İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Vəhhabi məzhəbi

    Vəhhabi məzhəbi
    2012-04-08, 8:25 AM
    On altıncı fəsil
    Allahı övliyaların haqqına və məqamına and vermək
    Vəhhabi məsləkinin digər islami məzhəblərlə olan ixtilaflarından biri də budur ki, vəhhabilər iki cür and içməyi haram bilib, bunu ibadətdə şirk hesab edirlər. Bu andiçmə aşağıdakılardan ibarətdir:
    1− Allahı övliyaların haqqına və məqamına and vermək.
    2− Allahdan başqasına and içmək.
    Allahı övliyaların haqqına and vermək
    Quran övliyaları belə fəsf edir:
    "Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxanlardır)”
    Əgər bir nəfər gecə yarısı, gecə namazından sonra Allahın dərgahına üz tutub:
    − İlahi, səni and verirəm sübh vaxtı bağışlanmaq diləyənlərin haqqına, mənim də günahlarımı bağışla −deyirsə, bu əməli "ibadətdə şirk” adlandırmaq olarmı? "İbadətdə şirk” yalnız və yalnız Allahdan başqasına ibadət etmək, Allahdan başqasını Allah bilmək və yaxud onu İlahi işlərin başlanğıcı hesab etməkdir. Halbuki bu duada biz Allahdan başqasına üz tutmamış və Ondan başqa bir kəsdən heç bir istək diləməmişik. Bu əməl haram sayılırsa, bunun başqa bir səbəbi olmalıdır. Biz burada vəhhabi yazıçılarına bir məsələni xatırladırıq:
    Quran müşriki təkallahlığa inanan (müvəhhid) adamdan ayırmaq üçün müşrik haqda müxtəlif mənalı kəlmələrlə söhbət açır. Bu üsulla müşrik sözünün mənası haqda müfəssirlərin müxtəlif tərzdə şəxsi rəy vermələrinin qarşısını almışdır: "Allah tək olaraq anıldığı (la ilahə illəllah deyildiyi) zaman axirətə inanmayanların qəlbi nifrətlə dolar. Onda (Allahdan) başqaları (bütlər, tanrılar) yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər.”
    Başqa bir ayədə təkəbbür edən müşrikləri belə tərif edir:
    "Onlara: "Allahdan başqa heç bir tanrı yoxdur!”−deyildiyi zaman təkəbbür göstərirdilər.
    Və: "Biz heç divanə şairdən ötrü tanrılarımızı tərk edərikmi?!” − deyirdilər.”(Kəşfü-Əsrar, 51-ci s. )
    Bu iki ayənin mənası:
    Tək olan Allahı yad edərkən qəlbləri nifrətlə, bütləri, yalançı tanrıları isə xatırlayanda qəlbləri sevinclə dolan və yaxud tək Allah xatırlanan zaman təkəbbür edən adamlar "müşrik” adlanır.
    Bu ölçü ilə gecə yarısı Allahdan başqasını çağırmayan, şirin yuxunu özünə haram edib Allahı yad etməklə ləzzət aparan, Onunla gizli söhbət edib dua edərək Allahı Özünün əziz bəndələrinə and verən şəxs necə müşrik sayıla bilər? O, Allahı yad etməkdən boyunmu qaçırır və yaxud Allah yad edilərkən təkəbbürmü edir?!
    Nə üçün vəhhabi yazıçıları qondarma qanunlarla təkallahlığa inanlanları (müvəhhidləri) müşrik hesab edib özlərini Allah dərgahının əziz bəndələri bilirlər?
    Buna əsasən, doxsan doqquz faiz qiblə əhlini "müşrik”, yalnız "Nəcd” əhlini müvəhhid adlandırmaq olmaz.
    "İbadətdə şirk” kəlməsini təfsir etməyi bizə tapşırmayıblar ki, istədiyimiz kimi də təfsir edək və kimi də istədik "müşrik” adlandıraq.
    Əmirəl-möminin və Allahı övliyaların haqqında and vermək
    Biz Əmirəl-möminin Həzrət Əli (ə)-ın dualarında belə andların şahidi oluruq. İmam gecə namazları qıldıqdan sonra bu duanı oxuyardı:
    "İlahi, Səni and verirəm o kəsin ehtiramına ki, Səndən Sənə (yəni, Səndən başqa sığınacağı yoxdur), Sənin izzətinə pənah aparır, Sənə sığınır, Sənin ipindən yapışır və Səndən başqasına ürək bağlamır.”(Əmr bin Lühey Şam əhlindən bütlərə ibadət etməyin səbəbini soruşduqda, Şam əhli ona dedi: Biz bütlərdən yağış istəyirik, kömək istəyirik, bütlər də bizə yağış göndərir və kömək edirlər. Əmr bin Lühey bu əqidə ilə "Hübəl” adlı bütü özü ilə Məkkəyə gətirdi. (İbn Hişamın "Peyğəmbərin həyatı” kitabına müraciət edir, c. 1, s. 77). )
    Habelə Həzrət Əli (ə) dostlarından birinə öyrətdiyi duada belə buyurur:
    "İlahi, Səni and veririk hacət istəyənlərin, Sənə üz gətirənlərin, Sənə pənah aparanların, Sənin dərgahında təvazökarlıq edənlərin, Sənə quruda, dəryada, dağlarda və səhralarda ibadət edənlərin haqqına, biz Səni çarəsi son həddə çatmışlar (çarəsi kəsilmişlər) tək çağırırıq.”(Saffat surəsi, 35. )
    Belə bir ruhlandırıcı və Allah dərgahında təvazökarlıqla oxunan dua və Allah dostlarına mehribanlıq göstərmək məgər Allaha doğru üz tutmaq və tovhidlə nəticələnmir? Buna görə də vəhhabilərdə tapılan hər cür "şirk” və "küfr” kimi töhmətlərdən uzaq gəzməli və məsələni başqa yolla həll etməliyik.
    Buna əsasən bəzi vəhhabi yazıçıları "Allahı övliyalara and verməyi” haram və məkruh bilirlər. Lakin "Sənani” kimi adamlar isə bu məsələni şirk və küfr həddinə çatdırmış, amma şirk və küfrdən ortaya heç bir söz gətirməmişlər.
    İndi isə, sözün əsli məlum olduğundan bu məsələnin haram və məkruhluğunu araşdıraq, bununla da belə bir təvəssülün səhihliyini bəyan edək.
    İslam və bu kimi and içmələr
    İslami rəvayətlər belə andların düzgünlüyünə şəhadət verir. Bu rəvayətlərin bəzisi Peyğəmbərdən, bəzisi isə onun Əhli-beytindən nəql olunur. Sənədi dəqiq olan rəvayətlərin möhkəmliyinə diqqət yetirməklə bu məsələni haram və yaxud məkruh adlandırmaq olar.
    Əziz Peyğəmbər kor kişiyə belə dua etməyi öyrətdi:
    "İlahi, Səni and verirəm rəhmli Peyğəmbərin Mühəmmədə.”(Səhifəye-Ələviyyə, s. 370. )
    "Əbu Səid Xüdri” Peyğəmbərdən bu duanı nəql edir:
    "İlahi, Səni and verirəm Səndən hacət istəyənlərə...”(Səhifəye-Ələviyyə, s. 51.)
    Əziz Peyğəmbər Əlinin anası Fatiməni dəfn edərkən belə dua etdi:
    "İlahi, Səni and verirəm Peyğəmbərinə və ondan qabaqkı peyğəmbərlərə, anam Fatimə binti Əsədi bağışla və onun yerini genişləndir. (yəni onu qəbir əzabından qoru(Sünəni-ibn Macə, c. 1, s.441; Müsnədi-Əhməd, s. 138; Müstədrəkül-Hakim, c. 1, s. 313. )).
    Həzrəti Adəm belə dua etdi:
    "İlahi! Səni and verirəm Mühəmmədə, məni bağışla.”(Səhihi-ibn Macə, c. 1, s. 262; Müsnədi-Əhməd, c. 3, 21-ci hədis. )
    "Səhifeye-Səccadiyyə” kitabında dördüncü imamdan duaların nəql olunması belə bir təvəssülün səhihliyini və möhkəmliyini bildirir. Duaların mənalarının böyüklüyü və əzəməti, kəlmələrin incəliyi və gözəlliyi bu duaların imama aid edildiyini bəlli edir.
    İmam Səccad (ə) Ərəfə günündə belə dua edirdi:
    "İlahi, Səni and verirəm başqa məxluqlardan ayırdığın kimsələrə, Özün üçün seçdiyin, xalq arasında ixtiyar sahibi etdiyin, Öz məqamınla tanış etmək üçün yaratdığın adamlara. Səni and verirəm o pak şəxslərə ki, onlara itaət etməyi Özünə itaət etmək, onlarla düşmənçilik etməyi Özünə düşmənçilik etmək kimi qərar vermisən.”(Əl-Füsulul-mühimmə, s. 31,/ Müəllif: İbn Səbbağ Maliki 855 hicri ilində vəfat edib/. )
    İmam Sadiq (ə) böyük cəddi Əmirəl-möminin Əli (ə)-ın qəbrini ziyarət edərkən belə dua etdi:
    "İlahi, Səni and verirəm Mühəmməd, Əli, Fatimə, Həsən və Hüseyn (ə)-ın haqlarına, mənim duamı və ibadətimi qəbul elə və məni Öz övliyalarınla bir yerdə qərar ver.”(Əd-Dürrül-Mənsur, c. 1, s. 59; Müstədrəkil-Hakim, c. 2, s. 615; Ruhul-Məani, c. 1, s. 217. )
    Həzrəti Səccad (ə) və Həzrəti Sadiq (ə)-la yanaşı, başqa imamlar da dua edərkən Allahı Öz saleh bəndələrinə and vermişlər.
    Həzrəti imam Hüseyn ibn Əli (ə) dua edərkən belə deyir:
    "İlahi, mən Səni and verirəm müqəddəs kəlmələrinə, izzətinə, yerlərdə və göylərdə sakin olanlara, peyğəmbərlərinə və göndərdiyin elçilərə, mənim duamı qəbul edə. Çünki mənim işim çətinliyə düşüb. İlahi, Mühəmməd və onun Əhli-beytinə salam göndər və mənim çətinliklərimi aradan qaldır, işimi asan elə.”
    Bu dualar çox olduğundan onların hamısından burada danışsaq söz uzanar. Daha yaxşı olar ki, sözü burada qısa edək və vəhhabilərin etirazlarına nəzər salaq.
    Birinci etiraz:
    "Allahı məxluq və yaxud məxluqun haqqına and verməyi İslam biliciləri haram bilirlər.”(Səhifeyi-Səccadiyyə, 47-ci dua.)
    Cavab:
    Bir əsrdə və yaxud bir neçə əsrlər İslam alimlərinin hökmdə nəzərləri eyni olarsa, buna "icma” deyilir (yəni toplumun nəzəriyyəsi birdir). Belə olan halda sünnə əhlinin alimləri icmanın nəzərini ilahi hüccət və əsas kimi qəbul edirlər. Şiə bilicilərinin nəzərinə görə isə ümmətin arasında yaşayan imamın rəyi və hədisləri ilə müvafiq olarsa, onda icmanın nəzəri hüccətdir.
    Belə bir sual olunur: Bu məsələ haqqında alimlərin və icmanın nəzəri eynidirmi? Biz şiə və sünnə əhlinin başqa alimlərinin nəzəriyyəsindən istifadə etmirik. Yalnız dörd məzhəbin (Hənəfi, Hənbəli, Şafei, Maliki) rəhbərlərindən əsas gətirməklə alimlərin mətləbin haram olması haqda fitva verdiklərini öyrənmək istəyirik. Əgər belə bir fitva veriblərsə, vəhhabilərdən xahiş edirik ki, hökmün mətnini, kitabın adını və səhifəsini qeyd etməklə bəyan etsinlər.
    Sünnə əhlinin hədis və fiqh kitablarında belə bir təvəssül olmadığı halda bunun haqqında nəzəriyyə də ola bilməz. Onda "əl-Hədiyyətüs-sünniyyə” kitabının müəllifinin söylədiyi icma və alimlər haradadır? Yalnız müəllif bu hökmün haram olmasını "əl-İzz ibn Əbdüssəlam” adlı tanınmayan bir nəfərdən nəql edir. Sanki İslam alimləri əl-İzz ibn Əbdüssəlam və əl-Hədiyyətüs-sünniyyənin müəlliflərindən ibarətdir.
    Sonra isə Əbu Hənifə və şagirdi Əbu Yusifdən hədis söyləmişlər. Bu iki nəfər isə "hər hansı bir şəxsin haqqına and verməyi” məkruh bilirlər.
    Bir sözlə, bu məsələdə icma adlı sübut və əsas yoxdur. İki nəfərin fitvası əziz Peyğəmbər və Əhli-beytdən (sünni alimlərinin nəzərinə görə Əhli-beytin sözü hüccət və əsasdır)(Əminüllah ziyarəti. )nəql olunan hədislərin müqabilində nə kimi faydalı və qiymətli ola bilər. Bundan əlavə, hələ bu fitvanın Əbu Hənifəyə nisbət verilməsinin səhih və düzgünlüyü də bilinmir.
    İkinci etiraz:
    "Allahdan bir istək diləmək üçün Onu məxluqun haqqında and vermək düzgün deyildir. Çünki məxluqun Xaliqə (Allah üzərində) heç bir haqqı yoxdur.”(Kəşfül-irtiyab, s. 32, əl-Hədiyyətüs-sünniyyə kitabından nəql olunub.)
    Cavab:
    Belə bir dəlil və sübut Quran müqabilində ictihad etməkdən başqa bir şey ola bilməz. Əgər doğrudan da məxluqun Xaliq üzərində heç bir haqqı yoxdursa, nəyə görə keçən hədislərdə həzrəti Adəm Allahı İslam Peyğəmbərinin haqqına and verib bu haqqa əsasən Allahdan bağışlanmaq və istəklər diləyir?
    Bundan əlavə, Quran ayələrinə necə bəhanə gətirə bilərik? Halbuki, Quran bəndələrin Allah yanında hüquqa və haqqa malik olduqlarını bildirir. İslami hədislər də bunu sübut edir.
    "Möminlərə kömək etmək Bizə vacibdir.”(Səqəleyn hədisi İslamın bütün alimləri tərəfindən qəbul edilmiş hədisdir. İnadkarlardan başqa heç kim bu hədisin düzgünlüyündə şəkk-şübhə etmir. )
    "Allah... Möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır...”(Kəşfül-irtiyab, s. 331, Qədduridən nəql olunub. )
    "Möminləri xilas etmək Bizə vacibdir.”(Rum surəsi, 47.)
    "Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunur ki, onlar nadanlıq ucundan bir pis iş gördükdən sonra dərhal tövbə edərlər.”(Tövbə surəsi, 111. )
    Öz başına bəzi əsassız fikirlərə əsaslanıb bu ayələri təfsir etmək düzgündürmü?
    Hədislərdən nümunələr?
    1. Namusdan və haramdan qorunmaq üçün evlənməyə Allah zamindir.(Yunus surəsi, 103. )
    2. Allah-taala üç dəstəyə kömək etməyi Özünə lazım bilir: a) Allah yolunda cihad edənə, b) azad olmaq üçün ağası ilə müqavilə bağlayan nökərə, v) evlənməklə namusunu qoruyan cavana.(Nisa surəsi, 17. )
    3. Məgər görmürsən ki, bəndələrin haqqı Allaha vacibdir?...”(Əl-Cameüs-Səğir, c. 2, s. 33 (Süyüti). )
    Bəli, heç kimin təklikdə Allahın üzərində haqqı yoxdur. Bəndə əsrlər boyu Allaha ibadət etməsinə baxmayaraq, gərək onun qarşısında təvazökarlıq etsin. Çünki bəndənin hər nəyi varsa, Allahdandır, özündən heç bir şey məsrəf etməyib ki, Allahın üzərində də haqqı olsun. Buna görə də burada haqq kəlməsindən əsas məqsəd Allah tərəfindən Öz lütfü ilə bəndələrə verilən məqam, mənəvi yüksəklik və savabdır. Allah bəndələrə kömək etməyi Öz öhdəsinə götürmüşdür. Belə bir haqqın Allahın üzərində olması Onun böyüklüyü və əzəmətidir.
    Heç bir bəndənin Allahın üzərində haqqı yoxdur. Əgər varsa da, Allah bu haqqı Öz lütfü və mərhəməti üzündən üzərinə götürmüş, bununla da məxluqatı borc sahibi, Özünü isə borclu göstərmişdir.
    Allahın üzərində məxluqun haqqı olması ehtiyacsız Allahın fəqir bəndədən borc istəməsinə oxşayır, nəhayət, Özünü borclu, məxluqu isə borc sahibi bilir.(Sünəni-İbn Macə, c. 1, s. 841. )
    Category: Vəhhabi məzhəbi | Added by: Islam_Kitabxanasi
    Views: 473 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024