İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhabi firqəsi

    Vəhabi firqəsi
    2012-03-18, 6:24 AM
    İkinci iftiraya cavab
    Vahabi firqəsi deyir: "Şiələr öz nəzir-niyaz və qurbanlıqlarını müqəddəs ziyarətgahlara aparırlar. Halbuki, şiə alimləri fiqh kitablarında açıq-aydın yazırlar: Allahdan qeyrisi üçün nəzir, qurban və bu kimi işlər doğru deyil. Bu hökm şiələrin əməllərinin düz olmadığını göstərir.” (Əbülhəsən Nuriddin Məhəmməd ibn Əbdülhadi Sindi Hənəfi. Hindistanın Sind əyalətindən olmuş, Mədinədə yaşamış və Peyğəmbər(s) şəhərində tədrislə məşğul olmuşdur. "Sihahi-Sittə”yə və "Sünəni-Nəsai”yə haşiyə yazıb. Hicri 1138-ci ildə Mədinədə vəfat edib. )
    Lakin bilirik ki, müqəddəs ziyarətgahlar əlsiz-ayaqsızların, yoxsul və dilənçilərin pənah yeridir. Şiələr nəzir və qurbanlarını elə yerlərə ona görə aparırlar ki, ehtiyacı olanlara paylasınlar. Kim bu hökmü dəyişsə, kafirdir və şiələrə bu iftiranı, böhtanı atanlar yalançıdırlar.
    Üçüncü iftiraya cavab
    Vahabilər deyirlər: "Şiələr qəbirlərə sitayiş edir, qəbrin önündə səcdəyə qapılır.” Bu fikir bir neçə dəlilə görə əsassız və şiələrə deyilən növbəti iftiradır. Əvvəla, şiələr heç bir qəbrin önündə namaz qılmır və heç belə adətləri də yoxdur. Təsadüfən belə iş tutsalar, əsas vermir ki, onlar qəbri qiblə hesab etsinlər. Ümumiyyətlə, İslamı qəbul edən və Kəbəni qiblə sayan kəs bu fikirdə ola bilərmi? Bir şiənin öz qurbanlığını qiblədən başqa istiqamətə, ya da imamların qəbri ilə üzbəüz kəsdiyini görən varmı? Məgər şiələr qurbanı camaatın gözü önündə kəsmirlərmi? Qəbirlərin önündə namaz qılmaq da fiqhə aid məsələdir və dini etiqadlara dəxli yoxdur. Heç bir alim bu məsələni etiqadi kitabında yazmamışdır. Bütün İslam alimləri xüsusi yerlərdə namaz qılmağın məkruh yaxud haram olması barədə fikir müxtəlifliyinə malikdirlər. Vahabilər bunu bilməyirlərmi? Məsələn, hamamda, ayaqyolunda, küçənin ortasında, yanar tonqalın, canlı rəsminin qarşısında, heykəlin önündə, insanla üzbəüz namaz qılmağın hətta haram və batil olduğunu deyən fəqihlər də bu işi küfr və şirk kimi qəbul etməmişlər.
    "Səhihi-Buxari” də "məqbərələrdə namaz qılmağın kəraməti” və "namaz qılanın hökmü” fəslində təndirin, alovun, pərəstiş olunan bir şeyin və ya Allaha tərəf hesab olunan bir istiqamətdə namaz qılmaq haqda məlumat verdikdən sonra bu yerlərdə namaz qılmağın caiz olmasına dəlalət edən hədislər vardır. Deməli, əgər bir şəxs qəbrin önündə namaz qılarsa və fikrində qəbirdəki şəxsi deyil, Allahı tutarsa namazı düzgündür. Çünki, şəriət sahibindən belə halda qılınan namazın haram və batilliyinə dair hökm yetişməyibsə, namaz düzgündür. Elə buna görə də Buxari onu haram yox, məkruh kimi qələmə verir. Buxari belə hallarda namaz qılmağın düzgünlüyü üçün bu əhvalatı sübut kimi göstərir:
    "Ömər gördü ki, Ənəs ibn Malik qəbrin kənarında namaz qılır. Ona yalnız bunu dedi: Qəbir! Qəbir! Lakin demədi ki, namazını təzələ. Başqa bir yerdə Buxari Peyğəmbərin(s) aşağıdakı hədisə əsaslanır: Allah Yeri mənim üçün məscid (səcdəgah) və pak yaratmışdır. Ona görə də mənim ümmətim namazın vaxtı yetən kimi, harda olsa əda etsin”.
    Buxari habelə yazır: "Həsəni Müsənna vəfat etdi. Arvadı onun qəbri üstə bir qübbə tikdirib, bir il orada namaz qılıb ibadət etdi və sonradan o qübbəni götürdü. Buxari bu əhvalatı "Qəbirlər üzərində səcdə etməyin məkruhluğu” fəslində yazır.
    İbn Teymiyyənin fikri
    İkincisi: İbn Teymiyyə Aişədən rəvayət edir: "Peyğəmbər(s), vəfatı ilə nəticələnən xəstəliyi zamanı buyurdu: Allah Yəhud və Nəsaraya lənət eləsin. Çünki onlar öz peyğəmbərlərinin məzarlarını məscid halətinə gətirdilər. Aişə əlavə edir: Əgər bu fikir olmasaydı, Peyğəmbər(s) göstəriş verərdi ki, qəbrini hündür tiksinlər, lakin qorxdu ki, onu məscidə çevirərlər.
    Cavab
    İbn Teymiyyənin cavabı budur: "Bu hədisdə deyilmir ki, kimsə qəbrin önündə Allah xatirinə namaz qılsa, haram olar. Hədis məhz Peyğəmbərin(s) Yəhud və Nəsaranı öz peyğəmbərlərinin qəbirlərini məscid etdikləri üçün lənətlədiyini bildirdi. Məsələn, Həzrət Musa və İsa(ə) kimi peyğəmbərlərə pərəstiş edir, onların qəbirlərini Beytül-Müqəddəs kimi qiblə edirdilər. İbn Teymiyyə Malik ibn Ənəsin "Əl Muvəttə” kitabına əsaslanaraq, "Minhac-əs-sünnə”də Peyğəmbərdən(s) bir rəvayət nəql edir və bu rəvayət dediklərimizə sübutdur: "Peyğəmbər(s) buyurub: "İlahi! Mənim qəbrimi sitayiş olunan bütə çevirmə. Allahın şiddətli qəzəbi öz peyğəmbərlərinin qəbirlərini məscid hesab edən camaata nazil olsun. Hədisdən aydın olur ki, kimsə qəbri məscid hesab edərək, ona tərəf namaz qılsa haramdır. Lakin belə iş tutan şəxs müşrik adlanmaz. Elə Aişənin dediyi də buna sübutdur: "Peyğəmbər(s) qəbrinin məscid olacağından qorxurdu”. "Sünəni-Nəsai” kitabını şərh etmiş alim Sindi(Muhyiddin Yəhya ibn Şərəf Dəməşqi Şafei. Böyük fəqih və adlı-sanlı mühəddis olmuşdur. Hicri 677-ci ildə Dəməşq yaxınlığında yerləşən Nevada vəfat etmişdir. "Səhihi-Müslim”in şərhi olan "Əl-Minhac” kitabının müəllifidir. )yazır: "Peyğəmbər(s) istədi ki, ümmətini yəhudi və Nəsaranın öz peyğəmbərlərinin qəbirlərinə bəslədiyi münasibətdən çəkindirsin. Onlar qəbirləri məscid edirdilər. Ya qəbirlərin önündə səcdə edirmişlər ya da namaz və digər ibadətləri yerinə yetirərkən onlardan qiblə kimi istifadə edirmişlər.
    Nevəvi(Qazi Abdullah ibn Ömər ibn Məhəmməd Beyzavi Farsi Əşəri Şafei alim, həkim, üsul elmində nəzər sahibi olmuşdur. "Ənvar-ət-tənzil” adlı təfsirin müəllifidir. Bu kitab bir növ Zəməxşərinin "Kəşşaf” təfsirinin dəqiqləşdirilmişidir. Beyzavi Farsda yerləşən məşhur Beyza şəhərindəndir. Hicri 685-ci ildə Təbrizdə vəfat etmişdir. ) "Səhihi-Müslüm”ün şərhində yazır: "Alimlər deyirlər: Peyğəmbərin(s) öz qəbrinin məscid edilməsini qadağan etməsinin səbəbi bu idi ki, ona göstərilən hörmətin həddini aşmasından və onu çox şişirtmələrdən çəkinirdi. Hətta iş küfrə də çəkə bilərdi. Necə ki, keçmiş ümmətlərdə baş vermişdi.” Cəlaləddin Siyuti "Sünəni-Nəsai”yə yazdığı şərhində deyir: "Beyzəvi belə söyləyir: yəhudi və nəsaralar peyğəmbərlərə ehtiram əlaməti olaraq, onların qəbirləri önündə səcdə edirdilər. Onlardan qiblə kimi istifadə edir, namaz və digər ibadətlər üçün onlara tərəf üz tuturdular. Hətta büt kimi də qəbirlərə sitayiş edirdilər. Buna görə də Peyğəmbər(s) onları lənətlədi və müsəlmanları o işlərdən çəkindirdi. Amma kimsə ləyaqətli bir insanın qəbri kənarında mübarək olsun deyə, məscid tiksə, hədis ona şamil olmaz.
    7-MÜQƏDDƏS MƏKANLARIN ƏTRAFINDAKI MƏSCİDLƏR
    Vahabi məzhəbi müqəddəs məkanların ətrafında tikilmiş məscidləri dağıtmağı vacib hesab edir. Onlar bu ayəyə əsaslanırlar: "Elə isə (məscid) binasını Allah qorxusu və rizası üzərində quran şəxs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin (uçurumun) kənarında qurub, onunla birlikdə Cəhənnəm oduna yuvarlanan şəxs? Allah zalım tayfanı doğru yola yönəltməz (Tövbə-109)”. Əlavə olaraq, Aişənin hədisinə əsaslanırlar: "Ümm Həbibə və Ümm Sələmə, habelə, Peyğəmbərin(s) Həbəşəyə mühacirət etmiş digər xanımları o Həzrət üçün danışırdılar ki, Həbəşədə divarlarında təsvir olan kilsə görmüşlər. Peyğəmbər(s) buyurdu: -Onların içində layiqli bir şəxs ölüb. Onun qəbri üzərində məbəd tikərək, o təsvirləri orada yerləşdirmişlər. Onlar Qiyamət günü Allah hüzurunda ən pis camaat olacaqlar.”
    Lakin (vahabiləri çıxmaq şərtilə) bütün müsəlmanlar peyğəmbərlərin, imamların və övliyaların qəbirləri kənarında məscid tikməyi halal, o məscidləri dağıtmağı isə haram hesab edirlər. Çünki onlar da məsciddir və məscidə ehtiram vacibdir.
    Məsələn, Peyğəmbər(s) qəbrinin kənarındakı Peyğəmbər məscidi, Şamda Həzrət Yəhya(ə)-ın qəbri yerləşən Əməvi məscidi, Məscidi-Əqsa (Beytül-Müqəddəs) və s. Beytül-Müqəddəsdə İshaq övladlarından olan bir çox peyğəmbərin qəbri yerləşir. Bu işin düzgünlüyünü müsəlmanların adət-ənənəsi də təsdiqləyir. Bundan əlavə, bütün İslam alimləri fitva vermişlər ki, bir şəxsin hansısa məkanda, hətta qəbir üzərində olsa belə, məscid tikməsi düzgün işdir. Məsələn, Peyğəmbər(s) məscidində o Həzrətin, Əbubəkrin və Ömərin qəbri yerləşir. Qeyd etdiyimiz kimi, Beyzavi("Cəlaleyn” təfsiri Quranın qısa açıqlamasıdır. İsra surəsinin sonuna kimi Cəlaləddin Məhəmməd ibn Əhməd Məhəlli Şafei Misri, həmin yerdən Quranın sonuna kimi eyni üslubla Cəlaləddin Süyuti Şafei təfsir etmişdir. Hər ikisinin adı Cəlalla başladığı üçün, kitabın adı "Cəlaleyn” təfsiri adlanır. Bu təfsirə oxşar və bu üslubda bir şiə təfsiri də vardır ki, böyük şiə alimi hicri 1242-ci ildə vəfat etmiş Seyyid Abdullah Şübbər tərəfindən yazılmışdır. Bu kitab da "Cəlaleyn” təfsiri kimi Quranın haşiyəsində çap olunmuşdur. Qahirə Universitetinin müəllimi, doktor Hamid Hifni Davud Şübbərin təfsirini "Cəlaleyn” təfsirindən üstün hesab edir.) və Cəlaləddin Süyuti də bunu düzgün saymışlar. Aişənin hədisinə gəldikdə isə əvvəla, bu hədis Peyğəmbərin(s) buyurduğu: "Allah Yeri mənim üçün məscid və pak yaratmışdır. Ona görə də ümmətim harada namaz vaxtı yetişdi, qılsınlar”-hədisi ilə düz gəlmir (əlbəttə, kimsənin mülkü və qəsbi olmamaq şərti ilə). Yaxud Həsəni Müsənnanın xanımının onun qəbri üzərində qübbə tikdirərək, bir il orada ibadət etməsi. Hər iki hədis qəbir kənarında namaz qılmağın düzgünlüyünü təsdiq edir.
    İkincisi, Yəhud və Nəsaranın ən pis olması, qəbir üzərində məbəd tikdirdikləri üçün deyil. Çünki, Allah əshabi-Kəhfin mağarasını tapanda, "gəlin, bunların üzərində bir məscid tikək”-deyən möminləri mədh edir (tərifləyir) (Kəhf-21).
    Yəhud və Nəsara kafir və Tanrıdan uzaq olduqları üçün pis idilər. Onlar yaxşı adamların heykəllərini düzəldərək məbədlərdə yerləşdirir, sitayiş edirdilər. Onlar Allaha şərik qoşurdular. İşləri cahiliyyət ərəblərinin Kəbəyə büt asması kimi idi. Bu iş hara, bir yeri məscid etmək hara? Halbuki, məscid tikən şəxs Allaha ibadətdən başqa məqsəd güdmür və Quran da bunu düzgün hesab edir.
    Cəlaleyn(Hüzeyfə və atası Yəman Peyğəmbər(s) səhabəsi olmuşlar. Hüzeyfə möhtərəm səhabələrdən və Peyğəmbərin(s) sirdaşlarından olmuşdur. Şiələr onu Əmir-əl-mömininin tərəfdarlarından hesab edirlər. Hüzeyfə Əli(ə)-ın xilafətinin əvvəllərində, 36-cı hicri ilində vəfat edib. ) təfsirində belə deyilir: "Möminlər əshabi-Kəhfin mağarası üzərində namaz qılmaq üçün bir məscid tikdilər.” Fəxr Razi yazır: "Möminlər dedilər: -Allaha ibadət etmək və əshabi-Kəhfin təsirini saxlamaq üçün onların üzərində məscid tikərik.” Deməli, Qurani-Kərim açıq-aydın bildirir ki, əshabi-Kəhfi unutmamaq üçün onların üzərində məscid tikmək şirk deyil. Biz də Quran deyəni, deyirik. Nə zaman bu ayəni nəsx edən yaxud cılızlaşdıran digər ayə tapsanız, sizinlə razılaşacayıq.
    EPİLOQ
    Vahabilərin digər müsəlmanlarla müxalifəti
    Sonda xatırlatmaq istərdik ki, vahabilər bir neçə dəfə müsəlmanlara qarşı çıxmış və bu işi öz məzhəblərinin şüarı hesab etmişlər. İş o yerə çatıb ki, öz məskənlərini "Tövhid diyarı”, başqalarının məskənini isə "Şirk diyarı” hesab edirlər. Bu fikir xəvaricdə olduğu kimi, onların da məzhəbinin əsasını təşkil edir. Halbuki, belə düşüncə şər və çirkin hesab olunur. Bu həmin Allahın müsəlmanları çəkindirdiyi təfriqədir: "Hamınız bir yerdə Allahın ipindən (dinindən möhkəm) yapışın, bir-birinizdən ayrılmayın (Ali-İmran-103). "(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur” (Ənam-159).
    Mühəmməd ibn İsmayıl Buxari "Əl-fitnə” kitabında Hüzəyfədən(Abdullah ibn Ömər ibn Xəttab fəqih və hədisçi olmuşdur. Bitərəf, tikansız şəxs idi və camaat fəqihlərindən hesab olunur. Hicri 73-cü ildə ölmüşdür.) hədis nəql edir: "Hamı Peyğəmbərdən(s) xeyir və yaxşılıq haqqında sual edirdilər. Lakin mən o Həzrətdən şər və pislik haqqında soruşurdum ki, ona düçar olmayım. Odur ki, dedim: Ya Rəsulallah! Biz nadanlıq dövründə şər içində yaşayırdıq, sonra Allah bu xeyiri (İslamı) bizə bəxş etdi. Bundan (bu xeyirdən) sonra yenə şər olacaqmı? Peyğəmbər(s) buyurdu: Bəli, Cəhənnəmin qapısında carçılar var, kim onların sözünü qəbul etsə, Cəhənnəmə gedəcək. Soruşdum: Onlar kimlərdir? Buyurdu: Biz müsəlmanlardandırlar və dilimizdə danışırlar. Dedim: Mən onlarla rastlaşsam nə edim? Buyurdu: Müsəlmanlar və onların rəhbəri ilə birləş. Soruşdum: Əgər müsəlmanlar birləşməsələr və rəhbərləri olmasa nə edim? Buyurdu: Bütün firqələrdən kənarlaş. "Vahabi alimləri Allahpərəstlik, şirk, küfr və bunların növləri barədə müxtəlif kitablar yazırlar. Nə yaxşı olardı, küfrün növlərindən birini də "müsəlman cəmiyyətindən ayrılmaq” hesab edərdilər?! Necə ki, firqələr haqqındakı ayədə deyilir və Peyğəmbər(s) hədisində vardır: Kim bir qarış müsəlman cəmiyyətindən kənarlaşsa, İslamdan kənarlaşmış olur”.
    Vahabilər; Şeytanın buynuzu!
    Buxari "Əl-fitnə” kitabında Abdullah(Salim ibn Abdullah ibn Ömər ibn Xəttab Mədinədəki yeddi camaat fəqihlərindən biri olmuşdur. Onu fiqh və hədis elmində atası Abdullah ibn Ömər kimi hesab edirlər. Hicri 106-cı ildə vəfat etmişdir. ) ibn Ömərdən nəql edir: "Peyğəmbər(s) iki dəfə buyurdu: İlahi, bizə Yəməndə bərəkət ver, İlahi, bizə Şamda bərəkət ver. Əshab dedi: Buyurun, Nəcddə də bizə bərəkət ver. Peyğəmbər buyurdu: Nəcd, zəlzələlər və fitnələr yeridir, Şeytanın buynuzu oradan çıxacaq! Buxari həmin kitabda yazır: "Salim(Üqbə ibn Əmr ibn Sələbə Ənsari Əbu Məsud Bədri səhabə olmuşdur. Hicri 40-cı. ildən ya əvvəl ya da sonra vəfat etmişdir.) atasından belə nəql edir: Bir gün Peyğəmbər(s) minbərin yanında dayanıb buyurdu: Fitnə-fəsad oradan çıxar. Şeytanın buynuzu çıxan yerdən!”. Elə həmin kitabda Buxari Nafedən nəql edir: "Abdullah ibn Ömər deyir: "Peyğəmbər(s) üzünü Şərqə tutub buyurdu: Agah olun! Fitnə-fəsad oradadır. Şeytanın buynuzu oradan çıxar”.
    "Şərh-əs-sənə” kitabında Üqbə ibn Ömərdən(Deyirlər, Nəcd əsgərləri Əbdül Əziz ibn Səudun başçılığı ilə Mədinəyə hücum edərək bütün müqəddəs məkanları, imamların, Peyğəmbər(s) səhabələrinin və əhli-əyalının qəbirlərini viran etdilər. Peyğəmbərin də qəbrini dağıtmaq istədikdə, İslam ölkələri başçılarının, hind alimlərinin notasından və müsəlmanların onların əleyhinə qiyam etməsindən qorxub əl çəkdilər. Bu tarixdə məşhurdur ki, həmin vaxt Nəcd əsgərləri (Məhəmməd ibn Əbdül Vəhhabın tərəfdarları) Peyğəmbər(s)-in qəbri üstə qəhvə vuraraq deyirmişlər: "Məhəmməd(s)! Qalx! Qalx! Sənmi demisən Nəcd şeytanın buynuzudur?!”. ) nəql olunur: "Peyğəmbər(s) əli ilə Yəmənə tərəf işarə edərək buyurdu: Agah olun ki, ora bərəkətlidir. Agah olun ki, qəsavət və rəhmsizlik, dəvələrinin quyruğu altında yerləşən dəvəçilərin arasındadır. Şeytanın buynuzu çıxan yerdə!”.(Ğulat – Ğali sözünün cəmidir. Ğali-Peyğəmbər və İmamın məqamını pərəstiş həddinə yüksəldərək, ğüluv və mübaliğə edən şəxsə deyilir. Həzrət Əli(ə)-ı-Allah bilənlər kimi. )Doğrudan da bir dünya təəccüb var! Özlərini sünnət və camaat əhli hesab edən vahabi alimləri ən çox inandıqları "Səhihi-Buxari” kitabında, etibarlı saydıqları Abdullah ibn Ömərdən, onun qulamı Nafedən və digər ravilərdən nəql olunan bir belə hədisi görə-görə, necə etinasızlıq edirlər? Doğurdan da, Peyğəmbərin (s) o hədisindəki: "Şeytanın buynuzu Nəcddən çıxar” nə deməkdir? "Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?”.
    Vahabilər Allahdan başqası ilə dostluğu şirk sayırlar
    Vahabi məzhəbi, necə ki, "Tövhid risalələrinin toplusu” kitabında deyilir, şirkin növlərindən birini-"dostluq şirki” hesab edir və bu ayəyə əsaslanırlar: "İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevən də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir” (Bəqərə-165).
    Məsələ bundadır ki, onların şirk saydıqlarının bu mənada olması bəlli deyil. Çünki, onların dediyi kimi, Allahdan qeyrisi ilə dostluq etmək şirk hesab olunursa, onda belə çıxır ki, bütün müsəlmanlar müşrikdirlər. Müsəlmanlar öz atalarını, övladlarını, var-dövlətlərini və dostlarını sevirlər. Heç bir şəri əsas yoxdur ki, belə insanları müşrik adlandıraq. Və heç kəs onların müşrik olduğu qənaətinə gəlməmişdir. Mümkündür ki, belə desinlər: Allahdan qeyrisini sevmək, peyğəmbərlərə və övliyalara pərəstiş etməyə aparıb çıxarır. Biz isə deyirik: Peyğəmbər(s) və imamlara olan məhəbbət bu həddə çatmır və "Ğulat”lardan(Əhzab surəsinin 33-cü ayəsinə işarədir. Ayədə deyilir: "Siz ey (Peyğəmbərin) ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”. Vahabilər, Bəqi qəbristanlığındakı bütün qəbirləri dağıtdılar. O cümlədən, Əhli-beytdən olan dörd məsum İmamın, yəni, İmam Həsən Müctəba, İmam Zeynalabidin, İmam Məhəmməd Baqir və İmam Cəfər Sadiq(ə)-ın qəbrini dağıtdılar. Onların məqbərəsində yerləşən daha bir neçə qəbri- Əli(ə)-ın anası Fatimənin və Peyğəmbərin (s) əmisi Abbasın da qəbrini dağıtdılar. ) başqa heç kəs bu fikirdə deyil. Peyğəmbər(s) və İmamı sevən heç bir müsəlman onlara pərəstiş məqsədi güdmür. Müsəlmanlar Peyğəmbər(s) və imamları, onların Allaha bağlı olduqları üçün sevir və heç bir müsəlman onları Allah hesab etmir. Ona görə də Peyğəmbər(s) və imamlar haqqında Allah nə deyibsə, müsəlmanlar da onu deyirlər. Məsələn, Allah Peyğəmbər(s) və imamlara müqərrəblik və şəfaət imtiyazını verib, müsəlmanlar da bunu qəbul edirlər. Qəribə burasıdır ki, vahabilərdən: "Siz Peyğəmbəri(s) sevirsinizmi?”-deyə, soruşduqda onlar müsbət cavab verir, lakin bunu şirk hesab etmirlər. Amma məlum deyil nə üçün vahabi olmayanlar hansısa peyğəmbər yaxud imamı sevəndə müşrik olurlar?!
    Bəqidəki imamların qəbirləri vahabilər tərəfindən dağıdıldı
    Vahabilərin "iş”lərindən biri də, Bəqi qəbristanlığında imamların məzarlarını dağıtmaqla, Allaha və Peyğəmbərə qarşı alçaqlayırlar. Elə şəxslərin məzarlarını dağıtdılar ki, Allah onlardan bütün pislik və günahları təmizləmiş, onları pak-pakizə etmişdir.(Müfavizat – söhbət, danışıq, dialoq deməkdir. Vahabi şahı Mədinəni mühasirə edib, qəbirləri dağıdan zaman hind sünni alimləri ona bu haqda suallar yazmış və o da bu suallara cavab vermişdir. Kitab bütövlükdə bu sual-cavabı əhatə edir..)
    Onların bu işi, həm kitab, həm də sünnə vasitəsilə qəti sabit olunmuş Peyğəmbərin(s) yaxınlarını sevmək məsələsini inkar etmək deməkdir. Necə ki, Allah-təala buyurur: "(Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm (Şura-23)”.
    Bütün bunlara baxmayaraq, bir dəstə nəcdli (İbn Süudun qoşunu) gəlib Peyğəmbər(s) Əhli-beytinin(ə) qəbirlərini dağıdırlar. Elə onların ata-babası, o imamları qətlə yetirmişdilər. Sələflər öz xələfləri üçün necə də murdar irs qoydular və xələflər öz sələflərini nə pis yamsıladılar!!! Beləliklə, onlar Peyğəmbərin(s) öz Əhli-beyti(ə) üçün tapşırığını saymadılar. Bunlardan əlavə, bütün İslam məzhəblərində möminin qəbri üstündən keçmək, ona söykənmək və üstündə oturmaq qəbir sahibinə təhqir kimi qəbul olunur. Deməli, qəbri dağıtmaq şübhəsiz, möminə edilən böyük təhqirdir.
    "Əl-Müfavizət-əl-hindiyyə” (Dedik ki, vahabilər istisnasız, bütün qəbir və məqbələrin dağıdılmasını lazım bilirlər. Əgər dünya müsəlmanlarının qorxusu olmasaydı, Peyğəmbər(s) qəbrini də dağıdardılar. ) kitabında Əbdül Əziz ibn Səud hind alimlərinə belə cavab verir: " Məndən altı sual soruşursunuz. Biz dəfələrlə demişik, yenə də deyirik. Hətta canımız bahasına da olsa, Peyğəmbər(s)-in qəbrini və evini qoruyacağıq. Biz Mədinəni Peyğəmbər(s) məscidini qorumaq üçün mühasirə etmişik.” Digər bir etiraza cavab olaraq yazır: "Sizi arxayın edirəm ki, heç kəs Peyğəmbərin(s) məqbərəsinə toxunmayacaq. Bizim fikrimizcə, Peyğəmbərin(s) ehtiramından əziz heç nə yoxdur.”(Məlik Əbdül Əziz belə etmədi və dedikləri sırf yalan idi. Bəqidən, imamların məzarından və Peyğəmbər(s) hərəmindən qarət edib apardıqları əşyaları qaytarmayıb, Ali-Səud sülaləsi arasında bölüşdürdülər.  )
    Belə çıxır ki, İbn Səudun Peyğəmbərin(s) qəbrini dağıtmamasına səbəb, o Həzrətə hörmət etməsi olub. Yəni, əgər qəbri dağıtsa, o Həzrətə hörmətsizlik olar. Bəs Quranın hökmü ilə Peyğəmbərin(s) ciyərparası olan Əhli-beytin(ə) qəbrini dağıtmaq hörmətsizlik deyilmi? Görəsən, fərq nədədir? Allah Quranda buyurur: "Allah Adəmi, Nuhu, İbrahimi, övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi. Onlar biri digərindən törənmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir” (Ali-İmran, 33-34).
    "Səhihi-Buxari”də Peyğəmbərdən(s) nəql olunur: "Fatimə mənim cismimin yarısıdır, kim onu qəzəbləndirsə, məni qəzəbləndirib, kim məni qəzəbləndirsə, Allahı qəzəbləndirib”.
    Deməli, Peyğəmbər(s) öz Əhli-beytini(ə) özündən hesab edib. Onlara ehtiramsızlıq, o Həzrətə hörmətsizlik deməkdir. Peyğəmbərin(s) qəbrini dağıtmaq haramdırsa, onların da qəbrini dağıtmaq haramdır. Kim başqa söz desə, cəfəngiyyatdır.
    Vahabi alimlərinin qəbirləri dağıtmaq üçün dəlilləri və onların cavabları
    Vahabi alimləri deyirlər: "Əgər vəqf olunmuş bir yerdə qəbrin üstündə məqbərə olsa, camaat üçün yer daralar. Buna görə də onu dağıtmaq lazımdır. Onlar Bəqi qəbirlərini dağıtmaqda bu fikrə əsaslanırlar. Lakin onların fikri bir neçə səbəbdən batildir:
    1. Sual- Bəqidən başqa qəbristanlıqlardakı müsəlman qəbirlərini dağıtmağa hansı sübut və dəlil vardır? Onlardamı camaata narahatlıq törədirdilər? Onları dağıtmaq qəti şəkildə haramdır. Çünki, müsəlmanların malını zay etmək deməkdir.
    2. Bu hökm vəqf yerlərinə aid ola bilər. Bəqi isə mübah yerdir. Kim desə ki, Bəqini kimsə alaraq vəqf edib, gərək sübut etsin.
    3. Qəbrin üzərindəki tikilini o vaxt dağıtmaq olar ki, o yerin ölülər üçün vəqf olunduğu məlum olsun. Lakin sahibsiz bir yerdə qəbir üzərində tikili varsa, ona toxunmaq olmaz və müsəlmanın işini düzgünlüyə yozmaq lazımdır. Əks təqdirdə, 14 əsrlik müsəlman adət-ənənəsinə necə bəraət qazandırmaq olar? Çünki keçən əsrlərdə tikilən məqbərələr xəlifə və alimlərin gözü önündə olmuş və heç kəs buna etiraz etməmişdir. Vahabilər peyda olub müqəddəs qəbirləri dağıtmağa başladılar. Demək, onların işinə nə Allah, nə Peyğəmbər(s) nə də sonrakı xəlifələr razıdırlar.
    Vahabilərin müsəlmanların malına, canına və namusuna təcavüzü
    Vahabilər öz vəhşiliklərini o yerə çatdırdılar ki, müsəlmanları qətlə yetirməyə, mal və namuslarına toxunmağa başladılar. Hətta Məlik Əbdül-Əziz ibn Səud "İki şərafətli hərəmin xadimləri ilə müsahibə” məqaləsində bunu etiraf etdi. Lakin o zabit və əsgərlərin etdiklərinə məsuliyyət daşımadığını iddia edərək dedi: "Mənimlə zabitlərimin vəziyyəti, Peyğəmbərlə sərkərdəsi Xalid ibn Vəlidin vəziyyəti kimidir. Peyğəmbər(s) onu bir ərəb tayfasının üzərinə göndərdi. Xalid hiylə ilə onları qətlə yetirdi. Xəbər Peyğəmbərə(s) çatdıqda, əllərini göyə açıb üç dəfə dedi: "İlahi, Şahid ol! Mən Xalidin etdiklərinə nifrət edirəm”.
    Lakin bu müqayisə düz deyil. Çünki Peyğəmbər(s) Xalidi döyüş üçün göndərməmişdi. O, Xalidin öz əməli idi. Məlik Əbdül Əziz isə qoşunu müsəlmanlarla müharibəyə göndərmişdi (qeyd etmək lazımdır ki, müəllif kitabı, Məlik Əbdül Əziz yenicə Hicaza hökmdarlıq edərkən, onun sağlığında yazmışdır). Bir müsəlman cihadda, yaxud başqa vəziyyətdə digər müsəlmanlarla belə rəftar etsə və bu bəhanələrlə məsuliyyətdən yaxa qurtara bilsə, onda İslamın fatihəsi oxunmalıdır. Müsəlman kafir kimi hərəkət etsə, dindən çıxmış olur. Kafirlər öz məqsədlərinə çatmaq üçün heç bir qeyd-şərt, qayda-qanun tanımırlar. Bu isə Peyğəmbərin(s) öyrətdiyi islami dəyanətdən çox-çox uzaqdır. Məsələ İbn Səudun dediyi kimidirsə, onda mən and verirəm onu Kəbənin Allahına, "Müfavizati-Hindiyyə”də yazılanları oxusun və əgər islami abidələri onun əmri olmadan dağıdıblarsa, bərpa etsin. Əks təqdirdə, Allaha şikayət etmək lazımdır. İslamdan öncə də dinsizlər Kəbəni, Beytül-müqəddəsi və digər müqəddəs məkanları dağıtmışdılar. İslamdan sonra da Yezid ibn Müaviyə Peyğəmbər(s) balasını qətlə yetirərək, onun və dostlarının cənazəsini qüslsüz, kəfənsiz və dəfn etmədən çöldə qoymuşdular. Sonra da Kəbəni dağıdaraq müsəlmanların malını, canını və namusunu öz əsgərlərinə halal etmişdi. Əbdül Məlik Mərvanın göndərdiyi qoşuna başçılıq edən o Həccac ibn Yusifin Abdullah ibn Zübeyri tutmaq üçün mancanaqla Kəbəni dağıtmasını da bilirik. Bizim elə təsəllimiz də budur ki, bu işlər təzə deyil. Tutaq ki, Əbdül Əziz əsgərlərin etdiyi işə razı deyilmiş. Lakin camaatın oğurlanmış mallarını, dağıdılmış evlərini bərpa etmək onun boynundadır və bu, şəriətin hökmüdür. Xalid ibn Vəlidin cinayətində Peyğəmbər(s) özünü günahkar saymır və ərz edirdi ki, "İlahi, şahid ol! Xalidin törətdiyi qətl və qarət Allah və Onun Rəsulunun göstərişinin əksinə olmuşdur”.
    Amma buna baxmayaraq, Həzrət Əlini(ə) göndərdi ki, camaata dəymiş ziyanı ödəsin. Peyğəmbərin əməli hara, Əbdül Əzizin cinayəti hara?
    Düzgün müqayisə o olardı ki, Məlik Əbdül Əziz də Peyğəmbər(s) kimi etsin. 
    Vahabilər məzhəb azadlığınınqarşısını alırlar
    Vahabilər Nəcd və Hicazda məzhəb azadlığına mane olur, şəriətin icazə verdiyi işləri görməyi müsəlmanlara qadağan edirlər. "Ya Rəsulallah”, "Ya Məhəmməd(s)”-deyəni, Peyğəmbər(s) zərihinə toxunan, onu öpən, o Həzrətlə dərdi-dil edərək, Allahla öz arasında vasitəçiləri müşrik və kafir sayırlar. Müsəlmanların eyni məzhəbə əməl etməsi yox, hər məzhəbə inanan şəxsin öz fəqihinin dediklərinə əməl etməsi vacibdir (əlbəttə, kitab və sünnəyə əsasən). Necə ki, Allah buyurub: "Əgər (müsəlmanlar) bunu (münafiqlərə deyil), Peyğəmbər(s) və ya özlərindən (möminlərdən) olan əmr sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədəuyğun olub-olmadığını təyin etməyə qadir olan) şəxslər bilərdilər (Ən-Nisa-83)”.
    Habelə, buyurur: "Barı, hər tayfadan bir dəstə (dini elmləri öyrənmək, sonra da dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman (Allahın əzabı ilə) qorxutsun (Tövbə-122)”.
    "Əgər (bunu) bilmirsizsə, kitab əhlindən soruşun. (Nəhl-43)”. İslam alimləri (zikr və kitab əhlinin təqlid mərcələri və müctəhidlər olduğunu bildirirlər. Onların da mərcəi kitab və sünnədir. İbn Teymiyyə deyir: "Kim kitab və sünnəyə istinad etmədən xalq arasında hökm etsə, kafirdir!!! ("Minhac-əs-sünnə”, üçüncü hissə, s-32).
    Demək, vahabilərin əməli, şəriətdə qəti şəkildə qadağan olunmuş bidətdir. Mömin yalnız sünnəyə və səhabənin sirəsinə əməl edə bilər. Kim "Allahın hökmünə” əməl etmək istəsə, öz rəyini deyil, Allahın rəyini qəbul etməlidir, əks təqdirdə, "Allahın hökmünün əksinə” hökm etmiş olur.
    Category: Vəhabi firqəsi | Added by: Islam_Kitabxanasi
    Views: 1022 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024