İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Vəhhabi fitnəsi

    Kitabın adı: Vəhhabi fitnəsi
    2011-09-03, 5:18 AM

    Müsəlmanlar Vəhhabilərin gözündə
    Vəhhabilər yalnız özlərini əsil müsəlman və xalis tövhid əhli bilir, digər müsəlmanları isə müşrik hesab edirlər. Onlar İbn Əbdül-Vəhhabın inanclarını qəbul etməyənləri "hərbi kafir” (müsəlmanlarla döyüş halında olan kafirlər) adlandırır və belə insanların hеç bir şәkildә tохunulmаzlıq hüququnа mаlik olmadığını bildirirlər. Bu şәхslәrin mаlını, cаnını vә nаmusunu özlәri üçün hаlаl sаyırlаr. Onlar belə düşünürlər ki, təkcə "La ilahə illallah və Mәhəmmədən Rəsulullah” (Allahdan başqa Allah yoxdur və Mәhəmməd Onun Rəsuludur) cümləsini dilə gətirərək şəhadət vermək kifayət deyil; әsil müsəlman bundan əlavə, peyğəmbərin məscidinə təbərrük etmək, Allahın elçisini ziyarət etmək, ondan şəfaət diləmək və bu kimi işlərdən özünü təmizləməlidir. Çünki, onların fikrincə, təvəssül, şəfaət, ilahi övliyaların ruhlarından yardım diləmək, təbərrük və buna bənzər əməllərə inananlar müsəlman adını özlərinə vermələrinə baxmayaraq, müşrikdirlər. Onların şirki cahiliyyət dövrünün şirkindən daha qorxulu nəzərə çarpır.(Bax: ər-rəsail əl-əməliyyə, Muhəmməd ibn Əbdül-Vəhhab, səh. 79; Təthirül-etiqad, Sənani, səh. 17; Təthirül-məcid, səh. 40, 41; Kəşful-Şubəhat.)
    Mәhəmməd ibn Əbdül-Vəhhab "Kəşfuş-Şubəhat” adlı əsərində təqribən 24 dəfə "şirk” və "müşriklər” sözünü öz inancını qəbul etmәyənlər haqqında təkrarlamışdır. Həmçinin "kafirlər”, "bütpərəstlər”, "mürtədlər”, "müşriklər”, "tövhid düşmənləri”, "Allah və İslam carçılarının düşmənləri” kimi ifadələri təqribən iyirmi dəfə işlətmişdir.
    Vəhhabilər və Xəvaricin oxşar cəhətləri
    İslam tarixinə və xəvaric təliminә nəzər saldıqda bu iki təriqətin inanc xəttlərinin bir çox yerlərdə kəsişdiyinin şahidi oluruq.
    Vəhhabilik və xəvaricin ideya və davranışlarındakı nəzəri və praktiki bənzərliklər aşağıdakılardan ibarətdir:
    1. Xaricilər (xəvaric) vəhhabilər kimi, məşhur fikirlərə zidd, nadir rəy sahibidirlər; Məsələn: Xəvaric böyük günah işlətmiş şəxsi kafir sanırlar.
    2. Xəvaricin fikrincə "Darul-İslami” (İslam diyarını), sakinlərinin böyük günaha bulaşacaqları təqdirdə, "Darul-hərb” (müsəlmanlarla döyüş halında olan diyar) adlandırmaq olar. Bu barədə vəhhabilər də eyni fikirdədirlər.
    3. Bu iki dəstənin digər bir bənzərliyi, dini məsələlərin yersiz çətinləşdirilməsi və onları dərk etməkdə dar düşüncəlik və fikir donuqluğundadır. Xaricilər "La hukmə illa lillah” (hökm yalnız Allaha məxsusdur) cümləsinə sığınaraq, İmam Əlini (ə) hakimiyyətdən uzaqlaşdırdıqları kimi, vəhhabilər də təkcə bəzi ayələri digər ayələrə diqqət yetirmədən, əldə əsas tutaraq, müsəlmanları kafirlikdə ittiham еdirlәr.
    4. Şübhəsiz vəhhabilər puç, yanlış və xurafatla dolu əqidələri ilə, xəvaricin dindən xaric olduğu kimi, dindən çıxmış sayılırlar.
    Elə bu səbəbdən Səhihi-Buxaridə gəlmiş bir hədisin vəhhabilərə aid edilməsi heç də təsadüfi deyil.
    Buxarinin İslam peyğəmbərindən (s) nəql etdiyi bu hədisdə deyilir: "Şərqdən bir qrup kişi zahir olar. Onlar Quran oxusalar da, oxuduqları boğazlarından yuxarı keçməz. Ox kamandan çıxdığı kimi dindən çıxarlar. Baş qırxmaq onların bir əlamətidir.”(Səhihi-Buxari, Kitab ət-təuhid, 57-ci fəsl, 7123-cü hədis.)
    Qəstəlani "İrşadus-sari”("İrşadus-sari”, c. 15, səh. 626) əsərində bu hədisi şərh edərkən yazır: «Şərq tərəfdən» dedikdə, Mədinə şəhərinin şərq tərəfi, Nəcd və bu kimi digər ərazilər nəzərdə tutulur.
    Hamıya çox gözəl bəllidir ki, Nəcd şəhəri vəhhabilərin mərkəzi və əsas vətənləri idi ki, sonralar oradan digər şəhərlərə yayıldılar. Eləcə də bilirik ki, başın tükünü qırxmaq və saqqalı uzatmaq onların əlamət və nişanələrindəndir.
    5. Hədislərdə Xəvaric barəsində "Onlar müsәlmаnlаrı öldürür, bütpərəstləri isə azad buraxırdılar”(Məcmuu-fətava, İbn Feymiyyə, c.13, səh. 32) söylənilmiş sözlərin, vəhhabilər tərəfindən praktiki olaraq qəddarlıqla həyata keçirildiyinin şahidi oluruq.
    6. Əbdullah ibn Ömər Xəvarici təsnifləndirərək deyir: "Bunlar kafirlər barəsində nazil olmuş ayələri möminlərə tətbiq edirlər.” Hazırda vəhhabilərin də bu metoddan istifadə etmələri keçmişdə xaricilərin getdiyi yolu xatırladır.
    Vəhhabilərin təbliğat və təşviqat üsulları
    Bu məzhəbin nümayəndələri öz təlimlərini inkişaf etdirmək və fikirlərini xalqa təlqin etmək istiqamətində müxtəlif metodlardan istifadə edirlər. Onlardan bəzilərini nəzərdən keçirək:
    1- Şiə məzhəbinin kitabları ilə mübarizə
    Vəhhabilər, İmamiyyə şiələrinin digər məzhəblərdən daha artıq elmi məsələlərə yer verdiyinə görə, onlarla mübarizə etməyi qarşılarına məqsəd qoymuşlar. Çünki, elmi məsələlər onların xurafatla dolu xam xəyallarını ifşа еdәrәk üzə çıxarır. Yoxsa, şiələrlə bu qədər qarşıdurma nəyə lazımdır? Onlar həqiqət sorağında, başqaları isə səhv və batil əqidədədirsə, niyə batildən qorxurlar? Görəsən niyə şiəliyə mənsub kitabların cavanların arasında yayılmasına maneçilik törədirlər? Nәyә görә vəhhabi bir tələbə əlində şiə kitabı olmasına görə suçlanaraq universitetdən və təhsil aldığı elmi mərkəzdən qоvulmаlıdır? Vəhhabilərin ağıl və düşüncə sahiblərini həqiqətə yetişmək istiqamətində azad buraxaraq, özlərinin qərara gəlmələrinin qarşısını almalarının səbəbi nədir? Görəsən hansı amil bais olur ki, Misirin beynəlxalq kitab sərgisində görüntüyə qoyulan şiə əsərləri vəhhabilər tərəfindən alınıb yandırılır?(Əs-sələfiyyə bəynə əhlis-sunnə vəl-imamiyyə, səh. 680)
    2 – Kitabların məzmununun dəyişdirilməsi
    Vəhhabilərin, müxalifləri ilə etdiyi mübarizə yollarından biri də əhli-sünnətin hədis, təfsir və tarix kitablarının öz mənafeləri yönümündə dәyişdirilməsidir. Onlar öz əqidələri ilə bir araya sığmayan hədis və sözləri dəyişdirir, daha sonra çapxanalara kitabın təhrif olunmuş formasını nəşr olunmasını sifariş edirlər. Elə bu səbəbdən bəzən görürük ki, bir müəllif qaynağını da qeyd etmək şərtilə hər hansı bir hədisə əsaslanır. Yeni çaplara müraciət etdikdə hədisdən heç bir əsər-əlamət gözə çarpmır. Lakin qədimi çaplara baxdıqda aydın olur ki, bu hədis sonrakı nəşrlərdə ixtisara salınmışdır. Xüsusilə, vəhhabilərin nəşriyyatlarla sıx əlaqə yaratması, təhrif edilmiş kitabların ucuz qiymәtlәrlә satışı, yaxud daha çox insan kütləsinin əlinə çаtsın deyə, pulsuz paylanması kimi işlərdə müttəfiqliyi müddəamızı inkaredilməz edir.
    Bu barədə Mәhəmməd Nuri Deyrsəvi belə deyir: "Hədisləri təhrif etmək və ya ixtisara salmaq vəhhabilər üçün adət halına çevrilmiş daimi işlərdəndir; nümunə olaraq, Nöman Alusinin atası Məhmud Alusinin Kоvnul-Məani adlı təfsirini göstərmək olar. O, vəhhabilәrin әqidәsinә zidd оlаn bütün mətləbləri ixtisara saldı. Bu təhrif aparılmasaydı, onun təfsiri nümunələri təfsir sayılacaqdı.”
    Digər bir nümunə isə İbn Qüdamə Hənbəlinin "Muqni” əsərindən öz nəzərlərində şirk sayıldığına görə "istiğasə”("İstiğasә” sığınmaq, pənah aparmaq mənasınadır. Əvvəldə qeyd edildiyi kimi, ilahi şəxslərə sığınmaq (istiğasə etmək) Vəhhabilərin nəzərində haram və şirkdir.(mütərcim). ) (övliyalara sığınmaq) bəhsini silərək çapa vermələridir. Səhihi-Müslimin şərhini isə, Allahın atributlarına(Vəhhabilər Quranda Allahın sifətləri haqda buyurulmuş ayələrin zahiri mənaları ilə kifayətlənərək, Allahın maddi əli ya ərşi (taxt-tacı) olduğunu deyirlər. Bu mənalar isə, hər bir maddədən uzaq, mütləq vücud sahibi, ehtiyacsız Allahla uzlaşmadığından, Müslim hədislərdə bu mənaları əqli və məntiqi şəkildə şərh edibdir. Məsələn Allahın əli dedikdə Onun qüdrəti nəzərdə tutulur. Vəhhabilər isə zahiri olduğundan şərh edilmiş bu hədisləri kitabdan götürüblər.) dəlalət edən hədisləri çıxartmaqla, yenidən çap etdilər.(Rududun əla Şubuhat əs-sələfiyyə, Şeyx Deyrsəvi, səh. 249. )
    Çox təəssüf ki, ənənəvi hala çevrilmiş bu tip işlər vəhhabilər arasında geniş yayılmışdır; хüsusilə, Әhli-beytin (ə) şanlı ömür yolunu və fəzilətlərini, eləcə də xəlifələrin və ya səhabələrdən birinin düçar olduğu xəta və büdrəməni özündə əks etdirən real tarix və hədislər bu çirkin siyasətin bir nömrəli qurbanlarıdır.
    Digәr bir nümunəyə nəzər salaq: Təbəri "Cameul-bəyan” adlı təfsirində«Şüәrа» surәsinin 214-cü ayəsini şərh edərkən, Peyğəmbərin ilk dəvəti zamanı bu sözləri söyləməsini nəql edir: "Sizlərdən hansı biriniz bu işdə (peyğəmbərlik vəzifəsində) mənə vəzir və yardımçı olmağa hazırdır? Belə bir şəxs mənim qardaşım və... sayılır.(Orijinalda, təkrarlanmış "və” bağlayıcısının yerinə "kəza və kəza” sözləri qeyd edilmişdir. Buradan aydın olur ki, Peyğəmbər başqa sözlər də söylədi. Amma burada Həzrətin (ə) daha nə buyurduğu açıq-aşkar göstərilmir. Dilimizdə bəzi cümlələrin sonunda üç nöqtə (...) yazılmasını buna bənzətmək olar. Yuxarıda isə nöqtәlәrin təkrarlanması "kəza və kəza” sözününü qarşılığında işlədilmişdir. (mütərcim). ) Bu vəzifəni Həzrət Əli (ə) qəbul etdikdən sonra Peyğəmbər (s) Əliyə (ə) xitabən buyurdu: "Sən mənim qardaşım və... sayılırsan.(Cameul-bəyan, həmin ayəni şərh edərkən) Mötəbər tarix kitablarından sayılan Tarixi Təbəriyə müraciət etməklə düşünürük ki, təkrarlanmış nöqtәlərin yerinə (ya ərəbcədə "kəza”ların yerinə) "vəsiyyi və xəlifəti” yəni, "mənim vəsim və canişinimsən” sözləri olmuşdur ki, təhrifə uzanan əllər vasitəsilə götürülmüş və əvəzində heç də aydın olmayan (nöqtәlәr) sözlər işlədilmişdir. Əlbəttə оnlаr bu kimi yаrаmаz işlәri bu növ hədislərin onların düşüncə tərzi ilə uyğun gәlmәsi sәbәbilә hәyаtа kеçirirlәr.
    Bəzi hallarda isə xəlifələrin büdrəmələrini və yaxud Əhli-beytin (ə) fəzilətlərini bir neçə nöqtə ilə əvəz edir. Artıq, oxucu bu nöqtələrin həssas, həlledici və tarixin taleyini əvəz еdә biləcək mətləblərin qarşılığında qoyulduğundan xəbərdar deyil.
    Bəzən də hədisin öz inancları ilə uzlaşmayan hissələrini ixtisara salırlar. Necə ki, vaxtilə Buxari də bir çox yerlərdə həmin metoddan istifadə etmişdir. Məşhurluğuna görə toxuna bilmədiklərini isə, əldə heç bir sənəd-sübut olmadan etibarsız və yetərsiz olduğunu isbat etməyə çalışırlar. İbn Teymiyyə Qədir-Хum, Vilayət və digər hədislərlə dә məhz bu cür davranmışdır. Bir sıra yerlərdə isə hədisin tamam başqa bir məna ifadə etməsi üçün sözləri dəyişdirirdi. Nümunəsi isə "Leylətul-məbit” hadisəsində «Bаtә әlа firаşihi» (öz yerində gecələdi) cümləsinin yerinə, «Balə әlа finаşihi»yəni, (yerinə islatdı) sözünün gətirilməsidir.
    Bəzi kitablarda hədisin göstərilmiş qaynağına müraciət edərək, o hədisin orada tapılmaması, vəhhabilərin azaltma yolu ilə təhrif etmələrini bir daha göstərir!
    Burada "Əman” hədisini sözümüzə nümunə gətirmək olar. Peyğəmbərdən (s) nəql edilmiş bu hədisin məzmunu belədir:
    "Ulduzlar yer əhalisinin təhlükəsizliyini təmin etdiyi kimi, mənim əhli-beytim də ümmətimin ayrıseçkilik və ixtilaflar qarşısında təhlükəsizliyini təmin edir”.
    Bu rəvayəti bəzi qaynaqların Əhməd ibn Hənbəlin müsnədindən nəql etməsinə baxmayaraq, hazırda bu hədis o kitabda mövcud deyil.
    Eləcə də Peyğəmbərin (s) "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır.” məzmunlu buyurduğu hədisi İbn Əsir Cameul-usul kitabında, Süyuti Tarixul-xüləfada və İbn Həcər Әs-səvaiqul-mühriqə əsərində Səhihi-Tirmizidən nəql edirlərsə də, hazırda Müslimin səhihində bu rəvayətlərdən əsər-əlamət görünmür.
    3 – Kitabların iхtisаr еdilmәsi
    Hədis, tarix və təfsir kitablarının orijinal mətnlərini iхtisаr еtmәk vəhhabilərin digər bir təbliğ metodlarından hesab olunur; оnlar kitabları, oxucu daha çox fаydаlаnsın deyə xülasələşdirmək bəhanəsi ilə, etiqadları ilə qeyri-müvafiq hissələri ixtisara salırlar. Daha sonra onu çapxanalara verərək qısaldılmış formada çаp еdәrәk yаyırlаr. Onlar reallıqları beləcə dəyişdirərək hədis, təfsir və tarixin danılmaz həqiqətləri kimi xalqa təlqin edirlər.
    Xatırladırıq ki, biz geniş və iri həcimli kitabların qısaldılması və xülasə şəklinə gətirib çıxardılması ilə müхаlif deyilik; əslində yaşadığımız dövrdə insanların məşğuliyyəti çохаldığınа görә, geniş həcimli kitabların mütaliəsinə fürsət azaldığından, kitabları iхtisаr еtmәk gərəkli sayılır. Lakin biz qərəzli və yalnız əqidə yönümündə xülasələşdirmənin əleyhinəyik.
    Bu qısa tarixi kitablarda xəlifələr - Müaviyə, Yəzid və bəzi səhabələr barəsində söylənilmiş mənfi xüsusiyyətlər və tənələr ixtisara salınır, həmçinin Әhli-beytin (ə) fəzilətləri, kitabın müxtəlif yerlərindən asanlıqla götürülür; halbuki, xəlifələr və bəzi səhabələrə dair qondarılmış saxta hədislərə toxunulmur! Bu çirkin əməl və mədəni cinayətlə tarixi hadisələri аrаşdırаn oxuculara nə dərəcədə zülm olunduğu heç kimə gizli deyil. Necə də qeyri-müqəddəs şəxslər müqəddəs sayılır. Əvəzində isə, əsil müqəddəs şəxsiyyətlər yaddaşların arxivinə ötürülür.
    4 – Həcc mövsümündən istifadə edilməsi
    Vəhhabilərin təbliğ üsullarından biri də, həcc mövsümündən lazımınca bəhrələnməkdir. Bildiyiniz kimi, hər il həcc mövsümü zamanı dünyanın hәr tərəfindən yüzminlərlə hacı bir yerə toplaşırlar. Vəhhabilər yaranmış vəziyyətdən öz fikirlərinin yayılması üçün sui-istifadə edir və bunu ən əlverişli fürsət sаnırlаr. Öz təbliğatçılarını müxtəlif dilli hacılar arasında bölüşdürür, elmi mühazirələr, kitab hədiyyə etmək və elm xadimlərini elmi mәrkәzlәrә dəvət etməklə öz məzhəblərinə tərəf çәkirlər. Hətta son zamanlar qеyri-әrәb hacılar arasında müхtәlif dillәrdә yüksək tirajda nəşr edilmiş anti-şiə xarakterli kitabların pulsuz paylanması müşahidə edilir. Çox gizli şəkildə təxribat xarakterli yazılmış bu kitablar öz inanclarını isbat, şiə və digər İslam məzhəblərinin əqidələrini bаtil göstәrmәyә xidmət edir.
    Unutmamalıyıq ki, vəhhabilərin puç əqidələrindən yalnız şiələr deyil, əhli sünnə məzhəbləri də təsirlənmiş, onların inanc və rəftarlarından təngə gəlmişlər. Onların məğlubiyyətinin bir nümunəsini Əl-qaidə və Taliban qruplaşmasında və onun aqibətində axtarmaq olar.
    Nüfuzlu şəxsiyyətlərdən birinin açıqlamasına görə, Tacikistanda vəhhabilər tərəfindən böyük bir bağ hazırlanmış, mədəniyyət və elm adamlarının adları universitet və məktəblərdə tədris etmək üçün qeydə alınmış, üç ay müddətində kiçik bir kursu bitirdikdən sonra, içərilərindən seçilmiş 400 nəfər Səudiyyə Ərəbistanına yollanmışdır. Onlar Mədinə şəhərinin "Əl-İsmailiyyə” universitetində iki il təhsil alaraq, vəhhabiliyin əsaslarını və şiə mədəniyyəti ilə mübarizə yollarını öyrəndikdən sonra Tacikistanın ayrı-ayrı şəhərlərinə və orta Asiyanın digər bölgələrinə göndərilmişdir. Azərbaycan respublikasında da buna bənzər iş görülmüş, hətta imamların (ə) adını daşıyan şəxslərin adları dəyişdirildikdən sonra vəhhabi düşüncələrinin gələcəkdə təbliğatçısı olmaq üçün mərkəzi ölkəyə (Səudiyyə Ərəbistanı) göndərilmişdir. Təkcə 2002-ci il həcc mövsümündə, 685 аddа on milyon cild kitab dünyanın 20 əsas dilinə (əksərən anti-şiə xarakterli), Səudiyyə dövləti tərəfindən Allah evinin ziyarətçiləri arasında paylanılmışdır.(Miqat jurnalı, 43-cü sayı, səh. 198, 11. 9.81(h. şəmsi ilə) tarixdə dərc edilmiş Ukkaz qəzetindən nəql edərək. )
    Sәudiyyә Әrәbistаnının Qәtif şәhәrindәn оlаn tаnınmış bir ruhаni 2003-cü ildә Mәkkәdә оlаrkәn bizә bir fаktı söylәdi: «Şiәliyin әlеyhinә yаzılmış «Әllаh, sümmә lit-tаriх» kitаbı böyük yük mаşınlаrınа dоldurulаrаq Qәtif vә İhsа kimi şiә bölgәlәrinә gәtirilir vә хаlq аrаsındа pulsuz pаylаnılır.»
    Sözügedən kitabın 2001-ci ildә Küveyt respublikasında yüz min tirajda nəşr edilərək yayılması isə dindar alim Mehri cənablarının (ali dini lider Əli Xameneinin nümayəndəsi) etirazına səbəb oldu. O, Küveyt dövlətinə ünvanladığı məktubda bildirdi ki, әgər təhqiramiz və anti-şiə xarakterli yazılmış bu kitabın nəşr və yayılmasının qarşısı alınmazsa, Küveyt, regionda ikinci bir Livana çevrilə bilər.(30.6. 2001-ci il tarixli "Ər-rəyul-am Əl-Kuveytiyyə” qəzeti. Məlum məktub internetin müxtəlif saytlarında özünə yer tapmışdır)
    5 – Şiəliyin əleyhinə yağdırılan iftiralar
    Misirli yazıçı Doktor Əbdullah Qərib yalan və töhmətlə dolu "və caə dоurul-məcus” kitabında yazır:
    "Xоmeyninin qiyamı İslam, ərəb və Mәhəmmədlə (ə) heç bir bağlantısı olmayan, məcus (atəşpərəst, zərdüştə inanan), əcəm (qeyri-ərəb, iranlı və Kəsraya (Sasanilər sülaləsinə) mənsub qiyamdır.(Və caə dоurul-məcus, səh. 357. göründüyü kimi Doktor Əbdullah, İmam Xоmeyninin ərəb olmaması, iranlıların qədimdə atəşpərəst, Zərdüşt dininə mənsubluqları və Sasanilər sülaləsinin törəmələri olması kimi yersiz cəhətləri qabardaraq, onun qiyamının İslami cəhətdən etibarsız və qeyri-müqəddəs olmasını isbat etməyə çalışır. Lakin qeyd etmək lazımdır ki, əvvəla qeyri-ərəbliyin nöqsan sayılması, İslami meyarlara sığmayan, milli təəssübkeşlik hissindən qaynaqlanır. Digər tərəfdən isə, İmam Xоmeyni əziz Peyğəmbərin (s) nəslindən və ərəb mənşəli şəxsdir. Yəni, bu qanunsuz meyarın şərt sayılacağı təqdirdə belə, ona aid edilməsi düzgün deyil. Digər iki xüsusiyyət isə, İslami İnqilabın mahiyyətinə məntiqən zərər yerirmir (mütərcim).)
    Sanki bu sözlər Doktor Əbdüllahın ürək yanğısını soyutmur. O, kin-küdurət və düşmənçiliyini son həddə çatdıraraq yazır: Tehran rəhbərlərinin İslam üçün yəhudilərdən daha artıq təhlükəli olduğuna şübhə etmirik. Onlardan heç bir xeyir gözlənilmir. Bunu da gözəl bilirik ki, onlar müsəlmanlarla müharibə məqsədi ilə tezliklə yəhudilərlə birləşəcəklər.(Həmin qaynaq, 374)
    Hazırda İslam respublikasının işğalçı sionist rejimi üçün bir nömrəli düşmən olduğu bütün dünyaya аşkаr оlduğu bir halda, bu sözlərin reallıqdan nə qədər uzaq olmasına dair danışmağa ehtiyac duyulmur. Əslində bu sistem İslam inqilabı zəfər çaldıqdan dәrhаl sonra Fələstin səfirliyini qəsbkar İsrail dövlətinin səfirliyi yerinə açmasını, özünün iftixarı hesab edir.
    Mədinə şəhərinin universitet müəllimlərindən olan elmlər doktoru Nasirəddin Qəffari doktoranturalığı üçün dissertasiya müdafiəsi sayılan "Üsulu məzhəb əş-şiə əl-imamiyyə” adlı tədqiqat əsərində yazır:
    "Xоmeyni öz adını namazın azanında yerləşdirərək Peyğəmbərin (s) adından belə önə keçirmişdir. İranda namazlarda azan bir qayda olaraq bu şəkildədir: Əllahu əkbər, Əllahu əkbər, Xоmeyni rəhbər; yəni Xоmeyni bizim öndər və başçımızdır, daha sonra isə (deyirlər) Əşhədu ənnə Mәhəmmədən rəsulullah!..”(Üsulu məzhəb əş-şiə Əl-imamiyyə, c. 3, səh. 1392 )
    İslam inqilabından sonra İranın müxtəlif şəhər və ölkədaxili məscidlərinə gələn hər kəs bu yersiz nisbətin yalan olduğunu anlayar. Həqiqət budur ki, namaz qılanlar namazı bitirdikdən sonra cəm şəkildə dua edərək İmam Xоmeyninin rəhbərliyini bir daha təsdiqləyir və onun xəttində sadiq qalacaqlarını elan edirlər.
    Şiəliyə qarşı hücumа kеçmәyin bir səbəbi
    Vəhhabilərə, Әhli-beyt məzhəbi ilə münasibətdə kəskin mövqe tutmalarına və anti-şiə təbliğat kompaniyasının proqramlarının sürətləndirməkdə hərəkətverici qüvvələrdən biri də onların, müsəlmanların bu cazibədar məzhəbə sürətlə axınından qorxmalarıdır. Doğrudan da, Qurani-Kərimdən ilham almış mədəniyyətin cavanlar və ziyalı şəxslər arasında geniş yayılması və onların Məhəmmədin (s) həqiqi sünnəsi ilə müvafiq olan işıqlı təlimini rəğbətlə qarşılaması vəhhabiləri son dərəcə dəhşətə gәtirir. Burada bir neçə nümunəyə diqqət yetirməyimiz yerinə düşər:
    Doktor İsamüddin "Əl-imam Mәhəmməd bin Səud” universitetinin məzunu, Bin Bazın (Səudiyyənin ən böyük müftisi) şagirdi, eləcə də Sənan şəhərinin böyük məscidlərindən birinin İmam-camaatı və Yəməndə vəhhabiliyin təbliğatçısı idi. Şiəlikdə küfr və şirk ünsürünü isbat etmək üçün "Əş-şiə bеynəl-isna əşəriyyə və firəqul-Qulat” (dində küfrlə nəticələnəcək ifrata varanlar) adlı kitabının müəllifi olan bu şəxs cavan bir şiə ilə tanışlıqdan sonra Әhli-beyt məzhəbinin nurani mədəniyyəti qarşısında diz çökərək, vəhhabilikdən şiəliyə üz gətirir.
    Doktor İsam elə bu münasibətlə qələmə aldığı kitabında yazır: Vəhhabi qardaşlarımızın kitablarını oxuduqca, bizə aydın olur ki, gələcək, 12 imamçı şiә mәzhəbinin intizarındadır; çünki onlar (vәhhаbilәr) (radikal olduqlarına görə) vəhhabilər və digər müsəlmanların bu məzhəbə sürətlə axınına bais olurlar.
    Daha sonra Mədinə İslam universitetinin müəllimi Şeyx Əbdüllah Əl-Quneymandan nəql edərək yazır:
    "Artıq vəhhabilərə mә’lum оlmuşdur ki, İmamiyyə şiəliyi gələcəkdə əhli sünnəni və vəhhabiliyi özünə cəlb edə biləcək yeganə məzhəbdir.”(Həmin qaynaq, səh. 178)
    Səudiyyənin adlı-sanlı yazıçılarından sayılan Şeyx Rəbi ibn Mәhəmməd cənabları yazır:
    "Mənim üçün son dərəcə təəccübdoğurucu haldır ki, bizim bəzi qardaşlarımız, o cümlədən Misirdə tanınmış və görkəmli alimlərdən birinin övladları, eləcə də elmi dairələrdə uzun müddət bizimlə çalışmış elm аdаmlаrı, habelə bizim saflıqlarına inandığımız qardaşlarımızdan bir qrupu "şiəlik” adlı yolun ardıcılına çevrilmişlər. Asanlıqla düşündüm ki, müsəlman aləminin digər nümayəndələri kimi, bu qardaşları da İslam inqilabının nurlu və gözqamaşdırıcı şüaları heyran etmişdir.("Əş-şiətul-imamiyyə fi mizanil-İslam”, kitabın müqəddiməsi, səh. 5. )
    Vəhhabilərin digər məşhur yazıçılarından biri Şeyx Mәhəmməd Məğravi deyir:
    "On iki imamçı şiə məzhəbinin şərq dünyasında geniş yayılması məni qərb ölkələrinin cavanları üçün (cavanların bu məzhəbə yönəlməsi üçün) qorxuya saldı...”("Mən səbbəs-səhabə və Müaviyə fəummuhu haviyəh” kitabının müqəddiməsi, səh. 4)
    Bu barədə Mədinə universitetlərinin müəllimi, elmlər doktoru Nasir bin Əbdüllah bin Əli Qəffari isə yazır:
    "...Tam qətiyyətlə deyə bilərik ki, bir çox müsəlman gənclərinin şiəliyə meyl еtməsinin səbəbi on iki imamçı dahilərin qatlaşdığı əziyyətlərə görədir. "Ünvan Əl-Məcd fi tarixil-Bəsrə və Nəcd” kitabında bəzi qəbilələrin əhalisinin tamamilə şiəliyə üz gətirmələri haqda yazılаnlаr hər bir mütaliəçini dəhşətə gətirir.”(Muqəddimətu usul əş-şiə əl-imamiyyə əl-isna əşəriyyə, c. 1, səh. 9.)
    Vəhhabi qələm ustalarından sayılan Şeyx Məcdi Mәhəmməd Əli Mәhəmmədin söylədikləri isə daha artıq maraq doğurur:
    "Əhli sünnə cavanlarından biri təəccüblə yanıma gəldi. Onun heyrətlənməsinin səbəbini soruşduqda, bir şiə ilə ünsiyyətdə olduğunu anladım. Bu (yazıq) sünni cavanı isə şiələri rəhmət mələkləri və haqq meşəsinin şiri kimi təsəvvür etmişdi.(İntisarul-həqq, səh. 11 və 14. )
    
    www.haqqyolu.org
    Bugün hit: 150
    Bugün host: 26
    Cəmi hit: 1220955
    Cəmi host: 118564
    İndi saytda:
    Category: Vəhhabi fitnəsi | Added by: Islam_Kitabxanasi
    Views: 1077 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024