İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhhabi məzhəbi

    Vəhhabi məzhəbi
    2012-04-08, 8:20 AM

    Həccin mənfəətlərinə nəzər edək
    Quran İbrahim Həccini belə vəsf edir:
    a) İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər cür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər.
    b) Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heçvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (Bismillah desinlər).
    Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsula da yedirdin!
    v) Sonra həcc əməllərini yerinə yetirsinlər, nəzirlərini versinlər və qədim evi (Kəbəni) təvaf etsinlər!
    q) (Ey insanlar! Həccin sizə vacib olan əməli) budur və hər kəs (ehramda ikən) Allahın haram buyurduqlarına hörmət (riayət) etsə, bu, Rəbbi yanında onun üçün xiyirli olar. Sizə deyilənlərdən başqa, qalan heyvanlar sizə halal edilmişdir.
    Belə olduğu təqdirdə, murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin.
    d) Batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər.
    e) Və hər kəs Allahın mərasiminə (həcc əməllərinə) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındandır.
    ə) Sizin üçün (qurbanlıq heyvanlarda) müəyyən bir vaxta qədər mənfəət vardır. (Kəsilənə qədər onları minər, südünü içər, yunundan istifadə edərsiniz).
    Sonra onların gətirilib kəsiləcəyi yer (Mina) qədim ev (Kəbə) istiqamətindədir. (Yaxud həcc əməllərini yerinə yetirməkdə sizin üçün Qiyamətə qədər mənfəət vardır. Həcc günləri Kəbəyə toplanar, bütün müsəlmanlara lazım olan dini və dünyəvi məsələlər barəsində məsləhət − məşvərət edərsiniz).
    Siz bu ayələr içərisindən təkcə ikinci ayəyə diqqət yetirsəniz, bu cümlənin "Belə ki, öz mənfəətlərinin şahidi olsunlar” mənasından üç mətləb tamamilə aydın olar.
    Birinci: Allah evini ziyarət edənlərin şahidi olduqları mənfəətdə məqsəd nədir? Bu cümlədən sonra ayədə "Allahın onlara ruzi verdiyi heyvanların üstündə (qurban kəsərkən) Onun adını çəksinlər” belə bir kəlmə işlənib. Bu da onu bildirir ki, həcc əməlinin iki cəhəti vardır: a) İbadət: Allahın adını zikr etməklə təsəvvür olunur: b) İctimai: Şahidi olduqları mənfəətlər.
    İkinci: Ayədə ictimai − siyasi cəhəti açıqlayan mənfəət sözü ibadət cəhətini canlandıran "Allahı zikr etmək” ifadəsindən əvvəl işlənmişdir.
    Üçüncü: Quran mənfət kəlməsini heç bir qeyd və şərtsiz gətirib. Bununla da mənfəətin iqtisadi, siyasi və ictimai cəhətlərə aid olduğu sübuta yetirilir. Bizim bunu xüsusi bir mənfəətə aid etməyə haqqımız yoxdur. İstər bunu iqtisadi, istərsə də ictimai-siyasi əhatələrə aid edək, bundan sonra gələn "Allahı zikr edən” ifadəsi bunu bildirir ki, həccin ibadətdən başqa fayda aparılası bir cəhəti də vardır. Yəni, həcci müsəlmanların həyatı ilə maraqlanmadan quru ibadət təsəvvür etmək olmaz. Daha yaxşı olan ki, "əl-Əzhər” üniversitenin keçmiş rektoru şeyx Mahmud Şəltutun bu ayəni təfsir etdiyi cümlələrə diqqət yetirək.
    Şeyx deyir:
    "Həccin vasitəsi ilə müşahidə olunan mənfəətlər həc fəlsəfəsinin ilkin surətləri kimi müzakirə olunur. Bu mənfəətlər böyük əhəmiyyət kəsb etdiyi üçün müxtəlif xüsusiyyətlərlə xülasələşdirmək olmaz. Əksinə, bu sözün ümumi mənası olduğuna görə bütün ictimai və fərdi mənfəətləri əhatə dairəsinə alır. Əgər nəfsi pak edib Allaha yaxın olmaq, elm və mədəniyyəti genişləndirmək mənfəət sayılırsa, İslamı təbliğ üçün müsəlmanları bir olmağa dəvət etmək də mənfəət sayılır... Bu səbəbdən də bu mənfəətlər müsəlmanların vəziyyətinə görə və zamanın halına görə bir-birindən fərqlənir.”
    Əl-Əzhərin keçmiş şeyxi başqa bir yerdə deyir:
    "Həccin İslamda xüsusi bir mövqeyi, tək-tək insanlar və cəmiyyət üçün xeyirli hədəfləri olduğuna görə daha yaxşı olar ki, alimlər, ziyalılar, elm-mədəniyyət xadimləri siyasi, iqtisadi məsuliyyət daşıyanlar, din və şəriət müəllimləri, döyüş qəhrəmanları bu əmələ xüsusi diqqət yetirsinlər. Hər bir insan bundan faydalanmalıdır. Bu İlahi hərəmə gəlmək lazımdır. Fikir sahibləri, imanlı, müqəddəs hədəfləri olan şəxslər orada cəm olmalıdırlar. Bununla da Məkkənin rəhmət qanadlarının üzərində olduğunun və tovhid kəlməsi sayəsində onların Allah evinə cəm olmalarının şahidi olsunlar. Nəticədə isə bir-birlərini tanısınlar, məsləhətləşib bir-birlərinə kömək etsinlər, sonra isə bir qəlblə, bir fikirlə və bir ümmət kimi öz vətənlərinə qayıtsınlar...”(Ənam surəsi, 71.)
    Quran bu ayələri zikr etdikdən sonra İslamın müqəddəslərini müdafiə etmək haqqında belə buyurur:
    a) "Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini və nankoru sevməz.”
    b) "Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izn verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə qadirdir.”
    v) O kəslər ki, haqsız yerə, ancaq "Rəbbimiz Allahdır” dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan monastrlar, kilsələr, yəhudi məbədləri və məscidlər uçulub dağılmışdı. Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!”
    q) "O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlərdən çəkindirərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah Qiyamət günü əməllərinə müvafiq olaraq möminlərə mükafat, kafirlərə isə cəza verəcəkdir).”(Ənkəbut surəsi, 17. )
    Quranda müdafiə və cihad ayələrinin həcc ayələrindən sonra gəlməsi məgər təsadüfidirmi? Heç vaxt Quranda ayələr təsadüfi və namünasib işlənməyib.
    Bu iki ayənin mənasını bir yerə topladıqda belə bir nəticə çıxartmaq olar ki, həcc ilə müdafiə və fikir meydanı bir-birinə bağlıdır.
    Yəni həcc müsəlmanların fikir və ruhi azadlıqları üçün çox əlverişli bir yerdir. Müsəlmanlar burada mənəvi güclərini hazırlamaqla müstəmləkəçi zalımları susdura bilərlər.
    Bəli, bu böyük ilahi yığıncaqda dünyanın hər yerindən nümayəndələr toplaşırlar. Bu, mütəfəkkirlərin, ziyalıların fikirlərini bölüşdürməsi üçün böyük bir fürsətdir. Onlar bu fürsətdən istifadə edib düşmənlərin qarşısında böyük bir sədd yaratmaqla onlara elə bir dərs versinlər ki, onların yadından çıxmasın. Baxmayaraq ki, bu yalnız həcc vactına aid edilmir. Çünki müsəlmanlar zaman və məkandan asılı olmayaraq düşmənə cavab vermək üçün həmişə hazır olmalıdırlar. Lakin həcc vaxtı bu vəzifəni yerinə yetirmək üçün əldə daha böyük fürsət olur.
    Təkcə şeyx Şəltut bu ayəni ümumi mənada təfsir etməyib, hətta sünnə əhlinin qədim təfsir alimlərindən olan Təbəri də bu ayəni təfsir edənkən deyir:
    "Allahın buyurduğu mənfəət kəlməsində məqsəd bütün işlərə aid edilir. Yəni, müsəlmanlar bu mənfəətləri dərk etməklə bütün dünya və axirət xeyirlərini əldə etsinlər. Heç bir rəvayət və əqli hökmlər də bu cümlənin mənasını xüsusiləşdirə bilməz.”(Əş-Şəriət vəl-əqidət, s. 150. )
    2. Kəbə həyatın dayağıdır
    Qurani-kərim Kəbəni və Allah evini dayaq adlandırmaqla belə tərif edir:
    "Allah Beytül-Həram (müqəddəs ev) olan Kəbəni dayaq və haram ayı (zilhəccəni) qərar verdi. (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (nişan taxılmış və taxılmamış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib səhmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilməsini siz də biləsiniz!”(Əl-Həcc surəsi, 38-41-ci ayələr. )
    Başqa bir yerdə "qiyam” (dayaq) sözü haqqında belə buyurur:
    "Allahın sizin həyatınız üçün dayaq olaraq bəxş etdiyi malları səfehlərə (ağılsızların əlinə) verməyin...”(Təbəri /təfsir/, c. 17, s. 108 /Beyrut çapı/. )
    Yəni ayənin mənası budur ki, (Maidə surəsi, 97) Allah-taala həcc mərasimində Kəbə evini ziyarət etməyi İslam cəmiyyətinin həyatı üçün dünya və axirət dayağı qərar veribdir.
    Həcc mərasiminə toplaşmaq təkcə müsəlmanların mənəvi həyatının deyil, hətta bizim fərdi və ictimai həyata aid olan bütün ehtiyaclarımızı ödəyir. Həyat və dinin dayağı müsəlmanların məsləhəti və xeyri sayılır. Bu xeyirli mənfəət və məsləhətlər də yalnız və yalnız həcc mərasimində təmin olunur. Belə olan halda bu mənfəəti ibadətdə necə cəmləşdirə bilərik?
    Müsəlmanların zülmkarlar qarşısında bir olub onlara qarşı mübarizə etməkdən başqa nə kimi xeyirli mənfəətləri ola bilər?
    Quran ağıldan az olanların rəhbərlik etmələri haqqında belə göstəriş verir:
    "Alahın sizin həyatınız üçün bəxş etdiyi malları səfehlərə verməyin...”
    Bu ayənin məzmununa diqqət yetirməklə həcc ziyarətini müsəlmanların taleyindən qafil olanlara necə tapşırmaq olar?
    Əziz oxucunun "Kəbə evi müsəlmanların dayağıdır” ayəsi haqda təfsir alimlərinin eyni fikirləri olduğunu bilməsi üçün bəzilərinin yazılarını burada qeyd edirik:
    Təbəri deyir:
    "Allah-taala Kəbəni və Beytül-Həramı insanlar üçün həyatın dirəyi və dayağı qərar verib. Kəbə evini dinin nişanı və müsəlmanların mənfəət yeri seçib.”(Maidə surəsi, 97.)
    Əl-Mənar təfsirinin müəllifi deyir:
    Allah-taala Kəbəni müsəlmanların dini işlərinin dayağı qərar verib. Onların əxlaqlarını və nəfslərini paklaşdırır. Dinimizin əsası sayılan həcc elə bir mənəvi ibadətdir ki, bizlərə həm iqtisadi, həm də ictimai cəhətdən xeyiri vardır. Yəni insanların bütün dini və dünyəvi ehtiyaclarını ödəyir.”(Nisa surəsi, 5. )
    3. Həcc mövsümündə müşriklərə qarşı nifrət elan etmək
    Siz əgər keçən bəhsin mövzusuna şübhə etsəniz belə, Peyğəmbərin nümayəndəsinin həcc mövsümündə yerinə yetirdiyi siyasi əmələ heç kim şəkk-şübhə ilə yanaşa bilməz.
    Peyğəmbər hicrətin doqquzuncu ilində müşriklərə nifrət hissini elan etmək üçün Əli (ə)-ı həcc mövsümündə qətnamə oxumaq üçün Məkkəyə göndərdi. Bu o vaxt idi ki, Bəraət (Tövbə) surəsindən on altı ayə Peyğəmbərə nazil olmuşdu. Ayələrin başlanğıcı bunlardan ibarətdir:
    "Allahdan və Onun Peyğəmbərindən saziş bağladığınız müşriklərə (onlarla olan əhdlərin pozulması, əlaqələrin kəsilməsi barədə) bir xəbərdarlıq!
    (Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, Allahı aciz qoya bilməzsiniz. (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz) Allah kafirləri (dünya və axirətdə) rüsvay edəcəkdir!
    Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zilhiccə ayında, vacib fərz olan həcc, qurban bayramı və ya Ərəfə günü) insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə etsəniz, bu, sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ!”(Təbəri /təfsir/, c. 7, s. 49. )
    Həzrət Əli (ə) bu ayələri oxuduqdan sonra dörd maddədən ibarət olan qətnaməni müşriklərə oxudu. Dörd maddəli qətnamə bundan ibarət idi:
    1− Bütpərəstlərin Allah evinə daxil olmağa haqqları yoxdur.
    2− Çılpaq bədənlə təvaf etmək qəti qadağandır.
    3− Bundan sonra heç bir bütpərəst həcc mərasimində iştirak etməyəcək.
    4− O kəslər ki, Peyğəmbərlə sülh müqaviləsi bağlayıblar və əvvəldən öz əhdlərinə sadiq qalıblar, onların bu əhd-peymanı, canları və malları möhtərəm sayılır. Lakin müsəlmanlarla əhd bağlamayan və yaxud öz əhdlərinə bilə-bilə sadiq qalmayan müşriklərə bu gündən (zilhiccə ayının onu) dörd ay möhlət verilir. İslam hökümətində öz təkliflərini açıq elan etsinlər. Yəni müsəlman olub bir olan Allaha ibadət etməklə şirki aradan aparmalıdırlar. Əks təqdirdə, döyüşə hazır olmalıdırlar.”(Əl-Mənar, c. 7, s. 119. )
    Həcc mərasimində müşriklər və müsəlmanlar təvaf edərkən qəfildən Həzrət Əli (ə) hündür bir yerdə dayanıb müşriklərə qarşı belə bir nitq söyləyirsə, müşriklərə öz bəd əməllərindən çəkinmək üçün dörd ay möhlət verilirsə və onlar İslama dəvət olunursa, bundan daha yaxşı siyasi əməl nə ola bilər?
    4. Məscidül-Həramda Fərəzdəqin siyasi qəsidəsi
    Bir gün həcc mərasimində Əbdül-Məlikin oğlu Hişam təvaf edərkən sıx cərgələrin arasına düşdü:
    Hişam neçə dəfə əlini Həcərül-Əsvədə (Qara daş) sürtmək istədi. Lakin adamların sıxlığından buna nail ola bilmədi. Çarəsiz qalıb kənara çəkilərək müsəlmanların ziyarətinə tamaşa etməyə başladı. Birdən gözü arıq, nurani bir kişiyə sataşdı. Bu kişi yavaş-yavaş Həcərül-Əsvədə tərəf gedirdi və bütün camaat ehtiram əlaməti olaraq ona yol verirdi.
    Şam (Süriya) əhli Hişamın ətrafına cəm olmuşdu. Bu hadisənin şahidi olduqda ondan bu kişinin kim olduğunu soruşdular. Hişam o kişini yaxşı tanıyırdı, lakin yalan dedi:
    − Mən bu kişini tanımıram.
    Elə bu vaxt mərd kişilərdən sayılan Fərəzdəq bir neçə beyt şerlə İmam Səccad (ə)-ı yaxşı tanıtdırdı. Fərəzdəqin şerinin bir neçə beyti bundan ibarətdir:(Tövbə surəsi, 1-3-cü ayələr. )
    "Bu elə bir adamdır ki, Bətha (Məkkə ilə Mədinə arası) torpağı onun pak yerini tanıyır. Kəbə, Beytül-Həram və xaricində olan yerlər onu yaxşı tanıyır.”
    "Bu Allahın ən yaxşı bəndələrinin övladıdır. Pak, təmizkar və təqvalı kimi tanınmışdır.”
    "Əgər onu tanımırsansa, bil! O, nübüvvəti xətm edən (peyğəmbərlərin sonuncusu) Məhəmməd Peyğəmbərin qızı Fatimənin övladıdır.”
    "O, Həcərül-Əsvədə əl sürtdükdə Həcərül-Əsvəd öz yaxın adamının əlini buraxmaq istəmir” Fərəzdəqin şerləri o qədər təsirli idi ki, Hişam şeri eşidərkən qəzəbləndi. Fərəzdəqə bu şeri söyləməməyi göstəriş verdi. İmam Fərəzdəqin bu əməlini görüb ondan hal-əhval tutdu(Təbərinin təfsiri, c. 10, s. 47. İbn Hişamın "Peyğəmbərin həyatı” kitabı, c. 4, s. 545. )
    5. İslami hədislərdə Həccin siyasi-ictimai cəhətləri
    Bura qədər Peyğəmbərin əməllərinin və ayələrin məzmunu açıqlandı. Həcc ibadət əməli olduğu halda eyni zamanda da siyasi cəhətlərə malikdir. Peyğəmbər öz həcc əməlinin siyasi cəhətini canlandırırdı, bu haqda Peyğəmbərin mübarək kəlamları və hədisləri vardır.
    "Ət-Tacul-came lil-Üsul” kitabında (c. 2, s. 98-99) Peyğəmbərdən bu haqda hədislər nəql olunub:
    1− Allah dərgahında qəbul olunan həcc əməli ən yaxşı cihad sayılır.
    2− Ümrə və müfrədə həcc əməlləri kişinin, qadının, güclü və gücsüzün hamılıqla iştirak etdiyi cihad sayılır.
    3− Qadınlar üçün cihad varmı? Qadınlar üçün elə bir cihad vardır ki, orada döyüş şərt deyil. Bu, həcc mərasimində iştirak etməkdir.
    4− Seçilmiş insanlar Allah yanında üç dəstədən ibarətdir:
    Cihad edən, Allah evini həcc və yaxud ümrə üçün ziyarət edənlər.
    Bu hədislərdə həcc əməli cihad kimi tanıtdırılıb. Amma axırıncı hədisdə isə, cihad edən və Allah evini ziyarət edən Allahın seçilmiş bəndələri kimi tanınıb.
    Əgər bu hədislərdə həcc cihad adlanırsa, mütləq bunların arasında bir oxşarlıq olmalıdır. Həcc öz təsir qüvvəsinə və hədəfinə görə cihada oxşadığı üçün onu cihad adlandırırlar.
    Bu İlahi vacibi əməl ibadət sayıldığı halda cihad rolunu da oynayır, yəni müsəlmanların bir-biri ilə əlaqə yaratmaları və iş görmələri həcc mərasimində təyin olunur.
    6. Həcc mərasimində Peyğəmbərin siyasi söhbətləri
    Məscidül-Həramda izdihamlı cəmiyyət Allah evini dövrəyə almışdı. Müsəlmanlar, müşriklər, dost və düşmən Allah evini ziyarət edirdilər. İslamın əzəməti və Peyğəmbərin böyüklüyü məscidi əhatə etmişdir.
    Elə bu vaxt əziz Peyğəmbər öz iyirmi illik təbliğinin həqiqətini açıqlayaraq sözə başladı: (Tarixi aşırımlara burada diqqət yetirəcəyik.)
    a) Ey camaat! Allah-taala islamın sayəsində cahiliyyət vaxtı insanların iftixar etdiyi əməlləri sizin aranızdan götürdü. Hamınız Adəmdən dünyaya gəlmisiniz. O da gildən (torpaqdan) yaranıbdır. Ən yaxşı adam o kəsdir ki, günah etməsin.
    b) Ərəb xalqı olmaq Sizin zati əsiliniz deyil. Əksinə, bu dil sadəcə danışıq dilidir. Hər kim öz vəzifəsini layiqincə yerinə yetirmirsə, atası ilə fəxr etmək onun səhv və nöqsanlarını aradan qaldırmır.
    v) Bütün insanlar keçmişdə də və indi də darağın dişləri kimi bərabərdir. Ərəbin əcəmdən, ağ dərilinin qara dərilidən heç bir üstünlüyü yoxdur. Əsas ölçü isə təqva və imandır.
    q) Mən bütün məl-dövlət, qan davası edənləri və cahillət dövrünün mövhumatlı iftixarlarını ayaq altına qoyub, bunların hamısını əsassız hesab edirəm.
    ğ) Müsəlman müsəlmanın qardaşıdır və bütün müsəlmanlar bir-birlərinə qardaşdırlar. Onlar əcnəbilər qarşısında bir olmalıdırlar.
    Hər bir müsəlmanın qanı başqa müsəlmanın qanı ilə birdir. Onların ən kiçiyi belə müsəlmanlar tərəfindən əhd bağlaya bilər.
    d) Bir-birini azdırmaqla və malik olmaqla bu dindən üz döndərməyin.
    e) Sizin qanınız və malınız bir-birinizə haram olur. Bu günə (qurbanlıq günü), bu aya (zilhiccə ayı) və bu şəhərə (Məkkə) ehtiram etdiyiniz kimi bir-birinizə ehtiram edin.
    ə) Cahiliyyət dövründə tökülən qanları təsirsiz elan edirəm. İlk təsirsiz elan etdiyim qan Harisin övladı Rəbiənin qanıdır.
    j) Hər müsəlman digər müsəlmanın qardaşıdır və müsəlmanlar bir-birləri ilə qardaşdırlar. Müsəlmanın razılığı olmadan malı başqasına halal olmur.
    3) Mömin kişinin qəlbi üç şeyə xəyanət etməz:
    1. Allaha görə xalis əməl;
    2. Haqq rəhbərlərə xeyirxahlıq etmək;
    3. Möminlərin cəmiyyətinə ehtiramla yanaşmaq.
    (Rovzətül-Kafi, s. 246; Sireyi-İbni Hişam, c. 2, səh. 412, Əl-Məğazi-Vaqidi, c. 2, s. 826).
    7. Məkkənin fəthində deyilmiş siyasi şüarlar
    Müsəlmanlar Məkkəni fəth edərkən təəccübə və heyrətə gəlmiş müşriklər müqabilində belə bir dua oxudular. Bu dua əvvəldən axıra kimi siyasi şüarlardan ibarətdir:
    "Allahdan başqa Allah yoxdur və hökumət Allahındır.
    İbadət və sitayiş Ona məxsusdur. O, dirildir, öldürür və hər bir şeyə qadirdir.
    Allahdan başqa Allah yoxdur, yalnız və yalnız Odur tənha. Verdiyi vədəyə əməl edən, müsəlmanlara kömək edən və birləşmiş zülmkar qüdrətləri məhv edən Odur.”(Şer ərəbcə oludğu üçün onun mənasını burada qeyd etdik. )
    8. İşarələr və qeydlər
    Əziz Peyğəmbər həccin siyasi cəhətini təyin etmək üçün söylədiyi bəyanlara kifayət etməyib, bəzi vaxtlar kiçik həcc əməlinin belə siyasi cəhətdən ayrı olmadığına işarə etmişdir. Məsələn, Səfa və Mərvə dağları arasında səy etmək və xüsusi yerlərdə sürətlə yeriməklə müşriklərin − müsəlmanlar Mədinənin iqlimindən (suyundan, havasından) zəifləyiblər − deyə çıxartdıqları şayiəni təkzib edir. Bu səbəbdən hətta həccin ümrəsinin qəza əməlini yerinə yetirərkən qüdrətlərini və güclərini müşriklərə göstərmək üçün bu yerlərdə qaçmağa göstəriş verilib.(Əl-Əğani, c. 21, s. 376-377; Mənaqibi Şəhr Aşub, c. 4, s. 169.)
    Əziz Peyğəmbər təvaf namazında birinci rükətdə "Tovhid” ("İxlas”), ikinci rükətdə isə "Kafirun” surəsini oxudu. Hamılıqla bilirik ki, bu surələrin mənası nədən ibarətdir və nə kimi siyasi cəhətləri əhatə edir. Bu iki surədə ikiliyə ibadət etmək və küfr pislənib və rədd olunub.
    Tarixdə müsəlmanlar Həcərül-Əsvədə əl sürtərək bu kəlməni dedikləri bəlli olur:
    "Allahın adı ilə. Allah bizi hidayət etdiyinə görə hər bir şeydən böyükdür. Allahdan başqa Allah yoxdur və Onun şəriki yoxdur. Allaha iman gətirirəm və tağuta nifrət edirəm.”(Səhihi-Buxari və Səhihi-Müslim və başqa mənbələrin həcc kitablarına müraciət edin. )
    9. Məsum rəhbərlərin sözlərində həccin siyasi cəhətləri
    1) İmam Sadiq (ə) həccin fəlsəfəsi və sirlərini açıqlayaraq belə buyurur:
    "Məkkədə camaat bir-birini, Allahın Rəsulunun tarixi abidələrini tanımaq üçün şərqdən və qərbdən bu şəhərə toplaşırlar. Əgər hər bir cəmiyyət öz ölkəsinin məhsuluna kifayətlənib arxalansaydı, məhv olardı, yer üzündə olan şəhərlər viran olub ticarət aradan gedərdi və xəbərlər cammata çatmazdı. Budur həccin fəlsəfəsi.”
    Bu cümlədə həccin elmi, iqtisadi və ictimai-siyasi bir ziyarət olduğu bəlli olur. Həqiqətdə həcc əməli müsəlmanlar arasında bir-birinə bağlı olan halqalara oxşayır. Yəni, həccin vasitəsi ilə dünya müsəlmanları gündəlik və keçmiş xəbərləri, səhabələr, tabeinlər şərqdə və qərbdə hədis nəql edənlərin köməyilə Peyğəmbərin sünnəsindən xəbərdar olurlar. Hətta müxtəlif yerlərdən gələn müsəlmanlar öz ölkələrinin məhsullarını dünyaya tanıtdırmaqla ticarət edirlər.
    2) İmam Sadiq (ə) buyurur:
    "Allah yanında yer üzündə Mərvə və Səfa dağları arasında səy etməkdən gözəl bir yer yoxdur. Çünki bu yerdə bütün inadakarlar zəlil olmaqla öz übudiyyət bəndəliklərini nümayiş etdirirlər.”(Cameül-Üsul, 4. c, Həcc kitabı. )
    3) Keçmiş olan səhabələrin, tabeinlərin bu mövsümdə İslamın və müsəlmanların xeyrinə bəhrələndikləri haqda tarix şəhadət verir. Bir çox azadlıq hərəkatlarının kökü bu yerdən başlanıb. Millətlər zalımlardan öz haqlarını almaq üçün mübarizəyə buradan dəvət edirdilər. Bu haqda Hüseyn ibn Əlinin Minada söylədiyi sözlərə qulaq asmaq kifayət edər. Hüseyn ibn Əli Mina çölündə Bəni-Haşim qəbiləsini, ona yaxın olan və dost olan böyük şəxsiyyətləri ətrafına topladı. Min nəfərdən çox olan cəmiyyət onun ətrafına cəm oldu. Bu zaman Peyğəmbərin övladı öz sözünə başladı:
    "Allaha həmd edib Onun Rəsuluna salam göndərirəm. Ey camaat, bilin! Artıq həddini aşıb-daşan Müaviyənin zülmü sizə yetişib, siz hamınız Müaviyənin bizim haqqımızda necə pis işlər gördüyündən xəbərdarsınız. Sizə bir neçə söz deyəcəyəm. Əgər düz desəm, sözümü təsdiq edin, əgər yalan desəm, sözümü təkzib edin. İndi isə mənim sözümü eşitməklə qəlblərinizdə gizlin saxlayın, sonra hər bir şəxs öz qəbiləsinə, tayfasına və şəhərinə qayıdaraq inandığı adama mənim sözlərimi çatdırsın. Mən haqq olan dinin yer üzündən silinməsindən qorxuram. Düzdür, Allah-taala Öz dinini həyata keçirəndir, hətta kafirlər belə istəməsə...”(Tarixi-Məkkə, c. 1, s. 339 /Əbil-Vəlid Əzrəqi/. )
    Sonra Hüseyn ibn Əli Peyğəmbərin Əhli-beyti haqqında nazil olan ayələrdən bir neçəsini oxudu. Camaata and verdi ki, öz şəhərlərinə qayıtdıqdan sonra bu sözləri inamlı adamlara söyləsinlər. Sözümü qurtardıqdan sonra onlar dağılıb getdilər.
    Təkcə Hüseyn ibn Əli belə bir cəmiyyətin çoxluğundan faydalanmır. Hətta, İslam hökumətinin himayəsi altında yaşayan bəzi kitab əhli olanlar təcavüzə məruz qaldıqda belə bir mərasimdə İslam hakimindən öz haqlarını tələb edirlər. Bu əməl müsəlmanlar arasında olan sünnələrdən biridir.
    Tarix deyir:
    Əmr ibn Asın Misirdə hökumət etdiyi vaxt qibtilərdən (qədim xristian misirlilər) bir nəfər hakimin oğlu ilə yarış keçirtdi və qibtinin hakim oğluna qalib gəlməsi Əmr ibn Ası narahat etdi, nəhayət, Əmr Asın oğlu tərəfindən o qibti kişi yaralandı.
    Yaralanan kişi bu hadisəni həcc mərasimində o zamanın hakiminə (Ömər ibn Xəttaba) danışdı. Ömər Asın oğlunu yanına çağırıb onun haqqında belə dedi:
    − Hansı zamanda xalqı özün üçün kölə qərar vermisən, halbuki onlar anadan azad doğulublar?!(Biharül-Ənvar, c. 9, s. 49. )
    Sonra vurulan kişinin qisasını Asın oğlundan aldı.
    Tarix bu kimi hadisələrdən çox rəvayət edir. Bu da həccin təkcə ibadət deyil, siyasi bir əməl olduğuna şəhadət verir.
    Həcc kimi bir yerdə camaat öz haqqını tələb etmək üçün hakimə və başqalarına şikayət edirlərsə, nəyə görə belə bir yerdə şərq və qərb zülmkarlarına qarşı etiraz olunmasın.
    10. Həccin fəlsəfəsi haqda mütəfəkkirlərin nəzəriyyələri
    İndi isə daha yaxşı olar, həccin fəlsəfəsi haqqında İslam mütəfəkkirlərinin nəzəriyyələrini söyləməklə bəhsi sona yetirək.
    Biz burada üç müasir yazıçının nəzəriyyəsini qeyd etməklə kifayətlənirik. Yazıçılardan biri Ərəbistanda yerləşən "Kral Əbdül Əziz” universitetinin alimidir. İndi isə, onun bu haqda irəli sürdüyü nəzəriyyələr:
    a) Fərid Vəcdi İslam ensiklopediyasının həcc maddəsində yazır:
    Müsəlmanlara vacib olan həccin fəlsəfəsini bu kitabda yazmaqla qurtarmaz. Bizi düşündürən məsələ budur ki, əgər müsəlman ölkələrinin başçıları İslamda vəhdət və birlik yaratsalar və müsəlmanlar bundan faydalansalar, tamamilə nəticəni əldə etmək olar. Çünki on minlərlə insanın dünyanın müxtəlif yerlərindən bura toplaşması və qəlbləri özünə cəlb etdiyi bir yerdə deyilən sözlər, sözsüz ki, onlara təsir edəcək, hamı eyni əhval-ruhiyyə ilə öz vətənlərinə qayıdıb eşitdiklərini və öyrəndiklərini öz qardaşları arasında təbliğ edəcəkdir. Bu dəstəni bütün dünyadan toplanmış konfrans iştirakçılarına oxşatmaq olar. Konfrans qurtardıqdan sonra hamı öz ölkəsinə qayıdıb eşitdiklərini həmvətənlərinə çatdıracaq. Deyilən sözlər konfransda təsir etdiyi kimi, həmvətənlərə də elə təsir edəcək.(Səlim ibn Qaye ət-Tabei əl-Kufi Əl-Həlalinin kitabı, s. 18 )
    b) "Əl-İbadətü fil-islam” kitabının müəllifi, misirli doktor Qərzavi yazır:
    "Bu izdihamlı cəmiyyətin ən böyük nəticələrindən biri də budur ki, həcc İslam ümmətini keçmiş yuxudan oyatmaq üçün böyük bir vasitədir. Bu səbəbdən bəzi işğal olunmuş müsəlman ölkələrində din qardaşlarımızın Allah evinin ziyarətinə getməsinin qarşısı alınır. Çünki müsəlmanlar arasında hərakat başlansa, bu hərəkatın qarşısını ala bilməyəcəklərini daha yaxşı bilirlər.”
    Doktor Qərzavi "Əd-Dinü vəl-həccü ələl məzahibil-ərbəəti” kitabında 51-ci səhifədə yazır:
    "Həcc müsəlmanların və müxtəlif ölkələrdən və millətlərdən olan insanların bir-birini tanıması üçün ən böyük vasitədir. Çünki hamısı şəhid bayrağının altında yaşayır. Bu mərasimdə onların qəlbləri və sözləri bir olur. Elə bu zaman öz vəziyyətlərini və əyriliklərini islah edib düzəltmək üçün hərəkət edirlər.
    "Kral Əbdül Əziz” universitetinin alimi doktor Məhəmməd Mübarək yazır:
    Həcc müsəlmanların eyni səviyyədə Allaha ibadət etmək üçün toplandıqları ümumdunya konfransıdır. Lakin bu ibadət onları həyat tərzindən ayırmır, əksinə onları həyat yaşayışı ilə sığ bağlayır. Quran bu haqda buyurur:
    Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahı zikr etsinlər...” (Həcc surəsi, 28)
    Bu mənfəətdən əsas məqsəd müsəlmanların xeyrinə aid olan geniş bir mənanı əhatə edir.
    Nəticə
    Əgər, doğrudan da, həcc əməlinin belə bir mühüm mərasim olduğunu Quran, sünnə, müsəlmanların rəftarı və müasir alimlərin nəzəriyyələri təsdiq edirsə, nəyə görə biz bu mərasimdən faydalanmayaq?
    Əgər həccin vasitəsilə qəlblər bir olub tovhid kəlməsi müsəlmanlar üçün bir yol seçirsə, nəyə görə bu yoldan istifadə edərək müsəlmanların düşmənlərinə cavab vermirik?
    Əgər həccin iqtisadi, elmi-mədəni cəhətləri varsa, nəyə görə müsəlmanlar öz vəziyyətlərini və yaşayışlarını yüksək səviyyədə tənzimləməməlidirlər?
    Nə üçün məzlumların səsini müsəlmanlar eşitməklə onlara kömək etməməlidirlər?
    Nəyə görə həcc mərasimində zalimlər əleyhinə konfranslar təşkil edib onların batil olmalarını mübuta yetirməyək?
    Nə vaxta qədər biz bu qədər imkanları əldən verib ziyan çəkməliyik?
    Bu ümidlə ki, inşaallah, pərdə arxasından Hərəmeyni-Şərifeynə göz dikmiş xain və zalım adamlar məhv olacaqlar. Bununla da həccin əsas məqsədi, tarixi abidələri və təsiri üzə çıxacaq.
    Sözlərin izahlı lüğəti.
    BATİL: Doğru olmayan, həqiqətə zidd olan.
    VƏQF: Savab bir iş üçün ayrılmış mülki yer və mal.
    QÖVM: Qəbilə, tayfa, nəsl.
    ƏQAİD: Əqidələr (Əqidə kəlməsinin cəmi).
    ƏŞAİRİLƏR: Əhli-Sünnə məzhəbinin inandıqları əqidə yollarından biri.
    ZƏRİH: Övliyaların və müqəddəslərin qəbirlərini əhatə edən dəmir çərçivə.
    İLLƏT: Sübut, əsas, dəlil.
    İCTİHAD: Çalışmaq və yüksək dərəcəli biliyə yiyələnməklə hökmü öz biliyi ilə əldə etmək.
    KƏFFARƏ: Günahın bağışlanması üçün təyin olunmuş cəza.
    KƏRAHƏT: Bəyənilməyən bir iş.
    MƏKRUH: Haram olmayıb, ancaq çarə və imkan olduğu halda işlədilməsi məsləhət görülməyən şey.
    MÜNAFİQ: İkiüzlü, ikitirəlik salan.
    MÜŞRİK: Allaha şərik qoşan.
    MÜFTİ: Fətva verən.
    MƏHZƏRİNDƏ: Hüzurunda.
    MƏĞFİRƏT: Bağışlanma.
    MÜVƏHHİD: Təkallahlığa inanan.
    RİCAL: Kişilər (kişi kəlməsinin cəmi). İslam dünyasında ictihad məqamına çatmaq üçün öyrənilən elmlərdən biridir. Bu elmin vasitəsi ilə hədisi rəvayət edənlərin şəxsiyyəti bəlli olur.
    RİSALƏT: Peyğəmbərlik.
    RAVİ: Rəvayət edən.
    RƏVAFİZ: Dindən üz döndərənlər, rafizilər.
    SÜNNƏ: Peyğəmbərin göstərişləri.
    SƏHİH: Əhli-Sünnə məzhəbinin əsaslandığı altı mötəbər hədis kitabı.
    SƏHİH: Düzgün, doğru.
    SƏY: Həcc mərasimində Hacıların Səfa və Mərvə dağları arasında yerinə yetirdikləri əməllər.
    SİFƏTDƏ TOVHİD: Allahın sifətlərinə təkallahlığa inanmaq.
    TƏFSİR: Quran ayələrini izah və şərh etmək.
    TƏVƏSSÜL: Müqəddəsləri və övliyaları vasitə qərar verməklə Allahdan hacət diləmək.
    TƏQVA: İmanlı, günahdan çəkinmək.
    TƏQDİS: Müqəddərs və pak hesab etmək.
    TƏBƏRRÜK: Bərəkət istəmə, uğur.
    TOVHİD: Bir olan Allaha inanmaq.
    TƏSƏRRÜF: Yiyələnmək.
    TABEİN: Peyğəmbəri görməyib, lakin Peyğəmbərin səhabələrini görən şəxslər.
    ÜSUL ELMİ: Bu elm xüsusi qaydalar vasitəsilə şəriət hökmünü əldə etməyi sübuta yetirir.
    FİQH: Şəriət məsələlərindən bəhs edən elm.
    FƏQİH: Şəriət məsələlərini dərindən bilən alim.
    FİTRƏT: İnsanın zatında olan hisslər, (namus, vicdan).
    FELDƏ TOVHİD: Allaha ibadət edərkən təkallahlığa inanmaq.
    FASİQ: Açıq-aşkar günah edən.
    HƏDİS: Peyğəmbərin və imamların kəlamı.
    HƏNBƏLİ: Əhli-Sünnə məzhəblərindən biri.
    HİCRƏT: Başqa bir yerə köçmək. Məhəmməd (s) Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi və İslam tarixinin başlanğıcı.
    ŞİRK: Çoxallahlılıq, bütpərəstlik.
    ŞƏRİ: Şəriət qanununa müvafiq.
    ŞƏFİ: Günahların bağışlanması üçün vasitəçi olan.
    Kitabın tərcüməsində istifadə olunmuş ədəbiyyat:
    1− Quranın tərcüməsi: Ayətullah Məkarim Şirazi.
    2− Quran tərcüməsi: 3. Bünyadov, V. Məmmədəliyev.
    3− Əmid izahlı lüğət ensiklopediyası.
    Category: Vəhhabi məzhəbi | Added by: Islam_Kitabxanasi
    Views: 708 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024