İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhhabi məzhəbi

    Vəhhabi məzhəbi
    2012-04-08, 8:31 AM
    Doqquzuncu fəsil
    Övliyaların tarixi abidələrinə təbərrük etmək və şəfaət istəmək
    Vəhhabilər övliyaların tarixi abidələrinə təbərrük etməyi şirk hesab edirlər. Peyğəmbərin minbərini və mehrabını öpən hər bir şəxsi müşrik adlandırırlar. Onlar Peyğəmbərə mehribanlıq nəticəsində onun minbərini və mehrabını öpürlər. Belə olan halda vəhhabilər Yusifin köynəyi barədə nə deyə bilərlər?
    "Yusif dedi: Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, o, (yenidən) görməyə başlayar.”(İntihar surəsi 4-cü ayə)
    Yəqub Peyğəmbər köynəyi üzünə sürtən kimi, onun gözləri açılır.
    "Muştuluqçu gəlib köynəyi ("Yəqubun) üzünə sürtən kimi, onun gözləri açıldı.”(Yusif surəsi, 92-ci ayə. )
    Əgər Yəqub peyğəmbər vəhhabilərin gözü önündə bu işi görsəydi, onunla necə rəftar edərdilər? Günahdan və xətadan pak olan Peyğəmbərin əməlini görəsən, necə qələmə verərdilər?
    İndi əgər bir nəfər müsəlman Peyğəmbərin qəbrini, məqbərəsini və yaxud imamların qəbrini ehtiram üçün öpüb, təbərrük edərək bu əməldə Yəqub peyğəmbərdən itaət edirsə, nəyə görə belə bir şəxs lənətlənib kafir hesab olunmalıdır?(Yusif surəsi, 96-cı ayə. )
    Peyğəmbərin həyatı və tarixi ilə yaxından maraqlanan adamlar Peyğəmbərin həyatında səhabələrin onun dəstəmaz suyuna təbərrük etmələrini daha yaxşı bilirlər. Bu haqda Səhih kitablarının ən mötəbər kitabı sayılan "Səhiheyn” (Səhihi-Buxari və Səhihi-Müslim) kitablarına müraciət etməklə kifayətlənirik:
    1− Buxari "Hüdeybiyyə sülhü”nün əhvalatında belə yazır”Peyğəmbər (s) dəstəmaz alan zaman səhabələr suyun damcılarının yerə düşməməsi üçün bir-birini qabaqlayırdılar.”(Peyğəmbərin vaxtından indiyə kimi vəhhabilərdən başqa bütün müsəlmanlar Peyğəmbərin tarixi abidələrinə təbərrük edirlər. Şeyx Məhəmməd Tahir Məkki bu mətləbi tarixi sübutlarla 1385 h. q. İlində (1965) çap olunmuş "Təbərrük səhabə biasari Rəsulullah (s)” kitabında yazır. )
    2− Buxari "Xatəmün-nübüvvət” fəslində Saib ibn Yeziddən nəql edərək, deyir:
    "Xalam məni Peyğəmbərin yanına aparıb − "Bacım oğlu xəstədir” −deyərək Peyğəmbərə müraciət etdi. Peyğəmbər dəstəmaz aldı və Allahdan mənim üçün uğur istədi. Peyğəmbər dəstəmaz alarkən mən dəstəmaz suyundan içdim.(Səhihi-Buxari, c. 3, s. 255. )
    3− Buxari "Sifatün-nəbi” fəslində Vəhb ibn Abdullahdan nəql edir:
    "Müsəlmanlar Peyğəmbərin əlini tutub üzlərinə sürtürdülər. Mən də o Həzrətin əlini tutub üzümə sürtdüm. Onun əli çox ətirli idi.”(Səhihi-Buxari, c. 4, s. 227 və Səhihi-Müslim, "Xatəmün-Nübüvvət” fəsli. )
    4− Buxari "Sifatün-nəbi” fəslində nəql edir:
    "Peyğəmbər Əbtəhdə (çöl adı) çadırın içində dəstəmaz alırdı. Bilal çadırdan çıxıb camaatı namaza dəvət etdi. Çadırın içinə daxil olub Peyğəmbərin dəstəmaz aldığı suyu bayıra gətirdi. Müsəlmanlar təbərrük üçün bu suya hücum etdilər.”(Səhihi-Buxari, c. 4, s. 226.)
    5− Müslim öz Səhihində Ənəsdən belə nəql edir:
    "Peyğəmbər öz saçını azaldan zaman səhabələr onun ətrafına toplaşırdılar. Peyğəmbərin tükünün hər biri əshabın əlində idi.”(Səhihi-Buxari, c. 4, s. 226.) Bu hədislər səhabənin Peyğəmbərə olan məhəbbətini göstərən bir nümunə idi. Onların Peyğəmbərə, onun tarixi abidələrinə təbərrük etmələrini danışsaq, özü-özündə müstəqil bir kitab alınar. Siz "Səhihi-Buxari” kitabının axırlarında "Cihad”, həmçinin "Peyğəmbərin qəbri, əsası, qılıncı, qabı, möhrü, üzüyü, tükü və kəfəni” fəsillərinə müraciət etsəniz, bu nümunələrin açıq-aşkar şahidi olarsınız.
    Bu hədislər vəhhabilərin mədəniyyətlərinin və əqidələrinin əsassız olduğunu sübut edir. Peyğəmbərin qəbrini təbərrük üçün ziyarət edən müsəlmanları vəhhabilər vurmaqla əziyyət edirlər. Peyğəmbərin sağlığında və əsrində yayılan bu əməlin qarşısını almaq istəyirlər. O müqəddəs cənabın tarixi abidələrinə təbərrük etməyin qarşısını almaq vəhhabilərin əsas şüarlarından biridir. Vəhhabilərin Səudi dövləti bunun qarşısını almaq üçün, Peyğəmbərin məzarı kənarında "yaxşılığa dəvət edən və pislikdən çəkindirən” libası geyinmiş məmurlar qoymuşlar. Onlar rəhmsiz və əsəbi halda ziyarət edənlərlə rəftar edirdilər. Çox vaxt bu əziyyətlər nəticəsində bəzi müsəlmanların qanları tökülür, ziyarətçilərə mənəvi və cismani cəhətdən əziyyətlər olunur. Vəhhabilərə görə, qəbri öpüb qəbir sahibinə hörmət etmək "ibadət və haram” sayılır. Bu biçarələr İslam maarifindən uzaq düşdüklərinə görə cənazəyə olunan hər bir hörməti "ibadət” hesab edirlər. Biz gələn fəsildə ibadəti dəqiq və açıq-aşkar tərif edəcəyik. İslamın əvvəlində müsəlmanların rəftar və əməllərindən xəbərdar olsaq, daha yaxşı olar:
    1− Peyğəmbərin əziz qızı atası vəfat etdikdən sonra onun qəbri üstünə gəlib bir ovuc torpaq götürdü, üzünə sürtüb ağlayaraq bu iki beyt şeri dedi:
    "Nə qədər insan sağdır, daha yaxşı olar ki, bahalı ətirləri iyləmək əvəzinə Əhmədin qəbrinin torpağını iyləsin. Mənim başıma gələn müsibətlər əgər işıqlı və gündüzlü günlərin başına gəlsəydi, əbədi olaraq qaranlığa qərq olardılar.”(Səhih-Müslim, c. 4, Fəzailüs-səhabə fəsli (kitabı). )
    2− Əziz səhabələrdən sayılan Bilal bəzi səbəblərə görə, Mədinəni tərk edib Şam (Suriya) şəhəri ətrafında sərhədləri qoruyurdu. Bir gün yuxuda görür ki, Peyğəmbər ona buyurur:
    "Ey Bilal! Bu nə zülmdür. Məgər bizi ziyarət etməyin vaxtı çatmayıbdırmı?”
    Bilal həyəcanla yuxudan oyanır və öz miniyinə minib Mədinəyə yola düşür. Peyğəmbərin qəbri kənarına gəlir, üzünü qəbrin torpağına qoyub ağlamağa başlayır. Həsən və Hüseyni orada görüb onları öpür.(Bir çox yazıçılar bu hadisəni nəql ediblər: Şəbrayi, "əl-İltaf” kitabında s.9; Səmhudi "Vəfaül-Vəfa” kitabında c. 2, s. 444; Xalidi "Sülhül-Əxvan” kitabında s. 57, və s. )
    3− Əmirəl-möminin Əli (ə) buyurur:
    "Peyğəmbərin dəfnindən üç gün keçmişdi. Bir bədəvi ərəb gəlib özünü Peyğəmbərin qəbri üstünə yıxaraq, torpağı baş-gözünə töküb dedi:
    − Ey Allahın Peyğəmbəri! Sən söylədiklərini biz eşitdik. Allahdan öyrəndiyin haqq yolunu bizə öyrətdin. Allahın sənə nazil etdiyi ayələrdən biri də bu ayədir:
    "Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər” /Nisa surəsi, 64/.
    Mən özümə zülm etmişəm. Mənim üçün Allahdan bağışlanmağımı istə.” O ərəb qəflətən belə bir səs eşitdi:
    "Sənin günahların bağışlandı.”
    Bu hadisəni bir çox tarix yazanlar nəql ediblər: Səmhudi "Vəfaül-Vəfa” kitabı, c. 2, s. 612; Şeyx Davud Xalidi (1299/ 1879-cu ildə vəfat edib) "Sülhül-Əxvan” kitabında.
    4− Hakim öz "Müstədrək”ində belə nəql edir:
    Mərvan ibn Həkəm məscidə daxil olarkən bir nəfər kişinin üzünü qəbrin üstünə qoyduğunu görür. Mərvan onun boynundan tutub deyir:
    − Sən bilirsən nə edirsən?
    O kişi başını qaldıranda Əbu Əyyub Ənsari olduğu məlum olur. Əbu Əyyub Ənsari deyir:
    − Mən daşın yanına gəlməmişəm, Peyğəmbərin yanına gəlmişəm. Amma ey Mərvan, Peyğəmbərdən eşitdim ki, buyurur:
    "Dinə Allahın saleh bəndələri rəhbərlik etsələr, ağlamayın. Əgər zalımlar rəhbərlik etsələr, onda ağlayın (yəni sən və Əməvi sülalən(Bu dastanı bir çox yazıçılar nəql edib. Sübki "Şifaüs-siqam” kitabında və İbn Əsakir və ibn Əsir "Əsədül-Ğabə” kitabında c. 1, s. 28. ))
    Bu hədislər Peyğəmbərin qəbrinə təbərrük etməyin tarixi kökü olduğunu isbat edir. Yəni Peyğəmbərin əziz səhabələri həmişə onun şərafətli qəbrinə təbərrük etmişlər. Yalnız təkcə Mərvan ibn Həkəmlərdi ki, həmişə bu işin qarşısını alıblar. Bu haqda, o qədər tarixi hadisələr vardır ki, hamısını söyləməklə söz uzanar. Daha çox məlumat almaq istəyənlər "Təbərrük-səhabə” və "əl-Ğədir” kitabının c. 5. 146-156-cı səhifələrinə müraciət edə bilərlər. Axırda bir məsələni xatırlatmaq istəyirəm:
    Bütün bu tarixi hadisələr heç vaxt yalan və əsassız ola bilməz. Əgər yalan və əsassız olduğunu belə fərz etsək, yenə də bizim sözümüz doğrudur. Çünki əgər belə işlər haram və şirk sayılırsa, heç vaxt yalançı tarix yazanlar bu kimi hadisələri İslami şəxsiyyətlərə aid etməzdilər. Çünki yalançılar o zaman yalan danışırlar ki, cəmiyyət bu yalanı qəbul etsin. Heç vaxt şirk, bidət və haram olan əməlləri övliyalara və saleh bəndələrə aid etməzdilər. Əks halda, camaatın müqaviməti və mübarizəsi ilə üzləşə bilərdilər. Nəticədə atdıqları ox daşa dəyərdi və öz hədəflərinə çatmazdılar.
    Category: Vəhhabi məzhəbi | Added by: Islam_Kitabxanasi
    Views: 637 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024