İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Vəhhabi məzhəbi

    Vəhhabi məzhəbi
    2012-04-08, 8:27 AM
    On dördüncü fəsil
    Şəfaət diləməyin qadağan olması barədə vəhhabilərin gətirdikləri dəlillərin araşdırılması
    Ötən fəsildə şəfaət diləməyin caiz olması haqda dəlillərlə tanış olduq. İndi isə, belə bir dilək barədə müxalif olanların dəlilləri ilə tanış olaq. Müxalif tərəf özünün bir sıra düşüncələri ilə Allah övliyalarından şəfaət diləməyi qadağan etmişdir. Bu bəhsin təhlilini qısa surətdə sizə təqdim edirik.
    1. Şəfaət diləmək şirkdir
    Bu dəstənin söylədiyi şirkdən məqsəd ibadətdə olan şirkdir. Onlar şəfaət diləməyin şəfaətçiyə sitayiş olduğunu iddia edirlər.
    Doqquzuncu fəsildə ibadət barədə müfəssəl surətdə bəhs edib aydınlaşdırdıq ki, hər hansı bir şəxsə edilən hər növ diləyiş və ya ondan şəfaət diləmək o surətdə ibadət hesab olunur ki, tərəf-müqabili yaradılışın Allahı, Pərvərdigarı, Rəbbi və ya ilahi işlərin başlanğıcının sahibi kimi qəbul edək. Bundan qeyi-surətdə olan bütün növ dua və diləyişlər, təzim və təvazökarlıqlar heç bir zaman ibadət sayılmayıb və sayılmayacaqdır.
    Allah dərgahının həqiqi şəfaətçilərindən (Allahın onlara şəfaət etməyə izn verdiyinə görə) şəfaət diləyənlər onları Allah dərgahına yaxın adamlar və Allahın seçilmiş bəndələri kimi hesab edirlər. Onlar nə allahdırlar, nə də məğfirət və şəfaət kimi Allaha xas olan işlər olara tapşırılmamışdır ki, istədikləri kimi Allahın izni olmadan hər kimi istəsələr şəfaət edib günahından keçsinlər. Bu kimi şəxslər Allahın izni ilə Allah və şəfaətçilərin mənəvi bağlılıqları qırılmamış xüsusi şəxslərin günahlarının bağışlanmasını diləyə bilərlər. Bu surətdə şəfaətçini Allahın ən yaxın bəndələrindən başqa bir şey hesab etməyən şəxsin belə bir istəyi heç vaxt ibadət sayılmır. Əlbəttə, əgər belə bir istək ölü halında şəfaətçiyə pərəstiş kimi hesab olunursa, diri halında da təbii olaraq şəfaətçiyə ibadət kimi hesab olunmalıdır.
    Keçən bəhsdə xatırlatdıq ki, Quran və sünnə müsəlmanlara buyurur ki, Peyğəmbər hüzuruna gəlib onlardan ötrü bağışlanmaq diləməsini xahiş etsinlər. Belə bir diləyiş diri halında diri halında şəfaət diləməkdən başqa bir şey deyildir. Və heç vaxt ola bilməz ki, bir əməl həm şirk və həm də tovhid olsun. Daha geniş şəkildə desək, onlar belə deyirlər:
    "Şəfaət Allaha məxsus bir iş və ya Ona xas bir hüquqdur. Ona məxsus olan hüququ başqasından diləmək ibadət sayılır”
    Hətta onlar bu sözü eyni ilə xəstə üçün övliyalardan dilənən şəfa və buna oxşar şeylər barədə də təkrar edib deyirlər ki, bu kimi diləyişlər Allaha məxsus olan işi başqasından diləməkdir. Təbii olaraq belə bir diləyiş də tərəfi-müqabilə sitayiş və ibadət kimi qəbul edilir.
    Onların bu sübutlarının cavabı keçən bəhslərdə diqqət, yetirməklə tamamilə aydın olur. Bəhsin mövzusu bundan ibarətdir:
    Bu ümumi qanun barədə müsəlmanların heç birinin ixtilafı yoxdur. Hamılıqla Allaha məxsus olan işi başqasından istəməyin həmin şəxsə ibadət olmasını etiraf edirlər və Onun ilahiyyat əqidəsinə səbəb olur. Allaha məxsus olan işdən məqsəd nədir? Hələ də vəhhabi yazıçıları vəalimləri bu üç əsr ərzində Allaha məxsus olan iş barədə kiçik bir məqalə, elmi əsər yazmamışlar. Belə olan halda, əsas və sübut gətirməyin öz faydasızdır. İbadətin tərifində bir çox ayələrdə Allaha məxsus işlərin Allahdan başqasına da aid edildiyi qeyd olunmuşdur. Məsələn, öldürmək barəsində ayədə buyurulur:
    "Dirildən də, öldürən də Odur” /Mumin surəsi, 85/.
    Bəzi ayələrdə bu iş Allahdan başqasına da aid edilir. Belə ki, aşağıdakı ayədə buyurur:
    "Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar.”(Mənaqibi-İbn Şəhr Aşub, c. 1, s. 12; Biharül-Ənvar, c. 15, s. 314.)
    Bu təkcə öldürmək işi deyildir ki, Ona məxsus olan iş başqasına aid edilmiş olsun. Əksinə, Allaha məxsus olan işlərin və yalnız Ondan tələb olunması lazım olan şeylərin bir hissəsini başqasından dilənilməsinə də icazə verilmişdir. Quran müsəlmanlara gecə-gündüz bu kəlməni deməyə göstəriş verir:
    "Yalnız və yalnız Səndən kömək diləyirik” /Fatihə, 5/.
    Lakin başqa ayələrdə də namaz və səbir kimi Allahdan başqa şeylərdən də kömək diləməyi göstəriş vermişdir. "(Müsibət vaxtında) səbir edib namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu ağır iş olsa da, (Allaha) itaət edən üçün ağır deyildir.”(Artıq məlumat toplamaq üçün müəllifin qələmə aldığı "Quran aə hədis baxımından şəfaət” adlı kitabına müraciət edə bilərsiniz. Bu kitabda yüzə qədər (45 hədis sünni kitablarından və 55 hədis şiə kitablarından) hədis nəql olunmuşdur. )
    Əgər biz Allaha məxsus olan işin başqasına da aid edilməsi barədə bəhs edən ayələri burada qeyd etmək istəsək, sözümüz uzun çəkər.(Ənam surəsi, 61. ) Bizə lazım olan isə Quran baxımından ixtilafı aradan qaldırmaq və Quranın məqsədini öyrənməkdir.
    Öz istəyimizi nəzərə almadan bu işlərin iki surəti vardır:
    1− İş görən varlıq heç kimə arxalanmadan, heç kimdən kömək almadan və nəhayət, heç kimin razılığını qəbul etmədən öz işini həyata keçirtsin. Məsələn, bir canlını öldürsün və yaxud bir canlıya kömək etsin.
    2− Yuxarıdakı işləri həyata keçirən bir varlığa arxalanıb, yüksək məqamından qüdrət alıb o varlığın izni ilə bu işləri həyata keçirtsin.
    Birinci surətdə əməl Allaha, ikinci surətdə isə əməl insana və ya Allahdan başqasına aiddir. Allahın işi (feli) və insanın işi təkcə bu surətlə açıqlanmır. Əksinə, Allahın və Ondan qeyrisinin işini tanımaq üçün bu ümumi bir qaydadır.
    Allahın işi diriltmək, öldürmək, şəfa vermək, ruzi yetirmək və sairə başqalarına ehtiyacı olmamaqdan ibarətdir. Allahdan başqası öz işərində özündən üstün və məqamı yüksək olan varlığa bağlı olan halda o varlığın izni olmadan heç bir iş görə bilməz. Bu qaydaya əsasən, Allaha məxsus olan şəfaətin saleh bəndələrindən istənilən şəfaətdən fərqli olduğu bəlli olur.
    Əgər Allah övliyasından birinci surətdəki kimi şəfaət istənilsə, onda bu əməl Allahın işini başqasından istəmək və həmçinin ibadət sayılır. Lakin, əgər ikinci surətdəki kimi şəfaət istənilsə, yəni izn verilmiş və məhdud şəfaət istənilsə, onda bəşərə məxsus olan iş istənilir.
    Bu qaydaya əsaslanaraq vəhhabi yazıçılarının söylədiklərinin əsassız olduğu sübuta yetirilir. Yəni bu kimi istəklərin istər şəfaət və buna oxşar başqa işlərin iki sürətdə olduğu bəlli olur. Heç bir təkallahlığa inanan bəndə Allah övliyalarından birinci surətdə deyildiyi kimi iş istəmir. Heç ki, hətta İslami düşüncəsi zəif olan adamlar belə bu övliyaları dünyanı yaradıb müstəqil idarə edən, Allahın işləri onlara tapşırılmış, şəfaət və kömək işlərində heç bir məhdudiyyəti olmayan varlıq bilmirlər.
    Nəticədə isə məhdud və izn verilmiş şəfaəti bəşərdən istəmək Allaha məxsus olan iş hesab olunur. Biz gələcəkdə "Allahın işinin” xüsusiyyətləri haqqında söhbət açacağıq.
    2. Müşriklər bütlərdən şəfaət istədiklərinə görə şirk sayılır
    Vəhhabilərin "Allah övliyalarından şəfaət istəməyin” haram olması haqda ikinci sübutları budur ki, Hicaz bütpərəstləri bütlərdən şəfaət istədikdərinə, bütlərin müqabilində ah-nalə edib, onlardan kömək dilədiklərinə görə müşrik oldular. Aşağıdakı ayə də buna şəhadət verir:
    "Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” − deyirlər.”(Bəqərə surəsi, 45. )
    Buna görə də Allahdan başqasından şəfaət istəmək şirk və şəfaət edənə sitayiş etmək sayılır.
    Cavab:
    1) Bu ayə vəhhabilərin söylədikləri fikrə və nəzəriyyəyə heç bir sübut və əsas ola bilməz. Quran onları bütlərdən şəfaət istədiklərinə görə yox, əksinə, şəfaət olunmaqlarına xatir bütə ibadət etdiklərinə görə müşrik adlandırıb. Əgər bütlərdən şəfaət istəmək həqiqətdə ibadət sayılırsa, onda bu kəlməni "Bunlar bizdən ötrü şəfaət edənlərdir” kimi gətirməklə "ibadət edirlər” kimi gətirməyə heç bir ehtiyac olmazdı.
    Ayədə iki həmcins cümlənin ardıcıl gəlməsi, bütlərə sitayiş etməyin şəfaət istəməyə aid olmadığını açıqlayır. Bütlərə sitayiş etmək şirk və iki məbuda ibadət etmək, bütlərdən, daşdan, çubuqdan şəfaət istəmək isə məntiqdən uzaq olan axmaq bir əməl sayılır. Bu ayə bütlərdən şəfaət istəməyin sitayiş olmasına heç vaxt sübut və əsas ola bilməz. Yəni bütlərdən şəfaət istəmək onlara həmd və sitayiş etmək demək deyil. Belə olan halda təbiidir ki, övliyalardan da şəfaət istəmək onlara sitayiş etmək demək deyil. Bundan əlavə, övliyaların məqamı ilə bütlərin məqamı heç də müqayisə oluna bilməz.
    2) Tutaq ki, onların (bütpərəstlərin) əməllərinin şirk olmasının səbəbi bütlərdən şəfaət istəmək olmuşdur. Lakin bütpərəstlərin şəfaət istəməklərilə müsəlmanların şəfaət diləməkləri arasında çox böyük fərq var. Onlar "şəfaət” və "bağışlanmaq” kimi məsələlərdə bütləri şəfaətin yiyəsi və Allah dərgahında ixtiyar sahibi hesab edirlər. Sanki Allah bütün bunlardan əl çəkib həmin işləri bütlərə tapşırmışdır. Sözsüz ki, belə bir şəfaət istəmək bütlərə sitayiş və ibadət sayılacaq. Çünki onlar bütlərdən "Rəbb”, "İlah” və "İlahi işlərin başlanğıcı” əqidəsi ilə şəfaət istəyirlər. Amma müsəlmanlar isə Allahın ən yaxın və abırlı bəndəsindən (şəfaət məsələsində Allahın izn verdiyi bəndədən) şəfaət və dua diləyirlər. Bunları bir-birinə bağlı edib fərq qoymamaq həqiqətdən və insafdan uzaqdır.
    3. Allahdan başqa bir kimsədən şəfaət istəmək haramdır
    Vəhhabilərin "İlahi övliyalardan şəfaət istəməyin” haram olması haqda üçüncü dəlilləri bundan ibarətdir: Quranın hökmünə əsasən dua vaxtı Allahdan başqasını çağırmaq bəşərdən şəfaət istəmək, Allahdan başqasından kömək diləmək sayılır.
    Quran bu haqda buyurur:
    "Şübhəsiz ki, bütün məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin (heç kəsi çağırmayın).”(Mənqui-Cavid” kitabına müraciət edin, -ci cild. )
    Allahdan başqasını çağırmaq haram sayılır. Digər tərəfdən də Allah övliyalarına şəfaət vermək səlahiyyəti verilmişdir. Bu iki cümləni bir yerə topladıqda belə başa düşülür ki, Allah övliyalarının şəfaətini onların özündən yox, Allahdan istəyək.
    Belə bir çağırışın ibadət və sitayiş olmasına aşağıdakı ayə şəhadət verir.
    "Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!”(Yunus surəsi, 18. )
    Ayənin əvvəlində "dua”, axırında isə "ibadət” kəlmələrinin işlənməsinə diqqət yetirin. Bu, dua ilə ibadətin eyni mənada olmasına dəlildir. Əxlaq kitablarında deyilir: "Dua etmək sitayiş və ibadət etməyin başlanğıcıdır.”
    Açıqlama:
    1) Allahdan başqasını çağırmağın və dua etməyin haram olmasının səbəbi mütləq çağırmaq və kömək istəmək deyil. Əksinə, dua etməyin haram olmasına əsas səbəb Allahdan başqasına sitayiş etməkdir. Ayənin başlanğıcında gələn cümləyə (Bütün məscidlər Allaha məxsusdur) əsasən, çağırmaqdan və dua etməkdən məqsəd ibadətə gətirib çıxaran xüsusi çağırış, dua diləmək və kömək istəməkdir. Yəni, bir şəxsi dünyanın Allahı, rəbbi, idarə edəni, yaradanı və mütləq hakimi hesab edib, onun qarşısında zəlilliklə, sonsuz təvazökarlıqla dayanmaq haram və şirkdir.(Cinn surəsi, 18. )
    Allahın şəfaət üçün izn verdiyi bəndələrdə yuxarıda qeyd olunanların heç biri yoxdur.
    2) Ayədə bir kəsi Allahın məqamı ilə bir edib Onunla birlikdə çağırmaq haram sıyılır. Quranda "məəllah” ərəb kəlməsi ("Allahla birlikdə”) bunu izah edir. Əgər bir şəxs Peyğəmbərdən onun haqqında dua etməyi, Allahdan onun günahlarının bağışlanmasını diləsə və yaxud hacətini istəsə, belə olan halda heç vaxt Allahla birlikdə heç kimi çağırmayıb. Əksinə, bu diləyiş və çağırış əslində Allahı çağırmaqdır, Allahdan diləməkdir.
    Əgər bəzi ayələrdə bütlərdən hacət və kömək istəmək şirk sayılırdısa, səbəbi budur ki, onlar (bütpərəstlər) bütləri kiçik Allah, İlahi işlərin hamısında və yaxud bəzisində ixtiyar sahibi hesab edirdilər və öz məqsədlərinə çatmaq üçün bütləri qüdrətli bilirdilər. Elə buna görə də Quran bu kimi fikirləri tənqid edərək buyurur:
    "Sizin ondan (Allahdan) başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir kömək edə bilər”(Mumin (Ğafir) surəsi, 60. ) ; "Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın onları sizə cavab versinlər.”(Həqiqətdə ayənin mənası "Allahdan başqasına ibadət etməyin”− dir. Çünki başqa bir ayədə bu haqda buyurur: Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz /Furqan surəsi, 68/. ) Bir sözlə, müşriklər bütləri kiçik Allah adlandırmaqla bütün işlərdə bunları ixtiyar sahibi və qüdrətli bilirdilər. Lakin Allahın şəfaət haqqı və məqamı vermiş bəndəsində bu şərtlərin heç biri yoxdur.
    3) Çağırışın geniş mənası vardır. Adətən ibadətdə məcazi mənada işlədilir. Ayədə(Əraf surəsi, 197. ) və hədislərdə işləndiyi kimi sübut gətirilmişdir. Halbuki məcazi mənada işlənən bu kimi sözləri əsas götürməklə "çağırmaq” kəlməsini həmişə ibadət mənasına yozub əqli cəhətdən kömək və hacət istəyəni şirkə məhkum etmək olmaz. Lakin "dəvət, çağırmaq” kəlməsinin əsl mənası oxumaq, diləmək və istəməkdir. Bu bəzən ibadət mənasında işlənir. Çox vaxtlar isə ibadət mənasını yox, başqalarını çağırmaq, səsləmək, mənasını ifadə edir.
    4. Şəfaət Allaha məxsusdur
    Şəfaətin Allaha məxsus olduğu aşağıdakı ayədə bildirilir. Belə olan halda başqalarından şəfaət istəməyin nə kimi mənası vardır?
    "Yoxsa onlar (müşriklər) Allahdan qeyrilərini (bütləri) şəfaətçi etdilər? (Ya Peyğəmbər!) De: "Onlar heç bir şeyə malik olmadıqları və heç bir şey qanmadıqları halda, şəfaətmi edəcəklər? Bütün şəfaət yalnız Allaha məxsusdur.”(Əraf surəsi, 194. )
    Cavab:
    Ayədə "Şəfaət yalnız Allaha məxsusdur” ifadəsi o demək deyildir ki, Allahdan başqa şəfaət etməyə heç kimin haqqı yoxdur.
    Sözsüz ki, Allah-taala bir şəxsi başqa bir şəxsin yanında şəfaətçi etmir. Ayədə məqsəd budur ki, şəfaətin əsl səbəbkarı bütlər yox, Allah-taaladır. Çünki yalnız ağılı, dərrakəsi və düşüncəsi olan bir şəxs şəfaətə sahib ola bilər. Bütlər isə ağıllı və dərrakəsi olmayan cansız əşyalardırlar.
    "Onların heç bir şeyə malik olmadıqları və heç bir şeyi qanmadıqları halda...”
    Deməli, ayədə əsas məqsəd şəfaətin bütlərə yox, Allaha məxsus olmasıdır. Allah hər kimin səlahiyyəti və ləyaqəti olarsa, ona şəfaət etməyə izn verər. Bünlərin isə nə səlahiyyəti çatır, nə də ləyaqəti. Belə olan halda ayənin bizim bəhsimizə aid olmadığı sübuta yetirilir. Çünki müsəlmanlar şəfaətin yalnız və yalnız Allaha məxsus olduğuna, övliyaların isə Allahın izni ilə şəfaət etmələrinə inanırlar. Həmçinin ayələrin və hədislərin hökmünə əsasən, Peyğəmbərə Allah tərəfindən şəfaət izni verilməsini qəbul edirlər. Buna görə də müsəlmanlar Peyğəmbərdən ona izn verildiyinə görə şəfaət istəyirlər. Bu sözün ayəyə heç bir bağlılığı olmadığı bəlli olur.
    Ölülərdən şəfaət istəmək qadağandır
    Bu dünyada ilahi övliyalardan şəfaət istəmək haqqında vəhhabilərin axırıncı dəlil və sübutları eşitməyən və hissiyat qüvvəsini itirmiş ölülərdən şəfaət istəməkdir. Quran açıq-aşkar ölüləri eşitməyən və başa düşməyən kimi qələmə verib buyurur:
    a) "Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən.”(Cinn surəsi, 18 və əl-Munin (Ğafir surəsi). 60. )
    Quran bu ayədə müşrikləri ölülərə oxşatmaqla ölünün heç bir şeyi başa düşmədiyi kimi müşrikləri də dərketməz adlandırıb. Əgər ölülər danışıb, eşidib və hər bir şeyi hiss etsəydilər, onda qəlbi ölmüş müşrikləri ölülərə oxşatmaq düzgün olmazdı.
    b) "Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər, Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən.”(Zümər surəsi, 43, 44.)
    Bu ayənin də dəlilləri yuxarıdakı ayə ilə eynidir. Deməli, ölüdən şəfaət istəmək, cansız əşyadan bir şey istəmək deməkdir.
    Cavab:
    Vəhhabilər digər İslami məzhəblərə irad tutub, onların xətaya uğradıqlarını aşkar etmək üçün həmişə şirk qapısından daxil olmuşlar. Özlərini tovhidin tərəfdarı adlandırmaqla başqalarını kafir hesab etmişlər. Lakin burada bəhsin mövzusunu dəyişib övliyalardan şəfat istəməyin qadağan olmasını irəli çəkmişlər. Amma onlar tamamilə unutmuşlar ki, İlahi övliyalar əqli(Nəml surəsi, 80. ) və nəqli sübutlara əsasən diridirlər.
    Nəqli dəlillər (Quran ayələri)
    1. "Allah yolunda öldürülənlərə (şəhid olanlara) ölü deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.”(Fatir surəsi, 22. )
    2. "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi yeyirlər. Onlar Allahın öz mərhəmətindən bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə, görməyəcəklərinə görə şadlıq edirlər.”(Nəfsin bədəndən ayrıldıqdan sonra maddədən ayrılması və maddi bədənə ehtiyacı olmaması insan ruhunun ölümündən sonra bu ruhun əbədi olub həyat sürməsinə və xüsusi dərrakəyə sahib olmasına əsas bir sübutdur. İslamın böyük filosofları ruhun əbədi və cisimdən (bədəndən) üstün olmasına onlarla sübutlar gətirmişlər. Heç bir insaflı şəxs bu haqda şübhə etməmişdir.)
    "(Ya Mühəmməd!) hər ümmətdən (Peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?”(Bəqərə surəsi, 154. )
    "Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və çəkindirən bir şəxs göndərdik.”(Ali-İmran surəsi, 169-170. )
    "Bəlkə, (indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm.” Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (Qiyamət gününə) qədər maneə (öldükdən sonra Qiyamətədək qalacaqları Bərzəx aləmi) vardır.”(Nisa surəsi, 41.)
    "Onlar (ölən gündən Qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar.”(Əhzab surəsi, 45. )
    Bütün bu ayələrin hamısı öləndən sonra ruhun vasitəsilə həyatın davam etməsinə şəhadət verir.
    Vəhhabilərin əsas götürdükləri bu iki ayədən (Nəml, 80, Fatir 22) məqsəd yerin altında dəfn olunan ölülərin dərrakəsiz olduğuna sübut ola bilməz. Əksinə, ruh bədəndən ayrıldığına görə bədən özü dərrakəsiz və cansız bir əşya olur. Ruh isə buna aid ola bilməz.
    Lakin diqqət yetirmək lazımdır ki, biz torpaq altında dəfn olunmuş bədəndən yox, Bərzəx aləmində bərzəx cəsədləri ilə yaşayan ən müqəddəs ruhlardan şəfaət və yaxud hacət istəyirik. Çünki Quran hökmünə əsasən onlar diridirlər. Deməli, biz boş bədənlə yox, əksinə, ruhlarla söhbət edir, onlardan şəfaət istəyirik.
    Əgər ölülərin torpaq altında qalmış bədənlərinin dərrakəsi yoxdursa, bu o demək deyildir ki, onların Quran ayələrinə əsasən, Allah dərgahında ruzi yeyən pak və təmiz ruhlarının da dərrakəsi yoxdur.
    Əgər biz onlara salam veririksə, şəfaət istəyiriksə və yaxud onlarla danışırıqsa, deməli, bizim onların bədənləri ilə yox, müqəddəs ruhları ilə işimiz var. Əgər onların qəbirlərinin, dəfn olunduqları yerlərin və evlərinin ziyarətinə gediriksə, bu ona görədir ki, onlarla ruhi əlaqə yaratmaq üçün özümüzü hazırlaşdırırıq. Hətta əgər onların bədənlərinin torpağa dönməsini belə bilsək, (baxmayaraq ki, İslam rəvayətləri bunun ziddinədir) yenə yuxarıda qeyd olunan yollarla, onların müqəddəs ruhları ilə əlaqə və bağlılıq yaratmalıyıq.
    Category: Vəhhabi məzhəbi | Added by: Islam_Kitabxanasi
    Views: 706 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024