İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Vəhhabi məzhəbi

    Vəhhabi məzhəbi
    2012-04-08, 8:28 AM
    On üçüncü fəsil
    Allah övliyalarından şəfaət diləmək
    Biz "şəfaət” sözünün mənası ilə tanışıq. Bir şəxsin günahından və onun mühakimə olunmasından araya söz düşəndə, bişqa bir şəxsin müdaxilə edib həmin adamı ölümdən, edamdan və ya zindandan azad etmək üçün fəaliyyətini və vasitəçiliyi görərkən deyirik:
    Filankəs ondan ötrü "şəfaət” etdi. Birinin günahkar bir şəxsə nicat verməsi üçün etdiyi vasitəçiliyə şəfaət deyilməsinin səbəbi budur ki, şəfaətçinin mövqeyi və onun təsir qüvvəsi şəfaət olunanın vücudunda olan xilas olma arzusu ilə birləşərək (və cütləşərək), biri digərinin köməyi ilə, günahkar şəxsin xilas olmasına səbəb olur. Allah övliyalarının günahkarlar üçün şəfaəti o deməkdir ki, Allahın əziz bəndələri Allah dərgahında olan hörmət və rütbələrinə görə (əlbəttə, Allahın izni ilə xüsusi qaydalar əsasında) günahkarlar üçün vasitəçilik edə, dua və yalvarış yolu ilə böyük Allahdan onların təqsir və günahlarının bağışlanmasını istəyə bilərlər. Şübhəsiz, onların şəfaət etmələri və şəfaətlərinin qəbul olunması bir sıra şərtlərdən asılıdır. Bu şərtlərdən bəzisi günahkar şəxsin özünə və bəzisi də günahın şəfaətinə bağlıdır. Başqa bir ifadə ilə desək, şəfaət Allah övliyalarının Allahın izni ilə Allah ilə olan mənəvi əlaqələrini və övliyalarla ruhi bağlılıqlarını kəsməmiş günahkar şəxslərə kömək etməsidir. Bu qayda-qanun həmişə qorunmalıdır. Başqa bir mənada desək, şəfaət ağlar halda bir şəxsə tərəf can atmaq və təkamül istedadı olan rəzil bir şəxsin ali dərəcələrdə olan şəxsdən qanuni olaraq kömək istəməsidir. Əlbəttə, kömək diləyən gərək ruhi kamillik nəzərindən o qədər də süqut etməməli, təkamül və çalışqanlığı əldən verməyib özünün pak insana dönməsi imkanını məhv etməməlidir.
    Peyğəmbərin (s) zamanında bu dövrə qədər müsəlmanlar həmişə doğru şəfaətçilərdən istər diri halda və istərsə də ölü halda şəfaət diləmişlər. Belə bir diləyi İslam alimlərindən heç biri islam əqidəsinin kökləri ilə zidd bilməmişlər.
    Elə ki, İslamın VII-ci əsrində İbn Teymiyyə dünyaya göz açdı, özünəməxsus xüsusi bir tərzi-təfəkkürlə bu və bir sıra müsəlmanlar arasında yayılmış sünnə qaydalarına müxalif oldu. Ondan üç əsr sonra Məhəmməd ibn Əbdül Vəhhab Nəcdi müxalifət bayrağını yenidən qaldıraraq İbn Teymiyyənin məktəbini daha da şiddətli surətdə yenidən dirçəltdi. Vəhhabilərin başqa islami firqələrlə ixtilaflı məsələlərindən biri də budur ki, onların başqa müsəlmanlar kimi şəfaəti islami köklərdən biri kimi qəbul etməsinə, Qiyamət günü şəfaətçilərin ümmətin günahkarları haqda şəfaət edəcəklərinə və əziz Peyğəmbərin bu haqda böyük payı olacağına əqidə bəsləmələri olmasına baxmayaraq, eyni halda da deyirlər ki, bu dünyada onlardan şəfaət diləməyə haqqımız yoxdur. Bu mövzuda onlar o qədər ifrata varmışlar ki, söylədikləri sözləri burada sadalamaq ruhi narahatlığa səbəb olar. Onların sözünün qısası budur ki, İslam Peyğəmbərinin, başqa peyğəmbərlərin, mələklər və övliyaların Qiyamət günü şəfaət etmək hüquqları vardır. Lakin bununla belə, şəfaəti gərək şəfaət sahibi olan və ona izn verən Allahdan istəyib deyək:
    "İlahi! Öz Peyğəmbərini və başqa saleh bəndələrini Qiyamət günündə bizə şəfaətçi qərar ver. Lakin bizim haqqımız yoxdur deyək: "Ey Allahın Rəsulu və yaxud, ey Allahın vəlisi, mənim haqqımda şəfaət etməyi səndən istəyirəm.” Çünki şəfaət elə bir şeydir ki, Allahdan başqa heç kim ona qadir deyildir. Əgər belə bir əməli Bərzəx aləmində olan Peyğəmbərdən istəsən, şirk və qarşındakına ibadət kimi sayılacaqdır.(Vəfaül-Vəfa, c. 2, s. 1361. )
    Vəhhabilər şəfaətçilərdən şəfaət istəməyi haram edib, şəfaət istəyəni müşrik və onun əməlini şirk adlandırırlar.
    Biz onların gətirdikləri dəlilləri araşdırmadan əvvəl məsələnin özünü Kitab (Quran), sünnə və müsəlmanların (davranışı) nəzərindən araşdıraq.
    Şəfaət diləməyin düzgün olması barədə bizim sübutlarımız
    Şəfaət diləməyin mümkünlüyü barədə bizim sübut və dəlillərimiz iki hissədən ibarətdir. Hər iki mətləbin sübutu olması ilə bu məsələ tam aydınlaşacaqdır. Bu iki mətləb aşağıdakılardan ibarətdir:
    1. Şəfaət diləmək elə dua etməyin özüdür.
    2. Layiqli şəxslərdən dua etmələrini istəmək müstəhəb bir əməldir.
    1− Şəfaət diləmək elə dua etməyin özüdür
    Peyğəmbər və başqa saleh şəfaətçilərin şəfaəti Allah dərgahında dua və yalvarışdan başqa bir şey deyildir. Allah dərgahında olan məqam və dərəcələrinə görə günahkarlar barədə etdikləri duanın təsiri nəticəsində mehriban Allah öz geniş lütf və mərhəmətini günahkar şəxslərə şamil edib onları bağışlayır. Mömin qardaşdan duanın istənilməsi əziz Peyğəmbər tərəfindən çox bəyənilən bir işdir. İslam alimlərindən heç biri istər vəhhabi olsun, istərsə də qeyrisi, bu əməlin düzgün olması haqqında heç bir şübhədə olmamışlar.
    Əlbəttə, demək olmaz ki, şəfaətin mahiyyəti məhşərin bütün dayanacaqlarında Allah dərgahına edilən həmin duadır. Amma demək olar ki, onun açıq-aydın mənalarından biri də duadır:
    "Ey Allah dərgahında böyük rütbə və məqamı olan şəxs! Bizim barəmizdə şəfaət elə”−deyən şəxslər də həmin bu mənanı nəzərlərində tuturlar.
    Nizaməddin Nişaburi bu ayənin − "Yaxşı işə havadar olana (onun savabından), pis işə havadar olana isə (onun günahından) bir pay düşür. Əlbəttə, Allah hər şeyə qadirdir. Hər şeyin əvəzini verəndir”(Maidə surəsi, 35. )−təfsirində deyir:
    "Şəfaət müsəlmanlar üçün edilən həmin duadır.”
    Peyğəmbərdən nəql olunmuşdur ki, hər kim müsəlman qardaşının arxasınca dua etsə, onun duası müstəcab olar. Bir mələk də ona nida edib: sənin üçün də onun kimi olacaq − deyə səsləyər.
    İbn Teymiyyə o şəxslərdəndir ki, diri şəxsdən dua edilməsini istəməyi düzgün hesab edirlər. Buna əsasən, şəfaət diləmək təkcə Peyğəmbər və övliyalara məxsus deyildir, əksinə belə bir diləyi Allah dərgahında qədr-qiyməti olan hər mömindən istəmək olar.
    Fəxr Razi də şəfaət kəlməsini Allah dərgahına edilən dua və yalvarış kimi təfsir edən şəxslərdəndir. "Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təsdiq edir, Ona (qəlbən) inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!”("Əl-Hədiyyətüs-sünniyyə”, ikinci risalə, s. 42. )
    Fəxr Razi yüxarıdakı ayənin təfsirində belə deyir:
    "Mələklərin təkcə günahkarlar barədə şəfaət etməsinə bu ayə şahiddir. Həmin bu dəstə barədə (möminlər) əziz Peyğəmbərimizin və başqa peyğəmbərlərin də şəfaəti bundan ibarətdir. Çünki Allah-taala belə göstəriş verir:
    "Həm öz günahlarını(Nisa surəsi, 85.), həm də mömin kişilərin və qadınların günahlarının bağışlanmasını dilə”/ Mühəmməd surəsi, 19/.
    Həzrəti Nuh özü valideyləri, ona iman gətirənlər və Qiyamətə kimi gələn imanlı şəxslər barədə Allahdan bağışlanmaq istəmiş və bu yolla da şəfaətçilik risalətini yerinə yetirmişdir.
    "Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni, bütün mömin kişiləri və qadınları bağışla.”(Mumin (Qafirun) surəsi, 7. )
    Yuxarıdakı sitatdan belə çıxır ki, Fəxr Razi şəfaəti günahkar şəxs haqqında edilən dua kimi qəbul etmiş, şəfaət diləməyi isə dua edilməsini diləmək tək hesab etmişdir.
    İslam hədislərində bir müsəlmanın başqa müsəlman barədə etdiyi duanın şəfaət olması sübuta yetirilib. İbn Abbas Peyğəmbərdən belə nəql edir: "Əgər bir müsəlman ölsə və şirk etməyən qırx nəfər onun cənazəsinə namaz qılsalar, Allah-taala o müsəlman barədə onların etdiyi şəfaəti (duanı) qəbul edər.”(Əlbəttə, Allah-taala Rəsuli Əkrəmin və başqa peyğəmbərlərin isməti barədə kəsərli dəlillər gətirdiyindən, təbii ki, onlar barədə işlənən "günah” kəlməsi başqa mənada işlənmişdir. Bu hissəni təfsilatı ilə "Mənşuri-Cavid” təfsirinin beşinci cildində qeyd etmişik)
    Bu hədisdə dua edən şəfaətçi kimi tanıtdırılmışdır. Əgər bir şəxs öz sağlığında qırx nəfər vəfalı dostundan xahiş edib ölümündən sonra onun cənazəsinə namaz qılmalarını və onun haqqında dua etmələrin istəsə, onlardan şəfaət istəmiş və bununla da Allah bəndələrinin şəfaətinin müqəddiməsini hazırlamış olur.
    Səhih-Buxaridə "Onlar yağış yağdırmasını diləməkdən ötrü öz imamında şəfaət istəyən zaman imam onların diləyini rədd etmir” və "quraqlıq vaxtı müşriklər müsəlmanlardan şəfaət istəyən zaman” adlı başlıqlar vardır.(Nuh surəsi, 28. )
    Bu iki fəsildə nəql olunan rəvayətlər şəfaət diləmək sözünün dua istəmək mənasında olmasına və bundan başqa mənaya təfsir olunmamasına sübutdur. Bura qədər istidlalın birinci mərhələsi aydınlaşdırıldı.
    Beləliklə, şəfaət istəməyin dua edilməsini istəməkdən bişqa bir iş olmadığı sübuta yetirildi. İndi isə istidlalın ikinci mərhələsi olan mömin qardaşdan şəfaət diləməyin tamamilə müstəhəb bir əməl olduğunu sübuta yetirək.
    2- Quran və layiqli şəxslərdən dua diləmək
    Peyğəmbərin insanların bağışlanması haqda duasının çox təsirli və faydalı olmasına Quran şəhadət verir:
    a) "Öz günahlarının və möminlərin günahlarının bağışlanmasını dilə.”("Səhih Buxari”, c.3, s. 54. )
    b) "Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır.”("Səhih Buxari”, c. 1.)
    Əgər Peyğəmbər duası bu qədər faydalıdırsa, bir şəxsin barəsində belə bir duanın ondan istənilməsinin nə eybi vardır? Başqa bir tərəfdən də axı duanın istənilməsi şəfaətin istənilməsindən başqa bir şey deyildir.
    v) "Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.”(Məhəmməd surəsi, 19. )
    Bu ayədə "sənin yanına gələrdilər” sözündən məqsəd onların Peyğəmbərin yanına gəlib ondan dua və bağışlanmaq diləməkləridir. Əgər məqsəd bu olmasaydı, onların gəlməyinin də mənası olmazdı. Peyğəmbərin hüzuruna təşrif gətirib dua diləməyin özü də qəlblərin oyanmasına, duanın müstəcab olmasına səbəb olan əsas amillərdən biridir.
    q) Qurani-kərim Yəqub övladları barədə nəql edir ki, onlar öz atalarından Allahdan bağışlanmalarını istədilər. Yəqub da onların bu diləyini qəbul edib öz vədəsinə əməl etdi:
    "(Oğlanları ona!) Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər. (Yəqub) dedi: "Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”(Tövbə surəsi, 103. )
    Bütün bu ayələr şəfaət hesab olanan pyğəmbərlərdən və başqa saleh bəndələrdən dilənən duanın İslam nəzərindən heç bir iradı olmadığını sübut edir. Möminlərdən dua diləmək haqqında olan rəvayətləri mövzunun qısa olması üçün nəql etmədik.
    İslam hədisləri və səhabənin həyat tərzi
    Əhli-təsənnün səhihlərinin birinin müəllifi məşhur hədisçi Tirmizi Ənəsdən belə nəql edir:
    "(Ənəs deyir:) Peyğəmbərdən Qiyamət günü mənə şəfaət etməsini xahiş etdim. O da mənim xahişimi qəbul edib "şəfaət edərəm” deyə buyurdu. Ərz etdim ki, ya Rəsulullah, o gün sən harada olacaqsan? Buyurdu: Sirat körpüsünün kənarında.”(Nisa surəsi, 64. )
    Ənəs təbii incəliklə Peyğəmbərdən şəfaət diləyir və o da qəbul edib ona müjdə verir. Peyğəmbərin səhabələrindən olan Səvad Qarib şerlərindən birində Peyğəmbərdən şəfaət diləyərək deyir:
    "Ey Rəsulullah! Qiyamət günü mənə şəfaətçi ol. Elə bir gün ki, başqalarının şəfaətini Səvad Qəribə heç bir xeyri və faydası olmayacaqdır.”(Yusif surəsi, 96. )
    Himyər qəbiləsindən Təbə adlı bir nəfər Peyğəmbər doğulmamışdan qabaq eşitmişdi ki, tezliklə Ərəbistan torpağından Allah tərəfindən bir peyğəmbər seçiləcəkdir. O, ölümündən qabaq bir məktub yazıb öz yaxınlarına verərək xahiş edir ki, bir gün əgər Allah tərəfindən belə bir peyğəmbər seçilsə, mənim məktubumu ona yetirin. O məktubda yazmışdı:
    "Əgər ömür vəfa etməyib səni dərk etməmişdən qabaq ölsəm, axirətdə mənə şəfaətçi ol və məni yaddan çıxarma.”
    Məktub Peyğəmbərə yetişən zaman üç dəfə buyurdu:
    "Afərin saleh qardaşım Təbəə.”(Sünəni Tirmizi, c. 4, s. 42, "Ma caə fi-şəni-sirat” fəsli. )
    Əgər şəfaət diləmək şirk olsaydı, Peyğəmbər heç vaxt ona qardaş deyib üç dəfə afərin deməzdi.
    Ölüdən şəfaət diləmək
    Bundan əvvəlki bəhsdə Allah övliyalarından şəfaət diləmək onların diri halında tamamilə caiz bir əməl olduğunu hədislər sübuta yetirdi.
    Bir sıra rəvayətlərdən belə başa düşülür ki, səhabə Peyğəmbərin vəfatından sonra onun pak ruhundan şəfaət diləyirdi.
    1) İbn Abbas deyir:
    "Elə ki, əmirəl-möminin Əli (ə) Peyğəmbərə (s) qüsl verib kəfən tutdu, kəfəni o həzrətin üzündən açıb dedi:
    "Atam-anam sənə fəda olsun. Sən diri halında da, ölü halında da pak-pakizəsən. Allah-taalanın dərgahında bizi də yad elə” Nəhcül-Bəlağə, 230-cu xütbə/.
    2) Peyğəmbər (s) vəfat edəndə Əbu Bəkr evdə onun üzünü açıb öpərək dedi:
    "Atam-anam sənə fəda olsun. Sağlığında da pak idin, vəfat edəndən sonra da paksan. Allah-taalanın dərgahında bizi yad elə, bizi unutma” /Kəşfül-irtiyab, s. 265/.
    Qeyd olunan rəvayətlər şəfaət diləyəndə şəfaətçinin diri və ya ölü olmasının fərqi olmadığını sübuta yetirir. Demək, bu kimi ayələrə, rəvayətlərə və bütün əsrlər boyu müsəlmanlar arasında rəvac tapmış sünnə əməllərə diqqət yetirərkən belə aydın olur ki, şəfaət mövzusu barədə gərək heç bir şəkk-şübhəyə yol verilməsin.
    Bundan əlavə, Peyğəmbərin səhabəsi o Həzrətin vəfatından sonra dua etməsini diləyirdi. Əgər dua diləmək o Həzrətin vəfatından sonra səhihdirsə, bir növ dua sayılan şəfaət də səhih olacaqdır.(Ər-Rical ensiklopediyası, "Səvad” maddəsi. )
    Category: Vəhhabi məzhəbi | Added by: Islam_Kitabxanasi
    Views: 669 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024