İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar

    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar
    2012-04-24, 9:44 AM
    ALLAHIN ZATI HAQQINDA ANLAYIŞ
    SUAL 8: Allahın zatı haqqında izahat verin.
    Bəşər cəmiyyəti Allahın gözlə görünməyən zatını dərk etməyə qadir deyil. Bu barədə fikirləşən, heyrət və sərgərdanlıqdan, azğınlıqdan başqa bir şey qazanmaz.
    "Qeybi huviyyət”, "qeybi zat”, "zat məqamı”, "zat mərtəbəsi”, bəzən də ("ünəqa” və "qeybül-qüyub” – "qeyblərin qeybi” kimi) başqa sözlərlə ifadə olunan ilahi zat mütləq varlıqdır. Onun heç bir hədd-hüdudu yoxdur. O istər məfhumi, istərsə də xarici nümunə baxımından konkretləşmədən pakdır. Onun nə adı var, nə əlaməti; nə isimdir, nə sifət; nə bir ad və sifətlə, nə də mütləq şəkildə – həmin sifət və ad olmadan məhdudlaşır; nə bir konkretləşmə ilə, nə də o konkretləşmə olmadan konkretləşir; hətta mütləqlik və konkretləşmənin olmaması ilə ona şərt qoyulmur. Çünki şərt və konkretləşmənin olmaması da öz növbəsində bir növ konkretləşmə və şərt sayılır. Allahın zat məqamı onların hamısından pakdır. Lakin Onun bütün ad və sifətləri zat məqamından təsirlənib, təcəlla məqamında aşkarlanır.
    Buna görə də, Allahın zatını əql, güman, kəşf vasitəsilə dərk etmək qeyri-mümkündür və bütün bunlar həmin məqamı qavramaqda tamamilə acizdir. Əgər bu barədə fikirləşsələr, heyrət içində qalar, yaxud azğınlığa düşərlər. Nəinki ona çatmaz, hətta ondan uzaqlaşarlar. Qurani-kərimdə buyurulur: "(Rəbbin) Onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə Allahın zatını əhatə edib qavraya bilməz.” ("Taha” surəsi, ayə: 110.)
    ALLAHIN ZATI HAQQINDA FİKİRLƏŞMƏK
    İnsan Allahın zatından başqa hər şeyi dərk edə bilər. Onun zatı hər şeydən üstündür və öz məxluqudur. Hətta "işarə” ilə bu məqama yol tapmaq qeyri-mümkündür–istər hissi işarə ilə, istərsə də zehni, əqli və xəyali işarə ilə. Bəli, konkretləşməyən zata neçə işarə etmək olar?
    Məhz bu səbəbdən də Allah-taalanın zatı haqqında fikirləşmək qadağan olunmuşdur. İmam Rza (ə) buyurmuşdur: "Allahın zatını hansısa bir şeyə bənzədən şəxs Onu tanımamış, zat məqamına çatmaq (onu anlamaq) istəyən şəxs Onun yeganəliyini qəbul etməmişdir. Allahın zatını zehnində təsəvvür edən şəxs Onun həqiqətinə çatmamış, Allahın zatının hədd-hüdudu olduğunu deyən şəxs Onu təsdiq etməmiş və Onun zatına işarə edən şəxs Allaha üz tutmamışdır.”("Tövhid”, Şeyx Səduq, "tövhid və nəfyut-təşbih” bölümü, səh.34. )
    Hətta əql və eşq bir-birinə qoşulub, Allahın zat məqamına doğru yüksəlmək istəsə, heyrət və sərgərdan vəziyyətdə qalaraq, heç bir yerə çata bilməyəcək və bu sahədə öz acizliklərinə etiraf edəcəklər.
    Dua edən "dua”, ibadət edən "ibadət”, zikr edən "zikr”, arif "irfan” məqamında Allahın adları zahir olan zaman Onun həqiqi zatına üz tutur. Onu adları və sifətləri ilə yad edirlər. Başqa sözlə, Allahın zatına yol tapmaq qeyri-mümkün olduğundan Onun zatını adları ilə çağırırlar.(Bax: "Məqalat”, Məhəmməd Şücayi, 3-cü cild, səh. 187-191.)
    QURAN NÖQTEYİ-NƏZƏRİNDƏN ALLAH
    Allah-taala barəsində dəqiq, əhatəli və aydın tərif bəyan edən Qurani-kərim Onu bizə yalnız adları və sifətləri ilə tanıtdırır.
    Qurani-kərim Allah-taalanı adları və sifətləri vasitəsilə ən kamil həddə təqdim etmiş, alim və geniş mərhəmət sahibi,("Bəqərə” surəsi, ayə: 115. )
    tez hesab çəkən, diri və əbədi,("Ənam” surəsi, ayə: 62; "Taha” surəsi, ayə: 111. )
    uca, böyük və haqq,("Loqman” surəsi, ayə: 30. )
    əzəmət və kərəm sahibi("Ər-rəhman” surəsi, ayə: 27. )
    hər şeydən ehtiyacsız("İxlas” surəsi, ayə: 2. )
    sifətləri ilə vəsf etmişdir.
    Qurani-kərim nöqteyi-nəzərindən Allah hər şeydən ucadır;("Taha” surəsi, ayə: 114. )
    yəni bizim təsəvvür etdiyimiz hər şeydən üstündür və heç vaxt Onun həqiqətini, cəlal və camal sifətlərini olduğu kimi dərk etməyə qadir deyilik.("Ənam” surəsi, ayə: 100. )
    Allah təkdir,("İxlas” surəsi, ayə: 1; "Nəhl” surəsi, ayə: 15. )
    onun tayı-bərabəri, bənzəri, oxşarı("Şura” surəsi, ayə: 11.)
    və özündən başqa heç bir məbud yoxdur.("Ali-İmran” surəsi, ayə: 18. )
    Allah varlıq aləminin və kainatın həqiqi padşahıdır. O, hər nöqsandan pak, müqəddəs, salamatlıq və əmin-amanlıq bəxş edən, əziz, islahatçı və böyüklüyə layiq, yenilməz qüdrət sahibi("Həşr” surəsi, ayə: 23)
    və hər şeyə qadirdir.("Bəqərə” surəsi, ayə: 284. )
    Allah bağışlayan və mehribandır. Bu iki sifət Onda elə bir həddə əks olunmuşdur ki, Quranın bütün surələri bu iki sifətlə – "Bismillahir-Rəhmanir-Rəhim”lə başlayır. O, bəndələrinə qarşı mehriban və rəhmli olmağı Özü üçün əzəldən zəruri etmişdir!("Ənam” surəsi, ayə: 12. )
    Allah-taalanın əzəməti, böyüklüyü və kərəmi son həddədir. O, insana boyun damarından da yaxındır. İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslərədək hər şey Allaha məlumdur.("Qaf” surəsi, ayə: 16. )
    Allah yenilməz qüdrət və qüvvət,("Qafir” surəsi, ayə: 3; "Ənfal” surəsi, ayə: 8. )
    nemət,("Qafir” surəsi, ayə: 3. )
    rəhmət("Ənam” surəsi, ayə: 123. )
    və böyük fəzilət sahibi("Ali-İmran” surəsi, ayə: 74. )
    , tövbələri qəbul edən,("Bəqərə” surəsi, ayə: 37; "Ali-İmran” surəsi, ayə: 8. )
    insanları sevəndir.("Büruc" surəsi, ayə: 14. )
    Allah-taala kainatı, göyləri və yeri yaradan,("Həşr” surəsi, ayə: 24; "Ənam” surəsi, ayə: 14. )
    ixtiyar sahibi, aləmlərin Rəbbi, maliki və idarəedicisidir.("Fatihə” surəsi, ayə: 2.)
    Onun yaradılışda, hakimiyyətdə, hökm etməkdə, rübubiyyətdə, şəfaətdə, ümumiyyətlə heç bir sahədə şəriki və bənzəri yoxdur.("Ənam” surəsi, ayə: 57, 162 və 164; "Zümər” surəsi, ayə: 44. )
    Bütün insanlar Allaha möhtacdır. Allah isə ehtiyacsızdır. O, insanların ibadətinə belə möhtac deyil. Allah şükrə, tərifə layiqdir, Onun bütün işləri bəyəniləndir.("Fatir” surəsi, ayə: 15.)
    Allah-taalanın rəhmət və qüdrəti genişdir, insanlara istədiyi kimi əta edir, ruzi verir.("Maidə” surəsi, ayə: 64. )
    O hər yerdə bizimlədir və hər işimizdən agahdır.("Hədid” surəsi, ayə: 4. )
    Bir sözlə, hər tərəfə üz tutsaq, Allah oradadır.("Bəqərə” surəsi, ayə: 115. )
    O, duaları eşidən, qəbul edəndir.("Qafir” surəsi, ayə: 60. )
    ALLAH–TAALANIN MADDİ OLMAMASININ SÜBUTU
    SUAL 9: Allah-taalanın maddi və mütləq şəkildə möhtac olmamasını necə sabit etmək olar?
    ALLAH CİSM VƏ MADDİ DEYİLDİR
    Maddi və cismani varlıq məkana malikdir, hiss olunur. Buna günəşi, ayı, ağacı, havanı, işığı... misal göstərmək olar. Allah maddi deyil; çünki maddi varlıqlar məhduddur, nə qədər böyük olsalar da, sonsuz deyillər. Ən böyük kəhkəşanlar sona çatır və onlardan böyüyünü təsəvvür etmək olar. Lakin Allah qeyri-məhdud, sonsuz və mütləq kamaldır. Əks təqdirdə O möhtac və naqis olar.
    Maddə həm də mürəkkəbdir; yəni, hissələr, ünsürlər və atomlardan təşkil olunmuşdur. Bu hissələr bir-birlərindən ayrılır. Mürəkkəb olan hər şey hissələrə və tərkiblərə ehtiyaclıdır. Allah-taala isə onlara möhtac deyil. Çünki O mütləq əhatəli və alimdir. Hər yerdə hazırdır.
    Həmçinin, maddə bir haldan başqa hala keçir, onun tərkibində dəyişikliklər baş verir; bitkilər, heyvanlar, hətta günəş, dəniz və dağlar... da daim dəyişilir, bir haldan başqa hala keçir. Heyvanlar və bitkilər böyüyür və zəifləyir. İstiliklər və böyük partlayışlar nəticəsində günəşin çəkisi azalır. Dağlar günəş hərarəti, sel, zəlzələ, soyuq və digər amillərin təsirinə məruz qalır. Lakin Allah-taala dəyişmir, haldan hala keçmir; çünki Onda zəifliyə səbəb olacaq heç bir nöqsan yoxdur. Təbii ki, birbaşa Allahın məxluqu sayılan, zat məqamından kənar amillər Ona təsir edə bilmir. Əks təqdirdə, O, Özündən başqasına tabe olub, ondan təsirlənər. Bu da böyük Allahın mütləq hakimiyyətinə uyğun deyil.(Bax: "Məarifi İslam”, Məhəmməd Cavad Bahunər, səh. 16-18. )
    ALLAHIN EHTİYACSIZLIĞI
    Allah mütləq şəkildə nəyəsə möhtac deyil; çünki O, zəruri varlıqdır və zəruri varlığın səbəbə ehtiyacı yoxdur. Əksinə O özü mümkün varlıqların səbəbidir. Əslində mümkün varlıqlar Ona möhtacdır. Əgər Allah başqa bir varlığa azacıq ehtiyac duysa, həmin varlıq Onun səbəbi olasıdır. Belə olan təqdirdə artıq O zəruri varlıq sayıla bilməz. Başqa sözlə, Allahın sübuti sifətlərini – elmini, qüdrətini, həyatını (diriliyini) və kəmalını isbat etməklə, belə bir həqiqətə çatacağıq ki, bütün varlıqlar bu sifətlərdə Allaha möhtacdır. Əgər Allah-taala bu yöndə onlara möhtac olsaydı, artıq mütləq qüdrət və mütləq elm sahibi olmazdı. Bir sözlə, belə bir varlıq Allah yox, məxluq olardı. Halbuki kamal və mütləq sifətlərə malik varlıq yalnız Allahdır!
    İLAHİ SİFƏTLƏRİN MƏNASI
    SUAL 10: Allah-taalanın məhdud bir varlıq olmadığını nəzərə almaqla Onun məhdud olmayan sifətlərini necə dərk edə bilərik?
    İLAHİ SİFƏTLƏRİN DƏRKİ
    Əsassual bundan ibarətdir: İnsan əqli Allahın zatının hansı sifətlərə malik olduğunu başa düşməyə qadirdirmi? Onun zatına hansı sifətlər layiqdir, hansı sifətlər layiq deyil? Görəsən, insan əqli ilahi sifətləri dərk etməyə qadirdirmi? Əgər insan bu barədə fikirləşsə, müəyyən bir nəticəyə nail ola bilərmi?
    Müsəlman sxolastlar busualları müxtəlif şəkildə cavablandırmışlar. Biz burada yalnız Əllamə Təbatəbainin ən tutarlı və mükəmməl cavabını qeyd etməklə kifayətlənirik:
    İnsan əqli Allahın sifətlərini dərk etməyə qadir olduğundan, onlar haqqında araşdırma da apara bilər. Allahın elm, qüdrət və həyat kimi zati; rəhmət, məğfirət (bağışlamaq), ruzi, nemət və hidayət kimi feli sifətlərini isbat etməyimizin, eləcə də varlıqların Ona möhtac olduğunu qavramağımızın səbəbi məhz budur ki, həmin kamilliklərin nümunələrini özümüzdə görürük. Məxluqatda mövcud olan kamil sifətlər varlığın əsas mənbəyi olan Allahın həmin kamilliklərə malik olmasının əlamətidir. Eyni zamanda, Allahın zatının və sifətlərinin incəliklərinə bələd olduğumuzu iddia etmirik. Əksinə etiraf edirik ki, əqlimizlə isbat və vəsf etdiklərimiz Onun malik olduqlarından fərqlənir. Məsələn, özümüz məhdud olduğumuzdan, Allaha aid isbat və vəsf etdiyimiz elm də məhdud olur. Halbuki Allah-taala məhdud şeylərdən üstün və böyükdür. Bu məfhumlar məhdud olduğundan Allahın sonsuz vücudunu əks etdirə bilmir. Əlbəttə, bu, əqlin bu mövzuda hökmünün mötəbər olmamasının səbəbi deyil. Məsələn, insanın Allah-taala ilə tanışlığı insanın əllərini dənizin suyuna yaxınlaşdırıb, ondan götürmək istəməsinə bənzəyir. Belə ki, o şəxsin su içməkdə məqsədi yalnız öz susuzluğunu aradan qaldırmaqdır. O dənizdən iki əlinin tutacağı miqdardan artıq su götürə bilmədiyi üçün, bundan yuxarı hədd haqqında əsla fikirləşmir.("Məcmueyi-rəsail”, Əllamə Təbatəbayi, səh. 227. )
    ALLAHIN «SƏLBİ» SİFƏTLƏRİ
    Biz öz əqlimiz və düşüncəmiz həddində Allahın sifətlərini başa düşürük. Lakin Allaha aid edilən bu məfhumların həqiqi və bizim düşüncəmizdən üstün mənalarını qəbul etmək üçün səlbi sifətlərə müraciə edir, ilahi sifətlərlə bağlı düşüncə nöqsanlarını aradan qaldırırıq. Eyni zamanda, "Allah alim, qadir və diridir” – deyib, əlavə edirik ki, Allah-taala vəsfə sığmır və bizim vəsflərimizdən olduqca üstündür. Bu, bizi həqiqətə daha da yaxınlaşdırır.("Əl-mizan”, 8-ci cild, səh.57 və 6-cı cild, səh. 100-102; "Məcmueyi-rəsail”, səh. 224-226. )
    Biz inanırıq ki, bu məfhumlar əqlimizin dərk etdiyi mənaların fövqündədir. Bəzilərinin iddi etdikləri kimi, bütün bu ilahi sifətlərin və adların tək halda məcazlar və təmsili istiarələr olduğunu qəbul etmirik. Məsələn, "Həsən bildi” və "Allah bildi” cümlələri arasında heç bir fərq qoymayıb, onların eyni məna daşıdığını düşünürük. Bu məna alimin müəyyən bir şey bilməsindən ibarətdir. Bunu da bilirik ki, Həsənin elm və biliyi yalnız zehn vasitəsilədir. Lakin bunu Allaha münasibətdə təsəvvür etmək qeyri-mümkündür; çünki Allahı zehnlə vəsf etmək olmaz. Əlbəttə, bu xüsusiyyət elmin əyani nümunələrindəndir və məfhumun dəyişilməsinə səbəb olmur. Buna əsasən, məfhum birdir və əyani nümunələrin xüsusiyyətləri məfhuma təsirsizdir. Beləliklə, Allahın sifətlərinin bəyanında ümumi qayda budur ki, onların məfhumlarını səlbi sifətlər vasitəsilə nöqsanlardan uzaq bilək.(Bax: "Rəsaili-tövhidi”, Əllamə Təbatəbayi, tərcümə və təhqiq: Əli Şirvani, səh. 54-55. )
    Nəticə: Biz Allahın sifətləri dedikdə insanın sifətlərindən başa düşdüyümüz mənaları nəzərdə tuturuq. Əql insanın malik olduğu sifətləri dərk etdiyi kimi, Allah-taalanın sifətlərini də dərk edir. Lakin insanla Allah arasında dərəcə fərqinə görə Allah-taalanın sifətlərinə şübhə yaranır. Bu şübhə səlbi sifətlərin köməyilə aradan qaldırılır. Buna əsasən, sübuti və səlbi sifətlər vasitəsilə məfhumda heç bir dəyişiklik etmədən, onu həqiqi xarici nümunələrə tətbiq edərək deyirik: "Allah mövcuddur, lakin Onun varlığı məxluqların varlığından fərqlənir; Allahın elmi var. Lakin Onun elmi insanların elmindən fərqlənir; Onun qüdrəti var. Lakin məxluqların qüdrəti kimi deyil; O diridir. Lakin bu dirilik məxluqların diriliyindən fərqlənir...("Üsuli fəlsəfə və rəvişi realizm”, 5-ci cild, səh. 105-110. )
    ZƏRURİ VARLIĞIN (ALLAHIN) MÜTLƏQ KAMİL OLMASI
    SUAL 11: "Vücud” sübutunda qeyd olunduğu kimi, mümkün varlıqlar öz varlıqlarını yalnız "zəruri varlıq”dan (Allahdan) alırlar. Bəs nə üçün "zəruri varlıq” mütləq kamil olmalıdır? O zat bütün varlıqların yaranmasına səbəb olduğu, eyni zamanda Özünün heç bir yaradanı olmadığı halda naqis ola bilməzmi? Nə üçün zamandan kənarda – mücərrəd varlıqlar üçün belə – hərəkət və dəyişiklik qeyri-mümkündür?
    ZƏRURİ VARLIQ
    "Zəruri varlığın” mütləq kamil olması məhz həmin məfhumun özündən alınır. Belə ki, "zəruri varlıq” naqis olarsa, bir kamal üçün imkan halı olmayasıdır. Başqa sözlə, Onun zatı kamal sayılan sifətin birinə malik olmayacaqdır. Belə bir şəraitdə, "zəruri varlığın” zatı bəzi kamallara malik olub, digər kamallardan uzaq olmalıdır. Bu da, – əqlə əsasən, – "zəruri varlığın” varlıq və yoxluqdan ibarət olması mənasını ifadə edəcəkdir; yəni Allah-taala bir sıra kamallara sahibdir, digər kamallardan uzaqdır. Mürəkkəb varlıq– hətta əqli təhlillərə əsasən, hissələrdən təşkil olsa – öz hissələrinə möhtac olacaqdır. Belə olan təqdirdə, möhtac varlıq mümkün sayılacaqdır; yəni malik olmadığı kamallarla bağlı imkan formasını daşıyacaqdır. Başqa sözlə, Allahın zatı vacib varlıqdan uzaqlaşıb, mümkün varlıqlar sırasına daxil olacaqdır. Halbuki bu, bizim fərz etdiyimiz zat Allah-taalanın zəruri varlıq olması ilə uyğun gəlmir və həqiqətin əksinədir.
    "Zəruri varlığın” əqlin təhlil etdiyi hissələrdən ibarət olmasının səbəbi budur ki, əql təklikdə məhdud varlıqları iki hissədən – vücud və mahiyyətdən ibarət bilib, başqa sözlə, mümkün varlıqlarla təhlil edir. (Çünki mümkün olan hər bir şey vücud və mahiyyətdən təşkil olunmuşdur.) Lakin "vacibül-vücud” mütləq vücuddur və əql heç bir mahiyyəti ona aid edə bilmir. Buna əsasən, Allah-taala hər bir tərkibdən, hətta əqlin təhlilindəki tərkibdən uzaqdır.(Bax: "Nihayətül-hikmə”, Əllamə Təbatəbayi, səh. 56; "Amuzeşi-fəlsəfə”, 2-ci cild, səh. 351-352. )
    Beləliklə, "zəruri varlığın” məfhumuna diqqət yetirdikdə, deməliyik ki, Allah-taala bütün kamallara malikdir, həqiqətdə mütləq kamaldır. Onun müqəddəs zatından bəzi kamalları ayırmaq, "zəruri varlığı” vacib və zərurilik halından çıxarmaq, mümkün bir varlıq saymaqdır. Bizim fərziyyəmizə görə isə Allah "zəruri varlıq”dır.
    HƏRƏKƏT VƏ ZAMAN
    Hərəkətin zamansız baş verməməsinin səbəbi budur ki, hərəkət və zaman arasında ayrılıq yoxdur. Varlıqlar hərəkət vasitəsilə zamana malik olur. Cisimlərin varlıq zatında həm hərəkət və diyişiklik, həm də zamanla həqiqi əlaqələri var!” – deyə bilmərik. Başqa sözlə, bizim dərk etdiyimiz və adını "zaman” qoyduğumuz həqiqət hərəkət, keçici dövr, tədrici yeniləşmə və seyr etməkdən başqa bir şey deyil. Bunlar xarici həqiqətə işarə edən təbirlərdir və həqiqətin, yaxud maddi varlıqların xüsusi keyfiyyətindən, yəni sabit yox, keçici olmasından ibarətdir.
    "Zaman” hərəkətin və keçici dövrün məhz xarici həqiqətidir və maddi həqiqətlərin hər hansı birinin zatında qoyulmuşdur. Bəzən filosofların dilində belə bir ifadə ilə qarşılaşırıq: "Zaman hərəkətin və keçici dövrün miqdarından ibarətdir.” Diqqət yetirmək lazımdır ki, hərəkət və keçici dövrün miqdarı,onların məhz özüdür; yəni hərəkət və keçici dövrü bir şey, onun miqdarını isə başqa bir şey təsəvvür etmək olmaz. Həqiqətdə onun miqdarı müəyyən formadan (xarici hərəkət və keçici dövrdən) ibarətdir. Belə ki, müəyyən bir hərəkət və keçici dövr zamanın adını özünə götürür.(Bax: "Amuzeşi-fəlsəfə”, Məhəmməd Şücai, 2-ci cild, səh.145-146; "Məad”, 2-ci cild, səh. 114-115.)
    "Zamanın mücərrəd olması” məsələsinə gəldikdə isə, bu düzgün iddia deyildir. Zaman maddi varlıqların xüsusiyyətlərindəndir. Mücərrəd varlıqların yalnız bir qismi üçün ikinci dərəcəli zaman və məkan nəzərdə tutmaq olar. O da bədənlə əlaqəli ruhdur. Deməli, insanın bədəni harada olsa, ruhu da oradadır. Bədən mövcud olduğu qədər ruh da mövcuddur. Belə bir məkan və zamana sığmaq həqiqətdə bədənin xasiyyətindəndir. Sadəcə ruh onunla əlaqəli olduğundan məcazi olaraq ona aid edilmişdir.("Amuzeşi-fəlsəfə”, 2-ci cild, səh. 125-126.)
    ALLAHIN DÜZ DANIŞMASI
    SUAL 12: Qurani-kərimdə nazil olanların həqiqiliyinə yəqinlik məqsədilə Allahın düz danışmasını necə isbat etmək olar?
    Allahın danışığı ilahi rübubiyyətin, dünya və insana müdiriyyətin tələbidir. Bu danışıq elm, hikmət, insanların doğru yol yönəlişi, düzgün mərifətin əsasıdır. Onun hansısa söhbətlərinin həqiqətə uyğun gəlməməsi (yalan danışması) ilahi hikmətin əksinədir. Allahın hikməti və müdrikliyi insanları Onun söhbətlərinə inanmağa, dəvət edir, onlara düzgün mərifət yolunu tanıtdırır. Beləcə yalan Allahın sözlərinə etimadsızlıq yaradır. Bu, məxluqatın hidayət və mərifətinə yönəli ilahi məqsəd və hikmətə uyğun gəlmədiyindən Allah-taalanın bütün kəlamları və sözləri haqq və doğrudur.("Amuzeşi-əqaid”, Misbah Yəzdi, 1-ci və 2-ci cild, səh. 117. )
    Bundan əlavə, yalan çirkin sifətlərdən sayıldığı üçün nadanların, ehtiyaclıların, aciz və qorxaqların üslubu olduğuna görə Allahın rübubiyyət məqamından uzaqdır. Allah-taala bəyənilməyən sifətlərə malik deyildir, üstəlik belə sifətlər Ondan uzaqdır. Eləcə də, Allah-taala heç bir şeyə ehtiyac duymadığı və Onda heç bir nöqsan olmadığı üçün yalan danışmır. Allah-taala bütün gözəl və kamal sifətlərə kamil şəkildə malik olduğundan, ən düz danışandır. Necə ki, Qurani-kərimdə bu həqiqətə belə işarə etmişdir: "...Allahdan daha doğru danışan kim ola bilər?”("Nisa” surəsi, 87-ci ayə. )
    Ümid edirik ki, aşağıdakı incə-nöqtələrə diqqət yetirməklə Allah-taalanın sifətlərini dərk edək.
    MÜTLƏQ VARLIQ
    Öncə isbat olunduğu kimi, Allah-taala mütləq varlıq və mütləq həqiqətdir. Buna görə də, Ona yoxluq və fanilik yol tapa bilməz. Digər tərəfdən isbat olunmuşdur ki, kamal varlığa bərabərdir və nöqsanın mənbəyi yoxluqdur. Buna əsasən, Allah-taalanın zatı həqiqi kamala malikdir; çünki həqiqi kamal varlığa və həqiqətə qayıtmaqdan ibarətdir. Allahın zatı mütləq varlıq olduğu üçün mütləq kamaldır. Başqa sözlə, Allahın zatı mütləq varlıq olduğu üçün, (mümkün varlıqlar kimi) Ona əsla hədd təyin etmək olmaz. Buna əsasən, bütün səciyyələr, o cümlədən, ən yüksək və mütləq kamal Onun zatına aid edilir. Onun müqəddəs zatı heç vaxt naqis sifətlərlə –nadanlıq, zəiflik, qaranlıq və yalanla... vəsf olunmaz. Elm, düz danışıq, qüdrət və həyat kimi kamal sifətləri ən yüksək həddə Ona aid edilir. Çünki O, mütləq varlıqdır və kamillik varlığa bərabərdir.("Üsuli fəlsəfə və rəvişi realizm”, 5-ci cild, səh. 132. )
    ALLAHIN ƏBƏDİ VƏ ƏZƏLİ OLMASI
    SUAL 13: Zəruri varlığın əbədiliyini necə isbat etmək olar? Zəruri varlıq özünü yox edə bilərmi?
    "Zəruri varlıq” məfhumundan Allahın əzəli və əbədi olması aydınlaşır. Çünki zəruri varlığın səbəbə heç bir ehtiyacı yoxdur və O mümkün varlıqların səbəbidir. Buradan "zəruri varlıq” üçün iki sifət isbat olunur:
    1. Onun başqa varlıqlara möhtac olmaması; çünki Onun başqa bir varlığa azacıq belə ehtiyacı olsa, həmin varlıq Onun səbəbi (və yaradanı) olacaqdır. Səbəbin də mənası budur ki, başqa bir varlıq ona möhtac olsun.
    2. Mümkün olan varlıqlar Onun nəticəsi və Ona möhtacdır. Allah, onların yaranışının ilk səbəbidir.
    Bu iki məsələni nəzərə almaqla deyə bilərik: Başqa bir varlığa möhtac olan varlıq ona tabedir və səbəbi aradan qalxsa vücuda gələ bilməz. Başqa sözlə, desək, bir varlığın müəyyən bir zamanda məhvi onun möhtac və mümkün bir varlıq olmasının əlamətidir. "Zəruri varlıq” sözsüz ki, mövcuddur, həmişə yaşayacaq və heç bir varlığa da möhtac deyil. Beləliklə, "zəruri varlıq” üçün iki sifət isbat olunur: 1-Əzəlilik; yəni Onun üçün keçmişdə yoxluq məfhumu təsəvvür olunmur. 2-Əbədilik; yəni gələcəkdə də əsla yox olmayacaq. Deməli, yoxluğa və məhvə məhkum hər bir varlıq "zəruri varlıq” deyil.(Amuzeşi-əqaid”, 1-ci və 2-ci cild, səh. 84-85. )
    Qeyd edilənlərə diqqət yetirməklə aydın olur ki, "zəruri varlığın” özünü məhv etməsi mümkün deyil; çünki Onun varlığı vacib və zəruridir. Əgər bu zərurəti öz üzərindən götürmək istəsə, onun zatında inqilab yaranar və bu da, onun "zəruri varlıq” olması ilə uyğun gəlməz. Başqa sözlə, "zəruri varlığın” məhvi qeyri-mümkün bir varlıq deməkdir. Buna əsasən, özünü məhv etməyə qadir olan varlığın məhv olması mümkündür və məhv olması mümkün olan varlıq "zəruri” yox, «mümkün» varlıq adlanır.
    İLAHİ ƏDALƏTİN MƏNASI
    SUAL 14: İlahi ədalət məsələsi ilə əlaqədar belə birsual yaranır: Quran ayələrinə və tutarlı dəlillərə əsasən, zinadan dünyaya gələn şəxs mömin ola bilməz. Ümumiyyətlə, onun günaha meyilli olması üçün zəmin daha böyükdür. Digər tərəfdən, hədisi-qüdsidə deyilir ki, zinadan dünyaya gələn şəxs behiştə daxil olmaz və heç vaxt Əhli-beyti (ə) sevməz. İlahi ədalətə əsasən, (zinada heç bir rolu olmayan) zinadan dünyaya gələn şəxs belə olmalıdırmı?
    "Ədalət” hər şeyi öz yerində qərar verməkdir. Əmirəl-möminin Əli (ə) bu barədə buyurmuşdur: "Ədalət hər şeyi öz yerində qərar verməkdir.”("Nəhcül-bəlağə”, hikmət: 437. )
    Bu tərifə əsasən, ilahi ədalət budur ki, Allah-taala Öz hikmətinin tələbi əsasında dünyanı xeyirli və kamil, eləcə də, müxtəlif varlıqları son hədəfə uyğun halda yaratmışdır.
    Digər tərəfdən ilahi ədalətə əsasən, varlıq aləmi elə xəlq olunmuşdur ki, öz varlıq mərtəbəsinə mütənasibdir və hər bir yaranmış üçün ona uyğun gələn qayda-qanunlar, adət-ənənələr mövcuddur. Bu arada maddi və bizim həyat sürdüyümüz aləm elə xəlq olunmuşdur ki, Öz varlıq mərtəbəsinə mütənasibdir. Bu səbəbdən də, ona xüsusi nizam hakimdir. İxtilaflar, dəyişikliklər, hərəkət, təsir göstərmək və təsirlənmək bu dünyanın ayrılmaz xüsusiyyətlərindən sayılır.
    VARLIQLARIN TƏSİRİ
    Dünyanın qayda-qanunlarından biri varlıqların bir-birinə təsir göstərməsi və təsirlənməsidir. Yəni bir sıra amillər bir varlığın müəyyən formaya düşməsinə təsir göstərir və o həmin amildən təsirlənir. Buna torpaq, günəş və su vasitəsilə bir ədəd toxumun bitki olmasını misal göstərmək olar. Belə ki, bitkinin dəyişməsi bu üç amilin necəliyinə bağlıdır.
    Başqa bir misal: Fizioloji və bioloji xüsusiyyətlər uşağın cisminə birbaşa təsir göstərir. Belə ki, valideynin ruhi xüsusiyyətləri rüşeymə öz təsirini göstərir. Şəriətə uyğun olmayan yolla nütfənin bağlanmasında, eləcə də, belə bir övladın dünyaya gəlişində anaya hakim ruhiyyə səbəbindən, günahdan dünyaya gələn uşağın günaha meyli daha güclü olur. Bu, maddi aləmə uyğun qayda-qanunlardan təsirlənir. Bir sıra səbəb və amillər varlığa öz təsirini göstərir və həmin varlıq bu səbəb və amillərdən təsirlənir.
    Yer üzündəki varlıqlar içərisində insan özünəməxsus xüsusiyyətə və formaya malikdir. Bu da, insanın həqiqi tərkibindən – cism və ruhdan aslıdır. İnsanın quruluşu elə tənzimlənmişdir ki, bu dünyada bir sıra səbəb və amillər müqabilində müqavimət göstərməyə, onlardan təsirlənməməyə, hətta onların təsirinin qarşısını almağa qadirdir.
    İnsan elm, iradə və azadlığa malik olduğu üçün, – maddi və digər amillər nəticəsində birbaşa sıxıntıda olmasından əlavə – müqavimət göstərmək və onların təsiretmə qabiliyyətinin qarşısını almaq qüdrətinə malikdir.
    ZİNADAN DÜNYAYA GƏLƏN ŞƏXSİN İXTİYARI
    Zinadan dünyaya gələn şəxs elm və biliyini artırmaq, doğru yol seçərək ata-anasının yaratdığı cərəyanın əksinə hərəkət etmək gücündədir. Əlbəttə, bu təbii cərəyanla mübarizə aparmaq böyük müqavimət tələb edir və insanın çoxlu çətinliklərlə üzləşməsinə səbəb olur. Lakin Allah-taala həmin çətinliklərə görə, öz istəyinin əksinə hərəkət edib, saleh əməl yerinə yetirən şəxsin savabını iki qat verəcəkdir. Əgər zinadan dünyaya gələn şəxs öz ata-anasının yol verdiyi günahın təsirindən məcburi şəkildə günaha yönəlmişsə, onun cəzalanmasının səbəbi nədir? İlahi cəza və əzab insanın qarşısında yaxşı və pis yol olduqda və insan seçim apara bildikdə həyata keçir. Belə ki, yaxşı yol seçib saleh iş görərsə savab qazanar, yox əgər pis yol seçib günaha yol verərsə, ilahi əzaba düçar olar. Bu məsələ bütün insanlara, hətta zinadan dünyaya gələnlərə aiddir. İlahi cəzanın zinadan dünyaya gələn şəxs barəsində bəyan olunmasının səbəbi budur ki, o, ixtiyar və iradə sahibidir, öz yolunu və taleyini dəyişdirmək qüdrətinə malikdir.
    Uşağın şəriətə uyğun gəlməyən çatışmazlıqları maddi aləmə hakim nizamın əksinə olmadığı üçün, ilahi ədalətin ziddinə də deyil. Digər tərəfdən, zinadan dünyaya gələn şəxsin elm, iradə və azadlığa malik olması insana hakim adət-ənənənin tələbinə görədir. Bu da, ilahi ədalətdən sayılır. Həmçinin, zinadan dünyaya gələn şəxs ixtiyar sahibi olduğu və öz yolunu dəyişməyə qadir olduğu halda, onu dəyişmədiyi üçün ilahi ədalət çərçivəsində cəzalanacaqdır.
    ALLAHIN ƏDALƏTLİ OLMASININ SƏBƏBİ
    SUAL 15: Hansı əsasla Allahı ədalətli bilirik?
    Allah-taala ən yüksək ixtiyara, yenilməz qüdrətə malik olduğu və heç bir qüvvənin təsiri altında olmadığı halda, mümkün olan hər işi yerinə yetirmir. O, qadir olduğu hər işi yox, istədiyi işi yerinə yetirir.
    Məlum olduğu kimi, Onun istək və iradəsi səbəbsiz, ölçüsüz deyil. O kamal sifətlərinin tələb etdiyi işi görür. Əgər onun kamal sifətləri bir işin baş verməsini tələb etmirsə, həmin iş yerinə yetirilmir. Allah-taala mütləq kamal sahibi olduğundan Onun istəyi məxluqların kamal və xeyridir. Əgər bir məxluqun varlığı dünyada şər işlərin yaranmasına səbəb olursa, onun şər olmasının səbəbi ikinci dərəcəli məqsəddir. Yəni xeyir işlər bir-birindən çox ayrıldığı üçün onun ardınca əksəriyyət təşkil edən xeyir ilahi iradədə gerçəkləşəcək.
    Beləliklə, Allahın kamal sifətlərinin tələbinə görə dünya ən çox kamala və xeyrə malik halda yaranmışdır. Bununla da, Allah-taalanın hikmət və müdriklik sifətinə malik olması isbat olunur.
    Allahın iradəsi – Onun varlığı xeyir işlərin mənbəyi olduğundan – insanın yaranışını labüd edir. İnsanın əsas üstünlüklərindən biri onun ixtiyar sahibi və iradə azadlığına malik olmasıdır. Şübhəsiz, ixtiyar və (yaxşını pisdən) ayırd etmə qüvvəsinə malik olmaq varlığın kamallarındandır. Ona sahib varlıq ona sahib olmayandan üstün və kamil hesab olunur. Lakin insanın ixtiyar sahibi olduğundan həm yaxşı və saleh əməllər yerinə yetirib, əbədi və son kamala çata bilər, həm də çirkin və bəyənilməyən işlər görüb, əbədi bədbəxtliyə və uçuruma yuvarlana bilər. Əlbəttə, Allahın istəyi insanın təkamülə çatmasıdır. Lakin təkamülə çatmaq insanın ixtiyarına verildiyi üçün onun nəfsani və şeytani istəklərə uyaraq, azğınlığa və inhirafa yuvarlanması da mümkündür. İnsanın öz istək və ixtiyarı ilə belə bir azğınlığa düşməsi də ikinci dərəcəli olaraq ilahi iradə dairəsində qərar tutacaqdır.
    Haqqa yönəlmək üçün, xeyir və şər yolları düzgün tanımaq lazımdır. Allah-taala insanı xeyrə və məsləhətli işlərə çağırmış, günaha və azğınlığa səbəb olacaq işlərdən çəkindirmişdir. Belə ki, onun təkamülə doğru hərəkəti üçün zəmin yaransın. Çünki ilahi təkliflər və göstərişlər insanın öz əməllərinin nəticəsinə çatması üçün qərar verilmişdir. Bunun Allah-taalaya heç bir faydası yoxdur. Məhz bu səbəbdən də, Allahın hikməti bu təkliflərin və göstərişlərin insanın qüdrətinə münasib olmasını tələb edir. Çünki itaəti mümkün olmayan təkliflər və göstərişlər yersizdir.
    Beləliklə, ədalətin ilk mərhələsinin (təklif məqamındakı ədalətin) dəlili budur ki, əgər Allah-taala öz bəndələrinə onların qüdrəti çatmayan bir vəzifə təyin etsə, onların yerinə yetirilməsi mümkünsüz olacaq və həmin vəzifə yersiz sayılacaq.
    İnsanlar arasında hökm edərkən ədaləti gözlədikdə (bu incəliyə diqqət yetirdikdə) bu işin insanların müxtəlif savab və ya cəzalara layiq olmasını müəyyən etmək məqsədilə yerinə yetirilməsi isbat olunur. Belə ki, ədalətin əksinə olarsa, məqsədin də əksinə olar.
    Nəhayət, mükafat və cəza verərkən yaradılışın son məqsədinə diqqət yetirməklə ədalət təmin olunur. Belə ki, Allah-taala insanları yaxşı və pis əməllərin nəticələrinə çatmaq üçün yaratmışdır. Əgər tələblərin əksinə mükafat və cəza verilsə, məqsəd həyata keçməz. Beləcə ilahi ədalətin dəlili budur ki, Onun zati sifətləri hikmət və ədalətlə rəftar etməsinə səbəb olur. O, zülmə, haqsızlığa, puç və yersiz işlərə səbəb olacaq heç bir sifətə malik deyil.("Amuzeşi-əqaid”, 1-ci cild, səh. 162-164. )
    İLAHİ ƏDALƏT VƏ İNSANIN BAŞINA GƏLƏN MÜSİBƏTLƏR
    SUAL 16: Deyirlər ki, haram qida övlada öz təsirini göstərir. Əgər övlada haram mal yedirən onun ata-anasıdırsa, onların günahının acısını nə üçün övlad dadmalıdır?
    Aşağıda qeyd olunan bir neçə nöqtə busualın cavabının daha yaxşı başa düşülməsində bizə kömək edəcəkdir:
    1-İlahi hikmət, yaxud Allahın işlərinin məqsədyönlü olması:
    Bizim etiqadımız budur ki, Allahın fellərində (işlərində) xüsusi məqsəd vardır. Belə ki, Onun feli məsləhətə əsaslanır və onun xeyri məxluqlara qayıdır. Belə də deyil ki, Onun yaratdıqlarının mənfəətlərini nəzərə almaqla onun yerinə yetirilib-yetirilməməsi bərabər səviyyədə olsun. Buna görə də, Allahın fellərində məqsəd fail (işi görən) yox, felin özüdür. Çünki Allahın zatı kamil, mütləq və ehtiyacsızdır, Onun üçün heç bir məqsəd təsəvvür edilə bilməz.(Bax: "Amuzeşi kəlami İslami”, Məhəmməd Səidi Mehr, 1-ci cild, səh. 310 və 314; "Məcmueyi-asar”, Şəhid Mürtəza Mütəhhəri, 2-ci cild, səh. 143 və 145.)
    Bu təhlilə diqqət yetirdikdə, Allahın felləri məqsədli görünür. Yəni Allah-taala puç və yersiz işlərdən uzaq və pakdır. Onun felləri hikmət üzündəndir.
    2-İlahi ədalət:
    Ədalətin ən düzgün mənası "hər şeyi öz yerində qərar verməkdir.” İlahi ədalətin mənası belədir: "Allah-taala hər bir varlıqla ona layiq şəkildə rəftar edir, onu layiq olduğu məqamda görür, nəyə layiqsə, onu da bəxş edir və bu işdə onların malik olduğu istedad və qabiliyyət nəzərdən qaçırılmır.”("Amuzeşi kəlami İslami”, 1-ci cild, səh. 326-327. )
    3-Hikmət və ədalətin əlaqəsi:
    "Hikmət” – failin (iş görənin) çirkin işlərdən çəkinməsi mənasını daşıyır. Bu məna ədalətə də şamil olunur. Çünki ədalət yaxşı, zülm və haqsızlıq isə pisdir. Buna əsasən, ədaləti hikmətin bir hissəsi hesab etmək olar.(Yenə orada, səh. 325. )
    4-Başa gələn müsibətlərin mənbəyi:
    Dünyada insanların əzab-əziyyətli, işkəncələrə məruz qaldığını görür və bunu gizlədə bilmirik. Bu əzab-əziyyətlər iki səbəbi ola bilər:
    a) İnsanın başına gələn müsibət və bəlalar pis işlərdən irəli gəlir, onun xəta və günahlarının nəticəsidir. İnsanın yaranışındakı hikmətli məqsədə diqqət yetirdikdə, onun ixtiyar sahibi olaraq yarandığını görürük. Bəzi insanlar öz azadlıqlarından düzgün istifadə etmir, günaha bataraq acınacaqlı aqibətə düçar olurlar.
    b) İnsanın başına gələn ağrı-acıların və bəlaların bir hissəsinin onun əməlləri ilə heç bir əlaqəsi yoxdur və günahlarının cəzası sayılmamalıdır. Məsələn, öncə bəyan olunduğu kimi, övladların bəlalarla üzləşməsi ailənin, ata-ananın onlara haram tikə daddırması və əməlləri ilə yox, başqa səbəblərlə bağlıdır.
    5-İlahi ədalət və insanın başına gələn bəlalar:
    Belə görünür ki, ilahi ədalət və hikmət bölməsindəki dini prinsiplərə əsasən, bəşər cəmiyyətinin başına gələn bəlaların iki qismi ilahi ədalət və hikmətlə heç bir ziddiyyət təşkil etmir. Bu ziddiyyətsizliyi iki cür təhlil etmək olar:
    1. Məlum olduğu kimi, insanın öz əməlinin nəticəsi olan bəlaların Allahla heç bir əlaqəsi yoxdur. Allahın ədalətinə əsasən, bu bəlalar insanın öz əməllərinin nəticəsidir. Lakin insanın öz əməlləri ilə bağlı olmayan və başqalarının günahı nəticəsində qarşısına çıxan ağrı-acılar və bəlaları Allah-taala Öz ədaləti və rəhməti sayəsində aradan qaldırır; yəni O, dünya, ya axirətdə zərər çəkən insana elə bir nemət bağışlayır ki, bu yolla öncəki ağrı-acı və çətinliklər aradan qalxır, yaddan çıxır. Haram mal yeyən şəxsin pis əməli nəticəsində övladın müsibətə düçar olmasına baxmayaraq, Allah-taala Öz ədalətinə əsaslanaraq, bu müsibəti aradan qaldırır. Əlbəttə, Allahın bu işi o zaman baş verir ki, insan, ya da övlad müxtəlif səbəblər üzündən öz iradə və istəyinin ardınca getməyib, yaşayış yolunu dəyişsin. Əgər öz iradəsindən düzgün şəkildə istifadə etməyə və həyat proqramlarını atasının tutduğu yoldan ayırmağa qadir olsa, hidayət yoluna düzəlir. Müsibətlərin davamı və onların ağrısı insanın öz əməllərinin nəticəsi oluduğundan, ilahi ədalət həmin övladın (pis işlər ardınca gedərək öz həyat proqramlarını dəyişmədikdə) istər dünya, istərsə də axirtdə cəzalanmasını tələb edir.
    2. İkinci təhlil aşağıdakı nöqtələrə diqqət yetirdikdə aydın olur:
    a) Kainatın və aləmin xüsusi nizamı var. Ona hakim qayda-qanunlar əbədi və dəyişməzdir. Bu qayda-qanunların ən üstünü "səbəb-nəticə” (determinizm) qanunudur. Bu qanuna əsasən, mümkün olan hər bir varlığın müəyyən səbəbi var. Səbəb və nəticə arasında müəyyən əlaqələr mövcuddur. Belə ki, hər nəticə hər səbəbdən vücuda gəlmir.
    b) Dünyaya hakim qayda-qanunlar zati deyildir. Belə ki, dünya mövcud ikən onun qayda-qanunlarının və nizam-intizamının dəyişməsini fərz etmək qeyri-mümkündür. Necə ki şirinliyi olmayan şəkər rütubəti olmayan su fərz etmək mümkün deyil.
    v) Dünyanın sabit, əbədi və dəyişməyən aləmləri arasında fərqlərin mövcud olması zəruridir. Məsələn, səbəb və nəticə arasındakı əlaqə tələb edir ki, kor, ya şikəst halda doğulmuş səbəbi aydınlaşsa, ona (bir uşağın kor, yaxud şikəst doğulması ilə) uyğun gələn nəticə də olmalıdır. Başqa bir misala diqqət yetirin: Haram mal yemək və onu başqasına yedirtmək insanın dünyada bəlalara, müsibətlərə düçar olmasına səbəb olur. Əksinə, halal mal yemək və onu başqasına yedirtmək mal-dövlətin bərəkətli olması ilə nəticələnir. Buna əsasən, Allahın yaratdıqları arasında fərqlərin mövcudluğu sabit və diyişməyən qayda-qanunlara görədir. Onların dünyadan kənarlaşması mümkün deyildir. Ümumiyyətlə, gözəl nizama əsasən, belə bir tələb ilahi ədalət və hikmətdən qaynaqlanır.
    Bu məsələlərə diqqət yetirdikdə, demək olar ki: Haram mal yeyən övladın bəzi kamallara çatmamasının, eləcə də bəla və müsibətə düçar olmasının səbəbi obyektiv aləmə hakim qayda-qanunlardır. Beləliklə, haram yeyən övladın bəla və müsibətə düçar olması Allahın ədalətinə əsla zidd deyil. Bu, Allahın haqsızlıq, ya (insanlar arasında) fərq qoymasından qaynaqlanmır. Onu Allah tərəfindən pis bir iş hesab etmək olmaz. Bundan əlavə, ilahi ədalət və hikmətə əsasən, həmin övlad ixtiyar və iradə azadlığına malikdir. Ondan yaxşı istifadə etməklə özünü atasının süfrəsindən yediyi haram malın acınacaqlı nəticəsindən azad edə bilər. Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, insan zəhmətkeş, məsuliyyətli bir varlıqdır. O gözəl həyat sürmək üçün səy etməli, təbiət və cəmiyyətin bəyənilməyən amillərilə, eləcə də insanın (öz atası olsa belə) zülm və pis əməlləri ilə mübarizə apararaq öz gələcəyini işıqlandırmalıdır.
    SEYYİDLƏR VƏ İLAHİ ƏDALƏT
    SUAL 17: Seyyidlərin digər insanlardan üstünlüyü Allahın ədaləti ilə uyğun gəlirmi?
    Seyidlərin əksəriyyətinin dünyadan imanlı halda getmələrinin Allahın ədaləti ilə heç bir ziddiyyəti yoxdur. Çünki Allahın ədalətinə əsasən, hər kəs öz qabiliyyəti, əməlləri, niyyəti və danışığı əsasında haqqını alır. Seyidlər də başqaları kimi, ixtiyar sahibi olaraq, müxtəlif çirkinliklər, xətalar və azğınlıqlar müqabilində haqq yola yönəlsələr, özlərini azğınlığa düşməkdən qoruyub saxlayacaq, Allahın adələti sayəsində varlıq aləminə hakim nizama görə, dünyadan mömin gedəcəklər.
    Digər tərəfdən, genetik və irsi amil baxımından, seyidlərin əsil-nəsəbi imamlarla əlaqələnir. Bu, onların doğru yola yönəlmələri və mömin olmaları üçün daha da münasib bir şərait yaradır. Lakin bu amil imanlı olmaq üçün müxtəlif zəruri amillərdən təkcə biridir. Buna görə də, bəzi seyidlər bu xüsusiyyətlərə malik olduqları halda onların doğru yoldan uzaq düşdüyünün şahidiyik. Çünki onlar əyri və batil yol seçmiş, çirkin əməllərə yol verərək azğınlığa düşmüşlər. Allah-taalanın ədalətinə əsasən bir insan öz ixtiyarı ilə doğru yol seçib, bu yolda qədəm götürsə və təkamülə çatması üçün səy etsə, müsbət nəticəyə çatar və imanlı halda dünyasını dəyişər. Seyidlərin əksəriyyəti, genetiki amildən əlavə, öz ixtiyarı və iradəsi ilə doğru yol seçmişdir. Bunun müqabilində, Allah-taala öz ədaləti sayəsində onlara gözəl nəticə əta etmişdir. Digər tərəfdən, Allahın ədaləti tələb edir ki, bir insan öz istək və iradəsi ilə azğın yol seçib, bu yolda qədəm götürərsə, acınacaqlı aqibətə düçar olar, imansız halda dünyadan gedər. Məhz bu səbəbdən bəzi seyidlər öz istək və ixtiyarları ilə batil yol seçmişlər. Bunun müqabilində Allah-taala Öz ədaləti əsasında, onlar üçün acınacaqlı aqibət qərar vermişdir.
    ALLAHIN VƏSFİNDƏ İŞLƏDİLƏN "ƏLA” (UCA) İFADƏSİ
    SUAL 18: "Sübhanə Rəbbiyəl-əla” (Mənim uca Allahım pak və müqəddəsdir) cümləsindəki "əla” sözünün mənası nədir?
    "Əla” sözü "uluvv” kökündən götürülmüşdür və "ucalıq” mənasını ifadə edir. Allahı uca adı ilə vəsf etdikdə, zəif varlıqları Onunla müqayisə məqsədilə "əla”, "əliyy” və "mütəali” kimi sözlər işlədilir.("Rəsaili-tövhidi”, səh. 46)
    Lakin Allah-taalanın ucalığı zati olduğundan, varlıqlara və məxluqlara Onun lütf və mərhəməti sayəsində üstünlük verildiyindən, məxluqların üstünlüyünü Allah-taalanın üstünlüyü və ucalığı ilə müqayisə edərək "Allah Özünün üstün, uca məxluqlarından üstün və ucadır!” – demək olmaz. Bu müqayisənin məna və məfhumu yoxdur.("Şərhi tövhidi-Səduq”, Qazi Səid Qumi, 1-ci cild, səh. 88. )
    "Əla” (uca) ifadəsi Allah-taalanın Öz məxluqlarının düşüncəsindən üstün və uca olmasını, Onun zatının dərk olunmamasını bəyan edir. (Onun bu məqamını nə fikirdən, nə əqldən, nə xəyaldan keçirmək olar, nə də ilahi övliyalar öz kəşflərilə dərk edə bilərlər.) Qurani-kərimdə buyurulur: "(Rəbbin) Onların keçmişini də, gələcəyini də bilir. İnsanların elmi isə Onu (Allahın zatını) əhatə edib, qavraya bilməz!” ("Taha” surəsi, ayə: 110. )
    Category: Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 1019 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024