İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhabi firqəsi

    Vəhabi firqəsi
    2012-03-19, 4:44 AM
    Müsəlmanların Allahın fərmanı ilə peyğəmbərlər və övliyaların qəbirləri kənarında yerinə yetirdikləri əməllər
    Birinci məsələ: Bu əməllərdən biri, peyğəmbər və övliyalara salam göndərməkdir. Belə ki, müqəddəs İslam şəriəti istər Quranda, istərsə də sünnədə bu məsələni açıq-aydın bəyan etmişdir.
    Qurani-Kərim bu barədə buyurur: "Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salam və salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib, layiqincə salamlayın (Əhzab, 56)”.
    Həmçinin, buyurur: "Salam olsun Peyğəmbər (s) (Ali-Yasin) ailəsinə! (həm onların dirisinə, həm də ölüsünə salam olsun!) (Saffat, 130)”.
    Yenə buyurur: "Allah elçilərinə (peyğəmbərlərinə) salam olsun!” (Saffat, 181).
    Bunların hamısından daha aşkar olan Allah-təalanın Həzrət Yəhya (ə) barədə buyurduğu ayədir: "Ona (Yəhyaya) doğulduğu gün də, öləcəyi gün də, (Qiyamətdə) diriləcəyi gün də salam olsun!” (Məryəm, 15).
    Həzrət İsanın (ə) körpə ikən anasının qucağında dilindən rəvayət olunur: "Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (Qiyamət günü) də (Allahın) salamı mənə olsun!” (Məryəm, 33).
    Amma sünnədə şəri baxımdan namazda deyilməsi vacib olan üç dəfə Peyğəmbərə (s), namaz qılanların özlərinə, saleh və ləyaqətli bəndələrə və sair müsəlmanlara üç dəfə salam göndərməkdir.
    Salamlar belədir: "Əssəlamu ələykə əyyuhunnəbiyyu və rəhmətullahi və bərəkatuh. Əssəlamu ələyna və əla ibadillahissalehin. Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh”.
    Tərcüməsi: Allahın salamı, rəhməti və bərəkəti sənə olsun ey Peyğəmbər (s)! salam olsun biz namaz qılanlara və Allahın saleh və ləyaqətli bəndələrinə! Allahın salamı, rəhməti və bərəkəti siz müsəlmanlara olsun!
    Axırıncı iki salamdan Peyğəmbərdən (s) başqasına, yəni möminlərə və dini rəhbərlərə də uzaq və yaxından salam göndərməyin caiz olması məlum olur. Peyğəmbərin (s) ziyarətində və möminlərin qəbirlərinin ziyarəti barədə Peyğəmbərdən(s) rəvayət olunanları və bizə çatanları, habelə, onlardan xatırladığımız bir sıra rəvayəti də yuxarıda dediklərimizə əlavə edin.
    İkinci məsələ, peyğəmbərlərin və övliyaların qəbirləri kənarında yerinə yetirilən sünnə və əməllər onların müqəddəs zərihlərinə əl sürtmək, onları öpmək və onlara təbərrük etməkdən ibarətdir. İmamiyyə şiəsi bu əməlləri caiz bilirlər. Amma vahabilər: bu əməllər müşriklərin adətlərindəndir deyə, qarşısını alıb haram bilirlər.
    Bu barədə vahabilərə cavab belədir:
    Birinci, Allahın qadağan buyurmadığı yerlərdə bu və ya digər işin mübah olduğu əsas götürülür.
    İkinci, "Təkcə bu iş, bir qrup yolunu azmışların adətlərindən olmuşdur”- sübutu, onu haram bilməyimizə səbəb ola bilməz. Belə ki, İbn Teymiyyənin də "Minhacus-sünnə” kitabında nəql etdiyi alimlərin icması ona sübutdur. İbn Teymiyyə deyir: "Müsəlmanların rəhbərlərinin hamısı qəbul edirlər ki, zərihə əl sürtməyin heç bir eybi yoxdur və bu iş haram deyil.
    Üçüncü, zərihə əl sürtmək, ibadət sayılan əməllərdən deyil ki, şəri vəzifə olmadığı təqdirdə haram sayılsın. Bu sadəcə olaraq, adi bir iş və bədən hərəkətidir ki, onu yerinə yetirmək Allah-təalanın əmrinə bağlı olsun. Buna əsasən, əgər bir şəxs bu əməli ibadət niyyəti ilə etməsə, heç bir harama batmamışdır. Belə ki, bu iş qəbirə baxmaq və ya onun kənarında oturmaq kimidir və bunlar Allah-təalanın əmrinə bağlı deyil.
    Bəli, əgər kimsə bu işləri ibadət qəsdilə yerinə yetirsə, bidətdir. Çünki ibadət Allah-təalanın əmrinə bağlıdır və o da belə yerlərdə mövcud deyildir.
    Amma kimsə bu işləri məhəbbət üzündən və qəbir sahibinin şərəfinə görə etsə, ibadət deyil və haram sayılmır. Şəriət də bu əməli sünnə təyin etməmişdir.
    "Qəbirlərə əl sürtmək ibadət və Allahın əmrinə itaət etməyə bağlıdır. Şəriət sahibi fərman vermədiyinə görə, bu əməl bidətdir”-vahabilərin bu fikri əsassız və məntiqsizdir. Əksinə, bu iş şəri sayılır və zəvvarların məhəbbətlərinin nişanəsidir. Heç də, qəbirə yaxud onun sahibinə pərəstiş etmək deyil.
    Dördüncü: Peyğəmbər (s) bəzən kitab əhli kimi rəftar edirdi. Belə ki, "Səhih-Buxari”də "Peyğəmbərin (s) xüsusiyyəti” bölməsində İbn Abbasdan belə rəvayət olunur: "Peyğəmbər (s) saçlarını darayıb çiyinlərinə tökərdi. Müşriklər isə saçlarını daramaz və dağınıq halda saxlayardılar. Amma kitab əhli (yəhudi və xristianlar) saçlarını darayıb, çiyinlərinə atardılar. Peyğəmbər (s) də bu işdə Əhli-kitab ilə uyğunlaşmaq istədi”.
    Beşinci: Peyğəmbərin (s) qəbrinə əl sürtmək, Həcərül-əsvədə, Rükni-yəmani və onları öpmək hökmündəndir və bu əməllər İslam alimlərinin icmasına görə şəriət baxımından sünnədir.
    Mötəbər hədislərdə, səhih və sünən kitablarında olan rəvayətlər buna sübutdur. "Səhih-Buxari”də Zeyd ibn Əsləmdən,(Müşriklər, kafirlər bu ağaca pərəstiş edir, onun üçün qurbanlıq kəsir və ona bir şey asırdılar.) o da atasından rəvayət edir: "Gördüm ki, Ömər ibn Xəttab Həcərül-əsvədi öpüb dedi: Əgər Peyğəmbərin (s) səni öpdüyünü görməsəydim, səni öpməzdim”.
    Əgər Peyğəmbər (s) doğrudan da Həcərül-əsvədi (qara daşı) öpübsə və onun bu işi müşriklərin, Qüreyş kafirlərinin Zati-Ənvat(Əhməd ibn Hisamuddin Rumi, Molla Həqq Şəhr Zuri Hənəfi adı ilə məşhurdur. O, Rum qazilərindən olmuş və hicri 1033-cü ildə vəfat etmişdir. Bir çox kitab və traktatlara malikdir, o cümlədən, "Risalətün-əla məvatinə-minət-təfsir”, "Əlhidayətu-vət-təlvih”, "Əl-Müğəməqat-min-fətəva Qazi xan” əsərləri vardır.) ağacına ibadət etmələri kimi nəzərə alınmırsa, onda qəbirə əl sürtmək də bu hökmü daşıyır. Çünki, şəri olmaq baxımından bərabərdirlər.
    Təəccüblü odur ki, Şeyx Əhməd Rumi(Məhəmməd ibn Əbdüllah ibn Həməd, Əzrəqi adı ilə məşhurdur. Onun əsli Yəməndən idi və Məkkədə məskunlaşmışdı. Tarixçi olmuş və "Məkkənin tarixi” kitabının müəllifidir. Təqribən, 250-ci hicri ilində vəfat etmişdir. ) öz traktatında Əzrəqinin(Qətadə ibn Dəamə. 117-ci hicri-qəməri ilində vəfat etmişdir. O, sünni alimlərindən olmuşdur. Anadangəlmə kor idi. )Qətadədən(Bəqərə, 125. ) etdiyi rəvayətə əsasən: "(Ey möminlər! Sizə də) İbrahimin durduğu yeri namazgah edin!”(Yəni, Peyğəmbər (s) qəbristana yaxud bir meyit qəbrinin yanına gəlib ona namaz qıldı. Bu özü, qəbrin kənarında namaz qılmaqdır. Bu namazın bizim Peyğəmbər (s), imamlar (ə) və övliyaların qəbirləri kənarında qıldığımız namazla nə fərqi vardır? )-ayəsinin təfsirində demişdir: "Camaata Məqami-İbrahimin (ə) yanında namaz qılmaq əmr olundu, ona əl sürtmək yox”.
    Çünki, İbrahimin məqamına əl sürtmək haram və gizli şirk olsaydı, orada namaz qılmamaq daha yaxşı olardı. Çünki, məqami-İbrahim böyük bir məqam və ibadət yeridir. Bu baxımdan, orada şirkin fəsadı, ona əl çəkməyin fəsadından daha böyükdür.
    İrad
    Qəzali deyir: "Həcərül-əsvədə əl sürtdükdə, Allah ilə beyət niyyət etmək lazımdır. Çünki, rəvayət olunmuşdur ki, Allahın Yer üzərindəki ayəti və nişanəsidir”.
    Cavab
    Peyğəmbər (s) və onun haqq olan canişinlərinin qəbirlərinə əl sürtməkdə də məqsəd eynidir. Belə ki, Allah-təala Quranda buyurur: "(Ya Peyğəmbər!) Səninlə beyət edənlər, həqiqətdə Allah ilə beyət edirlər” (Fəth surəsi, 10).
    İrad
    Yenə də Qəzali "Ehya-ülum-id-din” kitabının 209-cu səhifəsində yazır: "Kəbənin pərdəsinə yapışmaq, Allaha və Onun evi Kəbəyə məhəbbət və Allaha yaxınlaşmaq niyyətilə, habelə, Cəhənnəm atəşindən xilas olmaq, bağışlanmaq və Qiyamətdə amanda qalmaq ümidilə olmalıdır”.
    Cavab
    Şiənin nəzərində Peyğəmbər (s) və onun haqq olan 12 canişininin qəbirlərinə əl sürtmək, onlara yapışmaq, yuxarıda qeyd olunan həmin niyyətlə eynidir. Onların müqəddəs qəbirlərinin ziyarətinə gedən şiələr, qəbir sahibinə təbərrük və onun vasitəsilə Allahdan bağışlanmağı arzulamaq niyyəti edirlər. Habelə, onları şəfaətçi qərar vermək də belədir. Bu barədə olan ayələrə nəzər salaq:
    "Sən ey Allahın Peyğəmbəri, nə qədər ki, günahkarların arasındasan, Allah onlara əzab verməz”.
    "Həqiqətən, Rəbbin sənə (Qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı olacaqsan!” (Zuha,5).
    "Onlar (münafiqlər) özlərinə zülm etdikdə, dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, şübhəsiz Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər (Nisa, 64)”.
    Səhih bir hədisdə Peyğəmbərdən (s) belə rəvayət olunmuşdur: "Mənim Əhli-beytim Nuhun (peyğəmbərin) gəmisinə bənzəyir, ona minənlər xilas olar, boyun qaçıranlar isə həlak olarlar”.
    Habelə, buyurub: "Mənim Əhli-beytim sizin aranızda bəni-İsraildə olan "Babi- Hittəyə” bənzəyir”.
    Altıncı: Peyğəmbər (s) və ilahi övliyaların qəbirlərinə əl sürtmək barədə müsəlmanların nəzərində ən əhəmiyyətli olan məsələ "Səhih-Buxari”də Mənaqib fəslinin "Peyğəmbərin xüsusiyyətləri” bölməsində Həkəmdən nəql olunan rəvayətdir. Həkəm deyir: "Əbu Hənifədən belə eşitdim: "Peyğəmbər (s) Bəthada dəstəmaz alıb, zöhr (günorta) namazını qıldı... Orada olan camaat Peyğəmbərin (s) əlini tutub öz üzlərinə (surətlərinə) sürtürdülər. Mən də Həzrətin əlini tutub üzümə (sifətimə) qoydum, gördüm ki, qardan sərin, müşkdən daha ətirlidir”.
    Həmin fəslin axırında deyilir: "Bir gün Peyğəmbərin (s) azançısı Bilal azanı deyib məscidə daxil oldu və az sonra Peyğəmbərin (s) aldığı dəstəmazın suyunu bayıra gətirdikdə, camaat ondan suyu alıb təbərrük etdilər”.
    Buna əsasən, Peyğəmbərin (s) həyatı zamanı əlinə dəstəmazının suyuna təbərrük etmək caiz olsa və bu işlər o Həzrəti Allah bilmək, Zati-əmvata ibadət etmək Allahdan başqasına ibadət nümunəsi və yəhudi, xristianların adətlərinin arxasınca getmək sayılmasa, o Həzrətin qəbrinə vəfatından sonra da əl sürtmək və təbərrük etmək caiz sayılar. Çünki hər ikisi bir mənadadır.
    Yeddinci: Qəbirə əl sürtməyin həqiqətən də şəriət baxımından haram olmasını qəbul etsək, söylədiyimiz sübutlara əsasən bu əməlin şəri nəzərdən mübah olmasına əqidə bəsləyənləri bu işdən çəkindirmək olmaz. Çünki nəhy əz münkər elə yerdə caizdir ki, o əməli yerinə yetirən bunu haram və pis bilsin. Halbuki, qəbirə əl sürtməyin haram olması müsəlmanların heç bir firqəsi yanında zəruri məsələlərdən deyil və heç bir firqəyə bunu firqənin inanclarını qəbul edib arxasınca getmək vacib deyil. Çünki belə olduqda, bütün məzhəblər batil olar. Bu məsələ üzərində yekdil fikrə gəlmək, düzgün bilmək fərzilə faydasız və mənasız olacaqdır. Xüsusilə də məzhəblər çoxsaylı şəri məsələlərdə bir-birləri ilə rəy müxtəlifliyinə malikdir və heç kim bütün məzhəblərin şəri məsələlərin hamısında bir-birinə uyğun olmalarının vacibliyinə hökm verməmişdir.
    Üçüncü məsələ: Zəvvarlar hər ziyarətdən sonra, istədikləri məkanda ziyarət namazı qılır və onun savabını ziyarət olunan şəxsin ruhuna hədiyyə edirlər. Bu əməlin də şəriət baxımından heç bir eyb və iradı yoxdur. Çünki namaz ən yaxşı ibadət və Quranın tilavəti, onun savabını meyitə (ölüyə) hədiyyə etmək kimidir.
    Buxari "Nübüvvətin əlamətləri” bölməsində deyir: "Bir gün Peyğəmbər (s) meyitlərdən biri üçün meyit namazı qılıb getdi”.(İbn Qəyyim Cuziyyə Məhəmməd ibn Əbu Bəkr Hənbəli (h.q751-ci ildə vəfat etmişdir) İbn Teymiyyənin şagirdi və "Zadil-miad-fi-huda xeyril-ibad” kitabının müəllifidir. İbn Qəyyim ikinci fəqih və məşhur hədisçidir, vahabi firqəsi onun fitvalarına istinad edirlər. Birinci şəxs onun ustadı İbn Teymiyyə, üçüncü şəxs isə Məhəmməd ibn Əbdülvəhhab Nəcdidir. )
    Buna əsasən, qəbrin kənarında namaz qılmaq şəri baxımdan caizdir. Habelə, ziyarət namazı və onun savabını ziyarət olunan şəxsə hədiyyə göndərməyin heç bir eybi yoxdur. Buna görə də bu əməlləri caiz ibadətlərdən saymaq lazımdır.
    "Tövhid məcmuəsi”ndə belə deyilir: "Qalilər (yəni, imamiyyə şiəsi) qəbirlərin yanına getdikdə, iki rikət namaz qılırlar”. Daha sonra deyilir: "Onların namazı Allah üçün deyil, əksinə Şeytan üçündür”.
    Bu fikirlər əsassız və böhtandır. Adı çəkilmiş kitabın müəllifi "Şiələrin Peyğəmbər (s) və Onun Əhli-beytinin(ə) qəbirləri kənarında qıldıqları namaz, Allaha təşəkkür etmək üçündür. Belə ki, Allah-təala onları Peyğəmbər (s) və Əhli-beytin(ə) qəbirlərini ziyarət etməyə və Allahın rəhmətinə şamil olmağa müvəffəq etmişdir”- desəydi, həvayi-həvəs üzündən söylədiyi fikir və böhtan deməkdən daha yaxşı olardı.
    Quranın arxasınca gedənlərə salam olsun!
    Dördüncü məsələ, zəvvarların ziyarət namazından sonra Allah-təaladan öz hacətlərini istəmələri də şəri baxımından caizdir. Bu əməl şirk deyildir. Nə gizli, nə də aşkar şirk sayılır. Çünki duanın xüsusi zaman və məkana bağlı olması qeyd edilməmişdir. Belə ki, Allah-təala Özü Quranda buyurur: "Mənə dua edin, dualarınızı qəbul edim” (Qafir (Mömin) 60).
    Vahabilər öz kitablarında açıq-aşkar demişlər ki, zəvvarların dua zamanı Peyğəmbərin (s) qəbrinə tərəf üz tutmalarını caiz bilmirlər. Halbuki, "Biz ona şah damarından da yaxınıq!” -ayəsi onların fikrini rədd edir.
    "Səhih-Buxari”də deyilir: "Peyğəmbər (s) minik vasitəsində gedərkən, üzü hansı tərəfə idisə, o tərəfə də namaz qılırdı”.
    Sual
    Vahabilərin tanınmış fəqihi İbn Qəyyimə(Malik ibn Ənəs (h.q. 179-cu ildə vəfat etmişdir). Sünnilərin məşhur fəqihi və maliki firqəsinin banisidir. O, İmam Cəfər Sadiqlə (s) bir dövrdə, Mədinədə yaşamışdır. Özü belə deyir: "Hər elmi müşküllə qarışlaşdıqda, Cəfər Sadiqdən soruşdum”.) belə demişlər: "Bu məna bütlərə pərəstişə bənzəyir ki, bütpərəstlər cahiliyyət zamanında dua edərkən Lat və Üzza adlı iki bütün qarşısında dururdular. O, deyir: "Şəriətdə xüsusi zaman və məkanda namaz qılmaq qadağan edilmişdir. Bu əməl şirk əhlinin ibadətinə bənzəməyin kökünü kəsmək məqsədilə həyata keçir”.
    Cavab
    Əgər dua zamanı dua edənin Peyğəmbərin (s) mübarək qəbrinə üz tutması şirk üçün bir vasitə olsaydı, Allah-təalanın onu aşkar qadağan etməsi lazım idi. Necə ki, məkruh yaxud haram məkanlarda namaz qılmağı qadağan etmişdir. Çünki bu barədə bizə heç bir hökm yetişməmişdir. Ümumi şəkildə, rüsxət vermiş ayələri qeyd etdikdən sonra onun zəif və haram olmasına hökm verə bilmərik.
    Üsuli-fiqh terminologiyasına əsasən, "şəri sübut, yəqin və qəti yol hasil olana qədər cümlənin zahirini (ilkin baxış) nəzərə almağı tələb edir”.
    Nəql etdiyimiz aşkar ayələr qarşısında onlara göz yummaq üçün kifayət qədər sübut yoxdur. Buna əsasən, yuxarıdakı aşkar ayələrin ziddinə hökm vermək, Allah-təalanın fərmanına müxalifət etməkdir.
    Bunlardan əlavə, Malik ibn Ənəsin(O, hicri 756-cı ildə vəfat etmişdir.) Abbasi xəlifəsi Mənsura verdiyi cavab vahabi firqəsinin fikrinə münasib cavabdır.
    Mənsur Peyğəmbərin (s) hərəmində Malikdən soruşdu: "Üzü qibləyə durub dua edim, yoxsa, Peyğəmbərin (s) qəbrinə tərəf?”. Malik dedi: "Nə üçün üzünü Peyğəmbərin (s) qəbrindən çevirirsən, axı, Peyğəmbər (s) Allahla sənin aranda vasitəçidir. Necə ki, o, atan Adəmin Allaha olan vasitəçisi idi. Dua edərkən, Peyğəmbərin (s) qəbrinə tərəf üz tut və o Həzrəti vasitəçi və şəfaətçi qərar ver!”.
    Bu mətləbi əhli-sünnə alimlərinin böyük bir qrupu səhih sənədlərə istinadən nəql etmişlər. Bu barədə məlumat üçün aşağıdakı qaynaqlara müraciət edin:
    1) "Şifaül-əsqam”, müəllif: Qazi Təqiyyud-din Məhəmməd ibn Əbdül Kafi Ənsari, Xəzrəci Misri Şafei Sübki(Yusif, 100. ).
    2) "Xülasətül-vəfa”, müəllif: Mədinənin tanınmış fəqihi Səmhudi.
    3) ”Məvahibüd-diniyyə”, müəllif: Əllamə Qəstəlani və bir çox sünni, şiə alimləri mötəbər kitablarında vahabilərin "Bir şəxsin dua zamanı Peyğəmbərin (s) qəbrinə tərəf üz tutması şirkdir”-demələri əsassız və sübutsuzdur.
    6-ŞİƏYƏ QARŞI YERSİZ TÖHMƏTLƏR
    Vahabi firqəsinin İmamiyyə şiəsinə qarşı yersiz töhmətləri
    Vahabi firqəsinin şiələrə nisbət verdikləri bir sıra məsələlər, nə şiənin kitablarında, nə də şiə məzhəbinin əqidəvi prinsiplərində vardır. Habelə, onlar deyirlər:
    a)Şiələr imamlarının qəbirləri kənarında təvaf etməyə və Allah Evinin əvəzinə, hərəm və ziyarətgahlara getməyə icazə verirlər.
    b)Şiələr özlərinin qurbanlıq və nəzirlərini Peyğəmbər (s) və öz imamlarına təqdim edirlər.
    s)Peyğəmbər (s) və öz imamlarının qəbirlərini məscid bilib, onlara Kəbə evi kimi pərəstiş edir, qarşılarında namaz qılırlar.
    Burada, onların irad və töhmətlərinə cavab veririk.
    Birinci töhmətin cavabı
    Şiələr İmamların (ə) qəbirləri kənarında təvaf etməyə icazə vermirlər. Çünki bu əməl qeyri-müsəlman olan Allahpərəstlərin yanında caiz sayılmadıqda, müsəlmanların yanında necə caiz sayıla bilər? Buna əsasən, kimsə ibadət və sitayiş qəsdilə imamların (ə) qəbirləri kənarında təvaf etsə, kafir və müşrikdir. Amma təvaf bu niyyətlə olmasa, təbərrük və hacətlərini istəmək məqsədilə təvaf etsə, bu iş şirk və küfr deyildir. Çünki hər kəs öz niyyətinə tabedir. Ümumiyyətlə, təvaf özü təklikdə ibadət deyil ki, onu yerinə yetirmək mütləq şəkildə haram olsun. Təvaf ibadət məqsədilə olduqda ibadət sayılır.
    Allah-təala da açıq-aşkar söyləmişdir: "İnsanın əməli, onun niyyətinə bağlıdır”. Əlavə şərh üçün deyirik: "Şükr və təşəkkür etmək Allah üçün olduqda, Allaha ibadət sayılır. Amma Allahdan başqası üçün olsa, ibadət sayılmır. Bu baxımdan, şəriətdə Allah-təaladan başqası üçün şükr etmək caizdir. Belə ki, Allah insana buyurur: "Mənə və ata-anana şükr et!” (Loğman, 14).
    Bundan daha aydını Adəmə (s) səcdə etməyə əmr olunmasıdır. Belə ki, Allah-təala Quranda bir çox ayələrdə aşkar buyurmuşdur: "Adəmə səcdə edin”.
    Bütün müsəlman təfsirçiləri demişlər: "(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana, qardaşlar, misirlilər) hamısı (hörmət əlaməti olaraq) ona (Yusifə) (təzim) səcdə edib əyləşdilər”(Hicr, 29)-bu ayədə olan səcdə, pərəstiş və ibadət səcdəsi deyildi. Əksinə, Yusifin (ə) məqamını böyük tutub ona hörmət bəsləmək idi. Həmçinin, mələklərin Adəmə (ə) olan səcdəsi də bu hökmdədir. Buna əsasən, vahabi firqəsinin şübhəsi və şiələrə qarşı yersiz və əsassız töhmətləri verdiyimiz izahlar nəticəsində rədd olunur. Necə ki, belə şübhə də irəli sürmüşlər: "Nə üçün Allahın birliyinə inananlar, Allahdan başqasına ibadət etməyə icazə vermirlər, halbuki, Quran onu caiz bilir. Belə ki, Quranda deyilir: "Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət məqsədilə deyil, təzim məqsədilə) səcdə edin”. (Yusif, 4. )
    Habelə, bu ayə: "Bir zaman Yusif öz atasına demişdi: "Atacan! Mən (yuxuda) bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə etdilər”. (Belə əməlləri hər yerdə etmək olar, hətta müsəlman öz evində də bu işi görə bilər. Belə işlər Allah yolunda olduğu üçün müəyyən yerə xas deyil. Şiələr ya Allah, ya Peyğəmbər, ya İmam və İmam övladları ya da böyük və təqvalı şəxslər üçün qurban kəsir, nəzir-niyaz paylayır və ehsan verirlər. Avam camaat içində bu hökmü düzgün bilməyənlərin hərəkəti əsas götürülə bilməz. ) Habelə, öncə qeyd etdiyimiz Yusif surəsi, 100-cü ayə. Bütün bu şübhələrin də cavabı aydın oldu. Çünki bu ayələrdə olan səcdə, Allahdan başqası üçündür və ibadət deyildir. Əksinə, möhtərəm insanlara təzim edib, onlara hörmət bəsləməkdir. Eyni zamanda da, şəriət baxımından heç bir eybi yoxdur. Bunlardan əlavə, müsəlmanlar belə təvafı caiz bilir və onda heç bir irad, eyb görmürlər. Çünki müsəlmanlar Allahın Evinin ətrafında təvaf edir, onun daşlarına əl sürtməklə təzim edirlər. Bunda heç bir irad və eyb nəzərə çarpmır. Tarix boyunca da müsəlmanların bu əməlinə irad tutmamışlar.
    Bununla belə, əlavə şərh və vahabilərin şübhələrinə cavab olaraq deyirik: "Təvafdan məqsəd bina və tikiliyə ibadət etmək deyil, əksinə, evin sahibinə hörmət edib, onu müəzzəm tutmaq məqsədilə Kəbənin qarşısında səcdə etmək kimidir. Çünki Kəbə-Allahın evidir. Mələklərin Adəmə (ə) səcdə etməsi də ona pərəstiş və sitayiş səcdəsi deyildi. Əgər belə olsaydı, Şeytan Allaha cavab verməliydi ki, bu əməl şirkdir və təkallahlılıqla uyğun gəlmir. Daha təkəbbür edib belə deməzdi: "Mən ondan üstünəm”.
    Category: Vəhabi firqəsi | Added by: Islam_Kitabxanasi
    Views: 813 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024