İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhhabi məzhəbi

    Vəhhabi məzhəbi
    2012-04-08, 8:24 AM
    On səkkizinci fəsil
    Məzar əhlinə nəzir etmək
    Dərdi və müşkülü olan insanlar nəzir edirlər ki, əgər müşkülləri həll olarsa, müəyyən məbləğdə pul övlayaların qəbri üzərində qoysunlar və yaxud bu qəbirləri ziyarət edənlər üçün qurbanlıq kəsib paylasınlar.
    Bu adət-ənənə bütün dünya müsəlmanları arasında yayılmışdır, xüsusi ilə övliyaların qəbirləri olan yerlərdə buna çox ciddi şəkildə riayət olunur.
    Vəhhabilər bu kimi nəzirləri düzgün hesab etmirlər və onların acıdil yazıçısı Abdulla Qasimi belə yazır:
    "Şiələr Əliyə və onun övladlarına Allahlıq əqidəsi ilə inandıqlarına görə onların qəbirlərinə və qəbir sahiblərinə ibadət edirlər. Bu səbəbdən onların dəfn olunduqları yeri abadlaşdırır və dünyanın hər bir yerindən bu qəbirləri ziyarət etməyə tələsirlər. Qəbirlərin üzərində nəzir və qurbanlıq hədiyyə etməklə göz yaşı axıdırlar.”(Əs-Sünənül-kubra, c. 1, s. 29. Səhih Müslimdən nəql olunub. Sünəni-Nəsai, c. 7, s. 77, Sünəni-İbn Macə, c. 1, s. 278. Sünəni-Nəsai, c. 7, s. 6. )
    Bu acıdil yazıçının mədəniyyəti və ədəb-ərkanı yazdığı kitabın adından(Büt adları. ) bəlli olduğuna görə yuxarıda qeyd etdiyi mələbi şiəyə aid edir. Halbuki vəhhabilərin kökü sayılan İbn Teymiyyə daha geniş olaraq bu məsələni müsəlmanlara aid edərək deyir:
    "Hər kim peyğəmbərlərə və ilahi övliyalara bir şey nəzir etsə və qurbanlıq kəssə müşrik sayılır. Çünki müşriklər də öz bütləri üçün nəzir edir, qurbanlıq kəsirdilər və Allahdan başqasına ibadət edirdilər. Bu səbəbdən onlar kafir oldular.”(əs-Sira, c. 1, s. 54.)
    Ustad və tələbə hər ikisi zahirə aldanmışlar.
    Yəni müştərək əməllərdə ölçü zahirə hökm vermək deyildir, əksinə, ölçü niyyət və qəlbdir.
    Əgər zahiri oxşarlıq bir işin hökmündə kifayət edirsə, onda həcc ibadətinin bir çox əməlləri bütpərəslərin əməllərinə oxşayır. Çünki, bütpərəslər də daşın, gilin ətrafında təvaf (fırlanıb) edib daşdan və taxtadan düzəldilmiş bütləri öpürdülər.
    Buna oxşar işi biz də yerinə yetiririk, yəni daşdan və gildən tikilmiş Kəbə evinin ətrafında təvaf edib, Qara daşı öpürük və Minada qurbanlar kəsirik.
    Bir-birinə oxşar müştərək işlərdə mühakimələrin əsas meyarı əməl, fikir, əqidə və niyyət şərt sayılır. İki əməl zahirdə bir-birinə oxşayırsa, bunların ikisinə də eyni gözlə baxıb mühakimə etmək olmaz.
    Bu haqda "Sülhül-Əxvan” kitabının müəllifi öz kitabında bir neçə cümlə qeyd edib. Bunları nəql etməklə məsələni daha da aydınlaşdırmaq olar.
    Bu sünni aliminin özü vəhhabilərin əqidələrini tənqid edənlərdən biridir. Qısa sözlə bu məsələni niyyət nöqteyi-nəzərindən araşdırıb deyir:
    "Əgər nəzir etmədə məqsəd meyitə yaxın olmaqdırsa, şübhəsiz ki, bu əməl düzgün sayılmır. Əgər nəzir Allaha görə və Ona yaxın olmaq üçündürsə, bu nəzirdən insanlar fayda görürsə və savabını cənazəyə hədiyyə edirsə, bu nəzirin heç bir eybi yoxdur, gərək öz nəzirinə əməl etsin.”(Bu yazıçı, "Əllamə Seyyid Möhsün Əmin”-in yazdığı "Kəşfül-irtiyab” kitabına rədd cavabı olaraq "Əs-Sira bəynəl-İslami vəs-sənəviyyə” (İslam və bütpərəstlər arasında mübarizə) adlı kitab yazıb. Bu kitabda müsəlmanların dörddə biri sayılan şiəni bütpərəst adlandırıb )
    Əsl haqq söz alimin dediyi sözdür. Elə müsəlmanlar arasında da bu niyyətlə nəzir olunur. Bununla da müsəlmanların əməlləri ilə bütpərəstlərin əməlləri arasında fərq açıq-aşkar bəlli olur. Bütpərəstlər bütlərə yaxın olmaq üçün nəzirlər hədiyyə edib, heyvanlar kəsirdilər. Hətta onlar heyvanları bütlərin adı ilə kəsirdilər, onların əsas məqsədi və hədəfləri isə bütlərə yaxın olmaq idi. Lakin müsəlmanların hədəfi isə Allahın razılığını əldə etməklə savabı ölüyə hədiyyə etməkdir. Buna görə də, müsəlmanlar nəzir edərkən "Allah” kəlməsini işlədərək belə deyirlər:
    "Əgər mənim işim həll olarsa, Allaha görə filan əməli yerinə yetirərəm.”
    Yəni nəzir etməyin mahiyyəti Allaha yaxın olmaq, savabını isə qəbir sahibinə hədiyyə etməklə nəziri fəqirlər, imkansızlar arasında paylamaq və yaxud digər xeyriyyə işləri görməkdir. Belə olan halda, bu işi necə şirk-müşriklərin əməli adlandırmaq olar?
    Bir sözlə, bu kimi nəzirlər Peyğəmbər və övliyaların adından bir növ sədəqə vermək sayılır və savabı yenə də onların özlərinə qayıdır. Heç bir İslam alimi ölülər adından sədəqə verməyi irad tutmur.
    "Əgər hacətim yerinə yetirilsə, Allaha görə nəzir edirəm Peyğəmbərin adından qurbanlıq kəsim.”
    Yəni məqsəd Allahın razılığını əldə edib Ona yaxın olmaqla yanaşı, savabını Peyğəmbərə hədiyyə etməkdir. Allahın göstərişinə itaət edərək Onun razılığını əldə edib, Ona yaxın olmaq üçün namaz qıldım və nəzir etdim.
    İslam hədislərində bu haqda çoxlu rəvayətlər nəql olunub ki, bir neçəsini burada qeyd edirik:
    1− Peyğəmbərin dostlarından Səd adlı bir nəfər ondan soruşdu:
    − Anam vəfat edib, əgər o sağ olsaydı, sədəqə verərdi. Mən anamın yerinə sədəqə versəm, ona bir xeyri olar?
    Peyğəmbər buyurdu:
    − Bəli!
    Səd dedi:
    − Hansı sədəqənin daha çox xeyri var.
    Peyğəmbər buyurdu:
    − Su sədəqə etməyin daha çox xeyri var.
    Səd bir quyu qazdı və dedi:
    − Bu quyunu anama savabı olduğuna görə qazdım.(Furqanul-Quran, s. 132, (Əzami) İbn Teymiyyədən nəql edir. )
    2− Bir kişi Peyğəmbərin vaxtında Bəvanə adlı yerdə dəvə kəsməyi nəzir edir. Peyğəmbərin yanına gəlib onu bu işdən xəbərdar edir. Peyğəmbər buyurur:
    "O yerdə cahiliyyət vaxtından qalmış ibadət etmək üçün büt varmı?”
    Kişi: "Yox” − deyə cavab verdi.
    Peyğəmbər buyurdu:
    "O yerdə cahiliyyət dövründən qalan bayramlar keçirilirmi?”
    Kişi dedi:
    − Xeyr!
    Peyğəmbər buyurdu:
    − Onda öz nəzirinə əməl et! Çünki nəzir etmək iki yerdə düzgün deyil:
    a) − Günah edib və Allaha itaət etməyəndə.(Sülhül-Əxvan, s. 102. )
    b) −İnsanın malik olmadığı şeylərdə.(Furqanul-Quran, s. 133, əl-Qədir kitabından nəql olunub c. 5, s. 181.)
    3− Bir qadın Peyğəmbərə dedi:
    − Nəzir etmişəm xüsusi bir yerdə heyvan kəsim.
    Peyğəmbər buyurdu:
    − Büt üçün nəzir etmisən?
    Qadın dedi:
    − Xeyr!
    Peyğəmbər buyurdu:
    − Öz nəzirinə əməl et!(Məsələn haram işlər üçün nəzir etmək. bu kimi nəzirlər batildir /mütərcim/. )
    4− Məymunənin atası dedi:
    − Bəvanə adlı yerdə əlli quyun kəsməyi nəzir etmişəm.
    Peyğəmbər buyurdu:
    − O yerdə büt varmı?
    Dedi:
    −Xeyr!
    Peyğəmbər buyurdu:
    − Öz əhdinə vəfa et!
    Peyğəmbərin həmin yerlərdə keçmişdə və indiki zamanda bütlərin olması, bütlərə ibadət mərasimlərinin qeyd olunması haqda suallarında əsas məqsəd bu idi ki, adətən, belə yerlərdə bütlərə yaxın olmaq üçün hətta bütlərin adı ilə heyvan kəsilirdi. Halbuki qurbanlıq büt üçün yox, Allah üçün olmalıdır. Quranda haram olan əməllərdən biri də büt adından heyvan kəsməkdir.
    "Daşlar (bütlər) üzərində kəsilmiş heyvanlar... sizə haramdır...”(Sünəni-Əbi Davud, c. 2, s. 80. )
    İnsanlar nəziri fəqir-füqəranın çox və işin asan olduğu ərazilərə əsasən təyin edirdilər.
    Allah övliyalarına ziyarət edənlər daha yaxşı bilirdilər ki, Allahın razılığını əldə etmək üçün Ona görə nəzir edib qurbanlıq kəsmək lazımdır. Bunun isə qəbir sahiblərinə mənəvi, fəqirlərə, ziyarətgahlara maddi xeyri vardır.
    Category: Vəhhabi məzhəbi | Added by: Islam_Kitabxanasi
    Views: 599 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024