İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhhabi məzhəbi

    Vəhhabi məzhəbi
    2012-04-08, 8:35 AM
    Üçüncü fəsil
    Övliyaların qəbri kənarında məscidin tikilməsi
    Övliyaların qəbri kənarında məscid tikmək düzgündürmü? Əgər düzgündürsə, onda Peyğəmbərin məsihilər və yəhudilər haqqında söylədiyi hədisin mənasına necə istinad etmək olar? O hədis belədir: "Allahın Rəsulu peyğəmbərlərin qəbirlərini ibadətgah seçən iki dəstəyə lənət göndərib. Övliyaların qəbri kənarında məscid tikmək bu hədisin ziddinə deyilmi?”
    Cavab: İslamın qanunlarına diqqət yetirsək, görərik ki, övliyaların qəbri kənarında məscid tikmək heç də haram sayılmır. Allahın sevimli bəndələrinin dəfn olunduğu yerin ətrafında məscid tikməkdə məqsəd Allaha ibadət və təbərrükdən başqa bir şey ola bilməz. Bundan əlavə, belə yerlərdə məscid tikilirsə, övliyaları ziyarət edənlər ziyarətdən qabaq və yaxud ziyarətdən sonra öz vacibi ibadətlərini yerinə yetirirlər. Bir halda ki, qəbirləri ziyarət etmək, ziyarətdən qabaq, yaxud sonra namaz qılmaq haram sayılmırsa, onda vacib əməlləri yerinə yetirmək və Allaha ibadət etmək üçün övliyaların qəbri kənarında məscid tikməyin heç bir eybi yoxdur və eyni zamanda da haram deyildir.
    Əshabi-Kəhfin əhvalatına nəzər saldıqda görərik ki, bu iş (övliyaların qəbri kənarında məscid tikmək) İslamdan qabaqkı dinlərdə olan qayda-qanuna uyğun bir əməldir. Quran bunu bizə tənqidsiz nəql edir.
    O dövrün insanlarına üç yüz doqquz il keçəndən sonra Əshabi-Kəhfin əhvalatı bəlli olan zaman onlar Əshabi-Kəhfin şan-şöhrətini ucaltmaq üçün iki dəstəyə ayrıldılar.
    Bir dəstə dedi: "Övliyaların məzarı üzərində tikili inşa edək. Bununla onların adlarını, nişanə və tarixlərini qoruyub saxlayaq.” Quran bu haqda belə buyurur: "Onların üstündə bir bina tikin” (Kəhf surəsi, 21-ci ayə).
    Başqa bir dəstə dedi: "Onların qəbri üstündə (mağaranın üstündə) təbərrük üçün məscid tikək...”
    İslamın təfsir alimlərinin bu ayə haqqında ümumi fikirləri belədir(Əl-Kəşşaf, Məcməül-Bəyan, Ğəraibül-Quran, Nişaburi, Cəlaleyn və Əl-Mizan təfsirləri. ): Birinci dəstə müşriklər, ikinci dəstə isə Allaha ibadət edənlərdən ibarət idi.("Səhih Buxari”, "əl-Cənaiz” kitabı, c. 2, 111, mətabi çapı. ) Çünki Quran bu haqda belə buyurur: "Bu mübahisədə qalib gələnlər "övliyaların məzarı üzərində məscid tikək” deyənlərdir”. ( Kəhf surəsi, 21-ci ayə).
    Tarixdən belə məlum olur ki, Əshabi-Kəhfin əhvalatı tovhidin şirkə(Yəni möminlər müşriklərə qalib gəlmişdilər. ) qalib gəldiyi vaxt ilə üst-üstə düşür. Müşriklərin gücü zəifləmiş və artıq xalqı bütpərəstliyə dəvət etməyə cürətləri yox idi. Sözsüz ki, möminlər qalib gəlmişdilər və onların qəbir üzərində Allaha ibadət məqsədi ilə məscid tikmələri onların Allah bəndələri olmalarını bir daha sübut etdi.
    Əgər, həqiqətən, övliyaların qəbri üzərində və yaxud kənarında məscid tikmək haram sayılırsa, nəyə görə möminlər belə bir təklif irəli sürdülər? Nəyə görə Quranda du hədis nəql edilərkən, Allah möminləri tənqid etmir. Quranda bir işin tənqidsiz və etirazsız nəql olunması onun düzgünlüyünə, haram olmamasına dəlil deyildirmi? Allah müşriklərin əməllərindən danışırsa, mümkün deyil ki, onları tənqid etməsin. Belə sübut üsul elmində "Təqrir” adlanır. Bu iş dünyada möminlər arasında davam etmiş və qəbir sahibinə bir növ ehtiram əlaməti olmuşdur. Yaxşı olardı ki, vəhhabilər hədisə əsaslanmamışdan qabaq Qurana nəzər salıb, sonra hədisə müraciət edəydilər.
    İndi isə vəhhabilərin dəlillərini araşdırırıq.
    Vəhhabilər övliyaların məzarı kənarında məscid
    tikməyi haram edərkən nəyə əsaslanırlar?
    Vəhhabilər bir neçə hədisə əsaslanmaqla övliyaların qəbri kənarında məscid tikməyi haram etmişlər. Biz bu hədisləri bir-bir araşdırırıq: Buxari "Səhih” kitabında "Yukrəhu min ittixazul-məsacidi ələl-qübur” fəslində bu haqda iki hədis nəql edir:
    1) "Həsən ibn Həsən ibn Əli vəfat etdikdən sonra həyat yoldaşı onun qəbri üzərində çadır qurdu. O, bir ildən sonra bu çadırı götürdü. Bir nəfər soruşdu: "İtirdiklərini tapıblar?” Başqa bir nəfər cavab verdi: "Yox, ümidsiz olub vəziyyətlərini dəyişdilər”.
    2) "Allah yəhudiləri və məsihiləri peyğəmbərlərin qəbirlərini məscid etdiklərinə görə öz rəhmətindən uzaqlaşdırdı. Ayişə deyir: Əgər Peyğəmbərin qəbrinin məscid olmasının qorxusu olmasaydı, müsəlmanlar onun qəbrini açıq yerdə (hasara alınmamış) dəfn edərdilər. Lakin qorxuram, Peyğəmbərin qəbrini məscid etsinlər”.(Səhih Buxari”, Cənaiz kitabı, c. 2, s. 88. Sünəni-Nəsai, c. 3, Cənaiz kitabı, s. 871. )
    Müslüm ikinci hədisi "Səhih” kitabında qısa şəkildə nəql edir.
    3) "Xəbərdar olun! Sizdən qabaqkılar peyğəmbərlərin və övliyaların qəbirlərini məscid etdilər. Siz heç vaxt qəbirləri məscid etməyin, mən sizi bu işdən çəkindirirəm”.("Səhih Müslim", c. 2, s. 68. )
    4) "Ümmi Həbibə və Ümm Sələmə (Peyğəmbərin həyat yoldaşları) Həbəşistanda hicrət zamanı peyğəmbərin (Həzrəti İsanın) təsvirini gördülər. Peyğəmbər (s) buyurdu: "Burada bir xeyirxah adam rəhmətə gedəndən sonra insanlar onun qəbri üzərində məscid tikib şəklini (rəsm əsərilə) çəkərdilər. Onlar Qiyamət günü ən pis adamlardır”.("Səhih Müslim", "Əl-Məsacid” kitabı, c. 2, s. 66. )
    Nəsai "Sünən” kitabında "Ətəğlizü fi ittixazis-suruci ələl-quburi” fəslində İbn Abbasdan belə nəql edir: "Allahın Rəsulu qəbirləri ziyarət edən qadınlara, qəbri məscid qərar verən şəxslərə və qəbir üzərində şam (çıraq) yandıranlara lənət göndərib”.
    İbn Teymiyyə belə əqidələrin banisi olmuş və Məhəmməd ibn Əbdül Vəhhab həmişə onun əqidəsindən bəhrələnmişdir.
    O həmişə hədisi belə təfsir edirdi: "Övliyaların məzarı kənarında məscid tikmək düzgün deyil”.
    İbn Teymiyyə belə yazırdı:
    "Bizim alimlərimiz qəbrin üzərində məscid tikməyə icazə vermirlər”.(Ziyarətül-qübur, s. 106. )
    Gəlin hədisi araşdıraq.
    İlk növbədə həqiqi mənanı və əsl mətləbi başa düşmək lazımdır. Bir ayə başqa bir ayə ilə təfsir olunduğu kimi, eləcə də bir hədisi başqa bir hədis vasitəsilə təfsir etməklə şübhəni aradan qaldırmaq olar.
    Vəhhabilər yalnız bir hədisə əsaslanaraq qəbrin üzərində və kənarında məscid tikməyi haram bilirlər. Onlar bütün hədislərə diqqət yetirsəydilər, Peyğəmbərin hədisdə nə səbəbə lənət göndərdiyini anlayardılar. Bunlar öz üzlərinə "ictihad” qapısını bağladıqlarından bir çox hədislərin mənasında xətaya uğraışlar. Hədislərə əsaslanmaq o zaman düzgün olar ki, onları söyləyən, rəvayət edən ravilər düzgün, imanlı adam olsunlar.
    Əks halda, belə hədislərə istinad etmək olmaz. Hədislərin sənədi haqqında bəhs etmək çox vaxt aparar. Buna görə də yalnız hədisin mövzusu haqqında bəhs etməli olacağıq.
    Burada bizim fikirlərimiz
    Biz hədisdən nəticə çıxarmaq üçün əvvəlcə yəhudi və məsihilərin peyğəmbərlərin məzarları kənarında gördükləri işlərdən xəbərdar olaq. Çünki əziz İslam Peyğəmbəri yəhudi və məsihilərin gördüyü işlərdən bizi çəkindirib. Əgər onların əməllərinin nəticəsindən xəbərdar olsaq, sözsüz ki, İslamda haramın həddi-hüdudu bilinəcək.
    Başqa hədislərdə yəhudilər və məsihilər haqqında belə deyilir: "Onlar Peyğəmbərlərin qəbirlərini qibləgah etdilər və həqiqi qiblədən üz döndərdilər. Allaha ibadət etmək əvəzinə, peyğəmbərlərə ibadət etdilər və onları Allaha şərik sandılar.”
    Əgər pak övliyaların qəbirləri kənarında məscid tikməklə müsəlmanlar oranı qibləgah edib, onlara ibadət etmirlərsə, bu hədislərdən qəbir üzərində məscid tikməyin haramlığını isbat etmək üçün istifadə edə bilmərik. Əksinə, müsəlmanlar bir olan Allaha ibadət edir və namaz qılarkən üzü Kəbəyə (qibləyə) dayanırlar.
    Övliyaların qəbri kənarında isə məscidi təbərrük kimi tikirlər.
    Deməli, aydın oldu ki, qəbri qibləgah edib ölülərə ibadət etdikdə, üzərində məscid tikmək haramdır. Bundan qeyri-sürətdə isə, (məs: təbərrük kimi) bunun heç bir eybi yoxdur. Yuxarıda qeyd olunan hədisdə də elə əsas məsələ budur.
    1 − Səhih Müslimin rəvayətində (dördüncü hədis) bu məsələ daha da bəlli olur. Peyğəmbərin iki həyat yoldaşı Həbəşistan kilsəsində onun şəklini gördükdə Allahın Rəsulu onlara buyurmuşdur: "Burada pak adam vəfat edərsə, onun qəbri üzərində məscid tikib şəklini həmin məscidə vurarlar”.
    Onlar (məsihi və yəhudilər) qəbri qibləgah edib ibadət etdiklərinə görə övliyaların şəklini məscidə (kilsəyə) vurur və bu təsviri büt edərək ona səcdə edib ibadət edirdilər.
    Bu hədisdə verilən ehtimallara görə, çox güman, belə adamlar məsihilər olub. Çünki onlar həmişə insana (Həzrəti İsaya) ibadət etməklə bütün kilsələrdə onun şəklinə və heykəlinə təzim ediblər. Məsihilərin bu əməllərinə görə heç vaxt övliyaların qəbri kənarında məscid tikmək haram sayılmaz. Çünki hal-hazırda belə məscidlərdə məsihilər deyil, əksinə, müsəlmanlar ibadət edirlər.
    2 − Əhməd ibn Hənbəl "Müsnəd”də və imam Malik "əl-Müvəttə” kitabında yuxarıdakı hədisin ardınca Peyğəmbərdən bu kəlməni nəql edirlər: "İlahi, mənim qəbrimi ibadət olunan büt qərar vermə”.(Müstədi-Əhməd, c. 3, s. 248. )
    Bu cümlədən belə aydın olur ki, onlar (məsihi və yəhudilər) məzarlara bütpərəstlər kimi səcdə edir və peyğəmbər şəklini qibləgah qərar verirdilər.
    3 − Ayişə Peyğəmbərdən hədisi (ikinci hədisi) nəql etdikdən sonra deyir: "Əgər Peyğəmbərin qəbrinin səcdəgah olmaq qorxusu olmasaydı, müsəlmanlar onu (qəbrin ətrafında divar olmayan) açıq yerdə dəfn edərdilər”. İndi belə bir sual meydana çıxır ki, qəbrin ətrafında divar tikmək nələrin qarşısını ala bilər? Sözsuz ki, qəbirdən səcdəgah, qiblə və yaxud büt kimi istifadə etməyin qarşısı alınar.
    Lakin, qəbrin kənarında ona sitayiş edilməzsə və qiblə təyin olunmazsa, namaz qılmağın heç bir maneəsi yoxdur. Müsəlmanlar on dörd əsr Peyğəmbərin (s) məzarının kənarında üzü qibləyə namaz qılmışlar.
    Ümmül-möminin Ayişənin sözündən belə bəlli olur ki, Peyğəmbərin (s) qəbrindən məscid (səcdəgah) kimi istifadə olunmaması və gözlərə göstərilməməsi üçün qəbrin ətrafı divarla hörüldü. Bu divar hansı maneənin qarşısını ala bilər?
    1) Qəbrin büt halına düşüb, insanların ibadətgahına çevrilməməsi üçün bu divar məzarın gözlərə görünməməsinə mane oldu.
    2) Əgər Peyğəmbərin (s) məzarı açıq yerdə olsa idi insanların qibləgahına çevrilərdi. Gözə görünən şey Kəbə evindən fərqli olaraq (Kəbə bütün müsəlmanların qanuni qibləsidir) onların səcdəgahı ola bilərdi.
    Məzar gözə görünməyən halda belə bir ehtimal azdır. Bu səbəbdən ümmül-möminin demişdir: "Qəbrə səcdə etməkdən qorxmasaydım, onu açıq yerdə dəfn edərdim.” Deməli, məzarın açıq yerdə olması nəticəsində onun qibrəyə və ya bütə çevrilməsi daha çox məntiqə uyğundur.
    4) Buxari və Müslimin "Səhih” kitablarında hədisi şərh edənlərin çoxu hədisi yuxarıda dediyimiz mənada təfsir etmişlər.
    Qəstəlani "İrşadus-sari” kitabında yazır: "Yəhudilər və məsihilər övliyaların xatirələrini qoruyub saxlamaq üçün onların şəkillərini qəbirlərinə vururdular. Bu qəbirlərin kənarında Allaha ibadət edirdilər. Sonrakı nəsillər yollarını azıb, şəkilə səcdə etdilər.”
    Beyzavi təfsirindən belə nəql edirlər: "Yəhudilər və məsihilər peyğəmbərlərin məzarlarına çox ehtiram etməklə yanaşı, bunları öz qiblələri seçmişdilər. Qəbirləri büt edib onun müqabilində namaz qılırdılar. Müsəlmanlar bu işlərdən çəkindirildilər. Amma əgər bir nəfər övliyaların qəbri kənarında təbərrük üçün (onlara ibadət etmək üçün yox) namaz qırarsa, günahkar sayılmayıb bu hədisin ona aidiyyəti olmaz.”(İrşadüs-sari. İbn Həcər. Fəthül-Bari, c. 3, s. 208-də deyilir: Kitab əhli (yəhudi və məsihi) kimi qəbirlərə qarşı rəftar qadağan olunub. Başqa hallarda bu iş qadağan və nəhy olunmayıb. )
    Qəstəlanidən başqa "Sünəni-Nəsai” kitabını şərh edən əllamə Sənədi də bu mətləbə işarə edib belə yazmışdır: "Qəbir üzərində məscid tikmək haram və məkruh ola bilər. Əgər qəbri qibləgah edərlərsə, haram sayılır, əks halda məkruhdur. Çünki qibləgah qərar verməklə qəbir sahibinə ibadət olunur.”(Sünəni-Nəsai, c. 2, s. 41. )
    Başqa bir yerdə deyilir: O, öz ümmətinə yəhudi və məsihilər kimi peyğəmbərlərin qəbirləri ilə rəftar etməyi qadağan edib. Çünki onlar ehtiram üçün qəbrə səcdə edib, onu qibləgah kimi qəbul edirdilər.(Sünəni-Nəsai, c. 2, s. 41.)
    Müslimin "Səhih” kitabını şərh edən bu haqda deyir: "Peyğəmbər (s) istəmirdi ki, qəbri məscidə dönsün. Çünki müsəlmanlar qəbri ziyarət edərkən ifrata yol verib küfr edərdilər. Bu səbəbdən müsəlmanlar Peyğəmbərin (s) dəfn olduğu yeri, həyat yoldaşlarının və Ayişənin otağını divarla hördülər. Məzar görsənməklə müsəlmanlar ona səcdə edə bilərdilər. Ümmül-möminin Ayişənin də sözü buna işarədir.”
    Şarih (şərh edən) deyir:
    "Ayişə bu sözü deyəndə, məscidin sahəsi çox böyük deyildi. Məscidin sahəsi böyüdükcə müsəlmanlar üzü qəbrə namaz qılmamaq üçün otağı üçbucaq şəklində düzəltdilər. Çünki yəhudilər və məsihilər Allaha şərik qoşmaqla qəbirlərə ibadət edirdilər.
    Bu faktlardan istifadə edib səhv hökm vermək olmaz.
    Biz bütün bunlara göz yumub, bu işi başqa yolla həll edirik.
    1) Məscid qəbrin üzərində tikilərsə, hədisin mənası buna aid ola bilər. Lakin bütün yerlərdə imamların və övliyaların hərəmləri, yəni dəfn olunduğu yerlər məsciddən ayrıdır.
    Başqa sözlə desək, hərəm ziyarət və təvəssül etmək üçün, məscid isə Allaha ibadət edib namaz qılmaq üçündür. Belə olan halda hədisin mənası bu müqəddəs yerlərə aid deyil
    Qəbrin kənarında məscid tikmək necə məkruh və haram sayıla bilər bir halda ki, Məscidün-Nəbi Peyğəmbərin qəbri kənarındadır. Bu məscidi indi də hamımız öz gözlərimizlə görürük.
    Əgər səhabə parıldayan ulduz olub onlardan təqlid etməliyiksə, nəyə görə bu kimi işlərdə onlara təqlid etməməliyik? Onlar məscidin sahəsini böyüdərək Peyğəmbərin və Şeyxeynin qəbirlərini məscidin ortasında yerləşdirdilər. Əgər, həqiqətən, övliyaların məzarı kənarında məscid tikmək düzgün sayılmırsa, nə üçün müsəlmanlar məscidin sahəsini böyüdərkən qəbri ortada yerləşdirdilər?
    Əvvəllər Peyğəmbərin qəbri məscidin şərq tərəfində yerləşirdi. Sonralar məscidin qərb tərəfi böyüdükcə Peyğəmbərin qəbrini əhatə etdi.
    Vəhhabilər özlərini "sələfi” adlandırıb, keçmişdəkilərin yolunu davam etdirirlərsə, bəs niyə görə bütün əməllərdə bunu etmirlər?
    Buradan məlum olur ki, İbn Qeyyimin "İslamda qəbirlə məscidin bir yerdə olması düz deyil” nəzəriyyəsi nə qədər əsassız və müsəlman adət-ənənələrinə ziddir!...
    Bu hədislərdə Peyğəmbərin övliyaların məzarı üzərində məscid tikməkdən müsəlmanları çəkindirməsi bəlli olur. Lakin bu nəhyin haram olmasına heç bir sübut yoxdur. Əksinə, bu nəhy hədislərdə kərahət mənasına işlənib. Buxari də öz kitabında hədisləri bu ünvana yönəltmişdir: "Yukrəhu min ittixazil məsacidə ələl-qubur.” "Qəbirlərin üzərində məscid tikmək məkruhdur.”(Səhih Buxari, c. 2, s. 111. )
    Başqa bir cəhətdən, bu hədislərin bəzisində qəbirləri ziyarət edən qadınlara mənət göndərilmişdir.(Sünəni-Nəsai, c. 3, s. 77. Misir çapı. )
    Şübhəsiz ki, bir sıra məsələlərə görə qadınların qəbirləri ziyarət etməsi məkruh sayılır (haram yox). Əgər Peyğəmbər bu dəstəni lənətləyirsə, bu işin haram olmasına dəlalət etmir. Çünki, bir çox rəvayətlərdə bəzi məkruh əməllərə aludə olmun adamlar lənətlənmişdir. Lənətlənməkdən məqsəd məkruhluğun şiddətini və Allahın rəhmətindən çox-çox uzaq olmasını göstərir. Məsələn, hədislərdə tək səfərə çıxanlar, tək yemək yeyənlər, tək yatanlar lənətlənmişdir. Amma bunların heç biri haram deyildir. Bu yalnız məkruhluğun dərəcəsini bildirir.
    Nəhayət xatırlamaq istəyirik ki, övliyaların məzarı üzərində məscid tikmək İslamın əvvəllərində geniş yayılmışdır.
    Səmhudi deyir:
    "Əli (ə)-nin anası Fatimə bint Əsəd vəfat edərkən Peyğəmbər onun bir məscidin məhəlləsində dəfn olunmasına göstəriş verdi. İndi o məscid "Fatimə qəbri” adlanır. Sonralar bu qəbir məscid şəklinə düşdü.”(Vəfaül-Vəfa, c. 3, s. 897.)
    Müsəb ibn Ümeyr və Abdullah Cəhş, Həmzənin qəbri üzərində tikilmiş məsciddə dəfn olunmuşlar.
    İkinci əsrdə (Hicri tarixi ilə) Həmzənin məzarı üzərində məscid var idi. Sonralar, vəhhabilərin hakimiyyəti illərində həmin məscid onlar tərəfindən uçuruldu.(Vəfaül-Vəfa, c. 3, s. 922-936. )
    Category: Vəhhabi məzhəbi | Added by: Islam_Kitabxanasi
    Views: 912 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024