İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhhabi suallarına cavablarımız

    Vəhhabi suallarına cavablarımız
    2011-12-21, 9:09 PM
    BİR SÖHBƏT
    Şiələrlə qaba rəftarın şahidi olmuş bir vəhhabiyə dedim: "Məgər siz Peyğəmbər (s) sünnəsini qəbul etmirsiniz? Məgər "Səhih Buxari”, "Səhih Müslüm”ü mötəbər kitab saymırsınız? "Elədir ki var” –deyə müsahibim cavab verdi. Ona "Səhih Buxari”də Ömər ibn Xəttabdan nəql olunmuş bir hədisi xatırlatdım: Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Mənə əmr olunub ki, insanlar "la ilahə illəllah” deyənədək onlarla döyüşüm. Hər kəs "la ilahə illəllah” desə, malı və canı mənim tərəfimdən amandadır...”("Səhih Buxari”, kitabuz-zəkat, səh. 225, hədis 1399) Bu hədis "Səhih Müslim”də də nəql olunmuşdur.("Səhih Müslüm", babul-əmr, səh. 72, hədis 32.)
    Sonra dedim: "Belə hədislər nəql olunduğu halda, Peyğəmbərin (s) hüzurunda "la ilahə illəllah, muhəmmədən rəsulullah” deyən namazqılana hansı əsasla əziyyət verir, onun malını əlindən alırsınız?” O, başını aşağı salıb susdu. Mən davam etdim: "Şiələr yalnız dava-dalaş düşməməsi üçün, Peyğəmbər (s) və əhli-beytin ziyarətinə nail olmaq xatirinə bu kobudluqlara, təhqirlərə dözürlər.” Müsahibim dedi: "Haqlısınız, İslam icazə vermir ki, müsəlman kiminləsə belə rəftar edə.” Sonra üzr istədi və sağollaşıb getdi.
    Qeyd edim ki, belə qaba rəftarlar yalnız səccadə və ya möhürlə bağlı deyil. Vəhhabilər məktəbli gəncləri şiələrə qarşı düşmən ruhda tərbiyə edir, onları inandırırlar ki, şiələr müşrikdir. Məscidün-nəbidə dəfələrlə vəhhabi gənclərin təhqirləri ilə qarşılaşmışam.
    Daha ağır hadisələr hicri 1349-cu ildə baş vermişdir. Məscidün-nəbidə bir vəhhabi bir şiənin həsir yelpincə səcdə etdiyini görür. Yaxınlaşıb ayağını onun boynuna qoyub sıxır. Şiə müsəlman səcdə halında özündən gedir... O vaxtlar Səudiyyə Ərəbistanı dövlətinin şiələrə münasibəti pis olduğundan bu məsələyə görə etiraz etmək mümkün olmur. Hal-hazırda isə vəhhabilər dövlətləri ilə hesablaşaraq bir o qədər də tündlük etmirlər.
    Yuxarıda qeyd etdiyimiz xoşagəlməz hadisə bizə ilkin İslam dövründən bir hadisəni xatırladır. Həzrət Peyğəmbər (s) Məscidül-Həramda namaz qıldığı vaxt səcdə edərkən müşriklərdən biri ayağını Həzrətin başına qoyub, yerə sıxır... Bəli, bu günkü zülmlərin kökü bir vaxt Peyğəmbərə (s) və Əhli-beytə (ə), eləcə də onların şiələrinə edilən zülmlərdir.
    Sual 36: Nə üçün şiələr mübarək ramazan gecələrinin müstəhəb namazlarını cəm halda qılmırlar?
    Cavab: Şiə fiqhində müstəhəb namazı cəm halda qılmaq bidət və haramdır. Ramazan gecələrinin müstəhəb namazları ilə digər müstəhəb namazlar arasında bu məsələdə fərq yoxdur. Sünnilər isə həmin namazları cəm halda qılır və "təravih” namazı adlandırırlar.("Səlatul-mumin”, əl-Qəhtani, səh. 346) Onların iki mötəbər kitabında bildirilir ki, Peyğəmbər (s) dövründə, Əbu-Bəkrin hakimiyyəti zamanında, Ömər hökuməti vaxtı təravih namazı cəm halda qılınmamışdır.(Səhih Buxari”, səlatut-təravih, səh. 322, hədis 2013)
    Ömər bir dəfə məscidə daxil olarkən adamların pərakəndə halda namaz qıldığını, bir dəstə adamın isə cəm halda namaza durduğunu görür. Qərara gəlir ki, hamı cəm halda namaz qılsa, daha yaxşı olar və bu barədə göstəriş verir. Səhəri gün məscidə daxil olanda hamının cəm halda namaz qıldığını görüb deyir: "Bu yaxşı bir bidətdir.”(Həmin mənbə, səh. 322, hədis 2009, 2012)
    Onlara məxsus bəzi rəvayətlərdə isə nəql olunur ki, həzrət Peyğəmbər (s) iki-üç gecə nafilə namazını məsciddə qıldı və bir dəstə müsəlman ona iqtida etdi. Növbəti gecələrdə adamlar artsa da, həzrət nafilə namazı üçün məscidə gəlmədi və sübh namazında belə buyurdu: "Mən cəmiyyətin artdığını gördüyüm üçün gəlmədim. Qorxdum ki, gecə nafiləsini cəm halda qılmaq sizə vacib olar.” Nə qədər ki, Peyğəmbər (s) sağ idi, nafilələr cəm halda qılınmadı.(Həmin mənbə, səh. 322, hədis 2010.)
    Başqa bir mənbədə həmin rəvayət başqa bir məzmunda nəql olunur: "Cəm halda qılınması müstəhəbdir. Lakin səhabələr dövründə artırılıb, iyirmi rəkət qılınmışdır. Ömər ibn Əbdül-əziz dövründə bir daha artırılaraq, otuz altı rəkətə çatdırılmışdır. Amma şərən iyirmi rəkətdir. Müstəhəbdir ki, ramazan ayının sonunadək təravih namazında bütün Quran oxunsun.("Əl-fiqh ələl-məzahibil-ərbəə”, c. 1, səh. 303)
    Xatırlatmalıyıq ki, Peyğəmbərin (s) üç gecə qıldığı nafilələr ramazan ayına təsadüf etmir. Bu nafilələr on bir rəkətdən çox olmamışdır. Eləcə də Ömər bu işin (bidətin) onun tərəfindən həyata keçirildiyini bildirir. Onun sözlərindən məlum olur ki, bu hökmü verərkən həzrət Peyğəmbərə (s) istinadən etməmişdir. Bundan əlavə, Ömər deməmişdi ki, nafilə iyirmi rəkət qılınmalıdır və bir Quran xətm olunmalıdır.
    Bəli, vəhhabilər bir şəxsin istəyi əsasında bidət edir, amma təbərrük qəsdi ilə deyilən "əliyyən vəliyyullah” sözlərinə görə şiələri müşrik sayırlar. "Həqiqətən, bu təəccüblü bir şeydir.”("Sad”, 5)
    Sual 37: Nə üçün şiələr sünnilərdən fərqli olaraq, Peyğəmbər (s) əhli-beytini məsum sayırlar?
    Cavab: Şiələr bir çox əqli və nəqli dəlillərə əsasən, Peyğəmbər (s) Əhli-beytini (ə), imamları məsum hesab edirlər. Sünnə əhlinin inkar edə bilməyəcəyi bir dəlil isə budur: "Ey əhli-beyt, Allah fəqət sizdən çirkinliyi yox etmək, sizi pak etmək istəyir.”(Əhzab”, 33) "Səhih Müslim"də nəql olunur ki, Ayişə dedi: "Bir gün Peyğəmbər (s) əynində qara yun əba hücrədən çıxdı. Əli oğlu Həsən Həzrətə yaxınlaşdı və həzrət onu əbasının altında aldı. Sonra Hüseyn (ə), daha sonra isə Fatimə və Əli əbanın altına daxil oldular. Həzrət (ə) buyurdu: "Ey əhli-beyt, Allah fəqət sizdən çirkinliyi yox etmək, sizi pak etmək istəyir.”(Səhih Müslüm", fəzailu-əhli-beyt, səh. 1049, hədis 2424.)
    Əhməd ibn Hənbəlin "Müsnəd"ində nəql olunur: "Peyğəmbər (s) altı ay müddətində sübh namazı üçün Fatimənin qapısından keçər və deyərdi: "Namaz! Ey əhli-beyt, Allah fəqət sizdən çirkinliyi yox etmək, sizi pak etmək istəyir.”("Müsnəd”, c. 4, səh. 568, hədis 1442)
    "Səhih Müslim"də nəql olunur:
    "Zeyd ibn Ərqəm dedi: "Bir gün Peyğəmbər (s) Məkkə və Mədinə arasındakı "Xumm” adlanan su kənarında xütbə oxudu və Allaha həmd-sənadan sonra buyurdu: " Ey camaat, mən bir bəşərəm, tezliklə Allahın məmuru gələr və mən onun dəvətini qəbul edərəm. Mən sizin üçün iki qiymətli əmanət qoyub gedirəm: biri hidayət və nur olan Allah kitabı, digəri isə mənin əhli-beytim...” Həzrət bu cümləni üç dəfə təkrar etdi. Əhli-beyt (ə), and olsun Allaha ki, həzrətin arvadları deyil. Qadın bir vaxt ərdə olub, boşanaraq atasının yanına qayıda da bilər. Əsil kişinin əhli-beyti onun kökü, ardıdır. Əhli-beyt o kəslərdir ki, Peyğəmbərdən (s) sonra sədəqə onlara haramdır.”
    "Zeyd ibn Ərqəmdən soruşdular ki, Peyğəmbərin (s) sifariş etdiyi əhli-beyt kimdir? Dedi: Əhli-beyt (ə) sədəqənin haram edildiyi Əli (ə) ailəsidir.”("Səhih Müslüm", fəzailu-Əliyyibni Əbi Talib, səh. 1043, hədis 2408.)
    Şərif ayədən və mötəbər sünni kitablarında nəql olunmuş rəvayətlərdən məlum olur ki, Allah-taala Peyğəmbər (s) əhli-beytini paka çıxarmaq istəmişdir. "Səqəleyn” hədisində həzrət Peyğəmbər (s) əhli-beytin adını Qurani-kərimlə yanaşı çəkir, hər ikisini xalqa Allahın dəlili kimi tanıtdırır.
    Quran xətadan uzaq olduğu kimi, Əhli-beyt də xətadan uzaqdır. Bütün deyilənləri əsas götürərək, şiələr Əhli-beyti məsum, günahsız sayırlar.
    Amma sünnə əhlinin qəbul edib, könül verdiyi adamların hər biri açıq-aşkar nöqsanlıdır, bəziləri isə hətta şirk və küfrə yol vermişdir. Əbu Bəkr və Ömərin bir vaxt bütpərəst olduğu kimsədə şübhə doğurmur. Ayişə kimi bir qrup müsəlmanlar isə Allahın göstərişlərinə zidd hərəkətlər etmişlər. Ayişə Allahın əmrinə itaət edib, evdə oturmaq əvəzinə Peyğəmbərin (s) xəlifəsi, dövrün imamı Həzrət Əliyə (ə) qarşı çıxmış, Cəməl döyüşünə rəhbərlik etmişdir. Cəməl döyüşü müsəlmanlar arasında baş vermiş ilk döyüşdür və bu döyüşdə minlərlə müsəlman qətlə yetirilmişdir. Təlhə də Zübeyr də, Müaviyə də eyni cür hərəkət etmiş, böyük günahlara batmışlar. Sünnə əhli nə bu adamların günahını, nə də Əhli-beytin paklığını inkar edə bilər.
    QISA BİR MÜBAHİSƏ
    Onlardan biri Məscidün-nəbidə mübahisə əsnasında dedi: "Siz hansı əsasla Əhli-beyti məsum hesab edirsiniz?” Dedim: "Sən həzrət Zəhranın (Fatimənin) bir günahını, Həzrət Əlinin (ə) bir xilaf işini deyə bilərsənmi? Bəlkə imam Hüseynin bir xətasının adını çəkəsən? Amma Əbu-Bəkrin və Ömərin bir ömür bütpərəst olduğunu, Aişənin və Müaviyənin böyük günahlarını inkar edə bilməzsən.” "Təthir” ayəsində və "Səqəleyn” hədisini oxuyub, "bunlardan böyük dəlilmi istəyirsən” soruşdum. Bir kəlmə də danışmayıb, uzaqlaşdı.
    Sual 38: Nə üçün şiələr "Məfatihul-cinan” və sair dua kitablarını qəbul edib oxuyur, sünnilər isə günah imiş kimi bu işə etiraz edirlər?
    Cavab: Sünnə əhli, xüsusi ilə də vəhhabilər dua və ziyarətə bir o qədər də əhəmiyyət vermirlər. Məsumlardan nəql olunmuş dualardan uzaq gəzən bu adamlar dua və minacatın, ziyarətin ləzzətindən məhrumdurlar. Əgər onlar tövhid və günahların tövbəsindən danışan "Kumeyl”, "Xəms əşərə”, "Əbu-həmzə” kimi duaları oxusaydılar, sözsüz ki, münasibətləri dəyişərdi. Amma onlar bu işdə ilahi yardımdan məhrumdurlar. "Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir.”("Bəqərə”, 7)Vəhhabilər daha çox "Məfatihul-cinandakı, "Aşura ziyarəti”ndən narahat olurlar. Bu narahatlıq birinci, ikinci və üçüncü lənətlərdən, eləcə də Əbu-Sufyan və Müaviyənin lənətlənməsindən yaranır.
    MÜBAHİSƏ
    Məscidün-nəbidə olarkən əlimdə "Məfateh” vardı. Bu kitabı tanıyan vəhhabi məmuru onu əlimdən alıb, "Aşura ziyarətini” açdı və dedi: "Birinci, ikinci və üçüncü” deyə lənətlədiyiniz şəxslər kimdir?” Dedim: "Onları tanımağımız zəruridirmi?” Dedi: "İnsan tanımadığı adamları necə lənətləyə bilər?” Dedim: ”Müsəlmanlar beş vaxt namazda "qəzəbə düçar olmuşlar, yolunu azmışlar” ifadələrini işlədirlər. Məgər biz həmin adamları tanıyırıq?” Dedi: "Xeyr, onların əksərini tanımırıq. Amma namazda bu sözləri demək əmr olunub.” Dedim: "Bu da əmr olunmuş bir ziyarətdir və mənasını bilməsək də oxumalıyıq.” Dedi: "Bu ziyarətdə Müaviyəni lənətləyirsiniz. Bilmirsinizmi, Peyğəmbər (s) səhabələrini lənətləmək günah və haramdır?” Dedim: "Əvvəla, Peyğəmbərin (s) səhabələri və xəlifəsi ilə vuruşmaq lənətdən də böyük günahdır. Hamı bilir ki, Müaviyə Peyğəmbərin (s) xəlifəsi Həzrət Əli (ə) ilə vuruşmuşdur. Oğlu Yezid Hüseyni (ə) şəhid etdiyi tək, Müaviyə də bacarsaydı Həzrət Əli (ə) qətlə yetirərdi. Şiələr lənət oxumağı Müaviyədən öyrənməyiblərmi? Mötəbər saydığınız "Səhih Müslim"də nəql olunur ki, Müaviyə Səy adlı bir nəfərdən Həzrət Əliyə (ə) lənət oxumasını istədi. Səy dedi ki, mən heç vaxt Əliyə lənət demərəm, çünki Peyğəmbər (s) Əli haqqında dediyi üç sözü mənim haqqımda desəydi, bu qırmızı dəvədən də üstün olardı:
    1.Həzrət Peyğəmbər (s) müharibəyə gedərkən Əlini öz yerində canişin qoydu. "Məni qadın və uşaqlarlamı qoyursan?”–deyə Əli (ə) soruşdu. Peyğəmbər (s) buyurdu: "Harun Musaya necə idisə, mənim üçün elə olmaq istəmirsənmi?”
    2.Həzrət Peyğəmbər (s) Xeybər döyüşündə buyurdu: "Sabah cihad bayrağını bir şəxsə verəcəyəm ki, Allah və rəsulunu sevir, Allah və rəsulu da onu sevir.” Səhəri gün həzrət Peyğəmbər (s) Əlini yanına çağırdı. Əlinin gözləri ağrıyırdı. Peyğəmbər (s) mübarək ağzının suyundan Əlinin gözlərinə çəkdi və bayrağı ona verdi. Allah-taala Əliyə qələbə nəsib etdi.
    3.Mübahilə ("De ki, biz də övladlarımızı, siz də övladlarınızı çağıraq.”)(Ali-İmran”, 61) ayəsi nazil olarkən Peyğəmbər (s) Əlini, Fatiməni, Həsəni və Hüseyni çağırıb, "xudaya, bunlar mənim əhlimdir”, buyurdu.(Səhih Müslüm", səh. 1041, hədis 2404.)
    Bu rəvayəti nəql etdikdən sonra vəhhabi məmura dedim: "Sizin kitablarda bu məzmunda rəvayətlər çoxdur. Həmin rəvayətlərdə Həzrət Əlinin (ə) məqamı və cihadı təsdiq olunur. Həmin rəvayətlərdə məlum olur ki, Müaviyə və Ali-Mərvan Peyğəmbərin (s) xəlifəsini və səhabələrini ardıcıl şəkildə lənətləmişlər. Əgər şiələr Müaviyə və Ali-Mərvanı lənətləyirsə, bunun kökünü onların özündə axtarmaq lazımdır.” Söhbətin bu yerində müsahibim əlindəki "Məfateh”i bağlayıb, dedi: "Əbu-Bəkr fəzilətlidir, yoxsa Əli? Dedim: "Bu məsələni Allah-taala Quranda bəyan edib: Allah malları və canları ilə vuruşanları evlərində oturanlardan üstün tutmuşdur.”(Nisa”, 95) Başqa bir ayə: "Allah sizlərdən iman gətirənləri və alimləri yüksək yüksək dərəcəli etmişdir.”("Mücadilə”, 11) Həzrət Əlinin (ə) mücahidliyi və elmi məqamı hamıya məlumdur. Həmin iki ayəyə əsasən Əlini (ə) başqalarından üstün tuta bilərik.” Müsahibim Bilal və başqalarının adından nəsə demək istəyirdi ki, sözünü kəsdim və dedim: "Mən Allah və onun rəsulunun buyuruqlarını danışıram, sən isə Bilal və başqalarından. Zəruri dəlillər gətirildi, sənin üçün höccət tamam oldu. Allah qarşısında heç bir üzrün olmayacaq!”
    Sual 39: Nə üçün Peyğəmbər (s) Əhli-beytini qəbul edənlər "şiə”, başqaları isə "sünni” adlandırılır?
    Cavab: "Şiə” sözü ərəbcədən tərcümədə "ardıcıl” deməkdir. Şiələr inanırlar ki, həzrət Peyğəmbər (s) öz imam və canişinini təyin etmişdir. Peyğəmbər (s) besətin, yəni peyğəmbərliyə çatmasının üçüncü ilinədək insanları İslam dininə gizli şəkildə dəvət etmişdir. "Ən yaxın qohumlarını qorxut”("Şuəra”, 214) ayəsi nazil olduqdan sonra o Həzrət (s) qırx nəfərədək yaxın adamlarını dəvət edib buyurmuşdur: "Allah taala mənə əmr etmişdir ki, sizi İslama dəvət edim. Sizlərdən kim bu işdə mənə yardımçı olar ki, mənim qardaşım və canişinim olsun?” Oradakılar hamısı boyun qaçırdısa da, hamıdan kiçik olan Əli ayağa qalxıb ərz etdi ki, mən bu yolda sənə köməkçiyəm. Həzrət Peyğəmbər (s) əlini onun boynuna salıb buyurdu: "Bu, mənim qardaşım və sizin aranızda canişinimdir. Onun sözünü eşidin, əmrinə itaət edin.” Bu hədisi əksər sünni alimləri, o cümlədən, İbn Cərir, İbn Əbuhatəm, İbn Mərdəveyh, Əbu-Nəim, Sələbi nəql etmişlər. "Ən yaxın qohumlarını qorxut” ayəsinin təfsirində "Məcməül-bəyan”, "Əl-mizan”, "Burhan”, "Nurus-səqəleyn” kitablarında eyni məzmunlu hədis nəql olunmuşdur. Həzrət Peyğəmbər (s) münasib fürsətlərdə müxtəlif bəyanlarla Həzrət Əli (ə) və onun on bir övladının imamlığını xəbər vermişdir.
    Hicrətin onuncu ili həcc mərasiminin sonunda Qədir-Xum adlanan yerdə yüz iyirmi min nəfərin qarşısında həzrət Peyğəmbər (s) Allaha həmd-sənadan sonra buyurmuşdur: "Mən tezliklə sizi tərk edəcəyəm. Sizə iki əmanət qoyuram: Allahın kitabı və ailəm.” Bu vaxt camaat gördü ki, Həzrət Peyğəmbər (s) Əlinin əlindən tutub qaldırdı və uca səslə buyurdu: "Müsəlmanlara münasibətdə onlardan daha layiqlisi kimdir?” Cavab verildi ki, Allah və Onun rəsulu. Həzrət (s) buyurdu: "Hər kəsin mövla və rəhbəri mənəmsə, Əli də onun mövlası və rəhbəridir. Pərvərdigara, onun dostlarını dost, düşmənlərini düşmən tut.” Xütbə başa çatdıqdan sonra bu ayə nazil oldu:” Bu gün dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün İslamı din olaraq bəyəndim.”("Maidə”, 3) Bu hədis bir çox sünni alimləri tərəfindən nəql olunmuşdur. "Mənzilət” və sair hədislərdə də imamların (ə) xalqa rəhbərliyi bəyan olunur. «Səqəleyn» və başqa bu kimi hədislərdə xalqa Quran və Əhli-beytə (ə) üz tutmaq tapşırılır. Bütün deyilənləri əsas götürərək, şiələr Həzrət Əli (ə) və onun on bir övladının imamlığını və rəhbərliyini qəbul etmişlər. İmamlara "ardıcıl” olduqları üçün onlar "şiə” adlandırılmışlar.
    Şiələr öz etiqad, əxlaq və əməl məsələlərini Qurani-kərim, Əhli-beyt yolu ilə nəql olunmuş Peyğəmbər (s) sünnəsindən götürmüşlər. Şiələr həmin böyük şəxsiyyətlərə müraciət edir, onlara tabe olurlar. "Səqəleyn” hədisinə əsasən, dini hökmləri yalnız Əhli-beyt (ə) yetərincə bilir. Şiələr Əli (ə) və onun on bir məsum övladının ardıcıllarıdırlar.
    Həzrət Peyğəmbər (s) hələ öz sağlığında Əli (ə) ardıcıllarını "şiə” adlandırmışdır. O, Əliyə (ə) işarə ilə buyurur: "And olsun canım əlində olana, həqiqətən, bu və bunun şiələri qiyamət günü feyzə çatanlardır.”("Əl-mizan”, c. 20, səh. 341)
    Amma sünnə əhli Peyğəmbər (s) Əhli-beytinə itaət etmir, düşünürlər ki, yalnız Peyğəmbər (s) sünnəsinə əməl etmək lazımdır. Ona görə də bu təbəqə "sünni” adlandırılmışdır.
    Bəli, beləcə, sünnilər mötəbər mənbələrindəki tapşırıqlara baxmayaraq, Peyğəmbərin (s) öz Əhli-beyti haqqındakı göstərişlərinə etinasızlıq göstərərək, yalnız sünnəni əsas götürürlər. Hansı ki, "Səqəleyn” hədisi kimi bir tapşırıq sünnənin əsas göstərişlərindəndir. Mərhum Ayətullah Üzma Bürucerdi buuyrmuşdur: "Səqəleyn” hədisini otuz dörd Peyğəmbər (s) səhabəsi nəql etmişdir. On iki imamçı şiə alim və mühəddislərindən savayı, yüz səksəndən çox sünni alimi və mühəddisi bu hədisi öz kitablarında qeyd etmişdir.”("Camiu-əhadisiş-şiə”, c. 1 səh. 29)
    Sünnə əhlinin özünün də mötəbər hesab etmədiyi bəzi kitablarda "Əhli-beyt" kəlməsi "sünnə” kəlməsi ilə əvəz olunmuşdur.”("Müstədrəki-hakim Nişaburi”, c. 1, səh. 93) Bu dəyişikliklər əməvi hakimlərinin təsiri altında baş vermişdir. Amma onlar da mübahisə zamanı heç cür inkar edə bilmirlər ki, mötəbər mənbələrdə məhz "Əhli-beyt" kəlməsi işlədilmişdir.
    Category: Vəhhabi suallarına cavablarımız | Added by: Islam_Kitabxanasi
    Views: 514 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024