İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhabi firqəsi

    Vəhabi firqəsi
    2012-03-19, 4:56 AM
    3-PEYĞƏMBƏR VƏ ÖVLİYALARIN QƏBRLƏRİNİ İNŞA ETMƏK ŞİRK DEYİL
    Peyğəmbərlər və övliyaların qəbirlərini inşa etmək şirkdirmi?
    Vahabilər belə deyirlər: "Qəbirləri inşa etmək, onların üzərində məqbərə ucaltmaq, zərih tikmək, hamısı şirkdir, onların amili də şirkdir”.
    Amma 12 İmam şiələri isə deyirlər: "Peyğəmbərlərin, övliyaların dəfn olunduğu yerdə məqbərə düzəltmək, onları xarab olmaqdan qorumaq, bəyənilmiş və caiz əməldir. Eyni zamanda da, müqəddəs İslam dininin uca və əziz tutulmasına səbəb olur. İbn Teymiyyə və onun vahabi ardıcılları öz iddialarını sübuta yetirmək üçün bir çox dəlillər gətirmişlər.
    Birincisi-Onlar Əbülhiyac Əsədinin hədisinə istinad edirlər. Hədisin mətni əvvəlki səhifələrdə qeyd olunmuşdur.
    İkincisi-Quranda məqbərə və ziyarətgah tikməyə deyil, məscid tikməyə əmr edilmişdir. Allah buyurmuşdur: "Üzünüzü hər bir məscidə tərəf tutun”. Daha buyurmamışdır ki, "hər bir məqbərə və ziyarətgah müqabilində durun...”
    Belə ki, deyirlər: "Rafizilər (yəni, şiələr) Allahın dinini dəyişmişlər, məqbərə və ziyarətgahlar tikir, onları təmir edir, məscidləri isə tətil edirlər. Bu işləri müşriklərlə həmkarlıq və möminlərlə müxalifət kimi qələmə verdilər.
    Üçüncüsü-Peyğəmbər (s) məscid düzəltməyi öz ümməti üçün halal buyurdu, lakin heç bir peyğəmbərin və onun ailəsindən olan ləyaqətli bir şəxsin qəbri üzərində məscid yaxud məqbərə düzəltməyə icazə verməmişdir.
    Birinci iradın cavabı: "İbn Teymiyyə demişdir ki, şiələr məscidləri tətil edib, boş qoyur”. Bu fikir tamamilə yalan və böhtandır. Çünki şiələr məscid düzəltməyi, ziyarətgahlardan daha çox orada ibadət edib namaz qılmağı özlərinə vacib bilirlər.
    Bəli, şiələrin nəzərində bəi ziyarətgah və məqbərələr digərləri ilə müqayisədə, iki cəhətə görə üstünlüyə və fəzilətə malikdir: biri məscid olmaq baxımından, digəri isə onların məşhur olması baxımından. Məsələn, Peyğəmbərin (s) hərəmi (həm Allahın, həm də Onun Rəsulunun hərəmidir), Əlinin (ə) şəhid olduğu yer, İmam Hüseynin (ə) hərəmi. Bunların hamısı məscid, Allaha ibadət və həqiqəti yad etmək məkanıdır. Şübhəsiz ki, hərəmlərin və müqəddəs məkanların fəzilət baxımından bir-birilə fərqləri vardır.
    Qeyd olunan hərəm və ziyarətgahların daha çox fəzilətə malik olduğuna nəzər salarkən görürük ki, şiələr bütün müsəlmanlar kimi bu məkanlarda toplaşıb ibadət və ziyarət edirlər. Göründüyü kimi, şiə məscidləri həmişə namaz qılanlarla doludur. Bütün şəhərlərimiz də belədir. Onlar məscidlər tikir, onları təmir edir və qoruyurlar. Bundan əlavə, hər bir müqəddəs məkanı və məzhəbi şüar sayılan hər yeri din və Allahın dinini böyük və uca tutmaq adı ilə qoruyub saxlayır. Onlar belə yerləri o evlərdən hesab edirlər ki, Allah-təala onların qalmasını və adının orada yad olunmasını istəmişdir. Nur surəsi, 36-cı ayə: "Allahın tikilib ucalmasına və Öz adının zikr edilməsinə izn verdiyi o evlərdir ki, (o məscidlərdir ki, orada səhər-axşam Onu təsdiq edib, şəninə təriflər deyərlər”.
    İkinci iradın cavabı: Əbül Hiyacın hədisi, qəbiri hamar etməkdən məqsədin dəfn olunan yerin torpağın üzü ilə bərabər olması və qəbrin üzərində heç bir yüksəkliyin (qəbrin üstünün qalxmasının) olmamasına dəlalət etmir. Əksinə, qəbrin üstünü yerlə bərabər etmək hədisində "təsviyə-düzəltmək” kəlməsi ayədəki "təsviyə” kəlməsi ilə eyni mənadadır. Ayənin tərcüməsi belədir: "Adəmi kamil şəkildə düzəldib ona surət verdikdən sonra öz ruhumdan üflədim...” (Hicr surəsi, 29).
    Həmçinin, bu ayə də həmin mənadadır: "Göylərin (qübbəsini) ucaltdı və düzəldib nizama saldı”.(İnfitar, 7. ) Qeyd olunan iki ayədə "təsviyə”-düzəltmək kəlməsindən məqsəd, asimanı ucaldıb bəşəri xəlq etməkdə mötədilliyə riayət etməkdir. Belə ki, Allah-təala bu ayədə buyurur: "O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı.(Cəlaluddin Əbdürrəhman ibn Əbu Bəkr Süyuti Şafei onların ən böyük və adlı-sanlı alimlərindən biridir. O, aşağıdakı kitabların müəllifidir: "Tarixül-Xüləfa”, "Təzkirətül-hüffaz”, "Bəğiyyətul-vuat”, "Əl-Behcətul-Mərziyyə” (ərəb qrammatikasına dair), "Dürrülmənşur” təfsiri, "Camei-Kəbir” və "Camei-Səğir” (hədislər barədə) və fiqh, hədis, Quran təfsiri və s. elmlər barədə yazdığı bir çox kitablar, Süyuti 910-cu hicri-qəməri ilində vəfat etmişdir. Usyut və Süyut Misirin şəhərlərindəndir. )”
    Qeyd olunan rəvayətdə qəbiri düzəltmək barədə olan ən yaxın və aşkar ehtimal budur ki, qəbirin üstü yerlə bərabər olmalıdır. Bu da aşağıdakı cəhətlərə görədir: Birincisi, rəvayətdə onun üçün bərabər (və müadil) məna deyilməmişdir.
    İkincisi, qəbirin hündürdə olduğu halda, onun hündürlüyünün alınması şərtləndirilmişdir.
    Buna əsasən, əgər biz "təsviyəni”-düzəltməyi-hamarlaşdırma mənasında anlasaq, bu şərt mənasız olacaqdır. Belə nəticə alırıq ki, rəvayət qəbirin üstünü hamar etməyin, onun üstünü qaldırmaqdan daha yaxşı olmasına dəlalət edir.
    Təəccüblü burasıdır ki, İbn Teymiyyə Əbülhiyacın-"Qəbiri inşa etmək olmaz, bu müşriklərin işidir”-hədisinə istinad etmişdir.
    Halbuki, o, Əllamə Hillinin: "Qəbirin yer səthindən azacıq hündürdə hamar şəkildə düzəldilməsi şəriətə uyğundur. Sünnilərin bu işdən çəkinərək qəbirləri ucaltmasının səbəbi isə, qəbirləri hamar şəkildə inşa edən şiələrlə müxalifət etməsindən irəli gəlir”-fikrinə münasibətini bildirərək yazır: "Hənəfi və hənbəli məzhəblərinə əsasən qəbirin ucaldılması, onun yer səthindən azacıq hündürdə hamar şəkildə inşa edilməsindən daha yaxşıdır. Necə ki, səhih rəvayətdə Peyğəmbərin (s) qəbrinin uca şəkildə inşa edildiyi göstərilir”. Şafei qəbirin üstünü hamar etməyi müstəhəb bilir. Çünki o, rəvayətdə qəbirləri düzəltməyə (təsviyə etməyə) əmr olunduğunu görmüşdür. Onun nəzərində "təsviyə”-düzəltmək-hamarlaşdırmaq mənasındadır. Bizim alimlərdən bəziləri demişdir: "Qəbirləri hamar etmək (üstünü yerə bərabər etmək) rafizilərin şüarıdır. Buna əsasən qəbirlərin üstünü yerlə bərabər etmək məkruhdur (bəyənilmir). Amma digər alimlərin hamısı bu dəstə ilə müxalif olub deyirlər: "Qəbirlərin üstünü hamar etmək müstəhəbdir. Baxmayaraq ki, bu iş rafizilərin əməllərindəndir!”.
    Görürsünüzmü, İbn Teymiyyənin öncə inkar etdiyi şeyləri necə etiraf etdi? O, bütün əhli-sünnət alimlərinin qəbul etdiyi və səhih, mötəbər hədislərdə qeyd olunan məsələləri qəbul etmişdir. Belə ki, "Səhih-Buxari”də deyilir: "Qəbir üstünə bir şey (baş daşı, məqbərə, abidə) qoymaq və onu yerin üzərindən hamar şəkildə qaldırmağın üstünlüyü vardır. İbn Teymiyyə də nəhayət, Əbülhiyacın rəvayətini Şafeiyə təbəiyyət edərək, "hamar etməyə” aid edibdir. Lakin bundan öncə həmin rəvayəti qəbirin üstündə tikili və baş daşlarını məhv etməyə aid etmişdi. Şareh Nəsai isə heç bir üstünlük demədən yuxarıdakı rəvayəti bu iki ehtimaldan birinə aid etmişdir: "Bütün qəbir üstə olanları məhv etmək və ya qəbiri hamar etmək”.
    Amma ikinci ehtimal-"Peyğəmbərin (s) qəbri yerlə bərabər deyildi, əksinə, hamar şəkildə, yerdən bir az hündür idi”-deyə, bu səhih hədislə birgə, Şafei və başqalarının dediklərini təsdiqləyir. Bundan əlavə, hədisdə deyilib ki, Peyğəmbər (s) oğlu İbrahimin qəbrini hamar şəkildə yerdən bir az hündür düzəltdi”. Həmçinin, hədis kitablarında belə qeyd edilmişdir: "Əbubəkrin qəbrini Peyğəmbərin (s) qəbri kimi yerdən bir az hündürdə hamar edib, onun üzərinə su səpdilər. Aişə də qəbirin üstündə nalə-şivən edib ağladı”.
    Buna əsasən, İbn Teymiyyə məcbur olub bu iki versiyadan birini qəbul etməlidir: Ya-"qəbirin üstünü hamar şəkildə yerdən bir az qaldırmaq”-məsələsində şiə ilə eyni əqidəyə malik olan sünni alimlərinin hamısının müşrik olmasına hökm versin, yaxud Əbülhiyacın-"qəbirin üstündə olan şeyləri məhv etmək”-barədə söylədiyi hədisdən tam şəkildə əl çəkməlidir. Çünki bu hədisi təkcə Əbülhiyac nəql etmiş və başqaları bu məzmunda bir hədis söyləməmişlər. Belə ki, Şareh Nəsai bu hədisi Süyutiyə(Məhəmməd ibn İdris Şafei dörd sünni məzəhəbindən birinin başçısıdır. O, 150-ci hicri-qəməri ilində Fələstinin Qəzza məntəqəsində dünyaya gəlmiş, 204-ci hicri-qəməri ilində Misirdə vəfat etmişdir. Onun nəsəbi Əbd Manafın oğlu Müttəlibə çatır. Bu baxımdan ona, "Müttəlibi” də deyirlər. Şafei Məkkədə böyüyüb boya-başa çatmış, orada və Mədinədə təhsil alaraq yenidən Bağdada qayıdıb hədis söyləməyə başlamışdır. Sonra Misirə gedib ömrünün sonuna qədər orada yaşayıb. O, Malik ibn Ənəs, Məhəmməd ibn Həsən Şeybani və başqa alimlərdən elm və hədis öyrənmişdir. Şafei Əhli-beytə(s) məhəbbətini aşkar etmək məsələsinə çox bağlı idi. Bu barədə bir çox gözəl şerlər yazmışdır. O cümlədən, "Ey Peyğəmbərin (s) Əhli-beyti, sizə məhəbbət Quranda vacib sayılmışdır. Sizin məqamınızın əzəməti barədə bu kifayət edər ki, hər kəs sizə salam göndərməsə, namazının faydası yoxdur”. Bu şer onundur: "Əgər Ali-Mühəmmədə məhəbbət kafirlikdirsə, onda bütün insanlar və cinlər bilsinlər ki, mən rafiziyəm (yəni, kafirəm)”. )nisbət vermişdir. Yaxud, Əbülhiyacın hədisi aşağıdakı iki mənadan birinə aid edilməlidir:
    1)"Qəbirin yerin üzü ilə bərabər olmasında” məqsəd, "qəbiri bərabər və hamar şəkildə yerdən bir az qaldırmaqdır və ya əgər hündür olarsa, onu aradan götürmək lazımdır. Rəvayətin də bu mövzuya təsrih etməsi buna sübutdur.
    2) "Yerlə bərabər olmağı” onun müstəhəb olmasına, müşriklərin qəbirlərini xarab edib, onları açmağın vacibliyinə aid etmək lazımdır. Belə ki, "Səhih-Buxari”, Nəsai və İbn Macənin "Sünən”ində bir fəsli bu mövzuya həsr edərək deyirlər: "Peyğəmbər (s) Mədinəyə daxil olduqda, müşriklərin qəbirlərini dağıdıb yerində məscid tikilməsinə göstəriş verdi”.
    "Təsviyə” (düzəltmək) kəlməsinin "təms” (təsvir və əsərləri məhv etmək) kəlməsi ilə bir-birinə yaxın olması göstərir ki, rəvayətdə qeyd edilmiş: "qəbirlərin yerlə bərabər olması”-cümləsindən məqsəd müsəlmanların deyil, müşriklərin qəbirləridir. Çünki qəbirlərdə şəkil çəkmək onların üzərində heykəl qoymaq müşriklərin adətlərindən idi. Belə ki, "Səhih-Buxari”də Aişədən nəql olunur: "Ümm Həbibə və Ümm Sələmə (hər ikisi Peyğəmbərin (s) həyat yoldaşı olmuşlar) Efiopiyada içərisində şəkillər asılmış bir kilsə gördüklərini Peyğəmbərə (s) xəbər verdikdə, Həzrət buyurdu: "Onların ləyaqətli və hörmətli bir şəxsləri öldükdə onun qəbiri üzərində məbəd tikərək içərisində təsvir və şəkillər asırlar. Bunlar Qiyamət günündə Allah-təalanın yanında ən pis camaat olacaq”. Buxari bu hədisi "Cahiliyyət müşriklərinin qəbirlərini açmaq” fəslində də qeyd etmişdir.
    Müslim, Termizi və bir çoxları belə nəql etmişlər: "Həzrət Rəsul (s) qəbirlər üzərində məqbərələr tikməyi, onlara yazılar həkk etməyi və ornament, mozaika kimi şeylərlə zinətləndirməyi qadağan etmişdir”. Yuxarıda qeyd olunanlara əsasən, Peyğəmbərin (s) sünnəsindən qəbir barədə bizə bundan başqa hədis çatmamışdır.
    Bu hədis barədə də deyirik: birincisi, nəhy və qadağa həm harama, həm də məkruha aiddir. Xüsusilə, hədislərdə qeyd olunan nəhy və qadağa.
    İkincisi, müsəlmanlar hədisdə qeyd olunan üç nümunəyə (ornamentlə bəzəmə, məqbərə tikmək və qəbirin üzərinə yazı yazmaq) əməl etməmişlər.
    Sendi adı ilə məşhur olan Məhəmməd ibn Əbdülhadi Hənəfi deyir: "Həkim Nişaburi bu hədisi özünün "Müstədrək” kitabından nəql etdikdən sonra demişdir: "Bu hədisin sənədlərinin düzgün olmasına baxmayaraq, ona əməl edilməmişdir. Çünki bütün müsəlmanlar (istər Şərqdə olsun, istər Qərbdə) qəbirlərinin üzərinə bir şey yazırlar. Bu əməli sonrakılar öncəkilərdən öyrənmişlər.
    Mən də deyirəm: "Qəbirin üzərində məqbərə tikmək də yazı yazmaq kimidir. Çünki, öncəkilərdən əlavə, bütün xalq din böyüklərinin qəbirlərinin üzərində məqbərə tikməyi onları məhv olmaqdan qorumaq naminə lazım bilir, həmçinin, onları qorumağı din üçün bir şüar hesab edirlər. Buna əsasən, ehtimal ilə verilən tək bir xəbər, müsəlmanlar yekdil olduğu qəti xəbərə qarşı çıxa bilməz. Bütün bunları Həzrət Mühəmməd (s) və ondan öncəki peyğəmbərlərin əməllərinə artırın. Çünki, Rəsuli-Əkrəm (s) "hicri İsmailin” dağıdılmasına deyil, onun qalmasına əmr verdi. Bununla belə, həmin məkan İsmail və anası Hacərin dəfn olunduğu yer idi. Həmçinin, Peyğəmbərin (s) özü və o Həzrətdən (s) sonrakı xəlifələr İbrahim Peyğəmbərin (ə) oğlunun qəbrini və Beytül-müqəddəsdə dəfn olunmuş digər peyğəmbərlərin qəbirlərinə toxunmayıb, öz vəziyyətində saxladılar.
    Peyğəmbər (s), Əbubəkr və Ömər dəfn olunan otaq da peyğəmbər və mürsəllərin qəbirləri kimidir. Buna əsaslanaraq, möminlərin də qəbirlərini tikib üzərində məqbərə ucaltmaq olar.
    Səhabələr Peyğəmbərin (s) olduğu otağa dəyməyiblər. O, hətta onu təmir etməsi bu, qəbir üzərində məqbərə tikməyə, baş daşı qoymağın caizliyinə aşkar sübutdur.
    İrad
    Mümkündür ki, belə desinlər: Təkcə qəbrin üzərində gümbəz tikmək yox, habelə, gümbəzin altında məqbərə tikib ölünü orada dəfn etmək də haramdır”.
    Cavab
    Birincisi, qəbiri inşa etməyin haram olması və Peyğəmbərin (s) bu əməli qadağan etməsi, ehram bağlayan şəxsin hərəkət halında başı üzərinə kölgə tutmasının haramlığı və Həzrətin (s) bu əməli qadağan etməsi kimidir. Necə ki, ehram bağlayan şəxsin kölgəli yerdə dayanması haramdır. İstər ehram bağlandıqdan sonra kölgədə dayansın, istərsə də kölgəli yerdə ehram bağlayıb öz yerində dursun. Eləcə də qəbir üzərində tikili inşa etmək istər əvvəlcədən olsun, istərsə də sonradan hər iki halda haramlığı da onun kimidir.
    İkincisi, qəbirləri inşa etmək, əgər Məhəmməd ibn Əbdülvəhhab və İbn Teymiyyənin dediklərinə görə cahiliyyət zamanın bütləri hökmündədirsə, onda qəbiri dəfndən öncə inşa etməklə, dəfndən sonra inşa etmək eyni hökmə malikdir. Buna əsasən, Peyğəmbərin (s), Əbubəkr və Ömərin o Həzrətin otağında dəfn olunması sonradan və öncədən qəbiri inşa etməyin caizliyinə sübutdur. Üstəlik, bu da aydın olur ki, Peyğəmbəri (s) özümüzə örnək tutmaq, bəyənilmiş bir işdir. Buna əsasən icazə verilir ki, biz Peyğəmbərin (s) dostlarının və o Həzrətin övladlarının qəbirlərini inşa edək. Çünki hər ikisinin səbəbi və ölçüsü eynidir. Müsəlmanların hamısı bunların arasında fərq olmasına etiqad bəsləyirlər.
    İbn Teymiyyə nəyə istinadən deyir ki: "Peyğəmbər (s) qəbir inşa etməyi öz ümmətinə icazə verməmiş və halal buyurmamışdır. Peyğəmbərin (s) qəbri ilə sair möminlərin qəbirləri arasında fərq qoymamışdır?”. Lakin, dedik ki, qəbiri inşa etməyə icazə verilir və Peyğəmbər (s) özü üçün qəbir inşa edilməsini şəriətə uyğun saymışdı. Çünki Həzrət vəsiyyət edib ki, onu vəfat etdiyi otaqda dəfn etsinlər. Aydın olur ki, hökmün əsası bir şeydir və Peyğəmbərin (s) qəbrinin və möminlərin qəbirlərinin inşa edilməsinin səbəbi də müştərəkdir.
    Üçüncüsü, Quranda xüsusi şəkildə Peyğəmbərin (s) mübarək məzarı üzərində məqbərə tikilməsi haqda aşkar bir şey söylənilməməsinə baxmayaraq, ümumi şəkildə aşağıdakı ayələrdə bu məsələyə toxunulmuşdur:
    a)"(Ey insanlar! Sizə əmr etdiyim) Budur və hər kəs Allahın mərasiminə, nişanələrinə (qurbanlıq və Həcc mərasiminə və s.) hörmət qoysa, bu (hörmət) şübhəsiz ki, onların qəlblərinin təqvasındandır (Həcc, 32)”.
    v)"Və hər kəs haram buyurduqlarına hörmət (riayət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar (Həcc, 30)”.
    s)"Ey iman gətirənlər! Allahın nişanələrinə (müəyyən etdiyi mərasimlər, Həcc mərasiminə) hörmətsizlik etməyin...! (Maidə, 2)”.
    Peyğəmbərlərin və müsəlmanların dini rəhbərlərinin mübarək bədənləri uyuyan məzar və məqbərə, habelə, ziyarətgahlar dinin nişanələrindəndir. Belə ki, onları qorumaq, məhv olmaqdan saxlamaq hamıya vacibdir. Çünki onları məhv (dağılmaqdan) olmaqdan saxlamaq, istər qəbir üstə tikili inşa etmək, istərsə də inşa baxımından təmir etmək, yaxud təzəsini tikmək, onlara hörmət bəsləmək deməkdir. Necə ki, məscidləri (xarab olmaqdan) dağılmaqdan qoruyub saxlamaq, onlara hörmət bəsləyib böyük tutmaq deməkdir.
    Daha da aydın olsun deyə, əlavə edirik:-Allah-təala Səfa və Mərvəni öz nişanələrindən, hörmət ediləsi məkanlardan sayaraq, onlara sayqı bəsləməyi hamıya vacib bilmişdir. Buna əsasən peyğəmbərlər, övliyalar və saleh insanların mübarək bədənləri dəfn olunan yerlər dini nişanə və şüar olmağa daha layiqdir. Çünki o yerlər, Allah-təalanın tikilib ucalmasını və Özünün müqəddəs adının orada zikr edilməsini istədiyi evlərdəndir.
    Ayədəki "beytdən (evdən)” məqsəd, Allaha itaət və ibadət olan evdir. Bu baxımdan, "beyt-ev-”kəlməsi, həm məscidləri, həm də ziyarətgah, hərəm və məqbərələri əhatə edir. Çünki hər ikisi Allaha ibadət və itaət olunan məbəd və məkandır. İslam şəriətində məscidlərin təmirinə, onlara hörmət edilməsinə dəlalət edən bir şey olmasaydı belə, həmin ayə ümumi məfhumuna əsasən məscidin təmirinin, ona hörmət bəsləməyin və onda Allahı yad etməyin vacibliyinə dəlalət üçün bizə kifayət edərdi. Çünki məscid Allahın daimi, qalacağını istədiyi evlərdəndir.
    Allahın dini İslamı yad etməyə səbəb olan ziyarətgahları, məzarları təmir etmək, hörmət bəsləmək və onları qorumaq baxımından məscid kimidir.
    Bu baxımdan, müsəlmanlar Peyğəmbərin (s), Əhli-beytin (s) və o Həzrətin səhabələrinin dəfn olunduğu yerləri öz halında saxlamağı təkid edirlər. Müsəlmanların uzun müddət müqəddəs şəxslərin qəbirlərini məhv olmaqdan qorumağa çalışmasının səbəbi budur ki, o əməlin (qəbirləri inşa etməyi, onlara hörmət bəsləməyi) dini əsaslarını ucaldıb möhkəmlətmək və iman əhlinin hörmətini gücləndirmək istəmişlər. Qətiyyən bu əməl şirk və bütpərəstliyin nümunəsi deyildir. Halbuki, vahabi rəhbərləri (liderləri) belə fikirləşiblər.
    Məhəmməd ibn Əbdülvəhhab demişdir: "Qəbir üzərində tikili inşa etmək, cahiliyyət dövründə ibadət edilən çubuq və daşlar hökmündədir”. Kaş o, başa düşəydi ki, bu sözləri Həzrət İsmail (ə) və anası Hacərin qəbirləri üzərində "hicr” (hərəm, məqbərə) inşa etməyin Peyğəmbərin (s) onun dağıdılmasının qarşısını almasının və Rəsul (s) dəfn olunan otağı inşa etməyə irad tutulması mənasını verir. (Halbuki, bunun heç bir irad olmamasını vurğuladıq).
    Səhabələr Peyğəmbəri (s) öz pak otağında dəfn edib, qapılarını bağlamağı göstəriş verdilər. Kim deyə bilər ki, səhabələr bu işlə otağın divarlarına büt kimi pərəstiş etmək istəmişlər?!
    İbn Teymiyyə "Minhacüs-sünnə”də yazır: "Ömər ibn Xəttab müsəlmanların müəyyən bir yeri Peyğəmbərin (s) oturub-durduğu yer hesab edərək, orada namaz qıldıqlarını gördükdə, onları bu işdən çəkindirib deyərdi:-Sizdən öncəki camaatın həlak olmasının səbəbi, onların öz peyğəmbərlərinin nişanələrini ibadətgaha çevirmələri idi”.
    İbn Teymiyyə bilməlidir ki, Ömərin bu işi qadağan etməsi onun şəxsi ictihadından irəli gəlir. Əks halda, heç kəs Peyğəmbərin (s) namazı yerdə qılmağın haram və batil olmasını söyləməmişdir. "Səhihi-Buxari”də Peyğəmbərdən (s) belə rəvayət olunur: "Həzrət (s) buyurdu: "Allah-təala bütün Yeri mənim üçün məscid (səcdə yeri) və pak qərar vermişdir. Hər zaman mənim ümmətimdən olan şəxs namazın vaxtının çatdığını dərk edərsə, orada (yer üzərində, torpaqda) namaz qılsın”.
    Buna əlavə olaraq, müsəlmanlar, xüsusilə, İmamiyyə firqəsi bu sözün Ömərə nisbət verilməsini inkar edirlər. Çünki Ömər bu işin qarşısını alsaydı, peyğəmbərlərin nişanələrini, Həzrət Rəsulun (s) və Əbubəkrin qəbirlərini öz halına buraxmazdı!
    Habelə, o, vəsiyyət etməzdi ki, onu Peyğəmbər (s) məzarının kənarında dəfn etsinlər. Buna əsasən, qəbirləri inşa etmək cahiliyyət zamanının bütləri hökmündədirsə, heç vaxt Ömər, ondan öncə Əbubəkr və onlardan sonrakı səhabələr Peyğəmbərin (s) dəfn olduğu yeri öz halına buraxıb, o Həzrətin kənarında başqalarını dəfn etməzdilər....
    Qeyd olunanların hamısı Məhəmməd ibn Əbdülvəhhabın bu barədə verdiyi fitvaların məntiqdən uzaq və həvayi-həvəsdən doğduğunu çatdırır.
    Allah-təala bizləri bu işdən və belə fikir tərzindən uzaq etsin.
    4-ZİYARƏTGAH VƏ HƏRƏMLƏRİ BƏZƏMƏK
    Ziyarətgah və hərəmləri qızıl-gümüşlə bəzəməyin idrak və şəriət baxımından heç bir eybi yoxdur
    Dördüncü məsələ bundan ibarətdir:-Ziyarətgahları, övliyaların qəbirlərini qızıl-gümüşlə zinətləndirib cavahiratla bəzəməyin, onları çıraq və qəndillərlə işıqlandırıb qəbirlərin üzərinə kölgə (çardaq) qoymağın nə eybi vardır?
    Vahabilər bunların hamısını haram bilirlər. Bəzən deyirlər ki, bu iş mənasızdır və meyit üçün heç bir faydası yoxdur. Bəzən də Məhəmməd ibn İdris Şafeidən(Əbdürrəhman ibn Məhəmməd ibn Xəldun İşbili sünnilərin tanınmış alim və tarixçilərindəndir. O, şiələrə sərt mövqedə dururdu. Onun əsli Əndəlus (İndiki İspaniya) xalqından olmuş və İşbiliyyə şəhərində yaşamışdır. Amma ömrünün sonlarını Misirdə keçirmişdir. İbn Xəldun "Əlibəru” və "Divanül-mübtəda vəl xəbər” və "Müqəddimə” kitabları ilə məşhurdur. Belə ki, onları siyasi, ədəbi və ictimai elmlərin xəzinəsi bilmişlər. O, hicri 808-ci ildə Misirdə vəfat etmişdir. ) nəql edərək deyirlər: "Ömər bir qəbrin üzərində gümbəz gördükdə, onu aradan qaldırıb dedi: Qoyun, onun əməli üzərinə kölgə salsın”. Digər bir yerdə Abdullah ibn Abbasın hədisinə istinad edirlər: "Peyğəmbər (s) qəbirləri ziyarətə gedənləri, qəbirlərin kənarında namaz qılanları və orada çıraq, qəndil yandıranları lənətləmişdir”.
    İmamiyyə şiəsinin yuxarıdakı fikirlərin caizliyinə dair sübutları
    1)Allah-təala buyurur: "Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən, onları (Haqq yoldan) çıxartmaz. Həqiqətən, Allah-təala hər şeyi (olduğu kimi, layiqincə) biləndir! (Tövbə, 115)”.
    Bu barədə birinci müqəddimədə geniş şəkildə izah verib, oxucular üçün aydınlaşdırdıq.
    2)Hərəm və qəbirləri bəzəməyi, onlarda olan asılmış şeyləri və zinət əşyalarını Kəbənin bəzəyi, üzərinə örtülən parça ilə müqayisə etmək lazımdır. Çünki hər ikisində məqsəd eynidir. Pərdələrdən, zinət əşyalarından istifadə etməyin mənasız olması, onların hər ikisinin müştərək səbəbidir. Halbuki, xəlifələrin adətləri belə olmuşdur ki, onlar bu işi, Kəbəni əzəmətli hesab etmək nişanəsi bilirdilər. Hətta, Peyğəmbərin (s) sirəsi də (əməl, rəftar) belə olmuşdur. İslam tarixi və hədis kitabları buna şahiddir.
    İbn Xəldun(Əbu Vail, Şəqiq ibn Sələmeyn Əsədəi Kufi 82 yaxud 89-cu hicri ilində 100 yaşında vəfat edib.) özünün "Müqəddimə” kitabında yazır: "Dünyadan köçmüş xalqlar Məkkənin cahiliyyət dövrünü əzizləyirdilər. Kəsra (İranın padşahı Xosrov) və onun kimi digər padşahlar Məkkəyə çoxsaylı mal-dövlət və xəzinələr bağışlayırdılar. Əbdülmütəllibin Zəmzəm quyusunu yenidən qazarkən oradan qılınclar və iki qızıl ahu (ceyran) heykəli tapması hekayəsi məşhurdur.
    Allahın Rəsulu (s) Məkkəni fəth etdikdə, Kəbə evində yerləşən quyudan 490 misqal qızıl tapdı. Bu məbləğ padşahların Kəbə evi üçün göndərdiyi ərməğanlardandır. Yuxarıda qeyd olunan qızılın qiyməti iki milyon dinara bərabərdir.
    Əli ibn Əbutalib (ə) Peyğəmbərə (s) dedi: "Ey Allahın Rəsulu! Kaş bu sərvəti döyüşün xərclərinə istifadə edəydin. Amma Həzrət Rəsul (s) ona əl vurmadı. Sonra həmin təklifi Əbubəkr də etdi. O, yenə də ona əl vurmadı. Belə ki, deyir: Əbu Vail(İbn Xəldun onun arxasınca izah verir ki, Əftəs Həsən ibn Hüseyn (Əli) ibn Əli ibn Zeynal-abidin idi. O, hicri 199-cu ildə Məkkəni fəth edib Kəbəyə doğru tələsərək, oranın bütün xəzinəsini qarət edib dedi: "Bu sərvət Kəbənin dərdinə dəymir, faydasız olaraq orada xəzinə edilmişdir. Biz bunu döyüşdə xərcləməyə daha layiqik”. ) söylədi: Şeybə ibn Osmanın yanında oturmuşdum. Ömər ibn Xəttab da mənim kənarımda əyləşmişdi. Ömər dedi: Qərara gəlmişəm ki, orada (Kəbə evində) heç bir sarı (dinar, qızıl) və ağ (gümüş, dirhəm) qoymayım və hamısını müsəlmanların arasında bölüm. Dedim: Sən belə iş görməyəcəksən! (görə bilməzsən).
    Dedi: Nə üçün? Dedim: Ona görə ki, sənin iki yaxın dostun (Peyğəmbər (s) və Əbubəkr) bu işi görmədilər. Ömər dedi: Onlar elə şəxslər idilər ki, camaat onlara iqtida edirdi. Bu mal-dövlət Əftəsindir”. (Furqan, 74.)
    Müəllif: "Əftəsdən sonra bu iş yenə də keçmiş xəlifələrin adəti ilə davam etdi. Belə ki, müsəlmanlar Allahın evi və Peyğəmbərin (s) hərəmi üçün mal-dövlət, xəzinələr vəqf yaxud hədiyyə etdilər. Amma vahabilər Məkkə və Mədinədə fitnə qaldırdıqda, o iki hərəmdə (Məkkə və Mədinədə) olanların hamısını qarət etdilər. Onların bu işləri Peyğəmbər (s) və onun səhabələrinin əməl və rəftarının əksinə idi”.
    Buxari "Səhih”də "Peyğəmbərin (s) sünnələrinə iqtida bölməsində -"İlahi, bizi müttəqilərə imam (rəhbər) et!”(Bu kitabın müəllifi Əhməd ibn Məhəmməd Qirtəbi Əndəlusi Malikidir. O, "İbn Əbdu Rəbbih” adı ilə məşhurdur. Hicri 328-ci ildə İspaniyada vəfat etmişdir. )-ayəsinin təfsirində deyir ki, məqsəd budur: "Biz, bizdən öncə olanların arxasınca gedirik və bizdən sonra da gələnlər bizim ardıcıllarımız olacaq”.
    3)Ömərdən nəql olunan rəvayətin qəbirin üzərində məqbərə tikmək yaxud kölgəlik salmağın haramlığına deyil, məkruh olduğuna aid etmək olar. Xüsusilə, Ömərin özünün qəbri, habelə, Peyğəmbərin (s) və Əbubəkrin qəbirləri elə ilk gündən indiyə qədər müsəlmanların, səhabələrin və tabeinlərin gözü önündə üstüörtülü, tavanın altında olmuşdur.
    Bundan əlavə, "Səhih-Buxari” və "Əqdul-fərid(İmam Həsən Müctəbanın oğlu Həsəni Müsənnadır. O, Kərbəla hadisəsində yaralanmışdı. Anasının qohumları (adamları) Ömər Sədin qoşununda idilər. Onlar onu döyüş səhnəsindən uzaqlaşdırdılar. Buna əsasən o, Həsən ibn Əli yox, Həsən ibn Həsəndir. Həsəni Müsənna, əmisi İmam Hüseynin(ə) qızı Fatimə ilə evlənmişdi. Həmin Fatimə bir il Bəqi qəbirstanlığında ərinin məzarının kənarında əza saxlamışdır. ) kitabında belə deyilir: "Həsən ibn Əli(Nuh surəsi, 23-cü ayə. ) vəfat etdikdə, həyat yoldaşı bir il ərzində onun qəbri üzərində gümbəz qoydu və sonra onu götürdü. Xatırlamaq lazımdır ki, həmin gümbəz qəbirin üzərinə kölgə salırdı”.
    Bu baxımdan deyə bilərik ki, bəzən bir şeyin məkruh olması, bir sıra ümumi məsləhətlərə görə aradan götürülür. Məsələn, qəbirin kənarında zəvvarları və Quran qarelərini isti və soyuqdan qorumaq üçün talvarlar. Bu elə bir məsləhətdir ki, faydası müsəlmanlara qayıdır. Halbuki, meyit ondan bəhrələnmir.
    4)İbn Abbasın rəvayətinin doğru olması fərzilə Peyğəmbərin (s) sünnəsi və müsəlmanların əməlinin əksinədir. Çünki, Peyğəmbərin (s) qəbrinin kənarında qəndil yandırmaq, xəlifələrin zamanından bu günümüzə qədər davam edir.
    5)Möminlər və qəbirləri ziyarət edənlərin ziyarətgah, hərəm və məqbərələrdəki işıqlıqdan gördükləri fayda, bu işin səmərəsiz və mənasız olduğunu iddia edən müxaliflərin fikrini rədd edir. Xüsusilə, qəbirdən uzaq və aralı duran və ya oturan şəxslər üçün böyük faydası vardır. Həmçinin, Quran oxuyanlar da o işıqdan istifadə edirlər. Buna əsasən, hərəm və ziyarətgahı işıqlandırmaq, çıl-çıraqla bəzəmək, müxalif qrupun nəzərinin əksinə olaraq israf deyildir.
    Category: Vəhabi firqəsi | Added by: Islam_Kitabxanasi
    Views: 704 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024