göstərilən rəvayətlər vəhhabilərin öz bidətlərinin qarşısını almır? Necə ola bilər ki, xalqı məscidə rəğbətləndirmək üçün İslamda olmayan, bidət işlərə yol verilə? Hansı ki, İslam şəxsiyyətlərinə məqbərə tikilməsi, uçulmuş binaların təmiri birtərəfli qaydada bidət sayılır. Onların nəzərincə, Bəqidəki imam qəbirlərinin təmizlənməsi, Ühüd şəhidlərinin qəbirlərinin səliqəyə salınması bidət, şirk və küfrdür!
    MÜBAHİSƏ
    Onlardan birinə dedim: "Məscidə döşədiyiniz xalılar 50 ildir buradadır. Bu xalılar sünidir. Peyğəmbər (s) və onun səhabələri belə döşəmədə namaz qılmayıblar. Peyğəmbər (s) dövründə məscidin döşəməsi torpaq, həsir və bu kimi təbii şeylər olub. Sizin döşədiyiniz xalılara isə səcdə etmək batil, bidət və haramdır. Bu xalıları döşəmədən yığsanız, daha yaxşı olar və biz şiələr məscidin xalısız hissəsində namaz qılmarıq. Peyğəmbərin (s) dövründəki kimi çiyin-çiyinə dayanıb namaz qılarıq.”
    Dedi: "İndiki dövrün adamları Peyğəmbər (s) dövrünün xüsusiyyətlərini bəyənmirlər, ona görə də xalı lazımdır.”
    Dedim: "Əvvəla, müsəlmanlar Peyğəmbərin (s) necə namaz qıldığını öyrənməlidirlər. Peyğəmbər (s) nəyə səcdə edibsə, biz də həmin şeylərə səcdə etməliyik. Axı həzrət buyurub ki, mən necə namaz qılıramsa, siz də elə qılın. İkincisi, qədim dövrü bəyənməyən adamlar onların ibadətlərində axtarış aparılmasını da bəyənmirlər. Siz vəhhabilər isə başqalarının namazını öz süzgəcinizdən keçirirsiniz.”
    Dedi: "Nə vaxt belə olub?”
    Dedim: "Şiə fiqhində bu xalılara səcdə etmək düzgün sayılmır. Ona görə də biz ya həsir və torpaq, daş üzərində namaz qılır, ya da səccadə səririk. Vəhhabilər buna etiraz edir, səccadəmizi yığışdırır, bəzən də təhqir edirlər. Hansı ki, biz şiələr başqa məzhəbdən olanlara mane olmur, onların ibadətlərinə müdaxilə etmirik. Əksəriyyəti şiələrdən ibarət olan İran mühitində hər bir insan öz məzhəbinə uyğun şəkildə ibadət edir və heç bir etirazla qarşılaşmır. Necə olur ki, siz öz əqidənizə və fəqihlərinizin ziddinə, zəmanə adamlarının istəyinə müvafiq olaraq, məscidləri zinətləndirir, süni xalılar döşəyir, eyni zamanda Bəqi, Ühüd, Əbu Talib qəbiristanlarının ziyarətçilərinə mane olursunuz? Nə üçün müxtəlif islami və qeyri-islami ölkələrdən gəlmiş ziyarətçilərin istəyinə etina olunmur? Nə üçün böyük İslam şəxsiyyətlərinin qəbirlərinin təmirinə icazə vermirsiniz?”
    Dedi: "Mən sizin ibadət və namazınıza etiraz etmirəm. Bəli, biz vəhhabilərdən bəziləri quru və təəssübkeş adamlardır. Onlar əmr be məruf və nəhy əz münkər etdiklərini düşünürlər. Siz böyük məqsədlər naminə güzəştə getməlisiniz. Qəbiristanların ixtiyarı isə böyüklərin əlindədir, adi adamlar bu işə müdaxilə edə bilmirlər. Hər halda gərək bağışlayasınız. Allah-taala buyurur: "Əfv edib, bağışlayın; Allahın sizi bağışlamasını istəmirsiniz?” ("Nur”, 22)
    Dedim: "Bu gün sizə məzəmmət yoxdur, Allah sizi bağışlasın.” (Yusuf”, 92)
    Görüşüb ayrıldıq. Mədinədə olduğum müddətdə ünsiyyətə olduğum adamlar arasında belə insaflısını görmədim.
    ŞİƏ FİQHİNƏ GÖRƏ SÜNNİLƏRİN BİDƏTLƏRİ
    Əvvəlki söhbətlərimizdə sünnə əhli və vəhhabiləri onların öz fiqhinə, məzhəbinə, rəvayətlərinə əsaslanaraq bəyan etdik. İndi isə onların şiə fiqhi baxımından bidətlərini nəzərdən keçirəcəyik:
    1.Fəcr tülusundan qabaq azan demək bidət və haramdır;
    2.Sübh azanında "əssəlatu xəyrun minən-novm” demək bidət və haramdır;
    3.Əllər qabaqda bağlı halda namaz qılmaq bidət və haramdır, belə qılınan namaz batildir;
    4."Həmd” surəsinin əvvəlində "bismillahir-rəhmanir-rəhim” deməmək bidət və Quranın təhrifidir, namazı batil edir;
    5."Həmd” (Fatihə) surəsindən sonra "amin” demək bidət və haramdır;
    6.Namazda səcdə ayəsi oxuyub, onun gedişində səcdə etmək bidət və haramdır, namazı batil edir;
    7."Həmd” surəsindən sonra bütöv surə oxumamaq namazı naqis və batil edir;
    8.Xalıya səcdə etmək bidət və haramdır, namazı batil edir;
    9.Namazın salamını deyərkən üzü qiblədən döndərmək bidət və haramdır, namazı batil edir;
    10.Camaat namazında sıraların bitişikliyini gözləməmək bidətdir və namazı batil edir;
    11.Ramazan ayının gecə nafilələrini "təravih” adı altında camaatla qılmaq bidət və haramdır;
    12.Azan və iqamənin bəzi hissəllərini ixtisar etmək haramdır;
    13.Cümə günü cümə namazı üçün iki azan demək bidət və haramdır;
    Adətən, cümə günləri sübh namazında "Həmd” surəsindən sonra "səcdə” surəsi oxunur. Rəkət gedişində səcdəyə gedilməsinin bidət olmasından əlavə, müsafirlər və belə namazla tanış olmayanlar səcdə əvəzində rükuya getdiklərindən namazları batil olur. Camaat namazında uzun surə oxumaq Peyğəmbərin (s) əmrinə ziddir. Pişnamaz möminlərin halını nəzərə almalıdır. Təkcə cümə günü sübh namazında yox, bütün camaat namazlarında möminlərin halı nəzərdən qaçırılmamalıdır.
    Sünni mənbələrində nəql olunur ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: "Əgər biriniz pişnamaz (imam camaat) olsanız, namazı yüngül və qısa qılmalısınız. Çünki namaz qılanlar arasında uşaqlar və böyüklər, zəiflər və xəstələr, işə tələsənlər vardır. Namazı təklikdə qılan kəs istədiyi kimi (uzun və ya qısa) qıla bilər.”("Səhih Buxari”, kitabul-əzan, hədis 703.) Başqa bir rəvayət: "Hansınız camaatla pişnamaz olsa, namazı yüngül qılsın. Çünki adamlar arasında zəiflər, xəstələr, işi olanlar var.("Səhih Müslüm”, hədis 467.)  Bu mənbələrdə oxşar hədislər "təvatür” həddədir. Amma bu göstərişlərə əməl olunmur, xüsusi ilə sübh namazları uzadılır. Hətta bəzilərini namaz gedişində yuxu tutur.
    Şiələrdən biri dedi: "Mən bu səhnələri görəndən sonra öz pişnamazlarımızın qədrini bildim. Əgər bizim pişnamazlar belə namaz qılsalar, məscidə gələn olmaz.”
    Bəli, şiələr bu bidətləri görür və ümumi düşmən qarşısında vəhdəti qorumaq üçün susurlar. Onlar öz fəqihlərinin əmrinə itaət edərək, sünnilərlə camaat namazında çiyin-çiyinə dayanır, namaz qılırlar. Bu göstərişlər məsum İmamlarımızın (ə) tövsiyəsidir. Onlar isə şiələri şirk və küfrdə ittiham edir, hətta bəziləri Əhli-beyti (ə) təhqir etmək səviyyəsinə alçalırlar. Müəllifi hazırkı kitabı yazmağa sövq edən də məhz bu məsələdir.
    Sual 34: Nə üçün şiələr məhrəmlik məqsədi ilə və zəruri hallarda müvəqqəti izdivacı (mütə, siğə) halal sayır, sünnə əhli isə haram hesab edir?
    Cavab: Quran və həm şiə, həm də sünnə əhlinin bir çox rəvayətləri müvəqqəti izdivacın halallığını sübuta yetirir. Qurani-kərimdə buyurulur: "İstifadə etdiyiniz qadınların muzdlarını (mehrlərini) yetərincə verin.”(Nisa”, 24) Sünnə əhlinin qəbul etdiyi İbn Kəsirin təfsirində bu ayə haqqında deyilir: "Bu ayə mütə (müvəqqəti izdivac) haqqında nazil olmuşdur.”(İbn Kəsirin təfsiri, səh. 285) Bunu da qeyd etməliyik ki, o, bu sözlərin ardınca həzrət Əlidən (ə) rəvayət nəql edir və bildirir ki, həzrət Peyğəmbər (s) mütəni qadağan etmişdir. Belə bir qadağanın Peyğəmbər (s) tərəfindən Məkkənin fəthi zamanı qoyulduğunu nəql edən rəvayət də var. (Həmin mənbə, səh. 286)
    İbn Kəsirin təfsirindən məlum olur ki, uyğun ayədə müvəqqəti nikahın halallığı hökm olunur. Başqa bir rəvayətdə İbn Abbas mütənin halal olduğunu bildirir. (Səhih Buxari”, kitabun-nikah, səh. 915, hədis 516-518) Həmin mənbədə Cabir ibn Abdullah və Sələmə ibn Əl-əkvədən nəql olunmuş iki rəvayətdə də Peyğəmbərin (s) mütəyə icazə verdiyi bildirilir.
    "Səhih Müslim”də bir neçə rəvayətdə bildirilir ki, Peyğəmbər (s) və Əbu-Bəkr dövründə, eləcə də Ömərin hakimiyyətinin əvvəllərində mütə var idi; Ömər həcc və nisa mütəsini qadağan etdi. (Səhih Müslüm”, kitabun-kikah, səh. 599, hədis 1405.) Həmin kitabda Əbuzərin "nisa və həcc mütəsi bizə məxsusdur” dediyi xəbər verilir. Orada Cabir ibn Abdullahdan belə bir rəvayət nəql olunur: "Ömər dedi: müvəqqəti nikahdan uzaq olun. Mənim yanıma mütə etmiş bir şəxs gətirilsə, onu daşqalaq edərəm”. Eyni mənbədə nəql olunur ki, Həzrət Əli (ə) buyurdu: "Xeybər fəthində Peyğəmbər (s) mütəni və əhilləşmiş uzunqulaq ətini qadağan etdi.” (Həmin mənbə.) Bəzi rəvayətlərdə isə mütənin Məkkə fəthində qadağan olduğu bildirilir. Bu rəvayətlərdən məlum olur ki, mütə halal imiş, sonralar ixtilaflı məsələyə çevrilib. Mötəbər sünni mənbələrindən birində deyilir: " İslamın başlanğıc dövründə mütə zərurətdən halal olmuşdur. Çünki müsəlmanlar müharibələr və iqtisadi çətinliklər səbəbindən ailə qura bilmirdilər. Şəhvətin qarşısını almaq üçün daima oruc tutmaq isə şərən qəbul deyil. Ona görə də müvəqqəti izdivac əvvəllər halal idi, sonra isə qadağan olundu. Bununla belə, mütə edənə zinanın cəzası verilmir. Çünki bu məsələdə şübhə var...”("Əl-fiqh ələl-məzahibil-ərbəə”, c. 4, səh.85)Deyilənlərdən məlum olur ki, bütün sünni məzhəbləri mütənin bir vaxt halal olduğunu qəbul edir və həmin hökmün zərurətdən doğduğunu bildirirlər.
    Mütənin qadağan edildiyini bildirən rəvayətlərin bir hissəsi bu hökmün Xeybər fəthində, digər bir hissəsi isə Məkkə fəthində verildiyini bəyan edir. Bəzi rəvayətlər isə bu hökmün Peyğəmbər (s) tərəfindən yox, Ömər tərəfindən verildiyini bildirir. Mütə barədə məlumatlar ixtilaflı olduğundan Quran ayəsini inkar etmək olmaz. Həm də uyğun mənbələr mütənin zərurətdən doğduğunu bildirdiyindən həmin zərurəti istisna etmək olmaz. Əgər bu hökmün Ömər tərəfindən verildiyini qəbul etsək, mütəni haram saya bilmərik. Çünki Quranın və Peyğəmbərin (s) halal buyurduğunu Ömər haram edə bilməz. Həzrət Əlidən (ə) nəql olunan rəvayət isə mütənin haram yox, məkruh sayılmasına əsas ola bilər. Beləcə, əhli sünnə rəvayətləri də mütənin halal olduğunu təsdiqləyir. Qəti dəlil olmadan halalı haram hesab etmək mümkün deyil. Sünnə əhlinin əsas gətirdiyi rəvayətlər bir-birinə zidd olduğundan onları dəlil hesab etmək, Quran ayəsini şübhə altına almaq olmaz.
    Bundan əlavə, nəql olunmuş rəvayətləri inkar edən rəvayətlər də vardır. Onlardan birində Həzrət Əli (ə) buyurur: " Əgər Ömər mütənin qarşısını almasaydı, bir qrup bədbəxtdən savayı kimsə zina etməzdi.”(Dürrül-Mənsur”, c. 2, səh. 140)Digər bir rəvayətdə Ömər xalqa xitabən minbərdən deyir: "Ey camaat, mən Peyğəmbər (s) zamanında halal olmuş üç şeyi haram edirəm və həmin işləri görənləri cəzalandıracağam: qadınların mütəsi, həcc mütəsi və azanda "həyyə əla xəyril-əməl” deyilməsini.”("Əl-ğədir”, c. 3, səh. 329)
    HƏCCİ TƏMƏTTÖ NƏDİR?
    Həcci təməttö odur ki, bir müsəlman şəvval, zilqədə və ya zilhiccə aylarının birində hər hansı miqatda (həccə giriş məntəqəsi) "ümrəyi-təməttö” niyyəti ilə ehram bağlayıb, Məkkəyə daxil olsun. Təvaf və səydən sonra "təqsir” edib ehram halından çıxsın. Məkkədə həcci-təməttö əməlləri üçün növbəti ehram bağlayınca ehramda haram olanlar halal olur.
    Bu həcc ona görə təməttö həcci adlandırılır ki, iki ehram halı arasındakı fasilədə ehramın haram etdikləri halal olur, yəni insan həmişə halal olan şeylərdən ləzzət ala bilir.
    Bu barədə Quranda buyurulur: "Həcc və ümrəni Allaha görə yerinə yetirin. Maneçilik olsa mümkün olan bir qurbanlıq edin və yerinə çatana qədər başınızı qırxmayın. Xəstələnən və başından əziyyət çəkən kəs əvəz olaraq, sədəqə verməli, oruc tutmalıdır. Əminlikdə isə ümrədə olan kəs həccə qədər mümkün olan qurban kəsməlidir. Tapa bilməyənlər həcc günlərində üç, qayıtdıqdan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da on gün edir. Ümrə əməli ailəsi Məscidül-həramda sakin olmayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı ağırdır.”(Bəqərə”, 196)
    Həzrət Peyğəmbər (s) təməttö həcci vasitəsi ilə cahiliyyət qanunları ilə mübarizədə daha bir addım atdı. İslamdan əvvəl, qeyd edilən üç ayda ümrə əməlləri böyük günah sayılırdısa, İslam həmin aylarda təməttö həccini müəyyənləşdirməklə qədim əsassız qaydaları aradan qaldırdı.
    Buxari və Müslümdə, İbn Abbasdan belə nəql edilir: "Xalq islamdan qabaq həcc aylarında ümrəni yer üzünün ən böyük günahı sayırdılar və deyirdilər ki, səfər ayı bitdikdən sonra ümrə əməlləri halal olur.”
    İbn Abbas əlavə edir ki, zilhiccənin dördüncü günün səhəri Peyğəmbər (s) və səhabələri həcc üçün ehram bağlayıb Məkkəyə daxil olduqları halda, Peyğəmbər (s) ehramın ümrəyə çevrilməsi və ehramdan xaric olma göstərişi verdi; amma bu göstəriş səhabələrə ağır gəldi, ehramdan çıxmaqla hansı qadağaların götürüldüyü barədə soruşdular: Peyğəmbər (s) buyurdu ki, ehramla əlaqədar haram edilənlərin hamısı halal oldu.("Səhih Buxari”, kitabul-həcc, səh. 254, hədis 1564.) Müsəlmanlardan bir qismi Peyğəmbərin (s) bu göstərişinə qarşı çıxdı. Onlar cahiliyyət dövrünün adətlərini tapdayaraq həcci bitirməmiş ehramdan çıxmağa cürət etmirdilər.
    ÖMƏRİN TƏMƏTTÖ HƏCCİNİ QADAĞAN ETMƏSİ
    Yuxarıda qeyd edildiyi kimi, müxaliflərin istəklərinin ziddinə olaraq, təməttö həcci həyata keçdi və Ömərin hakimiyyətinədək davam etdi. Ömər təməttö həccini qadağan etdi və müxalifləri ciddi cəzalandıracağını bildirdi. Bu barədə sünni mənbələrində xeyli rəvayət vardır. Onlardan bəzilərini nəzərinizə çatdırırıq:
    1.İmran ibn Həsin deyir: "Həcc mütəsi haqqında ayə nazil oldu və Peyğəmbər (s) bu həccin icrası üçün göstəriş verdi. Sonralar bu ayəni nəsx edən heç bir ayə nazil olmadı. Peyğəmbərin (s) vəfatından sonra bir şəxs nəfsinin hökmü ilə bu barədə istədiyini danışdı.”(Səhih Müslüm”, kitabul-həcc, səh. 539, hədis 1240..)
    2.Əbu Nəzrə deyir: "Mən Cabir ibn Abdullahın yanında olarkən bir kişi gəlib dedi: "İbn Abbas və ibn Zübeyr iki mütə haqqında mübahisə edirdilər.” Cabir dedi: "Bəli, biz Peyğəmbər (s) dövründə hər iki işi görürdük. Amma sonradan Ömər onları qadağan etdi, biz də həmin mütələrdən çəkindik.”(Həmin mənbə.)
    3.İmran ibn Həsin ölüm yatağında olarkən Mutrəfə dedi: "Mənim ölümüm qətidir. Sənə faydalı ola biləcək bir neçə söz demək istəyirəm. Əgər sağ qalsam, onları məxfi saxla, əgər ölsəm, həmin sözləri xalqa deyə bilərsən; birincisi budur ki, Peyğəmbər (s) həcc və ümrəni bir ildə cəmləşdirmişdi. Buna qarşı nə ayə nazil oldu, nə Peyğəmbər (s) qadağa qoydu. Amma bir şəxs bu barədə istədiyini etdi.”(Həmin mənbə)
    4.Əbu Musa həcc mütəsinə fətva vermişdi. Bir şəxs ona bu işdə tələsməməyi tövsiyə edib, Ömərin qadağasını xatırlatdı. Əbu Musa Ömərlə görüşüb, bu barədə sual verdi. Ömər dedi: "Bəli, Peyğəmbər (s) və onun səhabələrinin təməttö həcci etdiklərini bilirəm. Amma istəmirəm ki, müsəlmanlar (iki ehram arası) ərak (salxımlı meyvəsi olan) ağacı altında xanımları ilə yaxınlıq edib, üz-gözlərindən qüsl suyu axa-axa həcc əməlləri ardınca getsinlər.”(Həmin mənbə)
    Amma bütün bu kimi baxışların cavabı Qurani-kərimdə verilmişdir.("Əhzab”, 36)
    Buxari və Müslim nəql edirlər ki, Osman ibn Əffan təməttö həccini qadağan etdiyi vaxt Əli ibn Əbu-Talib (ə) ümrə və həcc üçün ehram bağlayıb dedi: "Mən bir nəfərin sözünə görə Allah qanunu və Peyğəmbər (s) sünnəsini tərk etməyəcəyəm.”("Səhih Buxari”, təməttö, səh. 254, hədis 1563)
    Hər iki "səhih”də Osmanla Həzrət Əli (ə) arasındakı ixtilaf barədə Səid ibn Müseyyibdən belə nəql olunur: "Həzrət Əli ibn Əbu Talib Osmana dedi: Osman, sənin məqsədin yalnız Peyğəmbərin (s) göstərişlərinin qarşısını almaqdır. Osman dedi: Bizimlə işin olmasın. Həzrət Əli (ə) buyurdu: Səni boşlaya bilmərəm. Amma Əli (ə) vəziyyəti belə görüb, özü ümrə və həcc üçün ehram bağladı.” Başqa bir rəvayətdə Osmanın Həzrət Əliyə ağır cavab verdiyi nəql olunur.
    MÜAVİYƏ DÖVRÜNDƏ TƏMƏTTÖ HƏCCİ
    Hədisləri araşdırdıqda aydın olur ki, Müaviyə dövründə də təməttö həcci mövzusunda ixtilaflar davam etmişdir. Müaviyə bu məsələdə Ömər və Osmanın mövqeyini qorumağa çalışmışdır. Amma müsəlmanların bir hissəsi ona etiraz edərək , əmrinə tabe olmamışlar. "Səhih Müslüm”də Sədin belə dediyi nəql olunur: "Müaviyə Allaha küfr etdiyi bir vaxtda biz təməttö həccini yerinə yetirirdik.”("Səhih Müslüm”, kitabül-həcc, səh. 533, hədis 1225.)
    NƏHAYƏT 2-Cİ XƏLİFƏNİN GÖSTƏRİŞİ UNUDULDU
    Həzrət Əli (ə)-ın və bir qisim müsəlmanların səyləri nəticəsində, nəhayət, təməttö həcci Peyğəmbər (s) dövründəki kimi yerinə yetirilməyə başladı, hətta sonradan əhli sünnə fəqihləri Ömərin fətvasına zidd fətva verdilər. Şafeilər dedilər: "Şəxs necə həcc etməkdə azaddır...”(Əl-fiqhu ələl-məzahibil ərbəə, cild-1, səh-688)
    İSLAM KAMİL DİNDİR
    Bütün müsəlmanlar bu əqidədədirlər ki, İslam dini kamil və həmişəlikdir. Onun kamilliyi bütün bəşəri ehtiyaclara cavab verməsindədir. Digər bir tərəfdən, şəri hökmlərdə əmrlər xeyirdən, qadağalar isə fəsadlardan asılı olaraq müəyyənləşir.
    Bəzən müvəqqəti izdivacda (mütə, siğə) məqsəd günahın qarşısının alınması olur. Məsələn, kimsə şikəst və ya zahirən çirkin qadınla evlənmək istəmir. Bu qadın, qəlbi analıq hissləri ilə dolu bir insandır və ən azı, övlad sahibi olmaq istəyir. İslam belə insanların ehtiyacına cavab verməsə, onu kamil hesab etmək olmaz. Bu çətinliyi müvəqqəti izdivac hökmü aradan qaldırır. Məgər Peyğəmbər (s) dövründə mövcud olan belə problemlər hazırkı dövrdə yoxdurmu? Əlbəttə ki, var!
    Bəziləri irad tuturlar ki, qadının qısa müddət ərdə olub, sonra tənha buraxılması xoşagəlməz işdir. Hansı ki, daimi izdivacda da həmin ayrılıq baş verə bilər. Bir çox daimi nikahlar üç-beş gün çəkir və qadına təlaq verilir. Müvəqqəti izdivaca icazə verilmədiyi şəraitdə, qısa müddət bir yerdə yaşamaq qərarına gəlmiş kişi və qadın evlənib, istədikləri vaxt boşana da bilərlər. Məgər belə bir niyyətlə evlənən adamlara kim mane ola bilər? Heç kim! Ən pisi isə, qanuni yolla istəyinə çatmayan insanlar, adətən günaha üz tuturlar.
    MÜBAHİSƏ
    Müəllif Mədinədə olarkən mütə haqqında suallarla tez-tez qarşılaşıb. Belə bir sual oldu: "İslam icazə verə bilərmi ki, bir kişi bir qadınla qısa müddətdə evlənib, sonra onu buraxıb getsin? Dedim: "İslam icazə veribmi ki, bir kişi bir qadını iki gündən sonra boşayacağını nəzərdə tutub, onunla daimi nikaha girə?” Bir az düşünüb, dedi ki, bu iş düzgündür və şəri cəhətdən eybi yoxdur. Dedim: "Belə bir niyyətlə həyata keçən daimi nikahla müvəqqəti nikah (mütə, siğə) arasında nə fərq var? Daimi nikahın mütədən fərqi o olur ki, bu nikahda ayrılmaq üçün daha çox şərtlər qoyulur.” Müsahibim sual verdi: "Bəs mütədən uşaq doğulsa necə?” Dedim: "Mütədən doğulan uşaqla daimi nikahdan doğulan uşaq arasında heç bir fərq yoxdur, ata uşağın bütün ehtiyaclarını təmin etməli, onu məskən, libas, qida ilə təmin etməlidir. Bundan əlavə, mütədə qadının uşağa qalmamağı şərt qoyula bilər.”
    Dedi: "Sən öz bacının mütə ilə ərə getməsinə razı olarsanmı?” Dedim: "Bacının ixtiyarı qardaşında yox, onun özündədir. Heç bir qardaş öz bacısını ana olmaq hüququndan məhrum edə bilməz. O ki qaldı mənim istəyimə, istənilən müvəqqəti iş insanı narahat edir. Heç kim icarə evdə yaşamaqdan, icarə dükan götürməkdən xoşhal olmur. Amma çətin şərait insanı belə işlərə məcbur edir. (Sonra yaxınlığımızda durmuş qoca, belibükük kişini göstərib əlavə etdim) Sən öz bacının bu qocaya daimi ərə getməsinə razı olarsanmı:” Müsahibim qocaya baxıb dedi: "Yox, nə mən, nə bacım, nə də qohum-əqrəba belə bir izdivaca razı olmaz.” Dedim: "Görürsənmi, siz belə bir işə razı olmadığınız halda, həmin iş halaldır. Mənim də narazılığım mütənin halallığına təsir göstərə bilməz. Şiələrin mövqeyi belədir ki, günahın qarşısını almaq məqsədi ilə zəruri hallarda mütə etmək olar. Çıxılmaz vəziyyətə düşən kişi və qadın müvəqqəti izdivac edərsə, bu işin şərən eybi yoxdur.”
    Müsahibim təşəkkür edib, bu məsələ barədə düşünəcəyini vəd etdi...
    Sual 35: Nə üçün şiələr sünnilərlə mehriban rəftar etdiyi halda, onlar şiələrə düşmən kimi yanaşır, bəziləri isə bizi şirk və qəbirpərəstlikdə ittiham edirlər?
    Cavab: Şiə məktəbi Qurani-kərim və Peyğəmbər (s) Əhli-beyti (ə) yolunu tutaraq, bütün müsəlmanlara qarşı xoş münasibət və məhəbbət göstərir. Bu məktəbin tələbi və şiəliyin nişanəsi başqaları ilə xoşrəftardır. Tanınmış şiə fəqihləri buyururlar: "Yaxşı olar ki, şiələr sünnilərin camaat namazlarında iştirak edərək, öz hüzurları ilə qəlbləri yumşaltsınlar və təfriqəyə səbəb olacaq işlərdən çəkinsinlər.”
    Amma sünnilər və İbn Bazın ardıcılları olan vəhhabilər şiələrə başqa gözlə baxır, onların müşrikliyini təbliğ edirlər. Hətta məktəblərdə, təbliğat vasitələrində, cümə namazı xütbələrində şiələrə qarşı xüsusi proqramlar nəzərdə tutulur. Şiələr bidət və şirkdə ittiham olunur, onlara qarşı bədbinlik yaradılır.
    Bəzi nadan şiələrin hərəkətlərini əsas götürərək, bütün şiə məktəbini tənqid atəşinə tutanlara bəhanə verməmək üçün diqqətli olmalıyıq. Məzhəbə qarşı bədbinliyin qarşısını almaq üçün Bəqidə pəncərələrə parça bağlamaqdan, şam yandırmaqdan, torpaq götürməkdən, orada namaz qılmaqdan çəkinmək lazımdır. Təəssüf ki, avam şiələr hələ də orada şam yandırıb, divarları hisləndirib, pəncərələrə parça və qıfıl bağlayır, imamlara (ə) xitabən məktublar yazırlar. Sübh səhər Bəqiyə gəlib bu səhnələri müşahidə edən məmurlar şiələrin ünvanına iftira və təhqirlər yağdırırlar.
    Onlardan biri ipləri və parçaları bıçaqla kəsərək, qəzəblə mənə müraciət etdi: "Siz özünüzü müsəlman, cəfəri sayırsınız. Əgər Cəfər ibn Məhəmmədin şiəsisinizsə, bu nə işlərdir görürsünüz? Bu qıfıllar, parçalar nədir? Nə üçün ehtiyaclarınızı Allahdan istəmirsiniz? Nə üçün Quran, dua oxumaq əvəzinə belə işlərlə məşğul olursunuz?” Dedim: "Məgər elm əhli olan şiələrin belə işlər gördüyünü və ya belə işləri göstəriş verdiyini müşahidə etmisənmi?” Dedi: "Onu bilirəm ki, bütün bunlar sizin işlərinizdir, məktublar da sizin dilinizdə yazılıb.” Dedim: " Bu işləri nadan və savadsız adamlar görür. Ruhanilər onlara nəsihət versələr də eşidən yoxdur. Amma bu işləri küfr və şirk hesab etmək də düzgün deyil. Belə münasibət də cəhalətdən doğur.” Sözümü deyib uzaqlaşdım. O, isə hələ də təhqiramiz sözlər danışırdı. Allah-taala bizi vəzifələrimizdən agah buyursun, məzhəbə söz gətirən işlərdən uzaq olaq. İmam Sadiq (ə) buyurur: "Bizə abır (və şərəf gətirən) olun və bizi çirkin göstərməyin.”
    Bir sözlə, vəhhabilər Peyğəmbər (s) və onun səhabələrinin görmədiyi işləri caiz saymır, hətta bidət və haram kimi dəyərləndirirlər. Onlar Peyğəmbərdən (s) belə bir rəvayət də nəql edirlər: "Yeni ortaya çıxmış işlərdən çəkinin. Şübhəsiz ki, bu işlər bidətdir. Hər bir bidət isə zəlalət və azğınlıqdır.”(Tohfətul-ixvan”, səh. 8)
    Bu əsasla da Peyğəmbər (s) və səhabələr dövründə olmamış əməlləri bidət və haram sayır, bəzi əməlləri isə böyük şirk elan edərək, onu edənləri kafir adlandırırlar. İbn Teymiyyə deyir: "Bu işlərdən bəzilərini görənlər tövbə etməlidirlər, tövbə etməyənlər isə öldürülür.”(İbn Teymiyyə, Fətavi...”, səh. 32)
    VƏHHABİLƏRİN BİDƏT HESAB ETDİYİ ƏMƏLLƏR
    1.Məscidül-Həram, Məscidün-nəbi, Məscidül-əqsa istisna olmaqla, Peyğəmbərin (s), imamların (ə) müqəddəslərin qəbirlərinin və məscidlərin ziyarəti məqsədi ilə səfər;
    2.İstənilən bir şəxsin qəbri üzərində günbəz, məqbərə tikmək;
    3.Qəbir üzərinə nə isə yazmaq;
    4.Qəbir kənarında Quran oxumaq;
    5.Peyğəmbərin (s) məqbərəsinin şəbəkələrini (divarlarını) və minbərini, imamlara (ə) aid əsərləri öpmək, əl və üzü onlara sürtmək;
    6.Kəbə sütunlarını öpmək, əl və üzü Kəbə divarlarına sürtmək; Həcərül-əsvəddən ("qara daş”) başqa bir şeyin ziyarəti;
    7.Peyğəmbəri (s) və övliyaları Allahdan xahiş üçün vasitəçi seçmək, "ya peyğəmbər”, "ya Əli”, ya "Fatimə” çağırmaq;
    8.Məqbərələrə nəzir etmək, onların təmiri ilə məşğul olmaq, şam yandırmaq;
    9.Xeyir iş görüb, savabını başqasına hədiyyə etmək;
    10.Peyğəmbər (s) və övliyalardan şəfaət istəmək;
    11.Üzü Peyğəmbərin (s) qəbrinə tutaraq, dua etmək;
    12.Qəbir kənarında namaz qılıb, dua etmək;
    13.Allahdan qeyrisini köməyə çağırmaq;
    14.Allahdan qeyrisinə əyilmək;
    15.Qəbirlərin başına fırlanmaq;
    16.Kimsənin qarşısında düz dayanmaq;
    17.Əlamətdar dini günlərdə bayram keçirmək;
    18.Əzadarlıq mərasimi keçirmək;
    19.Ölmüş adam üçün Quran məclisi qurub, fatihə oxumaq, acları doyurmaq;
    20. Allahdan qeyrisinə and içmək;
    21.Xorla istənilən bir şey oxumaq;
    22.Allahı kiməsə and verib, bir şey istəmək
    Vəhhabilər ilkin İslamda olmamış və hazırda din ünvanı ilə yerinə yetirilən əməlləri bidət və şirk sayır və bildirirlər ki, belə işlərlə məşğul olanlar dindən xaricdirlər! Bəli, onlar uyğun təfəkkür tərzindən çıxış edərək, sadalanan əməlləri haram sayırlar. Vəhhabilər bu əməllərdən bir qisminin şiə kitablarında mövcud olduğunu, şiələrin cəm şəkildə dua oxuyub, ziyarət etdiklərini bilirlər. Xüsusi ilə, lənətlərin oxunduğu, "Aşura ziyarəti” onlarda qəzəb doğurur. Şiələrin Məscidün-nəbidə iki xəlifəyə, Bəqidə üçüncü xəlifəyə etinasızlığı, imamlara və Əbül-Fəzlin anasına məhəbbətləri vəhhabiləri şiələrə qarşı qıcıqlandıran amillərdəndir.
    "SƏHİH BUXARİ”DƏN BİR RƏVAYƏT
    Səd ibn Übadə xəstə olarkən həzrət Peyğəmbər (s) Əbdürrəhman ibn Ovf, Səd ibn Vəqqas və İbn Məsudla onu yoxlamağa getdi.Səd ibn Übadənin ailəsi onu dövrəyə almışdı. Peyğəmbər (s) Sədin əhvalını soruşub ağladı. Həzrətlə gələnlər də ona qoşulub ağladılar. Sonra Həzrət buyurdu: "Allah-taala göz yaşı və kədərə görə kimsəyə əzab verməz. Amma danışılmayası sözlər danışan dilə görə cəzalandırar.” (Rəvayətin ardınca nəql olunur) Həqiqətən də, meyit, əhli ona ağladığı üçün cəzalandırılar. Ömər ibn Xəttab ölüyə ağlayanları əsası ilə kötəkləyərdi...("Səhih Buxari”, kitabul-cənaiz, səh. 209, hədis 1304.)
    Rəvayətdən məlum olur ki, Ömər ölüyə ağlayanları çubuq, daş torpaqla susdurarmış. Məsələn, övladını itirmiş ata ağlayanda xəlifə onun göz yaşlarını, cəzalandırmaqla qurudarmış. Bəli, Peyğəmbər (s) ağlayarmış, Ömər isə ağlayanı kötəkləyərmiş! Fiqhə baxın! Əgər bu rəvayət "Səhih Buxari” kimi mötəbər sayılan bir kitabda olmasaydı, onu nəql etməyə cürət olunmazdı. Bir cəmiyyətdə belə bir rəftar adi hesab olunursa, şiələrə qarşı münasibət rəftar gözləməyə dəyməz. Bir şəxs ərəb olması ilə fəxr edərək, Peyğəmbərin (s) ərəblər arasından çıxmasını Allahın lütfü kimi izah etmişdi. Amma nəzərə almamışdı ki, həkim öz işinə ən ağır xəstədən başlayır.
    VƏHHABİLİYİN BANİSİ
    Övliyaların ziyarəti, onların qəbirləri üzərində tikinti aparılmasına qarşı çıxan ilk şəxs İbn Təymiyyə olmuşdur. Onun atası hənbəli məzhəbində idi. Bu əqidəni İbn Təymiyyədən sonra onun şagirdi İbn Qəyyum Cəvziyə davam etdirmişdir.
    İbn Təymiyyə düşünürdü ki, İslam dininə yamaqlar vurulmuşdur və onları qoparmaqla ilkin İslama qayıtmaq lazımdır. O, ifrata vararaq, bir çox rəvayətləri nəzərdən qaçırmış və nəticədə, qəbir ziyarətlərini, onların tikintisini bidət saymışdır.
    Onun şagirdi İbn Qəyyim öz müəlliminin əqidəsini müdafiə edərək, kitablar yazmışdır. Amma bu iki şəxs İslam alimlərinin müqaviməti ilə qarşılaşmışlar. Siyasi adam olan Məhəmməd ibn Əblülvəhhab Nəcdi bu yolu tutana qədər həmin əqidə genişlənməmişdir. Siyasi qrup yaratmağı bacaran bu şəxs özünü dini sima kimi tanıtdıraraq, Səudiyyə Ərəbistanını bu əqidəyə yönəldə bilmişdir. Məhəmməd ibn Əblülvəhhab Mədinəyə gedərək, müsəlmanları ilk dəfə Peyğəmbər (s) qəbrinə təvəssüldən çəkindirmişdir. Nəhayət, qeyd olunan firqə təşkil olunmuşdur. Firqə onun bünövrəsini qoymuş şəxsin şərəfinə "vəhhabilik” adlandırmışdır. Amma bir müddət sonra onlar adlarını dəyişərək, özlərini "sələfi” – yəni peyğəmbərin sələfləri kimi tanıtdırmışlar. Tövhid və bəzi ibadi əməllərdə onlar əksər müsəlmanlarla müxalifdirlər.
    Vəhhabilər tövhid əqidəsini müdafiə, şirklə mübarizə şüarları altında müsəlmanlara qarşı hücuma keçib, qırğınlar törətdilər. Kərbəlaya hücum edib, İmam Hüseyn (ə)-ın hərəmini xaraba qoydular, müqəddəs ziyarətgahların var-dövlətini qarət etdilər. Evlərdə talanlar aparıb, Kərbəla əhalisinin bir çoxunu qətlə yetirdilər.
    Hicazda böyük İslam şəxsiyyətlərinin, Bəqidə imamların qəbirləri dağıdıldı. Yalnız Həzrət Peyğəmbərin (s) qəbrinə toxunulmadı.(Kəşful-irtiyab” Seyyid Möhsin Əmin.)
    Əksəri təəssübkeş, tündxasiyyət, inadkar olan vəhhabilər ağıl və məntiqə istinad etmək əvəzinə, bir neçə məsələni (ziyarət, şəfaət və s.) əsas götürərək, müsəlmanları bidət və şirkdə ittiham edir, əllərinə fürsət düşəndə müsəlmanların qanını axıdırdılar.(Həmin mənbə)
    Onlar öz ardıcıllarını İslamın mühüm məsələlərindən, ictimai ədalət, iqtisadiyyat, siyasət və düşmənin tanınması kimi mövzulardan qəflətdə saxlayır, onları ümumi düşmənə qarşı mübarizədən yayındırırlar.
    Həcc və ümrə mərasimlərində, adətən farsdilli vəhhabi əfqanları hazırlayaraq, onları şiələrin izdihamı içinə göndərir, şiəliyin ziddinə tünd və təhqiramiz təbliğatlar aparırlar. "Əl-ğədir”, "Əl-müraciat”, "Pişavər gecələri” kimi kitabların yayılmasının qarşısı alınır. Vəhhabilər Nəcəf, Qum kimi dini mərkəzlərdən gəlmiş şiə alimləri ilə elmi mübahisələrdən qaçır, savadsız müsəlmanlarla mübahisəyə üstünlük verirlər.
    Müsəlmanların daha çox ziyarət etdiyi qəbiristanlarda asılmış tablolarda küfr və şirkə aid ayə və rəvayətlər yazır, guya bu yolla, dindən çıxmış adamları İslama dəvət edirlər.
    AYƏTULLAH XOYİNİN BİR HİCAZ ALİMİ İLƏ MÜBAHİSƏSİ
    Ayətullah Xoyi buyurur:
    Hicri 1353-cü ildə həcdə idim. Şeyx Zeynəl-abidin adlı bir alim Məscidün-nəbidə möhürlə namaz qılanların möhürünü götürürdü. Ona dedim: "Məgər Rəsulullah (s) müsəlmanların malına icazəsiz toxunmağı haram etməmişdirmi? Təsdiq etdi: "Bəli, haram etmişdir.” Dedim: "Bəs nə üçün onların malını zorla alırsan, axı bu adamlar "əşhədu əlla ilahə illəllah”, əşhədu ənnə Muhəmmədər-rəsulullah deyənlərdir? Dedi: "Bu adamlar müşrikdirlər. Onlar möhürü büt qərar verib, Allaha yox, möhürə səcdə edirlər.” "Bu məsələni müzakirə etməyə hazırsanmı?” –deyə soruşdum. Razılığını bildirdi. Söhbətə başladıq. Nəhayət, səhvini başa düşüb, üzr istədi və tövbə etdi. Xahiş etdi ki, Mədinədə olduğu günlər müxtəlif mövzularda söhbət edim. Belə də etdim. On gün ardıcıl məclis quruldu, müxtəlif məzhəblərdən olan insanlar bu məclislərdə iştirak etdilər. Həmin hicazlı alim bu məclislərdəki söhbətləri mətbuatda verəcəyini vəd etdi...
    Çox güman ki, bu şəxs vəhhabi deyildi. Çünki vəhhabilər heç vaxt şiə alimləri ilə müzakirəyə razı olmurlar. Hətta şiə alimlərin kiminləsə söhbətinə şahid olduqda bu söhbətə mane olurlar.
    Məscidün-nəbidə dəfələrlə şahid olmuşuq ki, vəhhabilər şiələrin ayağı altından onların səccadəsini çəkir. Bəzən isə iş şiələri cəzalandırmaq həddinə çatır. Özlərini Peyğəmbər (s) sələfi hesab edən bu adamlar anlamırlar ki, müsəlmanlarla, Peyğəmbərin (s) qonaqları ilə, üzünü qibləyə tutub namaz qılan insanlarla belə rəftar etmək olmaz. Məgər Peyğəmbər (s) belə buyurubmu?
    Category: Vəhhabi suallarına cavablarımız | Added by: Islam_Kitabxanasi
    Views: 882 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024