İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Vəhabi firqəsi

    Vəhabi firqəsi
    2012-03-19, 5:05 AM
    1-ŞƏFAƏT
    Şəfaət nədir?
    Vahabilər deyirlər: "Peyğəmbərlərin və imamların dünyada şəfaət etməsi təsirsizdir. Yalnız axirətdə şəfaət edə bilərlər. Buna əsasən, kim dünyada Peyğəmbər və imamdan şəfaət diləsə, şirk etmiş olur və Allahdan qeyrisinə ibadət sayılır. Müsəlman: İlahi, məni Peyğəmbərin şəfaət etdiyi şəxslərdən et! –deyə, dua edə bilər. Lakin:– Ya Peyğəmbər, mənim üçün Allah yanında şəfaətçi ol! – deyə, bilməz!”.
    Vahabilər bu ayələrə istinad edirlər: "Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kimə ibadət etməyin” (Cin-18). "Allahın izni olmadan, Onun yanında kim şəfaət edə bilər? (Ənbiya-28)”. ”Rəhmandan əhd almış şəxslər istisna olmaqla, qalanları şəfaət etməyə qadir olmazlar”. (Məryəm-87)
    Məhəmməd ibn Əbdülvəhhab "Kəşfüş-şübəhat” kitabında yazır: ”Əgər kimsə-şəfaət hüququnu Allah Peyğəmbərə verdiyi halda onu istəməyin nə eybi var?-deyə soruşsa, cavab budur: Şəfaəti Peyğəmbərə verən Allah, sənə Ondan qeyrisindən şəfaət istəməyi qadağan etmişdir. Sübut bu ayədir: "Allahdan başqa heç kəsə ibadət etməyin”. Bundan əlavə, şəfaət hüququ Peyğəmbərdən qeyrisinə də (məsələn, mələklərə, möminlərə) verilmişdir. Belə çıxır ki, biz onlardan da şəfaət istəməliyik? Halbuki, bu əməl Allahdan qeyrisinə sitayiş hesab olunur. Şiə məzhəbi deyir: "Peyğəmbər, ləyaqətli möminlər və mələklər Allah yanında bəndələr üçün şəfaət edə bilərlər. Bunu həm kitab, həm də sünnə təsdiqləyir. Sübut olaraq bu ayəni göstərir: "Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib, Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər”. (Nisa-64)
    "Peyğəmbərdən şəfaət diləmək şirk olsaydı, Allah onların tövbəsini qəbul etməzdi. Çünki, "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz”. (Nisa-48)
    Fəxr(Bu hədis saxtadır. Şəhid Səid Qazi Nurullah Şüştəri (1019-h. ilində ölüb) İbn Hicr Məkkinin (973-cü h. ilində ölüb) "Səvaiqul-muhriqə” kitabına rədd kimi yazdığı "Səvarimul-muhriqə” əsərində bildirir: "Beyhəqi bu hədisin məşhur olmasına baxmayaraq, sənədinin zəif və etibarsız olduğunu yazır. "İbn Həzm yazır: "Bu hədis yalan və saxtadır. Bilirik ki, bütün səhabələr adil və düzgün insan olmamışlar. Demək, onların hamısına iqtida etmək olmaz”. ) Razi "Təfsiri-Kəbir” kitabında deyilən ayə haqqında yazır: "Özlərinə zülm edərək Allah yolundan çıxmış günahkarlar peşman olub tövbə etsələr və Peyğəmbər də onların bağışlanmasını Allahdan diləsə, Allahın tövbə qəbul edən və mehriban olduğunu görəcəklər”. O yazır: "Ayədə sən onlar üçün əfv istəsən”-deyil, "Peyğəmbər onlar üçün əfv istəsə”-deyilməsinin səbəbi, Allahın Peyğəmbərə(s) hörmət etməsindən xəbər verir. Yəni, günahkarlar, Allahın sevib-seçdiyi, bəyəndiyi və Öz Peyğəmbəri etdiyi bir şəxsin yanına gəliblər və onun şəfaəti rədd olunmaz...”
    Müəllif: "Peyğəmbər Allahın insanlar arasında səfiridir və səfir tərəflərin vasitəçisidir. Şəfaət təkcə Peyğəmbərə yox, həm də Allaha yaxın olan bütün möminlərə aiddir. Quranda Yəqubun (ə) oğlanlarının dilindən belə deyilir: "Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz doğrudan da günahkar olmuşuq-dedilər. (Yəqub) dedi: Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm”. (Yusif-97-98)
    Ayədən məlum olur ki, övladları dünyada bağışlanmaq üçün atalarını şəfaətçi etdilər.
    Allah Peyğəmbərə (s) əmr edir ki, möminlər üçün bağışlanmaq istəsin: "Həm öz günahlarının, həm də mömin kişilər və qadınların günahlarının bağışlanmasını dilə”. (Məhəmməd-19)
    "Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır”. (Tövbə-103)
    Şəfaət şirk olsaydı, Allah Peyğəmbərinə onu etməyi əmr edərdimi? Halbuki, Quranda buyurur: "O, sizə müsəlman olduqdan sonra kafir olmağı heç əmr edərmi?”. (Ali-İmran-80)
    Məhəmməd ibn Əbdülvəhhabın fikri isə puç fantaziyadır. Onun dedikləri buna bənzəyir ki, bir nəfər deyə: "Allah Öz Peyğəmbərinə Qiyamət günü möminlərə Kövsər suyu vermək hüququ əta edib, lakin camaata bu suyu Peyğəmbərdən istəməyi qadağan edib”. Yaxud, buna bənzəyir: "Allah Peyğəmbərin əmisi Abbasa hacılara su paylamaq məqamını vermiş, lakin camaatın gəlib ondan su alıb içməsini qadağan etmişdir”. Bu fikrin mənası Allah-təla Nisa surəsinin 85-ci ayəsində buyurur: "Yaxşı iş üçün şəfaət edən şəxsə (onun savabından) pay düşür”. Əgər şəfaət istəmək şirkdirsə, niyə Allah bir mömin üçün şəfaət etməyi gözəl iş sayır və hətta ona savab verdiyini də buyurur? Şəfaət, yəni şəfaət edən və şəfaət olunan şəxsin istəkdə cəmləşməsi. Şəfi-cüt deməkdir. Yəni, insan öz istəyini Allahdan diləmək üçün kiminləsə həmkarlıq edir və onu Allah yanında olan etibarına görə irəli verir. O vaxt şirk söhbəti ola bilər ki, dua edəndə həm Allahdan, həm də şəfaət edəndən istəyəsən. Lakin kiminsə Allah yanında hörməti olduğundan onu şəfaətçin hesab edirsənsə, bunun harası şirkdir? Buxarinin "Səhih”ində də "Qıtlıq illərində müşriklərin müsəlmanlardan şəfaət diləməsi” adlı bir fəsil vardır. O fəsildə dediklərimizə əsas verən bir çox hədislər var.
    Sual
    Quranda bütpərəstlər öz bütlərini Allah yanında şəfaətçi hesab etdikləri üçün kafir və müşrik sayılırlar. Buna cavab nədir?
    Cavab
    Doğrudur, onlar kafir və müşrikdirlər. Çünki, əvvəla onlar Allahın bəyənmədiyi, izn vermədiyi, taxta və dəmir parçasından olan bütlərdən şəfaət diləyirdilər. İkincisi isə, onlar öz şəfaətçilərinə ibadət edirdilər: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik (Zümər-3)”.
    Lakin peyğəmbərlər və övliyaların şəfaəti nə şirk, nə də küfrdür. İki dəlilə əsasən:
    1-Məhəmməd ibn Əbdülvəhhaba belə bir sualımız var:-İslam dinində ümumiyyətlə şəfaət var, ya yox? Əgər desə ki, yoxdur, əvvəlcə söylədiyini inkar etmiş olur. Çünki, o yazır ki, şəfaət Peyğəmbərdən qeyrisinə də verilmişdir. Əgər, "yox”- desə, onda Quranın ziddini söyləmiş olur. Desə ki, "bəli, İslamda şəfaət var”,- yenə sual ortaya çıxır: Peyğəmbər bir nəfər üçün şəfaət edərkən o şəxsin bağışlanmasında Allah ilə şərik olur, yoxsa o şəfaət istəyən şəxslə dua etməkdə şərik olur? Əgər desə: "Allah ilə şərik olur,”- Allah üçün şərik qərar verir ki, bu da şirkdir. Yox, desə ki, şəfaət istəyən şəxsin istəyində şərik olur,”- onda elə o da biz deyəni deyir. Əgər desək ki, dünya ilə axirətin fərqi var, cavab budur ki, dünyada şirk hesab olunan günah, axirətdə ibadət sayıla bilməz. Şirk, şirkdir. İstər dünyada, istərsə də axirətdə olsun.
    Şəfaət barəsində araşdırmalar
    Əgər şəfaət üçün yol axtarmaq şirk olsaydı, Allah Quranda aşağıdakı ayəni buyurmazdı: "Ey iman gətirənlər! Allahdan qorxun və Ona qovuşmaq üçün vasitə arayın!”. Ayədəki "vasitə” sözü qeyri-müəyyən olduğu üçün bütün ilahi vasitələrə şamil olur. Heç kim deyə bilməz ki, ibadətlər vasitədir, lakin şəxsiyyətlər vasitə deyil.
    Allah-təala Ali-İmran surəsinin 103-cü ayəsində buyurur: "Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın”. Əgər Peyğəmbər(s) və imamlar Allah ilə insan arasında hökm vasitələridirsə, şəfaət vasitəsi də ola bilərlər. Allahın ipi dedikdə, Allah ilə insanlar arasında vasitə nəzərdə tutulur və bu ip həm Quran, həm də Quranı təbliğ edən müqəddəs şəxslərdir. Sünnülərin kitablarında məşhur bir hədis vardır. Peyğəmbər (s) buyurmuşdur: "Mənim səhabələrim ulduzlar kimidirlər, onlardan hansına iqtida etsəniz, düz yolu taparsınız”.(Müslim ibn Həccac Nişaburi "Sihahi-sittə”dən ikinci "Səhih”in müəllifi. Buxaridən sonra ən güclü hədisçi sayılır. 261-ci h. ilində ölüb. (Qeyd edək ki, "Sihahi-sittə”nin bütün müəllifləri iranlı olmuşlar).  )
    Şiə və sünnü mənbələrində çox məşhur olan bir hədisdə Peyğəmbər(s) buyurmuşdur: "Mənim Əhli-beytim sizin üçün Nuhun (ə) gəmisinə bənzəyir. Ona pənah gətirən xilas, ondan kənar qaçan isə qərq olar”. Digər hədisdə isə buyurur: "Mən sizin aranızda iki dəyərli əmanət qoyub gedirəm: Allahın kitabı və mənim Əhli-beytim. Nə qədər ki, onlara iqtida edirsiniz, əsla azmazsınız”. Onlara iqtida etmək, çətin vəziyyətlərdə onlara pənah aparmaq deməkdir. Həm dünya, həm də axirət işlərində. Vahabilərin istinad etdiyi-"Allah ilə başqasını çağırmayın”-ayəsi "Allahla birgə, başqasını da çağırmayın”-deməkdir. Bu, "Allaha dua edərkən şəfaətçi axtarmayın” demək deyil. Bundan əlavə, ayə Allaha ibadətdə şərik qoşmamağı əmr edir. Çünki, əvvəlcə buyurur: "Məscidlər Allahındır”. Təfsirçilər belə təfsir edirlər: "Səcdəgahlar Allaha məxsusdur. Başqasına Allahla birgə sitayiş etməyin”. Cin surəsində də (18-ci ayədə) belə buyurur: "Allahla birgə, başqa Allahı çağırmayın” (məqsədsə, yalançı allahlardır. Əslində, bir Allah vardır və O, hər şeyi cəm edib).
    Məlum olduğu kimi, Məhəmməd ibn Əbdülvəhhabın fikirləri kitab və sünnəyə ziddir. Peyğəmbər və imamlardan şəfaət istəmək ona bənzəyir ki, bir şahın yanında hansısa işi düzəltmək üçün, onun yaxınlarından kimdənsə xahiş edirsən ki, şaha de, mənim işimi düzətsin. Quran deyir ki, Allahın razı olduğu, izn verdiyi və Allahdan əhd alan şəxslər şəfaət edə bilərlər. Məlumdur ki, Peyğəmbər və övliyaların belə icazəsi vardır. Ayədəki əhd sözünün mənası, imandır. Deməli, imanlı şəxslər də şəfaət edə bilərlər. Əlbəttə, kim: Ya filankəs, məni bağışla”-deyə, hansısa İmama yaxud Peyğəmbərə dua etsə, müşrik olur. Lakin: "Ya filankəs, Allahdan mənim bağışlanmağımı istə”-deyə, dua edən şəxsi müşrik və kafir adlandırmaq olmaz. Məhəmməd ibn Əbdülvəhhab elə xəyal edib ki, Allahdan başqa kimə təzim edilsə, şirkdir. O anlamayıb ki, Allaha ibadət, yalnız Allaha məxsus olan son dərəcə acizanə şəkildə təzim etmək deməkdir, möminlərə, Peyğəmbər və imamlara, alimlərə ehtiram istər dünyada, istərsə də axirətdə şirk sayıla bilməz və heç bir müsəlman bu hərəkəti Allahdan qeyrisinə ibadət kimi başa düşmür. Allahın yeganə olduğunu qəbul edib Ona ibadət edən şəxs, Peyğəmbərdən şəfaət istərkən, Peyğəmbərə sitayiş etməyi heç ağlına da gətirmir. Bəlkə də Məhəmməd ibn Əbdülvəhhab yaratdığı məzhəbin yayılması və inkişafının, digər müsəlmanları müşrik adlandırmağa bağlı olduğunu düşünərək bu addımı atmışdır. Çünki, inadkar və səviyyəsiz adamlar belə sözləri tez qəbul edərlər. O, "Kəşfüş-şübəhat”da yazır: "Allahı yeganə bilmək (tövhid) ilə insanlardan şəfaət istəmək bir-birinə ziddir. Çünki, Allah Quranda buyurur: "Yalnız Allaha ibadət edin” və deyir: "Rəbbinizi ahu-zarla çağırın”. Peyğəmbərin qəbrinin önündə dayanıb ondan şəfaət istəmək, onu Allah hesab etməkdir. Müsəlmanlar öz qardaşları (bütpərəstlər) kimi fəryad edirlər: "Əcəba o, tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da çox təəccüblü bir şeydir”. (Sad-5)
    Vay olsun Məhəmməd ibn Əbdülvəhhaba! Gör, Allahpərəst müsəlmanlara nə ad qoyur? Allah məgər buyurmurmu ki, "kim Peyğəmbərə itatə etsə, həqiqətən, Allaha itaət etmişdir”. (Nisa-80)
    Allah şəfaətə icazə vermişdir. Kim bunun əksini desə, Allah kəlamına ziddir. Biz Məhəmməd ibn Əbdülvəhhaba demirik ki, o və tərəfdarları belə fəryad edirlər: "Biz sizinlə göndərilənlərə inanmırıq və bizi dəvət etdiyiniz barəsində də möhkəm bir şəkk-şübhə içindəyik” (İbrahim-9) Biz ona belə deyirik: "Doğru yol sahiblərinin kimlər olduğunu və kimin haqq yolu tapdığını (Qiyamətdə) biləcəksiniz”. (Taha-135)
    Şəfaət haqqında daha ətraflı məlumat
    Şeyx Süleyman ibn Səmhan Nəcdi "Əl-hidayətüs-sünniyyə” kitabının 64-cü səhifəsindən 68-ci səhifəsinə qədər şəfaət barədə geniş məlumat verir. Onun dəlil kimi göstərdiyi ayə və hədislərdən bir neçəsini qeyd edirik: "Allahın izni olmadan, Onun yanında kim şəfaət edə bilər?”. (Bəqərə-255)
    "O gün Rəhmanın izn verdiyi və söz danışmağına razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməz”. (Taha-109)
    "Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah, Öz istədiyi və razı olduğu kimsəyə izn verdikdən sonra”. (Nəcm-26)
    Buxari və Müslim(Məhəmməd ibn İsa Termizi "Sihahi-sittə”nin beşincisi sayılan "Sünən” kitabının müəllifidir. O, kor imiş və Məhəmməd ibn İsmayıl Buxarinin tələbəsi olmuşdur. Termizi 279-cu h. ilində ölüb. Termiz (ya Tərməz) Mavərənnəhrin şəhərlərindəndir.) öz "Səhih”lərində yazırlar: "Allah-təala Qiyamət günü dörd dəfə Peyğəmbərə (s) buyurar: "Ey Məhəmməd (s)! Qalx və danış ki, Allah eşidər və şəfaət et ki, Allah qəbul edər”.
    Buxari Peyğəmbərin (s) belə buyurduğunu yazır: "Mənim şəfaətimə layiq olan ən xoşbəxt şəxs o kəsdir ki, bir Allahdan başqa Allah olmadığına səmimi qəlbdən inansın”.
    Termizi(Əhməd ibn Hənbəl 204-cü hicri ilində ölmüş Məhəmməd ibn İdris Şafeinin şagirdi olub. İbn Nədimin yazdığına görə, Əhməd ibn Hənbəlin hədislərə aid yazdığı "Əl-Müsnəd” kitabında (zəif hədislər də çoxdur) 40000-dən çox hədis vardır. Vahabi məzhəbi öz fiqhini Əhməd ibn Hənbəlin fitvaları əsasında müəyyənləşdirmişdir. O, 241-ci hicri ilində vəfat edib.) və İbn Macə Qəzvini Peyğəmbərdən (s) belə nəql edirlər: "Allahımın yanından birisi gəlib, mənə bunlardan birini qəbul etməkdə ixtiyar sahibi olduğumu xəbər verdi: "Ya ümmətimin yarısı Cənnətə getsin, ya da mən onlara şəfaətçi olum”. Mən şəfaəti qəbul etdim. Mənim şəfaətim isə yalnız o adama qismət olar ki, zərrə qədər də Allaha şərik qərar vermədən ölsün”.
    Bir səhih hədisdə deyilir: "Bu rəhmətlik ümmətin içində Allahın hüzurunda günahkarlara şəfaət edə biləcək şəxslər vardır. Onlardan bəzisi Rəbiə və Muzr qəbiləsinin əhalisindən də çox adama şəfaət edəcəklər”.
    Peyğəmbər və imamların şəfaət etməsinə dair dəlillərin kifayət qədər çox olması aydın oldu. Müsəlmanların əsrlər boyu inanıb qəbul etdiyi şəfaət iki növdür:
    1.Peyğəmbəri və ya o Həzrətin əsl canişinlərini özləri ilə Allah arasında vasitə qərar verirlər. Yəni, Allahı and verirlər onların itaət və ibadətinə, onların Allah yanında olan hörmətinə ki, Allah onların arzusunu yerinə yetirsin. Məsələn, Abdullah ibn Ömərin nəql etdiyi hədisdə belə oxuyuruq: "Peyğəmbər bir kora öyrətdi ki, öz arzusunun yerinə yetməsi üçün Allahı Peyğəmbərin haqqına and verərək, Allahın Peyğəmbərin bu arzu barəsindəki şəfaətini qəbul etməyi üçün ona dua etsin”.
    Bu hədisi Əhməd ibn Hənbəl(Əbu Hamid Məhəmməd ibn Məhəmməd ibn Məhəmməd Qəzali Tusi Əşəri Şafei "Höccətül-İslam” ləqəbi ilə tanınıb, "Ehyaül-umid-din” və digər kitabların müəllifidir. O, 505-ci h. ilində Tusda vəfat etmiş və elə orada da dəfn olunmuşdur. ) Osman ibn Hüneyf Ənsaridən nəql edir. Habelə, İbn Macə, Termizi, Həkim Nişaburi, Süyuti və Buxari (Ömərin yağış üçün Peyğəmbərin əmisi Abbasdan şəfaət diləməsi barəsində) nəql etmişlər.
    2.Allahdan diləyi olan şəxs Peyğəmbərdən istəyir ki, onun arzusunu Allahdan diləsin. Çünki Peyğəmbər Allaha daha yaxındır. Allah Öz Peyğəmbərinə sidq ürəklə kəlmeyi-şəhadəti deyən müsəlman üçün şəfaət etməyə izn vermişdir. Buna sübut olaraq Buxari, Termizi, İbn Macə, Haris ibn Qeys və Əbu Səid Xidrinin Peyğəmbərdən (s) nəql etdiyi hədisləri göstərə bilərik. Bu, elə biz deyən şəfaətdir. Bunun adını dəyişib müsəlmanlara qara yaxanlar ya nadandırlar və Quran ilə sünnədən xəbərləri yoxdur, ya da müsəlmanlarla, Peyğəmbər və imamlarla düşmənçilik etməyə bəhanə axtarırlar. Yaxud da bəzi cahil və inadkar müsəlmanları aldatmaqla müsəlmanların rəhbərliyini qazanmaq, onların mal, can və namusuna təcavüz etmək üçün tərəfdar toplamaq fikrindədirlər. Təəccüb burasındadır ki, adını çəkdiyimiz Şeyx Süleymana kafirlərin bütlərdən şəfaət istəməsini yazandan sonra Allahın izni olmadan şəfaətin qeyri-mümkünlüyünü bildirən ayə və hədisləri göstərir. Bütün bu ayə və hədisləri özü yazandan sonra şəfaətə inanan müsəlmanları kafir adlandırır?! Şeyx Süleyman şərən vacibdir ki, ayə və hədisləri diqqətlə nəzərdən keçirərək müsəlmanların kafirlərlə necə uyğun olduğunu isbat etsin! Müsəlmanlar deyirlər: "Allah bizim Tanrımızdır və O, Öz Peyğəmbərinə bizim üçün şəfaət etməyə izn vermişdir”. Şeyx Süleyman Nəcdi "Əl-Hidayətüs-süniyyə” (s-66) kitabında yazır: "Kitab və sünnədən məlum olur ki, kim mələkləri, peyğəmbərləri, Abbası, Əbutalibi və s. özü ilə Allah arasında vasitə qərar verə və onlardan istəyə ki, Allah yanında olan məqamlarına görə onun üçün şəfaət etsinlər, kafir və müşrikdir. Onun qanı və malı müsəlmanlara halaldır. Hətta kəlmeyi-şəhadət deyərək, namaz və orucunu yerinə yetirsə belə!”.
    Ey Şeyx! Ömər Abbası özü ilə Allah arasında şəfaətçi etdi ki, yağış yağsın. Buna nə deyirsən? Ömər kimi bütün müsəlmanlar peyğəmbərləri və övliyaları çağırmağı şəfaətçilik kimi qəbul edirlər. Bəs sən nə deyirsən?!
    2-ÖLÜLƏRƏ TƏVƏSSÜL ETMƏK
    Ölüm-fani olmaq deyil
    Vahabilər deyir: "Allah yanında məqamı olan ölüb getmiş insanlara təvəssül etmək və onlardan istək diləmək düzgün deyil”. Onlar bəzən Məhəmmməd ibn Əbdülvəhhabın bu fikrinə əsaslanırlar: "Ölülərə təvəssül etmək puça müraciət etməkdir və əqli baxımdan pis işdir. Çünki ölü, dirilərin istəyini yerinə yetirməyə qadir deyil”. Bəzən isə İbn Teymiyyənin fikrini əsas götürürlər: "Təvəssül şirkdir”. O, ("Minhacüs-sünnə”-birinci hissə- səh. 11-də) belə yazır: "Sübutumuz bu ayədir: "Sizin Ondan qeyri ibadət etdikləriniz bir çərdək qabığına belə, sahib deyillər. Əgər siz onları çağırsanız, bu çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin şərik qoşduğunuzu danacaqlar. Heç kim sənə hər şeydən xəbərdar olan kimi xəbər verə bilməz (Fatir-13-14)”.
    Vahabi məzhəbi və ölülərə təvəssül etmək
    Şiələr deyirlər: "Peyğəmbər və imamların həm sağlıq dövründə, həm də dünyadan köçdükdən sonra onlardan kömək istəmək və istəklər üçün onlara təvəssül etmək düzgündür”. Bu iş əvvəla, puça müraciət etmək deyildir. Şafeilərin ən böyük alimi Qəzali(Bu hədis həm sünnü, həm də şiə alimlərinin kitablarında vardır. Lakin tədqiqatçıların dediyinə görə və hədisin özündən də göründüyü kimi, bu hədis saxtadır. Güman ki, israiliyyatdandır. Müəllif sübut üçün onların qəbul etdiyi hədisi yazmışdır) "Ehyaülumid-din” kitabında yazır: "Bəzi alimlər demişlər: "Ölüm, elə həmin puç olmaq deməkdir”. Bu, Allaha və ölümdən sonrakı həyata inanmayan mülhidlərin fikridir. Lakin insan bu həyatda yuxuda olduğu kimidir. Ölən kimi ayılır. Çünki, ölərkən ilk anladığı şey, yaxşı və pis hərəkətləridir. Pis hərəkətlərini görüb, dəhşətlə həsrət çəkir”.
    Demək, vahabilərin fikri nə kitab, nə sünnə, nə də alimlərin fikri ilə üst-üstə düşmür. İslamın fikrincə ölüm, puç olmaq deyil.
    Qurandan dəlillər
    Qurandan dəlillərimiz aşağıdakı ayələrdir:
    1.Artıq bu gün, gözündən pərdəni götürdük, sən bunu sərrast görürsən (Qaf-22).
    2.Oxu kitabını. Bu gün sən özün-özünə haqq-hesab çəkməyə kifayətsən (İsra-14).
    3.Ruziləri də səhər-axşam oradadır (Məryəm-62).
    4.Həqiqətən, yaxşı əməl və itaət sahibləri Cənnətdə qərar tutacaqlar. Pis əməl sahibləri isə Cəhənnəmdə olacaqlar (İnfitar-13-14).
    5.Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər (İbrahim-27).
    Buxari "Səhih”də yazır: "Peyğəmbər (s) buyurmuşdur: "Mömin qəbirdə oturarkən Allahın təkliyinə, Məhəmmədin peyğəmbərliyinə şəhadət verir”. Bu, elə İbrahim surəsinin 27-ci ayəsinin mənasıdır. Yuxarıdakı ayələr ümumi xarakter daşıyırdı. İndi isə günahkarlar və kafirlərə aid ayələr:
    1.Onlar səhər-axşam odda yandırılarlar. Qiyamət qopduğu gün isə Firon əhlini ən şiddətli əzaba salın (Mömin-46).
    2.Cənnət əhli Cəhənnəm əhlinə belə müraciət edib: "Biz, Rəbbimizin bizə vəd etdiyini haqq olaraq gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini gerçək olaraq gördünüzmü?”-deyə, soruşacaqlar. Onlar: "Bəli”-deyə, cavab verəcəklər (Əraf-44)”.
    Buxari "Səhih”də yazır: "Bədr müharibəsi bitdikdən sonra Həzrət Peyğəmbər (s) Bədr quyusunun (kafirlərin meyidlərini o quyuya tökmüşdülər) yanına gəlib yuxarıdakı ayəni oxudu. Səhabələrdən biri dedi:-Ya Rəsuləllah! Ölənlərimi səsləyirsən?
    Peyğəmbər (s) buyurdu:-Siz onlardan daha yaxşı eşidən deyilsiniz, (yəni, onlar da sizin kimi eşidirlər) lakin cavab verə bilmirlər”.
    3.Ona hər tərəfdən ölüm gələr, lakin ölməz (İbrahim-17).
    4.Axirət yurdu isə şübhəsiz, əbədi həyatdır, kaş biləydilər! (Ənkəbut-64).
    5.O: "Kaş ki, mən əvvəlcədən həyatım üçün edəydim”-deyəcəkdir (Fəcr-24).
    Bəli, imansız və kafir insan axirət dünyasında həqiqətləri görən kimi deyər: "Kaş, əbədi həyatım üçün bir şey göndərəydim!”. Bəli, o, "həyatım” üçün deyir. Çünki tezliklə bitən dünya həyatı artıq yoxdur və yalnız bir əbədi həyat var. Axirət həyatı.
    O cümlədən, şəhidlər haqqında nazil olan ayələrdir:
    1.Allah yolunda öldürülənlərə "ölü” deməyin. Əksinə, onlar diridirlər, lakin siz dərk etmirsiniz (Bəqərə-154).
    2.Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub, ruzi yeyirlər. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış şəxslərin heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar (Ali-İmran-169-170-171).
    Allah iman əhlinə belə müraciət edir: "Ey arxayın nəfs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! Bəndələrimin zümrəsinə daxil ol! Cənnətimə varid ol! (Fəcr-27-28-29-30)”.
    Əgər insan ölərkən məhv olursa, bəs nə üçün Allah onlarla danışır? Məhv olmuş şəxsə müraciət etmək olarmı? Əgər onlar puçdularsa, bu sözü Allaha necə deyə bilərlər?
    "Ey Rəbbim! Məni geri qaytar! Bəlkə zay etdiyim ömrün müqabilində, yaxşı bir iş görüm! (Muminun-99-100)”.
    "Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi! (Yasin-26-27)”.
    Category: Vəhabi firqəsi | Added by: Islam_Kitabxanasi
    Views: 864 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024