İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhhabi məzhəbi

    Vəhhabi məzhəbi
    2012-04-08, 8:26 AM
    On beşinci fəsil
    Qeybi (gözə görünməz aləmi-ruhani) qüdrətə əqidə ilə inanmaq şirk sayılırmı?
    Şübhəsiz ki, hacət istəmək o zaman mümkündür ki, hacət istəyən öz qarşı tərəfini hacətinin yerinə yetirilməsində qüdrətli və imkanlı bilsin. Bəzi vaxtlar bu zahiri və maddi qüdrət olur. Məsələn, bir şəxsdən su istədikdə o, qabı su ilə doldurub bizə təqdim edir.
    Bəzi vaxtlar isə bu qüdrət təbii və maddi qanunlardan uzaq, qeybi bir qüdrət olur. Məsələn, bir şəxs Həzrəti İmam Əlinin (ə) insan qüdrətindən xaric olan və bəşər qüdrəti ilə yox, qeybi qüdrət ilə "Xeybər” qalasının qapısını yerindən çıxartmasına əqidə ilə inanır. Və yaxud Həzrəti Məsih (ə) öz şəfaverici qüdrəti ilə çətin və sağalmayan xəstəlikləri xəstəyə dərman içirtmədən və müalicə etmədən sağaldır. Belə bir qeybi qüdrətə inanmaq əgər Allahın qüdrətinə, izninə və məsləhətinə əsaslanırsa, maddi qüdrətə inanmaq deməkdir. Yəni bu inam və əqidə şirk sayılmır. Həmin Allah maddi qüdrəti o şəxsin ixtiyarına verdiyi kimi, qeybi qüdrəti də ona bəxş etmişdir. Bir şərtlə ki, məxluq Allaha ehtiyacı olmayan bəşər kimi tanınmasın.
    Vəhhabilərin bu haqda fikirləri:
    Vəhhabilər deyirlər: Əgər bir nəfər ilahi övliyaların birindən istər diri olsun, istərsə də ölü, xəstəsinin sağalmasını, itirdiyinin qaytarılmasını və yaxud borclarının ödənilməsini istəyərsə, bu geniş istəklər övliyanın (insanın) qeybi (gözə görünməz) qüdrətə malik olduğunu və təbii nizam-intizama, qanunlara, dünya yaranışına hakim olduğuna səbəb olar. Allahdan başqa belə bir gözə görünməyən qüdrətə inanmaq eyni ilə o şəxsin allahlığına inanmaq deməkdir. Belə bir hacət istəmək də şirk sayılır.
    Susuz insan səhrada öz nökərindən su istəyirsə, o, təbiət qanunlarına hakim olan nizam-intizama itaət etmiş olur. Amma torpaqlar altında dəfn olunmuş və yaxud uzaq bir yerdə yaşayan imamdan və Peyğəmbərdən su istəmək onların qeybi (gözə görünməyən) qüdrətlərinə inanmaq deməkdir. Yəni, heç bir səbəb və maddi vasitə olmadan susuz insana su yetirsin. Belə bir əqidə qarşı tərəfə Allah əqidəsi ilə inanmağa səbəb ola bilər.
    Əbu Əla Movdudi bu mətləbə açıq-aşkar işarə edən şəxslərdən biridir. O deyir: "İnsanın Allahı çağırması və Ondan kömək istəməsinin əsas səbəbi budur ki, o, Allahın maddi qanunların hüdudundan xaric və təbiət qanunlarına hakim olan gözə görünməyən qeybi bir qüdrətə sahib olduğuna inanır.”(Muminun surəsi, 100. )
    Bu barədə bizim nəzəriyyəmiz.
    Vəhhabilərin əsas səhvi budur ki, insanların qeybi və gözə görünməyən qüdrətlərinə inanmanı şirk və ikiallahlıq kimi qələmə verirlər. Bununla da Allahın gözə görünməyən qüdrətinə əsaslanan qeybi qüdrət ilə Allahdan ayrı olan müstəqil qeybi qüdrət arasında heç bir fərq qoymaq istəmirlər və bəşərdən olan qeybi qüdrətə inanmanı isə şirk hesab edirlər.
    Quran açıq-aşkar bəzi adamların qeybi qüdrətlərə sahib və təbiət qanunlarına hakim olduqlarından danışır. Biz burada Quran nöqtəyi-nəzərindən bir neçə ilahi övliyaların belə bir qüdrətə malik olduqlarına işarə edirik:
    Yusif peyğəmbərin gözə görünməyən qeybi qüdrəti
    Yusif peyğəmbər öz qardaşlarına deyir:
    "Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, o, (yenidən) görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin.”
    "Muştuluqçu gəlib köynəyi (Yəqubun) üzünə sürtən kimi onun gözləri açıldı və o: "Məgər sizə demədimmi ki, mən Allahdan sizin bilmədiklərinizi bilirəm!”−söylədi” /Yusif surəsi, 93 və 96-cı ayələr/.
    Ayənin zahiri mənası budur ki, görmə qabiliyyətini itirən Yəqubun Yusifin iradəsi, istəyi və əqdə etdiyi qüdrəti ilə gözləri açılır və görməyə başlayır. Bu iş Allahın bir başa gördüyü iş deyil, əksinə, Allahın vasitəçi ilə olan işidir. Belə olmasaydı, Yusifin qardaşlarına köynəyi atasının üzünə sürtməyi göstəriş verməsi faydasız olardı. Əksinə, həzrəti Yusif dua etsə belə, kifayət edərdi. Bu, Allah övliyasının Onun izni ilə dünya işlərinə təsir etməsi deməkdir. Və bu işi görənə (Yusif) Allah tərəfindən belə bir ixtiyar verilmişdir.
    2. Musa peyğəmbərin gözə görünməyən qeybi qüdrəti
    Allah Musaya əsasını daşa vurmağı göstəriş verir. Sonra daşdan bəni-İsrail övladlarının qəbiləsinin sayı qədər on iki bulaqdan su axmağa başladı.
    "Biz ona: "Əsanı daşa vur! −dedik. (O, əsanı vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı...”/ Bəqərə surəsi, 60/.
    Başqa bir yerdə Allah-taala Musaya əsanı dəryaya vurmağı göstəriş verir. Sonra isə bəni-İsrailin keçib getməsi üçün dəryanın bəzi yerlərində dağ əmələ gəldi. "Onda Musaya belə vahy etdik: "Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) dərhal yarıldı. (İsrail oğullarının sayına müvafiq olaraq on iki hissəyə bölündü) və hər hissə böyük bir dağ kimi oldu” /Şüəra surəsi, 63/.
    Burada çeşmələrin və dağların əmələ gəlməsində əsil vasitə Musanın iradəsi ilə yerə vurulan əsanı əsassız götürmək olmaz.
    2. Süleyman peyğəmbərin gözə görünməyən qeybi qüdrəti
    Allahın böyük övliyalarından olan Süleyman peyğəmbərin gözə görünməyən böyük qeybi qüdrəti olmuşdur. Allahın böyük neməti bu ayə ilə − "Bizə hər şeydən verilibdir” (Nəml surəsi, 16)− tanınmışdır. Nəml surəsinin 17 və 44, Səba surəsinin 12, Ənbiya surəsinin 81, Sad surəsinin 36 və 40, ayələrində Süleymanın ixtiyarında olan nemətlər haqqında söhbət açılmışdır. Bu ayələri oxumaqla Süleymanın ixtiyarında olan nemətlərin böyük qüdrətini dərk edə bilərik. Allahın övliyasına aid olan ayələrdən bəzisini burada qeyd etməklə Quranda xəbər verilən Allah bəndələrinin böyük qeybi qüdrətlərinə əqidə ilə inanmağı işıqlandırırıq.
    Quran nöqteyi-nəzərindən, cinlər və quşlar həzrət Süleymana tabe idilər. O, quşların və həşəratların dilini bilirdi.
    Quran bu haqda buyurur:
    "Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür!
    (Bir gün) Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər. Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər.”
    (Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: "Ey Rəbbim! Mənə mənim özünə və ata-anama ehsan buyurduğun nemətə şükr etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni Öz mərhəmətinlə saleh bəndələrinin sırasına daxil et” /Nəml surəsi, 16-19-cu ayələr/.
    Siz əgər hud-hud (şanapipik) quşunun Süleyman tərəfdən Səba mələkəsinə xəbər göndərilməsini Quranda oxusanız, Süleymanın gözə görünməyən qeybi qüdrətindən təəccüblənərsiniz. Buna görə də əziz oxuculardan Nəml surəsini 20-ci ayəsindən 44-cü ayəsinə kimi oxumağı xahiş edirik. Oxuduğunuz ayələrə diqqət yetirin.(Mumin (Ğafir) surəsi, 46)
    Quran nöqteyi-nəzərindən, Süleyman peyğəmbərin qeybi qüdrəti olduğuna görə küləklər onun göstərişi ilə hərəkət edirdilər. Quran bu haqda buyurur:
    "Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!” /Ənbiya surəsi, 81/.
    Bundan məlum olur ki, küləklər onun əmri ilə hərəkət edirdilər.
    4. Həzrəti İsa və onun gözə görünməyən qeybi qüdrəti
    Quran ayələrini araşdırmaqla həzrəti Məsihin (İsa) gözə görünməyən qeybi qüdrətinin şahidi oluruq. Quran həzrəti Məsihdən belə nəql edir. "Mən, həqiqətən, Rəbbiniz tərəfindən möcüzə ilə sizə (peyğəmbər) gəlmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın izni ilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuma) bir dəlil vardır” /Ali-İmran surəsi, 49/.
    Əgər həzrəti Məsih bütün işlərini Allahın izni ilə görürsə, buna görədir ki, heç bir peyğəmbər Allahın izni olmadan belə bir iş görə bilməz.
    "Allahın izni olmadan heç bir peyğəmbər heç bir möcüzə gətirə bilməz” /Rəd surəsi, 38/.
    Bununla belə həzrəti Məsih gözə görünməyən qeybi işləri özünə aid edir. "Düzəldərəm”, "üfürərəm”, "sağaldaram” və "dirildərəm” sözlərini buna sübut ola bilər.
    Yusif, Musa, Süleyman və Məsih peyğəmbərdən başqa digər peyğəmbərlərin(Əl-Müstələhatül-ərbəə, s. 18. ) və mələklərin də qeybi qüdrəti vardır. Quran Cəbrayıl mələyi "çox qüvvətli olan”(Əziz oxucu! Yuxarıda qeyd olunan ayələri daha yaxşı başa düşmək üçün Quranın doğma dilə tərcüməsinə müraciət edə bilərsiniz. ) və digər mələkləri isə "İşə əncam çəkənlər” kimi tanıtdırmışdır.
    Quranda mələklər "dünya işinə əncam çəkənlər”, "canları alanlar”, "insanları qoruyanlar”, "əməlləri yazanlar” və "günahkar, üsyankar qəbilə və milləti məhv, yox edənlər” kimi tanıtdırılmışdır.
    Hər kim Quranla daha dərindən məşğul olsa, mələklərin Allahın izni ilə gözə görünməyən qeybi qüdrətə sahib olub fövqəladə işlər gördüyünün şahidi olar.
    Əgər qeybi qüdrətə əqidə ilə inanmaq allahlığa gətirib çıxarırsa, onda mələklər də Quranda Allah kimi tanıtdırılardı.
    Müşkülün həlli yolu yalnız yuxarıda deyilən kimidir. Belə ki, müstəqil (Allaha bağlı olmayan) qüdrət ilə kəsb olunan (Allahın izni ilə) qüdrət arasında fərq olmalıdır. Bəşərin müstəqil qüdrətinə inanmaq şirk sayılır. Amma hər bir əməldə kəsb olunan qüdrətə inanmaq isə tovhid sayılır.
    Bura qədər aydın oldu ki, övliyaların "qeybi qüdrətinə” inansaq, onları Allahın təyin etdiyi vasitələr bilsək, belə bir əqidə şirk yox, tovhidin özüdür. Təbii qüdrəti insana və qeybi qüdrəti isə Allaha aid etmək tovhidin əsası sayılmır. Əksinə, tovhidin mahiyyəti budur ki, bütün bu işləri istər təbii qüdrət, istərsə də qeybi qüdrəti Allaha aid edək və Onu bütün işlərin və qüdrətlərin başlanğıcı bilək.
    İndi isə Allah övliyalarından adət xaricindən kənar olan işlər görməsi haqda bəhsi araşdıraq. Məgər bəşər qüdrətindən xaric olan işləri istəmək şirk sayılırmı?
    Hər bir məxluqun "Səbəb və nəticə” (determinizm) qanununa əsasən özünə görə bir səbəbi vardır. Səbəbsiz bir şeyin əmələ gəlməsi qeyri-mümkündür. Nəticədə isə dünyada heç bir şey səbəbsiz yaradılmamışdır. Peyğəmbərin və övliyaların möcüzə və kəramətləri də illətsiz deyildir. Əgər Musanın əsası əjdahaya dönürsə, Məsih ölüləri dirildirsə, İslam Peyğəmbəri ayı iki yerə bölürsə və yaxud əlində tutduğu kiçik daşlar Allaha zikr deyirsə, bunların heç biri illətsiz deyil. Lakin bu işlərin əsaslı bir iləti vardır ki, bunu maddi və təbii illət adlandırmaq olmaz. Bəzi vaxtlar belə təsəvvür olunur ki, insandan təbii işləri istəmək şirk deyildir. Lakin fövqəladə olan işləri istəmək isə şirk sayılır.
    Cavab:
    Quranda peyğəmbərlərdən və yaxud bəzi insanlardan bəşər qüdrətinin təbii və maddi hüdudlarından xaric olan işlərin görülməsi tələb olunur. Quran peyğəmbərləri və övliyaları tənqid etmədən onlardan belə bir işin görülməsini tələb edir. Quranda açıq-aşkar deyilir:
    "İnsanlar quraqlıqdan nicat tapmaq üçün su istəməyə Musanın yanına gəldilər.”
    "Ümməti ondan (Musadan içməyə) su istədiyi zaman ona: "Əsanı daşa vur!” −deyə vəhy etdik (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı.”
    "Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, biz ona: "Əsanı daşa vur!” −dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki bulaq qaynadı.”(Müəllifin "Peyğəmbərlərin mənəvi qüdrəti” kitabına müraciət edə bilərsiniz. )
    Diri adamdan bəşər qüdrətindən kənar olan bir şey istəmək, demək olar ki, mümküdür. Lakin bizim sözümüz bundadır ki, belə bir işi ölüdən istəmək olar, ya yox? Bunun cavabı hamıya məlumdur. Çünki ölüm və həyat tovhidin əsli ilə uyğun olan əməldə təfavüt yarada bilməz. Belə ki, birində şirk və digərində tovhid kimi qələmə verilsin. Həyat və ölüm fayda verib-verməməsində təsir göstərə bilər, ancaq tovhidlə şirkdə isə heç bir fərq ola bilməz.
    Süleyman Bilqeyisin taxtını istəyir
    Həzrəti Süleyman Bilqeyisin taxtını yanına gətirmək üçün məclisdə oruranlardan bəşər qüdrətindən xaric olan bir iş görməyi istədi.
    "(Süleyman) dedi: "Ey əyanlar! Onların müti vəziyyətdə (müsəlman olaraq) yanıma gəlməmiş hansınız onun (Bilqeyisin) taxtını mənə gətirə bilərsiniz?” Cinlərdən olan (çox qüvvətli bir nəhəng) bir ifrit dedi: "Sən yerindən (taxtdan) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam! Mən taxtın üzərində qızıl, gümüş, ləl-cəvahirata əlimi belə vurmaram, ondan heç bir şey götürmərəm!)”
    (Süleyman taxtın daha tez gətirilməsini istədi) Kitabdan (Allahın kitabından, yaxud Xızır və ya Süleymanın çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi: "Mən onu sənə bir göz qırpımında gətirərəm.” (Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: "Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir).”(Nəcm surəsi, 5. )
    Əgər bu nəzəriyyə düzgündürsə, onda gərək bütün əsrlər boyu peyğəmbərlik iddiası edən şəxslərin əməlləri şirk və küfr sayılsın. Çünki insanlar bəşər qüdrətindən xaric olan möcüzəni peyğəmbəri göndərəndən yox, əksinə, peyğəmbərlik iddiası edən şəxsdən tələb edərdilər. Peyğəmbərlik iddiası edən şəxsə belə deyirdilər: "Əgər möcüzə ilə gəlmisənsə və doğru danışanlardansansa, onu gətir, göstər.”(Əraf surəsi, 160 və Bəqərə surəsi, 60. )
    Bütün dünya millətləri bu yol ilə həqiqi peyğəmbərləri yalançı peyğəmbərlərdən ayırd etmişdi. Peyğəmbərlər həmişə bütün dünya millətlərini gətirdikləri möcüzəni müşahidə etmək üçün dəvət edərdilər. Quran da insanların peyğəmbərlik iddiası edən şəxslərlə danışığını və onlardan möcüzə istəmələrini nəql edir.
    Əgər insanlar həzrət Məsihin yanına gəlib onun doğru peyğəmbər olub-olmadığını yoxlamaq üçün ondan kora və yaxud cüzam xəstəliyinə tutulanlara şəfa verməsini istəyirdiləsə, onlar müşrik sayılmır, əksinə, bu işin əslini öyrənmək istəyənlərdirlər. Həzrət Məsihin olmadığı bir zamanda insanlar onun pak ruhundan hər hansı bir xəstəyə şəfa verməyi istəyirlərsə, onlar nəyə görə müşrik sayılmalıdırlar? Halbuki ölüm və həyatın şirk və tovhid baxımından heç bir fərqi yoxdur.(Nəml surəsi, 39. )
    Bir sözlə, Quran Allah bəndələrinin insan qüdrətindən xaric olan qüdrətə malik olduğunu açıq-aşkar təsdiq edir. Onlar bəzi vaxtlarda və yaxud onlara müraciət etdikdə bu qüdrətdən istifadə edirdilər. Əgər vəhhabilər bu işə Allahdan başqa heç kimin qüdrəti çatmadığını deyirlərsə, onda qeyd olunan ayələr onların fikir və əqidələrinin əleyhinə şəhadət verir.
    Əgər hər hansı bir işin bu yolla tələb olunmasının şirk olduğunu iddia edirlərsə, bəs onda nə üçün Süleyman (s) və başqa peyğəmbərlər hər hansı bir işi bu yolla tələb edirdilər? Əgər qeyri-adi şəkildə övliyalardan hacət diləmək üçün onların hökmən qeyb aləmi ilə əlaqəli olmalarının lazım olduğunu deyirlərsə, onlara belə cavab veririk: qeyb aləmi iki növdür: biri tovhidin özü, digəri isə şirkin yaranmasına səbəb.
    Əgər diri övliyalardan yox, dünyasını dəyişmiş övliyalardan bu kimi istəkləri diləməyi haram hesab edirlərsə, demək lazımdır ki, ölüm və həyat tovhidlə şirk arasında heç bir fərqləndirici ölçü deyildir.
    Əgər xəstənin sağalmasını və ya borcun qaytarılmasını fövqəladə üsullarla istəməyi Allaha məxsus olan işi başqasından diləmək kimi qələmə verirlərsə, deməliyik ki, şirkin əsas meyarı dilənilən şəxsi Allah və ya İlahi işlərin başlanğıcı kimi hesab etməkdir. Çünki işin fövqəladə olub-olmaması Allaha məxsus olan işlər üçün meyar hesab edilə bilməz. Deməli, bu kimi diləyişlər Allaha məxsus olan işləri başqasından diləmək deyildir. Allaha məxsus olan işlərin meyarı isə icraçının onu yerinə yetirməsində müstəqil olmasıdır, (yəni icraçının bu işləri yerinə yetirməkdə heç kimdən asılı olmaması və heç kimdən kömək almamasıdır). Amma istər adi və istərsə də qeyi-adi (fövqəladə) işlərdə icraçı ilahi qüvvəyə arxalanarsa, belə işlərin ondan (icraçıdan) dilənilməsi Allaha məxsus olan işlərin başqasından dilənilməsi deyildir.
    Allah bəndələrindən şəfa istəmək haqqında isə deyirik:
    Bəzi vaxtlar övliyalardan şəfa və yaxud buna oxşar istəkləri diləmək Allahın işini başqasından istəmək kimi təsəvvür olunur. Quran buyurur:
    "Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir,”(Şuəra surəsi, 80-cı ayə).
    Bununla belə necə deyə bilərik ki, ey Allahın Peyğəmbəri, mənə şəfa ver. Başqa xariqüladə işlərin dilənilməsi də eynilə bunun kimidir.
    Burada da vəhhabilər yenə də Allahın işi ilə bəşərin işini ayırd edə bilməmiş, belə təsəvvür etmişlər ki, xariqüladə işlər Allaha, adi və təbii işlər isə bəşərə məxsusdur.
    Bunlar Allaha və başqasına məxsus olanları tanımaq istəmirlər. Allah və bəşərin işində bir əməlin qeyri-adi və yaxud adiliyi heç vaxt əsas ölçü ola bilməz. Ona görə ki, murtazların (yoqların) gördükləri işləri də Allahın işi adlandırmaqla onları Allah hesab edərik.
    Əksinə, Allahın işində əsas ölçü budur ki, icraçı gərək yalnız və yalnız özünə arxalansın və heç kimdən kömək istəməsin. Belə bir əməl Allahın işi adlanır. Yəni bir şəxs öz işində Allahın qüdrətinə arxalanıb, ondan kömək istəməklə iş görürsə, bu əməl Allahın işi adlanır. İstər bu iş adi olsun, istərsə qeyri-adi.
    Bəşər hər bir adi və qeyri-adi işi yerinə yetirərkən Allahdan kömək istəməklə yanaşı, onun qüdrətinə arxalanır. Allahdan aldığı qüdrəti nəticəsində öz işlərini həyata keçirir. Belə bir qüdrətə sahib olmaq, öz məqsədləri yönündə bu kimi əməlləri yerinə yetirmək və yaxud istək diləmək şirk ola bilməz. Çünki bütün mərhələlərdə bu qüdrətin ona Allah tərəfindən verilməsini və Allahın izni ilə bu işləri görməsini etiraf edirik.
    Böyük ustad həzrəti Ayətullahul-Üzma Xomeyni (Allah ona rəhmət eləsin) Allahın işini tanımaq üçün belə deyir:
    "Başqasından kömək almamaqla müstəqil olaraq icraçının gördüyü işə Allahın işi deyilir.”
    Başqa sözlə desək, iş görən öz əməlində müstəqil olub, başqalarına ehtiyacı olmazsa, onun gördüyü iş Allahın işi adlanır. Bunun əksi isə bəşərin işi adlanır. Allah-taala heç kimdən kömək və qüdrət istəmədən dünyanı yaradır, ruzi yetirir, şəfa verir və s. edir. Və heç kəsin Onun işinə qarışmağa haqqı yoxdur. Allah heç kimdən qüdrət və kömək almır.
    Lakin Allahdan başqası bir iş görərkən adi və qeyri-adiliyindən asılı olmayaraq, Allahın köməyi olmazsa, bunu həyata keçirə bilməz.
    Allahdan kömək istəməklə bu işləri yerinə yetirmək olar.(Əraf surəsi, 106. ) Başqa bir sözlə desək, əgər bir varlığı müstəqil hesab etsək, tovhid yolunu azmış olarıq. Çünki bir varlığın müstəqil olmasına inansaq, belə çıxır ki, onun varlığının ehtiyacsız olması Allahla bərabər olur. Belə bir varlıq da yalnız və yalnız Allah özü ola bilər ki, heç bir şeyə ehtiyacı yoxdur və Onun vücudu ancaq özünə aiddir.
    Həmçinin, əgər bir şəxsi Allahın məxluqu bilib, lakin asan və qeyri-adi işlərdə onun müstəqil olduğuna inansaq, burada da şirklə üzləşmiş oluruq. Çünki, yalnız və yalnız Allah öz işində müstəqil ola bilər. Cahil ərəblər dünyanın və bəndələrin işlərinin bütlərə tapşırılmasına və bütlərin bu işlərdə müstəqil olmasına inandıqlarına görə müşrik adlanırdılar.
    Cahiliyyət dövründə İslam parıldayan zaman bir çox müşriklərin əqidəsi bundan ibarət idi. Onlar mələklərin və ulduzların məxluq (yaradılmış) olduqlarına inanmaqla yanaşı, dünya işlərinin idarəedicisi(Həzrəti Məsihin möcüzələri ilə yaxından tanış olmaq istəyənlər Ali İmran surəsi 49 və Maidə surəsi 100-110-cu ayələrə müraciət edə bilərlər. ) və yaxud Allah işlərindən olan "bağışlanmaq” və "şəfa” kimi işlərin bunlara tapşırılmasına və bu işlərdə müstəqil olmasına inanırdılar.
    Mötəzilə dəstəsi insanı yaradılış cəhətdən Allahın məxluqu bilir, lakin əməl, iş, fel və təsir baxımından müstəqil olduğunu deyirlər. Əgər onlar öz sözlərinə diqqət yetirsələr, belə bir əqidənin gizli şirk olduğunu anlayarlar. Düzdür, bu müşriklərin etdiyi şirkə oxşamır. Bu iki şirkin fərqi açıq-aşkar bilinir. Birinci şirk Allah və dünya işlərində, ikincisi isə insan işlərində müstəqillik olduğunu iddia edir.
    Category: Vəhhabi məzhəbi | Added by: Islam_Kitabxanasi
    Views: 664 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024