İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Etiqat » Vəhhabi məzhəbi

    Vəhhabi məzhəbi
    2012-04-08, 8:39 AM
    Birinci fəsil
    ÖN SÖZ
    İslamda müxtəlif fikir cərəyanları və məzhəblər çox erkən dövrlərdə təşəkkül tapmağa başlamışdır. Bu hal təbii sayılmalıdır. Allahın dini müxtəlif qövmiyyətlərə, ayrı-ayrı mədəniyyətlərə mənsub olan, fərqli coğrafi mühitlərdə yaşayan, nəhayət, heç də həmişə üst-üstə düşməyən sosial-iqtisadi maraqlara malik olan insanlar arasında yayıldıqca bu dinin əsas prinsipləri hamı tərəfindən eyni cür qəbul edildiyi, qavranıldığı halda onun bəzi ikinci dərəcəli ehkamlarına münasibətdə fikir ayrılığı yaranmalı idi. İslam Peyğəmbərinin (s) "Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir”–deyə İslamda fikir ixtilaflarının meydana çıxacağı barədə qabaqcadan söylədiyi sözlər bir tərəfdən müsəlmanlara xəbərdarlıq məqsədi güdsə də, digər tərəfdən bu ümmətin qarşılaşacağı reallıqdan xəbər verirdi. Bütün dünya dinlərində belə fikir və əqidə ixtilafları olmuşdur və yəqin ki, həmişə olacqdır. Bəlkə də İslam məzhəbçilik ixtilaflarını möminlər arasında bir o qədərdə ciddi qarşıdurma yaratmaması baxımından başqa dinlərdən fərqlənir yəni İslamda əqidə ixtilafları, xüsusilə Allahın birliyi, peyğəmbərlik, axirət həyatı kimi başlıca prinsiplər sahəsində rəy müxtəlifliyi, başqa dinlərdə olduğu qədər sərt xarakter daşımamışdır. Məhz elə buna görə də mövcud ixtilaflar öyrənilməli, təhlil edilməli, ixtilafa səbəb olan məsələrin həllində güzəştli yollar araşdırmalıdır.
    Artıq İslamın ikinci əsrindən etibarən müsəlman alimləri bu dinin daxilində yaranan fikir cərəyanlarını və məzhəbləri öyrənməyə başlamışlar və yəqin ki, bu sahədə atılan ilk addımlardan biri mötəzili məzhəbinin banilərindən olan Vasil bin Ətanın (vəfatı–13/748) "Təbəqat əhl əl-ilm və-l-həqq” kitabında o dövrdə müsəlmanlar arasındakı fikir cərəyanlarını və müsəlmanların bölündükləri təbəqələri–kateqoriyaları müəyyən etmək cəhdi sayılmalıdır. Sonralar məşhur ərəb mütəfəkkirləri əl-Cahiz (vəfatı–255/869) və əl-Kəbi (vəfatı–319/931) də İslam məzhəblərin mötəziliyyə mövqelərindən şərh etməyə çalışmışlar.
    Məşhur şiə ilahiyyatçısı, tarixçi və nəzəriyyəçi Hişam bin Həkəm (vəfatı–199/814) imami şiələrin İslamda məzhəb ixtilaflarına münasibətlərini öyrənmiş, öz əsərlərində İslam məzhəbçiliyinin tarixini izləməyə çalışmış, şiə əqidələrin qarşı yönəlmiş təlimlərlə ciddi polemikaya girmişdir. Onun yolunu Həsən bin Musa ən-Nəubəxti (vəfatı–300/912) və Səd bin Əbdullah Qummi (vəfatı–301/913) davam etdirmişlər.
    İslam tarixində xaricilər tanınmış məzhəbə mənsub alimlər də başqa məzhəblərin nümayəndələrini bidətçilikdə günahlandıraraq onların əqidə məsələlərinə dair mövqelərini tənqid və təkzib etmişlər. Yəman bin Ribab (vəfatı–111/ 1X əsrin əvvələri) mötəzililərə hənəfilərə, mürciilərə qarşı təkziblər yazmış, "Kitab əl-məqalat” əsərində isə müxtəlif məzhəblərin, xüsusilə mənsub olduğu xaricilər məzhəbinin təlimlərini izləyə bilmişdir. Hüseyn bir Əli əl-Kərabisi (vəfatı–təqr. 245/859) də "Kitab əl-məqalat” adlı əsərini xaricilər məzhəbi daxilində meydana çıxmış müxtəlif təlimlərin tarixinə həsr etmişdir.
    İslam məzhəbləri əhli-sünnə alimləri tərəfindən də tədqiq edilmişdir. Əl-Əşəri (vəfatı–324/935) "Kitab məqalat əl-islamiyyin”, Əbd əl-Qahir əl-Bağdadi (vəfatı–429/1037) "l-Fərq beyn əl-firəq”, Əbd əl-Kərim əş-Şəhrəstani (vəfatı–548/1153) "əl-Miləl və-n-nihəl” kitablarında müxtəlif ehkam məktəblərinin təlimlərini araşdırmışlar.
    Bu ənənə bizim zəmanəmizədək öz gücünü saxlamışdır. Bu sahədə öz yaradıcılığı ilə diqqəti cəlb edən nümayəndələrindən biri də ustad Cəfər Sübhanidir. Quranın təfsirinə, peyğəmbərliyin mənəvi cəhətlərinə, İslamın və İslam məzhəblərinin tarixinə dair bir sıra qiymətli əsərləri ilə tanınan Cəfər Sübhaninin "Vəhhabi məzhəbi” adlı əsəri, adından göründüyü kimi XVIII əsrin ortalarında Mərkəzi Ərəbistanda meydana çıxmış vəhhabiliyin bəzi prinsiplərini təhlil və tənqidinə həsr edilmişdir. Kitabı maraqlı və oxunaqlı edən odur ki, müəllif vəhhabilərin baxışlarına qarşı irəli sürdüyü dəlil-sübutları Qurandan, hədislərdən, müxtəlif İslam məzhəblərinə mənsub görkəmli alimlərin əsərlərindən əxz etmiş və məntiqi cəhətdən əsaslandıra bilmişdir.
    "Vəhhabi məzhəbi” kitabı iyirmi fəsildən ibarət polemik ilahiyyat əsəridir. Birinci fəsildə müəllif vəhhabilərin banisi şeyx Məhəmməd Əbd əl-Vəhhabın həyat yolunu izləyir, bu təlimin necə və hansı şəraitdə meydana çıxdığını göstərir. İkinci-altıncı fəsillər vəhhabiliyin müqəddəslərin qəbirlərinin ziyarəti ilə bağlı məsələlərə münasibətinin təhlilinə həsr edilmişdir. Yeddinci-on beşinci fəsillərdə söhbət müqəddəslərə təvəssül və onlardan şəfaət dilənməsi məsələlərindən gedir. On altı-on yeddinci fəsillərdə müqəddəslərə and içməklə bağlı İslam hökmləri araşdırılır. On səkkizinci fəsildə müqəddəslərə və müqəddəs yerlərə nəzir deyilməsi, on doqquzuncu fəsildə isə övliyalara dua edilməsi barədə vəhhabi baxışları tənqidi mövqedən nəzərdən keçirilir. Sonuncu, iyirminci fəsildə müəllif İslamın həcc ibadətinin siyasi-ictimai məqamları ilə bağlı məsələləri açıqlamaqla kitabda təhlil etdiyi ehkamlara münasibətini həmin məqamlar mövqeyindən əsaslandırmağa çalışır.
    Kitab maraqla oxunur. Müəllif öz fikirlərini oxucuya ehkam şəklində çatdırmır, dəlil-sübut gətirir, ağla və məntiqə əsaslanır. Kitabın dili də sadə və anlaşıqlıdır. Bütün bunlara baxmayaraq, əsər İslam fikrində mübahisəli sayılan, xüsusilə vəhhabilər tərəfindən sərt qaydalara tabe edilmiş ehkam məsələlərinin araşdırılmasına həsr olunduğu üçün oxucudan müəyyən hazırlıq tələb edir. Bu cəhəti nəzərə alaraq oxuculara vəhhabilik və onun təlimi barədə bir qədər yığcam şəkildə məlumat verilməsini faydalı hesab edirik.
    Vəhhabilik XVIII əsrin ortalarında Ərəbistan yarımadasının mərkəzi ərazilərindən olan Nəcddə meydana çıxmış və tezliklə bölgədə güclü dini-siyasi hərəkata çevrilmişdir. Bu məzhəbin banisi teym qəbiləsindən çıxmış Məhəmməd bin Əbd əl-Vəhhab bin Süleymandır. O, 1703-cü ildə idiki ər-Riyad şəhərindən 70 km. aralıda yerləşən əl-Üyeynə qəsəbəsində, qazı ailəsində doğulmuşdur. Kiçik yaşlarından Quranı əzbərləmiş, təfsir, hədis və fiqh elmlərini öyrənmiş, hənbəli fiqhi üzrə təhsilini atasının yanında almışdır. O çox gəzmişdir. Məkkədə həcc ziyarətində olmuş, Mədinədə dörd il oxumuşdur. Bağdadda, Bəsrə, Dəməşq və Qahirə kimi şəhərlərdə müxtəlif məzhəblərdən olan ilahiyyat alimləri ilə münazirələrə–disputlara girmiş, fikirləri ifrat dərəcədə kəskin və mühafizəkar olduğu üçün mübahisələrə səbəb olmuşdur. Geri döndükdən sonra Hüreymilə şəhərində mənzil salmış, burada "Kitab ət-təuhid” əsərini yazmış, təlimini təbliğ etməyə başlamışdır.
    Mühəmməd bin Əbd əl-Vəhhabın təliminin əsasında dörd başlıca əqidə məsələsi durur: antropomorfizm (ət-təşbih) , yalnız bir olan Allaha ibadət (ət-təuhid) , Peyğəmbəri böyük tutmamaq, ona təzim etməmək, övliyalarla bağlı heç bir abidə, əsər-əlamət saxlamamaq (ədəm təuqir ən-Nəbi vəl-əuliya) , müsəlmanlara bidətə–İslamdan olmayan yeniliyə yol verdikləri üçün küfrdə günahlandırmaq (təkfir əl-müslimin). Bu ehkamlara biz hənbəli ilahiyyatçıları İbn Teymiyyə (vəfatı–1328) və onun şagirdi İbn Qeyyim əl-Cəuziyyənin (vəfatı–1350) əsərlərində də rast gəlirik. Məhz elə buna görə də tədqiqatçılar İbn Əbd Vəhhabın İbn Teymiyyənin və İbn əl-Qeyyimin baxışlarından təsirləndiyini bildirirlər. Lakin qeyd edilməlidir ki, həmin ehkamlar Mühəmməd ibn Əbd əl-Vəhhabın təlimində daha qatı, son dərəcə ifrat şəkildə qoyulur və izah edilir.Əgər nəzərə alsaq ki, İbn Teymiyyə istər Misirdə, istərsə də Suriyada fəaliyyət göstərdiyi dövrdə Allaha insani sifətlər şamil etdiyi üçün antropomorfizmdə günahlandırılaraq dəfələrlə həbs edilmiş və dünyasını da həbsdə ikən dəyişdirmişdir, dörd yüz ildən sonra onu müəllimliyə götürmüş İbn Əbd əl-Vəhhabın təliminin ifratçılığı haqqında təsəvvür hasil edə bilərik.
    Vəhhabiliyə görə, Allahın Quranda göstərilən sifətləri həqiqi sifətlərdir, bunların təvilə, daxili mənalarının axtarılmasına ehtiyac yoxdur. Mühəmməd ibn Əbd əl-Vəhhab müəllimi İbn Teymiyyənin yolu ilə gedərək deyirdi ki, Allahın zatı və sifətlərinə dair Quran ayələri olduqları kimi qəbul edilməli və başa düşülməlidir. Mənbələrin verdiyi məlumata görə, İbn Teymiyyə bir dəfə Dəməşq məscidinin minbərindən bildirmişdir ki, Allah onun düşdüyü kimi nüzul edir və minbərdən bir pillə aşağı düşmüşdür. Məşhur səyyah İbn Bətutə bu mənzərənin şəxsən şahidi olmuş və bu barədə xəbər vermişdir. İbn Əbd əl-Vəhhab da bildirirdi ki, Quran ayələrini zahiri mənalarına görə anlamaq lazımdır, yəni əgər Quranda deyilirsə ki, "Allah ərşi üzərində bərqəqar oldu–istəva ələ-l-ərşi” (əl-Əraf, 54), bu sözün həqiqi mənasında başa düşülməlidr. Onun fikrincə, Quran ayələrini təvil etmək, onlarda gizli məna axtarmaq nəinki doğru deyildir, hətta küfrdür.
    Vəhhabi təlimində tovhid xüsusi yer tutur. Bu təlimə görə, Allah zatı, sifətləri və felləri baxımından birdir və Ona bu cür də ibadət edilməlidir. Allahın birliyinə iman qəlblə, dillə və əməllə olmalıdır. Bunlardan biri naqis olarsa, iman nəinki kamil olmaz, hətta bu cür imana malik olan İnsan müsəlman sayıla bilməz. Allahın əmrləri və Peyğəmbərin (s) sünnəsindən xaric nə varsa, hamısı bidətdir, İslama kənardan gətirilmişdir. Müsəlmanın əməlləri onun mömin və ya kafir olduğunu ayırd etmək üçün meyardır. Deməli, tovhid əməlini yerinə yetirməyən kəs müsəlman deyil, kafirdir və beləsinin malı və canı Allahın bir olduğunu qəbul edənlərə və bunu əməlləri ilə təsdiq edənlərə, yəni vəhhabilərə halaldır.
    Mühəmməd ibn Əbd əl-Vəhhab qəbirlərin üzərində qübbələr tikilməsini, qəbirlərin ziyarət edilməsini, müqəddəslərə nəzir deyilməsini, onlardan şəfaət istənilməsini bidət hesab edir və bu hallara qarşı kəskin mübarizə aparır, çünki onun fikrincə, belə hallar tovhidə ziddir. O göstərir ki, İslamın mahiyyətini bir olan Allaha ibadət təşkil edir, müsəlmanlar isə müqəddəslərə pərəstiş etməklə, müxtəlif bidətlərə yol verməklə bu prinsipi unutmuş, İslamdan uzaqlaşmışlar. İslamı ona yad təsəvvürlərdən, ondan olmayan müqəddəslərə pərəstiş ayinçiliyindən təmizləmək, onun ilkin saflığını bərpa etmək lazımdır. O hələ Üyeynədə olarkən oranın əmiri Osman bin Həmd bin Müəmməri belə bir qənaətə gətirə bilmişdi ki, xəlifə Ömər bin əl-Xəttabın 634-cü ildə Yəmamə döyüşündə şəhid olmuş qardaşı Zeydin Dəriyyə ilə Üyeynə arasında yerləşən bir qəsəbədəki türbəsini dağıtsın. O zaman həmin qəsəbədə bir çox türbələr və ziyarətgahlar dağıdılmışdı.
    Peyğəmbəri (s) və övliyaları böyük tutmağı, onlara təzim etməyi vəhhabilər onların qəbir və türbələrini ziyarət etmək, onlardan şəfaət istəməklə əlaqələndirirdilər. Odur ki, onlar 1803-cü ildə Məkkəni tutduqdan sonra bu müqəddəs şəhərdə Peyğəmbərin (s) və ən məşhur səhabələrin adları ilə bağlı bir çox tarixi abidələri, evləri, məzarları dağıtmışdılar. Peyğəmbərin (s) arvadı Xədicə xanımın şəhərin yuxarı hissəsindəki qəbiristanlıqda yerləşən türbəsi də həmin vaxt sökülmüşdü. Demək olar ki, Məkkədə Kəbədən və məqami-İbrahimdən başqa bütün ziyarətgahlar yerlə yeksan edilmişdi. Mədinə də dağıntıdan yaxa qurtara bilməmişdi. Peyğəmbərin (s) şəhərdəki məşhur Bəqi qəbiristanlığında İslamın ilk şəhidlərinin əziz tutulan və hörməti saxlanan qəbirləri üzərindəki qübbələr, həmçinin imamlardan dördünün tikili məzarları, İslam memarlığının və incəsənətinin bir çox gözəl abidələri dağıdılmışdır.
    Vəhhabilər belə hesab edirdilər ki, təvəssül–Allaha yaxınlıq istəyi ilə vəsilə axtarmaq küfrdür, halbuki Quran açıq-aydın buyurur ki: "Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə axtarın...” (əl-Maidə, 35). Vəhhabilərə görə isə Peyğəmbərdən (s), müqəddəslərdən kömək gözləmək, onlardan şəfaət istəmək, onların vasitəsilə Allahın rəhmətinə yol axtarmaq İslama ziddir.
    Vəhhabilərin rəhbər tutduqları sonuncu prinsip bidətə yol vermiş müsəlmanları küfrdə günahlandırmaq prinsipi özünün sosial-siyasi mahiyyətinə görə daha təhlükəlidir və son dövrlərdə İslam fundamentalizmi kimi tanınmış bir çox dini-siyasi hərəkatlara güclü təsir göstərmişdir, odur ki, bu prinsip üzərində bir qədər müfəssəl dayanmaq istərdik.
    Vəhhabiliyə görə, ibadət və etiqad sahəsində özünü göstərən hər hansı bir bidət küfrdür, məsələn, təvəssül Allaha şərik qoşmaq kimi bir şeydir. Vəhhabilər Allaha şərik qoşanlarla yanaşı, erkən İslam prinsiplərinə "dönük çıxmış” müsəlmanlara qarşı da cihad elan edirdilər. Onlar belə hesab edirdilər ki, İslamdan uzaqlaşmış, onun tovhid prinsipini unutmuş, pirləri, türbələri, məzarları ziyarət edən, müqəddəslərə pərəstiş edən müsəlmanlar Allaha cahilliyyət dövrü adamlarına nisbətən daha çox şərik qoşurlar. Xüsusilə erkən vəhhabilik üçün din və etiqad məsələlərində ifrat təəssübkeşlik, öz siyasi rəqiblərinə qarşı mübarizədə isə ekstremizm səciyyəvi olmuşdur. Bəlkə də vəhhabiliyin məhz bu xüsusiyyəti onun müəyyən qüvvələr tərəfindən dəstəklənməsi üçün mühüm amil rolunu oynamışdır. Bu baxımdan vəhhabiliyin dini-siyasi hərəkat kimi inkişaf tarixi maraq doğurur.
    Mühəmməd ibn Əbd əl-Vəhhabın fəaliyyəti Hüreymilədə narazılıq doğurduğu üçün o, Üyeynə şəhərinə köçür, burada qazılıq edir. Lakin Üyeynədə də güclü dəstək tapmadığından o, 1744-cü ildə Dəriyyəyə köçməli olur, bu yerlərin əmiri Mühəmməd ibn Səud ilə dil tapıb onun himayəsi altına keçir.
    Dəriyyə Nəcdin Əriz bölgəsində kiçik bir vadidə yerləşirdi. O vaxt Dəriyyənin əmiri Mühəmməd ibn Səud güclü idi, şan-şöhrət axtarırdı, qonşu əmirlikləri öz hakimiyyəti altında birləşdirmək istəyirdi və başa düşürdü ki, vəhhabilik bir təlim kimi ona öz məqsədinə çatmaqda kömək edə bilər. Vaizlə əmir razılığa gəldilər və ittifaq bağladılar: İbn Əbd əl-Vəhhab bununla öz təlimini təbliğ etmək, özünə ardıcıl toplamaq, əmir Mühəmməd ibn Səud isə şan-şöhrətə və hakimiyyətə yetişmək. Ərəbistanı öz hakimiyyəti altında birləşdirmək imkanı qazandılar. Vaizin ardıcılları özlərini "müvəhhidilər” (tohidə əməl edənlər”, Allahın birliyini tanıyanlar”), məzhəblərini isə "Mühəmmədiyyə” adlandırsalar da, əleyhdarları tərəfindən "vəhhabilər” kimi tanınmışlar.
    İbn Əbd əl-Vəhhabın təlimindən sonuncu prinsip–müsəlmanları bidətə yol verdikləri üçün, yəni İslama islamdan olmayan şeylər gətirdikləri üçün küfrdə günahlandırmaq prinsipi vəhhabilərə qonşu ərazilər üzərinə yürüşlər keçirməyə imkan verirdi. Bu yürüşlər çox vaxt İslamı öz ilkin saflığına qaytarmaq, dini yeniləşdirmək şüarları altında keçirilirdi, lakin tamamilə bünyəvi məqsədlərə də xidmət edirdi. Vəhhabilər işğal etdikləri ərazilərdə əhalinin malını və canını özlərinə halal bilir, evləri qarət edir, xurma ağaclarını qənimət kimi özlərinə götürürdülər. 1796-cı ildə Məkkə şərifinin qoşununu darmadağın etdikdən sonra vəhhabilər 30 min baş dəvə, 200 min baş qoyun-keçi ələ keçirmişdilər; şiələri Kəbəni qoyub Məşhəd, Nəcəf və Kərbəlanı ziyarət etməkdə günahlandıran vəhhabilər 1802-ci ildə aşura günü Kərbəladakı müqəddəs ətəbələrə hücum etmiş, imam Hüseyn (ə) ziyarətgahının xəzinəsini qarət edərək iki yüz dəvəyə yükləyib Dəriyyəyə aparmışdılar.
    XVIII əsrin 40-cı illərinin ortalarından etibarən İbn Əbd əl-Vəhhab açıq-aşkar siyasi mübarizəyə qoşulur, onun təlimi Ali-Səud sülaləsinin Ərəbistan yarımadasında hökmranlıq etmək uğrunda apardığı mübarizənin bayrağına çevrilir. Təqribən 20-25 il içərisində bir çox əmirliklər Ali-Səuda tabe edildi, vəhhabilik geniş bir ərazidə əhali tərəfindən qəbul edildi. Vəhhabilər 1754-cü ildə Hüreymiləni, 1757-ci ildə Mənfuxə və Büreydəni, 1767-ci ildə Vəşm və Südeyri, 1784-cü ildə Yəmamə və Silmiyyəni, 1787-ci ildə Dəvasir vadisini, 1790-cı ildə köçəri müteyr və şəmmər qəbilələrini, 1796-cı ildə Məkkəni özlərinə tabe etdilər. İşğal edilmiş ərazilərin əhalisinə təlqin edilirdi ki, Allaha yalnız vəhhabilərin göstərdikləri şəkildə iman bəsləmək və ibadət etmək lazımdır. Peyğəmbərin (s) sünnəsinə vəhhabi imamının dedikləri əsasında əməl edilməlidr, müsəlmana türbə və məqbərələri ziyarət etmək, müqəddəslərdən şəfaət diləmək yaraşmaz, odur ki, belə tikililər hər yerdə dağıdılmalıdır, bu məzhəbin əsl İslamla uyğunluğuna inanmayanları izləmək, təqib etmək, hətta öldürmək də caizdir, kafirlərə qarşı cihad etmək və vəhhabilərə yardımçı olmaq hamının borcudur, imam Mühəmməd ibn əl-Vəhhab islama yenilik gətirmiş alimdir.
    İbn əbd əl-Vəhhab təkcə ilahiyyat məsələləri ilə məşğul olmaqla kifayətlənmir, ordunun təchiz edilməsi, orduda nizam-intizam yaradılması, mənəvi tərbiyə ilə bağlı işlərə də rəhbərlik edirdi. O, öz vəzlərində vəhhabiləri intizama tabe olmağa çağırır, onların döyüş əzmini, fədakarlıq və təəssübkeşliyini gücləndirirdi. Vəhhabi əsgərləri yüksək dözümlülük nümayiş etdirir, ən çətin şəraitdə günlərlə susuz-yeməksiz döyüş rəşadəti göstərirdilər.
    Vəhhabilər işğal etdikləri ərazilərdə məktəblər açır, əhaliyə yazmağı və Quran oxumağı öyrədirdilər. Onlar şəhərlərdə oğurluğun aradan qaldırılması, yollarda təhlükəsizliyin təmin edilməsi sahəsində bir sıra işlər görmüşlər. Qan intiqamının aradan götürülməsi məqsədilə adam öldürmək üstündə 100 baş dəvə qanbahası təyin edilmişdi.
    Beləliklə, vəhhabilər geniş bir ərazidə öz dövlətlərini yarada bildilər. Osmanlı dövləti və Misir hökmdarı Mühəmməd Əli paşa vəhhabiləri cəzalandırmaq məqsədilə bölgədə güclü hərbi əməliyyatlar keçirsələr də, beynəlxalq vəziyyətin gərginliyi İngiltərə və Fransa dövlətlərinin müdaxiləsi sayəsində vəhhabilər hər dəfə öz dövlətlərini yenidən bərpa edə bilirdilər. Sonralar vəhhabilik Səudiyyə Ərəbistanı dövlətinin rəsmi ideologiyası oldu. XIX əsrin əvvəllərində vəhhabilik Ərəbistan yarımadasının böyük bir hissəsində yayıldı və öz mövqelərini möhkəmlədə bildi. Daha sonralar vəhhabilik Hindistanda, İndoneziyada, Şərqi və Şimali Afrikada da özünə ardıcıllar tapdı.
    Onu da xüsusilə qeyd etmək vacibdir ki, müasir dövrdə Şimali Qafqazda və dünyanın digər bölgələrində ifrat formada özünü göstərən, ekstremizm mövqeyindən çıxış edən vəhhabi hərəkatlarının fəaliyyətini Səudiyyə Ərəbistanı Krallığının dövlət siyasəti ilə eyniləşdirmək olmaz. Səudiyyə Ərəbistanının özündə ifrat vəhhabilik çox ciddi narahatlığa səbəb olur.
    1928-ci ildə Misirin İsmailiyyə şəhərində müəllim Həsən əl-Bənna tərəfindən əsası qoyulmuş "əl-İxvan əl-müslimun” ("Müsəlman qardaşları”) cəmiyyəti istər təşkilat, istərsə də ehkamçılıq məsələlərində İbn Əbd əl-Vəhhabın təlimindən xeyli təsirlənmişdir. Bu gün Misirdə fəaliyyət göstərən "ət-Təkfir vəl-hicrə” ("Küfrdə günahlandırma və hicrət”) təşkilatı, habelə müsəlman dünyasının müxtəlif yerlərində əhali arasında öz təlimlərini yayan "əl-Cihad əl-cədid” "(Yeni cihad”), "əl-Cihad əl-İslami” ("İslam cihadı”), "Cunud Allah” ("Allahın əsgərləri”) "Əhl əl-Quran” "(Quran əhli”) və sairə bu kimi cəmiyyətlər də vəhhabilərin rəhbər tutduqları prinsiplərin təsiri altındadır. Hazırda Özbəkistanda və Dağıstanda müşahidə edilən bəzi İslam hərəkatları öz dini-siyasi fəaliyyətlərini vəhhabilik prinsipləri əsasında qurur və özlərini vəhhabi adlandırırlar. Bəzən bu hərəkatların ekstemizmi "islam ekstremizmi” kimi səciyyələndirilir. Halbuki yüksək mənəvi dəyərlər təbliğ edən İslami ekstremizmdə günahlandırmaq ən azı biliksizliyin nəticəsidir. Ekstremizm siyasi termin kimi Fransada yaranmışdır və ifrat baxışlara, ifrat tədbirlərə meyl kimi mənalandırılır. İslam isə orta mövqe–mötədillik (əl-vəsatə) dinidir. İslam dinin təbliğində ifratçılığı rədd edir, "dində məcburiyyət yoxdur” (la ikrahə fid-din) prinsipini əsas tutur.
    Mühəmməd ibn Əbd əl-Vəhhabın görüşləri uzun müddətdir ki, əksər müsəlman alimləri tərəfindən İslama zidd bir şey kimi qarşılanır. İlk dəfə Mühəmməd ibn Əbd əl-Vəhhabın təliminə qarşı çıxan onun öz doğma qardaşı Süleyman bin Əbd əl-Vəhhab olmuşdur. O özünün "əs-Səvaiq əl-bəhiyyə fi-r-rədd ələ-l-vəhhabiyyə” "(Vəhhabiliyə cavaba dair parlaq ildırım zərbəbəri”) adlı əsərində vəhhabiliyin başlıca prinsiplərini rədd etmiş, onların hənif İslam dini ilə bir araya sığmadığını göstərmişdir. Sonralar hicazlı Əhməd ibn Zeyni Dəhlan, iraqlı Cəmil Sidqi əz-Zəhavi və bir çox başqaları vəhhabilik məzhəbinə qarşı yönəlmiş əsərlər yazmışlar.
    Azərbaycanda vəhhabiliyin əsas prinsiplərinə dair ədəbiyyat ölkədə fəaliyyət göstərən müxtəlif beynəlxalq İslam cəmiyyətləri tərəfindən tərcümə edilərək yayılsa da, bu məzhəb özünə geniş auditoriya tapmamışdır, çünki onun təlimi xalqımızın milli-mədəni ənənələri əsrlər boyu təşəkkül tapmış dini təcrübəsi ilə ziddiyyətə girir. Bu gün ölkənin mətbuat səhifələrində tez-tez vəhhabiliyin sərt qayda-qanunlarına, ifrat baxışlarına, bu məzhəbin təbliğ etdiyi zorakılıq prinsiplərinə qarşı yazılar dərc edilir. Ustad Cəfər Sübhaninin "Vəhhabi məzhəbi” adlı kitabı da bu məqsədlə Azərbaycan dilinə tərcümə edilmişdir. Ümid edirik ki, kitab oxucularımız tərəfindən layiqincə qarşılanacaqdır.
    "İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, professor
    Rafiq Əliyev.
    Şeyx Məhəmməd Əbdül Vəhhab Nəcdinin həyatı
    Vəhhabi məzhəbinin banisi Əbdul Vəhhabın oğlu Şeyx Məhəmməd Nəcdidir. Elə ona görə də, vəhhabi məzhəbi onun atasının adını daşıyır. Bəzi alimlər bu məzhəbin "Məhəmmədiyyə” adlanmasının səbəbini vəhhabilərin bu addan sui-istifadə etdikləri ilə əlaqələndirirlər. Çünki vəhhabilik Peyğəmbər (s)-in adı ilə adlandığına görə, onlar öz əməllərini Peyğəmbər (s)-ə aid edə bilərdilər.
    Şeyx Məhəmməd Hicri-qəməri tarixinin 1115-ci ilində (1695-ci il-miladi tarixi) Nəcd vilayətinin Üyeynə adlı şəhərində anadan olmuşdur.
    Atası bu vilayətin qazısı olub. Məhəmməd uşaqlıqdan təfsir, əqaid və hidis kitablarını oxumağa böyük həvəs göstərmişdir. Əbdül Vəhhab Hənbəli alimlərindən olduğu üçün Məhəmməd Hənbəli fiqhini elə atasından öyrənib. O elə cavanlıqdan Nəcd əhalisinin dini əqidəsinin bir çox qayda-qanunlarını qəbul etmirdi. Məhəməd səfərlərin birində Allah evini ziyarət etdikdən sonra Mədinə şəhərinə yola düşür. Orada xalqın (camaatın) Peyğəmbər (s) qəbrinə təvəssül etməsini inkar edir.
    Nəcdə qayıtdıqdan sonra Şama (indiki Süriyaya) səfər etmək niyyəti ilə Bəsrə (İraq şəhərlərindən biri) şəhərinə yola düşür. Bir müddət Bəsrə şəhərində qalır və burada əhalinin fikir və əqidəsinə müxalif çıxır. Elə bu səbəbdən də Bəsrə əhalisi Məhəmmədi şəhərdən qovur. O, Bəsrə və Zübeyr şəhərləri arasında susuzluqdan və piyada yol getməkdən əziyyət çəkirdi. Lakin Zübeyr əhlindən olan bir kişi Məhəmmədi ruhani paltarında görüb ona kömək etməyə çalışır, su verir və öz miniyinə mindirib həmin şəhərə gətirir. Məhəmməd buradan Şama getmək istəyir. Amma səfər azuqəsi olmadığına görə fikrini dəyişir və Əhsa şəhərinə yola düşür. Oradan da Nəcd şəhərlərindən biri olan Hüreymilə şəhərinə səfər edir. Bu zaman, 1139 hicri ilində (1719 m. t.) atası Əbdül Vəhhab Üyeynədən bu şəhərə gəlir.
    Məhəmməd burada atasının yanında qalır və bir çox dərsləri ondan öyrənməklə yanaşı, Nəcd əhalisinin əqidəsini inkar edir. Beləliklə, atası və Nəcd əhli Məhəmmədlə mübarizəyə başlayır bu mübarizə bir neçə il davam edir. 1153-cü ildə (1733) Əbdül Vəhhab vəfat edir.(Nəcd Alusi tarixinin xülasəsi, səh. 111-113. )
    Şeyx Məhəmməd atasının vəfatından sonra xalqın əqidəsini inkar etməklə öz əməl və fikirlərini irəli sürür. Hüreymilə əhalisinin bir çoxu Məhəmmədin əqidəsinin ardındca gedir. Beləliklə, o məşhurlaşır.
    Şeyx Məhəmməd Hüreymilədən Üyeynə şəhərinə qayıdır. O zaman Osman ibn Həmd həmin şəhərə rəhbərlik edirdi. Osman şeyxi hörmətlə qəbul edib ona kömək etmək niyyətində idi. Bunun müqabilində isə, Şeyx bütün Nəcd əhilisinin ona itaət edəcəyinə söz verir. Onların arasında baş verən bu söhbətdən Əhsa şəhərinin əmiri xəbərdar olur və Osmana məktub yazır. Məktubun nəticəsində Osman şeyxi yanına çağırır və ona kömək edə bilməyəcəyi üçün üzr istəyir. Şeyx Məhəmməd cavabında deyir ki, əgər mənə kömək etsən, Nəcd şəhərinin rəhbəri olarsan. Lakin Osman buna etiraz edir, onu Üyeynə şəhərindən qovur. Şeyx Məhəmməd 1160-cı ildə (1740) Üyeynə şəhərindən qovulduqdan sonra Nəcdin tanınmış şəhərlərindən olan Dəriyyəyə yola düşür. O zaman bu əraziyə Məhəmməd ibn Səud (Ali-Səudun əcdadı) rəhbərlik edirdi. O, şeyxin görüşünə gedir və səmimiyyətlə onu qarşılayır. Şeyx də öz növbəsində bütün Nəcd şəhərinə rəhbərlik etməyi Məhəmməd ibn Səuda söz verir. Beləliklə, şeyxlə Ali-Səud arasında sıx əlaqə yaranır(Osman bin Sənəd əl-Bəsri "Tarixi-Bağdad” kitabının 152-ci səh-də Şeyx Məhəmmədlə Ali-Səudun fəaliyyətlərini başqa cür qeyd edib. Lakin bu kitabda yazılan daha dəqiqdir.  ) Bu zaman Dəriyyə əhalisi aclıq və yoxsulluq içərisində əziyyət çəkirdi. Şeyx Məhəmməd Dəriyyə şəhərinə gəlib Məhəmməd ibn Səudla ittifaq bağlayan zaman oranın camaatı aclıq və yoxsulluq içərisində əziyyət çəkirdi.
    Alusi İbn Bişr Nəcdinin dilindən belə rəvayət edir:
    "Mən Dəriyyə əhalisinin ağır güzəran keçirməyinin şahidi olmuşam. Sonralar bu şəhər Səudun vaxtında çox dəyişdi. Camaat çoxlu mal-dövlətə, bəzəkli əşyalara, cins atlara və bahalı paltarlara sahib olmuşdu. Bunu sözlə ifadə etməyə dilin qüdrəti çatmaz. Gözümlə şəhər bazarlarının birində kişilərin bir tərəfdə, qadınların başqa bir tərəfdə olduqlarını gördüm. Bu bazarda qızıl, gümüş, silah, dəvə, qoyun, at və hər növ ərzaq məmulatlarının satıldığının şahidi oldum. Bazarı satıcıların və alıcıların səs-küyü bürümüşdü. Biri "aldım”, digəri isə "satdım”–deyə, bal arısı kimi bir-birlərinə dəymişdilər.”(Tarixi-İbn Bişr Nəcdi”, )
    Əlbəttə, İbn Bişr bu qədər mal-dövlətin və sərvətin necə əldə olunduğunu şərh etməyib. Amma tarixin gedişatından belə məlum olur ki, bu mal-dövlət Şeyx Məhəmmədin əqidəsinə tabe olmayan müsəlman qəbilələrinə və Nəcd şəhərlərinə hücumlar zamanı qarət nəticəsində əldə olunmuşdur. O, qazanılan qəniməti istədiyi kimi bölürdü. Bəzi vaxtlar bunların hamısını özünə götürər və yaxud iki-üç nəfər arasında bölərdi. Qənimətlərin hamısına şeyx nəzarət edərdi. Nəcd şəhərinin əmiri də onun icazəsi ilə özünə mal-dövlət götürərdi.
    Şeyxin ən böyük cinayətlərindən biri də bu idi ki, onun puç və batil əqidəsini qəbul etməyən müsəlmanları "kafiri-hərbi” adı altında cəzalandırırdı, yəni müsəlmanlara zərrə qədər hörmət etmirdi. Bir sözlə, Əbdül Vəhhab onları batil bir tovhid yoluna dəvət edirdi. Hər kim qəbul etsəydi, o, təhlükədən kənara qalırdı. Əks təqdirdə, Şeyx Məhəmməd müsəlmanların mallarına, canlarına və namuslarına təcavüz etməyi özünə halal bilirdi.
    Vəhhabilər Nəcd daxilində və xaricində (Yəmən-Hicaz-Süriya-İraq) apardıqları döyüşlərdə də eyni ilə bu hərəkəti davam etdirirdilər. Ələ keçirdikləri şəhərin mal-dövlətini özlərinə halal bilib, əhalini qarət edirdilər.
    Şeyx Məhəmmədin əqidəsini qəbul edən şəxs ona tabe olmalı idi. hər kim onunla mübarizə aparsaydı, öldürülər və mal-dövləti bölünərdi. Onun tərəfdarları Əhsa şəhərinin Füsül qəsəbəsindən üç yüz kişini öldürüb, mal-dövlətini qarət etdilər.(Cəzirətl-ərəb fil-qərnil-işrin, 341-ci s. )
    Şeyx Məhəmməd 1206-cı ildə (1786 m. t.) dünyasını dəyişdi.(Tarixül-Məmləkətil-Ərəbiyyatis-Səudiyyə, 1-ci c. 51-ci s. )
    Əbdül Vəhhabın oğlunun (Şeyx Məhəmməd) əqidəsini onun vəfatından sonra davamçıları həyata keçirdilər. Məsələn, 1246-cı ildə (1786 m. t.) vəhhabi Səud əmiri iyirmi min nəfərdən ibarət qoşunla Kərbəlaya hücum etdi. O zaman Kərbəla çox əzəmətli şəhər idi, hər yerdən türk, iran və ərəb zəvvarları (ziyarət edənlər) Kərbəlanı ziyarət etməyə gəlirdilər. Onlar şəhəri mühasirədə saxladıqdan sonra şəhərə daxil olub çoxlu insan qətlə yetirdilər. Vəhhabilərin Kərbəla şəhərində törətdikləri vəhşiliyi deməklə qurtarmaz. Beş min nəfərdən çox (iyirmi min nəfərə kimi qeyd olunub) adam qətlə yetirildi. Döyüş qurtardıqdan sonra Səud əmiri İmam Hüseyn (ə)-ın hərəminin (məqbərə) xəzinəsinə göz dikərək oranı (mal-dövlət, qiymətli daş-qaş və s.) qarət etdi.
    Kərbəla bu hadisədən sonra elə bir vəziyyətdə idi ki, şairlər bu şəhər üçün mərsiyyələr deyirdilər(Tarixi-Kərbəla və Hairi-Hüseyn (ə), 172-174 s. )vəhhabilər on iki ildən çox arabir Kərbəlaya və Nəcd şəhərlərinə hücumlar edib, oranı talayırdılar. Bu hücumlar yuxarıda qeyd olunduğu kimi, ilk dəfə 1216-cı ildə (1796 m. t.) başlayıb. Bütün şiə yazıçılarının dediyinə görə, Kərbəlada bu hadisə "Qədir Xum”(Həzrət Əli (ə) Peyğəmbər (s) tərəfindən xilafətə təyin olunduğu gün (mütərcim). ) bayramı günü törədilib.
    Mərhum əllamə Seyyid Məhəmməd Cavad Amili "Miftahül-kərəmə” adlı böyük fiqh kitabının yeddinci cildinin sonlarında belə yazıb: "Bu kitabın bir hissəsini 1225-ci ilin mübarət Ramazan ayının doqquzuncu gecəsi böyük nigarançılıq və həyəcan içində sona yetirdim. Çünki Üneyzə ərəbləri Nəcəfi-Əşrəf və Kərbəla şəhərlərini mühasirəyə almışdılar. Kərbəladan Nimeyi-Şəban(On ikinci imam Həzrəti Məhdinin (ə) mövlud günü (mütərcim). ) ziyarətindən vətənlərinə qayıdan zəvvarların mallarını qarət edib, bir çoxlarını (ən çox iranlı zəvvarları) qətlə yetirmişlər. Demək olar ki, ölənlərin sayı yüz əlliyə yaxın idi. bəziləri yüz əllidən az olduqlarını da göstəriblər”.(Miftahül-kəramə, 7-ci cild, 653-cü s. )
    Şeyx Məhəmmədin və davamçılarının əqidələrini qəbul etməyənləri qətlə yetirirdilər. Vəhhabilər öz batil tövhidlərində Quran ayələrinin və hədislərin zahiri mənasından istifadə edib, Allahı cisim bilirdilər. Yəni Allah əl, qol, ayaq və s. üzvlərə malikdir.
    Alusi bu barədə belə yazır:
    "Vəhhabilər İbn Teymiyyənin ardıcılları kimi "Allahın göydən yerə gəlməsi” haqqında hədisi sənəd gətirərək belə ifadə edirdilər:
    "Allah ərşdən (göydən) yerə gəlib deyəcək:
    "Günahlarının bağışlanılmasını istəyən varmı?”
    Və yaxud deyirlər:
    "Allah Qiyamət günü "Məhşər” səhrasına gələcək. Çünki Allah özü "Fəcr” surəsinin 22-ci ayəsində buyurur: "Rəbbinin (əmri) gəlib, mələklər səf-səf duracaq”.
    Allah hər bir məxluquna istədiyi kimi yaxın ola bilər. O özü buyurub: "Biz ona şah damarından da yaxınıq” (insanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur) /Qaf sürəsi, 16-cı ayə/.(Tarixi Nəcdi Alusi, 90-91 s. Bu haqda İbn Teymiyyənin "əl-Əqidəsti-Həməviyyə” risaləsinə baxa bilərsiniz. )
    İbn Teymiyyə "ər-Rədd” kitabında Peyğəmbər (s)-in qəbrini ziyarət etmək haqqında olan hədisləri saxta və qondarma adlandırıb. Hər kim Peyğəmbər (s)-in vəfatından sonra onu həyatındakı kimi bilsə, böyük bir səhvə yol vermiş olur. Şeyx Məhəmməd və onun davamçıları bu kimi sözləri iddia edirlər.
    Vəhhabilərin belə səhv fikirləri nəticəsində bir çoxları İslamı quru və heç bir zamana uyğun olmayan din adlandırıblar.
    Lutorb Setodard deyir:
    "Vəhhabilər inadkarlıqda həddi aşmışdılar. Bəzi tənqidçi adamlar da vəhhabilərin fikirlərinə əsasən İslamı zamanla uyğunlaşmayan və cəmiyyətin əhvali-ruhiyyəsinə zidd olan bir din adlandırıblar.”(Hazirül-aləml-İslami, 1-ci c, 4-cü s. )Şeyx Məhəmməd ibn Əbdül Vəhhab fikrini irəli sürdüyü vaxtdan bir çox böyük alimlər onun ideya və əqidəsinə qarşı çıxıblar. İlk dəfə olaraq, Hənbəli alimlərindən olan atası Əbdül Vəhhab və daha sonra qardaşı Şeyx Süleyman "əs-Səvaiqül-ilahiyyə fir-rəddi-ələl-vəhhabiyyə” adlı kitabında qardaşının əqidəsinin və fikrinin puç və batil olduğunu sübuta yetirdi.
    İbn Zeyni Dəhlan deyir:
    "Şeyx Məhəmmədin atası və qardaşı alim və saleh adamlar idi. Şeyx Məhəmməd Mədinə şəhərində oxuyarkən atası Əbdül Vəhhab və qardaşı Şeyx Süleyman onun fikir azadlığını və əqidəsinin puç olduğunu hiss etmişdilər. Elə buna görə də onu tez-tez danlayır və camaatı ondan uzaqlaşdırırdılar.(Əl-Fütuhatül-İslamiyyə, c. 2, 357-ci s. )
    Abbas Mahmud Əqqad deyir:
    "Şeyx Məhəmmədin ən böyük müxalifi qardaşı, "əs-Səvaiqül-ilahiyyə” kitabının müəllifi Şeyx Süleyman idi. Şeyx Süleyman öz kitabında qardaşının fikir və əqidəsinin puç və batil olduğunu söylədikdən sonra belə deyir:
    "Vəhhabilərin şirk və küfr kimi hesab edib, bu bəhanə ilə müsəlmanların qanını və malını halal bildiyi əməllər əslində peyğəmbər və imamların dövründə müsəlmanlar tərəfindən yerinə yetirilirdi.
    Lakin İslam rəhbərləri bu əməllərin sahiblərini kafir və ya mürtəd adlandırmayıblar. Müsəlmanlara qarşı cihad hökmü verib onları qətlə yetirməyiblər. Heç bir müsəlman şəhərlərini "biladi-şirk” (müşrik şəhəri) və ya "darül-küfr” (kafir evi) adlandırmayıblar”(Əl-İslamü fil-qərnil-işrin, s. 126-137. )
    Nəhayə bunu da, bilmək lazımdır ki, Şeyx Məhəmməd ibn Əbdül Vəhhab bu batil fikri və əqidəni özü yaratmayıb. Əksinə, əsrlərlə ondan qabaq yaşayan İbn Teymiyyət və şagirdi İbn Qeyyim kimi adamlar da belə bir fikrin və əqidənin sahibi olmuşlar. Lakin o vaxtlar bu fikir və əqidələr məzhəb şəklində formalaşmamış və onlar özlərinə çoxlu tərəfdar yığa bilməmişlər. Hənbəli alimlərindən olan, ibn Teymiyyə ləqəbi ilə tanınmış Əbdul Abbas Əhməd ibn Əbdül Həlim 728-ci hicri ilində (1308 m. t.) dünyasını dəyişmişdir. Onun əqidəsi bütün İslam məzhəblərinin əqidəsinə zidd olduğu üçün həmişə tənqidə məruz qalırdı. Bəzi tədqiqatçıların söylədiklərinə görə, Şeyx Məhəmməd və onun davamçıları İbn Teymiyyənin əqidəsini əsas götürərək, bu əqidəyə itaət edirlər. Yəni vəhhabilərin əqidəsinin əsasını İbn Teymiyyənin fikir və əqidəsi təşkil edir. İbn Teymiyyə öz əqidəsini aşkar edib, fikrini qələmə alaraq kitablar yazdığı zaman İslam alimləri, xüsusilə sünni məzhəbinin alimləri cəmiyyətdə fəsadın qarşısını almaq üçün iki əsas tədbir gördülər:
    a) Onun əqidə və fikrinə etiraz əlaməti olaraq kitablar yazdılar. Biz bu kitablardan bir neçəsini qeyd etməyi lazım bilirik:
    1. Təqiyyəddin Sübkinin "Şifaüs-siqam fi ziyarəti qəbri xeyril-ənam” və "əd-Dürrətül-muziətu fir-rəddi əla İbn Teymiyyə” adlı kitabları.
    2. Maliki məzhəbinin qazısı Təqiyyəddin ibn Abdullah Əxnainin "Əl-Məqalətül-Mərziyyətu” adlı kitabı.
    3. Fəxr ibn Müəllim Qürəşinin "Nəcmül mühtədi və rəcmül-müqtədi” adlı kitabı.
    4. Təqiyyəddin Hüsnanın "Dəfüş-şübhəti” adlı kitabı.
    5. Tacəddinin "əl-Tühfəiül muxtarətu fir-rəddi əla münkəriz-ziyarət” adlı kitabı.
    Bu kitablar İbn Teymiyyənin əqidəsinə qarşı yazılmış əsərlərdir. Bununla da onun fikrinin əsassız olduğu sübuta yetirilir.
    b) Sünni məzhəbinin böyük müfti və alimləri İbn Teymiyyəni kafir, bidətçi(Dinə yenilik gətirmək, dində olmayanları dinə əlavə etmək) adlandırdılar.
    İbn Teymiyyətin Peyğəmbər (s)-in ziyarəti haqqında olan fikrini Misirin baş qazisi əl-Bədr ibn Cəmaətə yazdıqda o, vərəqin altında "rədd cavabı” olaraq yazır:
    "Peyğəmbər (s)-in ziyarəti böyük fəzilət və sünnət sayılır. Bütün alimlər bunu qəbul edir. Hər kim Peyğəmbər (s)-in ziyarətini haram bilsə, o kəs cəzalanmalı və bu kimi fikirlərdən əl çəkməlidir. Əks təqdirdə həbs olunmalı və xalqa tanıtdırılmalıdır ki, müsəlmanlar onun ardınca getməsinlər.”
    Təkcə Şafei məzhəbinin qazısı yox, hətta başqa üç məzhəbin (Hənbəli, Hənəfi, Maliki) qazı və alimləri də bu sözü təsdiq etmişlər. (Bu barədə daha geniş məlumat almaq üçün "Dəfüş-şübhə” / Təqiyyəddin Hüsna / kitabına müraciət edə bilərsiniz).
    İbn Teymiyyənin müasiri olan, səkkizinci əsrin (Hicri qəməri tarixi) böyük və tanınmış rical və tarix alimi Zəhəbi ona məktub yazmış və bu məktubda onu tarixin ən mənfur adamı Həccac kimi fasid və yolunu azmış adlandırmışlar. Bu məktubu müəllif "Təkmilətüs-səyfil-siqən” kitabının 190-cı səhifəsində qeyd etmişdir. Həmçinin mərhum əllamə Əmini də bu məktubu "əl-Qədir” kitabının beşinci cildinin 87-89-cu səhifələrində qeyd etmişdir.
    İbn Teymiyyənin fəaliyyəti 728-ci ildə Şam şəhərinin (Suriya) zindanında ölümü ilə sona yetdi. Sonra onun tanınmış şagirdi İbn əl-Qeyyim öz ustadının ideyalarını yaymağa başladı. Bir müddətdən sonra bu mövqedən danışan belə olmadı və həmin fikilər zehnlərdən silindi.
    Lakin sonralar Əbdül Vəhhabın oğlu onları reallaşdırmaq üçün öz fəaliyyətinə başladı. Elə bu vaxt Nəcd şəhərində öz imarətini möhkəmlədən Ali-Səud əlində gələni ondan əsirgəmədi. Beləliklə, İbn Teymiyyənin miras qalmış əqidəsi yenidən zehnlərdə canlanmağa başladı. Çox əfsuslar olsun ki, "tövhid” adı altında, kafirlərə və müşriklərə qarşı cihad ünvanı ilə minlərlə günahsız müsəlman kişi, qadın və uşağı qətlə yetirdilər. Yenidən müsəlman cəmiyyətində təzə bir firqə və məzhəb yarandı. Təssüf olsun ki, "Hərəmeyni-Şərifeyn”(Hərəmeyni-Şərifeyn: Məkkədə müqəddəs Kəbə evi olan Məscidül-Hərəm və Mədinədə Peyğəmbər (s)-in müqəddəs qəbri olan Məscidün-Nəbi məscidlərinə deyilir. (mütərcim). ) bu firqənin əlinə düşdü. Nəcdli vəhhabilər Britaniya və o vaxtkı qüdrətli dövlətlərlə saziş bağlayıb Osmanlı imperatorluğunun dağıldığı və ərəb ölkələrinin parçalandığı bir vaxtda Məkkə və Mədinəni ələ keçirdilər. Vəhhabilər qəbirləri, müqəddəs yerləri, tarixi abidələri və evləri viran etmək üçün əllərindən gələni əsirgəmədilər.
    Elə bu zaman şiə alimləri sünni alimləri ilə çiyin-çiyinə vəhhabilərə qarşı mübarizəyə başladılar. Hər iki məzhəb (sünni və şiə) çox gözəl surətdə məntiqi və elmi cihada başladılar.
    Sünni alimləri tərəfindən vəhhabilərə qarşı yazılan ilk kitab "əs-Səvaiqül-ilahiyyə fir-rəddi ələl-vəhhabiyyə” əsəridir. Bu əsərin müəllifi Süleyman ibn Əbdül Vəhhabdır (Məhəmməd ibn Əbdül Vəhhabın qardaşı). Şiə alimləri tərəfindən yazılan ilk kitab isə, "Minhacür-Rəşad” əsəridir. Bu əsərin müəllifi mərhum Şeyx Cəfər 1228-ci ildə (1808) vəfat etmişdir. O bu kitabı Ali-Səud əmiri Əbdül Əziz ibn Səudun göndərdiyi risaləyə cavab olaraq yazıb. Əbdül Əziz bu risalədə Məhəmməd ibn Əbdül Vəhhabın bütün ideyalarını toplamışdır. Kitab (Minhacür-Rəşad) 1343-cü il hicri ilində (1923) Nəcəf şəhərində çap olunub. Bundan sonra da vəhhabilərin əməllərinə qarşı bir çox alimlər tərəfindən elmi məqalə, kitab və sair əsərlər yazılmışdır. Bu kimi elmi əsərlərin bir çoxu çap olunub. Vəhhabilər Ali-Səudun saysız-hesabsız gəlir və sərvətinin hesabına güclənirdilər.
    Onlar müsəlmanların birliyindən həddən artıq qorxduqları üçün Səuda verilən neftin pulundan bir hissəni bu birliyin dağılması işinə sərf edir. Beləliklə, İslam düşmənləri müsəlman birliyini pozmaq, onları bir-birinə düşmən etmək üçün əllərindən gələni əsirgəmədilər. Biz bu kitabda onların əqidəsi barədə bəhs edib, qələmlə şübhə pərdələrini yırtaraq aydınlaşdırırıq ki, bütün dünya müsəlmanlarının əqidəsi, prinsip və ideyaları Qurandan və sünnədən götürülmüşdür. Lakin vəhhabilərin (fitrətinin əksinə olan) əqidə və fikirləri Quranın və Peyğəmbər (s)-in sünnəsinə zidd və müxalifdir. Biz bu kitabda hər bir mətləbi çox qısa şəkildə izah etməklə kifayətlənirik.
    Category: Vəhhabi məzhəbi | Added by: Islam_Kitabxanasi
    Views: 1119 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019