İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Etiqat » Vəhhabi məzhəbi

    Vəhhabi məzhəbi
    2012-04-08, 8:32 AM
    Yeddinci fəsil
    İlahi övliyalara(Allah dərgahına yaxın olan bəndələr) təvəssül olunması
    İlahi övliyalara təvəssül etmək düyna müsəlmanlarının qəbul etdiyi məsələlərdən biridir. Həzrəti Məhəmməd (s) Peyğəmbər İslamı təbliğ etdiyi gündən bu məsələni (təvəssül) buyurduğu hədislərlə sübuta yetirmişdir. Yalnız hicri-qəməri tarixinin VІIІ əsrində İbn Teymiyyə bu əməli inkar etmişdir. İki əsr sonra isə Məhəmməd ibn Əbdül Vəhhab təvəssül etməyin əleyhinə çıxdı və bunu bidət(Dinə sonradan yenilik gətirmək. ), haram, övliyalara ibadət adlandırdı. Sözsüz ki, Allahdan başqasına ibadət etmək şirk və haram sayılır.
    Biz başqa yerdə ibadət haqqında bəhs edəcəyik. Yalnız bir yerdə övliyalara təvəssül etmək ibadət və şirk sayılıb və bunu izah edəcəyik. Qalan yerlərdə isə, bu əməl müstəhəb və məqbul hesab olunur. Hələlik bu haqda bəhs etmirik. Əsas məsələni bilməliyik ki, ilahi övliyalara iki formada təvəssül olunur:
    1 − Övliyaların özlərinə təvəssül etmək:
    "Əllahummə, inni ətəvəssəlü iləykə binəbiyyikə Mühəmədin (s) ən təqziyə hacəti.”
    İlahi, mən Sənə Peyğəmbərin Mühəmmədlə təvəssül edirəm ki, mənim hacətimi (istəyimi) verəsən.
    2 − Onların Allah yanında olan yüksək məqamlarına təvəssül etmək:
    "Əllahummə, inni ətəvəssəlü iləykə bicahi Mühəmmədin (s) və hürmətihi və həqqihi ən təqziyə hacəti.”
    İlahi, Sənin yanında qədri-şərəfi, hörməti və haqqı olan Mühəmmədi (s) vasitə hesab edir və bununla Səndən hacətimi istəyirəm.
    Vəhhabilərin fikrinə görə, bu təvəssüllərin hər ikisi qadağandır. Lakin İslami hədislər və müsəlman təriqətləri bu təvəssüllərin hər ikisini təsdiqləyib qəbul edirlər.
    İndi hədisləri və müsəlman təriqələrinin fikrini açıqlamaqla bidətin (qondarma fikrin) batil olmasını sübuta yetirəcəyik. Amma ilahi övliyalara təvəssül etməyin ibadət və itaət olmasını "İbadət” bəhsində sübut edəcəyik.
    Hədislər:
    Hədis və tarix kitablarında ilahi övliyalara təvəssül etmək haqqında çoxlu hədislər nəql olunub.
    1-ci hədis:
    Osman ibn Hünəyfin hədisi:
    Bir kor kişi Peyğəmbərin hüzuruna gəlib dedi:
    − Allahdan istə mənə sağlamlıq (afiyət) versin.
    Peyğəmbər (s) buyurdu:
    − Dua edim, yoxsa səbir etmək istəyirsən? Əlbəttə, səbir etsən, daha yaxşı olar.
    Kor kişi dedi:
    − Dua edin.
    Peyğəmbər (s) ona dəstəmaz alıb iki rükət namaz qıldıqdan sonra belə dua etməyi göstəriş verdi:
    İlahi, mən istəyirəm ki, rəhmət Peyğəmbərin Mühəmmədin vasitəsi ilə mənə nəzər yetirəsən. Ey Mühəmməd, mən sənin vasitən ilə Allaha üz tuturam və Allahdan hacətimi istəyirəm. İlahi, onun (Peyğəmbərin) şəfaətini mənim haqqımda qəbul et.
    Hədisin sənədi haqqında:
    Hədisin səhih və düzgün olmasında heç bir şəkk-şübhə yoxdur. Hətta vəhhabilərin rəhbəri İbn Teymiyyə bu hədisi səhih bilir. İbn Teymiyyə deyir:
    Hədisin sənədində "Əbu Cəfər”-dən məqsəd Əbu Cəfəri Xətmidir və o siqə(Siqə "qəbul olunmuş, düzgün” deməkdir. ) adamdır. Müasir vəhhabi yazıçısı Rifai çox çalışır ki, təvəssül hədislərini gözdən salsın. Lakin, onun bu hədis haqqında söylədiyi fikir belədir:
    Şübhəsiz ki, bu hədis düzgün və məşhur hədisdir.(Müsnədi-Əhməd kitabında "Əbu Cəfər”, Xətmi ləfzi ilə tanınıb. )
    Rifai "ət-Təvəssül” kitabında yazır:
    Bu hədisi Nəsai, Təbərani, Tirmizi və Hakim öz kitablarında rəvayət etmişlər:
    Hədisi Buxari "Tarix” kitabında, İbn Macə və Hakim öz kitablarında səhih sənədlərlə rəvayət etmiş, həmçininCəlaləddin Süyuti öz kitabında bu hədisə yer vermişdir. Yazıçı həmin hədisi aşağıdakı mənbələrdən söyləmişdir:
    1 −Sünəni-İbn Macə / 1-ci cild, 441-ci s. / Nəşriyyat: Daru İhyail-kütubil-ərəbiyyə. İsa-l-Babiyyül Hələbi və şürəka./
    Təhqiq: Mühəmməd Fuad Əbdül Baqi. Hədisin nömrəsi: 1385
    İbn Macə bu hədis haqqında Əbu İshaqdan nəql edərək deyir:
    "Bu hədis düzgündür.”
    Sonra İbn Macə əlavə edərək bildirir:
    "Bu hədisi Tirmizi "Əbvaib qubul ədiyə” kitabında nəql edib və hədisin səhihliyini qəbul etmişdir.”
    2 − "Müstədi-Əhməd ibn Hənbəl” 4-cü c. 138-ci s.
    O bu hədisi Müsnədi-Osman ibn Hünəyfdən eşidib, öz kitabında yazmışdır.
    /Nəşriyyat: Təbül-məktəbil-İslami/ Darus-sadir, Beyrut müəssisəsi.
    3 − "Müstədrəki-Hakim”, 1-ci c. 313-cü s. hakim hədisi nəql etdikdən sonra deyir:
    Bu hədis şeyxeynin (Əbu Bəkr və Ömər) nəzərinə görə düzdür. Lakin bunu heç yerdə söyləməmişlər.
    4 − "Əl-Cameüs-səğir”, səh. 59 − müəllif: Süyuti. Süyuti bu hədisi Tirmizidən və Hakimdən nəql etmişdir.
    5 − "Təlxisü Müstədrək” − müəllif Zəhəbi. (Vəfat etdiyi il 747 h.q.)(Hicri qəməri: İslam təqvimi ilə hicrət ili. )
    6 − "Ət-Tac”, 1-ci cild, 286-cı səhifə. Bu kitabda İbn Macədən başqa bütün beş Səhih kitablarının hədisləri toplanmışdır.
    Elə buna görə də hədisin səhihliyinə heç bir şübhə yoxdur.
    Hədisi ərəb dilini bilən hər hansı bir şəxsə versək, o da hədisdən belə bir nəticə çıxarar:
    a) "Əllahummə, inni əsəlukə və ətəvəccəhu iləykə binəbiyyikə...”
    "İlahi, Səndən istəyirəm və Sənə üzümü tuturam Peyğəmbərin vasitəsi ilə...”
    "Bi-Nəbiyyikə” (Peyğəmbərinə xatir) kəlməsi qabaqdakı iki kəlməyə aiddir. 1- "əsəlukə” (Səndən istəyirəm) 2- "ətəvəccəhu iləykə” (Sənə üzümü tuturam). Açıq sözlə desək, hacətini Peyğəmbər vasitəsi ilə Allaha üz tutub istəyir. Bununla aydın olur ki, Peyğəmbərin duasını yox, onun özünü vasitə seçir. Çünki hər kim Peyğəmbərin duasına təvəssül etsə, deməli müqəddəs şəxslərə təvəssül etməyi səhih və düzgün hesab etmir. Nəticədə, müxaliflər belə fikrə gələrlər ki, Peyğəmbərin özünə yox, onun duasına təvəssül etmək düzgündür.
    b) Mühəmməd (s) rəhmət Peyğəmbəridir. Allah öz yanında Peyğəmbəri ona görə vasitə qərar verir ki, Peyğəmbər Allahın ən pak və ən yaxın bəndəsidir.
    v) "”Ya Mühəmməd, inni ətəvəccəhu bikə ila Rəbbi” (Ya Məhəmməd, mən sənin vasitən ilə Allaha üz tuturam) kəlməsindən aydın olur ki, Peyğəmbər burada vasitə seçilmişdir.
    q) "Və şəfiəhu fiyyə” ifadəsində deyilir:
    İlahi onun (Peyğəmbərin) şəfaətini mənim haqqımda qəbul et.
    Bütün bu cümlələrdə əziz Peyğəmbərin şəxsiyyəti və uca məqamı vasitə qəbul edilmişdir. Vəhhabi yazıçısı "Rifai” öz yazdığı "ət-Təvəssül ilə həqiqətit-təvəssül” kitabındakı şübhələrinə yuxarıdakı cavablarla aydınlıq gətirdik. Lakin biz onun (Rifai) bütün şübhələrinə "ət-Təvəssül” kitabında cavab vermişik. Araşdırmaq istəyənlər bu kitabın 147-153-cü səhifələrinə müraciət edə bilərlər.
    İkinci hədis:
    Saillərin (hacət istəyənlərin) haqqında təvəssül etmək.
    Ətiyyə Ufi, Əbu Səid Xüdridən nəql edir ki, Peyğəmbər buyurdu:
    "Hər kim namaz qılmaq üçün evindən çölə çıxıb” bu duanı oxusa, Allahın rəhməti ilə üzləşər və min mələk onun günahlarının bağışlanmasını istəyər.
    Dua belədir: /Tərcüməsi /
    − İlahi, saillərin və Sənə tərəf çönən qədəmlərimin haqqına, mən riyakarlıq və xoş güzəranlıq üçün evdən çıxmamışam. Mən Sənin razılığını əldə etmək səbəbilə evdən çıxdım. Səndən istəyirəs ki, məni atəşdən saxlayasan və günahlarımı bağışlayasan. Çünki, günahları Səndən başqa heç kim bağışlamaz.
    Bu hədis çox aydın şəkildə insanın Allahdan arzusunu istəyən zaman övliyaları vasitə seçməsinə şəhadət verir.
    Üçüncü hədis:
    Peyğəmbərin (s) haqqında təvəssül etmək:
    Həzrəti Adəm (ə) Allahın sözünə əməl etmədiyi üçün(Səhihi-İbn Macə, c. 1, Məsacid fəsli, s. 261, /Misir çapı/; "Müsnədi-imam Əhməd ibn Hənbəl”, c. 3, 21-ci hədisə müraciət edin. ) behiştdən çıxarıldıqdan sonra Allahın ona öyrətdiyi kəlmələrlə tövbə etdi. Belə ki, Quran buyurur:
    "Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək Həvva ilə birlikdə o kəlmələr vasitəsilə tövbə etdi. Doğrudan da, o (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.”("Bu ağaca yaxın gəlməyin” /Bəqərə, ayə 35/ Nəhy kəlməsi burada qəti hökm deyil. Əksinə, "yol göstərmək üçün” bir göstərişdir. Yəni bu bir nəsihətdir. Bu göstərişə əməl etməyənə əzab olunmaz. Sadəcə olaraq, bu əməlin pis nəticəsi ilə üzləşə bilər. Yəni özünə zərəri ola bilər. Məsələn, əgər həkim xəstə bir adamı turş meyvə yeməkdən çəkindirsə və eyni zamanda xəstə həkimin sözündən çıxıb turş meyvə yeyərsə, bununla xəstəliyinin vəziyyəti daha da ağırlaşa bilər. Quranda bir çox ayələr bu ayədə olan nəhy kəlməsini "yol göstərici” nəhy adlandırıblar. Burada da Həzrəti Adəmin gördüyü işin nəticəsi behiştdən çıxmaq olmuşdur. "Taha” surəsinin 118-119-cu ayələrinə və "Quranın müşkül ayələrinin səhih təfsiri” kitabının 73-82-ci səhifələrinə müraciət edə bilərsiniz. )
    Təbərani "Möcəmüs-səğir” kitabında, Hakim Nişapuri "Müstədrəki-Sihah” kitabında, Əbu Nəim İsfəhani və Beyhəqi "Dəlailün-Nübuvvət” kitabında, İbn Əsakir Şami öz tarix kitabında, Süyuti "əd-Dürrül-mənsur” və Alusi "Ruhul-məani”(Bəqərə surəsi, 6-cı ayə. ) kitablarında Ömər ibn Xəttabdan nəql olunan sənədə əsasən yazırlar:
    Əziz Peyğəmbər (s) buyurdu:
    Adəm Allahın sözünə tabe olmadıqda üzünü asimana tutub dedi:
    − İlahi! Səni and Mühəmmədin haqqına, məni bağışla.
    Uca olan Allah Adəmə vəhy etdi:
    − Mühəmməd kimdir?
    Adəm cavab verdi:
    − Məni yaratdıqdan sonra gözüm ərşə yetişdi, gördüm ki, orada yazılıb: "Allahdan başqa Allah yoxdur, Mühəmməd Allahın Rəsuludur.” Öz-özümə dedim, Mühəmməd Allahın ən sevimli məxluqu olduğuna görə onun adını Öz adının yanında gətirib.
    Elə bu vaxt Adəmə vəhy oldu:
    "O (Mühəmməd) sənin nəslindən olan peyğəmbərlərin ən sonuncusudur. Əgər o olmasaydı, səni yaratmazdım.”(v)
    Bu hədis haqqında bizim fikrimiz
    Quranda bizim danışığımızdan fərqli olaraq "kəlmə” sözü şəxsiyyətə və insana aiddir.
    a) "Allah sənə Öz tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasına) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir.”(Hədisin mətni "Əd-Dürrül-mənsur” kitabından götürülüb.)
    Bu ayədən aydın olduğu kimi "kəlmə” sözündən məqsəd həzrəti İsadır.
    b) "Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə səni müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir...”(Ali-İmran surəsi, 39-cu ayə. )
    "Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri və onun kəlməsidir...”(v)
    "Əgər Rəbbimin kəlmələrini yazmaq üçün dərya mürəkkəb olsaydı, dərya qurtarardı...”(Nisa surəsi, 171-ci ayə. )
    "Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəryaya isə yeddi dərya belə qoşulsaydı, (dəryalar mürəkkəb olsaydı) yenə də Allahın kəlmələri tükənməzdi...”(Kəhf surəsi, 109-cu ayə. )
    Bu ayələrə diqqət yetirsək görərik ki, "kəlmə” sözündə məqsəd həmin təvəssül olunmuş müqəddəs adamlardır.
    Rəvayətlərdən bəlli olduğu kimi, bu müqəddəs şəxsiyyətlərdən yalnız Mühəmmədin (s) adı çəkilib. Elə buna görə də şiə hədislərində bu həqiqət ("kəlmə” sözünün mənası) iki şəkildə təfsir olunub: 1) "Kəlmə” sözü "müqəddəs insanlar” mənasında işlənmişdir. 2) Onların nurani oxşarlıqları nəzərdə tutulub.
    Ayənin təfsiri:
    Adəm ərşə baxanda bir neçə nəfərin adının yazıldığını müşahidə etdi və bu adlara təvəssül etdi. Adəmə vəhy olundu:
    Bu, Allahın ən sevimli məxluqlarının adıdır. O adlar bunlardan ibarətdir:
    Mühəmməd, Əli, Fatimə, Həsən və Hüseyn (ə).
    Adəm tövbəsinin qəbul olunması üçün bu adlara təvəssül etmişdir.(Loğman surəsi, 27-ci ayə. )
    Başqa şiə hədislərində isə, belə nəql olunur ki, Adəm bu beş müqəddəs şəxsin nurlarını ərşdə (asimanda) görmüşdür. Bu hədisdən tam xəbərdar olmaq üçün "Bürhan” təfsirinə müraciət edə bilərsiniz.(Məcməul-Bəyan, c. 1, s. 89. Burhan təfsiri, c. 1, s. 86-88. Hədislərin nömrəsi: 2, 5, 11. )
    2) Tarix və hədis kitablarına müraciət etsək, görərik ki, həzrəti Adəmin (ə) Peyğəmbərə (s) təvəssül etməsində heç bir şübhə yoxdur. Çünki imam Malik Peyğəmbərin hərəmində Mənsur Dəvaliqiyə belə göstəriş verir:
    "Peyğəmbər sənin və sənin atanın vasitəçisidir.”(Bürhan təfsiri, c. 1, s. 87. Hədislərin nömrəsi: 13, 15, 16. )
    İslam şairləri bu həqiqəti nəzmə çəkmişlər. Şerin məzmunu belədir:
    Allah onun (Peyğəmbərin) vasitəsi ilə, Adəmin duasını qəbul etdi və Nuha gəminin içərisində nicat verdi.
    Adəmin günahları elə adamların vasitəsi ilə bağışlanıb ki, onlar Allahın ən yaxın bəndələri və parıldayan ulduzlardır. "Kəşfül-irtiyab”, s. 307,308.
    Dördüncü hədis:
    Peyğəmbərin öz peyğəmbərliyinə və özündən qabaqkı peyğəmbərlərə təvəssül etməsi.
    "Əsədin qızı Fatimə (Həzrət Əlinin (ə) anası) vəfat etdikdən sonra Allahın Rəsulu onun başı üstünə gəlib buyurdu:
    "Ey mənə anamdan sonra analıq edən, Allah sənə rəhmət eləsin!” Sonra Üsaməni, Əbu Əyyubu, Ömər ibn Xəttabı və qulamını çağırıb, onlara qəbrin hazırlanmasını göstəriş verdi. Qəbir hazır olandan sonra Peyğəmbər qəbrin içində çiyni üstə uzanıb belə dua etdi:
    "Ey öldürən və dirildən, əbədi diri olan Allah! Səni Peyğəmbərinin və məndən qabaqkı peyğəmbərlərin haqqında and verirəm. Əsədin qızı Fatiməni bağışla və yerini geniş elə.”
    "Xülasətül-kəlam” kitabının müəllifi deyir:
    "Bu hədisin düzgün olduğunu Təbərani "Möcəmül-kəbir” və "əl-Övsət” kitabında, həmçinin İbn Həbban və Hakim nəql edərək təsdiq edirlər.”(Seyyid Əhməd Zəyni-Dəhlan "Əd-Dürərüs-sünniyyə” kitabının 10-cu səhifəsində yazır: "Qazı İyaz bu hədisi səhih sənədlə nəql etdi. İmam Sübki "Şifaüs-siqam”, Seyyid Səmhudi "Xülasətül-Vəfa”, Əllamə Qəstəlani "Əl-Məvahibül-ləduniyyə” və İbn Həcər "əl-Cövhərül-münəzzəm” kitablarında belə yazırlar: Bu hədis səhih sənədlə nəql olunmuşdur. Əllamə Zərqani "Məvahib” kitabının şərhində yazır: İbn Fəhəd bu hədisi yaxşı sənədlə nəql edib və Qazı İyaz bu hədisi düzgün hədislə söyləmişdir. Mənsurun Maliklə müzakirəsi haqda mətni gələn bəhslərdə gələcək. )Seyyid Əhməd Zeyni-Dəhlan "əd-Dürərüs-sünniyyə fir-rəddi ələl-vəhabiyyə” kitabında yazır:
    "Bu hədisi tanınmış mühəddis İbn Əbi Şəybə Cabirdən, İbn Əbdül Bərr Abbasdan və Əbu Nəim Ənəsdən rəvayət etmişlər. Bu sənədlərin hamısını Cəlaləddin Süyuti "Camei-kəbir” kitabında yazmışdır.”(Kəşfül-irtiyab, s. 312, Xülasətül-kəlamdan nəql olunub.)
    Yazıçı bu hədisi yazılmış şəkildə iki kitabdan istifadə edərək söyləmişdir:
    1) Hilyətül-Övliya / müəllif: Əbu Nəim İsfəhani / c. 3, s. 121.
    2) Vəfaül-Vəfa / müəllif: Səmhudi / c. 3, s. 899.
    Beşinci hədis:
    Peyğəmbərin özünə təvəssül etmək.
    İslam hədislərindən bəziləri nəql edirlər:
    "Bir bədəvi ərəb Peyğəmbərin yanına gəlib dedi:
    − Biz sənin yanına gəlmişik, nə nərildəyən dəvəmiz, nə də ağlayan uşağımız var.
    Sonra bir şer oxudu. Şerin məzmunu belədir:
    − Biz sənin yanına bir halda gəlmişik ki, atların sinəsindən qan axır, analar uşaqlarından ayrılmışlar. Yeməyə bir şeyimiz yoxdur. Ancaq aclıq illərində yeyilən acı atlardan istifadə edirik.
    Bizim sənə pənah gətirməkdə başqa çarəmiz yoxdur. İnsanların peyğəmbərlərdən başqa kimə sığınacağı ola bilər? Sonra Peyğəmbər əllərini qaldırıb yağış yağmaq üçün Allaha dua etdi. Daha sonra Əli (ə) qalxıb bu məzmunda qəsidə oxudu:
    Sənə görə buludlardan yağış damcılanır. Sən yetimlərin, çarəsizlərin və dul qadınların (imkansız) sığınacaq və pənah apardıqları adamsan. Haşim övladlarından kimin çətinliyi olsa, onun (Peyğəmbərin) yanına gələr. Onlar onun yanında nemətə çatarlar.
    Peyğəmbər buyurdu:
    − Çox gözəl. Mənim ürəyimdən keçənləri sən oxudun.
    Sonra Əli (ə) qəsidədən bir neçə beyt oxudu.
    Peyğəmbər minbərə qalxıb Əbu Talibə dua etdi. Sonra Bəni-Kinanə qəbiləsindən bir nəfər qalxıb bir neçə beyt qəsidə dedi. Məzmunu belədir:
    "Ey Allah! Yalnız sənə ibadət etmək olar. Sənin Peyğəmbərinin vasitəsi ilə doyduq. Susuzluğumuz yatdı.”
    Bu rəvayət üçün çoxlu sənədlər rəvayət olunmuşdur. Lakin yazıçı aşağıdakı sənədlərdən nəql edib:
    a) "Ümdətül-qari fi şərhi hədisil-Buxari”, c. 7, s. 31/müəlif: Bədrəddik Məhəmməd ibn Əhməd əl-Eyn/.
    b) Nəhcül-Bəlağənin şərhi / İbn Əbil Hədid/, c. 14, s. 80.
    s) ”Sireyi Hələbi”, c. 3, s. 263.
    d) "Əl-Hüccətü ələz-zahib ila təkfiri Əbi Talib” /müəllif: Şəmsəddin Əbi Əli Fəxxar ibn Məəd. 630-cu ildə (1210) vəfat edib/. Nəcəf. s. 79
    e) "Sireyi Zeyni Dəhlan” sireyi Hələbinin Haşiyəsində. C. 1, s. 81.
    Altıncı hədis:
    Peyğəmbərlərin ehtiramına təvəssül etmək.
    Səvad ibn Tarib Peyğəmbərə təvəssül etmək üçün belə bir qəsidə söyləmişdir:
    "Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. Sən bütün hisslərdən gizlinsən. Sən başqa peyğəmbərlərdən daha çox Allaha yaxın olan vasitəsən. Ey əzizlərin və pakların övladı! Sənə vəhy olanları bizə öyrət. Ey peyğəmbərlərin ən yaxşısı! Düzdür, sənin göstərişlərinə əməl etmək başın ağarmasına səbəb ola bilər. O yerdə ki, şəfaət edənlərin şəfaəti xurmanın dənəsi qədər Səvad ibn Taribə kömək etməyəcək, sən mənə şəfaət edərsən. (Yəni, sənin şəfaətin mənim haqqımda qəbul olunacaq).(Əd-Dürərüs-sünniyyə, s. 8)
    Bura qədər "təvəssül” haqqında əhli-sünnənin hədis və tarix kitablarından bəzi hədisləri nəql etdik. Şiə hədislərində "müqəddəs adamlara təvəssül etmək” bir çox dualarda gəldiyinə görə hamıya bəllidir.
    Bundan əlavə, görəsən, biz İslam qanunlarını "İbn Teymiyyədən” və "Məhəmməd ibn Əbdül Vəhhab”dan öyrənməliyik, yoxsa "Səqəleyn” hədisinin hökmünə əsasən Peyğəmbərin pak Əhli-beytindən və Qurandan?
    İndi isə biz "Səhifeyi-Ələviyyə”(Əd-Dürərüs-sünniyyə, s. 29, müəllif /Zeyni Dəhlan/, Ət-Təvəssül ila həqiqət-təvəssül”. ) həzrəti İmam Hüseynin (ə) Ərəfə günündə oxuduğu dua və yaxud "Səhifeye-Səccadiyyə” kimi dua kitablarından yalnız duanın bir hissəsini söyləməklə kifayətlənirik:
    Yeddinci hədis:
    Həzrət imam Hüseyn (ə) "Ərəfə duasında” deyir:
    "İlahi, belə bir günü (Ərəfə gününü) uca tutub mənə vacib etmisən. Sənə üzümü tutub Peyğəmbərin Mühəmməd (s)-a and verirəm.(Səhifeyi-Ələviyyə: Həzrət Əli (ə) söylədiyi dualardır. Bu duaları Şeyx Abdullah Səmahici toplamışdır. )
    "Təvəssül” müsəlmanların həyatında
    Müsəlmanlar Peyğəmbərin zamanında və ondan sonra həmişə ilahi övliyaların özlərinə və məqamlarına təvəssül etmişlər. Biz onların bir neçəsini nümunə olaraq burada qeyd edirik:
    1− İbn Əsir İzzəddin Əli ibn Məhəmməd ibn Məhəmməd ibn Əbdül Kərim / Hicri 630-cu (1210) ildə vəfat edib/ "Əsədül-ğabə fi mərifətis-səhabə” kitabında yazır:
    "Bir il yağış yağmadı və hər yerdə quraqlıq oldu. Ömər yağış yağmaq üçün Abbası vasitə seçib dua etdi. Allah Onun (Abbasın) vasitəsi ilə yağış yağdırdı, hər yer yaşıllaşdı.
    Ömər insanlara üz tutub dedi:
    − And olsun Allaha, Abbasın Allah yanında uca məqamı olduğuna görə biz onu vasitə seçdik.”
    Həssan ibn Sabit onun haqqında belə bir şer söyləmişdir.
    "Quraqlıq olan ili ikinci xəlifə (Ömər) yağış yağmaq üçün dua etdi.
    Elə bu vaxt göylərin buludu Abbasın vasitəsi ilə müsəlmanların susuzluğunu yatırdı. Abbas Peyğəmbərin əmisi olduğuna görə Peyğəmbərin bu uca məqamı irsi olaraq onda da mövcud idi. Allah onun vasitəsi ilə bütün torpaqları diriltdi və hər yer yağış suyu ilə islandı.
    İnsanlar təbərrük üçün Abbasın bədəninə əl çəkir və deyirdilər:
    − Əhsən sənə, ey iki hərəmin(Məfatihül-Cinan /Ərəfə duası/.) saqisi(Məscidül-Həram və Məscidün-Nəbi. )!”
    Bu tarixi hadisənin bin hissəsi "Səhihi-Buxari” kitabında rəvayət olunub. Vasitə qərar verməyin bir növü də, möhtərəm şəxslərə təvəssül etməkdir. Belə şəxslər Allaha yaxın olduqları üçün onlara da təvəssül oluna bilər.
    2− Qəstəlani Əhməd ibn Məhəmməd ibn Əbu Bəkr (923-cü ildə (1503) vəfat edib) "əl-Məvahibül-lədiniyyə bil-mənhil-Mühəmmədiyyə fi sirətin-nəbəviyyə” (Misir çapı) kitabında yazır:
    "Ömər yağış yağmaq üçün Abbası vasitə qərar verib dua edərkən dedi:
    − Ey camaat! Peyğəmbər Abbasa ata gözü ilə baxırdı. Siz də ona itaət edib onu Allah yanında vasitə seçin.”
    Bu əməl təvəssülü haram edənlərin sözlərini batil edir.(v)
    3− Mənsun Peyğəmbəri necə ziyarət etməyi Mədinənin tanınmış alimi Malikdən soruşdu:
    Ç− Üzü qibrəyə dayanım, yoxsa üzümü Peyğəmbərin məzarına tutub due edim?
    Malik ona belə cavab derdi:
    − Nəyə görə ondan (Peyğəmbərdən) üz çevirirsən? O, Qiyamət günü sənin və atan Adəmin (əleyhissəlam) Allah yanında vasitəçisi olacaq. Üzünü ona (Peyğəmbərin məzarına) tutub ondan şəfaət istə. Allah onların şəfaətini qəbul edər.(Əl-Məvahib, c. 3, / s. 380/. Misir çapı. )
    4− İbn Hacər Heysəmi "əs-Səvaiqül-mühriqə” adlı kitabında (mərhum Qazı Nurullah bu kitabı "əs-Səvaimül-mühriqə” adı ilə tənqid edibdir) Şafeidən bu şeri nəql edir:
    "Allahın hüzurunda Peyğəmbər ailəsini vasitə qərar verir və onların vasitəsi ilə əməllər kitabçamın sağ əlimə verilməsinə ümid edirəm.”(Vəfaül-Vəfa, c. 2, s. 137 v. )
    Bu sübutlara əsaslanaraq peyğəmbərləri və müqəddəs şəxsləri Allahın hüzurunda vasitə seçmək olar. Çünki Quranda bizlərə buna əməl etməyə göstəriş verilir:
    "Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vasitə ilə yaxınlaşın...”(Əs-Səvaiqül-mühriqə, s. 178, / Qahirə çapı /. )
    Yol axtarıb, vasitə tapmaq təkcə vacib əməlləri yerinə yetirib, haramdan çəkinmək deyil. Müstəhəbbi əməllərdə də, xüsusən peyğəmbərlərə təvəssül etmək vasitə sayılır. Ola bilərmi ki, İslamda hədis hifz edən mühəddis, hökm verən müfti və müctəhid ləqəbi ilə tanınmış bütün alimlər "vasitə” sözünün mənasında xətaya uğrasınlar? Sözüs ki, bu qeyri-mümkündür.
    O şəxslər ki, bu cür sübutlara və şəhidlərə əhəmiyyət verməyib hədis və ayələri başqa formada aydınlaşdırmaq istəyirlər, onlar qabaqcadan fikir yürüdənlərdir. Buna görə də onlar bu sübutlardan faydalanmalıdırlar. Səhihi-Buxaridə tarixi hadisəni söyləməklə onların inadkarlığı və öz tələsik fikirlərinə əsaslanmaları sizlərə bəlli olacaq. Siz vəhhabilərin fanatizm pərdəsi altında necə əyriliklərə uğradıqlarının şahidi olacaqsınız. Biz bunlara daha ətraflı cavabı "Təvəssül” kitabında / səh. 135-140/ sermişik.
    5− Buxari "Səhih” kitabında nəql edir:
    "Quraqlıq ilində yağış yağmaq üçün Ömər ibn Xəttab Əbbas ibn Əbdül-Müttəlibi vasitə seçib dedi:
    − İlahi! Biz əvvəllər Sənin Peyğəmbərini vasitə qərar verirdik və rəhmətini bizə nazil edirdin. İndi isə, Peyğəmbərin əmisini vasitə qərar veririk. Sən öz rəhmətini bizə göndər. −Elə bu vaxt yağış yağmağa başladı və hamı sirab oldu.”(Maidə surəsi, 35-ci ayə. ) Bu hədisin səhih və düzgünlüyünə heç bir söz ola bilməz. Hətta təvəssül haqqında rəvayət olunmuş müxtəlif hədisləri inkar edən Rəfai də bu hədisin düzgünlüyünü etiraf edərək deyir:
    "Bu hədis səhih və düzgündür...”(Səhihi-Buxari, "Səlati istiqna” fəsli/ Məhəmməd Əli Səhih çapxanası/ c. 2, s. 32. ) Əgər, hədisin əsas mənası müqəddəs adamlara təvəssül etməkdirsə, biz bunu başa düşüb ona əməl edən qabaqcıl adamlardanıq. Yuxarıdakı cümlələrə diqqət yetirsək, Xəlifənin Abbasa təvəssül etdiyinin və xüsusi ilə Allaha and verdiyinin şahidi olarıq:
    "And olsun Allaha! Allahın dərgahında Abbas bizim vasitəçimizdir. Onun Allah yanında məqamı ucadır.”("Bu tarix səhih və düzgündür.” Sözünü işlətsəydi daha yaxşı olardı. Çünki hədis Peyğəmbərdən (s) nəql olunan kəlama deyilir. Biz isə təvəssül haqqında tarixi hadisələri nəql edirik. Təvəssül haqqında hədisləri isə qabaqda qeyd etmişik. ) Bu cümlədən bəlli olur ki, xəlifə Abbasın məqamına və pak şəxsiyyətinə təvəssül etmişdir. Şəmsəddin Əbu Abdullah Məhəmməd ibn ən-Noman Maliki / 683-cü ildə (1263) vəfat edib / "Misbahüz-zilam fil-müstəcisinə bixəyril-ənam” kitabında Ömərin Abbasa necə təvəssül etdiyini belə nəql edir:
    "İlahi! Sənin Peyğəmbərinin əmisini vasitə seçib səndən yağış istəyikik. Onun İslam yolunda ağarmış saqqalını Allah yanında şəfi (şəfaət edən) qərar veririk...”(Əsədül-qabə, c. 3, s. 111.)
    Abbas ibn Ütbə bu hadisəni şerdə nəzmə çəkərək deyir:
    "Ömər gün batan vaxtı əmim Abbasın saqqalına təvəssül etdi. Onun bərəkətinə görə Hicaz əhli sudan doymuş oldu. (Quraqlıqdan nicat tapdı).”
    Həmçinin Həssan ibn Sabit bu hadisəni şerdə təmsil edərək deyir:
    "Buludlar Abbasın üzünün nuruna görə yeri sirab etdilər.”
    İbn Həcər Əsqəlani "Fəthul-Bari fi-şərhi hədisil-Buxari” kitabında yazır:
    "Abbas dua edərkən belə dedi: "İlahi! Peyğəmbərlə qohum olduğuma görə, müsəlmanlar mənə üz tutublar.”(Vəfaül-Vəfa, c. 3, s. 375, "Misbahüz-zilam”, )
    Əziz oxucu, əgər diqqət yetirsəniz, belə bir fikir irəli sürərsiniz: Burada məqsəd və hədəf Abbasın məqamına və şəxsiyyətinə təvəssül etməkdir. Necə ki, qədimdə demişlər: "Hökmü bir sifənə bağlı etsək, sifətin hökmə aid olduğunu yox, əksinə, hökmün səbəbini bildirər.”
    Əgər Quran ...”Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür...”(Fəthül-Bari, c. 3, s. 413 Livan, /Darül-mərifət çapxanası/. ) − deyə buyurulsa, bu ayədə hökmün səbəbi bilinir. Çünki qadınlar kişilər üçün uşaq doğduqlarına görə qadınların rifahını təmin etməlidirlər. Əgər bir alimə hörmət ediriksə, bu onun elminə və biliyinə görədir.
    Əgər Ömər "İlahi! Mən Sənin hüzurunda Peyğəmbərin əmisini vasitə qərar verirəm” − deyə dua edirsə, deməli Abbasa təvəssül etməyin səbəbini bildirir. Belə ki, bu barədə Abbas özü deyir:
    "Mənim Peyğəmbərlə qohum olduğuma görə.”
    Bu sübutlara diqqət yetirməklə İslamın əvvəlində müsəlmanların pak və müqəddəs adamlara təvəssül etmələri bəlli olur.
    6− Peyğəmbərin əzadarlığında Səfiyyənin söylədiyi şer Peyğəmbərin bibisi, Əbdül Müttəlibin qızı Səfiyyə Həzrətin vəfatı zamanı şer söylədi. Bu şerin iki beyti belədir:
    "Ey əziz Peyğəmbər! Sən bizim ümidimizsən. Sən çox yaxşı adamsan və heç vaxt zülm etməmisən. Sən bizə yaxşılıq və mehribanlıq etmisən. Ey bizim Peyğəmbərimiz! Bu tayfada hamısı ağlayır və göz yaşı tökür.”(Bəqərə surəsi, 233-cü ayə. ) Tarix alimləri peyğəmbərin səhabəsi hüzurunda oxunan bu şeri kitablarda qeyd etmişlər. Həmin şerdən bir neçə mətləbi açıqlamaq üçün istifadə etmək olar:
    1) Ruhlarla, necə deyərlər, Peyğəmbərin vəfatından sonra, onunla danışmağın heç bir eybi yoxdur. Vəhhabilər isə buna zidd çıxaraq bu cür danışmağı və əməli şirk adlandırırlar.
    2) "Ey Peyğəmbər, sən bizim ümidimizsən” şerindəki bu cümlə Peyğəmbərin sağlığına və vəfatından sonrakı zamanlara da aiddir. Yəni onun vəfatından sonra da bizimlə əlaqəsi kəsilməyib.
    Burada sünni məzhəbinin böyük alimlərinin Peyğəmbərə təvəssül etmək haqqında yazdıqları bir neçə cümləyə işarə edirik. Bu kitabları oxumaqla əmin olmaq olar ki, vəhhabilərin fikirlərinin ziddinə olaraq təvəssül etmək müsəlmanlar arasında düzgün və səhih bir əməl sayılır.
    1− İbn Cəuzinin (597-ci (1177) ildə vəfat edib) "əl-Vəfaü fi fəzailil-Mustafa” kitabında qeyd etdiyi "Peyğəmbərə təvəssül etmək” və "Peyğəmbərin qəbrindən şəfa istəmək” adlı fəsillər.
    2− Şəmsəddin Məhəmməd ibn Noman Maliki (673-cü ildə (1253) vəfat edib) "Misbahüz-zilam fil-müstəcisinə bixəyrül-ənam” kitabında, həmçinin Seyyid Nurəddin Səmhudi "Vəfaül-Vəfa” kitabında "Peyğəmbərə təvəssül etmək” adlı başlıqla yazılar dərc etmişdir.
    3− İbn Davud Maliki Şazili "əl-Bəyan vəl-ixtisar” kitabında çətinlik zamanı alim və övliyaların Peyğəmbərə təvəssül etmələri haqqında məlumat vermişdir.
    4− Təqiyyəddin Sübki (756-cı ildə (1336) vəfat edib) "Şifaüs-siqam” adlı kitabında 120-133-cü səhifələrdə təvəssül haqqında məlumat verib.
    5− Seyyid Nurəddin Səmhudi ( 911-ci ildə (1491) vəfat edib) "Vəfaül-Vəfa li əxbari-darül-Mustafa”. 2-ci cild, 413-419-cu səhifələr.
    6− Əbdül Abbas Qəstəlani ( 932-ci ildə (1512) vəfat edib) "Əl-Məvahibül-lədüniyyə” kitabı.
    7− Əbu Abdullah Zərqani Misri Maliki (1122-ci ildə (1702) vəfat edib) "əl-Məvahibül lədüniyyə” kitabının şərhi. 8-ci cild. 317-ci səh.
    8− Xalidi-Bəğdadi (1299-cu ildə (1879) vəfat edib) "Sülhül-Əxvan” kitabı.
    Bundan əlavə, o, Seyyid Mahmud Alusi Bəğdadiyə cavab olaraq, "Peyğəmbərə təvəssül” mövzusunda kitab yazmışdır. Kitab 1306-cı ildə (1886) çap olunub.
    9− Ədəvi Həmzavi (1303-cü ildə (1883) vəfat edib) "Kənzül-mətalib” kitabı, 198-ci səh.
    10− İzami Şafei Qəzai "Furqanul-Quran” kitabı, 140 səhifəlik. Bu kitab "əl-Əsmaü vəs-sifat” kitabı ilə birlikdə çap olunmuşdur.
    Bu kitablara müraciət etməklə bəzi alimlərin həqiqəti olduğu kimi yazdıqlarının şahidi oluruq. Həmin kitabların arasında "Sülhül-Əxvan” və "Furqanul-Quran” kitabı əsas yer tutur. Məlum olur ki, müsəlmanlar bütün dövrlərdə Peyğəmbərə təvəssül etmişlər. Beləliklə, dərin məntiqi köklərə əsaslanaraq yazılmış belə kitablar İbn Teymiyyə və onun davamçılarının əqidələrinin batil və puç olduğunu isbat edir.
    Allah-taala Quranda buyurur:
    "Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) yol axtarın (vasitə seçin), (Allah) yolunda cihad edin ki, bəlkə nicat tapasınız!” /Maidə surəsi, 35-ci ayə/.
    Bu ayədə, ümumi olaraq, "vasitə axtarın” buyurulur. Lakin vasitənin nə olduğu bu ayələrdə açıqlanmayıbdır. Sözsüz ki, dini vəzifələri və vacibi əməlləri yerinə yetirmək nicat tapmaq deməkdir, amma vasitə bu kimi əməllərə aid deyil. Əksinə, ilahi övliyalara və peyğəmbərlərə təvəssül edənlərin tarixinə nəzər salsaq, bu kimi vasitələrin nicat yolu olduğunun şahidi olarıq. Bu mətləb imam Malikin nəql etdiyi kimi ikinci xəlifənin Peyğəmbərin əmisinə təvəssül etməsi ilə daha da bəlli olur.
    Category: Vəhhabi məzhəbi | Added by: Islam_Kitabxanasi
    Views: 575 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019