İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar

    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar
    2012-04-28, 5:45 AM
    QURANDA ŞƏKK EDƏNLƏR HAQQINDA
    Diqqət yetirmək lazımdır ki, Qurani-Kərim "şəkk edənlər” dəlil və sübut sorağında olanlar mənasında deyil. Məqsəd xəstəliklə bağlı olan şəkkə düçar olub, yəqinə çatmağı və şəkk-şübhənin aradan qalxmasını qeyri-mümkün bilən şəxslərdir. Buna əsasən, Qurani-kərimdə şəkk edənlər iki qrupa bölünür:
    Birinci qrup: "Bilmirəm” və "başa düşmürəm” deməklə şəkk-şübhəyə düçar olduqlarını bildirənlər. Yəni bu qrup şəkk edənlər açıq-aydın ayələri görə-görə yaradan, məad, vəhy, dini təlimlər və prinsiplər barəsində şəkk edirlər.(Bax: "İbrahim” surəsi, 9-10-cu ayələr; "Hud” surrəsi, 62-ci ayə; "Yunis” surəsi, 104-cü ayə; "Nəml” surəsi, 66-cı ayə... )
    İkinci qrup: Allahı, nübüvvəti və məadı inkar edən şəxslər. Lakin onlar həqiqətdə bu məsələlər barəsində yəqin həddinə çatmamış və şəkkə düçar olmuşlar. Başqa sözlə, onlar heç bir sübutları olmadığı halda, dini prinsipləri dildə inkar edir və məsələyə şübhə ilə yanaşırlar.("Casiyə” surəsi, 24 və 32-ci ayələr; "Qaf” surəsi, 2-3-cü ayələr; "Muminun” surəsi, 33 və 37-ci ayələr. )
    Quran baxımından, şəkk edənlər məhz hiss olunmayan məsələləri danırlar. Onlar əmin olmadıqlarını iddia etdikləri halda, peyğəmbərlərin dəvətinin batil olmasını sübuta yetirən heç bir dəlil göstərmirlər.(Bax: "Şenaxtşenasi dər Quran”, səh. 181-182. )
    ŞƏKKİN TƏSİRLƏRİ
    Qurani-kərimin tövhid, məad, risalət, vəhy və digər dini məsələlərlə əlaqədar ayələrinə diqqət yetirdikdə iki əsas nöqtə ilə rastlaşırıq.
    1-Şəkk-şübhə ya qəlbdə, ya dildə, ya da həm qəlb, həm də dildə inkara səbəb olur.("İbrahim” surəsi, ayə: 9-10; "Nəml” surəsi, ayə: 66; "Casiyə” surəsi, ayə: 32; "Muminun” surəsi, ayə: 69; "Bəqərə” surəsi, ayə: 23 və s. )
    2- Bu şəkk bəzən müşriklərə("Nəml” surəsi, ayə: 66; "Hud” surəsi, ayə: 62 və 110. )
    , bəzən də kafirlərə("Səbə” surəsi, ayə: 54; "Fussilət” surəsi, ayə: 45; "Qaf” surəsi, ayə: 2-3. )
    aid edilir.
    Demək, şirk və küfrə səbəb olan amillərdən biri də şəkk-şübhədir.
    Bir incəlik: Qurani-kərim ayələrində qeyd olunan "rəyb”in "şəkk” dən müəyyən fərqləri var. "Rəyb” lüğətdə böhtan və bu kimi bir şeylə birgə şəkk və nadanlıq nəticəsində nəfsdə yaranan iztirablı (həyəcanlı) haldır. Buna əsasən, ayələrdə qeyd olunan "murib” şəkk sifəti qərar verilmişdir; yəni həyəcan yaradan şəkk. "Səba” surəsinin 54-cü ayəsini misal göstərmək olar. Həmin ayədə buyurulur: "Kafirlər "murib” (şəkk) içində idilər.” Yəni onlar həyəcanla birgə şəkkə düçar olmuşdular. Bəzən insan (misal üçün) filan ağacın ildə neçə dəfə bar verdiyini bilmir. Bu zaman (Quran ayələrində qeyd olunan) "reyb” yox, şəkk yaranır. Bəzən isə (misal üçün) filan yolda bir quldurun pusquda durub-durmaması bilinmir. Burada insanda şəkk-şübhədən əlavə, həyəcan da yaranır.("Quran dər Quran” (Təfsiri mövzuiyi Qurani-kərim), Cəvadi Amili, 1-ci cild, səh. 361-362. )
    2-QURANDA "ZƏNN” (GÜMAN)
    Qurani-kərimdə beş növ gümandan söz açılmışdır:
    1-Həqiqətə uyğun gəlməyən güman.("Ənam” surəsi, ayə: 116; "Casiyə” surəsi, ayə: 24; "Ali-İmran” surəsi, ayə: 154; "Bəqərə” surəsi, ayə: 78; "Həcc" surəsi, ayə: 15)
    2-Həqiqətlə uyğun gələn güman.("Tövbə” surəsi, ayə: 118; "Haqqə” surəsi, ayə: 17-21.)
    3-Günah sayılan güman.("Hücurat” surəsi, ayə: 12. )
    4-Həqiqəti kəşf etməyən güman.("İsra” surəsi, ayə: 52. )
    5-Məhkum olunan güman.(Nəcm” surəsi, ayə: 28. )
    Ayələrin məcmusuna diqqət yetirməklə Qurani-kərimin bu məsələyə münasibətini belə qeyd etmək olar:
    a) Güman təbii ki, insanı həqiqətə çatdırmır. Xüsusilə gümanın müqəddimələrində nəfsani istəklər olarsa.("Nəcm” surəsi, ayə: 23. )
    Çünki bu halda, güman nəfsani istəklərə uyub, dəlil və sübutdan uzaqlaşır.
    b) Məhkum olunan güman insanın əqidə üsullarında, xüsusilə əbədi həyat (qiyamət) və onunla əlaqəli mövzularda yaranır. Yəni belə məsələlərdə elm və yəqinə çatmaq labüddür.
    v) İnsanların əksəriyyəti gümana uyur, elm və yəqinə çatmaq üçün özlərini zəhmətə salmırlar.
    q) Qurani-kərimdə məhkum olunan və həqiqətə uyğun gəlməyən güman ən çox Allaha şərik qoşanlara aid edilir.("Ənam” surəsi, ayə: 148; "Yunus” surəsi, ayə: 66; "Nəcm” surəsi, ayə: 23; "Casiyə” surəsi, ayə: 24. )
    Diqqət yetirmək lazımdır ki, Qurani-kərimin bəzi ayələrində ("zənn” sözünün yerinə) "zəəm” sözü işlədilmişdir.("Cümə” surəsi, ayə: 6; "Nisa” surəsi, ayə: 60; "Ənam” surəsi, ayə: 22, 94 və 136; "Kəhf” surəsi, ayə: 52; "Qisəs” surəsi, ayə: 62 və 74; "Səba” surəsi, ayə: 22. )
    "Zəəm” sözü haqqı hiss etməklə yanaşı olan güman mənasını daşıyır. Quran ayələrinə əsasən, "zəəm” (haqqı hiss etməklə yanaşı güman) digər gümanlarla müqayisədə daha artıq sorğu-suala tutulacaqdır. Çünki bəzilərinin səhlənkarlıq və etinasızlıq üzündən güman etməsi mümkündür. Lakin haqqı hiss etməklə güman edən şəxs öz gümanına diqqət yetirmiş və onun üzərində aparmışdır.(Bax: "Şenaxt əz didqahi elmi və didqahi Quran”, səh.316-318. )
    3-QURANDA YƏQİNLİK
    Predikatın predmetə isbatı, eləcə də predikatın predmetdən inkarının qeyri-mümkünlüyünə, hər iki hadisədə birinci və ikinci etiqadın aradan getməməsinə "yəqin”lik deyilir. Buna əsasən "yəqin”in dörd şərti var. Bu şərtlər daxilində güman və şəkk, hətta nadanlıq yəqinlik çərçivəsindən xaric olur. Çünki güman və şəkdə predikatın sübut olunmasında, eləcə də predikatın predmetdən alınmasının qeyri-mümkünlüyündə yəqinlik mövcud deyil. Nadanlıqda da predmetin predikata sübutuna, eləcə də predikatın predmetdən alınmasının qeyri-mümkünlüyünə yəqinlik yoxdur. Lakin bu iki yəqinin hər ikisi şübhə ilə, yaxud onun əksinə göstərilən dəlillə aradan qalxır. Yəqin isə heç vaxt aradan getmir.
    Qurani-kərim yəqin üçün qeyd olunan dörd şərtdən yaranan zərurəti "la rəybə fihi” (onda heç bir şəkk-şübhə yoxdur) və buna bənzər ifadələrlə bəyan etmişdir. Məsələn buyurur:
    "Bu (Quran ), heç bir şəkk-şübhə olmayan və təqvalılara doğru yol göstərən kitabdır.” ("Bəqərə” surəsi, ayə: 2. )
    Ayədə qeyd olunan "ra rəybə” (heç bir şəkk-şübhə yoxdur) ifadəsinin mənası budur ki, Quran inkaredilməz bir həqiqətdir. Bu kitabda tövhidə və məada dəvət, vəhy və risalət iddiası olduğundan onun müddəaları da inkaredilməz bir həqiqətdir.
    Başqa bir ayədə belə buyurulur:
    "Ey Rəbbimiz! Həqiqətən, olacağına şübhə edilməyən bir gündə bütün insanları (bir yerə) toplayan Sənsən!” ("Ali-İmran” surəsi, ayə: 9. )
    Ayənin mənası budur ki, Allah-taalanın insanları bir yerə toplayacağı gün labüd həqiqətdir.("Mərifətşinasi dər Quran”, Cəvadi Amili, 13-cü cild, təfsiri mozuyi, səh. 255-256.)
    Quranda yəqin sözünün, öncə qeyd olunan mənası həmin sözdən düzələn digər sözlərlə bir neçə dəfə təkrarlanmışdır.(Bax: "Rəd” surəsi, ayə: 2; "Bəqərə” surəsi, ayə: 4 və 118; "Maidə” surəsi, ayə: 50; "Nəml” surəsi, ayə: 3 və 82; "Rum” surəsi, ayə: 60; "Loğman” surəsi, ayə: 4; "Səcdə” surəsi, ayə: 24; "Casiyə” surəsi, ayə: 4 və 20; "Tur” surəsi, ayə: 36; "Hicr” surəsi, ayə: 99; "Vaqiə” surəsi, ayə: 95; "Haqqə” surəsi, ayə: 51; "Muddəssir” surəsi, ayə: 47; "Nisa” surəsi, ayə: 157; "Ənam” surəsi, ayə: 75; "Şüəra” surəsi, ayə: 24; "Duxan” surəsi, ayə: 7; "Zariyat” surəsi, ayə: 20.)
    YƏQİNLİYİN DƏRƏCƏLƏRİ
    Quran baxımından yəqinliyin müxtəlif dərəcələri var: "Elmül-yəqin”, "eynül-yəqin” və "həqqül-yəqin”.
    Qurani-kərim "elmül-yəqin”i "eynül-yəqin”ə çatmaq üçün bir körpü ünvanında tanıtdırır.("Təkasur” surəsi, ayə: 5-6. )
    Əgər yəqinlik zehni mərifətdən əyani mərifətə çevrilsə, insan zehni cəhətdən inandıqlarını öz gözləri ilə müşahidə edər. Allah-taala "Təkasur” surəsində buyurur: "Əgər insan "elmül-yəqin” mərhələsinə çatsa, cəhənnəmi görə bilər.” Yəni, biz "elmül-yəqin” mərhələsinə çatsaq, bizi bu mərhələ ilə tanış edən müqəddiməmiz də var.
    "Eynül-yəqin” mərhələsindən yüksək mərhələnin adı "həqqül-yəqin”dir. Bu mərhələdə insan nəinki haqqa şahid olur, həm də Allahdan qeyrisini unudur və ilahi mərifətdə qərq olur. Quran baxımından "həqqül-yəqin” mərifətdə ən üstün bir yəqin deməkdir.("Haqqə” surəsi, ayə: 51; bax: "Mərahili ixtilaf dər Quran”, (təfsiri mozuyi), Cəvadi Amili, "yəqin” bölümü, 11-ci cild, səh. 351-356. )
    Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, nəzəri və zehni yəqinlik həqiqətdə predikatın predmet üçün sübut olunmasını, predikatın predmetdən alınmasının qeyri-mümkünlüyünü bilməkdir. Bu iki yəqin və biliyin aradan qalxmasının qeyri-mümkünlüyünü müşahidə etmək yəqinə çatmaqdan və canlı şəkildə müşahidədən fərqlənir.
    Quran ayələrində yəqin məsələsi ilə əlaqədar belə nəticələr əldə etmək olar:
    1-İlahi ayələri Allah barəsində yəqinlik hasil etmək üçün bir növ səbəb hesab etmək olar.(v)
    2-Özünü xəyallardan, zehnin batil göstərişlərindən nadanlığa qərq olmaqdan qoruyanlar təqvanın yüksək mərhələsinə nail olanlar və axirət aləminə inananlardır.("Bəqərə” surəsi, ayə: 4. )
    3-Mərifətsiz və təlaşsız yəqin mərhələsinə çatmaq qeyri-mümkündür.("Hicr” surəsi, ayə: 99. )
    4-Yəqindən bəhrələnənlər heç bir maneədən qorxmadan öz yollarına davam edirlər.("Səcdə” surəsi, ayə: 24; bax: "Şenaxt əz didqahi elmi və didqahi Quran”, səh. 493-499. )
    5-Yəqin mərifət və elmin xarici nümunələrindən olduğu üçün məlumlara aid edilir. Məlum olan "Əsmayi-hüsna”nın (Allahın gözəl adlarının) sayı çox olduğundan, mərifətlər və yəqinlər də müxtəlifdir. Hər bir mərifət öz həddində yəqindən bəhrələnir. Məhz bu səbəbdən yəqin üçün onun xarici nümunələrini nəzərə almaqla müxtəlif formalar təsəvvür etmək olar.
    6-Yəqinin ən yüksək dərəcələri "elmül-yəqin”, "eynül-yəqin” və "həqqül-yəqin”dir("Təsnim” (Qurani-kərimin tərtibi təfsiri), Cəvadi Amili, 2-ci cild, səh. 205-206. )
    7-Yəqinin bağlılıqları – Allahın gözəl adları məhdud olmadığından, yəqinliyi, yaxud müşahidə mərhələsini xüsusi çərçivədə yəqinin son mərhələsi hesab etmək olmaz. Yəqinin həqiqəti çeşidli nurdan ibarətdir. O həm artır, həm də hüdudsuzdur.(Yenə orada; eləcə də "Mizanul-hikmə”, Məhəmməd Məhəmmədi Reyşəhri, 10-cu cild, səh. 790.)
    SUAL 4: Qurani-kərimin müxtəlif ayələrində bəyan olunan küfr, şirk, nifaq və imanda məqsəd nədir? Hansı amillər onların yaranmasına səbəb olur? Özümüzü tanımaq məqsədilə insanları bu əsas üzərində necə tanıya bilərik? Mən şirk və ikiüzlülüyün bəzi əlamətləri ilə tanışam. Bu əlamətlər məndə də mövcuddur. Buna görə çox narahatam. Onları aradan qaldırmaq üçün mənə yol göstərin!
    QURANDA İNSANLARIN QRUPLARA BÖLÜNMƏSİ
    Qurani-kərimin ayələrinə diqqət yetirməklə insanları ilahi dinə münasibətdə üç qrupa bölmək olar:
    1-Bəziləri dini həm batində, həm də zahirdə qəbul edirlər. Onlar möminlər və təqvalılardır. Baxmayaraq ki, bəzən çarəsizlik üzündən təqiyyə edir, öz batini imanını gizlədir, onu aşkarlamaq üçün heç bir zəminə tapa bilmir və ya çarəsizlik üzündən batini imanının əksinə olaraq kafir olduğunu elan edir.("Nəhl” surəsi, ayə: 106; "Qafir” surəsi, ayə: 28. )
    2-Bəziləri həm batində, həm də zahirdə Allahın dinini inkar edirlər. Onlar kafirlərdir.
    3-Bəziləri yalnız batində kafirdirlər və zahirdə özlərini imanlı göstərirlər.
    Bu qruplardan olan insanlar ya zahirdə və batində dini qəbul edib mömin olur, ya batində və zahirdə onu qəbul etməyib kafir olur, ya da onu batində inkar, zahirdə qəbul etməklə münafiq olur. Üçüncü qrupun əksini də (təqiyyəni) fərz etmək olar; insan bu halda zahirdə dini inkar etsə də, onu batində qəbul etmişdir. Bu qrup da möminlər sırasındadır.("Təsnim”, 2-ci cild, səh. 249-250. )
    Biz burada Quran ayələrində bəyan olunan bu üç qrup barəsində qısa məlumat verməklə sizi kafirlərin, münafiqlərin və möminlərin əqidələri ilə tanış etməyə çalışacağıq:
    1-QURANDA KÜFR
    Quran baxımından kafirlərin küfrünün və Allahı inkar etmələrinin əsas səbəbi ya psixoloji çatışmamazlıq, ya da nadanlıqdır.
    İmam Məhəmməd Baqirdən (ə) belə bir rəvayət nəql olunmuşdur: "İnkara səbəb olan hər şey küfrdür.”("Mizanul-hikmə”, 8-ci cild, səh. 399, hədis: 17391. )
    Quran ayələri də bu həqiqəti açıqlamışdır: kafirlərin yəqinliyi yoxdur,("Tur” surəsi, ayə: 36. )
    əql, sübut və məntiqə tabe olmurlar.("Əl-mizan”, 15-ci cild, səh. 222. )
    Bir sıra ayələrdə kafirlərin nadanlığı("Tövbə” surəsi, ayə: 97; "Əraf” surəsi, ayə: 138; "İhqaq” surəsi, ayə: 23. )
    , bəzi ayələrdə isə şəkk-şübhəyə düçar olmaqları("İbrahim” surəsi, ayə: 10. )
    onların küfrlərinin əsas səbəbi kimi qeyd olunmuşdur. Bəzi ayələrdə də kafirlər "zənn və gümana” tabe olan qruplardan hesab edilmişdir.("Bəqərə” surəsi, ayə: 78. )
    Lakin Qurani-kərim kafirlərin Allahı inkar etməsində təkəbbür və qüruru ən əsas psixoloji səbəb kimi açıqlamışdır.("Əraf” surəsi, ayə: 77; "Əl-mizan”, 17-ci cild, səh. 402. )
    Quran baxımından, kafirlər dəlil və məntiqə tabe olmamaqla yanaşı əlavə, öz müddəalarının isbatı üçün heç bir dəlil də göstərmirlər.(Muminun” surəsi, ayə: 117. )
    Qeyd etmək lazımdır ki, Qurani-kərimdə "küfr” sözü "fisq” (günah) mənasında da işlədilmişdir.("Ali-İmran” surəsi, ayə: 97; "Əl-mizan”, 2-ci cild, səh. 202. )
    Belə ki inkar bəzən əməl məqamında da küfr adlanır.("Nəhl” surəsi, ayə: 13; "Əl-mizan”, 12-ci cild, səh. 315-316. )
    Mərhum Əllamə Təbatəbainin nəzərincə, Quran baxımından kafirlərin Allahı inkar etməsinin əsas amili onların məadı inkar etməsidir. Bu da nübüvvəti, vəhyi və dini inkar etməklə nəticələnir.("Əl-mizan”, 15-ci cild, səh. 187. )
    Quran ayələrinə əsasən, küfr həm güclənən, həm də zəifləyən sifətlərdəndir. Onun hər bir mərtəbəsinin xüsusi təsiri vardır.("Nisa” surəsi, ayə: 138; "Maidə” surəsi, ayə: 64 və 68; "Təsnim”, 2-ci cild, səh.222. )
    İmam Sadiq (ə) maraqlı bir rəvayətdə, Quran baxımından küfrün beş qismdən ibarət olduğunu bildirmişdir:
    1. Allahın rübubiyyətini inkar etmək: İmam Sadiq (ə)-ın buyurduğuna əsasən, Allahı, behişti və cəhənnəmi qəbul etməyən bu qrup insan gümana tabedir. Allah-taala onları qorxutmağı faydasız hesab etmişdir.("Bəqərə” surəsi, ayə: 78. )
    2. Həqiqəti bilə-bilə inkar etmək: Bu qism küfrün mənası insanın haqqı və həqiqəti tanıdığı halda onu inkar etməsidir. Aşağıdakı ayələrdə bu mənada küfrə işarə edilmişdir:
    "Qəlbləri (möcüzələrimizin) həqiqiliyinə yəqin etdikləri halda haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.”("Nəml” surəsi, ayə: 14. )
    "Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Quran) göndərildiyi zaman (onu qəbul etmədilər.) Halbuki əvvəlcə kafirlərə qələbə çalmaq üçün ("Tövratda adı çəkilən sonuncu peyğəmbər gəlib bizə yardım edəydi” – deyə Allaha) yalvarırdılar. Bildikləri (peyğəmbər) gəldikdə isə ona inanmadılar. Allah kafirlərə lənət etsin!” ("Bəqərə”, surəsi, ayə: 89. )
    3. İlahi nemətləri inkar etmək: Qurani-kərimdə buyurulur:
    "(Süleyman) Taxtın onun yanında hazır olduğunu gördükdə dedi: "Bu, Rəbbimin lütf və mərhəmətindəndir. Məni imtahana çəkməyi üçündür ki, görək Onun nemətinə şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin nemətinə) şükür etsə, yalnız öz xeyrinə şükür edər; kim nankor olsa (ilahi nemətə şükür etməsə), həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyil və kərəm sahibidir!” ("Nəml” surəsi, ayə: 40; eləcə də bax: "İbrahim” surəsi, ayə: 7; "Bəqərə” surəsi, ayə: 152.)
    4. Allahın əmrlərini tərk etmək: Bu barədə buyurulur:
    "Xatırlayın ki, yenə bir zaman sizinlə: "Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayan!” – deyə razılığa gəldik. Sonra siz (həmin əhd-peymana) şahid olub (onu) təsdiq etdiniz. (Ey yəhudilər!) Siz elə insanlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından çıxarırsınız. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Aya siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz?” ("Bəqərə” surəsi, ayə: 84-85. )
    Onların küfr və inkarlarının səbəbi Allah-taalanın əmrlərini tərk etmələri idi.
    5.Üz çevirmək: Bu məsələ ilə əlaqədar Qurani-kərimdə buyurulur:
    "Biz sizi inkar edirik (Üz çeviririk). Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişəlik ədavət və nifrət olacaq.” ("Mümtəhinə” surəsi, ayə: 4; bax: "İbrahim” surəsi, ayə: 22; "Ənkəbut” surəsi, ayə: 25.)
    Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, Quranda «küfr» bir mənada işlədilməmişdir. Bu mövzuda əlavə məlumat vermək məqsədilə aşağadakı incəliklərə diqqət yetiririk:
    1-Qurani-kərimdə kafirlərin doğru yola yönəlməmələri ilə əlaqədar "xətəmə”("Bəqərə” surəsi, ayə: 7. )
    (möhür vurmuşdur), "təbəə”("Nəhl” surəsi, ayə: 108. )
    (möhür vurmuşdur), "sərəfə”("Tövbə” surəsi, ayə: 127. )
    (döndərmişdir), "ğulfun”("Bəqərə” surəsi, ayə: 88)
    (örtülü və pərdəlidir), "ranə”("Mütəffifin” surəsi, ayə: 14. )
    (qələbə çalmışdır), "əqfalun” (kilidlər vurulmuşdur),("Mühəmməd” surəsi, ayə: 24. )
    "nuqəllibu”("Ənam” surəsi, ayə: 110. )
    (tərsinə çevirərik), "qəsavət”("Bəqərə” surəsi, ayə: 74. )
    və "mərəz” (xəstəlik)("Bəqərə” surəsi, ayə: 10. )
    kimi ifadələr işlədilmişdir.
    2-Mərhum Əllamə Təbatəbainin nəzərincə, Quranda qeyd olunan "Əlləzinə kəfəru” (kafir olan şəxslər) ifadəsində besətin əvvəllərində yaşayan Qüreyş kafirlərinin böyükləri ola bilər. Çünki bəzi hallarda – kafirləri qorxutmağın faydasız olması barəsində söhbətdə doğru yola yönəlməmək bütün kafirlərə aid edilərsə, onda hidayət qapısı qeyri-müsəlmanların üzünə bağlanar. Bu da Qurani-kərimin nazilolma hikməti və ayələrin zahiri ilə uyğun gəlmir.("Əl-mizan”, 1-ci cild, səh.52. )
    3-Quran baxımından, kafirlər fitrət sərmayəsini məhv etməklə iman adlı müvəffəqiyyətə nail ola bilmədilər.("Ənam” surəsi, ayə: 12. )
    4-Kafirlər mürəkkəb (qatı) nadanlığa düçar olduqları üçün özlərini haqq bilirdilər. Lakin Qurani-kərim onların xata bataqlığında qərq olduqlarını açıqlayır.("Bəqərə” surəsi, ayə: 81. )
    Onların işi susuz adamın düzənlikdə, sakit və aydın havada uzaqdan su kimi gördüyü ilğıma bənzəyir. Belə ki o həmin yerə çatdıqda, orada bulaq olmadığını görür.("Nur” surəsi, ayə: 39. )
    5-Məsumlardan nəql olunmuş rəvayətlərdə qəflət, şəkk-şübhə və günah küfrün əsaslarından sayılmışdır.("Mizanul-hikmə”, 8-ci cild, səh.400, hədis: 17399-17400 və səh. 404.)
    Həmçinin, bu həqiqətə də işarə olunmuşdur ki, kafirlər nadan ikən sakit qalıb düşünsəydilər, inkar etməz, kafir olub doğru yoldan azmazdılar.(Yenə orada, 2-ci cild, səh. 153, hədis: 2813-2814. )
    Nəticə: Quranda küfr ifadəsi müxtəlif mənalarda işlədilmişdir. Onun bir mənası Allah-taalanı və dini məsələləri inkar etməkdir. Bu mövzuların inkarının əsas səbəbi həm mərifətin olmaması (cahillik, şəkk və zənn) həm də psixoloji çatışmamazlıqdır. (təkəbbür, qürur)
    Category: Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 1045 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024