İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhabi firqəsi

    Vəhabi firqəsi
    2012-03-19, 5:14 AM
    VAHABİ MƏZHƏBİNİN TARİXİ
    1-Cİ BÖLMƏ
    Vahabi alimlərinin öndəriİbn Teymiyyə Hənbəli
    Vahabi ideyasının 1206-cı hicri ilində dünyadan gedən Mühəmməd ibn Əbdül- vəhhab Nəcdi tərəfindən ortaya çıxarılmasına baxmayaraq, kitabdan da məlum olduğu kimi vahabi etiqadlarının əsasını İbn Teymiyyənin fikir və ideyaları təşkil edir. Bu səbəbdən, hicrətin VIII əsrində yaşamış bu şəxs vahabiliyin banisi sayılmalıdır. Vahabi firqəsinin buna dair nəinki iradı yoxdur, hətta bu fikirlə tam razıdır.
    İbn Teymiyyənin, 241-ci hicri ilində dünyadan gedən Hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəlin bəzi hədislərinin təsiri altında olmasına, onun məşhur "Əl-Müsnəd” və bu kimi başqa əsərlərində işarə olunmuşdur. Həmin fikir və nəzəriyyələrin əsasında o, Allahı cism hesab edib, Onun müqəddəs zatı ilə bağlı əl, ayaq, dil, göz, ağız və məkanın varlığı barədə söz açmışdır. O, təşbeh və bənzətməni inkar etdiyi halda, ayələr və rəvayətlərin zahiri mənasına əsaslanaraq, Allahı göylərin ənginliyində və taxtda oturmuş kimi qələmə vermişdir.("Məcmuətur-rəsail” və "Əl-Əqidətul-həməviyyətul-kubra” 1-ci cild, 429-cu səh. )
    İbn Teymiyyə bu etiqadını artıq çap olunmuş bir neçə kitabında izhar etmişdir. Belə ki, İslam alimləri onların əleyhinə neçə-neçə kitablar yazaraq, tənqid etmişlər. Kitablardan başqa o, mənbərdəki çıxışlarında da heç nədən çəkinmədən, aşkarcasına öz etiqadını bəyan edirdi.
    Tanınmış mərakeşli səyahətçi İbn Bətutə öz səfərnaməsində yazır: "İbn Teymiyyəni Dəməşqin came
    (böyük) məscidində camaata moizə edərkən gördüm. O, camaata deyirdi: "Allah dünyanın asimanına düşür, necə ki, indi mən düşürəm”. Sonra mənbərdən bir pillə aşağı düşdü”. İbn Bətutə əlavə edir ki, bu söz məclisdə olan Maliki məzhəbinin fəqihi İbn Zəhranın etirazına səbəb oldu. Amma mənbər ətrafında yığılanlar ayağa qalxıb İbn Zəhraya hücum edərək, onu döydülər. Sonradan o, Hənbəli məzhəbindən olan qazi tərəfindən şəri tənbeh olundu, cəzalandırıldı. Qazinin bu əməli Dəməşqin Maliki və Şafei məzhəbindən olan fəqih və qazilərin etirazına səbəb oldu. Məsələdən xəbərdar olan şəhərin hakimi, Misir sultanı Məlik Nasirə xəbər verdi. Sultanın hökmü ilə İbn Teymiyyə zindana düşdü. (İbn Bətutətin səyahəti 1-ci cild, səh. 57.)
    İbn Teymiyyənin Allah-təalanın müqəddəs zatı haqqında küfr ideyalarından başqa, ziyarətlərin-Peyğəmbərin (s) qəbrinin ziyarətinin haramlığı, o Həzrətə təvəssül edib ondan və başqa övliyalardan şəfaət istəməyin, onların qəbrinin tikilməyinin, təmirinin, zinətləndirilməsinin haramlığı, onların qəbrinin dağıldılmasının vacibliyi haqqında məşhur fitvaları vardır ki, istər öz həyatı, istərsə də həyatından sonrakı dövrlərdə sünni firqələrinin başqa alim və fəqihləri tərəfindən rədd edilmişdir.
    İbn Teymiyyənin fikirlərinin sünni Alimləri tərəfindən rədd edilməsi
    İbn Teymiyyənin Peyğəmbər (s) və digər övliyaların qəbirlərinin ziyarətinin haramlığı haqqında fikirlərini rədd edən ilk alim (763-cü hicri ilində vəfat etmiş) Mühəmməd ibn Mühəmməd ibn Əbu Bəkr Əxnai Maliki idi. O, "Əl-Məqalətul-mərziyyə fir-rəddi əla İbn Teymiyyə” adlı traktatında mötəbər islami hədislərlə və fiqhi dəlillərlə İbn Teymiyyəyə cavab vermişdir.
    İbn Teymiyyənin digər müasiri, (756-cı hicri ilində vəfat etmiş) Şamın qazilər qazisi Təqiyyuddin Subki Şafei "Şifaul-əsqam fi ziyarəti xeyril-ənam” kitabını yazaraq güclü məntiqi dəlillərlə, onun Peyğəmbərin (s) ziyarətinin haramlığı haqda əqidəsini rədd və inkar etmişdir. Bu kitaba, Məkkədə yaşayıb 1014-cü ildə oradaca vəfat etmiş məşhur Hənəfi fəqihi Molla Əli Tari şərh yazmışdır ki, "Şifaul-əsqamın şərhi” adlanır.
    Bunlardan sonra məşhur alim, Mədinənin şeyxül-islamı (911-ci hicri ilində vəfat etmiş) Nurəddin Əli ibn Abdullah Səmhudi Şafei Misrinin adını çəkmək olar. O, "Vəfaul-vəfa bi ixbari daril-Mustəfa” adlı kitabında Peyğəmbərin (s) ziyarətinin savabı, onun qəbrinin əziz tutulması, ona təvəssül edib şəfaət istənilməsi barədə hədislər haqqında təfsilatlı bəhs edib, İbn Teymiyyəyə qarşı iradlar tutmuşdur. ("Vəfaul-vəfa bi-ixbari daril-Mustəfa” c.4 çap 1. 1374-cü il Misir çapı. Səmhudi 887-ci hicri ilində yazdığı bu kitabının, dördüncü cildinin, 8-ci bölməsinin,1336-1423 səhifələrini Peyğəmbərin (s) ziyarətinə həsr etmiş 4 fəsildə bəyan etmişdir. O cümlədən, bu üç hədisi nəql etmişdir: Abdullah ibn Abbas Peyğəmbərdən (s): "Məni ölümümdən sonra ziyarət edən, həyatımda ziyarət edən kimidir”. Abdullah ibn Ömər Peyğəmbərdən (s): "Mənim qəbrimi ziyarət edən, mənim şəfaətimə nail olar”. Abdullah ibn Ömər Peyğəmbərdən (s) nəql edir: "Kim mənim vəfatımdan sonra Həccə gedib qəbrimi ziyarət etsə, həyatımda məni ziyarət etmiş kimidir”. )
    Başqa bir alim-Hicazın müftisi, Məkkənin şeyxül-islamı Əhməd ibn Mühəmməd ibn Həcər Heysəmi (973-cü ildə vəfat etmişdir) "Əl-Cəvhərül-münəzzəm” kitabında Peyğəmbərin (s) müqəddəs qəbrini ziyarətin şəri olmasına dəlillər gətirmişdir. O, bu dəlillər arasında həmçinin "icma”ya əsaslanaraq deyir: "Əgər soruşsan ki, İbn Teymiyyə icmaya müxalif olduğu halda sən öz dəllilərində icmaya necə əsaslanırsan? Halbuki Subki İbn Teymiyyənin bu barədə öz dəst-xəttini görüb ki, qəribə istidlallarla Peyğəmbər (s) qəbrini ziyarətinin haramlığı haqqında "icma” iddiası edib, yazmışdır: Belə bir səfərdə namazı şikəstə qılmaq olmaz. (Çünki onun nəzərincə, səfər günahlardan təmizlənmə məqsədi daşımadığından, namaz bütöv qılınmalıdır). İcma bütün fəqihlərin müəyyən məsələ barəsində həmrəyliyinə deyilir.
    O, ziyarətə dair bütün hədisləri saxta adlandırmışdır. Sonradan havadarlarından bəziləri onun yolunu getdilər. Heysəmi deyir: "İbn Teymiyyə kimdir ki, dini məsələlərdə onun sözünə etibar edilsin, fikrinə diqqət yetirilsin?! Məgər o həmin kəs deyilmi ki, böyük alimlərin çoxu onu fasiq dəlillərini və boş-boş sözlərini rədd edəndən sonra deyiblər: "O, İzz ibn Cəmaənin dediyi, azğın, yalançı və günahları müqabilində zillət və alçaqlığı axirətədək, habelə, dünyadaca Allahın dadızdırdığı kəsdir”.
    Bütün alimlər tərəfindən ictihad və uca məqamı qəbul edilən şeyxül-islam Təqiyyüddin Subki "Şəfaul-əsqam” kitabında İbn Teymiyyənin sözlərini tədqiq, izah və rədd edəndən sonra deyir: "Bunlar İbn Teymiyyənin səhvlərinin cüzi hissəsi idi. Halbuki, onun azğınlıqları heç vaxt islah olunmayacaq və bu bir müsibətdir ki, onlar əbədi olaraq qalacaqdır. Bu heç də təəccüblü deyil. Çünki nəfsani istək və şeytani vəsvəsələr bu azğınlıqları onun üçün bəzəmiş, o, özünü müctəhidlərə tay edib, İlahi feyzdən məhrum olduğu halda, fəqihlərin əleyhinə çıxmış, bununla da ən pis işlərə əl atmışdır. Belə ki, o, bir çox şəri məsələlərdə İslam fəqihlərinin əleyhinə getmiş, xüsusən Raşidi xəlifələrinə etiraz etmişdir. O, bununla kifayətlənməyib, hər bir eybdən pak və bütün kəmali sifətlərin maliki Haqq-təalanın müqəddəs zatına bəyənilməyən nisbətlər vermiş, bütün camaat qarşısında Allahı cism saymış və bu fikirdə olmayan bütün alimlərə "yollarından azmışlar” demişdi. İş o yerə çatmışdır ki, əsrinin alimləri ayağa qalxıb zəmanənin hökumətindən onun tutulub zindana salınmasını istəmişdilər. Onun ölümü ilə bidətlər odu sönmüş, azğınlıqları unudulmuşdu. Yalnız uzun müddətdən sonra, bəzi tanınmış şəxslər onun müdafiəsinə durub, əqidəsini dirçəltmək istədilər. (Əl-Cövhərul-münəzzəm fi ziyarətil-qəbril-mükərrəm” Misir çapı 1279-cu il, səh.13. )
    İbn Həcər də "Əl-Fətavəl-hədisə” kitabında İbn Teymiyyədən söz açaraq deyir: "İmam Əbülhəsən Subki, onun oğlu Tacuddin, Şeyx İmam İzz ibn Cəmaə və onun müasiri olan Şafei, Maliki, Hənəfi məzhəblərinə mənsub digər alimlər onun sözlərini təkzib etmişlər. (Əl-Fətavəl-hədisə” səh.86. )
    Maraqlıdır ki, (852-ci hicri ilində vəfat etmiş) İbn Həcər Əsqəlani "Əd-Durərul-kaminə” kitabında İbn Teymiyyənin həyatı və fikirləri haqda söz açaraq demişdir: "O, dəfələrlə Şafei, Maliki, Hənəfi qaziləri tərəfindən Şam və Misirdə təkfir edilmiş və mənbərdə moizəsinin, tədrisinin qarşısı alınmışdır. Dəfələrlə bəzi bəyanat və fitvalarına görə zindana düşmüş, dəfələrlə tövbə edib sonradan öz əməllərinə qayıtmışdır. Bəzən şafeiyəm demiş, bəzən isə əşəri olduğunu bildirmişdir. (Əşəri Şafei məzhəbinin əksinə olaraq, İslam əqidəsində "cəbr” (məcburiyyət) nəzəriyyəsinə etiqad bəsləyən firqədir)O, daima İsgəndəriyyə, Qahirə və Dəməşq arasında get-gəl etmiş, bu şəhərlərdə Maliki, Hənəfi və Şafei alimləri ilə mübahisə edərək dörd ilə yaxın müxtəlif zindanlarda yatmış, nəhayət, 728-ci hicri ilində Dəməşq qalasının zindanında ölmüşdür.
    İbn Teymiyyənin fikirlərinin şiə alimləri tərəfindən rədd edilməsi
    Əllamə Tehraninin "Əz-Zəriə” kitabına görə, (1354-cü hicri ilində vəfat etmiş) böyük alim Seyyid Həsən Sədr Kazimi üç hissədən ibarət İbn Teymiyyənin rəddi barəsində "Əl Bərahinul-cəliyyə” adlı kitab yazmışdır. Kitabın 1-ci hissəsi İbn Teymiyyənin azğınlığı haqqında alimlərin təsdiqinə, 2-ci hissəsi buna dəlalət edən öz sözlərinə, 3-cü hissəsi isə İslamın digər firqələri ilə müxalifliyinə aiddir. Kitabın axırında o, İbn Teymiyyənin ardıcılları olan bəzi vahabi başçılarının, o cümlədən, vahabi təriqətinin banisi Mühəmməd ibn Əbdülvəhhab Nəcdinin 1218-ci hicri ilində müqəddəs Məkkə şəhərini işğal etmiş Mühəmməd ibn Səudun və oğlu Əbdüləzizin adlarını çəkmişdir. ("Əz-Zəriə ila təsanifiş-şiə c.23, səh.162. )
    İbn Teymiyyə şiə məzhəbinin adlı-sanlı fəqihi olan əllamə Hillinin "Miftahül-kəramə” kitabının əleyhinə yazdığı "Minhacus-sünnə” adlı kitabında üsuliddin və füruiddin haqqında etiqadlarının əksəriyyətini açıqlamışdır. Bu kitaba qarşı bir qrup şiə alimləri rədd cavabı yazmışlar. O cümlədən, mərhum alim, mücahid fəqih Seyyid Mehdi Qəzvini (Küveyt və Bəsrədə yaşamış, 1357 h.q. ilində vəfat etmişdir) 1318-ci ildə 4 cildli "Minhacuş-şəriə” kitabını yazmışdır. O, bu kitabın çapından sonra vahabi radikallarının təhlükəsi üzündən daim silah gəzdirərək, bəzən Küveytdə, bəzən isə Bəsrədə yaşamışdır.
    Əllamə fəqih Hacı Şeyx Əbdülhüseyn Əmini Nəcəfi qiymətli "Əl-Qədir” kitabında 62 səhifə daxilində İbn Teymiyyə haqda söz açmış və onun ideyalarını xüsusi şəkildə batil etmişdir.("Əl-Qədir fil-kitabi vəs-sunnə” c.3, səh 148-217. ) Bundan əlavə, Əllamə Əmini "Əl-Qədir”in 5-ci cildində "qəbirlərin ziyarəti” haqda müxtəlif mənbələrdən çoxlu əhli-sünnə hədisləri nəql edib, hicrətin ilkin çağlarından indiyədək əhli-sünnənin ziyarətgahı olan 52 qəbri mötəbər sənədlərlə zikr etmişdir.("Əl-Qədir fil-kitabi vəs-sunnə” cild.5, səh 185-207.  )
    Dediklərimiz bu barədə olan şiə hədislərindən qeyri hədislərdir ki, şiə hədislərinə gəldikdə, onların daha təfsilatlı şərhə ehtiyacı vardır.
    Mühəmməd ibn Əbdülvəhhab Nəcdi və vahabi məzhəbinin yaradılması
    Məlum olduğu kimi, Mühəmməd ibn Əbdülvəhhab hicrətin 12-ci yüzilliyində Nəcdin uzaq səhrasında, çöllüklərdə yaşayan sərt camaat arasında və müsəlmanlıq adət-ənənəsindən uzaq bir mühitdə dünyaya gəlmişdir. O da İbn Teymiyyə kimi Hənbəli məzhəbinin ardıcılı və "Həşv” əhli idi. İbn Teymiyyənin və onun şagirdləri İbn Təyyim Cövziyyənin, İbn Əbdülhadinin əqidə təlimlərini öyrənmiş, bu yolda onları da ötüb keçmişdi. Belə ki, hətta bütün müsəlmanları kafir adlandırmış, müsəlman şəhər və ölkələri, o zaman vahabilərin əlində olmayan Məkkə və Mədinəni "Darul-hərb” və "Darul-küfr” elan etmişdi. O, müqəddəs şəhərlərin işğalını və bütün islami dəyərlərin dağıdılmasını öz ardıcıllarına vacib sayırdı.
    Məkkənin böyük müftisi Əhməd Zeyni Dəhəlan Şafeinin dediyinə görə, ləyaqətli şəxs və hənbəli alimlərindən olan Şeyx Əbdülvəhhab, oğlu Mühəmmədin müsəlmanların əleyhinə danışdığını görəndə, onu öz yanından qovmuşdu. Onun qardaşı Şeyx Süleyman ibn Əbdülvəhhab da Hənbəli alimlərindən olaraq, atasıtək ləyaqətli şəxs idi.("Xülasətül-kəlam;"Kəşfül-irtiyab” kitabından səh.3.)
    Mühəmməd ibn Əbdülvəhhabın sözlərinin gələcəkdə camaatın yolundan azmasına səbəb olacağını anlayan qardaşı, atası və müəllimləri onu danlayır və camaatı ondan uzaqlaşdırırdılar. Onların öncəgörənliyi tezliklə həyata keçdi. Mühəmməd ibn Əbdülvəhhab öz bidətləri ilə nadanları azdırıb, dinin öndərlərinə qarşı çıxdı və möminləri kafir saydı. O demişdi: "Peyğəmbərin (s) qəbrini ziyarət etmək, ona və başqa peyğəmbərlərə, övliyalara, əməlisalehlərə təvəssül edib qəbirlərini ziyarət etmək şirkdir”. Bu məsələ avam camaatı elə çaşdırdı ki, ona inandılar. O da kitablar yazıb, Allaha inanan müsəlmanların, tövhid əhlinin çoxunun kafir olduğunu onlara inandırdı.("Əl-Fütuhatul-islamiyyə” c.2, səh.229.)
    Mühəmməd ibn Əbdülvəhhabın qardaşı Şeyx Süleyman onunla birgə Mədinədə təhsil alırdı. Şeyx Süleyman onunla Nəcdə gəlməsinə baxmayaraq, sonralar qardaşının ardıcıllarının əlindən Mədinəyə qayıtdı. Onun iddialarını rədd edən "Əs-Səvaiqul-ilahiyyə fir-rəddi ələl-vahabiyyə” kitabını yazıb Nəcdə göndərdi.
    Şeyx Süleymanın qardaşına yazdıqlarından: "Müsəlmanların küfrünə və şirkə bais bildiyin işlər barəsində Əhməd ibn Hənbəlin zamanından əvvəl də danışılmırdı. Bir hissə onları inkar da etmişdi. Lakin İslam rəhbərlərindən heç biri sənin dediyin kimi, bu işlərə qurşananları kafir bilməmiş, onlarla cihadı vacib etməmişlər İslam şəhərlərini sənin adlandırdığın kimi, küfr və şirk şəhərləri adlandırmamışlar. Habelə, dörd məzhəb imamlarının zamanından keçən 800 yüz il ərzində heç bir alim bu işləri küfr saymamışdır. And olsun Allaha, sənin sözlərindən belə çıxır ki, adi camaat daxil olmaqla, bütün Peyğəmbər(s) ümməti kafir və mürtəddir. İnna lillah va inna iləyhi raciun!”. Şeyx Süleyman bu yerdə təəssüf və qəmginliklə deyir: "Vay halına! Deyirsən ki, səndən qabaq heç kəs İslamı tanımamışdır?!” ("Əl-Fütuhatul-ilahiyyə” səh.38, "Vahabilər” səh.239-241. ).
    Əhməd Zeyni Dəhəlan "Əd-Dürərus-sənniyyə” kitabında Mühəmməd ibn Əbdülvəhhabla olan mübahisələri nəql etmişdir. O yazır: "Mühəmməd Diriyyə məscidindəki hər xütbəsində Peyğəmbərə (s) təvəssül etməyin küfr olduğunu deyirdi. Qardaşı Şeyx Süleyman isə onun dediklərini inkar edirdi”.
    Bir gün Şeyx Süleyman qardaşı Mühəmməddən İslamın rüknlərinin sayını soruşdu. Mühəmməd cavab verdi ki, beşdir. Şeyx Süleyman ona dedi: "Amma sən İslamda altı rükn təyin etmisən. Altıncısı da budur ki, hər kəs sənin ardıcılın olmasa, kafirdir”.("Əl-Fəcrus-sadiq” səh.170. )
    Şeyx Süleymanla qardaşı Mühəmməd ibn Əbdülvəhhabın arasında ixtilaf uzun sürdü. Şeyx Süleyman qorxdu ki, qardaşı onu öldürtdürər. Odur ki, Mədinəyə köçdü. O, Mədinədə qardaşının əleyhinə traktat yazıb ona göndərdi. Amma heç birinin faydası olmadı”(Əd-Dürərüs-sənniyyə səh.40 )
    "Kəşfül-irtiyab” kitabında deyilir: "Mühəmməd ibn Əbdülvəhhab "Kəşfüş-şübəhat” kitabında və Mühəmməd ibn İsmail Sənani "Təthirul-etiqad” əsərində bir sıra fikirlər demişlər ki, bunlara əsasən, müsəlmanlar kafir və müşrikdirlər. Onlar hətta qeyri-vahabi müsəlmanların dininin əsasını küfr və şirk adlandırmışlar. Onlar bu fikirləri aşkar söyləməkdən çəkinmirlər. Kitabları bu kimi düşüncələrlə doludur. Mühəmməd ibn Əbdülvəhhab "Qəvaidul-ərbəə” və "Kəşfüş-şübəhat” traktatlarında belə söyləyir ki, müsəlmanların şirki bütpərəstlərin şirkindən daha qəlizdir. Çünki bütpərəstlər rifah və xoş güzəran içində olarkən bütə sitayiş edirlər. Çətin anlarında isə ixlaslı olurlar. Müsəlman müşrik isə hər iki halda müşrikdir. Bütpərəst müşriklər Allahla birgə, Ona yaxın adamlara, ağaclara, daşlara sitayiş edirlər. Müsəlman müşriklər isə Allahla birgə, adamların ən pislərinə pərəstiş edirlər. Sənani də "Təthirul-etiqad” kitabında yuxarıdakı məsələni bir neçə yerdə qeyd etmişdir. Bir yerdə isə hətta çəkinmədən: "Müsəlmanların küfrü əsli küfrdür, irtidadi(Mürtəd - müsəlmanlıqdan dönmüş kafir şəxsə deyilir. ) deyil!”-demişdir”.
    İbn Teymiyyə də "Vasitə” və "Ziyarətül-qubur” adlı traktatlarında müsəlmanları peyğəmbər və övliyalara təvvəssül etmələrinə görə kafir saymışdır.
    Qəti demək olar ki, Mühəmməd ibn Əbdülvəhhabın ardıcılları müsəlmanları təkfir etməyi İbn Teymiyyədən öyrənmiş və bu barədə bəzi məqamları onun dediklərinə artırmışlar. Mühəmməd ibn Əbdülvəhhab "Kəşfüş-şübəhat” traktatında 24 dəfədən artıq müsəlmanları müşrik adlandırmışdır. O, 25 dəfəyə qədər müsəlmanları kafir, bütpərəst, mürtəd, münafiq, tovhidi inkar edən, tovhidin düşməni, Allahın düşmənləri, islam iddiaçıları, batil əhli, nadan, şeytanlar adlandırmışdır. O demişdir ki, nadan kafirlər və bütpərəstlər bu müsəlmanlardan biliklidir və şeytan onların öndəri, başçısı və silsilələrinin əvvəlidir.("Kəşfül-irtiyab” səh.147-"Kəşfüş-şübəhat”dan səh.57-72-dək nəql edərək)
    Əhməd Zeyni Dəhəlan Xülasətül-kəlam kitabında yazır: "Mühəmməd ibn Əbdülvəhhab əvvəllər həccə getmiş ardıcıllarını ikinci dəfə həccə getməyə vadar edib deyirdi: "Sizin birinci həcciniz şirk və küfr halınızda olub və batildir”. Habelə, onun məzhəbinə qatılanlardan tələb edirdi ki, Allaha və Onun Peyğəmbərinə şəhadət verəndən sonra üçüncü şəhadət dilə gətirib desinlər: "Əvvəllər kafir idik və ata-anamız kafir olaraq dünyadan getmişlər”. Əgər onlar bu üçüncü şəhadəti dilə gətirməsəydilər, əmr verirdi ki, onları öldürsünlər. O, aşkarcasına deyirdi: "Müsəlmanlar 600 il kafir olmuşlar”. O, öz ardıcıllarından başqa, qalan camaatın hamısının qanını və malını halal, mübah etmişdi”.("Vahabilər” (Kəşfül-irtiyab) səh.163. "Vahabilər” səh.253 "Dürərüs-sənniyyə”dən nəql edərək.)
    Zeyni Dəhəlan kitabının digər yerində yazır: "Onun pis işlərindən biri, camaatı Peyğəmbərin (s) qəbrini ziyarətə qoymamasıdır. Əhsa camaatından bir qrup Rəsulallahın (s) qəbrini ziyarətə gedirdilər. Mühəmməd ibn Əbdülvəhhab bu işdən xəbər tutdu və eşitdi ki, hazırda sakin olduqları Diriyyə onların yolunun üstündədir. Zəvvarlar Diriyyəyə çatdıqda, onların saqqalarını qırxdırdı və miniklərinə tərsinə mindirib yola saldı.
    Yenə bir dəfə Mühəmməd ibn Əbdülvəhhab eşitdi ki, onun ardıcıllarından olmayan bir dəstə uzaqdan gəlib, Diriyyədən keçərək həccə gedirlər. Zəvvarlar Diriyyəyə yetişəndə, o, ardıcıllarından birinə dedi: "Qoyun, bu müşriklər (Peyğəmbərin (s) qəbrinin zəvvarları) Mədinəyə getsinlər, siz isə (Nəcd səhrasının vahabiləri) bizimlə qalın!”.
    O, Peyğəmbərə (s) salavat göndərməyi qadağan edirdi və salavat eşidəndə narahat olurdu. Salavat göndərəni incidir, ona olmazın cəza verirdi. Hətta, xoş avazlı, dindar, gözləri kor olmuş müəzzini (azançını), onun sözünə baxmayıb Peyğəmbərə(s) salavat göndərdiyinə görə öldürtdürmüşdü”("Vahabilər” səh.250. )
    O, Mühəmməd ibn Süleyman Cəzulinin "Dəlailul-xeyrat” kitabı kimi, Peyğəmbərə (s) salavat göndərmək haqqında bir çox alimlərin kitablarını yandırtmışdı. Habelə bir çox fiqh, hədis, təfsir kitablarını oda atıb yandırmış, ardıcıllarının hər birinə Quranı anladığı kimi təfsir etmək ixtiyarı vermişdi.("İctihad iddiaçısına qarşı sıyrılan cihad qılıncı”-kitabın adının tərcüməsi. )
    Son illər dəfələrlə bir neçə dilə tərcümə olunub çap edilən "Mister Hemferin xatirələri” kitabında oxuyuruq ki, peşəkar ingilis casusu olan və fars, ərəb, türk dillərini bilən Hemfer Türkiyə, İraq və Nəcd vilayətini qarış-qarış gəzərək, İslam dünyasında təfriqə törədə biləcək bir şəxs axtarırdı. Bu təfriqə "Şərqi Hind” kompaniyasından sonra, ingilis müstəmləkəsinə çevrilən Hindistanın ardınca Ərəbistan yarımadasını, habelə, İslamın müqəddəs məkanlarını ələ keçirmək məqsədini daşıyacaqdı. Hemfer Mühəmməd ibn Əbdülvəhhabı Bəsrədə tapıb onu kölgəsitək hər yerdə, Bəsrədən İsfahana, oradan Nəcdə müşaiyət etməyə başladı ki, öz batil ideyalarını aşkarlasın. Axırda buna nail oldu ki, Əbdülvəhhabın ardıcılları İslamın müqəddəs məkanlarını xarabalığa çevirdilər. Bunlar barədə, habelə, Əbdülvəhhabın və ardıcıllarının İslam dünyasına qarşı etdikləri cinayətlər haqda geniş məlumat almaq istəyənlər, mütləq "Mister Hemferin xatirələri” kitabını oxumalıdırlar.
    Ərəb mənbələrində Əbdülvəhhabın İsfahana səfəri barədə məlumat olmasa da, Şüştərinin "Məsiri-Talibi” və "Töhfətül-aləm” kitablarında Ağa Əhməd Kermanşahinin "Mirati-əhvali-cahannüma” kitabında və "Mister Hemferin xatirələri” kitabında bu mətləb mövcuddur. Habelə, Mühəmməd ibn Əbdülvəhhabı və vahabi məzhəbini təhlil edən xarici mənbələr göstərir ki, Mühəmməd ibn Əbdülvəhhab İsfahana və İranın başqa şəhərlərinə getmiş, hətta orada bəzi fəlsəfə alimlərinin yanında olmuşdur. Bunun yalan yoxsa, həqiqət olması aydınlaşdırılmalıdır.
    Category: Vəhabi firqəsi | Added by: Islam_Kitabxanasi
    Views: 910 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024