İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Vəhhabi məzhəbi

    Vəhhabi məzhəbi
    2012-04-08, 8:30 AM
    Onuncu fəsil
    İbadət və itaətdə tövhid (Vəhhabilərin bəhanəsi)
    Bütün dövrlərdə səmavi peyğəmbərlərin dəvəti bir olan Allaha ibadət etmək olmuşdur. Yəni bütün insanlar Allaha ibadət etməli, başqa mövcudlara və məxluqlara ibadət etməkdən çəkinməlidirlər.
    Bir olan Allaha ibadət etmək və ikiliyə ibadət etməyin zəncirini sındırmaq səmavi göstərişlərin əsasını təşkil etmiş və bütün ilahi peyğəmbərlərin başlıca məqsədi olmuşdur. Peyğəmbərlər sırf şirklə, xüsusi ilə də ibadətdə olan şirk ilə mübarizə aparmışlar.
    Quran bu həqiqəti açıq-aşkar xatırladır:
    "Biz hər ümmətə: − Allaha ibadət edin, Tağundan çəkinin! −deyə peyğəmbər göndərmişik.”(Müstədrək Hakim, c. 4, s. 515. )
    "(Ya Mühəmməd!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, Ona: "Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də, yalnız mənə ibadət edin!”− deyə vəhy etməyək(Ən-Nəhl surəsi, 36-cı ayə.).”
    Bir olan Allaha ibadət etmək bütün şəriətlərdə ən başlıca məqsəddir:
    "(Ya Mühəmməd!) Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (o kəlmə budur:) Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək...”(Əl-Ənbiya surəsi, 25-ci ayə. )
    İbadətdə tovhid əsl və möhkəm sütunlardan biridir və heç bir müsəlman bunun ziddinə çıxmayıbdır. Bütün tayfaların bu haqda nəzəri birdir. "Mötəzilə” dəstəsi "feldə tovhid”-i, "əşairə” dəstəsi isə "sifətdə tövhid”-i qəbul etməmələrinə baxmayaraq, bunlar hamısı ibadətdə tovhidi qəbul edirlər. Heç bir müsəlman bunu inkar edə bilməz. Əgər, bu haqda müsəlmanlar arasında ixtilaf varsa, bunlar hamısı ibadətin növlərinə aiddir. Yəni hər hansı bir əməlin ibadət olub-olmamasında ixtilaf vardır. Allahdan başqasına ibadət etmək haram və şirkdir. Buna görə də gərək biz ibadətin leksik (lüğəvi) və Quranda olan mənasını işıqlandıraq.
    Daha açıq desək, ibadətdə tovhid xüsusi bir dəstəyə aid ediləsi bir əməl deyildir. Əksinə, bütün müsəlmanların nəzərində bir əməl sayılır. Lakin bəzi əməlləri bir qrup ibadət adlandırırlar. Başqa müsəlmanların nəzərində isə bu əməllər ibadət sayılmır. Buna görə də, gərək ibadətə məntiqi cəhətdən tərif verməklə əhatə dairəsini müəyyənləşdirək.
    İbadətin leksik mənası və onun geniş tərifi
    "İbadət” ərəb sözü olub, sitayiş etmək deməkdir. İbadətin mənasına məntiqi cəhətdən tərif vermək mümkün olmamasına baxmayaraq, sitayiş sözünün mənası bizim hamımıza aydındır.
    Biz yer və göyün nə olduğunu başa düşdüyümüz bir halda ona tərif verə bilmirik. Lakin onların adları çəkilən zaman ani olaraq yer və göy gözlərimiz önündə canlanır.
    İbadət və sitayiş sözləri də yer və asiman kəlmələrinə oxşayır, yəni onlara məntiqi cəhətdən tərif verə bilməsək də, mənalarını dərk edə bilirik. Həqiqi aşiq öz məşuqunun qapısını, divarını öpüb onun paltarını və köynəyini sinəsi üstünə qoyursa və yaxud onun ölümündən sonra qəbrini öpürsə, heç bir millət və məzhəbi aşiqin məşuqa qarşı bu rəftarını sitayiş və ibadət adlandırmır.
    Dünyanın böyük rəhbərlərinin mumiyalanmış cəsədlərinin ziyarətinə gəlib, cəsədləri qarşısında bir neçə dəqiqə sükut edib onları yad etmək ibadət sayılmır. Burada bir çox oyanmış vicdanlara hakim ibadət və ehtiramın mənasını ayırd etmək istərdik. Əgər "ibadət”ə məntiqi cəhətdən tərif vermək istəyiriksə, ona üç formada tərif vermək olar. Bu təriflərin üçü də bir hədəfi açıqlayır. Ən əvvəl vəhhabilərin ibadət üçün söylədikləri tərifin iki nöqsanını xatırladırıq.
    İbadətin iki nöqsanı:
    a) İbadət kölgələnmək və özünü kiçiltmək mənasında: Lüğət kitablarında "ibadət” sözü özünü kiçiltmək və təvazökarlıq mənasında təfsir olunub.
    Lüğət alimlərinin bu təfsiri "ibadət” kəlməsinin səhih və düzgün mənasını izah edə bilməz. Çünki:
    1− Əgər ibadət kəlməsi özünü kiçiltmək və təvazökarlıq mənasında olsa, heç kimi müvəhhid ( təkallahlı) adlandırmaq olmaz. Bəşər fitrətən maddi və mənəvi cəhətdən məqamları yüksək olan insanların müqabilində təvazökarlıq edir. Məsələn, tələbənin müəllimə, övladın ata-anaya və yaxud aşiqin məşuqa qarşı təvazökarlığı və s. kimi.
    2− Quran valideyn müqabilində təvazökarlıq etmək üçün övladlara belə göstəriş verir.(Ali-İmran surəsi, 64-cü ayə)
    "Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” −de.”
    Əgər təvazökarlıq ibadət sayılırsa, onda gərək valideynə itaət edən təvazökar övladlar müşrik, valideynin üzünə ağ olanlar "təkallahlı” kimi tanınsınlar.
    ) Sonsuz təvazökarlıq.
    Bəzi təfsir biliciləri lüğət alimlərinin səhv və nöqsanlarını görüb onların səhvlərini düzəltmək üçün bu kəlmələri başqa variantda təfsir ediblər:
    "Mehribanlıq və məhəbbət üzündən sonsuz həddə təvazökarlıq etmək ibadət sayılır. Bu təfsirlə əvvəlki təfsir arasında heç bir fərq yoxdur. Çünki Allah mələklərə Adəm qarşısında səcdə etməyi göstəriş verir:
    "Biz mələklərə: "Adəmə səcdə edin”− dedikdə İblisdən başqa (hamısı) səcdə etdi.”(İsra surəsi, 24-cü ayə.)
    Bir məxluq qarşısında səcdə etmək sonu olmayan təvazökarlığın bir nümunəsidir. Vəhhabilərin batil fikirləri düz olsa, onda gərək mələkləri müşrik, şeytanı isə "təkallahlı” kimi qəbul edək.
    Yəqubun övladları, hətta onun özü və həyat yoldaşı Yusif qarşısında səcdə etdilər:
    "Onların hamısı (ata-ana və on bir qardaşı) (hörmət əlaməti olaraq) ona (Yusifə) təzim edib əyildilər. Yusif dedi: "Atacan! Bu, əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi.”(Bəqərə surəsi, 34-cü ayə. )
    Quran Yusifin uşaqlıqda gördüyü yuxunu nəql edərək buyurur:
    "Bir zaman Yusif atasına demişdi: "Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər.”(Yusif surəsi, 100-cü ayə.)
    Bütün müsəlmanlar təkallahlıların rəhbəri olan əziz İslam Peyğəmbərinin ardıcılları olaraq "Həcərül-Əsvədi” (Kəbə evinin bir bucağında behiştdən göndərilmiş Qara daş) öpürlər və bu daşa əl sürtürlər, yəni bütpərəstlərin əməllərinə oxşar bir iş görürlər. Bununla belə, bütpərəstlərin gördüyü iş şirk, müsəlmanların gördüyü iş isə həqiqi tovhid sayılır.
    İbadəti yalnız təvazökarlıq adlandırmaq olmaz. Əksinə, təvazökarlıq ibadətin bir ünsürüdür və bu, ibadətin əsasını təşkil etmir. Təvazökarlıq və özünü kiçiltmək gərək əqidə ilə birlikdə olsun. Belə olan halda, bu, əqidə sayılır. Əgər xüsusi bir əqidə olmadan təvazökarlıq olunsa, ibadət sayılmır.
    İbadətin düzgün tərifi
    Birinci tərif: Allaha qarşı əqidə ilə təvazökar və kiçiklik halında yerinə yetirilən əməl və yaxud deyilən nitq və ya sözə ibadət deyilir.
    İndi görək ilahiyyat nə deməkdir? İlahiyyat "allahlıq” mənasında olub, "ilahi” isə Allah deməkdir. Əgər "ilah” kəlməsi məbud kimi təfsir olunursa, bu o deməkdir ki, məbud ilahın əsl həqiqi mənasını daşıyır. Əksinə, həqiqi və qondarma "ilahlara” bütün dünya millətləri arasında ibadət olunduğuna görə "ilah” kəlməsi məbud təsəvvür olunmuşdur. Əslində isə, məbudluq "ilahın” lazımlı şərtlərindən biridir.
    Daha açıq desək, ilah kəlməsinin açıq mənası Allah deməkdir, yəni həmin "La ilahə illəllah” (Yusif surəsi, 4-cü ayə. ) ixlas ifadəsidir.
    Əgər ilah sözü burada məbud mənasında işlənsə idi, ixlas ifadəsi öz həqiqi mənasını itirəcəkdi. Çünki məlum olduğu kimi, bu dünyada Allahdan başqa minlərlə məbud var. Bu mətləbin həqiqətini ayələrlə araşdırsaq, görərik ki, ibadət əqidə ilə Allaha doğru əməl və rəftara deyilir. Və belə bir əqidə ilə başqa mövcudlara ibadət olunmamalıdır. Quran Allaha ibadət etməyi göstəriş verməklə yanaşı, Allahdan başqa ilah olmadığını da sübut edir:
    "Ey bəndələrim! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur.” / Əraf surəsi, 59-cu ayə/.
    Bu ayənin məzmunu Quranda bir çox yerlərdə işlənmişdir. Əziz oxucular! Əraf surəsinin 58, 65, 73; Hud surəsinin 5, 61, 84; Ənbiya surəsinin 25; Möminun surəsinin 23, 32 və Taha surəsinin 14-cü ayələrinə müraciət edə bilərsiniz.
    Bu ayələr əqidə ilə Allaha doğru təvazökarlığın ibadət olduğunu açıqlayır. Başqa ayələr də bu həqiqəti isbat edir:
    "Onlara: "Allahdan başqa heç bir tanrı yoxdur” deyildiyi zaman təkəbbür göstərirdilər” /Saffat surəsi, 35-ci ayə/.
    Yəni müşrik və kafirlər Quranın bu sözünə əhəmiyyət vermirdilər və başqa mövcüd olan ilahilərin ilahlığına inanırdılar. "Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır!”(Allahdan başqa Allah yoxdur. )
    Ayədə insanların Allahdan başqasını qəbul etdikləri üçün bu əməl şirk sayılır. "O kəslər ki, Allaha başqa tanrı şərik qoşdular! Onlar (başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün dəb əməllərinin aqibətini) biləcəklər.”(Tur surəsi, 43-cü ayə, Tövbə 43-cü ayə, Nəhl surəsi, 63-cü ayəyə müraciət edə bilərsiniz. )
    "Onlar Allahla yanaşı, başqa bir tanrıya ibadət etməz...”(Hicr surəsi, 96-cı ayə. )
    Müşriklər öz bütlərinə əqidə bağladıqlarına görə bu kimi ayələr nazil olmuşdur. "(Müşriklər Qiyamət günü) onlar üçün şəfaət diləsinlər (yaxud Allahın əzabını onlardan dəf etsinlər) deyə, Allahdan başqa tanrılar qəbul etdilər.”(Furqan surəsi, 68-ci ayə. )
    "Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?”(Məryəm surəsi, 80. )
    "Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri tanrılarmı qəbul edirsən?”(Ənam surəsi, 74. )
    Bu kimi ayələrdə bütpərəstlərin öz məbudlarına ilah dedikləri üçün bunun şirk olduğu hamıya bəlli olur. Bütlər Allahın məxluqu olduğu halda bunlara ibadət edirdilər. Quran bu haqda buyurur: "Bu, ona görədir ki, yalnız Allah çağırıldığı zaman inkar edir, Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm uca, böyük olan Allahındır.”(Ənan surəsi, 74. )Mərhum Ayətullah şeyx Məhəmməd Cavad Bəlaği "Alair-Rəhman” adlı öz nəfis təfsir kitabında ibadətə belə bir tərif verir:
    İbadət insanın özü üçün təyin etdiyi bir varlığın müqabilində onun məqamının uca olmağının haqqını ödəmək üçün təvazökarlıqla etdiyi əməldir.
    Mərhum Bəlaği vicdanı ilə ibadətə tərif vermişdir. Qeyd olunmuş ayələr bu tərifin düzgünlüyünü təsdiq edir.
    Böyük ustad həzrəti Ayətüllahul-Uzma Xomeyni (Allah ona rəhmət eləsin) öz nəfis kitabında bu nəzərə üstünlük verərək buyurur:
    "İbadət bir kəsə Allah ünvanı ilə sitayiş etməkdir. İstər, böyük Allah ünvanında olsun, istərsə də kiçik Allah ünvanında.”(Mumin (Ğafir surəsi), 12. )
    Bu nəzəriyyəyə açıq-aşkar sübut şirk ilə mübarizə edən ayələr toplusudur. Quran bütün mövcudları və məxluqları ilah adlandırıb sitayiş edənlərlə mübarizə aparmışdır.
    Ayələrə müraciət etməklə "ilah” sözünün mənasının Allah olduğunu dərk edərik.
    İbadətin ikinci tərifi
    Rəbbin (sahib, yiyə mənasında) müqabilində təvazökarlıqla olunan əmələ ibadət deyilir. Yəni insan Rəbbinə qarşı sitayiş edərkən, özünü Rəbbinin müqabilində bəndə hesab edərsə, (istər bu onun Rəbbi olsun və yaxud olmasın) bu əməl ibadət sayılır. İbadətin Rəbbə layiq olan əməllərdən olduğunu Quran ayələri təsdiq edir:
    "Məsih belə demişdir: Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”(Kəşfi-əsrar, 29-cü səh.)
    "Şübhə yoxdur ki, Allah mənim də Rəbbim sizin də Rəbbinizdir. Elə isə, Ona ibadət edin! Budur doğru yol” /Ali-İmran, 51/.
    Bəzi ayələrdə ibadət Xaliqə layiq olan əməllərdən biri sayılır.(Maidə surəsi, 72. )
    "Rəbb” kəlməsinin mənası nədir?
    "Rəbb” sözü ərəb lüğətində bir işin idarə edilməsini birisinə tapşırmaq və bu işin taleyi onun əlində olmasına deyilir. Əgər ərəb dilində evin sahibinə, uşağın dayəsinə və əkinçiyə "Rəbb” deyilirsə, bu ona görədir ki, bu işlərin taleyi, ixtiyarı və idarə olunması onun əlindədir. Bizim həyatımız, ölümümüz, ruzimiz, bağışlanılmağımız, taleyimiz Allahın ixtiyarında olduğuna görə Onu "Rəbb” adlandırırıq. Əgər bu kimi işlərin başqa bir kəsin öhdəsində olmasını təsəvvür etsək, onda onu "Rəbb” təsəvvür etmiş olarıq. Və bu əqidə ilə də onun önündə sitayiş etsək, ona ibadət etmiş hesab olunuruq.
    Daha açıq desək, ibadət və sitayiş bəndə olmağın bir növüdür. Yəni həqiqi bəndə özünü varlığa, ölüm-dirimə, ruzi-bərəkətə, məğfirətə(Ənam surəsi, 102. ), şəfaətə(Ali-İmran surəsi, 44-cü ayə. ), ümumiyyətlə qanunlara /Tövbə surəsi, 31-ci ayə/ sahib olan malikə (varlığa) təslim edir.
    İbadətin üçüncü tərifi
    İbadət − Allah və yaxud bütün işlərin başlanğıcı olan varlıq qarşısında təvazökarlıqla sitayiş etməkdir.
    Sözsüz ki, bütün yaranış və xilqət, varlığı diriltmək, öldürmək, ruzi yetirmək, bəndələrin günahlarını bağışlamaq və s. bu kimi işlər Allahın əlindədir.
    Quran ayələrinə dəqqət yetirməklə, insanların ölüb-dirilməsinin və dünya işlərinin Allahın əlində olduğunun şahidi olarsınız.(Zumər surəsi, 44-cü ayə.) Quran bu kimi işləri başqasına aid etməyin qarşısını almışdır.
    Nizam intizamla, zərgər dəqiqliyi ilə yaradılmış dünyada olan hər bir varlıq, mövcudluq bir-birinə sıx bağlıdır. Bu nizamı (ay-günəş, yer, səma, yağış, külək...) yaradan Alladır. Quran bəzi yerlərdə Allahın əmri ilə icra olunan əməllərin, hərəkətlərin səbəblərini də xatırladır:
    "Dirildən də, öldürən də Odur. Gecə və gündüzün bir-birinin ardınca gedib-gəlməsi də Onun əmrilədir. Məgər dərk etmirsiniz?”(Qəsəs, 73; Nəml, 60-64; Zumər, 5-6. )
    Lakin, Quran başqa bir yerdə mələkləri öldürən və dirildən tanıtdırır:
    "Nəhayət birinizin əcəli gəlib çatdıqda onun canını mələklər alır.”(Muminun surəsi, 80-cı ayə)
    Təbiətdə maddi və qeyri-maddi (mələklər) sayılan məxluqların gördükləri işlər hamısı uca olan Allahın iznilədir. Yəni mələklər Allahın əmri və göstərişi ilə işləri icra edirlər. Əgər bir nəfər bütün bu işləri Allahdan başqa birisinə, məsələn: mələyə, övliyaya aid etsə və bunlara əqidə bağlamaqla onun qarşısında sitayiş etsə, ibadət sayılır. Başqa sözlə desək, əgər Allah bu işləri məxluqa tapşırıb və bu məxluqlar özbaşına, müstəqil bu işləri icra edirlərsə, onda Allaha şərik sayılırlar. Belə bir əqidənin də şirk olması hamıya məlumdur. Quran bu haqda buyurur:
    "İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır” /Bəqərə surəsi, 165/.
    Heç bir məxluq Allahın misli və şəriki ola bilməz. Əgər bir məxluq Allahın göstərişi və izni ilə iş görürsə, deməli, ona itaət etmiş sayılır.
    Peyğəmbərin vaxtında olan müşriklər bütlərin bir çox işlərdə azad və müstəqil olduğuna əqidə bağlayırdılar.
    Cahiliyyət zamanı insanlar müşrik əqidələri ilə bütün işlərin rahiblərin iradəsilə həyata keçdiyini güman edirdilər
    "Onlar Allahı qoyub alim və rahiblərini, Məryəm oğlu İsanı özlərinə tanrılar qəbul etdilər.”(Ənam surəsi, 61-ci ayə. )
    Allaha məxsus olan şəfaət və bağışlanmağı bütlərə məxsus xüsusiyyət bilirdilər. Amma ayələrdə deyildiyi kimi, Allahın izni olmadan heç kim şəfaət edə bilməz: "Allahın izni olmadan, onun yanında kim şəfaət edə bilər?”(Tövbə surəsi, 31.)
    Əgər onların məbudlarının Allahın izni ilə şəfaət etməyə əqidələri olsaydı, onda Quranda Allahın izni olmadan şəfaət etməyin qadağan olunmasına heç bir ehtiyac olmazdı.
    Yunanıstanın hikmət sahiblərindən bəziləri dünyada növünə görə bir neçə Allah olduğunu güman edirdilər. Allaha məxsus olan işlərə qondarma məbudların qüdrəti və qabiliyyəti olduğuna inanırdılar. Dünyanın və insanın yaranışının məbudların iradəsilə baş verdiyinə inanan, Allahın bu işlərdən uzaq olduğunu güman edən cahil ərəblər mələklərə, aya, günəşə və ulduzlara sitayiş edirdilər.(Bəqərə surəsi, 255. )
    Onların bəziləri dəmirdən, daşdan düzəldilmiş bütləri yaradan və dünyanı idarə edən bilməsələr də, bu bütləri özlərinə şəfaət edən kimi qələmə verirdilər:
    "Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir” deyirdilər.”(Miləl və Nihəl, c. 2, s. 244. )
    Bu batil əqidə üzündən bütlərə sitayiş edərək:
    "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik”(Yunus surəsi, 18. ) deyirdilər.
    Hər bir əməl əqidə üzündən olarsa, ibadət sayılır. Beləliklə, hər bir mövcudun müqabilində əqidə üzündən olmadan təvazökarlıq və hörmət etmək ibadət sayılmır.
    Müqəddəs İslam dinində aşiqin məşuqa, nökərin ağaya, arvadın ərə və s. ... səcdə etmələri haram sayılır. Lakin bu əməl əqidə üzündən olmasa ibadət sayılmır. Çünki Allahın izni olmadan heç kim başqa bir şəxsin qarşısında ibadət edə bilməz.
    Nəticə:
    Bura qədər çalışdıq ki, sizi ibadətin mahiyyəti ilə tanış edək, indi isə bu bəhsdən nəticə götürmək lazımdır.
    Əgər bir nəfər bir neçə şəxsi ilah, rəbb və Allah hesab etmirsə və onlara təvazökarlıq, ehtiram edirsə:
    "Onun (Allahın) möhtərəm bəndələri Ondan qabaq söz danışmaz, yalnız onun əmri ilə iş görərlər.”(Zumər surəsi, 3. )
    Sözsüz ki, belə bir əməl yalnız və yalnız təvazökarlıq və ehtiram sayılır.
    Allah-taala bəzi bəndələrini yaxşı sifətlərlə tanıtdırmaqla insanları bu bəndələrə ehtiram etməyə cəlb edir:
    "Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi.”(Ənbiya surəsi, 26-27. )
    Allah-taala i İbrahimi imamət məqamına yüksək etdi.
    "Səni insanlara imam təyin edəcəyəm”(Ali-İmran surəsi, 33. ) Allah-taala Quranda həzrət Nuh, İbrahim, Davud, Süleyman, Musa, Məsih və Həzrət Mühəmməd (s)-ı yaxşı sifətlərlə tanıtdırmaqla qəlblərin məhəbbətini onlara cəlb edib.
    Hətta, bəzilərinin ehtiramını və məhəbbətini vacib etmişdir.
    "Mən sizdən bunün (risaləti təbliğ etməyimin) müqabilində yaxınlarıma (nəslimə, əhli-beytimə) məhəbbət göstərməkdən başqa, bir şey istəmirəm...”(Bəqərə surəsi, 124)
    Əgər insanlar Allahın əziz və yaxın bəndələrinə sağlığında və vəfatından sonra rəbb və ilah əqidəsi olmadan ehtiram və hörmət edərsə, heç bir millət nə bu əməli ibadət, nə də o insanı müşrik hesab edə bilməz.
    Xəbərdar olduğunuz kimi, dini rəhbərlərə itaət edərək həcc mərasimində Həcərül-Əsvədə (Qaradaş) əl sürtür, bu daşı öpür, Allah evinin ətrafına dövrə (təvaf) vurur, Səfa və Mərvə dağları arasında qaçırıq, yəni bütpərəstlərin bütlərə qarşı etdiyi əməllərə oxşar bir iş görürük. Bəs nə üçün indiyə kimi "daşa-torpağa ibadət edirik” sualını özümüzə verməmişik? Çünki biz daş-torpaqda zərrə qədər xeyir və zərərin olmadığını bilirik.
    Əgər biz bu daş-torpağı rəbb, ilah adlandırıb əqidə üzündən bu işləri görsəydik, bütpərəst olardıq. Buna görə də, peyğəmbərin, imamın, müəllimin, ata-ananın əlini öpmək və yaxud Quranı, dini kitabları, məqbərələri və Allah övliyalarına aid olan tarixi abidələri ehtiram üzündən öpməyin heç bir zərəri yoxdur.
    Mələklərin Adəmə səcdə etmələri və Yusifin qardaşlarının Yusifə səcdə etmələri Quranda zikr olunub:
    "Biz mələklərə Adəmə səcdə edin dedikdə İblisdən başqa hamısı səcdə etdi.”(Şura surəsi, 23 )
    "Onların hamısı (ata-ana və on bir qardaş) ona (Yusifə) təzim edib əyildilər.”(Bəqərə surəsi, 34. )
    Mələklərin və Yusifin qardaşlarının bu əməllərini Adəmə və Yusifə ibadət etmək fikri kimi heç kim zehninə belə gətirməyib. Çünki səcdə edənlər ilah və rəbb niyyəti ilə səcdə etmirdilər. Buna görə də, onların etdikləri təzim ibadətə görə yox, əksinə hörmət və ehtirama görə idi.
    Vəhhabilər bu ayələrə rast gəldikdə deyirlər:
    Bu işlər Allahın əmri olduğuna görə səcdə edənlərin əməlləri ibadət sayılmır.
    Lakin, onlar bir məsələdən xəbərsizdirlər. O da budur ki, bütün əməllər, hətta Yusifin qardaşlarının təzim etməsi Allahın əmri ilə baş vermişdir. Çünki bu əməlin mahiyyəti ibadət və sitayiş sayılmadığına görə, Allah bu işi görməyə göstəriş vermişdir (diqqət edin). Əgər həmin işin mahiyyəti ibadət olsaydı, Allah-taala heç vaxt belə bir göstəriş verməzdi:
    "(Ya Peyğəmbərim!) De: Allah ədəbsizliyi (yaramaz işləri) əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?”(Yusif surəsi, 100. )
    Allahın göstərişi və əmri əməlin mahiyyətini dəyişmir. Əməlin mahiyyəti gərək Allahın əmrindən qabaq ibadət sayılmasın. Mahiyyət etibarı ilə ibadət olan hər hansı bir əməlin Allahın əmri ilə insana aid edilməsi vasitəsilə ibadət və sitayiş dərəcəsindən çıxmasını təsəvvür etmək olmaz.
    Bu cavabı Mədinə və Məkkənin vəhhabi şeyxlərindən dəfələrlə eşitdiyimizə görə bu barədə onların Quran maarifinin təhlilində donuq xəbər verilir. İbadət və sitayiş məfhumunun özünün müstəqil mənası var. Bəzi vaxtlar bu ibadətə icazə verilir, bəzi vaxtlar isə qadağan olunur. Məsələn, namazın, orucun bir ibadət kimi yerinə yetirilməsinə əmr olunur. Bəzi vaxtlar isə bu, nəhy edilir. (Qurban və Fitr bayramlarında oruc tutmaq qadağandır.) Əgər, mələklərin və Yusifin qardaşlarının əməli mahiyyət etibarı ilə ibadət olsa, onu yerinə yetirməklə Allahın əmri heç vaxt mahiyyətini dəyişmir.
    Çəkişmənin əsas həlli
    Əziz oxucular diqqət yetirməlidirlər ki, bizim vəhhabilərlə ixtilaflı məsələlərimizin bir çoxu "ibadət” məfhumunun təhlilindən irəli gəlir. Nə qədər ki, ibadətə məntiqi tərif verilib insaflı hökm çıxarılmayıbsa, bütün bu bəhslərin heç bir nəticəsi olmayacaq. Buna görə də təhqiqat apararkən, bir sıra lüğətçilərin sözlərinə uymaq lazım deyil. Bu barədə Quran ən görəl yol göstəricidir. Çox əfsuslar olsun ki, bütün vəhhabi yazıçıları və onların əqidə və fikirlərinin əleyeinə kitab yazanlar bu məsələri (ibadətin məntiqi və həqiqi mənasını) təhlil etmək əvəzinə, ׀׀ dərəcəli məsələlərə daha çox əhəmiyyət vermişlər.
    Bir sözlə, vəhhabilər deyirlər:
    "Sizin Peyğəmbərin şərəfinə gördüyünüz bir çox işlər (qəbri ziyarət etmək, təvəssül etmək. və s.) Peyğəmbərə, imama ibadət etmək sayılır və bunun da nəticəsi şirkdir.
    İndi isə, vəhhabilərin cənazəyə ibadət adlandırdıqları bir neçə əməli xatırlatmaqla bütün bunların iki tərəfi olduğunu qeyd edirik: A) İbadət sayılır; B) İbadət sayılmır. 1) Peyğəmbərdən və saleh bəndələrdən şəfaət istəmək. 2) İlahi övliyalardan şəfaət istəmək. 3) Dini rəhbərlərdən hacətini diləmək. 4) Qəbir sahibinə təzim və ehtiram etmək. 5) Peyğəmbərdən və başqalarından kömək istəmək.
    De: Bütün şəfaət yalnız Allaha məxsusdur” /Zümər surəsi, 44-cü ayə/.
    "Xəstələndiyim zaman mənə yalnız O şəfa verir” /Şuəra surəsi, 80-cı ayə./.
    Vəhhabilər bu ayələrə əsaslanaraq şəfaətin ancaq Allaha məxsus olduğunu deyirlər.
    Bunu Allahdan başqasından istəmək ibadət sayılır.
    Burada "Allahın felini təfsir etmək” və "Allahın feli nə deməkdir?” sualına cavab vermək lazımdır.
    Hər növ şəfaət və xəstələrə şəfaət verən amil özü tam müstəqil və sərbəstdir. Bu yalnız Allaha məxsusdur. Əgər Allahdan başqa bir şəxsdən əqidə etibarı ilə, o şəxsi rəbb və yaxud ilah qərar verib şəfaət istənilsə, sözsüz ki, bu əməl ibadət sayılacaq. Amma əgər, belə bir əqidə ilə yox, həmin şəxsi Allahın bəndəsi bilib ondan şəfaət istənilsə, Allahın işini Ondan başqa bir kəsdən istəmək sayılmır.
    Bu hökm Allahdan başqa bir kimsədən kömək diləməyə də aiddir. Kömək diləmək iki cürdür: a) ibadət b) qeyri-ibadət.
    Bu hökm təkcə ibadət və qeyri-ibadəti bir-birindən ayırmır. Əksinə, tovhid və şirk arasında ümumi bir qaydadır.
    "Antibiotik” maddələr insan vücudunda mikrobların məhv olmasına böyük təsir göstərir. Əgər bu maddənin funksiyasına görə bunun işini müstəqil hesab etsək və əqidə bağlayıb, buna təzim edib kömək istəsək, şirk və ibadət sayılır. Lakin buna təsir edən qüvvənin Allah tərəfindən olduğunu nəzərə alsaq, bu şirk və günah sayılmaz. Bu kimi çəkişmələri və mübahisələri həll etmək üçün ibadətin, ilahın və rəbbin mənasını dərk etmək lazımdır. Cahil ərəblərin bütün işləri bütlərə əqidə üzündən olub. Onlar bütləri hər bir işdə müstəqil hesab etməklə bütlərdən kömək və hacət istəyir və yaxud Allahın bütün işləri bütlərin öhdəsinə qoyduğunu güman edirdilər. Bütlər istədikləri şəxsə şəfaət verər, istəmədiklərinə isə, verməyə bilərlər.
    Bu bəhs haqqında daha çox məlumat almaq istəyənlər aşağıdakı kitablara müraciət edə bilərlər.(Əraf surəsi, 28-ci ayə. )
    Category: Vəhhabi məzhəbi | Added by: Islam_Kitabxanasi
    Views: 672 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024