İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar

    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar
    2012-04-28, 5:44 AM
    2-QURANDA ŞİRK (ALLAHA ŞƏRİK QOŞMAQ)
    İmam Sadiq (ə) buyurmuşdur: "Küfr (Allahın inkarı) şirkdən öndədir; çünki küfr yalnız Allaha, şirk isə Allahdan qeyrilərinə də aid edilir.”(Yenə orada, 8-ci cild, səh. 399, hədis: 17394. )
    Ümumiyyətlə, Quran baxımından, şirki iki hissəyə bölmək olar: etiqadda şirk, əxlaqda şirk. Lakin incəliklərə varsaq, əxlaqi şirkin də etiqadi şirkdə sonuclandığını görəcəyik. Bu məsələ ilə əlaqədar Quran ayələri məcmusundan aşağıdakı nöqtələri aydınlaşır:
    1-Allaha şərik qoşmaq ağılsızlıq əlamətidir.("Bəqərə” surəsi, ayə: 170. )
    2-Allahı başqa bir varlığa bənzətmək və oxşatmaq nadanlıqdan irəli gəlir; çünki Allaha şərik qoşub, Onu başqa bir varlığa bənzətmək elm və əqidəyə uyğun gəlmir.(Bəqərə” surəsi, ayə: 22. )
    Bu səbəbdən də, Quran bildirir ki, Allaha şərik qoşmağın əsas səbəbi nadanlıqdır və müşriklər nadan insanlardır.("Rum” surəsi, 30-32-ci; "Yusif” surəsi, 39-40-cı; "Bəqərə” surəsi, 113 və 118-ci ayələr. )
    3-Şirkdə elmə yol yoxdur. Yəni şirk məlum ola bilməz, çünki zatən "yoxluqdur” (mövcud deyildir). Zatən "yox” olan (mövcud olmayan) hər hansı bir şeyə elm aid etmək olmaz. Ona görə ki, elm vücudi (isbati) bir məsələdir və onun vücudu olmayan (yox olan) şeylərə aid edilməsi qeyri-mümkündür. Allah-taala "Loğman” surəsinin 15-ci ayəsində buyurur: "Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə.” (Bax: "Təfsiri mövzuiyi Quran”, Cəvadi Amuli, 4-cü cild, səh.138-139. )
    4-Quranın bəzi ayələrində "şəkk” də Allaha şərik qoşmaq amillərindən hesab edilmişdir("Nəml” surəsi, ayə: 66; "Hud” surəsi, ayə: 62 və 110. )
    5-Bir sıra ayələrdə müşriklərin mürəkkəb (qatı) nadanlıq içində olduğu da açıqlanmışdır; yəni nadan olduqları halda həqiqəti bildiklərini güman edirlər.("Yasin” surəsi, ayə: 6, 9 və 10; "Rum” surəsi, ayə: 59. )
    6-Bəzi təfsirlərə əsasən, bütpərəstliyin və Allaha şərik qoşmağın səbəbi üç növ nadanlıq ola bilər:
    a) Allaha münasibətdə – Allahın bənzəri, oxşarı və tayı-bərabəri olub-olmamasında nadanlıq.
    b) İnsanın məqamı – Allahın bütün məxluqlarından üstün olması – barəsində nadanlığı.
    c) Təbiət aləmi və cansız əşyaların insan müqabilində dəyərsiz olması barəsində nadanlıq.("Peyami-Quran”, Ayətullah Məkarim Şirazi, 1-ci cild, səh.76-78. )
    7-Qurani-kərimdə şirkə yönəlmənin iki əsas amili bəyan olunmuşdur:
    a) Xaliqin məxluqdan uzaqda təsəvvür edilməsi: Allah-taala müxtəlif ayələrdə bu müddəanı rədd edir.(Qaf” surəsi, ayə: 16; "Zümər” surəsi, ayə: 36; "Qafir” surəsi, ayə: 60; "Ali-İmran” surəsi, ayə: 29. )
    b) Kainatın idarə olunmasının kiçik tanrıların öhdəsinə qoyulması: Bunun da puç və rədd olması ilə əlaqədar bir neçə ayə nazil olmuşdur.("Əraf” surəsi, ayə: 54; "Yunis” surəsi, ayə: 31-32. )
    8-Müşriklər Allaha şərik qoşarkən əql, dəlil və sübutdan bəhrələnmədikləri kimi, öz müddəalarının isbatı üçün də heç bir dəlil göstərmirlər("Muminun” surəsi, ayə: 117. )
    9-Quran nöqteyi-nəzərindən Allaha şərik qoşmaq ən böyük zülm və haqsızlıqdır; çünki Allaha şərik qoşmaqla ən mühüm haqq və ədalət (tövhidi ədalət) aradan qalxır.
    10-Qurani-kərimin bəzi ayələrində müşriklərin kafirlərlə eyni səviyyədə olduqları qeyd edilmişdir.
    11-Müşriklərin Allaha şərik qoşmasında mərifətşünaslıqla bağlı amillərdən əlavə, psixoloji amillər var. Həsəd,(Nisa” surəsi, ayə: 54. )
    günah,("Ali-İmran” surəsi, ayə: 112. )
    eləcə də Allah, peyğəmbər və dinlə düşmənçilik("Müddəssir” surəsi, ayə: 11 və 25. )
    ... buna misal ola bilər.
    12-Quran ayələrinə əsasən, "tövhid” yarpaqları və budaqları əxlaq və ibadətdən ibarət pak ağac, "şirk” isə kökü cəhənnəmdə, od yaradan, yarpaqları və budaqları günah olan çirkin bir ağaca bənzəyir. "Şirk” adlı bu çirkin ağac cəhənnəmdən baş qaldırır. Onun meyvəsi pis işlər və rəzil sifətlərdir. Məhz bu səbəbdən deyirlər: Günah edən şəxsin tövhidə və Allahın birliyinə xalis inanması qeyri-mümkün olduğu kimi, Allaha itaət edən şəxsin müşrik olması da mümkün deyildir. Rəvayətlərdə buyurulur: "Mömin şəxs (heç vaxt) zina və oğurluq etməz.”("Biharul-ənvar”, 66-cı cild, səh. 63, hədis: 7-8 və səh.67, hədis: 17; "Kafi”, 2-ci cild, səh. 32, hədis: 1; bax: "Təfsiri mövzuiyi Quran”, 7-ci cild, səh. 384. )
    13-Quran ayələri baxımından, şirkin xarici nümunələri Allahı yaddan çıxarmağa və namazın tərkinə zəmin yaradır.("Maidə” surəsi, ayə: 91. )
    Allaha şərik qoşmaq insanı iztirab və həyəcan girdabına salır.("Bəqərə” surəsi, ayə: 113. )
    14-Bir nöqteyi-nəzərdən Quran ayələrində şirk iki növdür: 1-İtaətdə şirk. 2-İbadətdə şirk. İbadətdə Allaha şərik qoşmaq insanın Allahdan başqasına ibadət etməsidir. İtaətdə Allaha şərik qoşmaq insanın Allahdan başqasına – məsələn, Şeytana itaəti, onun əmrlərini icra etməsidir. "Yusif” surəsinin "Onların əksəriyyəti yalnız şərik qoşaraq Allaha inanarlar!”("Yusif” surəsi, ayə: 106. )
    – ayəsi itaətdə Allaha şərik qoşmaqdan danışır; yəni bəzi möminlər Allaha Ona qoşduqları şəriklər – bütlər və şeytanlarla birlikdə ibadət edərlər.("Əl-mizan”, 11-ci cild, səh. 280. )
    ŞİRKİN DƏRƏCƏLƏRİ
    Allaha şərik qoşmağın dərəcələri var. Çoxallahlılıq nəzəriyyəsi zahiri şirk nümunəsidir. Ondan aşağı və gizli şirk Qurana və xüsusi nübüvvətə iman gətirməyən kitab əhlinin şirki, ondan da aşağı və gizli şirk Allaha, tövhidə, onun vasitə və səbəblərinə iman gətirən şəxslərin müstəqil baxışlarıdır. Bu qəbil şəxslər Allahdan başqalarına qeyri-müstəqil şəkildə diqqət yetirmək əvəzinə, onlara müstəqil şəkildə etiqad bəsləyib, öz işlərində onlara istinad edir.(Yenə orada, 2-ci cild, səh. 202 və 4-cü cild, səh. 371. )
    Diqqət yetirmək lazımdır ki, gizli şəkildə Allaha şərik qoşmaq imanla yanaşı ola bilər.(Yenə orada, 11-ci cild, səh. 276. )
    3-QURANDA NİFAQ VƏ İKİÜZLÜLÜK
    Bu məsələ ilə əlaqədar Qurani-kərimdə bir çox incəliklər bəyan olunmuşdur. Biz onların bir neçəsini qeyd etməklə kifayətlənirik:
    1-Quranda "ikiüzlülük” küfrü gizlətmək və imanı aşkar etmək mənası daşıyır. Yəni münafiqlər zahirdə (Allaha peyğəmbərlərə) şəhadət verir, batində isə (onları) inkar edirlər.("Münafiqun” surəsi, ayə: 1-3; "Ali-İmran” surəsi, ayə: 167; "Əl-mizan”, 9-cu cild, səh. 325 və 19-cu cild, səh. 278. )
    2-Quran baxımından ikiüzlülüyün əsas amili nadanlıqdır.("Tövbə” surəsi, ayə: 97. )
    3-Bəzi ayələrdə münafiqlərin tərəddüd və şəkk-şübhə içində olmalarına işarə edilmişdir("Nisa” surəsi, ayə: 143; "Əl-mizan”, 5-ci cild, səh. 116-117. )
    4-İkiüzlülük sifətinin amillərindən biri də şəkdir.("Sad” surəsi, ayə: 8; "İbrahim” surəsi, ayə: 9. )
    5-Quran nöqteyi-nəzərindən, münafiqlərin Allaha və Peyğəmbərə (ə) imanı inkar etmələrinin səbəbi budur ki, onlar dünyanı hissiyyat və maddiyyatla dəyərləndirirlər. Kafirlər vəhyin əfsanə olduğunu güman etdikləri kimi, münafiqlər də qeyb aləminə və hiss olunmayan şeylərə (metafizik aləmə) inanmağı ağılsız iş sayırlar.(Nəhl” surəsi, ayə: 22. )
    Münafiqlər maddi dünyagörüşləri və hissiyyata əsaslandıqlarından tövhidi, məadı və Peyğəmbərin (ə) risalətini qəbul edən mühacir və ənsar qrupunu axmaq hesab edir, onların əməllərini ağılsız və puç iş kimi qələmə verirdilər. Özlərini isə onlardan üstün və aydın düşüncə sahibi sayırdılar.("Təfsiri-təsnim”, 2-ci cild, səh. 278. )
    6-Münafiqlərin şəkk-şübhə və tərəddüdləri onların qəlblərinin xəstə olması ilə əlaqələndirilir.("Tövbə” surəsi, ayə: 45; "Təfsiri-təsnim”, 2-ci cild, səh. 137; "Əl-mizan”, 5-ci cild, səh.118. )
    7-Bəzi təfsirçilərin nəzərincə ikiüzlülük şirkin xarici nümunələrindəndir; insanın daxilində şirkdən heç bir əsər-əlamət görünməsə, ikiüzlülük fitnəsi də ondan heç vaxt baş verməz. Necə ki ikiüzlülüklə yanaşı əməl Allaha şərik qoşmaq üçün möhkəm zəmin yaradır. Məhz bu səbəbdən də belə deyilir: "İkiüzlülükdən irəli gələn riya Allaha şərik qoşmaqdan başqa meyvəsi olmayan ağacdır.”("Təfsiri-təsnim”, 2-ci cild, səh. 262. )
    8-Qurani-kərim kafirlərin azğınlıq və çirkin əməllər içərisində qərq olduqlarını bəyan etdiyi kimi,("Bəqərə” surəsi, ayə: 81. )
    münafiqlərin də günah və tüğyan bataqlığında boğulduğundan qəlblərinin kor olmasından söz açmışdır.("Bəqərə” surəsi, ayə: 15. )
    Əgər əql və gümanın mübarizəsində, əql gümana məğlub olarsa, güman nəfsin idrak adlı səhnəsinə daxil olub, düzgün dərketmə yollarını bağlayar. Belə bir insan heç vaxt düzgün fikirləşə bilmir, nəfsi puç düşüncələrlə dolur. Nəticədə qəlb həqiqəti qəbul etmir, puç düşüncələr onu azğınlığa doğru aparar.(Bax: "Təfsiri-təsnim”, 2-ci cild, səh. 291. )
    9-Quranın bəzi ayələrində münafiqlərin bir sıra hökmlərdə kafirlərlə şərik olduqları bəyan edilir. Məsələn, ilahi qəzəb odunda (cəhənnəmdə) yanmaq həm münafiqlərə, həm də kafirlərə aid edilir("Nisa” surəsi, ayə: 140. )
    10-Ayələrdə münafiqlərin bəzi hökmlərdə müşriklərlə şərik olmalarına işarə edilmişdir. Buna onların Allahın rəhmətindən məhrumluğunu misal göstərmək olar. Qurani-kərim müşriklər haqda belə buyurur: "Allah onları Öz rəhmətinə daxil etməyəcəkdir.” ("Tövbə” surəsi, ayə: 113; "Nisa” surəsi, ayə: 116. )
    Allahın rəhmətinə nail olmamaq münafiqlərə də aiddir. Belə ki, Allah-taala buyurur: "Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaq.” ("Münafiqun” surəsi, ayə: 6. )
    Qurani-kərimin bəzi ayələrində münafiqlərin hətta kafirlərdən pis olduğu vurğulanır.("Nisa” surəsi, ayə: 145. )
    Ayətullah Cəvadi Amuli bu barədə deyir: "Əvvəla, münafiqlər kafir və müşriklərdən daha təhlükəlidirlər. İkincisi, münafiqlər daxilən kafirlər kimi dini inkar etməklə yanaşı həqiqəti danır, yalan danışır, hiyləyə əl atır, həm də istehza edirlər. Lakin küfr içərisində olanlar belə nəfsani çirkinliklərə əl atmırlar. Münafiqlərin küfrü isə bu qəbil çirkinliklərlə doludur.”("Təfsiri-təsnim”, 2-ci cild, səh. 226-250. )
    4-QURANDA İMAN
    Qurani-kərimdə qeyd olunan imanın bütün yönləri haqda çox danışmaq olar. Lakin biz bu bəhsin incə nöqtələrinə işarə etməklə kifayətlənirik:
    1-Quran baxımından iman insanın ixtiyari işlərindən biridir. Məlum olduğu kimi, Allah tərəfindən hansısa bir əmr insanın qüdrətinə, nəticədə onun ixtiyari olmasına bağlıdır. Əgər iman insanın ixtiyar dairəsindən xaric bir məsələ olsaydı, onun yerinə yetirilməsini xahiş etmək Allahın hikmətinə zidd olardı.(Bax: "Bəqərə” surəsi, ayə: 41, 91 və 186; "Nisa” surəsi, ayə: 136; "Ali-İmran” surəsi, ayə: 179 və s. (Bu məsələ ilə əlaqədar Möhsin Cəvadinin "İman nəzəriyyəsi” adlı kitabının 185-192-ci səhifələrinə müraciə edə bilərsiniz.))
    2-Quran baxımından "iman” Allah-taalaya baş əymək və təslim olmaqla yanaşı, yəqinlə birgə elm və mərifət deməkdir.("Hücurat” surəsi, ayə: 15; "Duxan” surəsi, ayə: 8-9; "Nəml” surəsi, ayə: 3; "Loqman” surəsi, ayə: 4; "Səba” surəsi, ayə: 6; "Həcc" surəsi, ayə: 54; "Rum” surəsi, ayə: 56. )
    3-Əməl imanın hissəsi deyil,("Əsr” surəsi, ayə: 3; "Həcc" surəsi, ayə: 54; "Rum” surəsi, ayə: 56. )
    lakin onu gərəkli edən bir şeydir; yəni əməl imanın zati xüsusiyyətlərindən (cins, fəsl) deyil. Amma o həmişə həqiqi imanla yanaşıdır. Belə ki, əməlin olmaması imanın təsirli və ixlaslı olmadığını göstərir.("Ənfal” surəsi, ayə: 3-4; "Bəqərə” surəsi, ayə: 177; "Əl-mizan”, 18-ci cild, səh.158. )
    4-Qurani-kərimdə qeyb,("Bəqərə” surəsi, ayə: 2-3.)
    Allah-taala,("Nisa” surəsi, ayə: 162; "Əraf” surəsi, ayə: 158; "Mücadilə” surəsi, ayə: 22.)
    məad,("Mücadilə” surəsi, ayə: 22; "Nisa” surəsi, ayə: 162. )
    risalət,("Əraf” surəsi, ayə: 158; "Hücurat” surəsi, ayə: 15. )
    peyğəmbərlər,("Nisa” surəsi, ayə: 171; "Ali-İmran” surəsi, ayə: 179. )
    səmavi kitablar,("Bəqərə” surəsi, ayə: 4, 121 və 136; "Ali-İmran” surəsi, ayə: 119. )
    imamət("Maidə” surəsi, ayə: 3, 55 və 67. )
    və mələklər("Bəqərə” surəsi, ayə: 117. Əlavə məlumat əldə etmək üçün bax: "İman nəzəriyyəsi”, səh. 201-246. )
    iman mövzusu sayılmışdır.
    5-Quran baxımından, düz danışmaq,("Səff” surəsi, ayə: 10-11. )
    əxlaqi prinsiplər("Tövbə” surəsi, ayə: 109; "Ənkəbut” surəsi, ayə: 41. Bax: "Bist qoftar” Şəhid Mürtəza Mütəhhəri, səh. 151-155. )
    ruhi aramlıq("Maidə” surəsi, ayə: 69; "Fəth” surəsi, ayə: 4; "Yunis” surəsi, ayə: 62-63. )
    , maddi nemətlər("Əraf” surəsi, ayə: 96. )
    və saleh əməllər imanın faydalarındandır.("Bəqərə” surəsi, ayə: 277; "Maidə” surəsi, ayə: 9. Bax: "Fərazhayi əz İslam”, Əllamə Təbatəbayi, səh. 238. )
    7-Quran baxımından, iman azalıb-çoxalmaq qabiliyyətinə malikdir. Mərifət azdan başlayıb tədricən çoxaldığı kimi, dini məsələlər və prinsiplər barədə düşüncəmiz də artır. Onlara qəlbən təslim olmaq da azalıb-çoxalmaq qabiliyyətinə malikdir. Beləliklə, insanın imanı həm çoxala, həm də azala bilər.("Ali-İmran” surəsi, ayə: 173; "Ənfal” surəsi, ayə: 2; "Nisa” surəsi, ayə: 136; "Tövbə” surəsi, ayə: 124; eləcə də bax: "Əl-mizan”, 18-ci cild, səh. 259-262. )
    MÖMİNLƏRİN MƏQAMLARI
    Qurani-kərimdə müxtəlif məqamlara işarə olunmuşdur. Möminlər bu məqamlara malik olmaqda azaddır. "Möminlərin dərəcələri” bu məqamlardandır. Bu məqamların geniş şəkildə izahı və onlara malik olmaq yolları barəsində söhbət etmək bizim bu kitabın həcminə uyğun gəlmədiyindən Quran baxımından möminlərin bəzi məqamlarına qısa şəkildə işarə etməklə kifayətlənirik:
    1-Təslim məqamı : Yəni, insan tam vücudu ilə Allahın ixtiyarındadır və Ona təslimdir. Bu, həzrət İbrahimin (ə) Allahdan istədiyi məqamdır.("Bəqərə” surəsi, ayə: 128. )
    Allaha təslimçilik, ona baş əymək əməldə ilahi əmrlərə itaət, günah və haramdan çəkinməklə yanaşı, insanın düşüncələrində aşkar olunmalıdır.("Təfsiri mövzuiyi Qurani-kərim”, 1-ci cild, səh. 383-384. )
    2-Əbrar məqamı: ("Mutəffifin” surəsi, ayə: 18-22. )
    Əllamə Təbatəbainin nəzərincə, bu məqam imanın ən yüksək məqamıdır.("Əl-mizan”, 1-ci cild, səh. 430. )
    Quran baxımından, bu məqama nail olmaq üçün insan ehtiyac duyduğu və sevdiyi şeyləri (haqq yolunda) sərf etməli başqalarına bağışlamalıdır.("Ali-İmran” surəsi, ayə: 92. )
    Bu məqam yalnız Allahın xalis və həqiqi bəndələrinə məxsusdur.("Dəhr” surəsi, ayə: 5-6. )
    3-Təqva məqamı: Allah-taala Qurani-kərimdə bu məqamın xüsusi bir məqam olmasını müxtəlif ifadələr və dəyərli cümlələrlə vurğulayaraq, təqvalıları Öz dostu kimi qələmə verir.("Casiyə” surəsi, ayə: 19; "Ənfal” surəsi, ayə: 34; "Bəqərə” surəsi, ayə: 21; "Həcc" surəsi, ayə: 37 və s. )
    Bəzi təfsirçilərin nəzərincə təqvanın müxtəlif dərəcələri olsa da əhəmiyyət kəsb edən budur ki, insan təqvada üç şərti gözləməlidir:
    a) Allahdan qorxmalıdır və qorxduğu üçün günahdan çəkinməlidir.
    b) Günahdan çəkinmək budur ki, insan günahdan uzaqlaşmalı, heç vəchlə günaha yol verməməlidir.
    v) Hər halda – istər qorxudan, istərsə də günahdan çəkinmək üçün – insan Allaha yaxınlaşmaq məqsədilə hərəkət etməlidir.(Bax: "Təfsiri mövzuiyi Quran”, 11-ci cild, səh. 205-219. )
    4-İxlas məqamı: Mühəqqiq Tusinin təbirincə ixlas bir işi (yalnız) Allaha görə yerinə yetirməkdir. Yəni insan öz qəlbini Haqqa yönəltməli, onun qəlb hərəmində qəlbləri dəyişdirən Allahdan başqası yerləşməməlidir. Qurani-kərim baxımından, "ixlas” insanın əsl mahiyyətidir və o əksər vaxtlarda nəfsani istəklər pərdəsi altında gizli qalır.("Loqman” surəsi, ayə: 32. )
    Ayələrdə bəyan olunduğu kimi, Allah insandan əməllərini yalnız ixlasla yerinə yetirməsini istəyir. Əgər insan belə bir məqama nail olsa, istədiyi hər şeyə malik olmuşdur.("Bəyyinə” surəsi, ayə: 7-8.)
    Haqq-taalanın görüşünə ümid edib, Onun cəlal və camal sifətlərini arzulayan şəxs mömin olmalı, saleh əməllər yerinə yetirməli və öz işlərində – istər əqidəsində, istərsə də əməlində – Allaha şərik qoşmamalıdır.("Kəhf” surəsi, ayə: 110. "İxlas” bəhsi ilə əlaqədar bax: "Təfsri mövzuiyi Quran”, 11-ci cild, səh. 253-258. )
    Category: Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 1019 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024