İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Etiqat » Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar

    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar
    2012-04-24, 9:46 AM
    SUAL 5: İman və İslam arasında əlaqə nədən ibarətdir?
    İSLAMIN MƏNASI
    Qurani-kərimin bəzi ayələrində "İslam” və ondan düzələn digər sözlərdən istifadə olunmuşdur.("Ali-İmran” surəsi, ayə: 19 və 85; "Bəqərə” surəsi, ayə: 28; "Hücurat” surəsi, ayə: 14; "Zuxruf” surəsi, ayə: 69 və s.)
    İslam dedikdə bəzən insanı Allah-taalaya tam təslim etmək istəyən ilahi dinlərin, bəzən Allahın yeganəliyi və Onun rəsulu həzrət Məhəmmədin (s) haqq olmasına dildə şəhadət vermək, bəzən də iman nəzərdə tutulur.("Yunis” surəsi, ayə: 84. )
    Ümumi şəkildə belə bir nəticə çıxarmaq olar ki, İslam təslim olmaq deməkdir. Qəlbən İslamı qəbul etmək iman adlanan etiraf və yəqindən, dildə İslamı qəbul etmək, onu iqrar edib şəhadət verməkdən, bədəni və xarici görünüşülə İslamı qəbul etmək Allah-taalanın əmrlərini yerinə yetirməkdən, İslamı mütləq qəbul etmək isə insanın bütün yönlərinə aid "təslim”çilikdən ibarətdir. Təbii ki, belə bir İslam həmişə imanla birgədir. Beləcə, hər bir müsəlmanı mömin də adlandırmaq olar. Lakin İslam bəzən yalnız dildə, yaxud əməldə görünür. Qurani-kərim belə insanları daxilən kafir olmaları aşkarlanana qədər müsəlman hesab edir.
    İMAN VƏ İSLAM ARASINDA ƏLAQƏ
    Qurani-kərimin müxtəlif ayələrinə əsasən, belə bir həqiqəti etiraf etmək olar ki, iman və İslam bir-birilə qarışmışdır, onların hər bir dərəcəsi başqa bir dərəcəni təkmilləşdirir. Əllamə Təbatəbai bu barədə deyir: "İslamın müxtəlif dərəcələri vardır. Bunun dəlili bu şərif ayədir: "Rəbbi İbrahimə: "(Əmrimə) Təslim ol!” –dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum” – deyə cavab vermişdi.” ("Bəqərə” surəsi, ayə: 131. )
    Həzrət İbrahim (ə) Allahın əmrinə təslim olaraq müsəlman oldu. Lakin bu ayədən İslamın daha yüksək dərəcələrə malik olması başa düşülür. Nədə Həzrət İbrahimin (ə) İslamın ən yüksək dərəcəsinə nail olması əmr edilir.
    İSLAMIN DƏRƏCƏLƏRİ
    Birinci dərəcə: Dildə Allahın yeganəliyinə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət vermək; istər qəlbən qəbul etsin, istərsə də etməsin.("Hücurat” surəsi, ayə: 14. )
    İkinci dərəcə: İnsan öz qəlbində Allah-taalaya və dini məsələlərə ümumi şəkildə iman gətirib, baş əyir. Bu dərəcədə insanın saleh əməllər yerinə yetirməsi tələb olunur. Onun bəzən ilahi əmrlərdən boyun qaçırması da ehtimal edilir. "Zuxruf” surəsinin 69-cu, "Bəqərə” surəsinin 208-ci ayələrində İslamın bu dərəcəsinə işarə olunmuşdur.
    Üçüncü dərəcə: İnsan qəlbində Allah-taalanın əmr və qadağalarını incəliklərinə qədər qəbul edir və Ona təslim olur. Bu dərəcədə insan canla-başla Allaha təslim olur və elə itaət edir ki, sanki Onu görür; əgər özü Onu görmürsədə, elə hiss edir ki, Allah onu görür.("Nisa” surəsi, ayə: 65. )
    İnsani keyfiyyətlərə və səciyyəvi xüsusiyyətlərə malik olmaq, baş əymək, razı qalmaq, zahid və təqvalı olmaq... bu dərəcənin tələb etdiyi sifətlərdəndir.
    Dördüncü dərəcə: İnsan öz vücudunu tam mənada Allahın ixtiyarına verir.("Bəqərə” surəsi, ayə: 128.)
    Bu dərəcəyə yalnız ilahi övliyalar malik ola bilər. Bəzi alimlər İslamın bu dərəcəsini "böyük İslam” adlandırmışlar.("Risaleyi seyr və süluk”, Seyyid Bəhrül-Ülum, səh. 74; "Əl-mizan”, 1-ci cild, səh.283-284 və 301-303.)
    İslam və imanla bağlı aşağıdakı iki rəvayətə diqqət yetirmək çox faydalıdır:
    1. Məsumlardan: (ə) "İnsanın mömin adı qazanmasının minimum şərtləri hansılardır?” – deyə soruşulduqda, buyurdular: "Haqq Allahdan başqa heç bir məbud olmamasına şəhadət vermək, bir olan Allahdan başqa heç bir şeyə pərəstiş etməmək, Onun Rəsulunu (s) və imamları qəbul etmək.”("Məcməül-bəhreyn”, səh. 499, "Səngi” çapı. )
    2. İmam Sadiq (ə) buyurmuşdur: "Bəzi vaxtlar Allahın bəndələri möminlikdən öncə müsəlman olurlar, lakin müsəlmanlıqdan öncə mömin ola bilmirlər. Buna əsasən, İslam imandan qabaqkı bir mərhələ və dərəcədədir. Onun (İslamın) imanla müştərək nöqtələri var. (Allah-taalanın qadağan etdiyi) Kiçik və böyük günahlara yol verənlərə iman (mömin) yox, yalnız İslam (müsəlman) adı vermək olar. Əgər onlar tövbə etsələr, iman mərhələsinə qayıda bilərlər. Onları yalnız inkar və "istihlal” halı küfrə sövq edər. «İstihlalın» mənası budur ki, Allahın halalını haram, haramını isə halal bilib, buna qəlbən etiqad bəsləsinlər. Belə bir şəriatdə onlar İslamdan çıxıb, küfr vadisinə daxil olarlar.”("Üsuli-kafi”, 3-cü cild, səh. 44-45. )
    Beləliklə, yalnız icmali yəqin və elm həddində Allaha mərifəti olanlar möminlər zümrəsindən sayıla bilər. Qeyri-möminlərdə isə belə bir mərifət yoxdur. Onlar ya şəkk-şübhə, ya nadanlıq, ya güman, ya da hər üçünə qərq olmuşlar. Eləcə də, küfr, ikiüzlülük və şirkin yaranmasına yalnız mərifət və Allahı tanımaq maneələri yox, bəzən əxlaqi və psixi amillər də öz təsirini göstərir.
    SUAL 6: Quran baxımından münafiqlərin və möminlərin əqidəsi onların rəftar və ruhiyyələrində necə aşkarlanır?
    ƏQİDƏLƏRİN AŞKARLANMASI
    Əmirəl-möminin Əli (ə) buyurmuşdur: "Möminin əqidəsi (imanı), kafirin inkarı (küfrü) onların rəftar və əməllərində müşahidə olunur.”("Üsuli-kafi”, 1-ci cild, səh. 76. )
    İnsanların əməl və rəftarları Allaha, vəhyə, risalətə və dini məsələlərə mərifət əsasında aşkarlanır və onların əqidələrini göstərir.
    İndi isə Qurani-kərim baxımından münafiqlərin, kafirlərin və möminlərin əməl və rəftarlarının xüsusiyyətlərinə diqqət yetirin:
    MÜNAFİQLƏRİN XÜSUSİYYƏTLƏRİ
    Ərəb ədəbiyyatında "nifaq” sözü gizlətmək, küfr etmək və zahirdə imanlı olmaq mənasını bildirir. Qurani-kərimdə də zahirdə İslamı qəbul edib, batində küfr etmək münafiqlərin xüsusiyyətlərindən sayılmışdır. (Əqidədə yaranan) Bu nifaq əməldə, aşağıdakı xüsusiyyətlərə malikdir:
    Münafiqlərin siyasi xüsusiyyətləri:
    1-Biganələrlə dostluq etmək.("Mücadilə” surəsi, ayə: 14.)
    2-Vilayət məqamından üz çevirmək.("Nur” surəsi, ayə: 47-48. )
    a) Dini hökuməti qəbul etməmək("Nisa” surəsi, ayə: 60-61; "Münafiqun” surəsi, ayə: 7. )
    b) Vilayət göstərişlərinin (əməli olaraq) əksinə çıxmaq.("Nur” surəsi, ayə: 62-63. )
    3-Fürsətdən istifadə etmək.("Nisa” surəsi, ayə: 141; "Əhzab” surəsi, ayə: 19-20. )
    4-Möminləri təhqir etmək.("Hud” surəsi, ayə: 27; "Şüəra” surəsi, ayə: 111; "Tövbə” surəsi, ayə: 79. )
    5-Fitnə-fəsad törətmək.("Tövbə” surəsi, ayə: 47-48. )
    6-Psixoloji qalmaqal yaratmaq.("Əhzab” surəsi, ayə: 13. )
    7-Günahları yozmaq.("Nisa” surəsi, ayə: 62-63. )
    Münafiqlərin psixoloji xüsusiyyətləri:
    1-Özünü böyük görmək.("Münafiqun” surəsi, ayə: 5; "Bəqərə” surəsi, ayə: 206. )
    2-Qorxu içində olmaq("Əhzab” surəsi, ayə: 8-35. )
    3-İztirab və həyəcan içində olmaq.("Tövbə” surəsi, ayə: 56 və 64. )
    4-İnadkarlıq.("Bəqərə” surəsi, ayə: 18; "Əraf” surəsi, ayə: 179. )
    5-Mənəvi süstlük.("Nisa” surəsi, ayə: 108 və 142; "Tövbə” surəsi, ayə: 54)
    6-Nəfsani istəklərə uymaq.("Mühəmməd” surəsi, ayə: 16. )
    Münafiqlərin əxlaqi xüsusiyyətləri:
    1-Özlərini göstərmək:
    a) Yalan danışmaq və riya.("Münafiqun” surəsi, ayə: 1; "Bəqərə” surəsi, ayə: 11-12. )
    b) Yalan and.("Münafiqun” surəsi, ayə: 2; "Tövbə” surəsi, ayə: 56. )
    v) Özlərinin yanlış üslublarını yozmaq.("Tövbə” surəsi, ayə: 42. )
    q) Zahirlərinə fikir vermək.("Münafiqun” surəsi, ayə: 2; "Bəqərə” surəsi, ayə: 204. )
    d) Yalan vədələr vermək.("Tövbə” surəsi, ayə: 75-77. )
    2-Dini həqiqətləri gözdən salmaq və şübhə yaratmaq.("Əhzab” surəsi, ayə: 12; "Ali-İmran” surəsi, ayə: 154.)
    Münafiqlərin ictimai xüsusiyyətləri:
    1-İman və islahat şüarları.("Nur” surəsi, ayə: 47. )
    2-İnsanları yaxşı işlərdən yayındırıb, çirkin işlərə dəvət etmək.("Tövbə” surəsi, ayə: 67.)
    3-Paxıllıq etmək.("Tövbə” surəsi, ayə: 67; "Əhzab” surəsi, ayə: 19; "Münafiqun” surəsi, ayə: 7. )
    4-Möminlərdə eyb axtarıb, onları istehza etmək.("Bəqərə” surəsi, ayə: 14; "Tövbə” surəsi, ayə: 79)
    5-Bədxahlıq – başqasının başına gələn bəla və müsibətə sevinmək.("Ali-İmran” surəsi, ayə: 120; "Nisa” surəsi, ayə: 72; "Tövbə” surəsi, ayə: 50. )
    6-Kin-küdurət saxlamaq.("Ali-İmran” surəsi, ayə: 118. )
    ƏXLAQDA NİFAQ VƏ İKİÜZLÜLÜK
    Əxlaqda ikiüzlülük dini hökmlərə iltizamlı olmamaqdır. Bu həm insanda, həm cəmiyyətdə öz təsirini göstərir.("Biharul-ənvar”, 72-ci cild, səh. 108. )
    İmam Əli (ə) əxlaqda ikiüzlülük barəsində buyurmuşdur: "İnsanın ən aşkar nifaq və ikiüzlülüyü başqasını itaətə əmr edib, günahdan çəkindirdiyi halda, özünün itaət etməməsi və günahdan çəkinməməsidir.”("Qürərül-hikəm”, hədis: 3214. )
    Həzrət Peyğəmbər (s) də buyurmuşdur: "Dörd sifətə malik olan şəxs münafiqdir: yalan danışmaq, verdiyi vədə sadiq qalmamaq, əhd-peymanı pozmaq və (başqalarına) qələbə çaldığı zaman günah işlərlə məşğul olmaq.”("Xisal” Şeyx Səduq, səh. 254. Nifaq və onun xüsusiyyətləri barəsində bax: "Mənşuri-cavid”, Cəfər Sübhani, 4-cü cild, səh. 9-178; "Əl-mizan”, 2-ci cild, səh. 96-97, 9-cu cild, səh. 325, 5-ci cild, səh.116-118, 19-cu cild, səh. 278. )
    KAFİRLƏRİN XÜSUSİYYƏTİ
    Münafiqlərin və möminlərin malik olduqları xüsusiyyətləri nəzərə alsaq, kafirlərin fərdi və ictimai xüsusiyyətləri məlum olar. Quran ayələrində işarə olunan bu xüsusiyyətlərin bəziləri ni qeyd etməyi münasib görürük:
    1-Dinin qarşısını almaq üçün mal-dövlət xərcləmək.("Ənfal” surəsi, ayə: 36. )
    2-İlahi nişanələrə istehza.("Qafir” surəsi, ayə: 81. )
    3-Batil bir işə görə boş-boşuna mübahisə etmək.("Kəhf” surəsi, ayə: 56. )
    4-Haqqı tapdamaq("Kəhf” surəsi, ayə: 56. )
    5-Qurana iman gətirməmək.("Səba” surəsi, ayə: 31. )
    6-İlahi əmrlərdən üz çevirmək("Ehqaq” surəsi, ayə: 3. )
    7-Yersiz etirazlar.(Əl-mizan”, 15-ci cild, səh. 222. )
    8-Həzrət Peyğəmbərə (s) istehza etmək(Yenə orada)
    9-Nəfsani istəklərə uymaq.(Yenə orada)
    10-Əqlə tabe olmamaq.(Yenə orada)
    MÖMİNLƏRİN XÜSUSİYYƏTLƏRİ
    Fərdi və ictimai baxımdan möminlərin xüsusiyyətləri:
    Fərdi xüsusiyyətlər:
    1-Allaha təvəkkül etmək.("Ənfal” surəsi, ayə: 2. )
    2-Allahı yad edərkən qəlbləri titrəyər.("Ənfal” surəsi, ayə: 2; "Tövbə” surəsi, ayə: 51. )
    3-Vacib əməlləri (xüsusilə namazı) həmişə vaxtlı-vaxtında yerinə yetirmək.("Muminun” surəsi, ayə: 9. )
    4-İffətli olmaq və zinadan qorunmaq("Muminun” surəsi, ayə: 5. )
    5-Namazlarında hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha boyun əyər, Onun qarşısında kiçilərlər.("Muminun” surəsi, ayə: 2. )
    6-Yersiz və lüzumsuz işlərdən uzaqlıq.("Muminun” surəsi, ayə: 3. )
    7-İlahi ayələri eşidərkən imanları artar.(Ənfal” surəsi, ayə: 2. )
    İctimai xüsusiyyətlər:
    1-Başqalarını yaxşı əməllərə çağırmaq və çirkin işlərdən çəkindirmək.
    2-Başqalarının maddi ehtiyaclarını təmin etmək.
    3-Mömin qardaşlarla ilə dostluq etmək.("Tövbə” surəsi, ayə: 71. )
    4-Camaatla təmkin və təvazökarlıqla davranmaq.("Fürqan” surəsi, ayə: 63. )
    5-Xeyirxah işlərdə hamından qabağa keçmək.("Muminun” surəsi, ayə: 59.)
    6-Kafirlərlə dostluq etməmək.("Mücadilə” surəsi, ayə: 22.)
    7-Əmanətə sadiq qalmağa səy göstərmək.("Muminun” surəsi, ayə: 8. )
    8-Əhd-peymana vəfalı olmaq.("Muminun” surəsi, ayə: 8. )
    9-Allahın Rəsuluna itaət etmək.("Ənfal” surəsi, ayə: 1. )
    İmam Sadiq (ə) bir rəvayətdə möminin səkkiz xüsusiyyətə malik olduğunu buyurmuşdur:
    1-Çətinlik zamanı dözümlü və sakit olarlar.
    2-Dünyanın ağır imtahanları, bəla və müsibətlərinə səbir etmək.
    3-Ruzi və rifahı geniş olarkən Allaha şükür etmək.
    4-Allah-taalanın əta etdiyi ruziyə razı və qane olmaq.
    5-Düşmənlərə zülm və təcavüz etməmək.
    6-Öz yükünü və işini dostlarının üzərinə atmasın, ya da dostluq xatirinə onların günahlarını öz öhdəsinə götürməsin.
    7-Bədəni Allaha itaət və insanlara xidmətdə əziyyət çəkər.
    8-Camaat onun əlindən əmin-amanlıqda olar.
    O həzrət rəvayətin sonunda buyurmuşdur: "Möminin elmi onun dostu və yardımçısı, helmi və səbri vəziri, yol göstərəni və məsləhətçisi, əqli əməllərə əmr edəni, müdarası gücü və qardaşı, ehsan və yaxşılığı mehriban və ürəkyandıran atasıdır.”("Səfinətül-bihar”, 1-ci cild, səh. 37. )
    Bir sözlə, həqiqi mömin sonsuz bir aləmə bənzəyir. Möminlərin sifətləri və əməli xüsusiyyətləri barəsində əlavə məlumat əldə etmək istəyənlər "Nəhcül-bəlağə”nin "Həmmam” xütbəsinə müraciət edə bilərlər.
    ALLAHA YƏQİNLİYİN DƏRƏCƏLƏRİ
    SUAL 7: Kamil iman və yəqinlik dərəcələri nədir? Müasir dövrdə bu məqamlara nail olanlar varmı?
    KAMİL İMAN VƏ YƏQİNİN (SEYRİ–SÜLUKUN) MƏRHƏLƏLƏRİ
    Qeyd etdiyimizsuala cavabın aydın olması üçün bir neçə nöqtəyə diqqət yetirmək lazımdır:
    1-Bəndənin Allah dərgahına yüksəlişi (seyri-süluku) üfüqi yox, şaquli bir seyrdir. Şaquli dedikdə, təbii müstəvidə yox, ilahi müstəvidəki məna nəzərdə tutulur. Yəni, üstün məkana yox, üstün məqama nail olmaq.
    2-Batində Allaha çatma yollarını müxtəlif dərəcələrə bölmək olar. Bu yolu ötüb-keçənlər öz səfərnamələrini "Seyr-süluk risaləsi” adlandırmışlar.
    3-Bu yolu birinci dəfə ötüb-keçənlər ona heç bir ad və əlamət vermir. Onun əlamətlərini özlərində görür, əldə etdiklərini başqaları üçün əlamət kimi qeyd edirlər. Peyğəmbərlər və övliyalar bəşər təlimi görmədən bu yolda qabaqcıllardır. Həmin yolu bəşərdən təlim almadan çətinliklə keçir, bağlı yolları açaraq, onlara əlamət qoyurlar. Ariflər onların şagirdləri sayılır.
    4-Yəqinin ən yüksək dərəcəsi ayələr, rəvayətlər və əqli dəlillərə, ariflərin seyr etdikləri mərhələlərə əsasən, sonuncu yox, həmin mərhələlərdən biridir.
    Qeyd etdiyimiz məsələlərə diqqət yetirdikdə (bizim məlumatımıza görə) görürük ki, yəqin və ondan yüksək mərhələyə nail olanların sayı çox azdır. Onların kimliyi vəfat etdikdən sonra bəlli olmuşdur. Çünki sirri gizli saxlamaq təkamül yolunun şərtlərindəndir. Müasir dövrün arifləri sırasında Seyyid Əli Qazi, Ənsari Həmədani, Əllamə Təbatəbai, İlahi (Əllamə Təbatəbainin qardaşı), İmam Xomeyni, Şeyx Cavad Məliki Təbrizi, Ayətullah Bəhcətin adını qeyd etmək olar. Onlar yəqin, bəlkə də, daha yüksək dərəcəyə nail olmuşlar.
    Cavabın sonunda aşağıdakı hədisi qeyd edir, onun barəsində düşünməyə çağırırıq:
    İmam Sadiq (ə) buyurmuşdur: "Allah-taala imanı yeddi əsas üzərində qurdu: 1-Ehsan və yaxşılıq. 2-Düz danışmaq. 3-Yəqin. 4-Razılıq. 5-Vəfalı olmaq. 6-Elm. 7-Səbir. Sonra onları camaat arasında bölüşdürdü. Bu yeddi qismin hamısına malik olan insan kamil iman mərhələsinə çatmışdır. Böyük Allah bəziləri nə (yeddi qismdən) bir, bəziləri nə iki, bəziləri nə isə üç pay əta etdi. Allah-taala bu minvalla bəzilərinə imanın bütün yeddi qismini bağışladı. İmanın yalnız bir payına malik olan şəxsdən iki payın, iki payına malik olan şəxsdən üç payın vəzifəsini istəməyin... Bu tələblə onların yükünü ağırlaşdırırsınız. Məhz bu səbəbdən də, (insanlar) imanın yeddi payını və qismini (kamil imanı) tədricən əldə etməlidirlər.”("Üsuli-kafi”, 3-cü cild, səh. 83-85. )
    Category: Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 590 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019