İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Vəhabi firqəsi

    Vəhabi firqəsi
    2012-03-19, 5:09 AM
    Mühəmməd ibn Əbdülvəhhabın zamanında onun əleyhinə kitablar yazmış alimlər
    Bunlar bir qrup sünni alimləridir ki, Əbdülvəhhabın həyatı dövründə onun iddialarını alt-üst etmək, şübhələrinə cavab vermək üçün çalışmış və bir sıra kitablar yazmışlar. Bu kitabları əvvəlcə əhli-sünnə alimlərinin yazmasının səbəbi, onların Mühəmməd ibn Əbdülvəhhabla qardaşlıq, müəllimlik, tanışlıq əlaqələrinin olması, yaxud onun ideyalarının şiə mühitindən qabaq sünni mühitinə yol tapması idi.
    Məkkə alimlərindən olan Əbu Hamid ibn Məzuq "Ət-Təvəssulu ilən-Nəbiyy və cəhələtul-vahabiyyin” adlı kitabında Mühəmməd ibn Əbdülvəhhabın müasirləri olan və onun əleyhinə kitab yazan 40 alimin adını çəkmişdir ki, onların bir qismi bunlardır:
    1."Əs-Səvaiqul-ilahiyyə fir-rəddi ələl-vahabiyyə” Mühəmməd ibn Əbdülvəhhabın qardaşı Şeyx Süleyman ibn Əbdülvəhhab. 1296-cı hicri ilində İstanbulda və 1306-cı hicri ilində Misirdə çap olunmuşdur.
    2.Mühəmməd ibn Süleyman Kürdünün məqaləsi. O, Mühəmməd ibn Əbdülvəhhabın Mədinədə ustadı olmuş və bu məqaləni onun qardaşı Şeyx Süleymanın kitabına əlavə olaraq yazmışdır.
    3."Təcridu seyfil-cihad limuddəil-ictihad”("Kəşful-irtiyab”, səh.3 "Xüləsətül-kəlam”dan nəql edərək. ). Mühəmmədin ustadı olan Abdullah ibn Əbdüllətif Şafei. Kitabın adından göründüyü kimi o, Mühəmmədi bir müctehid və nəzər sahibi kimi tanımamışdır.
    4."Əs-Səvaiqu vər-rüud” Əfifüddin Abdullah ibn Davud Hənbəli. Bu kitaba bir çox Bəsrə, Bağdad və Hələb alimləri əlavələr yazıb, təsdiqləmişlər.
    5.Əhməd ibn Əli Bəsri Şafeinin traktatı.
    6.Əbdülvəhhab ibn Əhməd Bərəkat Şafei Məkkinin traktatı.
    7.Şeyx Əta Məkkinin "Əs-Sarimul-hindiyy fi unuqin-nəcdiyy” adlı traktatı.
    8."Əs-Süyufus-siqal fi ənaqi mən ənkərə minəl-əvliya”, Beytül-müqəddəs alim-
    lərindən birinin əsəri.
    9."Təhrizul-əğbiya ələl-istiğasəti bil-ənbiyai vəl-əvliya”, taifli Şeyx Abdullah ibn İbrahimin əsəri.
    10."Əl-İntisar lil-əvliyail-əbrar” taifli Şeyx Tahir Hənəfi.
    11.Seyyid Ələvi ibn Əhməd deyir: "Mühəmməd ibn Əbdülvəhhaba qarşı Məkkə, Mədinə, Əhsa, Bəsrə, Bağdad, Hələb, Yəmən və digər şəhərlərdən olan bir çox sünni alimlərinin cavab və irad kitabları saysız-hesabsızdır. Bunların hamısını Bəhreyn hənbəlilərindən olan Əbürrəzzaq tayfasından bir şəxs mənim üçün gətirmişdi. Səfərdə olduğum üçün onların üzünü köçürə bilməsəm də hamısını oxudum”.
    12."Əl-Əqvalul-mərziyyə fir-rəddi ələl-vahabiyə”, Şeyx Ətaul Kəsəm Dəməşqi.
    13."Qəvsul-ibad bibəyanir-rəşad”, 1368-ci hicri ilində vəfat etmiş Şeyx Mustafa Həmmami Misri.
    14."Səadətud-dareyn”, Şeyx İbrahim ibn Osman Səmənəvvudi. Öz həyatı dövründə hicri 1320-ci ildə çap edilmişdir.
    15."Ən-Nüquluş-şəriyyə fir-rəddi ələl-vahabiyyə”, Şeyx Həsən ibn Ömər Şətta Hənbəli Dəməşqi (1274-cü ildə vəfat etmişdir).
    16.1355-ci ildə vəfat edən Şeyx Mühəmməd ibn Həsəneyn Məxluf Maliki Misrinin övliya və ənbiyaya təvəssül etmək barədə traktatı.
    17."Əl-Məqalatul-vafiyə fir-rəddi ələl-vahhabiyyə”, Həsən Xizbək.
    18.Seyyid Muniminin qəsidəsi. O, Mühəmməd ibn Əbdülvəhhab bir qrup müsəlmanı saçlarını dibdən qırxmadıqlarına görə qətlə yetirdikdən sonra bu qəsidəni yazmışdı. Əbdülvəhhab kişi və qadınlar daxil olmaqla, hamının saçının qırxmasını vacib bilmiş və bu əməli tərk edən hər bir kəsin öldürülməsini vacib etmişdi.
    Mühəmməd ibn Əbdülvəhhabın sülaləsi
    Əhməd Zeyni Dəhəlan Xülasətul-kəlamda yazır: "Mühəmməd ibn Əbdülvəhhab 1111-ci hicri ilində doğulmuş və 1207-ci ildə 96 yaşında ikən dünyadan getmişdir. İlk dövlərdən o, İslam tarixindəki yalançı peyğəmbərlik iddiaçıları, o cümlədən, nəcdli Museylimeyi-Kəzzab, Bəni-Təmim qəbiləsindən olan Səcah adlı qadın, Əsvəd Ənsi, Tuleyhə barəsində mütaliəyə böyük meyl və həvəs göstərirdi.
    Mühəmməd ibn Əbdülvəhhab öləndən sonra onun dörd oğlu qaldı ki, adları Abdullah, Həsən, Hüseyn və Əli idi. Abdullah atasından sonra onun yolunu tutub, işini davam etdirdi. Ondan sonra isə öz oğlanları Süleyman və Əbdürrəhman bu işi davam etdirdilər. Süleyman həddən ziyadə təəssüblü insan idi. O, 1233-cü hicri ilində İbrahim paşanın əli ilə öldürüldü. Habelə, qardaşı Əbdürrəhman da tutulub Misirə sürgün olundu və orada öldü.
    Mühəmməd ibn Əbdülvəhhabın ikinci oğlu Həsəndən Əbdürrəhman adlı bir nəvəsi də var idi. O, vahabilərin Məkkəni işğal etdikləri zaman (1218-ci hicri-qəməri) şəhərin qazisi oldu. O, yüzillik bir ömür yaşadı və özündən sonra vahabilər arasında tanınmış şəxs olan Əbdüllətif adında oğlunu qoyub keçindi.
    Digər oğullar, Hüseyn və Əlinin də çoxlu sayda övladları olmuşdur ki, onların nəsilləri indiyədək Diriyyə məntəqəsində yaşayıb, Beytuş-şeyx, yəni, Şeyx Mühəmməd ibn Əbdülvəhhabın övladları adı ilə tanınırlar.
    Mühəmmməd ibn Əbdülvəhhaba, onun məslək və əqidələrində ilk arxa duranlar Mühəmməd ibn Səud, oğlu Əbdüləziz və nəvəsi Səud ibn Əbdüləziz olmuşlar. ("Vahabilər” səh.297.  ) Mühəmməd ibn Əbdülvəhhabın oğlu və nəvələri də, öz əsərləri ilə onun fikir və məsləyini izah edib yaymaqda ciddi səy göstərmişlər. Həmçinin, Mühəmməd ibn İsmail Sənani "Təthirul-etiqad” kitabında, Alusi Bağdadi "Nəcdin tarixi” kitabında və Şövkani öz kitablarındakı yazıları ilə vahabiliyin yayılmasına bais olmuşdular.
    Mühəmməd ibn Səud və Səud sülaləsinin vahabi məzhəbinin tərəqqisində rolu
    Mühəmməd ibn Əbdülvəhhabın batil ideyalarının Nəcdin müxtəlif qəbilələri arasında inkişafı, Səud sülaləsinin başçısı olan Mühəmməd ibn Səudun etdiyi müharibə, zülm və zorakılıq hesabına olmuşdu. Yalnız öz məntəqə və yaşadıqları yer barəsində məlumatları olan uzaq Nəcd qəbilələri də xəbərsizlikləri ucbatından Mühəmməd ibn Əbdülvəhhabın rəftar və dediklərinə vurulub, vahabi məsləyinə qoşulmuşdular.
    Mühəmməd ibn Səud, Mühəmməd ibn Əbdülvəhhabın Diriyyəyə gəlişindən qabaq Üneyzə adlı kiçik qəbilənin şeyxi və Nəcd qəbilələrinin bir hissəsinin başçılarından biri idi. O, Mühəmməd ibn Əbdülvəhhabın dəvətini qəbul edib, ona qoşulandan sonra bütün məntəqəyə hakim oldu. Onun işləri getdikcə böyüdü və nəhayət, 1159-cu hicri ilində hər tərəfdən qonşu məntəqələrə həmlə edib camaatın malını qarət etməyə başladı.
    1162-ci hicri ilində Məkkə əyanları həyacan təbili çalıb Mühəmməd ibn Səudun hücumları barəsində "Babi-aliyə–Osmanlı sarayına xəbər verdilər. Bu ilk dəfə idi ki, Osmanlı hökuməti vahabi hərəkatından xəbərdar olurdu. Mühəmməd ibn Səud 1179-cu ildə Nəcd vilayətində 30 illik hakimiyyətdən sonra öldü və onun yerini oğlu Əbdüləziz tutdu.(Əbdülvəhhab öz ardıcıllarından başqa, bütün müsəlmanları kafir və müşrik sayırdı. )
    Əbdüləziz ibn Mühəmməd ibn Səud
    Əbdüləziz, Mühəmməd ibn Səudun oğlanlarından böyüyü idi. O, atasından sonra vahabilik ideyasının yayılmasında və öz hökumətinin möhkəmlənməsi yolunda çox çalışdı. Əbdüləziz hakimiyyətinin ilk 30 ilində daim qonşu qəbilələrlə müharibə aparır və özünü "Əmirəl-müslimin” sayırdı. Hündürboy, bədənli və qalın səsli bir adam idi. O, 1208-ci ildə Əhsanı fəth etdi. Əhsa və Qətifin işğalı ilə vahabilər fars körfəzinə yaxınlaşdılar.
    Vahabi məktəbinin, yaxud öz dediyi kimi, guya "Tovhid”("Tarixül-məmləkətil-Ərəbiyyətis-Səudiyyə kəma ərəftə” c.1, səh.73, Vahabilər kitabından nəql edərək. ) məktəbinin banisi Mühəmməd ibn Əbdülvəhhab 1206-cı ildə (bəzi tarixlərə əsasən, 1207-ci hicri ilində) öldü. Onun yerini böyük oğlu Abdullah tutub atasının məzhəbini yaymaqda səy göstərməyə başladı.
    Əbdüləzizin qiyamçı vahabi ordusu ilə Məkkə əmirinin ordusu arasında ilk müharibə 1207-1214-cü illərdə baş verdi və sülh sazişi ilə nəticələndi. 1215-ci hicri ilində Əbdüləziz və oğlu Səud Nəcd qəbiləsinin kişiləri, qadınlar və uşaqları ilə birgə həcc səfəri adıyla Məkkəyə doğru hərəkət etdilər. Əbdüləziz yolda xəstələnib Nəcdə qayıtdı. Oğlu Səud isə həccə yetişib Məkkə əmiri Şərif Qalib ilə görüşdü. Bu səfərdə Əsir, Tuhamə, Bəni-Hərb qəbilələri Səuda qoşulmuş və bu da Şərif Qalibi narahat etmişdi.("Vahabilər” səh.337 )
    Həmin ildə tərəflər arasında daha bir müharibə baş verdi. O müharibədə odlu silah da işlədildi.
    Kərbəlaya hücum və orada törədilən qırğın
    Vahabilərin İraqa hücumu 1214-cü hicri ilində başlandı. Belə ki, bu ildə vahabilər Nəcəfül-əşrəfə hücum etdilər. Amma onda Xəzail ərəbləri onların qarşısına çıxıb 300 nəfər öldürdülər. (Tarixül-məmləkətis-Səudiyyə kəma ərəftə c.1, səh.78. )
    1216-cı ildə Səud ibn Əbdüləziz atasının əmri ilə Kərbəlaya qoşun çəkdi və camaatı qırmağa başladı. Vahabilərin Kərbəlaya hücumu 1225-ci ilə qədər davam etdi. Vahabi tarixçilərindən olan Səlahəddin Muxtar yazır: "1216-cı ildə Nəcd, Əşair, Tuhamə və Hicaz camaatından ibarət olan böyük ordu Əmir Səudun başçılığı ilə İraqa tərəf hərəkət etdi. Ordu zilqədə ayında Kərbəlaya yetişib, oranı mühasirəyə aldı. Qoşun şəhərin divarlarını söküb zorla içəri daxil oldu. Küçə, bazar və evlərdə çoxlu adam öldürüb günortaya yaxın xeyli qənimətlə şəhərdən çıxdı. Sonra Əbyəz adlı vadidə cəmləşdilər. Malların xümsünü Səud özü götürüb, qalanını hər piyadaya bir pay və hər süvariyə iki pay ödəməklə payladı (Çünki, onların nəzərinə görə kafirlərlə müharibə etmişdilər). ("Ünvanül-məcd fi tarixi-Nəcd” c.1, səh.121. )
    Başqa bir vahabi tarixçisi Şeyx Osman ibn Bişr bu hadisəyə şərh verərək yazır: "...Qəbrin (İmam Hüseynin (ə) qəbrinin) üstündəki gümbəzi viran etdilər. Üstündə yaqut, zümrüd və başqa cavahirat olan zərihi sökdülər. Şəhərdə olan mal, silah, libas, xalça, qızıl-gümüş, nəfis tərtiblənmiş Quran nüsxələrindən nə qədər var idisə, hamısını qarət etdilər. Onlar Kərbəla əhalisindən 2000 nəfərə yaxın adam öldürüb günortaya yaxın şəhərdən çıxdılar”. ("Nüzhətul-qəriyy” səh.52. )
    Həmin əsrin böyük fəqihlərindən olan və Nəcəfdə yaşayan məşhur şiə alimi Seyyid Cavad Amili yazır: "1216-cı ildə İmam Hüseynin (ə) ziyarətgahını qarət etdilər, kişi və uşaqları öldürdülər, camaatın malını qarət edib, İmamın(ə) hərəminə hörmətsizliklə təcavüz edərək oranı kökündən viranayə çevirdilər”.
    "Nüzhətul-qəriyy” kitabının müəllifi Şeyx Xızır nəql edir ki, vahabilər Həbib ibn Məzahirin qəbrinin zərihini taxtadan olduğuna görə sındırıb, yandırdılar və hərəmin qiblə tərəfində qəhvə dəmlədilər. Onlar İmam Hüseynin (ə) də zərihini o kökə salmaq istəyirdilər. Amma, zərih dəmirdən olduğundan bu işi bacarmadılar.
    Şeyx Xızır haşiyələri qızılla işlənmiş nəfis xətli Quranı və İmam Hüseynə (ə) həsr olunan gözəl bir qılıncı qarətçilərin əlində görmüşdü.(Məsiri-Talibi, 2-ci çap səh.408. )
    Kərbəladakı qırğından söz açan ən qədim tarixçi, Hindistanda yaşamış Mirzə Əbu Talib İsfahani olmuşdur. O, faciədən 11 ay sonra Londondan Hindistana qayıdarkən Kərbəlada olmuşdu. Mirzə Əbu Talib "Məsiri-Talibi” adlı səfərnaməsində yazır: "Zilhiccənin 18-i Qədir-xum günündə, Kərbəlanın əksər mötəbər adamları Nəcəfə ziyarətə getdikləri zaman 25000-ə yaxın vahabi ərəb atları və dəvələrə minərək şəhərə daxil oldular. Şəhərin hakimi Ömər Ağa sünnülərə təəssübkeş olduğundan, vahabilərlə danışıq aparmış və onların bir hissəsi şəhərə zəvvar qiyafəsində daxil olmuşdular. Odur ki, ilk həmlə, şəhərin içində "Öldürün müşrikləri!” və "Vurun başını kafirlərin!” qışqırtıları ilə başladı. Sonralar Ömər Ağa şəhərdən qaçmağına baxmayaraq, Süleyman Paşa onu tutdurub qətlə yetirdi. Çox qan tökəndən sonra vahabilər hərəmin gümbəzinin qızıl örtüyünü qoparıb aparmaq istədilər. Buna nail ola bilmədiklərinə görə, gümbəzi içəridən balta və külünglə sındırıb, axşamçağı qorxusuz vətənlərinə qayıtdılar. 5000 nəfərdən artıq öldürüldü. Yaralıların sayı-hesabı yox idi. Həzrət İmamın(ə) hərəmindən başqa digər yerlərdən qızıl, gümüş və dərdə dəyən nə var idisə, süpürülüb qarət edildi. Müqəddəs hərəmin həyəti qanla, otaqları öldürülənlərin cəsədi ilə dolu idi. Həzrət Abbasın(ə) hərəmindən savayı heç bir müqəddəs məkan vahabilərin bu bəlasından amanda qalmadı. Bu hadisənin dəhşəti o yerə çatmışdı ki, mən 11 ay sonra bu şəhərdə olarkən, faciə hələ də təzəliyini saxlamışdı. Hamı ondan danışırdı. İnsanlar ağlaya-ağlaya elə danışırdılar ki, eşidənin bədənində tüklər biz-biz olurdu”. ("Əl-Fəcrus-sadiq” səh.22. "Vahabilər”dən nəql edərək səh.301. )
    Taifin süqutu və vahabilərin orada törətdikləri faciələr
    Vahabilər 1218-ci ildə Əmir Əbdüləzizin əmri və Osman Məzayifinin sərkərdəliyi ilə Məkkənin on iki fərsəxliyində olan Taif şəhərinə hücum edib, əhalisini qırmağa başladılar. Onlar hətta ana qucağında olan südəmər körpələrin başlarını kəsdilər. Şəhərdən üz qoyub çıxan bir qrup müsəlmanı təqib edib öldürdülər. Sonra şəhəri qarət, evləri viran edib, "qalibiyyət” xəbərini Əbdüləzizin oğlu Səuda çatdırdılar. Vahabilər bir dəstə kişi və qadını lüt-üryan Taif ətrafında, biyabanda başlı-başına buraxdılar. On üç gün keçdikdən və onlar dilənçi vəziyyətinə düşdükdən sonra, vahabilər onların hər birinə bir ovuc qarğıdalı verib, vahabi olacaqları təqdirdə öldürməyib buraxdılar.
    Cəmil Sidqi Zəhavi Taifin işğalı barəsində yazır: "Vahabilərin ən çirkin əməllərindən biri, böyük-kiçiyə rəhm etmədən camaatı qırmaqdır. Beləcə onlar, anasının qucağında südəmər körpənin başını kəsdilər. Quran oxumaqla məşğul olan bir dəstə adamı öldürdülər. Evlərdə heç kəs qalmadığından dükan və məscidlərə gedib, hətta rüku və səcdə halında olanları da qətlə yetirdilər. Camaatda olan Qurani-Şərif, Səhihi-Buxari, Səhihi-Müslüm və digər kitabları küçələrə töküb tapdaladılar. Bu hadisə 1217-ci ildə baş verdi”.("Əl-Fütuhatul-İslamiyyə” c.2, səh.234, "Xülasətul-kəlam”. )
    Əhməd Zeyni Dəhəlan yazır: "Taifin işğalından sonra istədilər Məkkəyə üz tutsunlar. Amma gördülər ki, hacıların çoxu Məkkədədir, Misir və Şamdan gələn hacılar da yoldadır, mümkündür onlar birləşib döyüşə qatılalar. Buna görə də səbr edib zilhiccə ayının qurtarmasını gözlədilər”. ("Seyfül-cəbbar”, Şah Fəzl Rəsul Qadiri, 2-ci səhifədən sonra. )
    Category: Vəhabi firqəsi | Added by: Islam_Kitabxanasi
    Views: 1309 | Downloads: 0 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024