İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Vəhhabi məzhəbi

    Vəhhabi məzhəbi
    2012-04-08, 8:34 AM
    Dördüncü vəsil
    Kitab və sünnə baxımından möminlərin məzarının ziyarət edilməsi
    İslam biliciləri Quran ayələrinə və hədislərə əsaslanaraq övliyaların, peyğəmbərlərin qəbirlərini ziyarət etməyə icazə vermiş, üstəlik bu işin fəzilətli əməl olduğunu iddia etmişlər. Vəhhabilər məzarların əsl ziyarətini haram bilmirdilər, lakin qəbir ziyarəti üçün səfərə çıxmağı haram hesab edirlər. Biz ziyarətin mahiyyəti haqqında bəhs etdikdən sonra ziyarətə görə səfərə çıxmaq barədə də söhbət açacağıq.
    Ziyarət
    Qəbirləri ziyarət etməyin əxlaqi və tərbiyəvi əhəmiyyəti vardır, biz bunlardan bir neçəsinə diqqət yetiririk:
    Bütün varlı və kasıbların, güclü və gücsüzlərin sükuta qərq olmuş üç parçadan ibarət ağ paltarla aram məkanda (yəni qəbirdə) yatanlarını müşahidə etməklə insan ürəyi lərzəyə gəlir, tamahı bu dünyadan azalır. Əgər insan bu aram məkanlara (qəbirlərə) ibrət gözü ilə baxsa, özündə çox dəyişikliklər edər və öz-özünə deyər: Altmış, yetmiş il müvəqqəti yaşayışın sonu torpaqlar altında çürüməklə nəticələnirsə, onda bu dünyada başqalarına və özünə zülm etməklə var-dövlət yığmağın heç bir faydası yoxdur.
    Sükuta qərq olmuşların məkanını müşahidə etmək ən bərk ürəklərin belə yumşalmasına, qulaqların haqqı eşitməsinə, gözlərin ilahi nurunu görməsinə, insanın öz həyat tərzində dəyişikliklər etməklə Allah və onun bəndələri qarşısında ağır məsuliyyətlərini, fərdi və ictimai vəzifələri fikirləşib yerinə yetirməsinə səbəb olur.
    Əziz Peyğəmbər hədisdə buna işarə edərək buyurur: "Qəbirləri ziyarət edin, çünki bu, sizlərə başqa aləmi (axirəti) xatırladar.”(İbn Macə, "Səhih”, c. 2, s. 213. )
    Qəbirləri ziyarət etməyin fəziləti çox aydın olduğuna görə sübuta ehtiyac yoxdur. Lakin inanmayan adamlar üçün bəzi sübutları dəlil gətiririk.
    Quran və qəbirlərin ziyarət edilməsi
    Quran Peyğəmbərə münafiq cənazəsinə namaz qılmağa və qəbri kənarında oturmağa açıq-aşkar icazə vermir:
    "Onlardan (münafiqlərdən) ölən heç bir kəsin namazını heç vaxt qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun peyğəmbərini dandılar və fasiq olaraq öldülər.”(Tövbə surəsi, 84-cü ayə. )
    Bu ayədə Allah münafiqlərin şəxsiyyətini alçaltmaq və bu dəstəni tənbeh etmək üçün Peyğəmbərə belə bir göstəriş vermişdir:
    1 − Münafiqlərin cənazəsinə namaz qılmaq olmaz.
    2 − Onların qəbirlərinin başı üstündə durmaq qadağandır.
    Bu ayədə münafiqlərə işarə olunmaqla, qeyri-münafiqlər (müsəlman və möminlər) haqqında bu iş bəyənilmiş və yaxşı əməllərdən sayılmışdır.
    Bu ayədə "qəbrinin başında durma” kəlməsində məqsəd nədir? Tənha dəfn vaxtı münafiqin başı üstündə durmağa icazə verilirmi? Bu, mömin və müsəlmanlara da aiddirmi? Və yaxud dəfndən sonra cənazənin başı üstə durmaq olarmı?
    Bəzi təfsir alimləri ayəni "dəfn vaxtı cənazənin başı üstə durmaq olmaz” kimi təfsir etmişlər. Lakin Bəyzavi kimi başqa təfsir alimləri bu ayəni ümumi nöqteyi-nəzərdən belə açıqlayırlar:
    "Dəfn və ziyarət vaxtı qəbrin yanında durmaq düzgün deyil.”(Bəyzavinin təfsini, c. 3, s. 77. ) Ayənin mənasına diqqət yetirsək, geniş və ümumi mənada olduğu (dəfn və ziyarət vaxtı qəbrin başı üstə durmamağı) dərk edərik.
    Çünki ayənin mənası iki cümlədən ibarətdir:
    1. "Onlardan (münafiqlərdən) ölən heç bir kəsin namazını heç vaxt qılma...”
    "Heç bir kəs” kəlməsi inkar cümləsində gəlib və hamıya aiddir.
    "Heç vaxt” sözü qeyri-müəyyən zamanda işlənmişdir. Cümlənin mənası belədir: Münafiqlərdən heç birinin heç vaxt namazını qılma.
    Bu iki kəlməyə diqqət yetirsək, görərik ki, cümlənin xüsusiliyi bildirilmir. Çünki namaz dəfndən qabaq bir dəfə vacib olur. Əgər meyit namazı nəzərdə tutulsaydı, onda "heç vaxt” kəlməsi işlənməzdi. Lakin bu kəlam bütün münafiq şəxslərə aid olduğundan yuxarıdakı nəzəriyyə (meyit namazı) tamamilə səhvdir. Çünki "heç kimə namaz” kəlməsi ümumidir, yəni bu ayə bütün müşriklərə aiddir. Bundan əlavə, "heç vaxt” sözü zamanın qeyri-müəyyənliyini və əbədiliyini bildirir.
    Məsələn: "Sizə Peyğəmbərdən sonra onun zövcələri ilə heç bir vaxt evlənmək əsla yaraşmaz...”(Əhzab surəsi, 53-cü ayə. )
    Deməli, cümlənin birinci mənası belədir: Heç bir münafiqə namaz qılmaqla və yaxud başqa əməllə onun günahlarının bağışlanmasını istəmə.
    2 − "Qəbrin başında durma...”.
    Bu cümlənin özündən qabaqkı cümlə ilə bağlılığı var. Çünki, bağlayığı ilə birləşdirilmiş sözdə işlənən qeyd kəlməsi bağlayıcının özünə də aiddir.
    Belə olan halda dəfn, cənazənin başı üstündə durmaq nəzərdə tutulmur. "Heç bir kəs” kəlməsi birinci surətdə bütün münafiqlərə aid olduğu kimi, zamanın əbədiliyini bildirir.
    Allah Peyğəmbəri münafiqlər üçün rəhmət istəməkdən, namaz qılmaqdan, dua etməkdən, qəbirlərinin başı üstündə dayanmaqdan istər dəfndən qabaq, istər dəfndən sonra bu iki kəlmə ilə ("namaz qılma” və "qəbrin başı üstündə dayanma”) çəkindirmişdir. (Hər zaman dua etmək və qəbrin başı üstündə durmaq) ancaq möminlərə aiddir. Bir neçə il əvvəl vəfat etmiş möminin məzarı üstündə oxunan Quran və dua qəbul olunur. İndi isə hədis və rəvayət nöqteyi-nəzərindən qəbirləri ziyarət etməyin fəziləti haqqında məsələləri araşdıraq.
    Hədislər və qəbirlərin ziyarət edilməsi
    Səhih və sünnə kitabları müəlliflərinin nəql etdikləri İslami hədislərdə deyilir: Əziz İslam Peyğəmbəri bəzi səbəblərə görə müsəlmanları qəbirləri ziyarət etməkdən çəkindirmiş, sonradan buna icazə vermişdir.
    Ola bilsin, keçmişdə (İslamdan qabaq) ölənlərin çoxu müşrik və bütpərəst olduğuna görə İslam dini bütpərəstlərlə, müşriklərlə əlaqəni kəsmək üçün, məzarları ziyarət etməyi nəhy etmişdir. Daha başqa bir səbəb bu ola bilər ki, İslamı yeni qəbul etmiş müsəlmanlar qəbir üstündə əxlaq və ədəbdən uzaq sözlər daşınırdılar. İslam inkişaf etdikgə, iman nuru insanların qəlbində işıqlandıqca bu "nəhy və qadağan” aradan götürüldü.
    Bu ziyarətin tərbiyəvi tərbiyəvi təsiri olduğu üçün Peyğəmbər (s) müsəlmanları bu işə sövq etdi.
    Müəlliflər səhih və sünnə kitablarında nəql edirlər:
    Peyğəmbər (s) buyururdu: "Mən sizləri qəbirləri ziyarət etməkdən çəkindirmişdim. Bundan sonra qəbirləri ziyarət edin, çünki məzarları ziyarət etmək dünyanı sizin gözünüzdə alçaldar, axirəti yadınıza salar.”(Sünəni-İbn Macə (Hindistan çapı). "Ma caə fi ziyarətil-qəbr” fəsli, c. 1, s. 114. Səhihi-Tirmizi, "Əl-Cənaiz” fəsli, c. 3, s. 274. İbn Ərəbil-Malikinin şərhi ilə birlikdə. (Livan çapı). Tirmizi hədisi Büreydədən nəql etdikdən sonra deyir: "Büreydənin nəql etdiyi hədis səhih və düzgündür. Elm əhli bu hədisə əməl etməklə qəbri ziyarət etməyin heç bir maneəsi olmadığını iqrar edir. İbn əl-Mübarək, Şafei, İshaq və s. alimlər də bu fikirdədirlər. Aşağıdakı məxəzlərə müraciət edə bilərsiniz: a) Səhihi-Müslim "İstəhənün-Nəbi Rəbbəhü əzzə və cəllə fi ziyarəti qəbri ümmihi” fəsli, c. 3, s. 65. b) Səhihi-Müslim, "Əl-Cənaiz” kitabı, "Ziyarətül-qübur” fəsli, c. 2, s. 195. v) Səhihi-Müslim, "Əl-Cənaiz” kitabı, "Ziyarətül-qübur” fəsli, c.4, s. 73. )
    Elə bu səbəbdən, Peyğəmbər insanlara qəbirləri ziyarət etməyi bildirməklə yanaşı, özü də, anasının qəbrini ziyarət edirdi. Çünki məzarı ziyarət etmək insana axirəti xatırladır. İndi bu hədisi sizə nəql edirik:
    Peyğəmbər anasının qəbrini ziyarət edib ağlayırdı, ətrafında ağlayan insanlara buyurdu: anamın qəbrini ziyarət etmək üçün Allahdan icazə almışam, siz də qəbirləri ziyarət edin, bu əməllə siz Allahı yad edirsiniz.”(Səhihi Müslüm "İstəzənün-Nəbi Rəbbəhu əzzə və cəllə fi ziyarəti qəbri ümmihi”, c. 3, s. 114. hədisi nəql edən ravilərin əqidəsinə görə, güya Peyğəmbərin anası müşrik olubmuş. Buna görə də Peyğəmbər qəbri ziyarət etmək üçün Allahdan izn istəyibmiş. Əslində isə belə deyil. Peyğəmbərin bütün cəddi-əcdadı, ata-anası tövhid əhli olmuş və İbrahim peyğəmbərin dininə itaət etmişlər. Elə buna görə də bu hədisin elmi cəhətdən heç bir əsası yoxdur. Sünəni Əbi Davud. "Əl-Cənaiz” kitabı, c. 2, s. 195. Əzhər alimlərindən olan şeyx Əhməd Sədin əlavə qeydləri ilə birlikdə Səhihi-Müslim, "Əl-Cənaiz” kitabı, "Ziyarətü qəbri müşrik”, c. 4, s. 74. )
    Ayişə deyir: "Allahın Rəsulu məzarları ziyarət etməyi icazə verdi” / Səhihi-İbn Macə, c. 1, s. 114/.
    Peyğəmbər Ayişəyə qəbirləri necə ziyarət etməyi bildirib buyurdu: "Allah-taala mənə Bəqi qəbiristanlığına gedib ölülərin günahlarının bağışlanması üçün dua etməyi göstəriş verdi.”
    Ayişə dedi:
    − Mən necə ziyarət etməliyəm?
    Peyğəmbər (s) buyurdu:
    − Bu duanı (qəbiristanlığın) mömin və müsəlman əhlinə salam olaraq verərsən. Sonra deyərsən: "İlahi, bizim ölənlərimizə rəhmət elə. Biz də tezliklə sizlərə qovuşacağıq.”
    Peyğəmbər (s)-in daha başqa kəlmələrlə qəbri ziyarət etməsi hədislərdə nəql olunub.
    Qadınların qəbirləri ziyarət etməsi.
    Bəzi rəvayətlərdə Peyğəmbər (s)-in qadınların qəbri ziyarət etməsini qadağan etdiyi nəql olunur.
    "Allahın Rəsulu (s) ziyarət edən qadınlara lənət göndərib.”(Səhihi-İbn Macə. "Əl-Cənaiz” kitabı. "Ma caə fin-nəhyi ən ziyarətin-nisai əl-qübur”, c. 1, s. 478. )
    Lakin bu hədisə əsaslanmaqla ziyarəti qadınlar üçün haram etmək bir neçə səbəbdən düzgün deyil:
    1. Bir çox alimlər bu çəkindirmənin məkruhluğa aid olduğunu söyləyirlər. Bu məkruhluq o dövrə aiddir.
    "Miftahül-Hacət” kitabının müəllifi "Səhihi-İbn Macə” kitabının şərhində yazır: "Alimlər bu (Peyğəmbərin qadınları ziyarətdən çəkindirməsi) haqda iki nəzəriyyə irəli sürüblər:
    Qadınların məzarı ziyarət etməsini Peyğəmbər (s) haram dərəcəsində buyurmuşdur, yoxsa məkruh? Lakin bir çox alimlərin əqidəsi budur ki, əgər qadın fitnə(Fitnə törətməkdən məqsəd budur ki, qadınlar daha emosional və tez təsirlənən olduğuna görə çox vaxt hisslərinin qarşısını ala bilmirlər. O cümlədən, əgər bir qadın yaxın adamı rəhmətə gedərsə və yaxud yaxın adamının qəbrinin ziyarətinə dedərsə, bərkdən ağlayar, saçına və üz-gözünə əl atar. Bu da İslamda bəyənilməyib və şəriət bu əmələ icazə vermir (mütərcim). ) törətməzsə ziyarət edə bilər.
    2. Keçən hədislərdə(İbn Macənin şərhi, c. 1, s. 114 (Hindistan çapı). ) Ayişə Peyğəmbərin qəbirləri ziyarət etməyə icazə verdiyini nəql etmişdir. Əgər qadınlar bu hökmdən istisna olsaydı, kişilərə məxsus olduğunu qeyd edərdi. Halbuki bu hədisi nəql edən özü də qadındır. Hər bir hökm verən çox yaxşı bilir ki, hökm və təklif kimə aiddir.
    3. Bəzi hədislərdə Peyğəmbərin Ayişəyə necə ziyarət etməyi öyrətməsi nəql olunur.(Yeddinci hədisə müraciət edin. ) Ayişənin özü də Peyğəmbərdən sonra qəbirləri ziyarət edərdi.
    4. Tirmizi nəql edir:
    "Ayişənin qardaşı Əbdürrəhman ibn Əbu Bəkr Hübşidə vəfat etdi, onun cənazəsini Məkkə şəhərinə gətirib dəfn etdilər. Bacısı Ayişə Mədinədən Məkkəyə qayıdarkən qardaşının qəbrini ziyarət etməyə gedib, iki beyt şer və başqa cümlələrlə orada əzadarlıq etdi.(Səhihi-Tirmizi, "Əl-Cənaiz” kitabı, "Ma caə fi ziyarətil-qübur” fəsli, c. 4, s. 275.)
    "Səhihi-Tirmizi” kitabını şərh edən imam Hafiz ibn əl-Ərəbi (435-ci h. ilində anadan olub, 543-cü h. ilində vəfat edib) (1015-1122) yazır: Daha doğrusu budur ki, Peyğəmbər qəbri ziyarət etməyi həm kişilərə və həm də qadınlara icazə verdi. Lakin bəziləri qadınların qəbir üstündə səbrsiz olduqlarına və hicaba riayət etmədiklərinə görə bu əməlin məkruh olduğunu söyləmişlər.
    5. Buxari Ənəsdən belə nəql edir: "Peyğəmbər (s) əzizinin qəbri üstündə ağlayan qadın görüb buyurdu: "İmanlı və səbrli ol.”
    O qadın Peyğəmbəri tanımadığı üçün dedi:
    "Əl çək məndən, mənim başıma gələn müsibət sənin başına gəlməyib.”
    Qadına o şəxsin Peyğəmbər olduğunu dedikdə tez əzizinin qəbrini tərk edib Peyğəmbərin evinə gəldi, ondan üzr istəyib dedi: − Məni bağışlayın, sizi tanımadım.
    Peyğəmbər buyurdu:
    "Müsibət vaxtı səbr etmək çox yaxşıdır.”(Səhihi-Buxari, "Əl-Cənaiz kitabı, "Ziyarətül-qübur” fəsli, s. 100. Səhihi-Əbi Davud, c. 2, s. 121. )
    Əgər qəbirləri ziyarət etmək qadınlara haram olsaydı, onda Peyğəmbər (s) qadını bu işdən çəkindirərdi. Lakin o, qadına səbr etməyi məsləhət bildi.
    6. Əziz Peyğəmbərin qızı Fatimə (s) hər cümə günü əmisi Həmzənin qəbrini ziyarət etməyə gedər və qəbrin kənarında namaz qılardı(Müstədrək Hakim, c. 1, s.377, Vəfaül-Vəfa, c. 2, s.112. )
    Yeddinci: Qurtubi deyir:
    7. Peyğəmbər tez-tez qəbiristanlığa ziyarətə gedən qadınlara lənət göndərmişdir. Çünki hədisdə "ziyarət” kəlməsi çoxluq(Sünəni-Əbi Davud, c. 2, s. 196. )mübaliğə şəkilçisi ilə işləndiyi üçün belə fikir irəli sürmək olar. Bəlkə də, qadınların tez-tez ziyarət etməsi həyat yoldaşının haqqının tapdalanmasına, hönkürtü ilə ağlayıb dad-fəryad etdiklərinə səbəb olduğu üçün lənət göndərilmişdir. Əgər qadınlar belə bir nöqsana yol verməsələr, onların ziyarət etmələrinin heç bir eybi yoxdur. Çünki ölünü yad etmək kişilərə və qadınlara aidir.
    8. Əgər qəbri ziyarət etməklə insan dünyadan əl çəkib axirəti yadına salırsa və bir tərəfdən də əli hər yerdən üzülmüş qara torpaqlar altında yatan cənazəyə xeyri varsa, onda nə üçün bu ələm haram olmalıdır? Müsəlmanlar qəbirləri ziyarət edərkən "Fatihə” və sair dualar oxumaqla yatan hər bir şəxsin əzizi üçün gözəl bir hədiyyədir.
    İbn Macə "Səhih” kitabında nəql edir:
    Peyğəmbər buyurdu: "Öz ölüləriniz üçün "Yasin” surəsini oxuyun.”(Səhihi-İbn Macə, "Əl-Cənaiz” fəsli, 4-cü fəsil. )
    Belə olan halda ziyarət etməyə görə qadınla kişi arasında nə kimi fərq ola bilər?
    Möminlərin qəbirlərini ziyarət etmək bizim üçün bəlli oldu. İndi görək məzhəbi şəxslərin (övliyaların, pak adamların) qəbirlərini ziyarət etməyin nə kimi xeyirli cəhətləri vardır.
    Category: Vəhhabi məzhəbi | Added by: Islam_Kitabxanasi
    Views: 686 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024