İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhabi firqəsi

    Vəhabi firqəsi
    2012-03-19, 4:50 AM
    5-PEYĞƏMBƏR VƏ İMAMLARIN QƏBRLƏRİNİ ZİYARƏT ETMƏK ŞİRK DEYİL
    İslam Peyğəmbəri (s) və İmamların qəbirlərini ziyarət etmək şirk deyil və Allahdan başqasına ibadət sayılmır
    Vahabilər belə deyirlər: "İmamların (ə) qəbirlərini ziyarət etmək, uzaq yerdən Peyğəmbərin (s) qəbrini ziyarətə gəlmək caiz (düzgün) deyildir”. Onların əqidəsi belədir ki, bu iş şirk və Allahdan başqasına ibadətdir.
    İbn Teymiyyə "Minhacus-sünnə” kitabının birinci hissəsində yazır: "Bu İslam dininin zəruri məsələlərindəndir ki, Peyğəmbər (s) İmamiyyə şiəsinin hərəm, ziyarətgah və qəbirlər barədə nəql etdiklərinə dair heç bir göstəriş verməmiş və öz ümməti üçün peyğəmbərlərin və saleh insanların (övliyaların) qəbirləri kənarında heç bir əməli şəriətə aid etməmişdir. Bu işlər müşriklərin adət-ənənələrindəndir. Belə ki, Allah-təala onlar barədə buyurur: "Və (kafirlər öz tabeçiliyində olanlara) dedilər: Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Vəddi, Suvaı, Yəqusu və Nəsri atmayın!”.(Məhəmməd ibn Məhəmməd ibn Noman Bağdadi hicri 413-cü ildə vəfat etmişdir. O, Şeyx Müfid adı ilə məşhurdur. Şiənin görkəmli fəqihlərindən, əqaid və islami məzhəblərin alimlərindən biridir. O, Seyyid Mürtəza, "Nəhcül-bəlağə”nin müəllifi Seyyid Rəzi, Şeyx Tusi və şiənin bir çox adlı-sanlı alimlərinin (müəllimi) ustadıdır. "İrşad”, "Məcalis”, "Məqnəə”, "Əl-cüməl” onun çap olunmuş kitablarındandır.)
    İbn Abbas demişdir: "Bunlar Nuhun qövmündə adlı-sanlı, ləyaqətli insanlar idilər (yəni, Vədd, Suva, Yəğus, Yəuq və Nəsr). Onlar öldükdə, camaat qəbirlərini ziyarətə getdi, uzun müddətdən sonra onların heykəlləri düzəldildi, onlara pərəstiş etdilər...”
    Həmçinin, İbn Teymiyyə İmamiyyə şiəsinin əqidə və ideyalarını tənqid edən iradların birində deyir: "Onlar qəbirlərin üzərində inşa edilmiş gümbəz və məqbərələrə hörmət bəsləyir, müşriklər kimi onların yanına gedib ziyarət edirlər. Hacılar Allah Evinə Həcc ziyarətinə getdikləri kimi, onlar da öz imamlarının hərəminə və ziyarətgahlara həccə gedirlər!”.
    Hətta, bəzi şiələr öz imamlarının qəbirlərini ziyarət etməyi Allah Evinə Həccə getməkdən üstün bilirlər. Hələ üstəlik, öz imamlarının qəbirlərini ziyarət etməklə, Allahın vacib buyurduğu Kəbə evinin ziyarətini lazımsız bilməyənləri pisləyirlər. Bu qəbildən olan əqidələr xristian və müşriklərin dini etiqadlarındandır. Belə ki, onlar bütlərə pərəstişi Allaha pərəstiş etməkdən üstün bilirlər.
    Onların alim və rəhbəri Şeyx Müfid(Seyyid Noman ibn Mahmud Alusi hicri Bağdadi 1317-ci ildə vəfat etmişdir. O, İraqın tanınmış sünni alimlərindəndir. "Əlayatul-bəyyinat” və "Cəlaul-eyn” kitablarının müəllifidir. O, bu kitabları İbn Teymiyyənin fikirlərinə əsasən yazmışdır. Bu kitab vahabi məzhəbinin diqqət mərkəzində olmuşdur.) "Mənasiku-məşahid” adlı bir kitab yazmışdır. Orada belə demişdir: "Allahın məxluqlarının qəbirləri Kəbə və Allahın Evi kimi ziyarət edilməlidir (Ora Həccə gedilməlidir)”.
    Peyğəmbərin (s) qəbrini ziyarət etməyin haram olmasını söyləyən Alusi(Əraf, 138. 
    ) kimi sünni alimləri Buxarinin "Üç məsciddən başqa məscidi ziyarət etməyin”-hədisinə istinad etmişlər.
    Məhəmməd ibn Əbdülvəhhab da "Kəşfuş-şübəhat” əsərində şiənin peyğəmbərlər və övliyaların qəbirlərinə hörmət bəsləmələrini, onları ziyarət etməyi, qəbirlərin kənarında dua, onlara təvəssül etməyi və onlardan şəfaət diləməyi haram bilmiş və demişdir ki, guya, şiələr onları "Allah” bilirlər.
    Məhəmməd ibn Əbdülvəhhab deyir: "Bu mətləbə dair olan sübutlardan biri belədir:-Allah-təala bəni-İsrailin imanlı və ləyaqətli olmasına baxmayaraq, onlardan nəql edərək buyurur: "Dedilər: Ya Musa! Bizə onların (bütpərəstlərin) sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!”(Əbu Hüreyrə hicri 8-ci ildə müsəlman oldu. O, saxta hədis düzəltməkdə və Peyğəmbərə (s) yalan nisbət verməkdə o qədər ifrata vardı ki, Ömər ibn Xəttab öz xilafəti dövründə onu kötəkləyib dedi: "Əgər yalanlarından əl çəkməsən, səni Dus dağına (Yəməndə yerləşir) qaytaracağam!”. Onu daha artıq tanımaq üçün Misir alimi, mərhum Mahmud Əbu Riyyə və Əllamə Seyyid Əbdülhüseyn Şərəfüddin Amilinin yazdıqları "Əbu Hüreyrə” kitabına müraciət edə bilərsiniz. Bir gün Peyğəmbər (s) onun əbasının altında bir pişik balası görüb buyurdu: "Ey Əbu Hirrə! (yəni, ey pişik oynadan)”. O gündən sonra ona Əbu Hüreyrə (kiçik pişik atası) dedilər. Əbu Hüreyrə 57-ci hicri ilində dünyadan köçdü. O, sünnilərin tanınmış alimlərindəndir. Onun hədislərini çox mötəbər sayır və hörmət edirlər. Əlbəttə, onun bəzi hədisləri düzgündür və şiələr də onları rəvayət etmişlər. ).
    Bir qrup səhabə Peyğəmbərə (s) dedilər: "Ya Rəsulallah! Bizim təvəssül etməyimiz üçün bir vasitə təyin et!”. Peyğəmbər (s) and içib buyurdu: "Bu fikir, bəni-İsrailin Musaya (ə) dedikləri fikir kimidir: "Ya Musa! Bizim üçün bir Allah (büt) qərar ver (təyin et).
    Müəllifin vahabilərə cavabı
    Nəql etdiklərimizin cavabını bir neçə fəslin əsasında veririk:
    Birinci fəsil
    Əhli-sünnənin (sünnilər) qəbirlərin və Həzrət Peyğəmbərin (s) mübarək məzarının ziyarətinə dair söylədikləri hədislər. Bu barədə sübutumuz mütəvatir, səhih və açıq-aşkar söylənilən hədislərdir. Bunlardan əlavə, müsəlmanların əməl və rəftarı Peyğəmbərin (s) öz zamanından günümüzə qədər belə olmuşdur. Peyğəmbər (s) özü də Ühüd şəhidlərinin qəbirlərini və Bəqi qəbirstanlığını ziyarətə gedərdi.
    İbn Macə və Nəsainin "Sünən”ində, habelə, Qəzalinin "Ehya-ülum-id-din” kitabında Əbu Hüreyrədən belə rəvayət olunur: "Həzrət Rəsul (s) buyurdu: "Qəbirləri ziyarət edin ki, sizlərə axirəti xatırladır”. Yenə də həmin kitablarda İbn Əbu Müleykə Aişədən rəvayət edir: "O, dedi: "Peyğəmbər (s) qəbirləri ziyarət etməyə göstəriş verərdi”.
    Habelə, yuxarıda qeyd olunan kitablarda yenə Əbu Hüreyrədən(İbn Hacər Əsqəlani "Təqribut-təhzib” əsərində yazır: "Deyirlər ki, Abdullah ibn Übeydullah ibn Əbu Müleykə ibn Abdullah ibn Cudan Əbu Müleykə Zühəri Timi Mədəninin adı idi. İbn Əbu Müleykə Peyğəmbərin (s) 30 səhabəsini görmüşdür. O, fəqih idi və 117 hicri-qəməri ilində vəfat etmişdir. ) rəvayət olunmuşdur: "Peyğəmbər (s) anasının qəbrini ziyarət edib ağladı və orada olanları da ağlatdı. Sonra buyurdu: "Allahımdan anamın qəbrini ziyarətə getmək üçün icazə istədim. O da icazə verdi. Siz də qəbirləri ziyarət edin, çünki axirəti yadınıza salır”.
    Bu kitablarda Abdullah ibn Məsuddan rəvayət olunub ki, Peyğəmbər (s) buyurdu: "Əvvəllər sizləri qəbirləri ziyarət etməkdən çəkindirirdim. Lakin indi kim ziyarət etmək istəsə, buyura bilər, çünki bu iş axirəti yadınıza salır. Amma orada faydasız, mənasız sözlər danışmayın”.
    Qəzali Ehya-ülum-id-din” kitabında İbn Əbu Müleykədən(Nafe Abdullah ibn Ömərin nökəri idi. İbn Hacər Əsqəlani "Təqrib ”-də yazır: "Abdullah ibn Ömərin nökəri, Əbu Əbdillah Nafe Mədəni etibarlı və məşhur fəqih olmuşdur. O, 117-ci hicri ilində yaxud ondan bir az sonra vəfat etmişdir. ) belə rəvayət edir: "Bir gün Aişənin qəbir əhlinin ziyarətindən gəldiyini gördükdə, soruşdum: -Ümmül-möminin! Haradan gəlirsiniz? Aişə dedi: -Qardaşım Əbdürrəhmanın qəbrinin ziyarətindən gəlirəm. Dedim: -Məgər, Peyğəmbər (s) bu işi qadağan etməmişdir?
    O, dedi: -Əvvəllər qadağan etmişdi, lakin sonralar ziyarət etmək göstərişi verdi”.
    Sünnilərin "Səhih” və "Sünən” hədis kitablarında qəbir əhlinin ziyarətinin xüsusiyyətlərinə dair hədislər yazılmışdır. O cümlədən, biri belədir: "Peyğəmbər (s) buyurdu: Bəqi qəbirstanlığına getdikdə, belə deyin: Əssəlamu əla əhlid-diyari minəl-muminin”.
    Bunlar saleh insanların, övliyaların ziyarətinə dair rəvayətlər idi. Lakin Peyğəmbərin (s) qəbrinin ziyarəti barədə bir çox mötəbər hədis və rəvayətlər vardır. Belə ki, Darqutni (****), Beyhəqi, Qəzali və digər alimlər o Həzrətin qəbrini ziyarətin fəziləti barədə çoxlu rəvayətlər nəql etmişlər.
    O cümlədən, Peyğəmbərin (s) buyurduğu aşağıdakı rəvayət: "Kim məni (qəbrimi) ziyarət etsə, şəfaətim ona vacib olacaqdır (yəni, mütləq ona şəfaət edəcəyəm)”. Bu şəfaət Peyğəmbərin (s) qəbrini ziyarət edənlərə məxsusdur. Bütün möminlərə Peyğəmbər (s) tərəfindən şamil olan şəfaət, əvvəlki şəfaətdən fərqlidir. Peyğəmbərdən (s) daha bir hədis: "Həzrət Rəsul (s) buyurdu: "Kim Mədinədə məni Allaha xatir ziyarət etsə, Qiyamət günündə ona şəfaət edər və onun şahidi olaram”.
    Nafe(Səd ibn Malik Xəzrəci Əbu Səid Xudri adı ilə məşhurdur. Onun babası Xudrə ibn Ovfdur və Peyğəmbərin (s), sonradan da Əlinin (ə) səhabələrindən olmuşdur. Deyirlər ki, səhabələr arasında Əbu Səid qədər fiqh elmini bilən olmamışdır. Peyğəmbərin (s) çoxsaylı hədisləri ondan rəvayət olunmuşdur. O və onun atası Malik Xəzrəci Peyğəmbərlə(s) söhbət etmişlər. Əbu Səid hicri 63-cü (65,64 və ya 74) ildə Mədinədə vəfat edib.  ) Abdullah ibn Ömərdən rəvayət edərək deyir: -Abdullah dedi: Peyğəmbər (s) buyurub: "Kim Həccə gəlib məni ziyarət etməsə, mənə zülm etmişdir”.
    Əbu Hüreyrə Peyğəmbərdən (s) belə rəvayət edir ki, Həzrət (s) buyurdu: "Kim vəfatımdan sonra məni (qəbrimi) ziyarət etsə, sanki həyatda ikən məni ziyarət etmişdir”.
    Abdullah ibn Abbasdan belə nəql olunmuşdur: Peyğəmbər (s) buyurdu: "Kim Həcc səfərinə gəlsə və məni ziyarət etmək məqsədilə məscidimə daxil olsa, iki kamil Həccin savabına nail olacaqdır...”
    Bu qəbildən bir çox mütəvatir hədislər mövcuddur. Məhəmməd ibn Əbdülvəhhab "Kəşfüş-şübəhat” adlı risaləsində yazır: "Mənim əqidəm bundan ibarətdir ki, Həzrət Peyğəmbərin (s) məqamı bütün məxluqatdan üstündür və o, öz qəbrində sağdır (diridir), bərzəxi həyata malikdir. Elə bir həyat ki, Quranın aşkar söylədiyi şəhidlərin həyatından da üstündür. Çünki, Peyğəmbər (s) şəhidlərdən üstündür. Çünki Peyğəmbər (s) ona verilən salamları eşidir. O Həzrəti ziyarət etmək sünnədir, lakin onu ziyarət üçün Mədinəyə getmək lazım deyildir. Əksinə, Məscidül-nəbini ziyarət edib, orada namaz qılmaq məqsədilə səfər etmək lazımdır”.
    Cavab: birincisi, Əgər Şeyx Məhəmməd ibn Əbdülvəhhab:
    "Peyğəmbər (s) qəbrində diridir”-dəlilinə əsasən onun ziyarətini caiz bilirsə, onda Əhli-beyt(ə) və O Həzrətin səhabələrini də həmin səbəbə əsasən ziyarət etmək olar. Belə olduqda, Şeyx Məhəmmədin "Sair peyğəmbərlər və övliyaların (saleh bəndələrin) qəbrini ziyarət etmək olmaz”-deməsi, mənasızdır. Habelə, Peyğəmbərin (s) ziyarəti ilə ona təvəssül edib şəfaət və kömək diləməyin arasında fərq qoymaq mənasızdır. Çünki Peyğəmbərin (s) qəbirdə diri olması və uzaqdan onu ziyarət edənin səsini eşitməsi sübuta yetdikdə, onun təsir və əsərləri bunlara da aid olunur.
    İkincisi, Şeyx Məhəmmədin yalnız Buxarinin nəql etdiyi rəvayətə görə onu qadağan etməsinin səbəbi yoxdur. Elə bir rəvayətə ki, bir neçə dəlilə əsasən rədd edilir:
    1)Bütün müsəlmanlar bu rəvayəti fərz edək ki, bu mənaya aid edir, yenə də qəbul etməmişlər. Çünki müsəlmanların adət və rəftarı belə idi ki, Peyğəmbərin (s) vəfatından sonra uzaq yerlərdən (məntəqələrdən) onun ziyarətinə gedərdilər. Necə ki, o Həzrətin sağlığında da onu ziyarətə səfər edirdilər. Buna əsasən, bu iki halətdən birini digəri ilə müqayisə etməyin aşkar sübutu vardır. Xüsusən də Peyğəmbər (s) özü buyurmuşdur: "Kim məni ölümündən sonra ziyarət etsə, sanki sağlığımda məni ziyarət etmişdir”.
    2) Buxarinin rəvayəti öncə nəql etdiyimiz səhih hədis və səhabələrin Peyğəmbər (s), Əhli-beyt(ə) və səhabələrin qəbirlərini ziyarət etmələrinə aşkar dəlalət edən rəftarlarına ziddir. Çünki Peyğəmbər (s) buyurmuşdur: "Kim Həcc səfərinə gəlib, məni ziyarət etmək məqsədilə məscidimə daxil olsa, iki Həccin savabına sahib olar”. Şeyx Məhəmmədin dediyinin əksinə: "Mənim məscidimin qəsdi ilə!” buyurmayıb.
    3)Yuxarıda qeyd olunan hədisdə müstəsna olanlar. Ya məscidlər yaxud da uzaq və yaxından ziyarət üçün hər növ səfər etmək barəsindədir. Əgər məscidlərə aid olsa, üç məsciddən başqa heç birinin ziyarətinə getməməyin mənasındadır. Belə ki, Şeyx Süleyman Nəcdi "Hədiyyətüs-səniyyə” kitabında bu məsələni açıq-aşkar söyləmişdir: "Səhih-Buxari” və "Müslim”də Əbu Hüreyrə və Əbu Səid Xudridən(Sameri zərgər idi. O, Musa (ə) Tur dağına gedib Allaha ibadətə məşğul olan zaman qızıldan bir buzov düzəldib, onun arxa tərəfini divarın kənarında yerləşdirdi. Bir nəfəri məcbur etdi ki, divarın arxasından ona üfləyib desin: "Mən sizin Allahınızam!”. O kişi danışanda, bəni-İsrail onun səsini qızıl buzov heykəlindən eşidib fikirləşirdilər ki, buzovun özü danışır. Bu baxımdan, buzovu Allah bilib, onun qarşısında baş əyib səcdə etdilər. Belə ki, Samerinin qızıl buzovu Bəni-İsrailin "Allahına” çevrildi. Nəhayət, Musa (ə) dağdan qayıtdı və uzun müddət çəkdi ki, yenidən onların bəzilərini düz yola hidayət etsin. ) rəvayət olmuşdur ki, Həzrət Peyğəmbər (s) buyurdu: "Üç məsciddən başqa heç bir məscidin ziyarəti üçün səfər etməyin: Məscidül-həram, Məscidül-əqsa və Mina məscidi”.
    Buna əsasən, qeyd olunan hədisin mənası ziyarətgah, hərəm və digər qəbirlərə şamil olunmur. Habelə, hər məscidin qəsdi ilə səfər etməyə aid olmasını deməmişdir.
    İkinci mənaya yozulduqda isə, bütün mübah səfərlərin qadağan olunmasına gətirib çıxarır. Halbuki, heç kəs belə söz deməmişdir. Bundan əlavə, əksəriyyətə qeyd vurmaq (xüsuslandırmaq) lazım gəlir və bu sözü ona aid etmək olmaz.
    İkinci fəsil
    Məhəmməd ibn Əbdülvəhhab və onun ardıcılları ilə söhbət
    Vahabilər deyirlər ki, Peyğəmbər (s) və pak imamların qəbirlərinə hörmət etmək və onları ziyarət məqsədilə səfər etmək şirk və onları Allah qərar vermək qəbilindəndir. Necə ki, bəni-İsrail Həzrət Musadan (ə) onlar üçün "Allah” təyin etməsini (qərar verməsini) istədilər. Vahabilərin bu iradlarının cavabı aşağıda açıqlanacaqdır:
    Birinci cavab: -bəni-İsrail Həzrət Musadan (s) onlara şəfaət edən bir "Allah” istəmədilər, əksinə, onlar dünyanı yaradan və hər şeyə nəzarət edən "Allah” tələb etdilər. Bu baxımdan, Sameri onları yolundan azdırıb səs çıxaran qızıl buzov düzəltdi, sonra göstərib dedi: "Bu sizin və Musanın Allahıdır, Musa-Allahı sizə göstərməyi-unutmuşdur”. Bu zaman bəni-İsrail hamılıqla yollarını azıb fikirləşdilər ki, həmin buzov onların xaliqi və işlərini idarə edəndir. Buna görə də ondan səs çıxır”.(Taha surəsi, 87-ci ayə. )
    Bu mənanı Allah-təalanın buyurduğu: "Bu sizin və Musanın Allahıdır”-kəlamı aydınlaşdırır. Çünki Həzrət Musanın (ə) Allahı, elə bəni-İsrailin Allahı, bütün yeri-göyü yaradan Tanrı idi.
    Təfsirçilər deyirlər: "Ayənin mənası budur ki, Sameri belə deyib: "Bu sizin və Musanın Allahıdır, Musa onu unutmuş və getmişdir. Allahı başqa yerdə tapsın”.(Ola bilər ki, bu rəvayət-doğru olması fərzi ilə dünyadan müşrik getmiş ölülərinin qəbirlərini ziyarət etməyə gedən müsəlmanlar qadınlara aid olsun. )Bəni-İsrail də ya sonsuz dərəcədə nadan və dardüşüncəli idilər ki, adi buzov heykəlinin yerin-göyün Allahı olmasını, ya da Allahın buzovda hülul etməsini təsəvvür etdilər”. Hər iki halda Məhəmməd ibn Əbdülvəhhabın "Bəni-İsrail Musadan yaradan və idarə edən Allah tələb etmədilər”-fikri özünə yer tapmır.
    İkinci cavab: Fərz edək ki, bəni-İsrail Musadan (ə) pərəstiş və ibadət etmək üçün bir vasitə istədikdə, mömin idilər, amma küfr və şirkin onların tələbində müdaxiləsi olmamışdır. Buna görə də Musa (ə) da onları kafir saymayıb, yalnız onlara "siz çox nadan insanlarsınız”-dedi. Əksinə, küfr və şirk buzova sitayiş etməkdə olmuşdur.
    Əgər bir şəxs bu təvəssül və vasitə qərar verməyi Allahdan başqası üçün bilsə, ziyalı düşüncəsindən bəhərlənməmişdir. Belə ki, əvvəlki səhifələrdə bunu nəzərinizə çatdırdıq. Buna əsasən, Məhəmməd ibn Əbdülvəhhab həvayi-həvəs üzündən danışmışdır. Onu Allaha həvalə etmək lazımdır!
    Üçüncü cavab: Bir şəxsi Allah yanında şəfaətçi və vasitəçi qərar vermək əgər Allahın əmri ilə olsa, heç vaxt insanın Allaha olan xalis imanına zərər gətirmir. Belə ki, peyğəmbərlər Allah ilə bəndələr arasında vasitəçi və Allahın səfirləri idilər. İmanlı şəxslər onlara təvəssül edir, məhəbbət və böyük həvəslə onların ziyarətinə gedirdilər ki, Allah-təala onların vasitəsilə hacət və diləklərini yerinə yetirsin. Bu onların bəni-İsrail kimi Allah istəməsi qəbilindən deyildir.
    Həmçinin, onlar vəfat etdikdən sonra da hacətlərin yerinə yetmək və Allah dərgahına dua etmək məqsədilə qəbirlərinin ziyarətinə gedirdilər. Onlar müqəddəslərin zəvvarların səsini, dərdlilərin naləsini eşitməsinə əqidə bəsləyirdilər.
    Üçüncü fəsil
    İbn Teymiyyə ilə söhbət
    İbn Teymiyyə "Minhacus-sünnə” kitabında peyğəmbərlər və imamların (ə) qəbirlərini ziyarət etməyi haram bilərək, İbn Abbasın: "Peyğəmbər (s) qəbirlərin ziyarətinə gedən qadınlara nifrin (qarğış, lənət) etdi” -hədisinə istinad etmişdir. ("Kəbul-əhbar”ın əsil adı Kəb ibn Mane Himyəridir. O, Yəməndən Mədinəyə gəlib əvvəllər yəhudi, sonra müsəlman olmasını iddia etdi. Ömər, Osman və Müaviyə ibn Əbu Süfyanın müşavirlərindən və sünnilərin etibarlı şəxslərindən biri idi. Amma şiənin nəzərində o, müsəlmana bənzər yəhudi kimi bir şəxsdir. O, bir çox xurafatları hədislərə daxil etmiş, müsəlmanlıq adı ilə "İsrailiyyatı” yayaraq islami əndişə və hədislərə güclü zərbələr vurmuşdur. Müəllif burada, başqa yerlərdə olduğu kimi, sünni alimlərinin etibar etdiyi şəxs olduğundan, onun sözünü "cədəl və düşmənə öz sözü ilə cavab” babından nəql etmişdir. "Həbr” yəhudi alimlərinin ləqəbi olmuşdur. Kəbul-əhbar "Yəhudi alimlərin ümdəsi” mənasını verir. )
    Cavab: birincisi, bu rəvayəti yalnız bir nəfər nəql etmişdir. Ona görə də, yalnız zənn və gümana səbəb olur və qadınlar üçün qəbiri ziyarət etməyi caiz bilən, habelə, yəqinə səbəb olan mütəvatir hədislə bərabər ola bilməz.
    İkincisi, Peyğəmbərin (s) qarğış (nifrin) etməsi, icazə hökmünün ləğv olmasından öncə idi. İbn Əbu Müleykənin Aişədən etdiyi rəvayət buna sübutdur. Belə ki, o deyir: "Aişə qəbir əhlinin ziyarətindən qayıtdıqda, ona dedim: Peyğəmbər (s) qadınlara qəbirləri ziyarət etməyi göstəriş verdi”. Həmçinin, Peyğəmbərin (s) buyurduğu bu rəvayət-"Əvvəllər bizlərə qəbirləri ziyarət etməyi qadağan etmişdim, indi isə kim istəsə, qəbirləri ziyarət edə bilər və heç bir maneəsi yoxdur.
    Məhəmməd ibn Əbdülhadi "Sünəni-Nəsai”nin haşiyəsində bu hədisin izahı barədə yazır: "Peyğəmbər (s) bu sözü (kəlamı) ilə ləğv edən və ləğv olunan, qadağa və icazənin arasında cəm etmişdir”.
    Üçüncüsü, İbn Abbasın hədisində olan "qadağa və nəhy” qadınlara aiddir. O da ərlərindən icazəsiz evdən çölə çıxmağın haram olmasına yaxud onların çölə çıxmalarının fəsad və zərərə gətirib çıxardığına görədir.
    İbn Teymiyyə deyir: -Şiə, müşriklər kimi qəbirlərə, ziyarətgahlara hörmət bəsləyir, onları əziz tutur.
    Onun cavabı: Şiələr və sair müsəlmanlar Peyğəmbər (s) və məsum imamların mübarək qəbirlərini dinə xatir və ilahi şüar, nişanə olduğuna görə ziyarət edib hörmət bəsləyirlər. Habelə, onları Allahın hörmətini saxlamağını vacib və onlara hörmətsizliyin haram olmasını bildiyi şeylərdən hesab edirlər.
    Peyğəmbərin (s) qəbrinə hörmət etməyin vacibliyində Şafei alimlərindən olan Qəzalinin "Kəbul–əhbardan”(Əbu Bəkrin qəbrini Peyğəmbərin (s) mübarək qəbrinin, Ömərin də qəbrini Əbu Bəkrin qəbrinin yanında qazdılar. Amma İmam Həsən (ə) şəhid olduqda, babası Peyğəmbərin (s) qəbrinin kənarında dəfn olunmasını vəsiyyət etdi, lakin Aişə və Mərvan mane oldular. Çarəsiz, o Həzrəti Bəqi qəbirstanlığında dəfn etdilər.)]nəql etdiyi cümlə kifayət edər. O, demişdir: "Hər gün sübh vaxtı 70 min mələk Peyğəmbərin (s) qəbrini əhatə edib, qanadlarını bir-birinə vuraraq ona salam göndərirlər. Gün sona yetəndə göylərə qalxır və başqa bir mələk dəstəsi aşağı enib həmin əməli təkrar edirlər”...
    Bizim nəzərimizdə Peyğəmbərin (s) Əhli-beytinin və bəzi böyük səhabələrin qəbirləri də həmin hörmətə malikdirlər.
    Buna əsasən, onların məhəbbətdən doğan ziyarətləri və onlara etdikləri təbərrük tərk edilməməlidir. Necə ki, onların sağlığında camaat böyük həvəslə ziyarətlərinə gedirdilər. Qəbirlərini ziyarət etmək, onlara ibadət deyildir. Belə olsaydı, onda mömin şəxsin sağlığında görüşünə gedilməyəydi, halbuki, şəriət buna icazə verir və alimlərin hamısı bu işin bəyənilmiş olduğunu təsdiqləyirlər.
    Amma İbn Teymiyyənin Peyğəmbərdən (s) qəbirlərə və ziyarətgahlara dair nəql etdiyi rəvayətin cavabı belədir ki, onun sözü sübutsuzdur. Bizim isə Peyğəmbərdən (s) belə sübutumuz vardır: O Həzrət göstəriş vermişdir ki, onun mübarək qəbrinin və sair möminlərin qəbrini ziyarət gedək.
    Əgər Peyğəmbərin (s) göstərişi olmasaydı, müsəlmanlar belə mütəşəkkil şəkildə o Həzrətin mübarək qəbrinin ziyarətinə getməz və onu özləri üçün bir vəzifə (şüar) bilməzdilər. Habelə, hər il Həccə getdikdə, o Həzrətin qəbrini ziyarət etməzdilər. Bu hədisə diqqət yetirmək lazımdır:
    "Kim Həcc səfərinə gedib mənim qəbrimi ziyarət etsə, sanki məni sağlığımda (həyatda ikən) ziyarət etmişdir.
    Qəzali "Ehya-ülum-id-din” kitabında "Peyğəmbəri (s) ziyarət” bölməsində Nafedən rəvayət edir: "100 dəfədən artıq Abdullah ibn Ömər Peyğəmbərin (s) qəbrinin ziyarətinə gəlib, "Əssəlamu ələn-nəbiyy, Əssəlamu əla Əbu Bəkr, Əssəlamu əla Əbu” deməsini müşahidə etmişəm”.(Zeyd ibn Əsləm Ədəvi Mədəni etibarlı alim və Ömərin nökəri idi. O, 36-cı hicri ilində vəfat edib (İbn Həcər Əsqalinin "Təqribut-təhzib” kitabından).)
    Bu, qəbirlərə verilən həmin əhəmiyyətdir ki, vahabi firqəsi onu müsəlmanlar üçün pis əməl bilərək şirk sayırlar. Halbuki, şəriət ziyarətə icazə vermədikdə şirk sayılır. Şəriət ziyarətə icazə verdikdə və Allah buna əmr etdikdə, artıq ziyarət Allahdan başqası üçün ibadət deyildir. Belə ki, həqiqi dini rəhbərlərin ardınca getmək dindən çıxmağa səbəb olmur. Çünki bu, Allah tərəfindən verilən fərmandır. Buna görə də deyirik: nə mələklərin Həzrət Adəmə (ə) etdiyi səcdə şirkdir, nə də ki, bu işə əmr etmək şirkə göstəriş verməkdir. İbn Teymiyyə ziyarət etməyi caiz bilən hər müsəlman belə firqəsinə deyir: "Peyğəmbər (s) öz ümməti üçün peyğəmbərlərin və övliyaların qəbirləri yanında heç bir əməli şəriətdən saymamışdır”. Ona cavab olaraq deyirik: müsəlmanlar Peyğəmbər (s), Əhli-beyt və o Həzrətin səhabələrinin qəbirləri kənarında Allah-təala tərəfindən nazil olmamış bir xüsusi əməli yerinə yetirmirlər. Müsəlmanlar bir çox sünnələri də yerinə yetirirlər. İndi isə onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
    Category: Vəhabi firqəsi | Added by: Islam_Kitabxanasi
    Views: 688 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024