İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhhabi suallarına cavablarımız

    Vəhhabi suallarına cavablarımız
    2011-12-21, 9:05 PM
    BİR MÜBAHİSƏ
    Bir vəhhabi mənə etiraz edərək dedi: "Peyğəmbərin (s) vəfatından sonra müsəlmanlar toplaşıb, yekdil olaraq Əbu Bəkri xəlifə seçdilər. Siz şiələr isə müsəlmanlarla razılaşmır, Əbu-Bəkrin xəlifəliyini qəbul etmirsiniz.” Dedim: "Öməri xəlifəliyə kim təyin etdi?” Dedi: ”Öməri xəlifəliyə Əbu-Bəkr təyin etdi və ixtilafın qarşısını aldı.” Dedim: "Maraqlıdır, demək, Əbu-Bəkr həzrət Peyğəmbərdən (s) daha düşüncəli imiş? Siz iddia edirsiniz ki, Peyğəmbər (s) özünə xəlifə təyin etmədi. Belə çıxır ki, Əbu-Bəkr daha ağıllı oldu və özünə canişin seçdi! "Tarixul-qəvim”də nəql olunur ki, Peyğəmbərin (s) cənazəsi üç gün yerdə qaldı və müsəlmanlar xəlifə təyinatı ilə məşğul oldular. Xəlifə təyin olunmasının çox mühüm bir iş olmasına etiraz etmirəm. Mən sizin məntiqinizə təəccüb edirəm. Necə olur ki, Əbu-Bəkr və Ömər kimi adamlar bu məsələni mühüm hesab edir, amma Allah və Onun Rəsulu (s) xalqı başlı-başına buraxıb, ixtilafa şərait yaradır?! Sizin bu iddianız Əbu Bəkri Peyğəmbərdən (s) ağıllı hesab etmək deyilmi?” Vəhhabi dedi: "Mən sizin dediklərinizdən xəbərsizəm. Amma onu bilirəm ki, şiələr Peyğəmbərin (s) xəlifəsini qəbul etmirlər.” Dedim: "Peyğəmbərdən (s) sonra kimin hakim olması məsələni həll etmir. Birinci qəbir gecəsi müsəlmandan soruşdular ki, Peyğəmbərdən (s) sonra sənin hakimin kim oldu? Bəlkə bu barədə danışaq? Aydınlaşdıraq ki, həzrət Peyğəmbərdən (s) sonra müsəlmanlar kimə itaət etməli idilər? İnsanlar öz dini hökmlərini kimdən öyrənməli idilər? Bu gün dini vəzifəmizi kimdən öyrənməliyik? İnsanlar Peyğəmbərdən (s) sonra onun Əhli-beytinə, yoxsa biganələrə üz tutmalı idi? Dedi: "Peyğəmbərin (s) səhabələrindən seçilməli idi. Əbu-Bəkr və Ömər də əshabdan idi.”
    Dedim: "Axı sizin mötəbər mənbələrdə bildirilir ki, Peyğəmbər (s) özündən sonra müsəlmanların Quran və Əhli-beytə üz tutmasını tapşırdı. Demədi ki, "Əli elmin qapısı” ola-ola Əbu-Bəkr və Ömərə müraciət edilsin. Əbu-Bəkr və Ömər çətin şəri məsələlərlə qarşılaşdıqda Əlinin (ə) qapısını döymürdülərmi?”
    Müsahibim dinləyicilərin artdığını görüb dedi: "Biz hamımız müsəlman qardaşlarıq, belə məsələlərə görə çəkişməməliyik.” Beləcə, xudahafizləşib uzaqlaşdı.
    Sual 40: Nə üçün şiələr Əhli-beytin düçar olduğu müsibətlərə, həzrət Zəhranın yaşantılarına ağladığı halda sünnə əhli bu hadisələrə biganə yanaşır?
    Cavab: Əvvəlki söhbətlərimizdən məlum oldu ki, şiələr Əhli-beyt ardıcıllarıdır. Belə ki, onların Əhli-beyt ağrılarına şərik olub ağlamaları təbii sayılmalıdır.
    Amma sünnə əhlinin biganəliyi, vəhhabilərin hətta öz yaxın adamlarına ağlamaqdan çəkinməsi onların əsas götürdüyü bəzi rəvayətlərlə bağlıdır. "Səhih Buxari”də nəql olunur ki, Ömər ibn Xəttab əsa ilə vurmaqla, daşlamaqla ölüyə ağlayanlara mane olurmuş.("Səhih Buxari”, kitabul-cənaiz, səh. 209, hədis 1304.) Başqa bir rəvayətdə deyilir: "Ömər meyitə ağlamağın qarşısını alaraq, Peyğəmbərdən (s) belə bir dəlil gətirdi: "Qəbirdəki meyit dirilərin növhəsi hesabına əzab çəkir.”("Səhih Müslüm", kitabul-cənaiz, səh. 359, hədis 927-928.)
    Vəhhabilər bu iki-üç rəvayəti əsas götürərək, ağlamağı haram hesab edir və ölənlərin arasında fərq qoymurlar. Fitri hisslərin bu şəkildə qarşısının alınması təəccüb doğurur. Bəzən Bəqi qəbiristanlığında övladını itirmiş vəhhabinin göz yaşlarını necə əzabla saxlamasına şahid olmuşam. Amma belə bir inam bir neçə səbəbə görə məzəmmət olunmalıdır:
    1.Göz yaşları mərhəmət, sevgi, mehribanlıq nişanəsidir. İnsanın ağlaya bilməməsi onun daşürəkliliyinə dəlalət edir. Həzrət Peyğəmbər (s) buyurur: "Dörd şey bədbəxtlik əlamətidir: gözün quruluğu, daşürəklilik, dünyaya hərislik, günahda israr.”("Səfinətül-bihar”, maddə buka) Ey Əbuzər ağlaya bilən ağlamalı, ağlaya bilməyən qəmlənməlidir. Həqiqətən, daş qəlb Allahdan uzaqdır, amma siz anlamırsınız.”("Biharül-ənvar”, c. 77, h, 79)
    Yaşlı gözü tərif, quru gözü məzəmmət edən rəvayətlər çoxdur. "Səfinətül-bihar” kitabına müraciət edə bilərsiniz.
    2.Ağlamağın fəziləti haqqında, Əhli-beytin ağrılarına şərik olmağın savabı barədə rəvayətlər çoxdur. İmam Hüseynə (ə) ağlamaq isə ən fəzilətli hüznlərdəndir.
    3.Həzrət Yəqubun oğlu Yusifdən ayrılığa görə kor olanadək ağlaması Quranda xəbər verilir.(Yusif”, 74) Vəhhabilərin mötəbər kitablarından olan ibn Kəsirin təfsirində Yəqubun ağlamaqdan kor olduğu bildirilir.
    4."Səhih Buxari” və "Səhih Müslim"də həzrət Peyğəmbərin (s) ağladığı vaxtlar sadalanır:
    –Oğlu İbrahim vəfat edəndə;(Səhih Buxari”, kitabul-cənaiz, səh. 208, hədis 1303.)
    –Səd ibn Übadəni yoxlayan vaxt;(Həmin mənbə)
    –Anasının qəbrini ziyarət edərkən.("Səhih Müslüm", kitabul-cənaiz, səh. 413, hədis 976.)
    5."Səhih Müslim"də nəql olunur: "Ömər öldükdən sonra Ayişə dedi: And olsun Allaha, Ömər səhv edib dedi ki, Peyğəmbər (s) "Allah ölüyə göz yaşına görə əzab verər” demişdir. Əslində Peyğəmbər (s) belə buyurmuşdur: "Allah ailəsinə göz yaşlarına görə kafirə əzab verər.”(Səhih Müslüm", kitabul-cənaiz, səh. 397, hədis 929.)
    Elə həmin mənbədə İbn Abbas Ömərin sözlərini rədd edir. Aişə və İbn Abbas tərəfindən bir çox rəvayətlərdə bildirilir ki, Ömər Peyğəmbərin (s) sözlərini anlamamışdır.(Həmin mənbə)
    6."Səhih Buxari”də nəql olunur: "Cəfər Təyyar və Zeydin ölüm xəbəri çatmamış Peyğəmbər (s) bu işdən xəbərdar olub ağladı”.; "Aişə deyir: "Rəsulullah (s) ölüm yatağında olarkən Fatiməni çağırdı, onunla astadan söhbət etdi. Fatimə ağladı. Sonra Fatiməyə nə dedisə, Fatimə gülümsündü.”
    "Həzrət Peyğəmbər (s) oğlu İbrahim vəfat edərkən ağladı. Ətrafdakıların təəccüb etdiyini görüb buyurdu: "Bu mərhəmət ağlayışıdır...”("Səhih Buxari”, kitabul-cənaiz, səh. 208, hədis 1303)
    "Səhih Buxari”də nəql olunur: Həzrət Peyğəmbərin (s) ölüm xəbəri çatdıqda Əbu-Bəkr onun hücrəsinə daxil olub, özünü cənazənin üstünə atdı və həzrəti öpüb ağladı.(Həmin mənbə, kitabul-məğazi, səh-757, hədis 4452.)
    "İbn Abbas deyirdi: "O qədər ağladı ki, gözünün yaşından yer islandı.”(Həmin mənbə, kitabul-cuziyyə, səh-527)
    Digər bir sünni kitabında nəql olunur: "Ölüyə ağlamaq, qəmlənmək caizdir. Bir şərtlə ki, Allahın qəzəbinə səbəb olacaq sözlər danışılmasın, ölü haqqında yersiz və yalan təriflər deyilməsin.”("Səlatül-mumin”, əl-Qəhtani, səh. 1307)
    7.Onlara məxsus tarix kitablarında bildirilir ki, Mədinə əhli həzrət Peyğəmbərin (s) ölümünə şiddətlə ağladı: " Peyğəmbər (s) dünyasını dəyişəndə xalq heyrətə gəldi və çox ağladı. Fatimə (s) ağladı... Ömər ağladı... Aişə deyir: "Peyğəmbərin (s) ruhu çıxanda onun başı dizlərim üstəydi. Sonra onun başını yastığa qoydum. Qadınlarla birgə sinəmə və üzümə döydüm.”("Tarixül-qəvim”, c. 1, səh. 168-203.) Elə həmin mənbədə Əbu Bəkr və Ömərin ağladığı bildirilir.
    Rəvayətlərdən birində nəql olunur!
    Həzrət Peyğəmbərin (s) azançısı Bilal Peyğəmbərin (s) vəfatından sonra azan vermədi. Əbu Bəkr nə qədər təkid etdisə də, Bilal qəbul etməyib, Şama yola düşdü. Bir gecə yuxuda həzrət Peyğəmbər (s) ona buyurdu: "Ey Bilal, bizə cəfa qıldın və bizim dairədən çıxdın. Bizim ziyarətimizə gəl.” Bilal yuxudan oyanıb, Mədinəyə üz tutdu. Həmin vaxt həzrət Fatimə (s) dünyasını dəyişmişdi. Bu xəbəri eşidən Bilal nalə çəkib dedi: "Peyğəmbər (s) təninin parası nə tez ona qovuşdu.” Sonra Bilaldan azan verməsini istədilər. Bilal etiraz etsə də, ondan əl çəkmədilər. Nəhayət, Bilal azan verdi. O, "əllahu əkbər” deyəndə bütün xalq fəryad çəkib ağladı. Bilalın "əşhədu əlla ilahə illəllah” səsi ucalanda xalq hönkürtü vurdu. Bilal "əşhədu ənnə muhəmmədən rəsulullah”deyəndə Mədinədə ağlamayan qalmamışdı... Bilal azanını qurtaranadək camaat Peyğəmbər (s) vəfat etdiyi gün ağladığı kimi ağladı. Sonra Bilal dedi: " Sizə bir müydə verim: "Peyğəmbərə (s) ağlayan gözü atəş yandırmaz...” Bilal yenidən Şama getdi. İldə bir dəfə Mədinəyə gəlib azan verərdi.(Tarixül-qəvim”, səh. 202)
    Quran ayələrində və sünnilərin öz mötəbər kitablarından nəql edilən rəvayətlərdən məlum oldu ki, yaxın adamın itkisinə qəmlənib ağlamaq nəinki pis deyil, bəzən Bilalın dediyi kimi müstəhəbdir. Aydın olur ki, Ömər və oğlu Abdullahın qadağalarının heç bir şəri əsası olmayıb. Xüsusi ilə şiələrin Bəqidə ağlamasına qarşı vəhhabilərin etirazı Quran və Peyğəmbər (s) sünnəsindən xəbərsizlik əlamətidir.
    MÜBAHİSƏ
    Bəqi qəbiristanlığında bir vəhhabinin ağlayan şiələrə məsxərə etdiyini gördüm. Məni görüb səsini bir az da qaldırdı. Yanında dayanıb bu ayəni oxudum: "Ey iman gətirənlər! Bir qövm digərinə məsxərə etməməlidir. Olsun ki, məsxərə edilənlər məsxərə edənlərdən daha üstündür.” ("Hucurat”, 11) Üzünü mənə tutub dedi: "Bu göz yaşları, ah-nalə İslamdan deyil. Əsil dini burada öyrənməlisiniz.” Dedim: "Şiələr Quran, Peyğəmbər (s) və onun Əhli-beytindən öyrəndikləri dinə əməl edirlər. Əslində biz iranlılar həqiqi dini Mədinədən öyrənirik, siz vəhhabilər isə bütpərəstliyi İran atəşpərəstliyindən. Bilirsənmi ki, sizin ən mötəbər iki kitabınızın müəllifləri əslən iranlıdır? Məhəmməd ibn İsmail Buxari Özbəkistanda, Müslüm ibn Həccac isə Nişapurda anadan olmuş farslardır. Bəli, siz əqidənizi iranlılardan, biz isə "Səqəleyn” hədisindən götürmüşük.
    Dedi: "Buxari və Müslüm də Peyğəmbərin (s) sünnəsini yazmışlar. Biz Quran və sünnəyə əməl edirik.” Dedim: "Sizin qəbul etdiyiniz bu kitablarda nəql olunur ki, Peyğəmbər (s) buyurmuşdur: "Allahın kitabı və Əhli-beyti sizin üçün əmanət qoyuram.” Həzrət (s) bir yerdə də olsun belə buyurmayıb ki, Quran və sünnəni əmanət qoyuram. Əgər şübhə edirsənsə, həmin mənbələri araşdıra bilərik. Elə həmin mənbələrdə bildirilir ki, Peyğəmbər (s) öz anasının qəbiri üstündə ağladı, Peyğəmbər (s) vəfat edəndə Mədinə əhli, hətta Əbu Bəkr və Ömər göz yaşı axıtdı. Əgər şiə rəvayətlərinə inanmırsınızsa, heç olmaya, öz mənbələrinizdəki rəvayətlərə inanın. Heç olmaya, Qurana tabe olub, məsxərə etməyin.” Dedi: "Siz burada kimin üçün ağlayırsınız?” Dedim: "Peyğəmbərin (s) qızı Fatimənin, Bəqidə dəfn olunmuş dörd imamın və bu gün onların təhqirlərlə qarşılaşan ziyarətçilərinin məzlumiyyətinə ağlayırıq. "Səhih Buxari”də Ayişədən belə nəql olunur: Fatimə (s. ə.) atası Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkrdən (özünə düşən) irs istədi. Əbu Bəkr onun istəyini rədd etdi və Fatiməni qəzəbləndirdi; Fatimə (s) atasından sonra 6 ay yaşadı. Dünyadan köçdüyü günədək Əbu Bəkrlə danışmadı...
    Məgər Fatimənin istəyini rədd etmək, onu qəzəbləndirmək, onu hər şeydən məhrum etmək zülm deyilmi?!”
    Dedi: "Siz şiələr Əbu Bəkrə qarşı ədavət göstərir, onu Əlidən aşağı tutursunuz. Hansı ki, Əbu Bəkr və Ömər Əlidən daha fəzilətlidir.” Dedim: Peyğəmbər (s) təninin parası olan Fatiməni incidənləri, Fatimənin küsdüyü şəxsi dostmu sayırsınız? Şiələr nəinki Əlini, bütün Peyğəmbər (s) ailəsini hamıdan fəzilətli sayırlar. Əslində siz də belə düşünürsünüz. Əgər belə olmasaydı, namazın təşəhhüdündə Peyğəmbər (s) ailəsinə yox, Əbu Bəkr və Ömərə salam göndərərdiniz. Məgər cümə namazlarında əvvəlcə Əhli-beytə, sonra isə səhabələrə salam göndərmirsinizmi? Əli (ə) Əhli-beytdən, Əbu Bəkr və Ömər isə səhabələrdəndir. Demək, siz də Əlini (ə) onlardan fəzilətli bilirsiniz. Əslində Quranı qəbul edən hər bir şəxs Əlinin (ə) fəzilətini təsdiq etməlidir. Çünki mötəbər kitabınız olan "Səhih Müslim"də belə bir rəvayət var: "De ki, biz də övladlarımızı, siz də övladlarınızı... çağıraq” ("Ali-İmran”, 61)ayəsi nazil olanda həzrət Peyğəmbər (s) Əlini, Fatiməni, Həsən və Hüseyni çağırıb dedi: "Pərvərdigara bunlar mənim Əhli-beytimdir.”("Səhih Müslüm", fəzailu-Əliyyibni Əbi Talib, səh. 1041, hədis 2404.) Bu mübarək ayədə Allah-taala Əlini (ə) Peyğəmbərdən (s) sayır. Peyğəmbər (s) hamıdan fəzilətlidirsə, ondan olan da hamıdan fəzilətlidir. Qəbul etməlisiniz ki, Peyğəmbərdən (s) sonra Əli (ə) hamıdan üstün olmuşdur.”
    Söhbətin bu yerində iki məmurun yaxınlaşdığını görən həm söhbətim vəziyyəti öz xeyrinə görüb, sərt şəkildə dedi: "Aşkar de görüm Əbu Bəkr fəzilətlidir yoxsa Əli?” Dedim: "İlk qəbir gecəsində bu barədə yox, tövhid barədə soruşulacaq.” Məmurlar mübahisəni davam etməyə qoymadılar.
    Sual 41: Nə üçün sünnilər cümənin sübh namazında birinci rəkətin gedişində səcdəyə gedib qalxır və sonra surənin ardını oxuyurlar?
    Cavab: Sünnə əhli "Səhih Buxari” və "Səhih Müslim"dəki bir rəvayətə əsasən, namazda vacib səcdəsi olan surənin oxunmasını caiz hesab edirlər.(Səhih Buxari, Kitabul əzan, hədis 766 və 768);("Səhih Müslim”, Kitabul-məsacid, hədis 578); Onlar adətən, cümənin sübh namazında səcdəli surə oxuyur, səcdə ayəsinə çatdıqda səcdəyə gedir, sonra qalxıb, namazı davam etdirirlər. Şiə fiqhinə görə isə vacib səcdəsi olan dörd surəni vacib namazlarda oxumaq olmaz. Əgər şiələr sünnilərlə birlikdə namaz qıldıqda onlar kimi səcdəyə gedərlərsə, vacib ehtiyata görə namazı təzələməlidirlər.
    İKİ YADDAŞ
    1.Adətən, cümə günü sübh namazının birinci rəkətində sünnilər vacib səcdəsi olan surə oxuyurlar. Möhtərəm ruhanilər cümə axşamları ziyarətçilərə bu barədə məlumat versələr, yaxşı olar. Ziyarətçilər sünnə əhlinin bu namazına onlar səcdə edib qalxdıqdan sonra qoşula bilərlər. Belə olsa, namazı təzələməyə ehtiyac qalmaz.
    2.Sünnilərin səcdəli ayəyə görə səcdəyə getməsindən xəbərsiz olan şiələr bəzən qiraətdən sonra rükuya gedirlər. Əgər səhv etdiklərini anlayıb yenidən rükuya getmək üçün qalxsalar, namazın rüku artdığından namazları batil olar. Bu halda namazı məsələn qiblədən dönməklə pozub onlar ayə səcdəsindən qalxdıqdan sonra yenidən təkbirətül-ehram deyib, namaza qoşulmaq olar.
    BİR SÖHBƏT
    Bir cümə günü sübh namaz qılanlardan birinin səcdə ayəsinə görə səcdəyə getmək əvəzinə rükuya getdiyini gördüm. Namazdan sonra məlum oldu ki, bu şəxs Misir sünnilərindəndir. Ondan soruşdum ki, nə üçün pişnamaza namazda çoxlu müsafirlərin olduğu və xəbərsizlikdən onların namazlarının batil olduğu xəbər verilmir? Dedim: "Bundan əlavə, uzun surələr oxumaqla camaat namazını uzatmaq İslama, Peyğəmbər (s) sünnəsinə ziddir? "Səhih Buxari”də deyilir:” Rəsulullah (ə) camaat namazını qısa və yüngül qılardı. Həzrət (s) buyurur: "Camaatın imamı (pişnamaz) iqtida edənlərin halını nəzərə almalıdır. Axı möminlər arasında qocalar, uşaqlar, xəstələr, zəiflər, işə tələsənlər var.”( "Səhih Buxari”, kitabul- əzan, h. 702 və Səhih Müslim, Kitabus-səlat, hədis 466.)Həmin mənbədə nəql olunur: "Həzrət Peyğəmbərə (s) xəbər verildi ki, filan pişnamaz namazı uzadır. Həzrət (s) narahat olub, müsəlmanlara xitabən buyurur: "Sizin bəziləriniz camaatı cəm namazdan uzaqlaşdırırsınız, qaçırırsınız. Pişnamaz dayanan şəxs namazı qısa və yüngül qılmalıdır.”
    Digər bir rəvayətdə oxuyuruq: "Həzrət Peyğəmbər (s) buyurur: "Mən namazı uzun qılmaq istəyirəm. Amma uşaq hıçqırtısı eşidib, namazı qısa qılıram. Çünki ananın əziyyət çəkməsi mənə pis gəlir.”("Səhih Buxari”, kitabul-əzan, h. 707)
    Bəzən uşaqların ağlayış səsi məscidi bürüyür. Elə olur ki, uşaq çox ağladığından nəfəsi təngiyir. Amma pişnamaz bu səsləri eşitmirmiş kimi namazı uzadır. Belə münasibət mərhəmətsizlikdir. Bəzi namaz qılanlar isə qocalıqdan və xəstəlikdən əziyyət çəkirlər.”
    Müsahibim dedi: "Dedikləriniz doğrudur. Mən üç gündür ki, ziyarətə gəlmişəm. Görürəm ki, bunlar bir yolu tutub gedirlər. Əgər söylədiyiniz rəvayət olmasaydı da, əxlaqa görə hamını nəzərə almaq lazım gələrdi. Biz yalnız Peyğəmbərin (s) ziyarəti və ümrə üçün gəlmişik. Yoxsa insan belə proqramlardan nə qədər uzaq olsa, bir o qədər yaxşıdır. Mənə sübut olub ki, onlar başqa məzhəblərə mənfi münasibətdədirlər və onların tabe olmasını istəyirlər. Onlar ziyarətçilərlə qaba davranır, Bəqi qəbiristanlığının qapılarını bağlayırlar. Qəbiristanlıqda hərbiçilər keşik çəkirlər. Sanki ziyarətçilər onlarla savaşa gəlib.” Gördüyü səhnələr onu çox narahat edirdi. Dedim: "Gəl İrana, Qumda və Məşhəddə müqəddəs yerləri ziyarət et. Gör bu ziyarətgahdakı məmurlar şiə ilə sünni arasında fərq qoyurlarmı?!” Bir az söhbətdən sonra soruşdu: "Siz nə məqsədlə əba və əmmamə geyirsiniz?” Dedim: "Bu libas bizim məsuliyyətimizin nişanəsidir. Dinə aid sualı olanlar bizi bu libasla tanıyır və yaxınlaşıb şəri məsələlərini soruşurlar. Əslində xüsusi libas təkcə ruhanilərə aid deyil. Hər bir sahədə çalışanların özünəməxsus libası olur. İnsanlar polisi polis, həkimi həkim libası ilə tanıyırlar.” Müsahibim məndən təqiyyə haqqında soruşdu. Dedi ki, bizdə təqiyyə inamı şiələrin eyibi sayılır.
    TƏQİYYƏ
    Müsahibimin cavabında dedim:
    Təqiyyə budur ki, insan canını və abrını düşməndən qorumaq üçün bir iş görsün. Təqiyyə düşməndən qorxunun sipəridir. Bu xüsusiyyəti təkcə şiələrə aid etmək düzgün olmazdı. Əslində bütün insanlarda belə bir xüsusiyyət vardır. Hətta heyvanlarda da belə xüsusiyyətlər müşahidə edilir. Düşmənin diqqətindən yayınmaq üçün hərəkətsiz dayanan canlılar çoxdur. İlkin İslamda müsəlmanlar müşriklərin və kafirlərin şərindən qorunmaq üçün təqiyyədən istifadə etmişdir. İbn Kəsir "qəlbi imanla sabit olduğu halda məcbur edilən şəxs istisna olmaqla...” [(Nəhl”, 106)ayəsini təfsir edərkən deyir: "Bu ayə o şəxsin haqqındadır ki, qəlbən başqa fikirdə olduğu halda, məcburiyyət qarşısında qalıb müşriklərin fikrini təsdiq edir. Bu ayə Əmmar Yasir haqqında nazil olub. Düşmənin əzab-əziyyətinə dözməyən Əmmar dildə Peyğəmbəri (s) inkar etmək məcburiyyətində qalmışdır. Sonra həzrətin yanına gəlib, vəziyyəti danışmış və həmin ayə nazil olmuşdur.”
    Digər bir rəvayətdə belə nəql olunur: Həzrət Peyğəmbər (s) Əmmara buyurdu: "Əgər müşriklər sənə yenə əziyyət versələr, yenə də bizi inkar et, onları çaşdır. Qoy elə düşünsünlər ki, onlarla həmfikirsən. Bu yolla özünü qoru.”(Misbahul-munir, səh-746) Deyilənlər sünnə əhlinin ən mötəbər təfsirində nəql olunmuşdur. Pakistanda, Əfqanıstanda tarix boyu şiələr qətlə yetirilib. Əgər həmin yerlərdə şiələr Əmmar Yasir kimi təqiyyə etməsəydilər, onların aqibəti nə olardı? Məgər Amerikada baş vermiş çox şübhəli 11 Sentyabr hadisəsindən sonra sünnə əhli əqidəsini gizlətmirmi?! Amerikada və Avropada müsəlmanlara qarşı bu günkü aqressiv münasibətdən təqiyyədən savayı hansı yolla qorunmaq olar. Bu gün həmin ölkələrdə yaşayan müsəlmanlar saqqalını qısaltmaq, adını dəyişməklə haqsız münasibətdən qorunmağa məcburdur. Hətta amerikayönümlü bəzi müsəlman ölkələrində insanlar müsəlman qiyafəsində görünməməyə çalışırlar. Hansı ki, əksəriyyəti şiələrdən ibarət olan İranda istənilən məzhəblərə və dinlərə qarşı Amerika və Avropaya nümunə olası dözümlü münasibət mövcuddur. Hərə istədiyi şəkildə ibadət edir, kimsə kimsənin işinə qarışmır.
    Mədinədə isə vəziyyət bam başqadır. Şiələr bu şəhərdə müşrik və kafir sayılır, addım başı təhqir olunurlar. Məsələn, şiə fiqhində xalçaya səcdə caiz deyil. Ona görə ki, şiələr daşa, torpağa, həsirə səcdə edirlər. Onların bu işinə olduqca qaba münasibət göstərildiyindən bəzi şiələr öz fəqihlərinin icazəsi ilə vəhdəti qorumaq və təfriqədən uzaq olmaq üçün xalçaya səcdə edirlər. Hansı ki, bu iş yalnız təqiyyədir.”
    Misirli həmsöhbətim dedi: "Doğrudur, mən də onların rəftarına şahid olmuşam. Onlar başqa məzhəblərin fiqhini nəzərə almır, dözümsüzlük göstərirlər...”
    Sual 42: Şiələr sünnə əhlinin namazını düzgün hesab etmədiyi halda, nə üçün onların camaat namazında iştirak edirlər? Bu işə görə bəzi sünnilər elə hesab edirlər ki, şiələr onları haqlı sayır...
    Cavab: Şiələr bu işdə məsum imamlardan nəql olunmuş bir rəvayəti əsas götürürlər: "Onların cəmində iştirak edin, onlarla namaza durun..” Belə namaz üçün böyük savab vəd edilir. Bu işdə məqsəd vəhdəti qorumaq, təfriqənin qarşısını almaqdır.
    Bunu haqqın etirafı kimi yozanların nəzərində: Əvvəla, şiələrin bu namazlarda iştirakı İslam düşmənləri qarşısında birliyi qorumaq məqsədi daşıyır. İkincisi, həzrət Peyğəmbər (s) hicrətin ikinci ilinədək üzü Beytül-müqəddəsə namaz qıldı. Yəhudilər bunu yəhudiliyin haqq tanınması kimi yozduqda belə bir ayə nazil oldu: "İndi üzünü Məscidül-Hərama tərəf çevir.” (Bəqərə”, 144) Beləcə, yəhudilərin iddiası puça çıxdı. Sünnə əhlinin yozumu da həmin bu yozumu xatırladır. Başqa bir ayəyə nəzər salaq: "Söylə ki, ey kitab əhli, sizinlə bizim aramızda eyni olan kəlməyə tərəf gəlin, Allahdan başqasına ibadət etməyək, ona şərik qoşmayaq...” ("Ali-İmran”, 62)
    NƏSİHƏT
    Məscidün-nəbidə arxamda ərəb libasında olan bir gənc farsca danışırdı. Soruşdum ki, haralıdır? Dedi ki, Özbəkistandandır. Gəlişinin məqsədini soruşdum. Bildirdi ki, Mədinədə təhsil almağa gəlib. Söhbət əsnasında məlum oldu ki, İranda olub və iranlılar şiə olduğu üçün orada təhsil almaq fikrindən çəkinib. Dedim: "Qumda sünnilərə məxsus mədrəsələr var. Orada sünnilər azad təhsil alır, öz fiqhlərinə uyğun ibadət edirlər. Gərək qalıb təhsil alaydın. Əsil həqiqətlə tanış olardın. Müsəlman yerində dövrə vurmamalı, daim həqiqət axtarışında olmalıdır.” Dedi: ""Səhih Müslim" və "Səhih Buxari” ən düzgün kitablardır.” Bu kitablara əməl edirik.
    Dedim: "Əgər sünnə əhli həmin kitablara əməl etsəydi, bizim kimi, Əhli-beytə itaət edərdi. Gör, "Səhih Müslim"də nə nəql olunub:
    Rəsulullah (s) buyurdu: "Aranızda iki əmanət qoyuram: Allahın kitabı və Əhli-beytim.”("Səhih Müslüm", h. 2408)
    Müsahibim dedi: "Əbu-Bəkr və Ömər böyük şəxsiyyətlərdir, bir çox ölkələri fəth edən onlar olub.” Dedim: "Onların şəxsiyyəti öz yerində, amma İslam öz həqiqəti və Quranın bərəkəti hesabına aləmə nüfuz edib. Fatehliklə dinin nüfuzu ayrı-ayrı məsələlərdir. Sizin həmin iki mötəbər kitabda Peyğəmbər (s) Əbu-Bəkr və Öməri yox, öz Əhli-beytini əmanət tapşırıb.”
    Dedi: "Mən dəqiq bilmirəm, amma ustadlarımız bildirirlər ki, şiələr şirkə yol verir, Peyğəmbərin (s) qəbri kənarında əllərini dua üçün qaldırır, Peyğəmbərdən (s) nə isə istəyirlər, imamlara nəzir edir, "ya Əli”, "ya Hüseyn” çağırırlar. Bütün bunlar şirk sayılır. Axı onlar sizin zahiri əməllərinizə görə hökm verirlər.”
    Dedim: "Bütün müsəlmanlar qəbul edirlər ki, Peyğəmbər (s) belə buyurub: "Əməllər niyyətə görədir.”(Səhih Müslüm", kitabul-cihad, h. 1907) Məgər sizin ustadlar şiələrin niyyətindən xəbərdardırlarmı?! Bilirlərmi ki, şiələr qəbir kənarında dua üçün əl açarkən kimi çağırırlar?! Xəbərləri varmı ki, şiələr hansı niyyətlə nəzir edir?!
    Dedi:” Şübhəsiz ki, onlar şiələrin niyyətindən xəbərsizdir.” Dedim: "Yəqin ki, sizin ustadlar mələklərin Adəmə səcdəsini görsəydilər, onları müşrik, şeytanı isə haqlı sayardılar. Mələklərə "Adəmə səcdə edin”, deyə əmr əmr etdikdə boyun qaçıran İblisdən savayı hamısı səcdə etdi.”(Bəqərə”, 34)
    Yəqin ki, onlar Yəqub və yoldaşlarının həzrət Yusifə səcdə etdiyini görsəydilər, onları şirkdə ittiham edərdilər.("Yusif”, 100)
    Axı bu səcdələr zahirən insan qarşısında idi. Peyğəmbərin (s) qəbri kənarında dua üçün əl açmağı şirk sayanlar, insan qarşısında səcdəni, şübhəsiz ki, daha böyük şirk hesab etməlidirlər.”
    Müsahibim məni mədrəsələrinə dəvət edib, orada çıxış etməyimi məsləhət gördü. Dedim: "Onlar bizim sözləri dinləməyə, bizimlə söhbət etməyə razı olmurlar. Əgər siz icazə ala bilsəniz, mən orada həvəslə danışaram.”
    Dedi: "Mən belə bir təklifə cürət edə bilmərəm. Əgər sizinlə söhbət etdiyimi də bilsələr, məni dərsdən ixrac edərlər. Amma mələklərin Adəmə, Yəqubun Yusifə səcdəsi haqqında daha ətraflı bilmək istərdim. Əgər mümkünsə, bu məsələni bir az geniş açıqlayın.”
    Dedim: "Bəli, Mədinə mədrəsələri ilə Qum mədrəsələri arasındakı fərq odur ki, burada elmi mübahisələrin keçirilməsini təklif etmək belə qorxuludur. Amma Qum mədrəsələrində istənilən bir mövzuda azad söhbət edə bilərsiniz.
    O ki qaldı səcdə mövzusuna, səcdə təzim məqsədi ilə insanın alnını yerə qoymasıdır. Səcdədə məqsəd təzim olduğundan yalnız Allaha səcdə etmək olar və Ondan qeyrisinə səcdə etmək haramdır.
    Şiə fiqhinə görə mələklər Adəmə yox, Allaha səcdə etmişlər. Adəm isə, sadəcə, qiblə olmuşdur. Həzrət Yəqubun da səcdəsi eyni mahiyyəti daşıyır. Yəqub həzrət Yusifə (ə) əta olunmuş mülkə görə Allah-taalaya şükür üçün səcdə qılır. Bütün bunları nəzərə alaraq, bir səhnəni zahirən müşahidə etməklə kimsəni müşrik adlandırmaq olmaz. Şiələr yalnız Allaha ibadət edir, Onun üçün nəzir boyun alır, Ondan qeyrisindən bir şey istəmirlər.”
    Müsahibim bir daha onların mədrəsəsində çıxış edib, bütün bu həqiqətləri açıqlamağımı arzuladı. Nə etməli ki, mədrəsə məsulları belə müzakirələrdən və söhbətlərdən qaçırlar. Təəssüf! Müsahibim ah çəkdi və dedi: "Dua edin ki, bir daha rastlaşaq.”
    Qeyd: Mələklərin və Yəqubun səcdəsi haqqında deyilənlər "Ürvətül-vüsqa”dan idi. Lakin bəzi alimlər belə hesab edirlər ki, mələklərin səcdəsi Adəmə, Yəqubun səcdəsi Yusifə ehtiram məqsədi ilə həyata keçmişdir.
    Bu məsələni belə izah edirlər: səcdə iki qisimdir: bəndəlik səcdəsi və təzim səcdəsi. Tövhid əqidəsi ilə zidd olan bəndəlik səcdəsidir. Müşriklər bütlərə ibadət məqsədi ilə səcdə qılırdılar. Təzim səcdəsi isə tövhidə zidd sayılmır. Bu səcdədə məqsəd səcdə edilənə ehtiram göstərilməsidir.
    İlahi əmr əsasında səcdə vacib və ya müstəhəb ola bilər. Allah-taalanın əmrinə əsasən, mələklərin Adəmə səcdəsi vacib olmuşdu. Yəqub və yoldaşlarının həzrət Yusifə (ə) səcdəsi isə caiz səcdə idi. Səcdə qadağan edildikdə onun icrası küfr və şirk yox, haram və günah sayılır. Necə ki, İslamda təzim səcdəsi qadağan edilmişdir.
    Bəli, mələklərin Adəmə səcdəsi Allah əmri sayəsində mümkün olmuşdu. Mələklər bu səcdələri ilə Adəmə yox, Allah əmrinə itaət etmişdilər. İbn Kəsirin təfsirində də eyni məna açıqlanır.
    Sual 43: Mədinədə Bəqi qəbiristanlığında tablolar asılıb. Bu tablolarda nə yazılıb və onları asmaqda məqsəd nədir?
    Cavab: Bəqidəki tabloların mətni:
    "Rəsulullahın (s) göstərişlərindən:
    1.Qəbir ziyarətlərinin məqsədi ibrət götürülməsidir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Qəbirləri ziyarət edin. Həqiqətən, onlar sizə ölümü xatırladır.”
    2.Rəsullullah (s) qəbirə tərəf namaz qılınmasını və qəbirlərin başında əyləşməyi qadağan etmişdir. O, buyurmuşdur: "Qəbirin başında oturmayın və qəbirlərə tərəf namaz qılmayın.”
    3.Rəsulullah (s) ölüləri çağırmağı, onlardan xeyir, eləcə də zərərin dəfini istəməyi qadağan etmişdir. Allah-taala buyurur ki, Onun əvəzinə çağırılanlar nə özlərinə, nə də sizə kömək edə bilməz. Həzrət Peyğəmbər (s) buyurur: "İstəyəndə Allahdan istə, kömək axtaranda Allahda axtar.”
    Əvvəla, qeyd etməliyik ki, bu tablolar sünnə əhlinin yox, vəhhabilərin bidətidir.
    İkincisi, onların hədəfi təkcə şiələr yox, bütün qeyri-vəhhabi müsəlmanlardır.
    Üçüncüsü, belə tablolar Ühüd və sair qəbiristanlarda da asılmışdı.
    Dördüncüsü, onların məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş, Bəqidə imamlara, Ühüddə şəhidlərə və sair övliyalara məhəbbətli müsəlmanlara eyib tutmaqdır. Vəhhabilərin nəzərincə, ziyarət yalnız onların tabloya yazdığı bir neçə cümlədən ibarətdir. Onların fikrincə, ziyarətnamə oxumaq, ağlamaq, qəbir kənarında əyləşmək Peyğəmbər (s) sünnəsinə ziddir və bidət sayılır. Onlar demək istəyirlər ki, Bəqi imamlarını, Ühüd şəhidlərini, ilahi övliyaları çağırmaq, "ya Əli”, "ya Hüseyn” demək ölünü çağırmaqdır və həzrət Peyğəmbər (s) məhz bu çağırışları qadağan etmişdir. Onların nəzərincə, insanın Allahla öz arasında övliyaları vasitə seçməsi, onlara ağız açması şirkdir.
    Vəhhabilərin rəhbəri İbn Baz deyir:
    "Həzrət Peyğəmbərə (s), başqa peyğəmbərlərə, salehlərə təvəssül etmək, onları vasitə seçmək bidət və şirk səbəbidir. Çünki Peyğəmbər (s) səhabələri belə işlər görməmişlər.”("Töhfətul-ixvan”, səh. 20)
    Ölüdən nəsə istəmək dindən çıxma səbəbidir. Peyğəmbəri (s) təvəssül etmək İslamdan çıxmağa səbəb olmasa da, bidətdir.”(Məcmuətül-fətavi”, Ben Baz, c. 13, səh.285)
    Qəbir kənarında duanı müstəhəb saymaq, bu duanı məsciddəki duadan fəzilətli bilmək bidətdir.”(Həmin mənbə)
    Əvvəlki söhbətlərimizdə bu iddiaların cavabı verildi. Kimsə meyitdən nəsə istəmir. Övliyalara təvəssül edib, onları vasitə seçmək isə bidət və haram deyil. Əksinə bu işin caizliyi barədə xeyli dəlil var. Şiə fiqhinə görə övliyaları vasitə seçmək caiz sayılır. Sünni mənbələrində də bu münasibəti təsdiq edən rəvayətlər kifayət qədərdir. Məsələn:
    Quraqlıq illərində Ömər ibn Xəttab yağış istəyi ilə Peyğəmbərin (s) əmisi Abbasa təvəssül etdi və dedi: "Xudaya, biz sənə və Peyğəmbərimizə (s) təvəssül edirdik, bizə su göndərirdin. İndi sənə və Peyğəmbərin (s) əmisinə təvəssül edir və su istəyirik.” Bu duadan sonra Abbasa təvəssül bəhrəsini verdi və Allah yağış nazil etdi. (Səhih Buxari”, fəzaile əshab, səh. 626, hədis 3710) Bu hədis "Səhih Buxari”də iki yerdə nəql olunmuşdur. İddia edən olsa ki, Ömər diriyə təvəssül etmişdir, şiələr isə ölüyə təvəssül edir, belə cavab verməli olarıq: Allahın övliyaları hər zaman diridirlər və eşidirlər. Hətta vəhhabilər də qəbul edirlər ki, qəbir əhli ziyarətçinin salamını eşidir və onun cavab verə bilməsi üçün Allah ona ruhunu qaytarır. "Ölülər ziyarətçinin salamını eşidir və Allah onların ruhunu qaytarır ki, salamın cavabını versinlər.”("Səlatul-mumin”, əl-Qəhtani, səh. 1392)
    Soruşmaq lazımdır ki, Ömər özü Allaha üz tuta biləcəyi halda, nə üçün Abbası vasitə seçdi? Məgər Ömərin bu hərəkəti vəhhabilərin tablodakı qeydlərinə zidd deyil?
    Əlbəttə ki, vəhhabilərin iddiaları kökündən yanlışdır. İnsan ictimai varlıq olduğundan daim başqalarının köməyinə ehtiyac duyur. Çörəkçi dərziyə, dərzi həkimə, həkim tacirə ehtiyaclıdır. Əgər vəhhabilərin qeydlərini zahiri mənasına görə qəbul etməli olsaq nə həkimə, nə dərziyə, nə də çörəkçiyə müraciət etməməliyik. Hansı ki, insanlar bir-birlərinə kömək üçün ağız açırsa, onları müşrik hesab etmək axmaqlıq olar. Tabloda yazılanlar, şəksiz ki, bütə ibadət edən müşriklərə şamil olunmalıdır.
    İbn Kəsir öz təfsirində deyir:
    "Sizin Allahdan başqa üz tutduqlarınız nə özlərinə, nə də sizə kömək edə bilərlər” ("Əraf”, 197
     ) ayəsi bütlərə ibadət edən müşriklərə aiddir. Müşriklər bütlərə ibadət edir və onlardan kömək istəyirdilər...
    Sünnilər və vəhhabilər arasında mötəbər sayılan bu təfsirdən aydın olur ki, ayədə "çağırmaq” yox, "ibadət etmək” nəzərdə tutulur. Aydın məsələdir ki, heç bir müsəlman ölülərə və Allahın övliyalarına ibadət etmir. Vəhhabilərin həmin ayəni müsəlmanlara aid etməsi və onları övliyalara ibadətdə suçlaması misilsiz bir bidətdir.
    Şirk odur ki, insan Allaha yox, bir başqasına görə ibadət etsin, namaz qılsın, oruc tutsun, həccə getsin, nəzir boyun alsın. Dünyada vahid Allaha sitayişi ilə seçilən müsəlmanlara qarşı bu sayaq ittihamlar çirkin böhtandan savayı bir şey deyil.
    Əgər bir müsəlman "ya peyğəmbər”, "ya Əli”, "ya Həsən”, "ya Hüseyn” deyə çağırırsa, bu çağırış ibadət yox, təvəssüldür. Quran ayələrindən də məlum olur ki, belə bir iş caizdir: "Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər (s) də onlar üçün əfv istəsəydi, şübhəsiz ki, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.”("Nisa”, 64)
    Category: Vəhhabi suallarına cavablarımız | Added by: Islam_Kitabxanasi
    Views: 864 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024