İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Vəhhabi məzhəbi

    Vəhhabi məzhəbi
    2012-04-08, 8:23 AM
    İyirminci fəsil
    Həccin siyasi-ictimai cəhətləri
    Vəhhabilik məktəbi marksizmi təqlid edərək, İslam məktəbi ilə tamamilə müxalif olan hadisələrlə üzləşib inkişaf edərək zaman keçdikcə müsəlmanlar üçün təzə yollar çəkib, yeni hökmlər sadir edir.
    Səudilərin müftisi olan Əbdül Əziz ibn Baz həccin ibadət əməli olması bəhanəsi ilə başqa məsələlərə qarışmağı və nümayişləri haram etmişdir.
    Buna görə də əli çomaqlı və silahlı polislər Allah evinin qonaqlarının və ziyarət edənlərinin başqa işlər görmələrinin qarşısını alırlar.
    Kitabın bu hissəsində Səudi müftisinin fitvalarına cavab olaraq həccin siyasi-ictimai cəhətdən böyük əhəmiyyət kəsb etdiyini ayələr, hədislər və müsəlmanların rəftarı ilə araşdırırıq. İndi keçək əsas mətləbə.
    Həcc əməlini yerinə yetirməyin əsas məqsədi insanları Allah müqabilində təvazökarlığa dəvət etməkdir. Bu mətləb haccin əməllərinə diqqət yetirdikdə tamamilə aydın olur.
    Həccin birinci əməlindən axırıncı əməlinə kimi haqqa ibadət edib, Ondan başqasına ibadət etməmək bəli olur. Xüsusi iləmüstəhəb dualar və zikrlərlə bu əməlləri yerinə yetirmək bu mətləbi daha da işıqlandırır.
    Həmin əməlləri yerinə yetirməklə belə bir nəticə çıxartmaq olar:
    Həcc:− Ən gözəl və mümkün olan surətdə haqqa sitayiş və ibadət etməkdir.
    Həcc:− Böyük Allahın qarşısında təvazökarlıqdır.
    Həcc:− Allah dərgahına ürəkdən yalvarmaq və nalə etməkdir.
    Həcc:− Bəndəliyin əsliyyətini cilvələndirən ibadətdir.
    Həcc:− Şəhvətlərdən pak, uzaq olmaqla dünyadan üzülməkdir.
    Allah evini ziyarət edənlər iki parça ehram paltarına bürünməklə maddi cəhətdən zahirlərini bəzəməyi tərk edir və Allahdan başqa hər bir şeyin, hətta övladın, ailənin, var-dövlətin, doğma yurdun yaddan çıxdığını təsəvvür edirlər. Allah evini ziyarət edənlərin fikrini yalnız "ləbbeyk” (hazıram) zikri məşğul edir.
    Bu məsələ həc əməllərinə, müqəddəs məkanlarda (Məscidül-Həram, Səfa və Mərvə dağları...) yerinə yetirilən əməllərə görə müsəlmanlara qalmaq vacib olan yerlərə (Ərəfat, Mina) diqqət yetirməklə diha da bəlli olur. Buna görə də gərək həcc ibadətin və məzhəbin ən böyük əməllərindən sayılsın.
    Lakin bu mətləbin arxasında daha bir məsələ var. O da budur ki, görəsən Həcc ibadət əməli hesab olunduğu halda, ictimai-siyasi cəhətlərə də malikdir, yoxsa gecə namazı kimi başqa islami məsələlərə qarışmamaqla yalnız ibadətlə təkmilləşir?
    Bəlkə Allah-taala həcci siyasi-ictimai cəhətləri olmadan Ona ibadət etmək üçün bütün müsəlmanlara (kişi, qadın, cavan, qoca) vacib edib?
    Yaxud bu əməl ibadətlə siyasətin başlanğıc nöqtəsidir və Allaha ibadət etməklə yanaşı, ictimai-iqtisadi məsələlərlə bağlı olma mərkəzidir. Bu məsələni təhqiq edib Quran ayələri, hədislər, keçmişdə olan saleh bəndələrin əməlləri ilə işıqlandıracağıq.
    On doqquzuncu fəsil
    Övliyaları köməyə çağırmaq
    Vəhhabilərlə başqa İslami məzhəblər arasında olan ixtilaflı məsələlərdən biri də çətinliyə düşdükdə övliyaları köməyə çağırmaqdır.
    Peyğəmbərlərin və ilahi övliyaların məzarları kənarında və yaxud başqa yerlərdə köməyə çağırmaq İslami tayfalar arasında yayılmış əməllərdən biridir. Bu əməli şirk və İslamın ziddinə olan əməl kimi hesab etmirlər. Lakin vəhhabilər bu məsələni şiddətlə inkar edib müxaliflərə qarşı iddia etdikləri məsələlərə heç bir aidiyyəti olmayan ayələri şüar edərək deyirlər:
    "Şübhəsiz ki, məscidlər Allaha məxsusdur.
    Allahdan başqa heç kəsə ibadət etməyin.”(Sünəni-Əbi Davud, c. 2, s. 81. )
    Vəhhabilərin əsaslandığı ayələrlə əziz oxucunun yaxından tanış olması üçün biz burada ayələri qeyd edirik və sonradan bunların hamısını şərh edəcəyik. Vəhhabilər bu ayədən (Cinn, 18) əlavə digər ayələri də dəlil və sübut gətirirlər:
    "Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (bütlər, tanrılar onların dualarını əsla eşitməz).”(v)
    "Siz Ondan başqa tapındıqlarınız isə nə Sizə, nə özlərinə bir köməklik edə bilər.”(Cinn surəsi, 18.)
    "Sizin Ondan qeyri ibadət etdikləriniz bir çərdək qabığına belə sahib deyillər.”(Rəd surəsi, 14. )
    "Allahdan başqa ibadət etdiyiniz bütlər də Sizin kimi bəndələrdir.”(Əraf surəsi, 197. )
    "De: (Allahdan) başqa tanrı güman etdiklərinizi (köməyə) çağırın. Onlar Sizi nə möhnətdən qurtarmağa, nə də onu dəyişməyə (Sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) qadir deyillər.”(Fatir surəsi, 13.)
    "Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır.”(Əraf surəsi, 194. )
    "Allahdan başqa sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə ibadət etmə.”(İsra surəsi, 56. )
    "Əgər Siz onları çağırsanız, onlar Sizin çağırışınızı eşitməzlər” /Fatir surəsi, 14/.
    "Allahı qoyub Qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?!”(İsra surəsi, 57. )
    Bu ayələrdən vəhhabilər belə nəticə çıxarırlar ki, övliyaları ölümlərindən sonra köməyə çağırmaq onlara ibadət və sitayiş etmək sayılır.
    Yəni əgər bir nəfər Peyğəmbərin qəbri kənarından və yaxud uzaq bir yerdən "Ya Mühəmməd!” desə, bu çağırmaq və kömək istəmək Peyğəmbərə ibadət və sitayiş sayılır.
    Sənani Kəşfül-irtiyabdan (səh. 274) nəql edərək Tənzihül-etiqad kitabında deyir:
    "Quran Allahdan başqasını çağırmağı ibadət bilir. Çünki Allah-taala buyurur: "Mənə dua edin. Mən də Sizin dualarınızı qəbul edim.” Elə buna görə də hər kim Peyğəmbəri və övliyaları çağırıb "Mənim haqqımda şəfaət et”, "Səndən şəfaət istəyirəm”, "Borclarımı verməkdə mənə kömək et”, "Xəstəmə şəfa ver” − kimi sözlərlə ondan kömək istəsə, bu şəxs övliyalara ibadət etmiş sayılır. İbadətin həqiqəti çağırmaqdan başqa bir şey ola bilməz. Nəticədə isə bu kimi çağırışlar Allahdan başqasına ibadət etmək və şirk adlanır. Çünki Allahın birliyinə inanmaq Ondan başqasına ibadət etməmək deməkdir. Elə bütpərəstlər də ondan başqasına ibadət etdiklərinə görə müşrik adlanırdılar.”
    Cavab:
    Şəksiz-şübhəsiz "dua” kəlməsi ərəb lüğətində çağırmaq, "ibadət” kəlməsi isə sitayiş etmək mənasındadır. Heç vaxt bu iki kəlməni eyni mənada işlətmək olmaz. Yəni dua etməyi və çağırmağı ibadət adlandırmaq olmaz. Çünki:
    Birinci: Ouranda "çağırmaq” kəlməsi bir çox yerlərdə işlənib və bu kəlmədən məqsəd "ibadət” sayılmır:
    "Dedi: "Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yolla) dəvət etdim.”(Yunus surəsi, 106. )
    "(Şeytan dedi) Əslində mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz.”(Əhqaf surəsi, 5. )
    Şeytan onları çağırmaqla onlara ibadət etmiş sayılırmı? Əgər ibadət sayılsa da, şeytana qulaq asanlar tərəfindən ibadət sayılır, nəinki şeytan tərəfindən.
    Bu ayələrdə və onlarla bu kimi ayələrdə dəvət, çağırmaq kəlməsi ibadət və sitayiş mənasında işlənməyib. Buna görə də bu səbəbdən dəvətin ibadətlə eyni mənada olduğunu iddia etmək olmaz. əgər bir nəfər Peyğəmbəri və yaxud övliyaları çağırırsa, bunun heç bir eybi yoxdur. Çünki dəvət və çağırışın mənası ibadətdən daha genişdir.(Nuh surəsi, 5.)
    İkinci: Bu ayələr toplusunda (vəhhabilərin əsaslandığı ayələrdə) çağırış tam dəvət mənasında ola bilməz, ola bilsin ki, bu ayələrdə dəvət ibadət mənasında işlənsin. Çünki bu ayələr bütləri kiçik Allah adlandıran, ilahi işlər görən və bütləri işlərində müstəqil bilən bütpərəstlər haqqında nazil olub. Sözsüz ki, Allah ünvanı ilə hər bir canlı və cansızın müqabilində təvazökarlıq edib bunları kiçik və yaxud böyük Allah adlandırıb, şəfaət və bağışlanmaq sahibi bilmək ibadət sayılacaq. Əlbəttə, bütpərəstlər bütləri şəfaət sahibi adlandırmaqla bunların müqabilində təvazökarlıq ibadəti edirlilər. Bu bütləri dünya və axirət işlərində müstəqil bilirlər. Hamıya məlumdur ki, bu cansız əşyalardan belə bir şərtlərlə hacət istəmək ibadət və sitayiş sayılır. Daha açıq desək, onlar bütlərə Allah kimi inanıb, bunlardan kömək istəyirdilər.
    "Onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət etdikləri tanrılar Allahın əmri gəldikdə onlara heç bir fayda vermədi...”(İbrahim surəsi, 22. )
    Buna görə də vəhhabilərin əsas gətirdikləri ayələrin bizim bəhsimizə heç bir aiddiyəti yoxdur.
    Bəndə başqa bir bəndədən hacət istəyirsə və o bəndəni Allah, rəbb, dünya və axirət işlərində müstəqil bilmirsə, əksinə, onu Allahın əziz bəndəsi, nübüvvət və imamət məqamına seçilmiş bəndəsi hesab edirsə, belə bir hacət diləməyin heç bir eybi yoxdur. Çünki Allah özü bu şəxslərin (Peyğəmbər, imamlar və övliyalar) dualarının qəbul edilməsinə vədə veribdir.
    "Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.”(Nisbətlə müqayisə etdikdə Allaha arxalanan bir şəxsdən kömək istəmək və çağırmaq dəvət adlanır. İbadət isə Allaha inanmaq əqidəsi ilə ruhi, səcdə kimi feli və əməli hərəkətlərə aiddir. Namaz kimi əməllərdə isə həm Allaha ibadət etmək sayılır, həm də dua etmək. )
    Üçüncü. Ayələrin özü dəvətin çağırış mənasında yox, ibadət mənasında olduğuna şəhadət verir.
    Buna görə də ayələrin birində dəvət kəlməsindən sonra ibadət kəlməsi işlənib:
    "Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarını qəbul edim! (Mənə ibadət edin-sizi mükafatlandıraram).
    Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!”(Hud surəsi, 101. )
    Yəni bütpərəstlər Allah sifətində tanıdıqları bütlərdən kömək istəyirdilər və bu bütlərin müqabilində ah-nalə edirdilər.
    Səcdə edənlərin ağası imam Zeynəl-Abidin (ə.s) öz duasında belə buyurur:
    "(İlahi) çağırmağı ibadət və bu əməli tərk etməyi təkəbbürlük və ümidsizlik adlandırdın. Bu əməli tərk edənlərə (ibadət etməyənlərə) zəlil olaraq Cəhənnəm atəşinə daxil olmağı vədə verdin.”(Nisa surəsi, 64. )
    Bəzi vaxtlar eyni mənası olan iki ayədə birində ibadət, digərində isə çağırmaq sözü işlənir.
    "De: "Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz...”(Mumin surəsi, 60. )
    Buna oxşar başqa bir ayədə buyurur:
    "De: "Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərimi çağıracağıq...”(Səhifeyi-səccadiyyə, 45-ci dua. Mumin surəsi, 60-cı ayənin məzmunu. )
    Fatir surəsinin 13-cü ayəsində buyurur:
    "Sizin ondan qeyri çağırdıqlarınız (ibadət etdikləriniz) bir çərdək qabığına belə malik deyillər.”
    Bu ayədə ibadət mənasında "çağırmaq” kəlməsi işlənib. Lakin elə bu mənada olan başqa bir ayədə ibadət sözü işlənmişdir.
    "Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər...”(Maidə surəsi, 76. )
    Bəzi vaxtlar bir ayədə hər iki kəlmə eyni mənada işlənib.
    "De: "Sizin Allahdan qeyri çağırdığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir.”
    Mumin surəsinin 66-cı ayəsi də elə bu məzmundadır.
    Əziz oxucu! Əgər "ibadət” və "dəvət, çağırmaq” kəlmələri haqqında daha çox ayələrlə tanış olmaq istəyirsinizsə, "əl-Möcəmul-müfəhris” kitabına müraciət edə bilərsiniz. Bununla da mənanın bir ayədə ibadət, digər ayədə isə dəvət və çağırmaq mənasında işləndiyinin şahidi olarsınız. Lakin vəhhabilərin sübut və əsas gətirdikləri ayələrdə dəvət kəlməsi çağırmaq mənasında yox, ibadət mənasında işlənib.
    Siz əgər dəvət və ibadət sözləri olan ayələrin toplusuna diqqət yetirsəniz, bütün müvəhhidlər tərəfindən böyük Allahın Malikliyinə, İlahiliyinə, Rəbbliyinə... etiraf etdiyinin və yaxud bütpərəstlərin bütləri kiçik Allah, şəfaət sahibi adlandırdıqlarının şahidi olarsınız. Belə olan sürətdə, ilahi övliyalardan kömək istəyib onları çağırmağa qarşı vəhhabilərin əsas gətirdikləri ayələr (Halbuki ayələrin bu bəhsə heç bir aidiyyəti yoxdur) doğrudan da çox təəccüblüdür!
    Category: Vəhhabi məzhəbi | Added by: Islam_Kitabxanasi
    Views: 676 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024