İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Vəhabi firqəsi

    Vəhabi firqəsi
    2012-03-19, 5:07 AM
    Vahabilərin sonuncu əmiri Abdullah ibn Səudun həbs edilməsi
    1234-cü hicri ilinin əvvəlində İbrahim Paşa Abdullah ibn Səudu və vahabi əsirlərin bir çoxunu Misirə göndərib əmr etdi ki, Osmanlı sarayı Babül-aliyə çatana qədər yolda onlardan muğayat olsunlar. İbn Bişr Nəcdinin yazdığına görə, Əmir Abdullahı dostlarından 3-4 nəfərlə, Əhməd Zeyni Dəhəlanın dediyinə görə isə bir çox Nəcd əmirləri ilə birgə 1234-cü ildə ata mindirilmiş halda Misirə gətirdilər. Camaat tamaşaya çıxmışdı. Onlar şəhərə daxil olanda toplardan atəş açıldı.
    Abdullah, Məhəmmədəli Paşanın yanına gətiriləndə Paşa ondan soruşdu: "Bu nə bəlalar idi ki, törətdin?!”. Abdullah dedi: "Müharibə belədir! Siz bizə nə etdinizsə, biz də sizə etdik”. Abdullahın yanında kiçik, amma enli bir sandıq var idi. Məhəmmədəli Paşa soruşdu: "Bu nədir?”. Abdullah cavab verdi: "Bunu, atan Peyğəmbərin hücrəsindən götürmüşdü, istəyirəm Osmanlı sultanına aparım”. Məhəmmədəli əmr etdi ki, sandığın ağzını açsınlar. İçərisində misli-bərabəri olmayan, əvvəlki sultanlara məxsus üç nüsxə Qurani-Məcid, 300 ədəd iri mirvari, 1 ədəd böyük zümrüd daşı və qızıl bir qab var idi. Məhəmmədəli dedi: "Siz Peyğəmbərin (s) hücrəsindən bunlardan başqa əşyalar da götürmüşsünüz”. Əmir Abdullah cavab verdi: "Atamda qalan bunlar idi. Başqa şeyləri özünə saxlamayıb ərəblər, Mədinə əhalisi,hərəm xacələri və Məkkə hakimi arasında bölüşdürdü”. Məhəmmədəli dedi: "O, doğru danışır, çünki bu əşyaların çoxunu Məkkə hakimində gördük”.("Əl-Fütuhatul-İslamiyyə”, Əhməd Zeyni Dəhəlan c.2, səh.267. )
    Sonra Məhəmmədəli Paşa Əmir Abdullahı İstanbula göndərdi. Orada Əmir Abdullah və yaxınlarını küçə-bazarda dolandırdılar. Abdullahı Sultan sarayı, Humayunun qarşısında, o birilərini isə şəhər ətrafında dara çəkdilər.
    Mühəmməd ibn Əbdülvəhhab sülaləsi və Ali-Səud başçılarının aqibəti
    Tərəflər arasında baş verən müharibələr əsnasında, xüsusən, Diriyyə şəhərinin mühasirəsi zamanı Ali-Səud və Ali-Şeyx Mühəmməd ibn Əbdülvəhhab başçılarının bir hissəsi öldürüldü, digər hissəsi isə edam edildi. İbrahim Paşa Diriyyə camaatı ilə sülh bağladıqdan sonra hədə-qorxuyla Şeyx Süleyman ibn Abdullah ibn Mühəmməd ibn Əbdülvəhhabın təslim edilməsini tələb etdi. Şeyx Süleyman təslim edildikdə, onu təhqir etmək məqsədilə bir neçə nəfərin qarşısında rübab çalmasını əmr etdi. Sonra onu oxa tutdurdu. İbrahim Paşa doqquz aya kimi Diriyyədə qaldı. Bu müddətdə bütün Ali-Səud və Mühəmməd ibn Əbdülvəhhab sülaləsini Misirə sürgün etdirdi. Dörd yüz nəfərlik kişi, qadın və uşaqlardan ibarət dəstəni Misirə köçürtdü, onlardan bir çoxunu oradaca edam etdilər.("Ünvanül-məcd fi tarixi-Nəcd” səh.13.)
    Ali-Səud və vahabilərin mərkəzi Diriyyə
    İbn Bişr Nəcdi deyir: "Mən Diriyyəni Ali-Səudun dövründə görmüşdüm. Şəhər camaatı dövlətli, sərvətli idi, silahları qızılla zinətlənmiş, nəcib və bahalı atlara minirdilər, bahalı libaslar geyinirdilər, yaşayışları elə idi ki, dillə təsəvvür etmək qeyri-mümkündür. Bir gün bir tərəfdə qadınları, digər tərəfdə isə kişilərin olduğu bazarda qızıl, gümüş, silah, dəvə, qoyun, bahalı at və libaslar, ət və digər ərzaqlar gördüm. Bazar çox böyük idi, alverçilərin hay-küyü pətəkdəki bal arılarının səsini xatırladırdı.” ("Vahabilər” səh.151. )
    İbn Bişr bu qədər sərvətin haradan olduğunu izah etməmişdir. Amma tarixdən göründüyü kimi, bu mal-dövlət Nəcdin digər şəhər və qəbilələrinin qarəti hesabına yığılmışdı. İbn Bişr özü, 1229-cu ildə ölən Səud ibn Əbdüləzizin həyatının tarixində deyir ki, o, öz hücumlarında kiçik uşaqlar və qoca qadınlardan başqa hamını qılıncdan keçirir, əmlaklarını qarət edirdi. ("Vəhhablər”, səh 357. )
    Diriyyə və vahabilərin süqutu
    1234-cü ilin şəban ayında Məhəmmədəli Paşa İbrahim Paşaya yazdığı məktubda Diriyyəni yerlə-yeksan etməyi əmr etdi. Diriyyə çox cəmiyyətli, böyük və əzəmətli bir şəhər idi.
    İbrahim Paşa Diriyyə camatına əmr etdi ki, şəhərdən çıxsınlar. Eyni zamanda, onun ordusu hökumət saraylarını, evləri sökməyə, xurma ağaclarını kəsməyə başladı. Sakinləri hələ köçməmiş bəzi evləri viran etdilər. Bağları və evləri yandırdılar. Bu minvalla Diriyyədə quru torpaqdan başqa salamat bir şey qalmadı.
    İbrahim Paşa Nəcdin başqa qalalarını və müdafiə qurğularını sökmək üçün dəstələr göndərib Mədinəyə qayıtdı. Oradan Şama yollanıb bir sıra mövqeləri ələ keçirərək, 1235-ci ilin məhərrəm ayında Misirə qayıtdı. O, vahabilərin süqutu və Ali-Səudun bütünlüklə məhv olması münasibətilə Qahirədə 7 gecə-gündüz bayram elan etdi.("Kəşfül-irtiyab” səh.52. )
    O zamandan Nəcd və Hicaz hökumətini Osmanlı imperiyası idarə edir, Kəbənin örtüyü isə hər il Misirdə toxunub, Məkkəyə gətirilirdi. Bu iş Əbdünnasirin vaxtına qədər davam etdi. Sonralar onunla Ali-Səudun arasında baş verən soyuq münasibətə görə, Ali-Səud tayfası bu işi öz öhdələrinə götürdü.
    Ali-Səud hökumətinin bərpası və vahabiyyət dövrünün yenidən başlanması
    İbrahim Paşa Diriyyəni tutanda bir çox vahabi başçıları şəhərdən qaçmışdılar. O, Diriyyədən çıxıb getdikdə, onlar qayıdıb şəhəri yenidən tutdular. Belə təsəvvür yarana bilərdi ki, Ali-Səuddan bir çoxlarının edam və sürgünündən sonra bu sülalənin kökü kəsilmişdir. Amma belə deyildi. Çünki sürgün edilmişlər və qaçanlar Diriyyəyə qayıtdıqdan sonra yenidən Ali-Səud hökumətini qurdular. Habelə, Mühəmməd ibn Əbdülvəhhabın Qatara və oradan Omana qaçıb getmiş nəvələrindən biri olan Əli ibn Hüseyn ibn Mühəmməd ibn Əbdülvəhhab Diriyyəyə qayıdıb vahabiliyi yenidən dirçəldib yaymağa başladı.
    Məhəmməd Muşari
    Üyeynəyə qaçan Səud ibn Əbdüləzizin bacısı oğlu Mühəmməd ibn Muşari İbrahim paşa getdikdən sonra Diriyyəyə qayıtdı. O, şəhəri yenidən tikib mal-dövlət, silah yığdı, əvvəlki əmirlərin yolunu tutaraq vahabilərin "tövhid dinini” yaymağa başladı. Camaatın bir hissəsi onların dəvətini qəbul etdi, başqa bir hissəsi isə müxalif oldu.
    Türki ibn Abdullah
    Muşari yerini möhkəmlətdikdən sonra Mühəmməd ibn Səudun nəvəsi Türki ibn Abdullah qardaşı Zeyd ibn Abdullahla birgə yenidən qurulmuş Diriyyə şəhərinə qayıtdı. O, Muşari ilə bir sıra çəkişmələrdən sonra ona qalib gəldi və tutdurub edam etdirərək, özü onun yerində oturdu.
    Onların başı hərc-mərcliyə qarışdıqca 1235-ci ildə ingilis donanması çoxlu hərbi gəmilərlə Rəsul-Xeyməyə hücum edib, şəhəri darmadağın etdi. Türki Diriyyə yaxınlığında Səudiyyə Ərəbistanının indiki paytaxtı Ər-Riyad şəhərini salıb orada məskunlaşdı. Türki qanlı bir döyüşdə Osmanlı sərkərdəsi Həsənbəyin əli ilə qətlə yetirildi. Misir əsirlərindən olan oğlu Feysəl Nəcdə qaça bilib atasının yerini tutdu.
    Feysəl ibn Türki
    Feysəl ibn Türki atasını öldürmək adı ilə Ər-Riyada hücum çəkib, bir sıra döyüşlər nəticəsində oranı ələ keçirtdi. 1250-ci hicri ilində rəsmi şəkildə atasının yerini tutdu. Oğlu Abdullah onun yerinə keçməsinə baxmayaraq, qardaşları tərəfindən kənarlaşdırıldı və onlardan biri - Səud taxta oturdu. Səud öldükdən sonra Abdullah yenidən hakimiyyətə gəldi.
    Abdullahın hakimiyyətinin zəif olduğu 1300-cü ildə Osmanlı dövləti Əhsa və Qətif şəhərlərini onun əlindən aldı. Qətif şəhərinin camaatı da Osmanlı hökumətinin tabeliyinə keçdi. Cəbəl Şəmmarın hökmdarı İbn Rəşid də Abdullahın tabeliyindən çıxıb Osmanlı dövlətinə qoşuldu. İbn Səudun hökuməti son dərəcə zəiflədikdə bilindi ki, İngiltərə dövləti ona himayədarlıq edir. O zaman Nəcddə iki hökumət vardı: Biri paytaxtı Hail olub Cəməl-Şəmmarda yerləşən Ali-Rəşidin hökuməti, digəri Qətifdə paytaxtı Ər-Riyad olan Ali-Səudun hökuməti.
    Əbdürrəhman ibn Feysəl ibn Türki
    Osmanlı dövləti Ali-Rəşidin hökumətinə himayədarlıq edir, onlar da ərəb və əcəm hacılarının get-gəlinə nəzarət edirdilər. Müharibələrin birində Ali-Rəşid hökuməti Abdullah ibn Səudu məğlub etdi. Məğlubiyyət nəticəsində Feysəl ibn Türkinin dördüncü oğlu Əbdürrəhman kiçik qardaşı Əbdüləzizlə (indiki kral Fəhdin atası) birgə Küveytə yönəldi. Amma Küveyt əmiri Şeyx Mübarək Ali-Səbah onu Küveytə buraxmadı. Əbdürrəhman çarəsiz qalaraq Nəcdə qayıdıb bir müddət Bəni-Murrə və Əcman tayfaları arasında yaşayıb Qatara getdi. İki aydan sonra Küveyt əmiri Osmanlı sultanının göstərşilə ona pənah verdi.
    Əbdüləziz ibn Səud
    1919-cu ildə birinci dünya müharibəsindən sonra ingilislər Nəcdi müstəqil dövlət elan etdilər. Əbdüləzizin oğlu İbn Səud isə Nəcdin kralı elan edildi və ona ildə 40.000 ingilis funtu məbləğində maaş təyin etdilər. Bu təyinat 1923-cü miladi ilinə qədər davam etdi.
    Əllamə Seyyid Möhsün Əmin Amili "Kəşful-irtiyab” kitabında yazır: "İngiltərə dövləti bu məbləği Səudiyyə kralına ona görə verirdi ki, Osmanlı dövlətinə qarşı müharibədə ona kömək etsin, və o, xarici siyasətində ingilislərə itaət etsin. Bu məsələni İngiltərə müstəmləkəçilərinin naziri mister Emri özü etiraf etmiş və dünya mətbuatı da bu etirafı dərc etmişdir”. (Əhməd ibn Əbdülhəmid ibn Əbdüssəlam Hərrani Hənbəli. Üçüncü babası Əbül Qasim ibn Teymiyyənin şərəfinə, İbn Teymiyyə ləqəbi ilə məşhurdur. 727-ci h.q. ilində Dəməşq qalasında vəfat edib. Şiə alimlərindən Əllamə Hillinin müasiri olub. Vahabi məzhəbi onun fitvaları və nəzəriyyələri əsasında qurulub. İbn Teymiyyə öz kitablarında, o cümlədən, məşhur "Minhacus-sünnə”də Əllamə Hillinin etiqadı və digər dini-elmi fikirlərinə hücum edərək, öz xəyalında guya, şiəliyin əsaslarını laxlatmışdır. O, "Minhacül-kəramə” kitabına cavab olaraq yazmışdır. Vahabilərin ziyarət, dua, təvəssül, şəfaət və s. məsələlər barədə dediklərinin və Məhəmməd ibn Əbdülvəhhab Nəcdinin etiqadlarının əsasını İbn Teymiyyənin əcaib-qəraib fikirləri təşkil edir. Buna görə də müəllif İbn Teymiyyənin fikirlərini analiz və rədd etməklə, necə deyərlər, "suyu çeşməsindən bağlamaq” istəmişdir.  )
    1342-ci hicri ilinin əvvələrində Əbdüləziz ibn Səudun əmri ilə vahabilər Hicaza hücum edib Taifi mühasirəyə aldılar. Əmrin icraçısı bu dəfə bədniyyət əyanlardan və Məkkənin əmiri Hüseynin qatı düşməni olan Xalid ibn Lui idi. Onlar tezliklə Taifə daxil olub camaatı qadın və uşaqlarla birgə qılıncdan keçirtdilər. Öldürülənlərin sayı 2000-i keçmişdi. Camaatın malını qarət etdilər. Elə işlər gördülər ki, insan onları eşitdikcə tükləri biz-biz olur, ürəyinə dağ çəkilirdi. Öldürənlərin arasında Şafei müftisi Şeyx Abdullah Zəvavinin və Kəbə xadimlərindən bir neçəsinin meyitləri görünürdü. Vahabilərin cinayətlərini yazmaqda qələm aciz idi.
    Əbdüləziz ibn Səud bu cinayətləri inkar etmək istəyirdi. O, Xalidin hərəkətlərini, Məkkənin fəthi zamanı Xalid ibn Vəlidin əməllərinə oxşadıb, Allahın rəsulunun (s): "Xudaya, Xalidin (məndən xəbərsiz) etdiklərindən Sənə pənah aparıram!”-sözünü təkrar etdi.
    1343-cü ildə vahabilər Əbdüləziz ibn Səudun başçılığı ilə döyüşsüz Məkkəyə daxil oldular. Hüseyn və oğlu Əmir Əli Cəddəyə getmişdilər. Vahabilər onun evini qarət edib bütün əmlakını mənimsədilər. Hüseyn oğlunun mənafeyinə xatir kənara çəkilməyə məcbur oldu. Daha sonra Hicazdan çıxıb Əqəbə limanına yönəldi. Oradan isə ingilislərin vasitəsilə Kipr adasına sürgün edildi. 1931-ci miladi ilində o xəstə olduğundan, İordaniyaya–oğlu Əmir Abdullahın yanına gətirildi. O, az sonra öldü və müqəddəs Qüds yaxınlığında basdırıldı. Məlik Əli Cəddədə 1 il vahabilərlə vuruşdu. Bir nəticə olmadığından və ingilislərin İbn Səudu gücləndirdiklərini görüb, Hicazdan çıxdı və İraqa ingilislərin təyin etdikləri hakimin, qardaşı Feysəlin yanına getdi.
    Əvvəlcədən təyin olunmuş proqrama əsasən, Əbdüləziz Ali-Səud Hicazın və Nəcdin hakimi oldu və hər ehtimala qarşı camaatdan silahları yığdı.
    Britaniyanın təcrübəli casuslardan olan ingilis zabiti Kelnel Lorensin Hüseynin osmanlılara qarşı çıxmasında və ərəblərin ərəb Məliki adı ilə Hüseynin bayrağı altına yığışmasındakı rolunu nəzərdən qaçırmamalıyıq.
    "Ərəbistan Lorensi” ləqəbi ilə tanınan bu ingilis zabiti İngiltərə kəşfiyyatının təcrübəli işçilərindən idi. O, Ərəbistan yarmadasında uzun illər yaşamış, oranı qarış-qarış gəzmişdi. Lorens ərəblər kimi geyinir, ərəb dilində danışırdı. O, qəbilə başçıları ilə görüşür, onları Osmanlı istismarının əleyhinə İngiltərəyə köməyə çağırırdı.
    Lorensin Cəddə, Taif, Mədinə və Məkkədə Osmanlı başçılarının əleyhinə olan Hicaz inqilabına təsirli rolu olmuşdur. Amma sonralar, osmanlıların süqutu ilə ingilislərin himayədarlığı İbn Səuda tərəf yönəldi. Bu da Hüseynin İngiltərədən məyus olmasına və sonralar sürgün edilməsinə səbəb oldu.
    Məkkədə islami dəyərlərin və qəbirlərin viran edilməsi
    1343-cü hicri ilində vahabilər Məlik Əbdüləziz Ali-Səudun əmri və vahabi müftisinin fitvası ilə, bir daha Taifdə İbn Abbasın məqbərəsini və başqa qəbirləri, Məkkədə Əbdülmüttəlib, Əbu Talib, Həzrət Xədicənin qəbirlərini, Həzrət Zəhranın doğulduğu yeri və başqa islami dəyərləri viran etdilər. Habelə, Cəddədə olan həzrət Həvvanın qəbrini (bu səbəbdən, o şəhərin adı Cəddə, yəni, Nənədir) dağıtdılar.
    Bəqi qəbirstanlığındakı imamlarınqəbirlərinin dağıdılması
    1344-cü hicri ilin şəvval ayında, Məkkənin işğalından sonra, vahabilər Əbdüləziz ibn Səudun başçılığı ilə Mədinəyə hücum etdilər. Mühasirə və döyüşdən sonra şəhəri ələ keçirtdilər. Osmanlı məmurlarını qovub, Bəqidə olan imamların və digər qəbirlərin, o cümlədən, Peyğəmbərin (s) oğlu İbrahimin, zövcələrinin, Həzrət Əbülfəzl Abbasın anası Ümmül-Bəninin, Peyğəmbərin (s) atası Abdullahın, İmam Cəfər Sadiqin (ə) oğlu İsmailin qəbirlərini, Osman ibn Əffanın, Malik ibn Ənəsin və başqa səhabələrin qəbirlərini dağıdıb yerlə yeksan etdilər. İmam Həsən Müctəba, (ə) İmam Zeynəl-abdin, (ə) İmam Mühəmməd Baqir (ə) və imam Cəfər Sadiqin (ə) qəbirləri üzərindəki İsfahanda düzəldilib Mədinəyə gətirilmiş polad zərihi götürüb apardılar. Bir qübbənin altında olan Peyğəmbərin (s) əmisi Abbasın, Əmirəl-möminin həzrət Əlinin (ə) anası Fatimə bint Əsədin də qəbirləri viran edildi.
    Bu gümbəzin şəkli "Miratul-hərəmeyn” kitabında əks etdirilmişdir. Bu, Fatimə bint Əsədin, Abbasın və Bəqi imamlarının (ə) qəbirləri üzərindəki axırıncı gümbəz idi ki, vahabilər onu sökdülər. Həmçinin, həzrət Həmzə Seyyidüş-şühədanın, Ühüd döyüşünün başqa şəhidlərinin qəbirlərini və yaxınlıqdakı məscidi yerlə yeksan etdilər.
    Hind alimləri məlik Əbdüləziz Ali-Səuda etiraz etdikdə o, əmisi oğlu Səud ibn Əbdüləzizin Taif və Mədinədəki qırğınlardan sonra gətirdiyi üzrü təkrar edib "Mənim deyil, ordumun törətdikləridir”- demişdir. Halbuki bu, yalandan başqa bir şey deyildi.
    İmamların (ə) qəbirlərinin viran edilməsi xəbəri İran, İraq və başqa şiə ölkələrinə çatdıqda, camaat və alimlər hiddətləndilər. Çünki növbə Rəsuli-Əkrəmin(s) də qəbrinə çatırdı. Fəqət vahabilər İslam dünyasının hiddətlənəcəyindən qorxdular. Mədinəyə olan hücumlarında Peyğəmbərin (s) qəbrini uçurub-dağıda bilərdilər. Çünki onların əqidəsinə görə, Peyğəmbərin (s) qəbrinin ziyarəti, Rəsuli-Xudaya (s) salam vermək, qəbrinin üstünü tikmək haramdır.
    İran və İraqda camaat namazları, dini hövzələrin dərsləri tətil edildi və matəm elan olundu. Alimlərin təklifilə İranın o vaxtkı hökuməti məsələni yoxlamaq üçün Hicaza nümayəndə heyəti göndərdi. Amma iş-işdən keçmişdi.
    Şərif Hüseyn və Ali-Səudun ixtilafı
    Birinci dünya müharibəsinin qızğın çağlarında ingilislər Hüseynin bir oğlunu osmanlılarla müharibə üçün ərəb qvardiyasının tərkibində orduya aparıb Əmir Abdullah adı ilə Şərq ordusuna başçı təyin etdilər. Digər oğlu Feysəli isə müharibə zamanı Fələstinlə birlikdə Osmanlı imperiyasından ayrılıb müttəfiqlərin əlinə keçən Suriyaya hakim etdilər.
    1919-cu ildə I dünya müharibəsindən sonra Hüseynlə ingilislərin münasibətləri soyuduğuna görə, Hüseyn az-çox öz müxalifliyini bildirdi. İngilislərin təhrikilə Əmir Əbdüləziz Ali-Səud Hicaza hücum edib, Taif, Məkkə, Mədinə, Cəddə və Tuhaməni Hüseynin əlindən aldı. Özünü Nəcd ilə Hicazın kralı elan etdi. İngilislər Hüseyni Əqəbə limanına, oradan da Kipr adasına aparıb sürgündə saxladılar. Göstərdiyi xidmətlərin müqabilində isə İordaniya Haşimilər Krallığını yaradıb oğlu Abdullahı kral təyin etdilər. Digər oğlu Feysəli isə müttəfiqlər arasında bölgü zamanı Fransaya qismət olmuş Suriya şahlığından çıxarıb hökmdar təyin etdilər.
    Birinci Məlik Feysəl, Məlik Qazinin, o da ikinci Məlik Feysəlin atasıdır. İkinci Məlik Feysəl Əbdülkərim Qasimin dövlət çevrilişi zamanı öldürüldü. İraqın şah rejimi respublikaya çevrildi. Məlik Abdullah isə Məlik Təllalın, o da Məlik Hüseynin, İordaniya şahının atasıdır.
    1373-cü ildə Əbdüləzizin ölümündən sonra böyük oğlu Səud onun taxtına oturdu. 1381-ci hicri ilində dövlət çevrilişi nəticəsində taxtdan salındı, yerini qardaşı Feysəl tutdu. Məlik Feysəl də 1935-ci ildə öldürüldü və yerinə qardaşı Xalid keçdi. O da bir neçə ildən sonra müəmmalı şəkildə öldü və indiki kral Fəhd onun yerinə keçdi.
    Məlik Əbdüləziz 1344-cü ildə rəsmən Nəcd və Hicazın şahı elan edilmişdi. O, 1351-ci ilədək həmin adla tanınırdı. Amma 1351-ci ildə o, özünü "Səudiyyə Ərəbistanı Krallığının kralı adlandırdı və dövləti də adına uyğun olaraq dəyişdirdi. Beləliklə, Məkkə və Mədinə kimi, bütün müsəlmanlara mənsub olan şəhərlər və müsəlmanların qibləgahı olan Kəbə Ali-Səudun şəxsi mülkünə çevrildi.
    Əbdüləzizin zamanında Məkkədə vahabi-təbliğçi qrup-"İxvan” (qardaşlar) cəmiyyəti meydana gəldi. Onlar Məkkədə Nəcd qəbilələrinə yayıldılar.
    Bu dəstə özlərini vahabi məzhəbinin təbliğinə həsr edir, ətraflarına Mühəmməd ibn Əbdülvəhhabın ideyalarının təsiri altına düşmüş gəncləri toplayırdılar. İbn Səud onlardan Taifin fəthində, Şərq ordusuna hücumda və Hüseynə qarşı olan digər müharibələrdə istifadə edirdi. Onlar sonradan adlarını dəyişib, "Əmr be-məruf və nəhy əz-münkər edənlər” qoydular. Bu həmin qrup adamlardır ki, indi vahabiliyin özəyini təşkil edir və uzun köynək geyib, qırmızı başlıq qoymaqla və xəfiyyə polisi olaraq, hərəmi öpməyin qarşısını almaqla fəxr edirlər.
    Sünni alimlərin vahabilərin əleyhinə yazdıqları digər kitablar
    Qeyd etdiyimiz kimi, İbn Teymiyyə zamanında və sonrakı dövrlərdə, habelə, Mühəmməd ibn Əbdülvəhhab zamanında və ondan sonralar bir sıra sünni və şiə alimləri onların əleyhinə kitablar yazmışdı.
    1343-cü ildə Əbdüləzizin Hicazı işğal etməsindən sonra islami dəyərlər bir daha vahabilərin vəhşiliklərinə məruz qaldı. Vahabi məzhəbi isə yazılarda və kitablarda geniş təbliğ olunmağa başladı. Bu dövrlərdə də sünni və şiə alimləri bu qurma məzhəbin əleyhinə bir sıra kitablar yazmışlar. Bəziləri ilə tanış olun:
    1-Əl-Üsulul-ərbəə fi tərdidil-vahabiyyə. Xacə Mühəmməd Həsən Canhindi.
    2-Əl-Munhətul-vəhəbiyyə fir-rəddi ələl-vahabiyyə. Şeyx Davud ibn Süleyman Nəqşbəndi Bağdadi.
    3-Əl-Fəcrus-sadiq fir-rəddi əla munkərit-təvəssuli vəl-kəramati vəl-xəvariq. Cəlil Əfəndi Sidqi Zəhavi.
    4-Şəvahidul-həqq fil-istiğasəti biseyyidil-xəlq. Şeyx Yusif Bünhani Fələstini.
    5-Ət-Təvəssulu bin-nəbi və cəhələtul-vahabiyyin. Əbu Hamid ibn Mərzuq.
    6-Təthirul-fuad min unsil-etiqad. Şeyx Məhəmməd Nəcit Mətin Hənəfi. Əl-Əzhərin böyük alimlərindəndir.
    7-Kəşfun-nur ən əshabil-qubur. Əbdülqəni Əfəndi Nablisi.
    8-Seyful-əbrar əl-məslul ələl-fuccar. Məhəmməd Əbdürrəhman Hənəfi.
    9-Seyful-cabbar əl-məslul əla ədail-əbrar. Şah Fəzl Rəsul Qadiri.
    10-Təhəkkumul-muqəllidin bimən iddəat təcdidəd-din. Məhəmməd ibn Əbdürrəhman ibn Əfaliq.
    11-İzhaqul-batil fir-rəddil-firqətil-vahabiyyə. İmamül-hərəmeyn Məhəmməd ibn Davud Həmədani.
    12-Əl-Lüməatul-fəridə fil-məsailil-müfidə. Seyyid İbrahim Rufai.
    13-Ziyaus-sudur limünkərit-təvəssüli-biəhlil-qubur. Zahir şah Miyan ibn Əbdüləzim.
    14-Əl-Əvraqul-Bağdadiyyə fir-rəddi ələl-vahabiyyə. Şeyx İbrahim Ravi Samirrai.
    15-Mədaricun-niyyət fir-rəddi ələl-vahabiyyət. Amiri Qadiri Karaçi, Darül-ülumun müəllimi.
    16-Əd-Dürərus-sənniyyə fir-rəddi ələl-vahabiyyə. Şeyxülislam və Məkkənin böyük müftisi Əhməd Zeyni Dəhəlan.
    17-Fitnətül-vahabiyyə. Əhməd Zeyni Dəhəlan.
    18-Əl-Fütuhatul-İslamiyyə. Əhməd Zeyni Dəhəlan.
    19-Xülasətul-kəlam fi umərail-bələdil-həram. Əhməd Zeyni Dəhəlan Şafeinin bu barədə qeyd edilən 4-cü kitabıdır.
    Vahabilərin əleyhinə yazılmış şiə alimlərinin kitabları
    1-Minhacür-rəşad. Fəqih Şeyx Cəfər Nəcəfi Kaşiful-qita. Hicri 1343-cü ildə Nəcəfdə çap olunmuşdur.
    2-Məsiri-Talibi. Mirzə Əbu Talib İsfahani.
    3-Miratul-əhval. Ağa Əhməd Buhbuhani Kermanşahi.
    4-Ər-Rəddu ələl-vahabiyyə. Məhəmməd cavad Bəlaği.
    5-Töhfətül-aləm. Mir Əbdüllətif Şüştəri.
    6-Ər-Rəddu ələl-vahabiyyə. Mirzə Məhəmmədəli Ordubadi Qərəvi. 1343-cü ildə çap edilmişdir.
    7-Kəşfül-irtiyab ən ətbai Mühəmməd ibn Əbdülvəhhab. Seyyid Möhsün Əmin Amili, "Əyanuş-şiə”nin müəllifi.
    8-Əl-Bərahinul-cəliyyə fi rəfit-təşkikatil-vahabiyyə. Hazırkı kitabın ərəbcə mətni, Qəzvini.
    9-Ər-Rəddu ələl-vahabiyyə. Şeyx Hadi Abbas Kaşiful-qita Nəcəfi.
    10-Vahabilərə cavab. Şeyx Mehdi ibn Məhəmmədəli İsfahani.
    11-Əl-Ayatul-bəyyinat fi qəmil-bədi vəz-zəlalat. Şeyx Məhəmmədhüseyn Kaşiful-qita.
    12-Əl-Məşahidul-müşərrəfə vəl-vahabiyyun. Şeyx Məhəmmədəli ibn Məhəmmədcə-fər.
    13-Məhəmməd ibn Əbdülvəhhabın "Kəşfüş-şübəhat”ına cavab. Şeyx Məhəmmədhüseyn Farsi.
    14-Kəşfun-niqab ən-əqaidi İbn Əbdülvəhhab. Seyyid Əli Nəqi Hindi.
    15-Hazihi hiyəl-vahabiyyə. Şeyx Məhəmmədcavad Müğniyə, müasir Livan alimlərindəndir.
    16-Vahabilər. Əli Əsğər Fəqihi.
    Category: Vəhabi firqəsi | Added by: Islam_Kitabxanasi
    Views: 721 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024