İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhabi firqəsi

    Vəhabi firqəsi
    2012-03-19, 5:08 AM
    Müqəddəs Məkkənin işğalı
    Taifin işğalından sonra Nəcd alimləri Məkkə alimlərinə məktub göndərdilər. Məkkə alimləri bu məktuba cavab yazmaqla məşğul idilər ki, Taif məzlumlarından bir dəstə gəlib, başlarına gələn müsibətləri danışdılar. Eşidən-bilən elə dəhşətə gəlmişdi ki, sanki qiyamət qalxmışdı. Axırda Məkkə alimləri vahabilər üçün kafir hökmünü verdilər. Elan etdilər ki, Məkkə əmirinə onlara bu işdə köməklik üçün vahabilərlə mübarizə etməsi vacibdir. Üzürsüz səhlənkarlıq edənlər günahkar, cihad edib vuruşanlar mücahid, vahabi əli ilə öldürənlər isə şəhiddirlər”. ("Əl-Muxtar min tarixil-Cəbərti” səh.533, "Kəşfül-irtiyab” səh.22-23. )
    Məkkənin müftisi olan Zeyni Dəhəlan (1304-cü hicri ilində vəfat etmişdir) yazır: "Məkkənin əmiri ilə Qalib müharibə üçün özünü güclü saymadığına görə qardaşı Əbdülmuini öz yerinə təyin edib Cəddəyə getdi. Məkkə əhalisi taiflilərin başına gələnlərin öz başlarına gələcəyindən qorxub aman istədilər. Səud da onlara aman verdi”.
    1217-ci ilin axırlarında Səud ibn Əbdüləziz Məkkəyə hücum edərək, 1218-ci ilin məhərrəm ayının 8-də şəhərə girib oranı işğal etdi. "Bu il mən iraqlılarla (şiələrlə) müharibəyə hazırlaşırdım. Amma müsəlmanların (vahabilərin) taiflilərlə müharibə edib sizə tərəf gəldiklərini eşitikdə, çöl ərəblərinin sizə hücum edəcəyindən qorxdum. Allaha şükür edin ki, sizləri İslama (vahabiliyə) hidayət edib şirkdən qurtardı!”. Bu sözləri Səud deyirdi. Bərk qorxmuş Məkkənin müftisi isə əhaliyə üz tutub söyləyirdi: "Əmir Səud belə buyurur!”. Sonra Əbdülmuin, müfti, qazi və camaat Səuda beyət etdilər. Məkkə bütünlüklə işğal altında olduğundan və hamı əmrə tabe olmaq zərurəti önündə qaldığından, Səud camaata öz əlləri ilə tikdikləri gümbəzləri öz əlləri ilə sökmələrini əmr edərək: "...Sizin üçün Allahdan başqa məbud qalmasın!” dedi.
    Həmin günün səhəri vahabilər Məkkə camaatının bir çoxu ilə əllərində bel, külüng yola düşdülər. Onlar "Cənnətül-müəlla” qəbirstanlığının bir çox gümbəzlərini, Əbu Talibin, Əbdülmüttəlibin, Həzrət Xədicənin və Peyğəmbər (s) övladlarının qəbirlərini viran etdilər. Sonra Həzrət Rəsulun(s), Əbu Bəkrin, Əlinin(ə) və Həzrət Xədicənin doğulduğu yerlərin gümbəzlərini sökdülər... Kəbədən savayı Məkkədə olan bütün ziyarətgahları viran etdilər. Məkkə camaatı da qorxudan bu müqəddəs məkanları dağıtmaqda vahabilərlə əlbir oldu. Vahabilər bu işləri görəndə rəcəz oxuyur, təbil çalırdılar! Bunlardan sonra Səud, Mühəmməd ibn Əbdülvəhhabın kitablarını, xüsusilə də "Kəşfüş-şübəhat” kitabındakı ideyalarını öyrənib-öyrətməyi əmr etdi. Sərəncam verdi ki, avam camaat gəlib dərslərdə iştirak etsin, onlar da çarəsizlikdən tabe oldular.
    Tarixçi Cəbərti deyir: "Məkkə əhalisinin çoxu həccə gələnlərlə birgə vahabilərin qarşısından qaçdı. O vaxt camaat arasında vahabilər barəsində fikir müxtəlifliyi var idi. Məkkə əhalisi onları kafir və dindən xaric bildilərsə də, bir qrup bu fikirlə razılaşmadı”.("Əl-Fütuhatul-İslamiyyə” c.2, səh.234. )
    Öz etiqadlarına görə şirk olan işlərdən, o cümlədən, təvəssül və qəbirlərin ziyarətindən camaatı çəkindirirdilər.("Ünvanül-məcd fi tarxi-Nəcd” c.1, səh.153-dən sonra. )
    Cəddə limanına hücum
    Vahabi tarixçisi İbn Bişr "Nəcdin tarixi” kitabında yazır: "Səud 20 gün Məkkədə qaldıqdan sonra (bəzi tarixlərə əsasən, 24 gün) Qalibi tutmaqdan və Cəddəni ələ keçirib, orada hökmranlıq etməkdən ötrü Məkkədən çıxdı. O, 8 gün Cəddəni mühasirədə saxladı. Amma qala divarlarından açılan top atəşlərinin vahabilərin çoxunu məhv etməsi, Səudun ümidini qırdı. O, Cəddənin işğalından vaz keçib Nəcdə qayıtdı. Həm də o eşitmişdi ki, iranlılar Fətəli şah Qacarın əmri ilə Nəcdi ələ keçirmək üçün hücum etmişlər”.
    Məkkənin vahabilərdən azad edilməsi
    Səudun Cəddədən çəkilməsindən sonra Qalib və Cəddə hökmdarı böyük top və çoxsaylı ordu ilə birlikdə, Məkkəni azad etmək məqsədilə yola düşdülər. Məkkəyə çatdıqda, bir döyüşdə şəhəri ələ keçirdilər. Onların şəhərə daxil olması ilə vahabilərin oradan qaçmağı bir oldu. Vahabilər məğlubiyyətə uğradıqda Məkkə ətrafındakı qəbilələrə hücum edib, çoxlu adam öldürdülər, qadınları kişilər arasında lüt-üryan edib, vəhşiliklər törətdilər. Camaat aman istədikdə, onları vahabi olmaları şərti ilə öldürməyib sağ buraxdılar.
    Əbdüləzizin öldürülməsi
    Hicri 1218-ci il rəcəb ayında, 1216 və 1218-ci illərdə Kərbəla və Məkkə kimi müqəddəs şəhərlər azad edildi. Nəhayət, müsəlmanların başına bəlalar gətirən Səudun atası Əbdüləziz qətlə yetirildi. O, Diriyyə şəhərindəki məsciddə səcdə edərkən, Mosul, yaxud İmarədən (İraq) onu öldürmək üçün gələn bir kişi xəncərlə onu vurdu. Əbdüləziz evinə aparılandan az sonra öldü. Onu öldürən şəxsi də Əbdüləzizin qardaşı Abdullah öldürdü.
    Səud ibn Əbdüləziz
    Əbdüləzizin öldürülməsindən sonra onun ordusunun başçısı olan oğlu Səud yerinə keçdi. Səud vahabilərin ən qüdrətli əmirlərindən idi. O, atasının sağlığında da, ölümündən sonra da vahabi məsləyinin yayılmasında həddən artıq səy göstərir, qırğınlara, qarətlərə və başqa cinayətlərə əl atmaqdan çəkinmirdi. Səud 2 il Mühəmməd ibn Əbdülvəhhabın şagirdi olmuşdu. O, Əhməd ibn Hənbəlin məzhəbinin əsasında hədis və fiqh elmindən baş çıxarır və özünün bu barədə dərsləri var idi. Səud öz sülaləsinin nüfuzunun artması üçün çox çalışır və daim ətraf qəbilələrə, müqəddəs məkanlara, Hicaz və İraqın şəhərlərinə, tayfalarına hücumlar edirdi. O, çalışırdı ki, bütün islami ideyaları yox edib, yerinə Ali-Səudun hökumətini və vahabi məzhəbini bərqərar etsin.
    Cəddəyə yeni hücum və Yənbunun işğalı
    Vahabilər 1219-cu ildə yenidən Cəddəni mühasirəyə aldılar. Amma yenə də topların atəşindən geri çəkilib, Cəddənin 30 fərsəxliyində yerləşən Yənbu adlı limana hücum çəkib zəbt etdilər. Lakin sonralar Qalib bir döyüşdə onlardan çoxlu adam qıraraq, Yənbunu geri aldı.
    Müqəddəs Məkkənin mühasirəsi
    1219-cu ildə Səudun əmri ilə Məkkə ikinci dəfə mühasirəyə alındı. Camaata qıtlıq və aclıq üz verdi. Onlar it, pişik əti yeməyə məcbur olmuşdular. Aclıqdan çoxlu adam öldü. Bəziləri şəhərdən qaçarkən vahabilər tərəfindən öldürüldülər. Kim yol tapırdısa, şəhərdən qaçırdı. İş o yerə çatdı ki, şəhərdə çox az adam qaldı. Belə ki, Məscidül-həramda camaat namazının tək bir sırası güclə dolurdu. Bütün dükan-bazar bağlanmışdı. Əmir Qalib də camaatla ayaqlaşmağa çalışırdı.
    "Nəcdin tarixi” əsərinin müəllifi vahabi tarixçisi İbn Bişr deyir: "1220-ci ildə Qalib öz əmirliyinin Nəcdə tabe olmasını qəbul edib, hökumətinin yeni qanunlarla uzlaşmasına çalışdı. Belə ki, tütün və tənbəkidən istifadəni qadağan etdi. Habelə, əmr etdi ki, camaat namazlarını yalnız məscidlərdə qılsınlar, müəzzinlər yalnız azan desinlər, Peyğəmbərə (s) salam deməkdən isə çəkinsinlər.("Ünvanül-məcd fi tarixi-Nəcd” c.1, səh.137. )
    Müqəddəs Mədinənin işğalı və oradakı qəbirlərin, islami dəyərlərin viran edilməsi
    Səud 1220-1221-ci illərdə Mədinəyə hücum edərək, şəhəri 1 il yarım mühasirədə saxladı, nəticədə o, müqəddəs məkanı işğal etdi. Həzrət Rəsuli-Əkrəmin(s) hərəmində qiymətli nə var idisə, hamısını qarət etdi. Osmanlı dövləti tərəfindən Məkkə və Mədinəyə təyin edilmiş qazi qovuldu, Peyğəmbərin (s) və Bəqidə dəfn olunmuş imamların qəbrinin ziyarəti qadağan edildi. Osmanlı adamlarının hamısını sürgün edib, Osmanlı sultanının adını qadağan etdi. Səud Mədinə əhalisindən soruşdu: "Bəqi qəbirstanlığındakı bu gümbəzləri nə edək?”. Camaat da qorxudan: "dağıdağ”-dedi. Bundan sonra vahabilər şəhər əhalisinin özlərinin köməkliyi ilə Bəqinin bütün məqbərə və qəbirlərini, o cümlədən, dörd məsumun–İmam Həsən Müctəba(ə), İmam Zeynəlabidin (ə), İmam Mühəmməd Baqir (ə) və İmam Cəfər Sadiqin(ə) qəbirlərini, habelə, Peyğəmbərin (s) atası Abdullahın qəbrini viran etdilər. Fəqət, camaatın qəzəblənəcəyindən qorxub, Peyğəmbərin (s) öz qəbrinə təcavüz etmədilər. Onlar, ağzına qədər dolu olan dörd sandıq qiymətli cavahirat və bahalı almaz-yaqut qarət edib apardılar. O cümlədən, şam yerinə gecələr parlayan almaz qoyulmuş dörd zümrüd şamdan və qılafları xalis qızılla, almaz və yaqutla, dəstələri zümrüd və yaşma ilə bəzədilmiş 100-ə yaxın misilsiz qılınc apardılar. Mədinənin zəbt olunması ilə vahabilər bütün Ərəbistan və Yəməndə öz nüfuzlarını möhkəmləndirdilər və müsəlmanları qorxu və təşvişə düçar etdilər.
    Vahabilərin Nəcəfül-əşrəfə hücumu
    1220 yaxud 1221-ci ildə vahabilər Səudun sərkərdəliyi ilə Nəcəfə hücum etdilər. Şəhərin divar və qalaları, ətrafında qazılmış xəndək olduğundan, habelə, Şeyx Cəfər Nəcəfinin (Kaşiful-qita) rəhbərliyi ilə gecə-gündüz şəhərin müdafiəsində duran camaat və 200 nəfərə yaxın dini elmlər tələbələrinin səyləri nəticəsində vahabilər geri otuzduruldu.
    Şeyx Cəfər Kaşiful-qitanın evi silah anbarı idi. O, hər qalanı bir qrup tələbə və camaata tapşırıb müdafiə əmri vermişdi. Tanınmış şəxslərdən olan Şeyx Hüseyn Nəcəfi, Şeyx Xızır Şəllal, "Miftahül-kəramət” kitabının müəllifi Seyyid Cavad Amili, Şeyx Mehdi Molla Kitab da şəhərin müdafiəçilərindən idilər.
    Bu hücumda vahabilərin 15000-ə yaxın döyüşçüsü var idi. Onlar nə qədər səy etsələr də Nəcəfin müdafiəçilərini üstələyib şəhərə girə bilmirdilər. Günlərin birində vahabilər şəhər divarlarını aşıb az qala şəhəri işğal edəcəkdilər. Lakin şəhər müdafiəçilərinin cəsur qarşıdurması ilə geri oturdular. Mühasirə müddətində şəhər müdafiəçiləri qalanın bürc və divarlarının üstündən vahabiləri atəşə tutub onlardan 700 nəfərini öldürə bildilər. Axırda Səud qalan adamları ilə Nəcəfül-əşrəfdən geri çəkilməyə məcbur oldu.
    Nəcəf əhalisi Səudun qoşunu yetişməzdən əvvəl, Həzrət Əmirəl-mömininin (ə) hərəminin xəzinəsini Bağdada, oradan da Kazimeyn şəhərinə aparıb əmanət saxladılar. Beləliklə də xəzinə vəhşi tayfanın əlindən amanda qaldı.
    Nəcdli tarixçi İbn Bişr "Nəcdin tarixi” kitabında Səudun Nəcəfə hücumu barəsində yazır: "1220-ci ildə Səud, Nəcd və ətraf məntəqələrdən olan böyük bir qoşunla İraqın məşhur şəhərinə hücum etdi. O, müsəlman (yəni, vahabi) ordunu şəhərin dövrəsinə yayıb, divarlarını uçurmalarını əmr etdi. Səudun qoşunu qala divarlarına yaxınlaşdıqda dərin və geniş xəndəklə rastlaşıb irəliləyə bilmədi. Döyüş əsnasında divarların üstündən açılan atəşlərdən müsəlmanlar (vahabilər) itki verib geri çəkildilər və şəhər ətrafını qarət etməyə başladılar”. (Maraqlısı budur ki, Şeyx Cəfər Kaşiful-qitanın başçılığı ilə şəhərin müdafiəsində iştirak edən "Miftahül-kəramət” kitabının müəllifi məşhur fəqih Seyyid Cavad Amili həmin vaxtda Nəcəfül-əşrəfin müdafiəsinin vacibliyi haqqında bir traktat da yazıb nəşr etdirdi.  )
    1222-ci ildə Səud 20000 əsgərdən ibarət qoşunla yenidən Nəcəfül-əşrəfə hücum etdi. Amma şəhər əhalisinin Kaşiful-qitanın başçılığı ilə top və tüfənglərlə müdafiəyə hazır olduqlarını görüb geri çəkildi və Hillə şəhərinə üz tutdu.("Nasixut-təvarix Qacariyyə c.1, səh.206. )
    Kərbəla, Məkkə və Mədinəyə yeni hücumlar
    Vahabilər Hillə şəhərinin də camaatının müharibəyə hazır olduqlarını görüb, məyus oldular. Hilləni tərk edib Kərbəlaya yönəldilər. Bu dəfə Kərbəla camaatı 1216-cı ilin əksinə olaraq, şəhər darvazalarını bağlayıb möhkəm müdafiəyə girişdi, itkilər verdilər, çoxlu düşmən də öldürdülər, nəticədə, Səud əliboş öz diyarına qayıtdı. 1222-ci ildə vahabilər Məkkə və Mədinəni də mühasirəyə alıb hacıları qarət etməyə başladılar. Bu dəhşətli hadisə üzündən Allah evi 3 il ziyarət edilmədi.
    Vahabilərin Şama yürüşü
    1225-ci ildə vahabilər Abdullah ibn Səudun başçılığı ilə Suriya torpağı olan Həvərana yürüş etdilər. Əkinləri yandırdılar, günahsız uşaqları öldürüb qadınları əsir etdilər. Camaatın evlərini viran edib, əmlakını dağıtdılar. Deyilənlərə görə o torpaqlara üç milyon dirhəm dəyərində ziyan dəydi.
    Nəcəfül-əşrəfin və Kərbəlanın təkrar mühasirəsi
    Həmin ildə Ali-Səudun Uneyzə qəbiləsi yenidən Nəcəfi və Kərbəlanı mühasirə edib qarətçiliklərə başladı. O cümlədən, şəban ayının 15-i İmam Hüseynin (ə) qəbrini ziyarətdən qayıdan ərəb və qeyri-ərəb zəvvarlara hucum çəkib onlardan 150 nəfəri şəhid etdilər. Qalan zəvvarların bəziləri Nəcəfə gedə bilməyib Hillədə qaldılar, bəziləri isə Həsəkəyə getdilər. Yazırlar ki, vahabilər Kufədən Kərbəlayadək, 2 fərsəx məsafədə Nəcəfi mühasirə etmişdilər.
    Vahabilərin Məsqətə hücumu
    "Vahabilər” kitabında Fətəli şah Qacar zamanında Səud ibn Əbdüləzizin Bəhreyn və Məsqətə hücumu barəsində belə yazılıb: "Sepehr 1226-cı ilin hadisələrini şərh edərək deyir: "Həmin camaatın (yəni, vahabilərin) iştahası o qədər artdı ki, Bəhreyn torpağını da öz ərazilərinə qatmaq istədilər. Onlar Məsqətdə qarət və qətlə can atdılar. Məsqətin imamı (hakimi) fars hökmdarı şahzadə Həsənli Mirzəyə xəbər çatdırdı. Şahzadə Hüseynəlinin fərmanı ilə ərəblərlə müharibə təcrübəsi olan Sadiqxan Dəvələvi Qacar böyük bir İran ordusu ilə Məsqətə gəldi. Orada da bir dəstə yığıb orduya qoşdu və Diriyyəyə tərəf hərəkət etdi. Əmir Səud İran ordusuna qarşı vuruşmaq üçün Seyf ibn Maliki və Mühəmməd ibn Seyfi böyük bir ərəb ordusu ilə səfərbər etdi. İki tərəf arasında başverən qanlı döyüşdən sonra Məhəmməd və Seyf ağır yaralar alıb döyüş meydanında çoxlu itkilər verərək qaçdılar.
    Məsqətin imamı (hakimi) təşəkkür əlaməti olaraq, şahzadə Hüseynəliyə layiqli hədiyyələr göndərib qalibiyyət xəbərini rəbiül-əvvəl ayının 20-də Fətəli şaha çatdırdı”. ("Əl-Muxtar min tarixil-Cəbərti” səh.539. )
    Göstərildiyi kimi, Sepehr (tarixçi) bu hadisəni 1226-cı ilin hadisələri sırasında qeyd edir. Lakin Cəbərti 1228-ci ilin hadisələrinin şərhində buna işarə edərək deyir: "Vahabilər Məkkə və Cəddəni boşaltdılar. Çünki onlara iranlıların Diriyyəyə hücum edib oranı tutduqları xəbəri çatmışdı”. ("Vahabilər” səh.351. )
    Mümkündür deyilə ki, iranlılar Nəcdə dəfələrlə hücum etmişlər. Sepehrin tarixində də gördük ki, Sadiqxan Dəvələvi haqqında yazır: "Ərəblərlə müharibədə təcrübəli idi”. Bu səbəbdən ehtimal olunur ki, Cəbərti öz tarixində başqa bir hücuma işarə etmişdir. Mərhum Şəmsül-üləma Kermani də vahabi firqəsi haqqında yazdığı kitabında İran ordusu və vahabilər arasındakı döyüşlərə, hətta vahabilərin İrana hücumuna, onların Fətəli şaha məktubuna və cavab almalarına işarə etmişdir. Amma Kermani bu məlumatların mənbəyini göstərməmişdir. ("Vahabilər” səh.357. )
    Osmanlı dövləti və vahabilərin süqutu
    Səud ibn Əbdüləzizin 1218-ci ildə Məkkəni işğal etdiyi dövrdən 1224-cü ilə qədər Hicaz, Yəmən, Fələstin, Suriya və İraqa rəhbərlik edən Osmanlı dövləti dəfələrlə Misir hökmdarı Məhəmmədəli paşaya fərman verirdi ki, Osmanlı qoşununun köməyi və lazımi təchizat ilə Hicaz və Nəcdə ordu göndərib vahabi firqəsini əzsin və Ali-Səudu hakimiyyətdən salsın. Amma bu iş hər dəfə təxirə düşürdü.
    1225-ci ildə Məhəmmədəli paşa lazımi hazırlıqdan sonra oğlu Əhməd Tosunu dəniz yolu ilə Yənbu limanına göndərdi. O da 1228-ci ilə qədər Abdullah ibn Səudun başçılığı ilə döyüşən vahabilərlə müharibə edib, nəticədə onlarla sülh sazişi imzalayaraq Misirə qayıtdı. Bu müharibələrdə Məkkə, Mədinə və Taif şəhərləri azad edildi.
    Taifin fatehi Osman Muzayifi əsir götürülüb Mədinə əmiri Mübarək ibn Mizyanla birgə Misirə, oradan da İstanbula göndərildi. Osmanlı paytaxtının meydanında Osman Muzeyfi, İbn Mizyan və başqa bir vahabi sərkərdəsini qətlə yetirdilər. Bu münasibətlə Misirdə 5 gün bayram edildi. Osmanlı sultanı, Məhəmmədəliyə rəsmən paşa titulu verərək, özünə də layiq bildiyi hər şəxsə bu adı verməsi ixtiyarını verdi.
    Vahabilərin işi axıra yetmədiyindən, bu dəfə Məhəmmədəli Paşa özü böyük bir ordu yığıb, 1227-ci ildə dəniz yolu ilə Hicaza yönələrək Cəddə limanına gəldi. O, Cəddədən Məkkəyə yönəlib oranı özünə mərkəz seçdi.
    Məhəmmədəli Paşa Məkkə əmiri Qalibi üç oğlu ilə birgə tutub, mallarını müsadirə etdi, özünü isə Misirə göndərdi. Oradan da ailələri ilə birgə Salonik adasına sürgün etdi. Talib 1231-ci ildə Salonik adasında öldü. Məhəmmədəli Paşanın Qaliblə rəftarı ərəblərin çoxunun ondan üz döndərməsinə səbəb oldu. Ərəb başçıları düşmənə qoşuldular, Məkkə və Mədinədə qəhətlik, aclıq, bahalıq başlandı. Zeyni Dəhəlan deyir: "Qalib dünya siyasətçilərindən biri olaraq 27 il hökmranlıq etdi. O, 1205-1220-ci illərdə 50 dəfədən artıq vahabilərlə vuruşmuşdu”.
    Səudun ölümü və oğlu Abdullahın onun yerinə keçməsi
    Səud, Məhəmmədəli Paşanın təkliflərinin şərtlərini rədd edərkən, Paşa müharibəyə hazırlıq gördü. Bu arada, Səud sidik kisəsində yaranmış şiş nəticəsində Diriyyədə öldü. Onun yerinə atası və babası kimi vuruşqan və vahabi əqidəsinə təəssüblü olan oğlu Abdullah keçdi.
    Məhəmmədəli Paşa Nəcddə yerləşən Qənfəzəyə quru və dənizlə böyük bir ordu göndərib ikinci ildə oranı ələ keçirdi. Qənfəzənin müdafiəsində amansızlıqla vuruşan vahabi sərkərdəsi Qami Əbu Nöqtə əsir götürülüb Misirə, oradan da İstanbula aparılaraq cəzalandırıldı. Məhəmmədəli Paşa böyük ordu ilə Taif şəhərini vahabi işğalından azad edib, Kəlağa tərəf üz tutdu. Beləliklə o, müxtəlif istiqamətlərə qoşun göndərdi. Daha sonra oğlu Əhməd Tosunu Mədinəyə göndərib, özü həcc mərasimini yerinə yetirmək üçün Məkkəyə yola düşdü.
    Onun igidliyi sayəsində Məkkə, Mədinə, Yənbu, Taif və Cəddədən vahabi təhlükəsi sovuşmuşdu. 1230-cu ildə o, Həsən Paşa Ərtunini Məkkədə öz yerinə təyin etdi və oğlu Tosunu Hicaz ordusuna başçı seçib Misirə qayıtdı.
    Atasının gedişindən sonra Tosun taxta yeni çıxmış Abdullah ibn Səudun üzərinə qoşun çəkdi və nəhayət, şəban ayından sonra onunla sülh sazişi bağladı. Sazişin şərti bu idi ki, Abdullah ibn Səud tamamilə Tosunun hakimiyyəti altında olmalıdır.
    Abdullah ibn Səud vahabi başçılarından 20 nəfərini girov alaraq Tosunun göndərdi. O da onların ikisini atasının yanına göndərib, özü isə Misirə yola düşdü. Amma çox keçmədi ki, taun xəstəliyinə tutulub 20 yaşında ikən vəfat etdi. Məhəmmədəli Paşa oğlunun ölümündən çox qəmgin oldu.
    Osmanlı sultanı və Məhəmmədəli Paşa vahabilərin işini bitirmək istəyirdilər. Hicaz əhalisindən bir qrupu Misirə gəlib, Abdullah ibn Səudun rəftarından şikayət etdilər. Məhəmmədəli Paşa bunu bəhanə edib, Osmanlı türklərindən, misirlilərdən, mərakeşlilərdən, şamlılardan və iraqlılardan ibarət böyük bir ordu yığıb İbrahim Paşa ilə Hicaza göndərdi.
    İbrahim Paşa cəsur və təcrübəli sərkərdə idi. O, Yənbu limanından Mədinəyə yönəlib onun ətrafını tamamilə ələ keçirərək, 1232-ci ildə Nəcdin Rəclə məntəqəsinə hücum etdi.
    İbrahim Paşa ordusunun say, silah, toplar cəhətdən güclü olduğundan, Abdullah ibn Səudu cəbhənin bütün istiqamətlərində üstələdi. O, axırda İbn Səudun paytaxtı Diriyyəni mühasirəyə aldı. Vahabi müdafiəçiləri şiddətli müqavimət göstərsələr də o, şəhəri bütünlüklə ələ keçirdi. Bu mühasirə ərəfəsində çoxlu adam öldürüldü, böyük bir dəstə qaçdı, şəhər ələ keçirilərkən isə qalanların hamısı əsir edildi. Əmir Abdullah da qohumlarının və yaxınlarının bir çoxu ilə təslim oldular. İbrahim Paşanın əmri ilə Səud əmirlərinin bəzilərini topların ağzına bağlayıb atəş açdılar, digərlərini güllələdilər, bir hissəsini də əsir etdilər.
    Diriyyənin fəthi, Abdullah ibn Səudun əsir alınması və vahabilərin qəti məğlubiyyəti xəbəri Misirə, Məhəmmədəli Paşaya çatdıqda əmr etdi ki, bu böyük qalibiyyət münasibətilə min topdan atəş açılsın, yeddi gecə-gündüz şəhəri işıqlandırsınlar. Bu yeddi gecə-gündüzdə açılan top atəşlərinin sayı 80 minə çatdı.
    Category: Vəhabi firqəsi | Added by: Islam_Kitabxanasi
    Views: 778 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024