İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhabi firqəsi

    Vəhabi firqəsi
    2012-03-19, 5:06 AM
    VAHABİ MƏZHƏBİNİN BƏZİ ƏQİDƏLƏRİ VƏ ONLARIN İRADLARINA CAVAB
    2-Cİ BÖLMƏ
    Bismillahir-rəhmanir-rəhim. Həmd-səna tək olan Allaha məxsusdur. Salam olsun Peyğəmbər və onun pak əhli-beytinə. Biz bu kiçik traktatda vahabi ideyasının banisi İbn Teymiyyənin "Minhacüs-sünnə” kitabında yazdıqlarına qarşı Quran və sünnədən bir sıra məsələləri qeyd edəcəyik. Lakin bundan qabaq iki məsələni xatırlamağı lazım bilirik.
    1-Şəriətin haram bilmədiyi iş halaldır
    İslam fiqhinin qəti və məlum bir qanunu vardır: Şəriətin haram və qadağan etmədiyi hər bir əməl, öz-özlüyündə halaldır. Buna sübut əqli və nəqli dəlillər, habelə, İslam alimlərinin eyni fikirdə olmasıdır.(Məhəmməd ibn Yezid ibn Macə Qəzvini sünni hafizlərdən biri və "Sünəni ibn Macə” adı ilə məşhur olan "Sünən” kitabının müəllifidir. Bu kitab sünnilərin mötəbər bildikləri altı hədis kitabından biridir. İbn Macə hicri 273-cü ildə dünyadan köçüb. )
    Vahabi məzhəbinin banisi İbn Teymiyyə də bu hökmü qəbul etmiş və "Minhacus-sünnə” kitabında Əşairənin günahsız şəxsə əzab vermək haqqında fikirlərini söyləyərək yazmışdır: "Bu məna həm kitaba, həm sünnəyə, həm də ağlın hökmünə ziddir”.
    Mən icmanı da əlavə edərək deyirəm: "İslam alimlərinin birgə rəyinə də ziddir. Çünki təkcə bütün müsəlmanlar deyil, bütün millətlər qadağan olunmayan işi görməyi halal hesab edirlər. Ağıl da hökm edir ki, hansısa iş qadağan olunmazdan öncə kimsə onu görsə, o şəxsə cəza vermək qəbahətdir. Həm kitab (Qurani-Məcid), həm də sünnə (Peyğəmbərin(s) etdikləri, dedikləri və təsdiqlədikləri) baxımından, bu qəti hesab olunur.
    Qurana gəldikdə, Allah-təala buyurur: "Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermirik” (İsra, 15). Bu şərif ayə göstərir ki, peyğəmbər gəlməmiş, bir əməli qadağan etməmiş ona əzab əsla qəbul olunmaz. Allah-təala bəhanəni tam kəsmədən, kimsəyə cəza verməz. Kimi də ki, Cənnətə aparar, vəzifəni və düz yolu ona anlatdıqdan sonra aparar. Necə ki, buyurur: "Əgər biz onları (Məkkə müşriklərini) bundan (Peyğəmbər və Quran gəlməzdən) əvvəl əzabla məhv etsəydik, (Qiyamət günü) mütləq belə deyəcəkdilər: "Ey Rəbbimiz! Nə üçün zəlil və rüsvay olmazdan əvvəl bizə bir peyğəmbər göndərmədin ki, Sənin ayələrinə (hökmlərinə) tabe olaydıq?” (Taha-134).
    "Hansısa tayfa ora (Cəhənnəmə) atıldıqca, gözətçilər onlardan (məzəmmətlə): Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?-deyə, soruşacaqlar? Onlar deyəcəklər: Bəli, bizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər gəlmişdi. Amma biz (onu) yalançı saydıq!” (Mülk-89).
    Bu iki ayə göstərir ki, cəhənnəmlilər dünyada əzabla qorxudulandan sonra Cəhənnəmə gedəcəklər.
    Habelə, Allah buyurur: "Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: "Biz öz əleyhimizə şahidik!” (Peyğəmbərlər bizə pis işlərimiz barədə xəbərdarlıq etsələr də, biz onlara qarşı çıxıb günah işləməkdə davam etdik. Biz indi hər cəzaya layiqik). Dünya həyatı onları aldatdı və kafir olduqları haqda öz ziyanlarına şəhadət verdilər.
    "Bu (peyğəmbərləri göndərmək) ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola (özlərinə peyğəmbər gəlmədiyi üçün dini vəzifələrini bilməyib, icra etmədikləri halda) zülmlə məhv etməyi özünə rəva bilməz! (Ənam-130-131)”.
    Görürük ki, cinlər və insanlar Allahın hüzurunda günahlarını etiraf edirlər. Həqiqətən də onlar üçün peyğəmbər göndərilmişdir. Peyğəmbər onlar üçün bütün yaxşı-pisi açıqlamış, ilahi hökmləri onlara çatdırmışdır. Lakin onlar öz peyğəmbərlərinə etinasızlıq etmişlər. Hər şeyi anlaya-anlaya, günah etdikdən sonra Allah onları Cəhənnəmə atmışdır. Çünki, mehriban Allah kimsəni peyğəmbər göndərmədən, hər şeyi başa salmadan, cəzalandırmaz. Digər bir ayədə buyurur: "Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən, onları (haqq yoldan) çıxartmaz! Həqiqətən, Allah hər şeyi (olduğu kimi layiqincə) biləndir! (Tövbə-115)”.
    Deməli, Allah qadağan etmədiyi işi görən adama cəza verməz. Əvvəlcə, hər şeyi anladır. Sonra o şəxs bilə-bilə o işi görsə, artıq onu cəzalandırar. Əgər Allah bir işin yaxşı, yaxud pis olmasını kiməsə anlatmasa və o şəxs həmin işi görsə, Allahın ona cəza verməsi haqsızlıq olardı. Allah isə ədalətlidir və heç cür haqsızlıq etməz. "(Ya Məhəmməd!) Sənin Rəbbin mərkəzlərinə (ən böyük şəhərlərinə) ayələrimizi oxuyan bir Peyğəmbər göndərməmiş, məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalim olan məmləkətləri yox etdik (Qəsəs-59)”.
    Yəni, kim günah işlədərək özünə zülm etsə, Cəhənnəmə layiqdir. Zalim olmayan şəxsə cəza vermək zülmdür.
    "And olsun ki, bizim təhdidlərimiz (xəbərdarlıqlarımız) Musa vasitəsi ilə Firon əhlinə də gəlib çatmışdı. Onlar ayələrimizin (möcüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq (Qəmər-41-42)”.
    Bir sözlə, Allah insana nə edəcəyini və nə etməli olduğunu bildirmədən cəza verməz. Necə ki, ayələrdən bəlli olur. İbn Teymiyyə deyir: "Bütün müsəlmanlar bu fikirdə həmrəydirlər: Allah kimsəyə qüdrətindən artıq məsuliyyət tapşırmaz. Buna əsasən, işin vacibliyi qüdrətə bağlıdır. İbn Teymiyyə bu fikri öz kitabı "Minhacus-sünnə”nin üçüncü hissəsinin 20-ci səhifəsində Əbu Hənifə, Şafei və İbn Həzm Əndəlusiyə əsasən yazır. Bu, həqiqətən də belədir və Peyğəmbərimiz(s) bunu dəfələrlə buyurub.
    Məsələn, Peyğəmbər (s) deyib: "Doqquz şey mənim ümmətimdən götürülüb: Səhv, unutmaq, məcbur olduqları iş, bilmədikləri iş, qadir olmadıqları iş, zorla sürükləndikləri iş...”. İbn Macə Qəzvini(Məhəmməd ibn İsmayıl Buxari sünni hədisçilərinin dahisidir. Sünnilərin "Sihahi-sittə” adlanan altı ən məşhur və mötəbər hədis kitablarının birincisi olan "Səhih” kitabının müəllifidir. Sünni alimləri "Səhihi-Buxari”ni öz hədis kitablarının ən doğrusu, ən mötəbəri hesab edirlər. Digər beş kitab isə aşağıdakılardır: (Buxari 256-cı hicri ilində ölüb). 2."Səhihi-Termizi” 3."Sünəni-İbn Macə Qəzvini”. 4."Sünəni-Nəsai”. 5."Sünəni-Əbu Davud”. 6."Səhihi-Müslüm Nişaburi”.  ) "Sünən” kitabının "Peyğəmbər sünnəsinə tabeçilik” bölməsində Əbu Hüreyrənin Peyğəmbərdən(s) belə nəql etdiyini yazır: "Peyğəmbər (s) buyurdu: "Sizə nə zaman bir şeyi əmr etsək, onu qəbul edin və sizi nə vaxt bir şeydən çəkindirsək, ondan əl çəkin”. Yenə həmin kitabda Əbu Hüreyrədən rəvayət olunur: "Peyğəmbər buyurdu: "Sizə tapşırdıqlarımdan boyun qaçırmayın. Çünki həlak olmuş keçmiş ümmətlərin məhvinə səbəb, öz peyğəmbərlərinin əmrlərinə irad tutaraq, onların ziddinə əməl etmələri idi. Buna görə də sizə bir şeyi əmr etdikdə, qüdrətiniz daxilində əməl edin və bir işdən çəkindiririksə, o işdən uzaq olun”. Buxari("Raşidi xəlifələri” sünnilərin terminidir. Onlar-Əbu Bəkr, Ömər, Osman və Əli (ə) Xilafətdə doğru rüşd və inkişaf yolunu tutmuşlar. Müəllif də sünnilərin xətrinə dəyməsin deyə, onların ifadəsindən istifadə etmişdir.) də belə rəvayət etmişdir. Həmin "Sünəni-İbn Macə”də deyilir: "Peyğəmbər (s) buyurdu: Məndən sonra bir kişinin məndən hədis nəql edərək belə dediyinin şahidi olacaqsınız. Allahın kitabı bizimlə sizin aranızda sənəd və əsasdır. Orada gördüyümüz halalı halal, haramı isə haram sayırıq. Ay camaat! Bunu bilin ki, Allah Peyğəmbərinin haram etdiyi, elə Allahın haram etdiyidir. Peyğəmbərin (s) "hər şeyi Peyğəmbər haram etsə” sözündən məlum olur ki, Rəsulun(s) haram etmədiyi əməl, Allah tərəfindən haram deyil. Bu hədislər aşağıdakı ayənin açıqlamalarıdır: "Peyğəmbər (s) sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin” (Həşr-7).
    Demək istəyirəm ki, biz şiələrə və digər müsəlmanlara irad tutulan əməllər din tərəfindən qadağan olunmuşlar. Onların bu işləri haram saymaları Allah kitabının, Peyğəmbər (s) sünnəsinin əksinə olmasından əlavə, həm də bidətdir. Çünki bidət, dində olmayan bir hökmü dinə daxil etmək deməkdir. Onlar yalnız ehtimala əsaslanır, ehtimal isə heç vaxt əsas ola bilməz. Əks təqdirdə, Peyğəmbərin (s) kəlamı mənasız olardı: "Nəyi sizə qadağan etsəm, əl çəkin”. Yəni, bir iş qadağan olunmayıbsa, çəkinmək lazım deyil.
    2-İslamda yozumun və ictihadın qaydası
    Təəssüf ki, bir sıra müsəlmanlar öz nadanlıqlarını dində ən doğru yol kimi qəbul edərək, digər müsəlmanları kafir və müşrik adlandırırlar. Onların məqsədi müsəlmanlarla düşmənçilikdir. Çünki onların müsəlmanlar barəsində sözləri, müsəlmanların başına gətirdikləri müsibətlər, nə Quranda var, nə Peyğəmbər (s) hədislərində. Bu hərəkətlərə nə Allah razıdır, nə də Onun Rəsulu. Qəribədir ki, bütün bunlara baxmayaraq, onlar özlərini "əhli-sünnə” adlandırırlar! Hansı Peyğəmbərin sünnəsində vardır ki, çürük və mənasız əqidəsini zorla digərlərinə qəbul etdirsin? İbn Teymiyyə "Minhacus-sünnə” (üçüncü hissə, səh. 19-da) yazır: "Bütün bu hərəkətlərin şəri üzrü var. Çünki bunlar ictihaddan doğan fikirlərin nəticəsidir. Müctəhid məsələni düz anlasa iki, səhv anlasa, bir savab qazanır! Necə ki, Raşidi(Əli ibn Əhməd. İbn Həzm ləqəbi ilə tanınmış Əndəlusda, yəni, müsəlman İspaniyasında yaşamış sünni alimidir. "Əl-fisəl-fin-nihəli-vəl-miləl” kitabının müəllifidir. O, hədisçi və özünəməxsus fitvaları olan sünni fəqihidir. Həm öz dövründə, həm də sonralar, onun bir sıra fitvaları alimlər tərəfindən tənqid olunmuşdur. O, h. 456-cı ildə ölüb.) xəlifələri belə edərdilər!”.
    İbn Teymiyyə bu fikri Buxarinin "Səhih” kitabında Əmr ibn Asdan nəql olunan hədisdən götürüb: "Şəriət hakimi öz çıxarışına əsasən hökm etsə və o hökm doğru olsa, iki, səhv olsa, bir savab qazanar”.
    Elə həmin kitabın 20-ci səhifəsində keçmiş alimlərin, Əbu Hənifənin, Şafeinin, Surinin, Davud ibn Əlinin və digərlərinin səhvlərini günah hesab etmir. Nə üsulda, nə də füruda. Necə ki, İbn Həzm(Əhli-sünnə və sünni sözü, şiə olmayan müsəlmanların özlərinin seçdiyi addır. Amma heyf ki, şiələr də onları belə adlandırırlar. Guya, onlardan başqa heç kəs Peyğəmbər sünnəsinə əməl etmir. Əslində isə şiələr əsl əhli-sünnədirlər. Çünki ərəblər demişkən, "ev əhli evdə nə baş verdiyini başqasından yaxşı bilər”. Şiələr də Peyğəmbərin(s) ev sakinləri olan Əhli-beytin(ə) davamçılarıdırlar. Digərləri isə özlərini "ümumi” adlandırsalar, yaxşıdır. Şiələr isə xüsusi müsəlmanlardır. Şiə adını Peyğəmbərimizin(s) Həzrət Əliyə buyurduğu hədisdən götürmüşlər: "Ya Əli, sən və şiələrin nicat tapanlarsınız”. ) və başqaları bu səhvləri öz kitablarında qeyd etmişlər. Odur ki, Əbu Hənifə, Şafei və başqaları "Xəttabiyyə” məzhəbi istisna olmaqla, bütün nəfspərəst şəxslərin şahidliyini qəbul edirdi və onlara iqtida edərək, namaz qılmağa icazə verirdilər. Halbuki, kafirin şahidliyi İslamda etibarsız sayılır və təbii ki, ona iqtida edib namaz qılmaq olmaz. Keçmiş sünni alimləri belə demişlər: "Bu fikir səhabələrin və tabelərin (səhabə şagirdlərinin) rəyidir. Onlar heç bir müsəlmanı kafir və fasiq hesab etməzdilər. Səhv edən müctəhidi günahkar saymazdılar. Nə elmi, nə də fiqhi məsələlərdə. İbn Həzm İslam məzhəblərinə və etiqadlarına aid yazdığı "Əlfisəl” kitabının üçüncü bölməsinin sonlarında, 247-ci səhifədə yazır: "Bir qrup alim bu fikirdədir ki, bir müsəlman istər etiqadi, istər fiqhi məsələdə səhv etsə, nə kafir, nə də fasiq olur. Kim bir məsələdə çıxarış etsə və nəzərinə doğru gəlsə, savab qazanır. Əgər fikri həqiqətə uyğun olsa, bir savab qazanır.
    Vahabi firqəsinin müsəlmanların canına, malına və namusuna hörmətsizliyi
    Özlərini əhli-sünnət(Abdullah ibn Abbas ibn Əbdülmüttəlib. Peyğəmbərin(s) əmisi oğludur. Onu "ümmətin rəbbanisi” adlandırmışlar. O, Bəni-Abbas xəlifələrinin ulu babasıdır. Peyğəmbərdən(s) nəql olunan başqa mövzulara aid bir çox hədislər onun adı ilə bağlıdır. O, Həzrət Əlinin (s) əmisi oğlu, şagirdi, xüsusi müşaviri və Bəsrədəki səlahiyyətli nümayəndəsi olmuşdur. O, çox zəkalı, elmli, şair, ədib, qüdrətli natiq və söz ustası, təmiz ləhcəsi olan, habelə, misilsiz cəsarətə malik şəxs imiş. İbn Abbas h. 68-69-cu ildə Məkkənin 12 fərsəxliyində yerləşən Taif şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.) adlandıran vahabilərə belə bir sualımız var: "Sadaladığımız alimləri və onların hədislərini qəbul edirsinizsə, nə üçün sizin məzhəbdən olmayan müsəlmanları kafir, müşrik adlandırır, bacardığınız qədər əzab verir və yaşadıqları yerləri hər bir kafirin yeri kimi hesab edirsiniz? Halbuki, Quran belə buyurur: "Həqiqətən, möminlər (dində) qardaşdırlar (Hucurat-10).
    "Allahın sizə verdiyi nemətini xatırlayın ki, bir-birinizə düşmən ikən O, qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz”. (Alim-İmran-103)
    "Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar)”. (Tövbə-71)
    "Biz onların ürəklərindəki kin-küdurəti çıxardıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşirlər”. (Hicr-47)
    "Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaqdır”. (Məryəm-96)
    "Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik”. (Tövbə-11)
    Peyğəmbərdən (s) gələn səhih hədislərdə deyilir: "Allahın təkliyinə, Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verən adamın qanı, malı və namusu toxunulmazdır”.
    Buxarinin "Səhih”ində deyilir: "Abdullah ibn Abbas söyləyir ki, Peyğəmbər(s) Məaz ibn Cəbəli Yəmənə göndərərkən ona belə buyurdu: Tezliklə, kitab əhli (Yəhudi və Nəsara) olan camaatla üzləşəcəksən. Onları tək Allahdan başqa Tanrı olmadığına və Peyğəmbərin Onun elçisi olduğuna şəhadət verməyə çağır. Bunu qəbul etsələr, onlara de: Böyük Allah hər gün beş dəfə namaz qılmağı sizə vacib etmişdir. Gərək, onların varlılarından alıb, yoxsullarına verəsən. Əgər bunu da qəbul etsələr, daha onların malı ilə işin olmasın. Buxari "Səhih” kitabının "Əlinin (ə) fəzilətləri” bölməsində yazır: "Peyğəmbər Xeybər müharibəsində bayrağı Həzrət Əliyə (s) verəndə o, Peyğəmbərdən soruşdu: Bunlara qarşı hansı məqsədlə döyüşüm? Həzrət buyurdu: Qoy, Allahın təkliyinə, Məhəmmədin, Onun Rəsulu olduğuna şəhadət versinlər. Əgər bunu etsələr, daha onların qanını tökmək caiz (düzgün) deyildir”.
    Buxari İbn Abbasdan(Fəxr Razi, Fəxrəddin Razi və İmam Fəxr Razi ləqəbi ilə məşhur olan Məhəmməd ibn Ömər ibn Hüseyn əslən, mazandaranlıdır. Lakin Reydə doğulub boya-başa çatdığı üçün "Razi” ləqəbi ilə tanınıb. O, Əşəri-Şafei məzhəbindən olmuş və Heratda yaşamışdır. Alim, fəqih, filosof, mütəkəllim, əqli və nəqli elmlərə sahib bir şəxs olmuşdur. Məşhur "Təfsiri-kəbir” kitabının müəllifidir. Kitab kəlami, fiqhi, bədii və elmi tədqiqatlarla doludur. O, h. 606-cı ildə vəfat etmişdir.  ) belə nəql edir: "Peyğəmbər xalqı yeganə Allaha iman gətirməyə dəvət edən şəxsə buyurdu: -Bir Allaha imanın nə olduğunu bilirsinizmi? Camaat: Allah və Rəsulu yaxşı bilir-deyə cavab verdikdə, Həzrət buyurdu: Allaha iman, Onun təkliyinə, Məhəmmədin Onun Peyğəmbəri olmasına şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, ələ gətirilən qənimətin xümsünü vermək...”
    Ey Quran və hədislərlə az-çox tanış olan şəxslər! Vahabilərin müsəlmanlarla düşmənçiliyi Allah qanunlarını tapdalamaq deyilsə, bəs nədir? Aşkar görünür ki, Peyğəmbərin(s) gətirdiyi İslam dini onların hərəkətlərinin ziddini deyir. Onlara demək lazımdır: "Cahiliyyət dövrününmü hökmünü istəyirsiniz? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?”. (Maidə-50).
    Allah-təala "nəfsdən gələn istəklərə uyma”-əmri ilə Peyğəmbərə(s) öz fikrinə əsasən hökm verməyi qadağan etmiş (Sad-26), Özünün nazil etdiklərinə əsasən hökm etməyi ona əmr buyurmuşdur. Kim bunu bilə-bilə, istədiyini Allahın hökmü kimi qələmə versə, Allah qanunlarını tapdalamış olur.
    Vahabi məzhəbi Allahın əmrindən boyun qaçırır
    Quran haqqın meyarıdır. Onu əsas götürmək lazımdır. Yoxsa, elə hər məzhəb özünü haqlı hesab edir. Vahabi alimlərinin xüsusiyyətlərindən biri də budur ki, çox zaman Quran və sünnəni nəzərə almadan, öz adətlərinə əsasən hökm verirlər. Odur ki, bu ayələr onlara aiddir: "Əgər onlar (bu hökmlərdən) üz döndərsələr, bil ki, Allah bəzi günahlarına görə onları müsibətə düçar etmək istəyir. Doğrudan da, insanların çoxu (Allahın itaətindən çıxmış) fasiqlərdir”. (Maidə-49)
    "Allahın nazil etdiyi ilə hökm verməyənlər, əlbəttə, fasiqdirlər (günahkardırlar)”. (Maidə-47)
    Bu o zamandır ki, Allahın hökmünün əleyhinə getməyi halal hesab etməsinlər. Halal hesab etsələr, kafirdirlər. Allah buyurduğu kimi: "Allahın nazil etdiyi (kitabla) hökm etməyənlər, əlbəttə, kafirdirlər”. (Maidə-44)
    Müsəlmanlar mübahisəli məsələlərdə Allaha və Onun Peyğəmbərinə(s) müraciət etməlidirlər. Allah buyurur: "Əgər bir iş barədə mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!”. (Nisa-59)
    "Siz nəyin barəsində ixtilafda olsanız, onun hökmü yalnız Allaha aiddir”. (Şura-10)
    Dediklərimizə əsasən, hansısa məzhəbin alimi digər müsəlmanları kafir, din düşməni adlandırıb lənətləsə, müsəlmanların parçalanmasına xidmət edir. Bu da Quranda qadağan olunub: "(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur”. (Ənam-159)
    "Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda ölün!”. (Ali-İmran-102)
    "(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın!”. (Ali-İmran-105)
    Allah müsəlmanları birliyə və Öz ipindən yapışmağa çağırır. İlahi ip, dindir. Din də aşağıdakı ayədə açıqlanır: "Allahın yanında (haqq olan) din, əlbəttə, İslamdır!”. (Ali-İmran-19)
    İslam isə, Allahın təkliyinə və Peyğəmbərin(s) Onun Rəsulu olduğuna şəhadət verməkdir. Müsəlmanlara Allah bir din göndərib -"Bunlar Allahın hökmləridir. Onlardan kənara çıxmayın”. (Bəqərə-229)
    Məlum oldu ki, Allah müsəlmanların canını, malını və namusunu bir-birinə haram edib. Müslüm və Buxari «Səhih»-də yazırlar: "Peyğəmbər (s) son həccində buyurub : Sizin malınız, canınız və namusunuz bir-birinizə haramdır. Necə ki, ehram bağlamısınız və haram aydasınız və möhtərəm (Məkkə) şəhərindəsiniz. Bununla sizə İslamı çatdırdımmı? Agah olun! Eşidənlər eşitməyənlərə xəbər versin.» Buxari «Səhih»-də yazır: "Peyğəmbər (s) buyurub: Yaxşı baxın, məndən sonra kafirlər kimi bir-birinizin boynunu vurmayın”.
    Bir sözlə, həm Quran, həm də hədislər müsəlmanlar arasında birlik və dostluğun tərəfdarıdır. Vahabilər isə Quran və sünnənin ziddinə əməl edir, müsəlmanları lənətləyir və bacardıqca incidirlər. Biz onlara deyirik: "Bunlar, Allahın ayələridir ki, onları sənə doğru-düzgün bildiririk”. (Bəqərə–252)
    Bu iki məsələ ilə tanış olduqdan sonra əsas mövzumuza keçərək qeyd edirik ki, bu traktat bir neçə fəsil və epiloqdan ibarətdir.
    Category: Vəhabi firqəsi | Added by: Islam_Kitabxanasi
    Views: 645 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024